Proqramlaşdırmanı özüm öyrənə bilərəm
Bir əmək haqqı faylına maksimum 500 işçinin əmək haqqı ödənişini daxil edə bilərsiniz.
Əgər əmək haqqı ödəmək istədiyiniz işçilərin sayı 500-dən artıqdırsa hər birində 500 işçi olmaqla bir neçə fayl yaradaraq sistemə yükləməlisiniz.
İnternet Bank
PAŞA Bank müasir texnologiyalar əsasında müştərilərinə İnternet Bank xidmətini təqdim edir. İnternet Bank xidməti müştərilər üçün banka gəlmədən uzaqdan bank xidməti texnologiyası əsasında bir sıra bank xidmətlərindən istifadə imkanını təmin edir.
Xidmətin üstünlükləri
– Dünyanın istənilən yerindən və hər gün 24 saat ərzində istifadə imkanı
– Səlahiyyətli əməkdaşların xüsusi açar vasitəsilə istənilən kompüterdən sistemə daxil olmaqla əməliyyat aparmaq imkanı
– Şirkət əməkdaşlarının iş yükünün azalması, banka gəlmək üçün vaxt sərfinin aradan qalxması, əməkdaşların rahatlığı və məmnunluğu
– Xidmətin istifadəsi üçün xüsusi avadanlığa və proqram təminatına ehtiyacın olmaması
Əməliyyatlar
– Yerli ödənişlər – Azərbaycan Respublikası daxilində ödənişlər
– Beynəlxalq ödənişlər – ölkə hüdudlarından kənara xarici valyuta ilə ödənişlər
– Konvertasiya – xarici valyutanın alınması və satılması
– Hesab üzrə çıxarışlar – istənilən müddət üçün çıxarışların əldə edilməsi
– Hesab üzrə qalıq – hesabda qalıq məbləği barədə məlumatın alınması
– Plastik kartlarda qalıq barədə məlumat
– Kreditlər barədə məlumat
– Depozitlər barədə məlumat
– Valyuta mübadiləsi məzənnələri barədə məlumat
Xidmətə qoşulma
İnternet Bank xidmətindən istifadə üçün PAŞA Bankın biznes mərkəzlərində müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə İnternet Bank sisteminə qoşulmaq üçün Login və Şifrə verilir. Bankın əməkdaşları İnternet Bank xidmətindən istifadə üzrə şirkətin əməkdaşlarının təlimatlandırılması işlərini və tam məsləhət dəstəyini həyata keçirirlər.
Internet Bank xidmətinə qoşulmuş müştərilər aşağıdakı keçid vasitəsilə 24/7 rejimində İnternet Bank sisteminə daxil ola bilər.
Tez-tez verilən suallar
Mən fiziki şəxs olaraq öz hesablarımı haradan görə bilərəm?
Fiziki şəxs olaraq hesablarınıza daxil olmaq üçün giriş öncəsi “Fiziki şəxslər” hissəsini seçirsiniz və korporativ istifadəçi adınızın sonuna 2 əlavə edərək (TURAL2) eyni köhnə internet bankda olan parolunuzu daxil edirsiniz.
Asan İmza ilə hardan daxil ola bilərəm?
Asan imza ilə daxil olmaq üçün giriş ekranın sağ tərəfində ASAN imza seçimini etmək lazımdır.
Asan İmza İstifadəçi İD-si nədir?
Asan İmza sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir. İstifadəçi İD-si 6 rəqəmli koddur və PİN1/PIN2 ilə səhv salınmamalıdır.
Asan İmza PİN-yazıram amma Sistemə daxil ola bilmirəm
Ehtimal var ki, Sistemə daxil olmaq üçün telefona daxil etdiyiniz kod səhvdir. Əmin olun ki, ASAN tərəfindən telefonunuza göndərilən təsdiq xanasına PİN 1 –daxil edirsiniz.
ASAN İMZA ilə daxil ola bilmirəm
Əgər ASAN imza ilə daxil olmaq istəyirsinizsə aşağıdakıların doğruluğundan əmin olun:
– Brauzeriniz pop-up məlumatının çıxmasını blok etmir
– Siz Asan imza ilə girdiyiniz zaman brauzerdə yalnız bir pəncərə açıqdır
– Siz ASAN mobil nömrəni, 6 rəqəmli ASAN istifadəçi İDnizi və PAŞA Bank kodunu (yəni şifrənizi) düzgün daxil edirsiniz.
Məlumatınız olsun ki, internet banka yalnız öncədən təyin olunmuş ya ASAN imza, ya da SMS vasitəsi ilə daxil ola bilərsiniz. Eyni zamanda hər iki tipi istifadə etmək imkanı mövcud deyil. Əyər, Sizə öncədən SMS və istifadəçi adı vasitəsi ilə daxil olmaq imkanı verilibsə, ASAN imza ilə daxil olan zaman qeyd edilən xətanı alacaqsınız:
Authentication method is not assigned.
Siz istədiyiniz vaxt ASAN imza ilə girişi SMS girişinə dəyişə bilərsiniz və bunun üçün Müştəri Xidmətlərinə müraciət etmək lazımdır.
İstifadəçi adı və parol daxil edilməsi ilə problemlər
Müştəri:
“User authentification failed” yazısı çıxarsa, bu zaman problem nə ola bilər:
• Müştəri parol və ya istifadəçi adını kopyalayan zaman oraya boşluq (yəni probel işarəsi) düşür
• Müştəri köhnə parolunu daxil edir
• Müştəri log-in hissəsindən Korporativ deyil, Fiziki müştəri girişini seçibdir.
• İstifadəçi adını mütləq böyük hərflərlə (Caps Lock) daxil etmək lazmıdır
• İstifadəçi adının əvvəlində və sonunda boşluq buraxmaq olmaz
• Həm korporativ həm də fiziki istifadəçi adı olanlar, fiziki istifadəçi adının sonuna mütləq 2 rəqəmini əlavə etməlidir. (Misal: korporativ- AKHUNDOVZM; fiziki – AKHUNDOVZM2)
• Müştəri istifadəçi adını daxil edərkən AZE şriftdən istifadə edir. Yalnız ingilis dili şrifti qəbul ediləndir.
Hesabım bloka düşüb
Bu zaman Call center müraciət edilməlidir. Call center istifadəçini blokdan azad edə bilər.
Parolu unutmuşam
Bu zaman Call center müraciət etmək lazımdır. Call Center parolu yeniləyəcəkdir, və yeni parol SMS vasitəsilə mobil telefona göndəriləcəkdir.
Sistem işlədiyim yerdə məni atır, gərək yenidən daxil olum
Bankın təhlükəsizlik qaydalarına uyğun olaraq Qeyri aktiv sessiyanın müddəti 30 dəqiqə, aktiv sessiyanın müddəti isə 60 dəqiqə kimi təyin olunub. Bu o deməkdir ki, istifadəçi 30 dəqiqədən artıq sistemdən istifadə etməsə, avtomatik olaraq səhifə bağlanacaq. İstifadə etdiyi halda belə hər 60 dəqiqədən bir sistem bağlanır və yenidən sistemə daxil olmaq tələb olunur.
