Sifahi xalq edebiyyati
Sehrli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, sehrli şər qüvvələrlə mübarizə aparmalı olur. Burada cin, div, əjdaha, ifritə kimi sehrli qüvvələr iştirak edir. Lakin onlar köməkçi rol oynayır. Şər qüvvələrlə mübarizədə nağılın qəhrəmanına xeyirxah sehrli qüvvələr ( simurq quşu, at, uçan xalça və s.) kömək edir. «Məlikməmməd”, “Cırtdan», «Ağ atlı oğlan» nağılları belə sehrli nağıllara nümunə ola bilər. Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir. Bu nağıllarda qəhrəmanlar çox zaman adi, sadə, lakin xeyirxah və fərasətli insanlardır. Onlar həyatda çətinliklə qarşılaşır, yoxsul həyat keçirirlər. Məsələn, “Daşdəmirin nağılı”, «Yalançı çoban», «Yeddi nar çubuğu», «Yoxsul qocayla vəzir» nağılları məişət nağıllarıdır.
Azərbaycan şifahi xalq ədəbiyyatına
Kamal ABDULLA, Mahmud ALLAHMANLI, Baxıtjan AZİBAYEVA (Qazaxıstan), Nizami CƏFƏROV, Adil CƏMİL, Lyubov ÇİMPOYEŞ (Moldova), Rəhilə DAVUT (Çin), Metin EKİCİ (Türkiyə), Əziz ƏLƏKBƏRLİ, Kamran ƏLİYEV, Əfzələddin ƏSGƏR, İsa HƏBİBBƏYLİ, Ağaverdi XƏLİL, Rza XƏLİLOV, Firdaus XİSAMİTDİNOV (Rusiya), Vasiliy İLLARİYONOV (Rusiya), Mamatkul JURAYEV (Özbəkistan), Rayisa KIDIRBAYEVA (Qırğızıstan), Ramazan QAFARLI, Məhərrəm QASIMLI, Elxan MƏMMƏDLİ, Qəzənfər PAŞAYEV, Afaq RAMAZANOVA, Seyfəddin RZASOY, Muradgəldi SOYEQOV (Türkmənistan), Ləman SÜLEYMANOVA, Əli ŞAMİL, Atilla YORMA (Finlandiya), İlseyar ZAKİROVA (Tatarıstan)
Baş redaktor: Muxtar KAZIMOĞLU-İMANOV
Baş redaktorun müavini: Füzuli BAYAT
Məsul katib: Səbinə İSAYEVA
Nəşriyyat redaktoru: Nigar HƏSƏNOVA
“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər”. Elmi-ədəbi toplu, III. Bakı, “Elm və təhsil”, 2014, -164 səh.
Ş 4603000000 Qrifli nəşr
© Folklor İnstitutu, 2014
BAŞLIQLAR
Folklorşünaslıq məsələləri
P.Q.Boqatırev. Xalq yaradıcılığında ənənə və improvizasiya 6
Füzuli Bayat. İnsanlıq tarixinin üç mərhələsi ilə üç funksiyası:
Homo Sapiens, Homo Faber, Homo Ludens 9
Əziz Ələkbərli. Folklorda tarixilik folklorşünaslığın problemi kimi 20
Asif Hacıyev. “Dədə Qorqud” eposunun söz dünyasından bəzi ştrixlər 26
Afaq Ramazanova. Stith Thompsonun Motif Index-i və
“Arzu-Qəmbər” dastanı 36
Şakir Albalıyev. Novruz: adilikdə qeyri-adiliklərin reallaşması 47
Səbinə İsayeva. Aşıq yaradıcılığında ictimai-siyasi motivlər 58
Sönməz Abbaslı. Hümmət Əlizadənin “Azərbaycan el ədəbiyyatı” ─
ATTC-nin uğurlu nəşrlərindən biri kimi 66
Ülkər Ələkbərova. Əcəldən qaçma motivi 71
Lalə Maxsudova. İlkin görüşləri ifadə edən miflərin janr spesifikası
(Şirvan folkloru əsasında) 84
Gülnar Osmanova. “Ağ qoç, qara qoç”: mifoloji yaddaş və bu gün 92
Validə Həsənova. “Azərbaycan folkloru antologiyası”nda nağılların
informasiya təminatı 100
Kəmalə Osmanova. Sınaq motivinin ritual-mifoloji əsasları 108
İlhamə Əsgərova. “Alı xan” dastanı haqqında 115
Gülnar İsmayılova. Aşıq Ələsgər və Səməd Vurğun
yaradıcılığında Dünya obrazı 121
Peşəkar söyləyici ifaçılığı
Nağıl ustası Abbas Abbasovun repertuarı 127
Ümumtürk folklorundan örnəklər
Qumuq folklorundan örnəklər 152
Kartkocak ilə Maksuman 152
CONTENTS
The problems of folklore studies
P.Q.Boqatirev. Tradition and improvisation in the folklore 6
Fuzuli Bayat. Three levels with three functions of human history:
Homo Sapiens, Homo Faber, Homo Ludens 9
Aziz Alakbarli. The Historism in Folklore as a Problem
of Folklore-Study 20
Asif Hajiyev. Some features from world of words
of «Dada Qorqud» epos 26
Afag Ramazanova. Motif İndex of Stith Thompson and
Shakir Albaliev. Novruz: the realization of unusualness
in commonness 47
Sabina İsayeva. Social-Political Motives in Ashug Creativity 58
Sonmez Abbasli. Azerbaijani folk literature by Hummat Alizadeh ─
as one of the successful publications of Azerbaijani Explorating
and Studying Society 66
Ulkar Alakbarova. The Mythological Motif Of Get Rid Of Soul 71
Lala Makhsudova. The genre specification of the myths dealing
with the early views (On the base of Shirvan folklore) 84
Gulnar Osmanova. “Ag goch, gara goch”: mythological memory
Valide Hasanova. Dataware of tales in “anthology
of Azerbaijan folklore” 100
Kemale Osmanova. Fundamentals of the trial motif
mythological ritual 108
İlhama Askerova. About the epic “Ali Khan” 115
Gulnar İsmailova. The character of World in the trace
of Ashug Alasger and Samad Vurgun 121
The performing of professional narrative
Jabrail folklore examples 127
The samples from Turkish folklore
The samples from Kumukian folklore 152
Khartkhojakh and Maxuman 152
СОДЕРЖАНИЕ
Вопросы фольклористики
П.Г.Богатырев. Традиция и импровизация народном творчестве 6
Физули Баят. Три функции с тремя этапами истории
человечества: Homo Sapiens, Homo Faber, Homo Ludens 9
Азиз Алекперли. Историчность в фольклоре как проблема
в фольклористике 20
Aсиф Гаджиев. Некоторые штрихи из мира слов эпоса
Афак Рамазанова. Stith Thompson Motif Index и
дастан «Арзу и Гамбер» 36
Шакир Албалыев. Новруз: осуществление необыкновенных
явлений в обычном 47
Сабина Исаева. Общественно-политические проблемы
в ашыгском творчестве 58
Сонмез Аббаслы. Азербайджанская народная литература
Гуммета Ализаде ─ как одна из успешных публикаций
Общества Обследования и Изучения Азербайджана 66
Улкар Алекперова. Мотив бегcтво от смерти 71
Лала Маxсудова. Жанровая специфика мифов, отражающих
первобытным воззрениями (на основе материалов
Ширванского фольклора) 84
Гульнар Османова. «Аг коч, кара коч»: мифологическая
память и сегодня 92
Валиде Гасанова. Информационное обеспечение сказок
в «Антологии Азербайджанского Фольклора» 100
Камаля Османова. Основы суд мотив мифологического ритуала 108
Ильхама Аскерова. О дастане “Алы Хан” 115
Гульнар Исмаилова. Образ Мира в творчестве
Ашуг Алескер и Самед Вургуна 121
Профессиональное сказительское исполнение
Образцы Джабраильского фольклора 127
Образцы из общетюркского фольклора
Образцы кумыкского фольклора 152
Карткоджак и Максуман 152
Folklorşünaslıq məsələləri
P.Q.BOQATIREV
XALQ YARADICILIĞINDA ƏNƏNƏ VƏ İMPROVİZASİYA
(Boqatırev P.Q. Xalq sənətinin nəzəri məsələləri.M.,1971, s. 393-400)
Xalq incəsənətinin bütün sahələrinin – təsviri, musiqi (vokal), rəqs, şifahi söz sənəti və dramatik növlərinin əsas əlamətlərindən biri onların yaradıcılarının və ifaçılarının atalardan və babalardan gələn ənənəvi üslub normalarına ciddi riayət etmələrindən ibarətdir.
Xalq incəsənətinin müxtəlif növlərinə dair əsərlərin tədqiqatçıları bunu da nəzərə almalıdırlar ki, ənənələrdən gələn normalara ciddi riayət olunması ilə yanaşı xalq incəsənətinin bütün növlərinin ən səciyyəvi və əsas əlamətlərindən biri də onların yaradıcılarının və ifaçılarının improvizasiyasıdır.