İnternet Bank daxil olduqdan sonra yalniz Hesablar və Ayarlar hissəsini görürəm. Problem nədir?
Yeni sistemə keçid vaxtı sizin hüquqlarınızın keçidi ilə çətinliklər yaranmışdır. Bu xətanı gördüyünüz zaman Call Center ilə əlaqə yaratmaq lazımdır. Çağrı mərkəzi müvafiq struktur ilə əlaqə yaradaraq Sizin hesabınızın təqdim etdiyiniz ərizəyə uyğun olaraq sazlanmasını təmin edəcəkdir.
Mənim kart hesablarım məlumatı çıxmır, səbəbi nədir?
Sizin əgər kart hesablarınız çıxmırsa, demək ki, kart hesabları internet bank sistemində görünüş və əməliyyat üçün sazlanmayıb. Əgər bu yeni kart hesabıdırsa onu İB hesabınıza qoşmaq üçün ərizə ilə müraciət etməlisiniz. Öncədən bununla bağlı müraciət etmisinizsə, çağrı mərkəzini bununla bağlı məlutmatlandırın. Yeni ərizə ilə müraciət etməyinizə ehtiyac yoxdur və Çağrı mərkəzi köhnə müraciətinizə əsasən kart hesablarınızın İnternet Bank səhifəsinə qoşulması üçün müvafiq struktura müraciət edəcəkdir.
Mən köhnə sistemdə yaratdığım müəyyən edilmiş ödənişləri görmürəm
Köhnə sistemdə yaradılan müəyyən edilmiş şablonlar (ödənişlər) sistemə şablon kimi deyil, benefisiarlar kimi çıxır. Benefisiar adı xanasının yanındakı lupa işarəsindən istifadə edərək köhnə şablonlarınızı axtarışa verə bilərsiniz. Bu barədə ətraflı məlumat əlavə edilmiş PDF fileda göstərilmişdir.
Yeni yaradılmış şablonları görmürəm
Yeni şablon yaradılan zaman iki seçim imkanı vardır: Özəl; Hər kəsə.
Yeni yaradılan şablonu görməməyinizin səbəbi, şablonu yaradan əməkdaşın Özəl seçimi edərək yadda saxlamasıdır. Bir şirkətdə çalışan bütün əməkdaşların şablonu görməsini istəyirsinizsə Hər kəsə seçimini etmək mütləqdir.
Şablon axtarışında İstifadəçinin İstinad № filtr-i nədir?
Yeni şablon yaradılan zaman həmin şablona ad verilir. Axtarış zamanı isə qeyd edilən adı İstifadəçinin İstinad № xanasına qeyd edərək axtarışa vermək olar.
Nə üçün mənim yaratdığım şablonların bəzilərində bank haqqında məlumat çıxmır?
Əgər (xüsusilə beynəlxalq ödənişlərdə) Bankın SWIFT kodu barəsində tam məlumat çıxmırsa, siz bank məlumatlar hissəsində zoom(lupa) işarəsinə basaraq yenidən həmin bank kodunu seçməlisiniz.
Axtardığınız bank kodu bir-neçə dəfə çıxarsa, bu zaman həmin SWIFT kodu sonuna XXX yazaraq yenidən axtarışı edib onu seçin.
Mən bir neçə şirkətdə mühasibəm və hesablar çox olduğundan çətinlik çəkirəm
İstifadəçi Hesab Haqqında məlumat bölməsinə daxil olaraq hesab nömrəsinin yanındakı qələm düyməsinə tıklayaraq, hesaba istənilən adı təyin edə bilər. Bu istifadəçiya hesabları daha rahat idarə etməyə kömək edəcək.
Nə üçün yaratdığım büdcə ödənişləri keçmir?
Nəzərə alın ki, əgər büdcə və vergi ödənişlərini etmək istəyirsinizsə, bu zaman Ölkə daxili deyil, büdcə ödənişlərini seçməyiniz lazmıdır. Belə ki, həmin hissə vasitəsilə siz büdcə klassifikasiya kodu və büdcə səviyyə kodunu yığmalısınız.
Yalnız ƏDV ödənişləri zamanı (klassifikasiya və büdcə koduna ehtiyac yoxdursa) Ölkədaxili ödənişləri seçə bilərsiniz.
Vergi/büdcə ödənişi etmək istəyirəm, amma İB sisteminin təqdim etdiyi rekvizitlər məndə olan rekvizitlərə uyğun deyil
Ehtimal ola bilər ki, Vergilər Nazirliyi rekvizitlərində dəyişiklik edib, sistemdə isə dəyişikliklər tətbiq edilməyib. Vergi/büdcə hesabını qeyd edən zaman avtomatik gələn Benefisiarın adı, VÖEN-i və bank kodu, manual olaraq (əl ilə) dəyişdirilə bilər. Rekvizitlərdə uyğunsuzluq varsa həmin ödəniş məlumatlarını əlinizdə olan rekvizitlərə uyğun tamamlamanız, Məlumat mərkəzinə (Call center) isə bununla bağlı məlumat verməyiniz xahiş olunur.
Ölkədaxili ödənişlərdə valyuta hesablarım çıxmır
Hal-hazırda internet bank xidməti daxilində, qanunvericiliyin tələbləri üzrə ölkədaxili ödənişlərdə bir hesabdan digərinə qeyri AZN valyutası köçürmək imkanı yoxdur.
Siz yalnız “Öz hesablarım arasında ödəniş” bölümü vasitəsilə iki qeyri-AZN hesabları arasında ödəniş edə bilərsiniz.
Ətraflı məlumat üçün müştəri menecerinə müraciət etməyiniz xahiş olunur.
Mən Beynəlxalq ödəniş etdikdən sonra onun SWİFT çıxarışını haradan ala bilərəm?
Həyata keçirdiyiniz beynəlxalq ödəniş imzalandıqdan sonra və bank tərəfdən icra olunduqdan sonra, siz onun swift formasını: Hesablar – Hesablardan çıxarış bölümündən Təsdiq edilmiş ödənişin qeydiyyat nomrəsinin (reference number) üzərinə sıxaraq yükləyə və görə bilərsiniz.
Mən internet bank vasitəsilə beynəlxalq ödənişlərdə nə zaman RUBL istifadə edə bilərəm?
Bu funksional hal hazırda hazırlanmaqdadır. İstifadəyə hazır olduğu anda müştərilər bununla bağlı məlumatlandırılacaqlar.
Şablon yaradan zaman xəta alıram
Şablon yaradan zaman aşağıda qeyd olunan xətaları almaq mümkündür:
1. Düzgün olmayan Şablona giriş növü xətası şablon növünü seçmədiyiniz zaman gələ bilər. Şablon kimi yadda saxlamadan öncə, şablonun hər kəsə (şirkətin bütün əməkdaşları görə bilər) və ya özəl (yalnız yaradan görə bilər) olaraq yaddaşda saxlanmasını seçmək lazımdır.
2. Artıq mövcud olan şablon adından bir daha istifadə etmək istədikdə aşağıdakı mesaj çıxır. Sadəcə şablon adını dəyişməklə əməliyyatı icra etmək mümkündür.