Belə ki, müəyyən bir əyalətin və ya kəndin qadın və qızları naxış tikən zaman, naxışların kompozisiya əsaslarını və səciyyəvi məhəlli ünsürlərini saxlamağa çalışsalar da, onlar öz işlərində yerli normalar çərçivəsində improvizə imkanlarından da istifadə edirdilər.
Ənənə normalarına məcburi riayətlə açıq-aydın şəkildə özünü biruzə verən improvizasiya ünsürləri arasındakı sıx əlaqələr xalq incəsənətinin o növlərində özünü daha parlaq şəkildə göstərir ki, onlarda əsərin yaradılması üzvi surətdə ifaçılıqla bağlı olur.
Buraya ilk növbədə vokal ifaçılığını, musiqi alətlərindəki çalğıları, rəqs ifaçılığını, həmçinin şifahi söz sənətinə aid olan istənilən əsəri – nağıl, lətifə və digərlərini, nəhayət, dram əsərlərinin və dramatik səhnələrin oynanılmasını aid etmək lazımdır.
Qeyd etmək lazımdır ki, yaradıcılıq ünsürlərinin üzvi surətdə ifaçılıqla bağlı olduğu bütün xalq əsərləri onların hamısı üçün ümumi olan spesifik xüsusiyyətə malikdirlər: Onlar bir qayda olaraq yazıya alınmış mətnlər (əlyazma, çap və ya not mətnləri) əsasında deyil, yaddaş əsasında ifa olunurlar. İfaçı əvvəllər eşitdikləri və ya gördüklərini (məs. rəqs zamanı) yaddaş əsasında təkrar edir. Təbiidir ki, yaddaş əsasında icra olunan belə ifaçılıq əvvəllər eşidilmiş və ya görülmüş əsərin bilərəkdən və ya şüursuz (bilmədən) olaraq müəyyən qədər dəyişilməsinə səbəb olacaqdır.
Bununla belə qeyd etmək lazımdır ki, yaradıcı ifaçı improvizasiya edərkən də ənənələrin çərçivəsindən kənara çıxmır.
Misralarının sayı çox olan xalq epik mahnılarının ifası zamanı ifaçı, təbii ki, eyni zamanda da mahnının yaradıcısına çevrilir. Belə ki, ifaçının İliada və ya Odisseyadakı misraların sayına bərabər miqdarda xalq epik mahnılarının misralarını yadda saxlamasını təsəvvür etmək çətindir. Ancaq məlum olduğu kimi, xalq epik mahnılarının bir sıra ifaçılarının dilindən təqribən həmin miqdarda misralar qeydə alınmışdır. Rus bılinalarının, Ukrayna dumalarının, cənubi slavyanların yunak mahnılarının ifaçılarının yaradıcılığının tədqiqi göstərir ki, epos ifaçıları öyrənilmiş mətni əzbərdən söyləmirlər, başqa söyləyicilərdən eşitdiklərini yaradıcı surətdə dəyişdirərək söyləyirlər.
Ancaq mahnı janrlarından bəziləri çox az səviyyədə improvizasiyaya imkan verir. Bunlara nümunə kimi mərasim mahnılarını göstərmək olar. Ancaq mərasim mahnılarında improvizasiya ünsürləri özünü göstərir.
Başqa mahnı janrları, məsələn, məhəbbət mövzulu və ya ölkədə, hər hansı bir əyalətdə və yaxud kənddə baş vermiş hadisələri əks etdirən çastuşkalar isə güclü dəyişikliklərə məruz qalırlar.
Xalq mahnılarının ifaçıları hansısa səbəbdən improvizasiya etmək imkanına malik olmayanda mahnı sönük səslənir; ifaçıların oz sözləri ilə desək, “həvəs yoxdur”və ya “nə qədər çalışsan da, mahnı oxunmur”.
Qeyd etmək lazımdır ki, folklor əsərlərini (nağıl, mahnı və s.) dinləyərkən publika onların mənasını yaxşı bilir. Ənənəvi olaraq hər il təkrar edilən xalq dramlarının tamaşası zamanı bu, daha aydın şəkildə görünür. Tamaşaçıların əksəriyyəti əvvəllər bu tamaşaların iştirakçısı olmuş və onları əzbərləmişlər.
Məzmunu əvvəlcədən məlum olan süjetlər xalq dramlarının tamaşaçılarını özünə cəlb edə bilməzdi. Onları bu dramların yenidən və özünəməxsus tərzdə canlandırılması maraqlandırırdı.
Xalq yaradıcılığının spesifik xüsusiyyətlərindən biri də onun kollektiv səciyyə daşımasıdır; onun ifasında dinləyicilər də qarşılıqlı surətdə iştirak edirlər. Bu qarşılıqlı iştirak bəzən ifa tərzinin və ifa olunan əsərin bəyənilib bəyənilməməsi ilə bağlı çıxarılan səslər, onlara bildirilən münasibətlər vasitəsilə özünü göstərir. Ancaq bu cüzi iştirak belə ifaçıya təsir göstərir.
Bəzən də tamaşaçıların özləri əsərin ifasına qoşulurlar;bu daha çox xalq dramlarının və başqa xalq teatrı səhnələrinin oynanılması zamanı özünü göstərir.
Belə hallarda əsas ifaçılar improvizasiya etməyə başlayırlar və bunun da nəticəsində ənənəvi əsərin özü xeyli dəyişikliklərə uğrayır.
Şifahi folklor əsəri ifa edildiyi zaman yaranan situasiyadan asılı olaraq da dəyişikliyə məruz qalır.
Dinləyicilərin tərkibini də belə situasiyaya aid etmək lazımdır. Eyni bir nağılın uşaqlara və böyüklərə söylənilməsi zamanı improvizasiya müxtəlif formalarda baş verir. Dinləyicilər və tamaşaçıların əhvali-ruhiyyəsinin şən və ya qəmgin olmasından asılı olaraq da nəql edilən hekayə onlar tərəfindən müxtəlif formalarda qəbul edilə bilər. Bütün bunlar ifaçılara və söyləyicilərə də təsir göstərir. Rəqslərin icrası şəraitlə və iştirakçıların rəftarı ilə bağlı olur; eyni bir rəqsi toy mərasiminin başlanğıcında təmkinlə və ədəblə oynayırlar, şənlik “qızışdıqdan” sonra isə həmin rəqsi tamam başqa cür ifa edə bilərlər. Bu və ya digər musiqi(vokal), rəqs, şifahi söyləmə və dramatik əsərin ifasının başa düşülməsi, improvizasiyanın xarakterinin anlaşılması üçün situasiyanı nəzərə almaq lazımdır.
İmprovizasiya məcburiyyət üzündən və bilərəkdən (əvvəlcədən düşünülmüş şəkildə) ola bilər. Məcburi improvizasiya aşağıdakı hallarda baş verə bilər: İfaçı melodiyanı unudur və unudulmuş melodiyanın əvəzinə özününkünü düzəltməli olur; ifaçı öz səsini diapazonuna uyğun olaraq melodiyanı dəyişməyə məcbur olur; bəzən isə ifaçı mahnıya yeni sözlər, ifadələr əlavə etməli və ya yeni mətn düzəltməli olur. (məs, mədhiyyə mahnılarına müxtəlif adlar əlavə edilir, dəfn mərasimlərində söylənilən ağılara isə mərhumla bağlı xatirələr daxil edilir).
Əvvəlcədən düşünülmüş, yəni bilərəkdən edilən improvizasiya isə əsasən və ya tam şəkildə ifaçının məqsədləri ilə bağlı olur.
Bəzən improvizasiyanın zəruriliyinin əhəmiyyətini ifaçıların özləri də başa düşürlər. Elə hallar olur ki, yaradıcılıq əsasında ifaçı əsərə dəyişiklik edir, ancaq əgər bu zaman toplayıcı mətndə edilmiş dəyişikliyi ona xatırladırsa, ifaçı təəccüblənir və hətta kədərlənir də.
Məcburiyyət üzündən və bilərəkdən edilən improvizasiyalar arasındakı sərt sərhəddi tapmaq çətindir.
İmprovizasiyanın iki başqa növünü də fərqləndirmək lazımdır. Bunlar əvvəlcədən hazırlanmış və bədahətən edilən improvizasiya növləridir. Xalq poeziyasının müxtəlif növlərinin ifası zamanı bu improvizasiya növlərinin hər ikisinə rast gəlinir.
Əvvəlcədən hazırlanmış improvizasiyaya nümunələr göstərək. Nağılçı ənənəvi nağıla öz izahını, həmçinin özünün uydurduğu və ya başqa nağıllardan götürdüyü motivləri, eləcə də iki və daha çox nağıl əsasında düzəltdiyi kontaminasiyanı əlavə edə bilər. Bundan sonra o, hər dəfə bu nağılı söyləyərkən onu öz improvizasiyaları və əlavələri ilə təkrar edir. Buna bənzər şeyləri biz xalq dramlarındakı monoloqların, dioloqların ifası zamanı, həmçinin xalq mahnılarında və şifahi poeziyanın digər növlərində də müşahidə edirik.