3. Əməliyyatın həyata keçiriləcəyi hesabı seçmədikdə, mənbə hesabını seç mesajı çıxır. Bunun üçün Ödəniş hesabını siyahıdan seçmək lazımdır.
Şablon yaratmışam, bir dəfə icra etmişəm amma indi həmin şablonu görmürəm
Səbəb ödənişi şablon kimi yox, Qaralama kimi yadda saxlamağınızdır. Şablonlara baxış bölməsində, yaratdığınız ödənişin şablon və ya qaralama kimi saxladığınızı görə bilərsiniz. Qaralama kimi saxladığınız əməliyyatlar bir dəfəlikdir, və icra olunduqdan sonra şablonlar bölməsindən itir.
Əməliyyatı yadda saxlayan zaman, onu şablon kimi əlavə etmək düyməsinə basaraq yadda saxladığınıza əmin olun.
Əməliyyat gününün sonu (cut-off) əməliyyat həyata keçirsəm nə olar?
Əməliyyat günün sonu icra edilmiş əməliyyatlar növbəti iş gününün tarixi ilə icra olunacaq. Belə ki, Cümə günü saat 18:00 –da həyata keçirilmiş əməliyyat, Bazar ertəsi icra ediləcəkdir. Bu əməliyyat bankın daxili sisteminə düşür və istifadəçinin əlavə bir əməliyyat etməsinə ehtiyac yoxdur.
MFO (Bank kodu) kodunu manual (əl ilə) daxil edə bilmirəm, nə üçün?
Azərbaycanda mövcud olan bütün Bank kodları sistemdə mövcud olduğundan, həmin kodu siyahıdan seçmək lazımdır. Bu Bankdın adında və ya kodunda yol verilə biləcək texniki xətaları da aradan qaldırır.
Benefisiar Bank rekvizitləri bölməsində Bank kodu xanasının üzərində Axtar ( ) düyməsini sıxaraq axtarış meyarlarına uyğun olaraq Bank məlumatlarını avtomatik seçmək mümkündür.
Axtarış meyarlarından Bankın kodu, adı və ya SWIFT kod məlumatlarından birini dolduraraq axtarış etmək və uyğun bank məlumatını tapdıqda Bankı seç düyməsini sıxmaq kifayətdir.
SWIFT çıxarışlarını hardan ala bilərəm?
İstənilən əməliyyatın (Ölkəxarici ödənişlər daxil olmaqla) ödəniş tapşırığını Hesablar -> Hesabdan çıxarış bölməsindən, vaxt aralığını və Ödəniş hesabını seçərək axtarışa verə bilərsiniz. Bu zaman, Ödənişlə bağlı məlumatın Əməliyyat Nömrəsi-ə sıxaraq Ödəniş tapşırığını yükləmək və çap etmək mümkündür.
İnternet Bankda Ölkəxarici ödənişlər SWIFT formatında deyil, bunu hardan ala bilərəm?
MT SWIFT formatında çıxarışların İnternet Bank vasitəsilə alınması qısa zamanda mümkün olacaqdır. Hal-hazırda SWIFT çıxarışını ödəniş tapşırığı formasında Bankın möhürü ilə və ödənişə daxil etdiyiniz bütün məlumatlarla ala bilərsiniz. MT formatında SWIFT məlumatlarını isə filiala müraciət edərək emailinizə ala bilərsiniz.
Müxbir bank məlumatlarını mütləq doldurmalıyam?
Müxbir Bank haqqında məlumatların doldurulması məcburi deyil. SWIFT ödənişləri üçün tələb olunan əsas bölmələr, Benefisiar haqqında məlumatlar, Alan müştərinin bank rekvizitləri, Ödəniş təyinatı və Digər məlumatlar bölmələridir.
Ödəniş yaradan zaman komissiyanı hardan görə bilərəm?
Ödənişlə bağlı komissiyanı bütün məlumatları daxil etdikdən sonra və Təqdim et düyməsini sıxdıqda, Təsdiq etmə mərhələsindən öncə ödənişin komissiya məbləğini və digər məlumatları görmək mümkündür. Qeyd edilən məlumatlarda çatışmazlıq olduqda Geri düyməsini sıxaraq yığılmış ödənişi redaktə etmək və ya Təsdiq et düyməsini sıxaraq ödənişi icra etmək mümkündür.
Ödəniş edirəm, müdürün təsdiqi olmadan keçir
Bunun səbəbi imza hüquqlarında məlumatların səhv qeyd edilməsidir. Belə bir hal baş verdikdə Əlaqə mərkəzinə (Call center) müraciət etməyiniz xahiş olunur. Müraciət zamanı hansı istifadəçinin əməliyyatı yaratmalı, hansı istifadıçilərin isə əməliyyatı imzalamalı olduğunu qeyd etməlisiniz.
Mən valyuta mübadilə kurslarını əməliyyat edərkən görmürəm!
Valyuta mübadiləsi əməliyyat etdiyiniz zaman kurslar barəsində məlumatı Paralel olaraq Ayarlar bölümü Mübadilə məzənnəsinə dair sorğu hissəsindən açıb baxa bilərsiniz.
Valyuta mübadiləsi əməliyyatı üzrə komissiyanı hesablaya bilmirəm, bunu haradan görüm?
Bütün ödənişlərdə olduğu kimi, valyuta ödənişləri üzrə də komissiyanı əməliyyatı yaradıb son olaraq təsdiq etməmişdən öncə görə bilərsiniz. Bunun üçün valyuta mübadiləsi əməliyyatına aid bütün məlumat xanalarını doldurub İcra etmək düyməsini sıxmaq kifayətdir.
Valyuta mübadiləsi üzrə limitlər mövcuddurmu?
Valyuta mübadiləsi əməliyyatlarında limit mövcud deyil. Müştərilər istənilən həcmdə valyuta alqı-satqısı həyata keçirə bilərlər.
İndividual kursla valyuta mübadiləsini necə icra edə bilərəm?
Bunun üçün müştərinin sorğusu əsasında Xəzinədarlıqdan təsdiq almaq lazımdır. Xəzinədarlıq hər hansı bir şirkətə xüsusi kursla valyuta alışı/satışı həyata keçirməyə icazə verdikdə, həmin şirkət üçün bu funksiya aktivləşdiriləcəkdir.
Müştəri hər dəfə xüsusi kursu müştəri meneceri ilə əlaqə yaradaraq ala bilər. Hər yeni individual kurs müştəriyə təqdim edildikdə, O, Valyuta mübadiləsi səhifəsində İndividual kurs seçimi edir və manual olaraq ona təqdim olunmuş kursu xanada qeyd edir.
Əməliyyat icra olunduqdan sonra Bakın sisteminə düşür və xanada qeyd olunan kurs Xəzinədarlığın təqdim etdiyi kursa uyğun olursa, əməliyyat uğurla həyata keçirilir.
Bütün xanaları doldurmuşam amma yenə xəta alıram
Xahiş edirik yalnız ödəniş hesabının məbləğini və ya təyinat hesabının məbləğini qeyd edəsiniz – qeyd edilən xətanı alırsınızsa, demək ki həm Satılacaq Valyuta məbləği həm də Alınacaq Valyuta məbləği xanalarını doldurmusunuz. Bu xanalardan yalnız biri doldurulmalıdır, çünki Alınacaq/Satılacaq məbləğ Bankın kursuna əsasən sistem tərəfindən hesablanır. Misal: 1000 USD satmaq istədiyiniz halda, Satılacaq Valyuta məbləği xanasına 1000 yazır, Alınacaq Valyuta məbləği xanasını isə boş buraxırsınız.
Təqdim et düyməsinə sıxdıqda isə Bankın həmin günə olan satış kursuna əsasən alacağınız AZN (və ya digər valyuta) ekvivalentini görəcəksiniz.
Mən öz hesabdan çıxarışım barəsində məlumatı görmürəm!
Əgər siz hesabdan çıxarış edərək orada heç bir məlumat görmürsünüzsə, bu o deməkdir ki, həmin hesab üzrə 05.01.2017 tarixdən etibarən heç bir əməliyyat olmamışdır. Məlumat verək ki, 05.01.2017 dan əvvəlki tarixə olan çıxarışlar sistemdə öz əksini tapmırlar və öncəki tarixə çıxarışları filialın müştəri xidmətləri təqdim edə bilərlər.
İnternet bankda olan çıxarışlar barəsində məlumat mənim tam ehtiyaclarımı qane etmir
Bildirmək istərdik ki, internet bank daxilində olan hesabdan çıxarış forması sizin cari gün ərzində olan hesabdaxili hərəkətləri göstərmək üçün istidadə edilməlidir. Biz bu məlumatları 24 saatlıq müddət daxilində istifadə etməyi, daha dolğun əməliyyat məlumatlarına isə növbəti gün hesabınız barəsində sizə elektron məktub formasında gələn çıxarışdan almağı tövsiyə edirik.
Mən POS terminallar barəsində məlumatları daha detallı görmək istəyirəm
Siz Hesablar –> Hesablardan çıxarış bölməsi vasitəsilə daxil olduqda POS terminal hesabları önündə (POS) yazısı olur və onu seçərək Detallı çıxarış bölümünü qeyd edirsiniz və həmin müddət üçün çıxarışı Excel və ya PDF kimi yaddaşa yükləyərək baxırsınız. Burada hər bir POSdan keçən tranzaksiyalar üzrə məlumatlar qeyd edilir. Burada həm ümumi məbləğ, həm də komissiya məbləği göstərilir.
Bəs Kart əməliyyatlarım barəsində məlumatı necə görə bilərəm?
Kartlarınızla bağlı çıxarışları Hesablar -> Hesab üzrə çıxarış bölməsindən ala bilərsiniz. Bu zaman Təsvir sütununda korporativ kartdan hansı ödənişi etdiyinizlə bağlı detallı məlumat ala bilərsiniz.
Çıxarışlarda komissiyanı harda görə bilərəm?
Çıxarışları almaq üçün hesabı və tarixi seçərək axtarış verdikdə, sistem əməliyyatın məbləğini və ondan sonrakı sütunda tutulmuş komissiyanı göstərir.
Ödəniş tapşırığı almaq üçün əməliyyat nömrəsinin üzərinə tıkladıqda, əməliyyatlar Ölkədaxili, Valyuta mübadiləsi və Vergi ödənişidirsə Ödəniş tapşırığının içərisində komissiya məbləğini görə bilərsiniz. Əməliyyat SWIFT əməliyyatıdırsa komissiya malumatı Ödəniş tapşırığında qeyd edilməyəcək. SWIFT əməliyyatlarında komissiyanı, hesab üzrə çıxarış məlumatları arasında görə bilərsiniz.
Yaratdığım ödənişin vəziyyətini necə izləyə bilərəm?
Hər bir ödəniş yarandıqdan sonra:
– Əsas Paneldə “Son əməliyyatlar” hissəsində – yalnız son 5 əməliyyatı görmək olur.
– Eləcə də Əməliyyatlar bölümündə Başlanmış əməliyyatlar və Əməliyyatlara baxış hissəsində qeyd edilir.
Ödənişin üzərinə basıb detallarını izləyəndə onun son statusu barəsində məlumat çıxır:
• Yaradılmış – ödəniş onu yaradan tərəfindən tərtib edilibdir, lakin hələ heç kim onu təsdiq etməyibdir və əməliyyat icra edilməyib.
• İcazə verilmişdir – ödənişi təsdiqləyən tərəf ona icazə vermişdir.
• Qəbul edilmişdir – ödəniş artıq internet bank vasitəsilə bütün təsdiqləri keçmişdir və bank onu icra etməyə qəbul etmişdir.
• Əməliyyat gedir – təsdiqlənmiş ödəniş hal-hazırda bank tərəfdən işlənilir
• Səlahiyyət verilmiş şəxs tərəfindən rədd edilmişdir – Yəni təsdiq sahibi olan şəxs ödənişdən imtina edib
• Rədd edilmişdir – ödəniş hansısa səbəbdən bank tərəfindən rədd edilmişdir. (Səbəbi əməliyyatın istinad nömrəsinin üzərinə basaraq görmək mümkündür.)
• Yarım-Səlahiyyətli – yaradılmış ödənişi bir-neçə istifadəçi təsdiq etməlidirsə və onların hər biri hələ də əməliyyatı təsdiqləmədiyi zaman bu status çıxır.
• Tamamlanmış – ödəniş tam təsdiqlənib və bank sistemi vasitəsilə emal edilərək icra olunubdur.
Əməliyyatlara baxış hissəsində isə tam olaraq sizin şirkətiniz daxilində olan ödənişləri izləyə bilər və statusları görə bilərsiniz (yəni burada siz yaratmayan ödənişlər də var).
Mənim imza hüququm var, əməliyyatları hardan imzalamalıyam?
Əyər əməliyyat icra olunubsa imzalayan şəxslər həmin əməliyyatı əsas səhifədə olan Təsdiq gözləyən əməliyyatlar pəncərəsindən və Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan görə bilərlər.
Əməliyyatlar bölməsindən imzaya gələn əməliyyatları bir-bir, və ya 100-ə qədərini bir imza ilə təsdiqləmək mümkündür. Təsdiqin gözləyən əməliyyatlar pəncərəsindən isə yalnız bir-bir təsdiqləmək imkanı var.
Əgər ödənişi səhv yaratsam onu silə bilərəm?
Ödənişi yaratdıqdan sonra əgər istəyirsinizsə onu silə bilərsiniz. Lakin o internet bankdan tam olaraq silinməyəcək və silinmiş statusda göstəriləcəkdir. Bu ödənişi təsdiq edən deyil, yalnız siz görəcəksiniz.
Xətalı və rədd edilmiş əməliyyatları silə bilərəm?
Bu funksiya hal hazırda hazırlanma mərhələsindədir. Rədd edilmiş və Xətalı statusunda olan əməliyyatların silinməsin qısa zamanda təmin edəcəyik.
Hesabımda balans olduğunu görürəm amma əməliyyatlarım keçmir?
Əsas səhifədə Hesab haqqında məlumat bölməsində gördüyünüz balans Sizin Cari Balansınızdır.