Bədahətən söylənilən improvizasiyaya aid nümunələr gətirərək toy mərasimində sağdış və ya toyxana başçısı bir tərəfdən, gəlinin qardaşı isə digər tərəfdən alver səhnəsini oynayırlar. Sağdışla (bəy tərəfdən) gəlinin yanında oturmuş qardaşı və ya gəlin tərəfdən hər hansı bir nümayəndə arasında dialoq-alver başlanır. Sağdış və ya toyxana başçısı, gəlinin qardaşından bəy üçün gəlinin yanında oturmaq hüququ alur. Mübahisə aparanlar arasında baş verən improvizasiya tapıntılarından asılı olaraq mübahisənin forması da dərhal dəyişilir. Qeyd etmək lazımdır ki, mübahisə zamanı baş verən improvizasiya hər halda nəsildən-nəsilə keçən toy mərasiminin ənənəvi normaları çərçivəsində aparılır.
Beləliklə, biz görürük ki, folklor əsərlərinin yaradılması və ya ifası zamanı ənənələrə riayət olunması prosesləri quruluş baxımından üzvi surətdə müxtəlif improvizasiya növləri ilə bağlıdır.
Rus dilindən tərcümə edən: Kamil Hüseynoğlu
Füzuli BAYAT
AMEA Folklor İnstitutu
fuzulibayat@yahoo.com
İNSANLIQ TARİXİNİN ÜÇ MƏRHƏLƏSİ İLƏ ÜÇ FUNKSİYASI: HOMO SAPIENS, HOMO FABER, HOMO LUDENS
Özət
Tarixi insanın yaşından da əski olan oyun cəmiyyətin formalaşmasında, insanın yetişməsində əsas rol oynayaraq başlanğıcdan günümüzə qədər əsas fəlsəfi yönünü dəyişmədən gələ bilmişdir. İnsan oynayaraq ətraf aləmi dərk etdiyi kimi, özünü də oyunda tapmış, bütün fəaliyyəti boyu oynamaqla nəinki bir statusdan o birinə keçmiş, fikir və əyləncə dünyasını, etik və estetik görüşlərini də oyun üzərində qurmuşdur. Beləliklə, ortaya yeni bir qavram Homo Ludens – oynayan insan çıxdı. Nəzərə alanda ki, oyun bütün canlıların – heyvanların, quşların, insanların müştərək malıdır o zaman oyunun yaşam fəlsəfəsində rolunun nə qədər olduğunu təsəvvür etmək olar. Oyun yaşam mücadiləsinin bir parçası, öyrənmənin və öyrətmənin, əylənmənin və zövq almanın əsas qaynağıdır. Həm funksiyası, həm də semantikası baxımından çoxçeşidli olan oyun bilinəndən daha geniş mənaya sahibdir. Oyun eyni zamanda keçmişlə bu günü birləşdirən körpüdür, duyğu aləmimizi dilə gətirən vasitədir, yardımlaşmağı, paylaşmağı, sosiallaşmağı saxlayan gücdür. Ona görə də oyunlar çeşidləndikcə birində estetiklik, birində sənət yönü, birində qutsallıq, digərində tərbiyə, təlim, bir başqasında əyləncə, digərində yaşama və ya savaşa hazırlıq ön plana çıxır.
Bu yazıda Homo Ludens qavramı baxımından müxtəlif zamanlarda, müxtəlif məkanlarda və müxtəlif millətlər tərəfindən oyuna yüklənən anlamlar, oyunun təsnifatı kimi əsas məsələlər araşdırılmağa çalışılmışdır.
Açar sözlər: oynayan insan, oyunun təsnifatı, oyun və ciddiyyət
THREE LEVELS WITH THREE FUNCTIONS OF HUMAN HISTORY: HOMO SAPIENS, HOMO FABER, HOMO LUDENS
Playing the main role in the formation of the society, bringing up of the human the game being the ancient from the age of the human has come from the beginning to nowdays not changing its philosophical direction. As understanding the environment with playing the human has found himself in the play, during the whole activity he has not only passed from one status to another, but also he has formed his thought and fun world, ethic and aesthetic views on the play. So the new perception – Homo Ludens- the playing man appeared. Thinking that the game is a common thing of all objects – animals, birds, people, then one can imagine the role of the game in the living philosophy. The game is the main source of the living struggle, learning and teaching, amusing and getting pleasure. According to its function and semantics the game which is multi-variety has the large meaning. The game is also a bridge connecting the past and today, it is the means of our feelings, it is a force of help and distribution. That is why when the games are sorted different forms such as aestheticism, the art side, holiness, education, training, fun, preparation to the life or a fight are appeared in them.