Yaşıl ilə qeyd olunmuş hesabın üzərinə basdıqda Siz hesabdakı balansınızla bağlı daha detallı məlumat ala bilərsiniz. Belə ki, Cari Balans və Mövcud Cari balans -nız biri birindən fərqlənə bilər. Ola bilsin ki, Sizin hesabınıza mədaxil olunub, amma həmin məbləğ hələ əməliyyat tərəfindən təsdiqlənmədiyindən ondan istifadə edə bilmirsiniz. Bu zaman Sizin Cari Balansınızdakı məbləğ həmin mədaxil məbləğini də nəzərə alır, hal bu ki, Mövcud Cari Balansınızda həmin məbləğ istifadəyə verilməyib. Bu səbəbdən, əməliyyat etməmişdən öncə Mövcud Cari Balansınızı yoxlamağınız məsləhət görülür.
Ödənişlərin imzalanma mexanizmi necədir?
Ödənişi imzalamaq üçün bu qayda nəzərə alınmalıdır:
– Əgər istifadəçi hər hansı İmza hüquqlarından birindədirsə və ondan başqa imzalayan varsa, bu zaman o özünün yaratdığı ödənişləri təsdiqləyə bilməz
– İstifadəçi şirkətə aid olan hesablarda imzalayandırsa, onun səlahiyyəti hər yerdə eyni cür olmalıdır. Yəni 11111 hesabında 1ci imza, 22222 hesabında 2ci imza ola bilməz. Hər zaman eyni imza olmalıdır.
Əgər bu qayda pozulursa və müştəri həm yaradan siyahısında, həm də təsdiqləyən siyahısında olarsa, bu zaman ödəniş Yarım-səlahiyyətli statusa düşür. Belə bir hal baş verdikdə, Çağrı mərkəzinə müraciət etməyiniz xahiş olunur. Müraciətdə yaşadığınız çətinliyi və Sizə uyğun hüquqların hansı formada olmasını qeyd etsəniz, bir iş günü ərzində hüquqlarla bağlı müraciətiniz cavablandırılacaq.
Önəmlə rica edirik ki, külli miqdarda ödəniş etməmişdən əvvəl bir ödənişi edib onu imzalama prosesindən keçirəsiniz və imzalanmasında əmin olasınız. Əmin olduqdan sonra digərlərini yaradasınız.
Unutmayaq ki, əgər ödəniş yarım-səlahiyyətli statusuna düşübsə və şirkətdə imza hüququ olan bütün şəxslər əməliyyatı imzalayıbsa, imza səlahiyyətlərini dəyişsən belə həmin ödənişi imzalamaq mümkün olmayacaqdır. Hüquqlar sistemdə yeniləndikdən sonra isə, yeni hüquqlar yalnız yeni yaradılmış əməliyyatlara tətbiq olunacaqdır.
Yeni ödəniş yaratmışıq amma rəhbərimiz imzalamaq üçün görnmür?
Əgər rəhbər şəxs əməliyyatları Təsdiq gözləyən əməliyyatlar pəncərəsindən imzalayırsa o zaman yeni yaradılmış əməliyyatı imzalanacaqların siyahısında gömrək üçün Yenilə ( ) düyməsini sıxmaq lazımdır. Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan daxil olur amma imzalanacaqlar siyahısında həmin əməliyyatı görmürsə Əməliyyatlar bölməsində Başlanmış əməliyyatlar-dan ödənişin hansı statusda olmasını yoxlamaq lazımdır. Ehtimal var ki, əməliyyatı yaradan sonradan əməliyyatı silib.
Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan daxil olur amma heç bir əməliyyat görmürsə, o zaman Müştəri xidmətlərinə müraciət edib, bunu bildirmək lazımdır. Ehtimal var ki, sizin istifadəçi əməliyyatları təsdiqləmək üçün sazlanmayıb.
Yarım-səlahiyyətli ödənişləri necə silə bilərəm?
Yuxarıda göstərilən tip ödənişləri silmək mümkün deyil. Onlar 30 günün tamamında vaxtı keçmiş ödənişlər formasında sistemdə silinəcəklər. Ümumiyyətlə isə ödənişlərin silinməsi funksiyası qısa zamanda istifadəyə veriləcəkdir.
İmza hüququ olan şəxs yaradanın əməliyyatı üzərində dəyişiklik edə bilər?
Əməliyyat yalnız onu yaradan tərəfdən dəyişdirilə bilər. İmza hüququ olan şəxs ona imzaya gəlmiş əməliyyat Rədd edə bilər, İmzalaya bilər və ya Dəyişmək üçün geri göndərə bilər. Heç bir halda imzalayan şəxs əməliyyatın üzərində dəyişiklik edə bilməz, və yalnız Dəyişmək üçün geri göndər əməliyyatını icra edərək Qeyd xanasında qeydlərini apararaq ödənişi yaradan şəxsə geri göndərə bilər. Geri gəlmiş ödənişdə yaradan şəxs müvafiq dəyişiklikləri edərək, ödənişi yenidən imzaya göndərə bilər.
Mümkündür mü müvafiq məbləğə qədər olan ödənişlər imzasız, həmin məbləğdən artıq ödənişlər isə rəhbər şəxslərin imzası ilə keçsin?
Bəli mümkündür. Sistem imkan verir ki, Misal üçün yaradan şəxs 2000 AZN ekvivalenti bütün əməliyyatları rəhbərlərin imzası olmadan keçirsin, 2000 AZN ekvivalentindən artıq olan əməliyyatları isə mütləq digər bir imza hüququ olan şəxs təsdiqləsin.
Kütləvi ödəniş və əmək haqqı faylı yükləmək istəyirəm amma belə bir menyu görmürəm.
Kütləvi ödəniş və əmək haqqı faylları yükləmək üçün istifadəçilərə hüquqlar verilməlidir. Bu hüquqları əldə etmək üçün Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.
Kütləvi ödəniş menyusuna daxil oluram amma BTİD not mapped xətası alıram.
Bu xəta o zaman meydana gəlir ki, Kütləvi ödəniş menyusu aktivləşdirilib amma digər hüquqlar (hesablara qoşmaq, əməliyyat hüququ vermək, kütləvi faylın şirkətə qoşulması) sazlanmayıb. Bu hüquqları əldə etmək üçün Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.
Əmək haqqı faylı yükləmək üçün menyuya daxil oluram, amma xəta alıram
Ehtimal var ki, əmək haqqı menyusu aktivləşdirilməsinə baxmayaraq, bu əməliyyatı həyata keçirmək üçün heç bir AZN hesabı qoşulmayıb.
Digər bir ehtimal, ümumiyyətlə hüquqların verilməməsidir. Hər iki halda Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.
Kütləvi ödəniş vasitəsi ilə hansı ödənişləri edə bilərəm?
Kütləvi ödəniş faylında Öz hesablarınız arasında, Bankdaxili, Ölkədaxili, Vergi və büdcə, Ölkəxarici ödənişləri etmək mümkündür. Bir kütləvi ödəniş faylında bütün qeyd edilən ödənişləri yığmaq və bir imza ilə əməliyyatı həyata keçirmək imkanı var.
Əmək haqqı faylını yükləmişəm amma faylın həcmi ilə bağlı xəta alıram
Əmək haqqı faylı və Kütləvi ödəniş faylları txt. (Notepad) və ya csv. Formatlarında olmalıdır. Digər bir formatda fayl yüklədikdə (word, excel və s.) aşağıda qeyd edilən xətanı almaq mümkündür. Xahiş olunur faylın formatında düzəliş edərək faylı bir daha yükləyin.
Kütləvi ödəniş faylı yükləmişəm, əməliyyatların bəzisi keçib bəzisi keçməyib
Bu zaman Kütləvi ödəniş faylına baxış bölməsinə daxil olaraq və yüklədiyiniz faylı seçərək (Faylın istinad nömrəsinin üzərinə sonra isə Qeydin istinad nömrəsinə tıklamaqla) keçən və keçməyən əməliyyatların statusuna və səbəblərinə baxış həyata keçirə bilərsiniz.
Kütləvi ödəniş faylı yükləmişəm amma əməliyyatlar keçməyib
Bu zaman Kütləvi ödəniş faylına baxış bölməsinə daxil olaraq və yüklədiyiniz faylı seçərək (Faylın ADI üzərinə tıklamaqla) keçməyən faylın səhvlərinə baxış həyata keçirə bilərsiniz.
Kütləvi ödəniş və əmək haqqı faylında köhnə İBAN formatına uyğun hesablardan istifadə etmək olar?
Internet Bank yalnız Paşa Bankın yeni IBAN formatlı hesablarını qəbul edir. Köhnə hesablardan istifadə olunsa sistem xəta mesajı qaytaracaq.
Əmək haqqı ödənişini Ölkədaxili ödənişlərdən edə bilərəm?
Əmək-haqqı ödənişləri yalnız Əmək haqqı menyusundan csv. Və ya txt. Faylı yükləmək yolu ilə həyata keçirilə bilər. Digər Ödəniş menyularından istifadə etməklə əmək haqqı əməliyyatını həyata keçirmək mümkün deyil.
Yüklədiyim əmək haqqının detallarını hardan görə bilərəm?
Yüklədiyiniz əmək haqqı faylının detallarına Əmək-haqqı faylına baxış menyusundan həyata keçirə bilərsiniz. Bu zaman əmək-haqqı faylın nömrəsinin üzərinə tıklayaraq yüklədiyinizin faylın detallarını görə və çap edə bilərsiniz.
Bir əmək haqqı faylına neçə işçinin əmək haqqı ödənişini daxil edə bilərəm?
Bir əmək haqqı faylına maksimum 500 işçinin əmək haqqı ödənişini daxil edə bilərsiniz.
Əgər əmək haqqı ödəmək istədiyiniz işçilərin sayı 500-dən artıqdırsa hər birində 500 işçi olmaqla bir neçə fayl yaradaraq sistemə yükləməlisiniz.
Hansı Əmək haqqı tipləri var?
Əmək haqqı tipləri aşağıdakılardır:
EH – Əmək Haqqı
SHH – Son haqqı-hesab
AMH – Analıq Məzuniyyəti haqqı
AV – Avans ödənişi
BN – Bonus ödənişi
MKF – Mükafat
TQD- Təqaüd
MY – Maddi Yardım
DG – Digər
YŞH – Yaşayış haqqı
XH – Xəsarət haqqı
BP – Bayram pulu
EZM – Ezamiyyət
KMP – Kompensasiya
Əmək haqqı faylını yığarkən Azərbaycan hərflərindən istifadə edə bilərəm?
Əmək haqqı faylını yığdığınız zaman yalnız latın əlifbasının hərflərindən istifadə etməlisiniz.
Nümunə: CEYHUN MAMED OGLU KERIMOV,AZ17PAHA41010AZNFK0190000XXX,1500,31 yanvar odenishi, EH
Əmək haqqı faylını sistemə yüklədikdən sonra əməliyyatın statusuna haradan baxa bilərəm?
Yüklədiyiniz əmək haqqı faylının statusuna baxmaq üçün əsas menudan “Əmək Haqqı Ödənişləri” bölməsindən “Əmək Haqqı Yüklənməsinə Baxış” alt-bölümünü seçmək lazımdır.
Açılan pəncərədə Faylın Statusu, Əmək haqqı statusu və əlavə məlumatı almaq olar. Faylın statusu “Xəta” olduqda Məlumat hissəsində xətanın səbəbi yazılmış olacaq.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
PAŞA Bank 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb
PAŞA Bank aprel ayının 5-i keçirilən mətbuat konfransında 2020-ci ilə dair fəaliyyətinin yekunlarını və törəmə bankları olan “PASHA Bank Georgia” SC və “PAŞA Yatırım Bankası” A.Ş.-nin maliyyə nəticələrini açıqlayıb. Daha ətraflı
Baş ofis ilə əlaqə
Yusif Məmmədəliyev küç. 13
Bakı, AZ1005, Azərbaycan
T: (+994 12) 496 50 00
F: (+994 12) 496 50 10
E: office@pashabank.az
Valyuta Məzənnələri
22.05.2023
Nağd əməliyyatlar uzrə məzənnələr
| Alış | Satış | |
|---|---|---|
| USD | 1.6970 | 1.7020 |
| EUR | 1.8100 | 1.8680 |
| GBP | 2.0670 | 2.1700 |
| RUB | 0.0148 | 0.0219 |
| TRY | 0.0686 | 0.1012 |
Proqramlaşdırmanı özüm öyrənə bilərəm?
Proqramçı olmağı düşünürsənsə bəzi xüsusiyyətlərin olması mütləqdir.
- “Eşşək” kimi işləmə qabiliyyəti (Bu xüsusiyyətin yoxdursa onu qazanmaq üçün yollar axtar)
- Sürətli öyrənmə qabiliyyəti (Sən bir texnologiya haqqında kitab oxumağa başlayıb bitirənə qədər artıq o texnologiyanın köhnəlmiş olma ehtimalı çox yüksəkdir. Buna görə sürət əhəmiyyətlidir.)
Bir proqramçı bütün iş həyatı ilə yanaşı eyni miqdarda öyrənməyə vaxt ayırır. Öyrənmə prosesində iki kategoriya var
- Yeni başlayan birinin öyrənmə prosesi
- Müəyyən səviyyəyə gəlmiş birinin öyrənmə prosesi.
Yeni başlayan birinin öyrənmə prosesi
Başlamaq istəyirsən, hər şeydən əminsən.Sahə çox maraqlı gəlir, vaxt ayırmağı qəbul etmisən (vaxtını qurban verməyi qəbul etmək böyük cəsarətdir). Öyrənməyə necə hardan başlayacağın məsələsi beynini qurdalıyır və çox qərarsız qalırsan. Azərbaycanda olduğum son illərdə yeni başlayanların ən çox qərarsız qaldığı mövzulardan biri budur. Qarşında iki seçim var
- Özün internetden başlayacaqsan öyrənməyə (Online)
- Universitetə ya da bir kursa yazılacaqsan (Offline)
Bu iki seçimin müsbət və mənfi yönləri var. Qərar verəndə bunlara görə qərar vermək lazımdır.