In the article according to the perception by Homo Ludens the conceptions in the games in different times, in different places and by different nations, the main problems about the classification of the game are investigated.
Key words: the playing man, the classification of the game, play and severity.
ТРИ ФУНКЦИИ С ТРЕМЯ ЭТАПАМИ ИСТОРИИ ЧЕЛОВЕЧЕСТВА: HOMO SAPIENS, HOMO FABER, HOMO LUDENS
Игра, возраст которой намного больше, чем у человека, играя главную роль в формировании общества, в росте человека с самого начала и до сих пор смогла дойти до нас, не изменив свое основное философское направление. Человек, играя, познает окружающий мир, и себя находит в игре, играя в течение всей своей деятельности, не только перешел от одного статуса к другому, но и сформировал на основе игры свой развлекательный и нравственный мир, этические и эстетические взгляды. Таким образом, появилось новое понятие Homo Ludens – играющий человек. Если учесть, что игра является общей собственностью всего живого – животных, птиц, людей, тогда можно представить себе какова роль игры в философии жизни. Игра часть жизненной борьбы, основной источник изучения и обучения, развлечения и испытывания наслаждения. Разные игры с точки зрения, как функции, так и семантики, имеет более широкое значение. В то же время игра является мостом, соединяющим прошлое и настоящее, средством, выражающим наш мир ощущений, силой, способствующей взаимопомощи, социализации, умению делиться с другими. И поэтому в разнообразных играх на передний план выходят разные понятия: в одних играх эстетизм, в других – искусство, благородство, а в других – воспитание, обучение, развлечение, в третьих же – подготовка к войне и жизни.
В настоящей статье мы попытались рассмотреть с точки зрения поня тия Homo Ludens такие основные проблемы как значения игры, данными разными народами, классификация игры в разные времена и в разных местах.
Ключевые слова: играющий человек, классификация игры, игра и серьёзность
Önsöz əvəzi – Oynayan insan anlayışı
Yer üzərində insanın yaşı antropoloqlara görə yarım milyon il kimi uzaq bir dövrlə ölçülür. Ancaq onun keçdiyi mərhələləri aşağı-yuxarı iş və fəaliyyətlərinə görə təxminən üç dövrə ayırmaq mümkündür. Əslində dövr dedikdə burada biz xronoloji ardıcıllıq və ya bir-birini əvəz edən tarixi dövrü nəzərdə tutmuruq. Bu dövr bəlkə də eyni zamanda yaranmış, insanın var olmasında mühüm rol oynamış yaşam və fəaliyyət funksiyası ilə bağlıdır. Həm də üç mərhələ və qavram sonradan insanlıq tarixinə aid edilmiş, daha doğrusu insan bu qavramlara sığdırılmağa çalışılmışdır. Bu ön açıqlamadan sonra bu mərhələlərin və mərhələni təyin və təsbit edən özəlliklərin izahına keçmək olar.
Bəşəriyyət insanlıq tarixini ağıllı insan anlamına gələn Homo Sapiens lə başlayıb, alət düzəldən insan mənasında Homo Faber lə davam etdirmək istərkən ortaya oynayan, rəqs edən insan mənasına gələn Homo Ludens termini çıxdı. Bu qavram ortaya çıxdıqdan sonra antropoloqlar Homo Ludensi vaxtını boş keçirən, oynayaraq əylənən insanın ziddi mənasında Homo Faber qavramını işlətməyə başladılar. 1 Homo Faber təbiəti dəyişmək üçün ağlından istifadə edən, faydalı işi olan insan kimi əski zamanlardan filosoflarda, mədəniyyət tarixçilərində, ilahiyyatçı alimlərdə heyranlıq doğurmuşdur. Ümumi düşüncəyə görə Homo Faber, əslində Homo Sapiensin daha da inkişaf etmiş, ağıllı hərəkət və quruculuğu ilə önə çıxmış variantıdır. Ancaq XX yüzilin ortalarına doğru üçüncü bir qavram ortaya çıxdı – Homo Ludens – oynayan insan. Mətin And bunu obrazlı şəkildə belə ifadə edir. “Necə ki, Darvin insan-heyvan fərqini, Freud da ağıl-təhtəlşüur bölgüsü kimi ikili qarşıdurmanı pozdularsa, İkinci Dünya Savaşından sonra da Hollandiyalı tarixçi Johan Huizinga (1872-1945) da Homo Ludens adlı əsəri ilə önəmli bir ikiliyin tarazlığını pozaraq insan mədəniyyətinə yeni bir anlayış qazandırdı. Homo Faber (tikən, düzəldən, quran insan), Homo Sapiens (ağıllı insan) ikilisinin qarşısına üçüncü bir insan, Homo Ludens (oynayan insan) çıxarmışdır. Huizinga, qərb mədəniyyətində çağdaş elmin və fəlsəfənin gətirdiyi önəmli bir ikiliyi dəyişdirmişdir. İş, ritual, din, önəmli tarixi hadisələr kimi böyük nəticələr yaradanların öncəliyi qarşısında oyunun bunlardan sonra gələn, bunların önəmsiz bir praktikası olduğu fikrini dəyişdirmişdir. Huizingaya görə oyun mədəniyyətdən öncədir, fərqli mədəniyyətlərdən çıxma ya da bir təsadüfün nəticəsi deyil, əksinə müxtəlif mədəni aktların ortaya çıxmasında əsas amildir” (And 2012, 27). Huizinganın bu kəşfi ilə mədəniyyət tarixinin axarı dəyişmişdir. Oyunu anlamsız, yaxud da əyləncə kimi görmək düşüncəsi yerini “mədəniyyət elə oyunla başlayır” fikrinə tərk etmişdir.
Təbii ki, bu vəziyyəti ən yaxşı J.Huizinga özü izah etmişdir. J.Huizinga Homo Ludensi inandırıcı bir şəkildə belə açıqlayır: “Maariflənmə dövrünün saf hoşgörülüyü içində xəyal edildiyi qədər ağıllı olmadığımız ortaya çıxınca Homo Sapiens adının insan cinsinə əskidən sanıldığı qədər uyğun olmadığı açıqca bəlli oldu və bu ilk təsbitə bir də Homo Faber in əlavə edilməsinin uyğun olacağına inanıldı. Ancaq bu ikinci termin bizi təyin etməyə o qədər də uyğun deyildi; çünki faber bir çox heyvana da aid idi. Və alət düzəltmə haqqında doğru olanlar oyun oynama haqqında da doğrudur. Buna müqabil olaraq Homo Ludens , yəni “oyun oynayan insan” termini mənə düzəltmək qədər əsaslı bir fəaliyyəti ifadə edir və buna görə də Homo Faber termininin yanında yer almağa haqlı kimi görünür” (Huizinga 2013, 13).
Zamanla insanların Homo Sapiensə aid edilən kriteriyalara cavab verəcək qədər ağıllı olmadığı görüldü. Homo Sapiens 10 min ildə nəinki ağıllandı, hətta bəşəriyyəti fəlakətə sürükləyən addımlar atmaqdan da çəkinmədi. İş alətləri düzəldən, əməyi yüngülləşdirən insan – Homo Faberlə bərabər elm sübut etdi ki, heyvanların da bir çoxu özlərinə lazım olan aləti, avadanlığı, sığınma və qorunma yerlərini düzəldə bilir. O zaman Johan Huizinganın yeni bir qavram kimi yaratdığı Homo Ludens deyimi ortaya çıxdı. Hollandiyalı tarixçi, mədəniyyət bilicisi Johan Huizinga 1938-ci ildə çap etdirdiyi “Homo Ludens” adlı əsərində insana aid olan hər şeyin başlanğıcının oyun olduğunu sübut etməyə çalışdı. Huizinga ya görə ilk olaraq oyun vardı. Zaman və məkan içində reallaşan, öncədən hazırlanmış, müəyyən bir düzən və bəlli bir qayda ilə qurulan bu oyun bir hərəkətdir, göstəridir. Burada göstərən də, seyr edən də, əslində oyunun bir parçasıdır. Oyunu oynayanlar coşduqları kimi seyr edənlər də coşur, ruh halları dəyişir. Oyunçular kədərləndik ləri kimi seyr edənlər də kədərlənir. Homo Ludens tarixin qaranlıq çağlarından bu günə qədər insanlıq tarixinin, mədəniyyətin ən əsas ünsürü olmuşdur.