1. Özün internetden başlayacaqsan öyrənməyə (Online)
Müsbət yönləri
- Qaynaq seçimi sənə aiddir
- İstəmədiyin bir texnologiyanı nəyinsə xatirinə öyrənmək məcburiyyətində qalmırsan
- Zaman baxımından sərbəstsən istənilən vaxtda öyrənə bilərsən.
- Əyər öyrənmə sürətin yaxşıdırsa kurs yoldaşın ya da sinif yoldaşının zəif sürəti sənin vaxtını itirmir.
- Maddi olaraq çox sərfəlidir. Heç xərcin çıxmaya bilər
- Araşdırma qabiliyyətin çox inkişaf edəcək və Google-un əslində necə böyük nemət olduğunu qavracaqsan.
Mənfi yönləri
- Çox ciddi məsuliyyət tələb edir. Əyər kinoya getmək ya da gəzmək səni asanlıqla öyrənməni yarıda qoymağına səbəb olursa nəticə olmaz. Planlı biri deyilsənsə öyrənmə prosesin ya çox uzun çəkəcək ya da yarım qalacaq.
- Düzgün mənbə və düzgün istiqamət seçimində çətinlik çəkəcəksən. Bəzən bir texnologiyanı öyrəndikdən sonra başa düşəcəksən ki əslində sənə lazım olan bu deyilmiş.
- Qarşına çıxan problemlərin həllinə çox vaxtını sərf edəcəksən. Bəzən bir xırda səhvə görə saatların bəlkə də günlərin gedəcək
- İngilis dilini bilmirsənsə (Azərbaycanda olanlar ən azından Rus dilini) tisbağa sürəti ilə hərəkət edəcəksən.
- Azərbaycanda şirkətlərin bəziləri təəssüf ki beyninizdə olanlardan çox kağız üstündə nəyiniz varsa ona əhəmiyyət verir (Diplom, sertifikat)
- Müəyyən faiz ailələrdə sənin öyrənə biləcəyin ciddiyə alınmayacaq və “Boş boş işlərlə məşqul olan ” biri olma riskin var. Ailə qohum qardaş təzyiqi ciddi riskdir Azərbaycanda
2. Universitetə ya da bir kursa yazılacaqsan (Offline)
Müsbət yönləri
- Səndən çox daha təcrübəli və sənin keçəcəyin yolları keçmiş biri sənin səhvini çox asanlıqla görüb onu aradan qaldıraraq sənə zaman qazandıracaq.
- Müəyyən bir rejimin olacaq. Bəzən həvəsin olmadığı anlarda başda söz verdiyin rejim sənin öyrənməyində yarana biləcək qırılmanın qarşısını alacaq.
- Proqramlaşdırmada müzakirə əhəmiyyətlidir. Səninlə eyni hədəfə sahib olan insanlarla eyni mühitdə olmağın öyrənmə sürətinə çox ciddi müsbət təsiri var.
- Sinif ya da qrup yoldaşının məsələlərə baxış tərzi səndə yeni ideyalar yarada bilər.
- Azərbaycanda iş tapmaq məsələsində “kruq” çox əhəmiyyətlidir. Universitet ya da kurs sənə bu mənada ciddi təkan verəcək.
- Qrupla birlikdə hərəkət etdiyin üçün boş vaxtlarını məhlədəki dostun ya da rəfiqən yerinə səninlə eyni istiqamətdə gedən insanlarla əylənəcəksən və bu bəzən daha əyləncəli ola bilir.
- Bir yerə aid olma duyğusu yaranacaq. “Neynirsən?” sualına “X unisində ya da Y kursuna gedirəm” deyə biləcəksən
- Ailəni və şirkətlərin arzusunda olduğu kağız parçasını verə biləcəksən. Bu da səni özünü uzun uzadı izah etmə əziyyətindən qurtaracaq.
- Öyrənə bilməyəndə günahı ata biləcəyin qurum olacaq əlində “Mən öyrənirdim onlar öyrədə bilmir” deyə biləcəksən rahatlıqla
Mənfi yönləri
- Maddi olaraq ciddi məbləğlər tələb oluna bilər
- Bütün öyrədilənlər sənə lazım olmaya bilər. “Mənim bu məlumat nəyimə lazımdır” deyəcəyin mövzular olacaq.
- Azərbaycanda keyfiyyətli təlimçi və müəllim nadir tapıntı olduğu üçün düzgün mühitə düşməyin asan deyil.
- Müəyyən vaxt hər şeyi müəllim ya da təlimçidən gözləməyə alışma ehtimalın var. Bu halda universitet ya da kurs bitdikdən sonra sudan çıxan balıq kimi davranma ehtimalın var. Daimi kiminsə sənə nəyisə öyrədməli olduğu kimi səhv alışqanlıq yarana bilər.
- Dərsə ya da təlimə nəyisə öyrənmək və suallarla gəlmirsənsə “Ne anlatacak bakalım bu düdük makarnası” niyəti ilə gəldiyin üçün dərsin sənə heç bir faydası olmayacaq.
- Proqramlaşdırma çox sürətlə dəyişən tempə sahibdir. Universitetin və kursun sənə ən son texnologiyanı öyrədmə şansı xeyli aşağıdır.
- Universitet ya da kurs bitdikdən sonra səndən gözlənən nəticə heç də aşağı olmayacaq ailən və ətrafından. Diplomu aldığın gündən sən artıq “praqramistsən” və hər şeyi edəbiləcək qabiliyyətin olduğuna inanılacaq və bu səndə ciddi təzyiq yaradacaq.
Bir az da artırmaq olar bütün bu müsbət mənfiləri amma ən əhəmiyyətli gördüklərim bunlardır. Öz qabiliyyət və xarakterinə görə bunlardan birini ya da ikisi eyni anda edə bilərsən.
Bura qədər olan hissə tamamən yeni başlayan biri üçündür.
“Müəyyən səviyyəyə gəlmiş birinin öyrənmə prosesi” üçün müəyyən bir yol yoxdur amma başqa bir məqalədə öyrənmə sürətinin artırılması üçün yoxlanılmış və faydalı üsullar haqqında yazı olacaq.
Bundan əlavə daha çox universitetə ya da kursa başlamaq niyəti olanlar üçün və hal hazırda universitetdə və kursda təhsil alanlar üçün faydalı olabiləcək bəzi məsələlərlə bağlı yazı olacaq yaxın zamanda.
Proxy nədir, nəyə lazımdır və necə istifadə etmək olar?
İngilis dili “proxy” sözü, “səlahiyyət” deməkdir, geniş danışılır və hər gün bu konsepsiyaya rast gəlmək lazımdır. Bununla belə, bütün PC istifadəçiləri bir proxy nə olduğunu və necə işlədiyini bilmir. İstifadəçilər və bütün İnternet serverləri arasında olan bu görünməz vasitəçi şəbəkə üzrə mümkün işi mümkün edir.
Proxy server – nədir?
Tipik bir kompüter istifadəçisi bir proxy bağlantısının nə olduğunu və nə üçün lazım olduğunu bilməməlidir. Əslində, WWW resurslarına çıxış doğrudan müştəri-server sistemindən mümkün deyil. Bunun üçün proxy olan ara keçid tələb olunur. Şəxsi kompüterdən istənilən məlumat doğru informasiyanı geri almaq üçün məlumatların göndərilməsidir. O, həmişə vasitəçiyə gəlir – tələbi işləyən kompüter proqramları kompleksi və müştərini ünvana göndərir. Yəni, serverlər üçün bir şəxs, onun adından hərəkət edən səlahiyyətli nümayəndəsi vasitəsilə əlaqələndirilir.
Niyə bir proxy serverə ehtiyacım var?
Proxy kompleksi olmadan resurslarla işləmək mümkün deyil. PC istifadəçiləri üçün bir köməkçi serverdən istifadə etmək üçün bir neçə səbəb var:
- Yer əvəzi. Bir proxy vasitəsi ilə sayta gedirsəniz, xidmətlərə çıxmaq üçün məhdudiyyətlər atlaya bilərsiniz.
- Gizli məlumatların qorunması. Anonim proxy server müştərinin yeri, onun IP ünvanını gizlədir. Müştəri anonim olaraq onlayn gedə bilər. Bu proxy xidməti də istifadəçiləri şəbəkə hücumlarından qoruyur.
- Təhlükəsizlik. “Yasak” saytlara girişin məhdudlaşdırılması. İşçilər, əyləncə portalları və sosial şəbəkələrdə iş saatları sərf etməyən şirkətlərdə tətbiq olunur.
- Onlara giriş imkanlarını artırmaq üçün resursları önlədirmək. Server bəzi məlumatları qısa müddətli yaddaşda saxlaya bilər və statik olduqda, müştəri artıq yüklənmiş məzmunu göstərir.
Proxy istifadə necə?
Hətta kompüterdə güclü olmayanlar da əlaqəni ağda işləmək üçün asanlaşdırır və müştəri brauzerinin anonimliyini təmin edən proxy kimi nə başa düşə bilər. IP-nin məhdudlaşdırılmasına mane olmaq, qadağan edilmiş sayta daxil olmaq, İnternet səhifəsini sürətləndirilmiş rejimdə tələb etmək kömək edəcəkdir. Server-vasitəçi prinsipi ilə bağlı əsas anlayışlar istifadəçi bacarıqlarını yeni səviyyəyə gətirir. Bir proxy serverindən istifadə etməzdən əvvəl düzgün şəkildə konfiqurasiya etmək lazımdır.
Harada bir proxy almaq olar?
Bu gün fərdi veksellər alınıb satılır. Onlar pulsuz ola bilərlər, amma keyfiyyətli bir məhsula qənaət etmirlər, çünki bir az pul üçün, serverlə birlikdə müştəri bir sıra faydalı xidmətlər alır. Anonim proxyi harada tapa bilərəm?
- Xüsusi saytlara yerləşdirmək üçün pulsuz. Hər kəs onları istifadə edə bilər, buna görə də bəzən yavaşsınlar və arabaları itələyə bilərlər.
- Proxy Switcher istifadə edərək bir proxy yükləyə bilərsiniz. Ölkə ətrafında serverləri sıralar, seçilmiş proxy sürətini və performansını test etməyə imkan verir. Bir “minus” – proqram ödənilir, siz təxminən 30 dollar ödəməlisiniz.
- 50na50.net, foxtools.ru və hideme.ru saytlarında “səlahiyyətli” server ala bilərsiniz. Mövcud yardımçıların siyahısı gündəlik olaraq güncellenir.
Bir proxy server qurmaq üçün necə?
Proxydən birinin lehinə seçim edildikdə, onu kompüterə yükləməlisiniz. Proxy ayarları uzun sürmür. Necə davranmalı?
- Brauzer ayarlarını açın.
- “Ətraflı ayarları” sekmesine keçin.
- “Bağlantı parametrləri” ni seçin.
- Proxy bağlantısı parametrlərini göstərin.
- Serverin IP ünvanını daxil edin.
- Kompüteri yenidən başladın.
Proxy sunucumu nasıl bulabilirim?
Əgər kompüterdə artıq zəruri avadanlıqlar varsa, ancaq istifadəçi port nömrəsini bilmirsə proksini bir neçə yolla tapa bilərsiniz.
- Adi istifadəçilər və ya korporativ şəbəkə üzvləri üçün – nəzarət panelində nişanlar açmaqla. Bunlar “Bağlantı Özellikleri” və “İnternet Protokolü TPC \ IP” kimi maddələrdir. Ünvan sütununda adi 192.168 rəqəmi olmadıqda, digərləri isə bir proxy göstərir.
- Server ünvanı müəyyənləşdirməkdə probleminiz varsa, sistem administratorundan kömək istəyə bilərsiniz.
- Mozilla Firefox brauzerinin istifadəçiləri parametrlərini “Ayarlar” – “Ətraflı” – “Şəbəkə” nişanlarında tapa bilərsiniz. Əgər varsa serverin tam təsviri var.
- Internet Explorer “Tools” – “İnternet Seçimləri” bölmələrində aşağıdakı məlumatları ehtiva edir.
Proxy serverini necə dəyişdirmək olar?
Bəzən təcrübəli istifadəçi özünü soruşur: proxy bağlantısını necə dəyişə bilərəm? Bu da çətin deyil. Kompüter parametrlərində müvafiq markaları yerləşdirə biləcəyiniz “Proxy server parametrlərini dəyişdirin” nişanı var. İstisnalar – Google Chrome brauzeri. Bu kimi davranmalı:
- menyuda “Seçimlər” ni seçin;
- “Ətraflı” səhifəsinə keçin;
- “Şəbəkə” seksiyasını tapın;
- “Parametrləri dəyiş” bölməsinə keçin;
- Proxy’yi dəyişə biləcəyiniz İnternet Explorer ayarları penceresi açılacaq.
Proxy serverini necə aradan qaldırmaq olar?
Nə proxy olduğunu və işdə necə kömək etdiyini başa düşməklə, istifadəçi bu köməkçinin xüsusiyyətlərini ustalıqla istifadə edir. Lakin bəzən əlaqə xidmətlərini tamamilə kəsmək lazımdır. Yəqin ki, bu, başqa bir serverə və bəlkə də onun tamamilə faydasız olması üçün getmək üçün edilir. Proxy’yi aradan qaldırmadan əvvəl, istifadəçi bütün mənfəətləri və eksilerini çəkir. Qərar bir asistana xas deyilsə, müxtəlif brauzerlər üçün aşağıdakı təlimatlara uyğun hərəkət etməlisiniz:
- İnternet Explorer-da “Əlaqələr” seksiyasına gedin, “Şəbəkə Ayarları” düyməsini basın, burada “Avtomatik Parametr Təyinatı” etiketli qutunu silin. “Yerli bağlantılar üçün bir proxy server istifadə et” seçiminin yanında, müvafiq onay qutusunu seçin. Hər iki açıq pəncərədə “OK” düyməsini basın.
- Mozilla FireFox-da, əlaqə parametrləri penceresindəki “No proxy” yanındakı qutuyu yoxlayın.
- Opera’da, F12 düyməsini basaraq “Tez Ayarlar” alt hissəsinə keçin. Bu elementi ləğv etmək üçün “Proxy serverlərini aktivləşdir” xəttində sol düyməni basın.
Comments are closed, but trackbacks and pingbacks are open.