Huizingaya görə oyun mədəniyyətdən də qədimdir və ya mədəniyyətin özü də oyundan doğmuşdur, çünki heyvanlar da oynayırlar, ancaq onların oyunu gülüşdən uzaq olduğu üçün ciddidir. Heyvanlar üçün əylənərək oynanan oyun yaşam mücadiləsinin önəmli bir parçası, öyrətmənin və öyrənmənin bəlkə də tək yoludur. Həm də oyun təbiətlə cəmiyyəti birləşdirən, heyvan dünyası ilə insanların müştərək istifadə etdikləri yeganə koddur. Təbiətdəki hər şey – ildırım, yağış, qar, tufan, boran, çovğun və s. bir oyundur, təbiət isə ciddi bir oyunçudur. Hər halda insanların da oyunu əyləncə, öyrətmə ilə yanaşı ciddiyyət daşıyır. Belə ki, hər bir oyun dəqiq, ciddi qayda daxilində oynanır. Buradakı sərbəstlik, qaydaları pozmamaqla, oyunun kənarına çıxmamaqla çərçivələnmişdir. Yoxsa oyun xaotik bir hal alar ki, bu da oyunun fəlsəfəsinə və təməlinə zidd olar. Əslində oyun düzənin, tarazlığın, kosmik başlanğıcın simvoludur, yaradılışı anlamaq açarıdır.
Sifahi xalq edebiyyati
QƏDİM VƏ ZƏNGİN XALQ YARADICILIĞI
Azərbaycan şifahi xalq ədəbiyyatı bədii cəhətdən kamil, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu əsərlər öz janr, dil-üslub əlvanlığı, poetik siqləti, xəlqiliyi, yığcamlığı ilə seçilir. Xalqımızın şifahi ədəbiyyatı janr, bədii forma, mövzu, süjet, qəhrəmanlar, bədii təsvir və ifadə vasitələri baxımından zəngin, rəngarəngdir.
Şifahi xalq ədəbiyyatının kökləri tarix baxımından daha qədimlərə – ümumtürk mədəniyyətinə gedib çıxır. Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk folklorunun mühüm tərkib hissəsidir. Həmin dövrdən etibarən xalqımızın şifahi ədəbiyyatı böyük tarixi inkişaf yolu keçmişdir. Folklor xalqımızın tarixini, məişətini, əməyini, arzu və istəklərini, inkişaf prosesində əldə olunmuş mənəvi dəyərlərini geniş şəkildə əks etdirir. Xalqımız özünün şifahi yaradıcılığında həmişə ədəbiyyatın tərbiyəedicilik imkanlarına xüsusi fikir vermiş, böyük idealların, müqəddəs məramların, arzuların daşıyıcısı olan kamil qəhrəmanların obrazını yaratmışdır. Tənbəllik, xudbinlik, xəsislik, məsləksizlik və s. mənfi xüsusiyyətlərin doğurduğu faciələri bütün genişliyi ilə təsvir edən şifahi xalq ədəbiyyatı insanları həmin qüsurlardan təmizləməyə, mənən, ruhən müalicə etməyə çalışmışdır. Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında aşağıdakı fərqlər vardır:
- şifahi ədəbiyyat daha qədim zamanlardan etibarən meydana çıxmış, yazının mövcud olmadığı uzun əsrlər, hətta minillər boyu şifahi yolla, dildən dilə, ağızdan-ağıza keçərək yayılmış, inkişaf etmiş, yazılı ədəbiyyatın təşəkkülünə təsir göstərmişdir;
- şifahi ədəbiyyat nümunələrinin konkret müəllifi olmur, o, bütövlükdə xalqın ümumi yaradıcılığının məhsuludur, yazılı ədəbiyyatsa müəllifli ədəbiyyatdır;
- şifahi ədəbiyyat çoxvariantlı, yazılı ədəbiyyatsa təkvariantlıdır. Məsələn, «Koroğlu» dastanının türk, kürd, özbək, tacik, türkmən variantları da mövcuddur. Bir sıra atalar sözləri, nağıl, lətifələrin də müxtəlif variantları vardır.
Azərbaycan folklorunu üç ədəbi növdə yaradılmışdır: Lirik növ, epik növ, dramatik növ.
Lirik folklorun janrları
Şifahi xalq ədəbiyyatında lirik növ əsasən nəzmlə olub bu və ya digər əhvali- ruhiyyənin, psixoloji ovqatın emosional ifadəsini verir. Buraya nəğmələr, mahnılar, bayatılar, ağılar və s. daxildir.
Əmək nəğmələri folklorun ən qədim növü sayılır. Qədim dövrlər insanlar ovçuluq, əkin-biçinlə, heyvandarlıla məşğul olmuş, əmək mərasimləri keçirmişlər. Əmə prosesində yaranan ovqat, söz və ifadələr poetik forma alımış, holavarlara, sayaçı sözlərə çevrilmişdir. Əkinçi, cütcü nəğmələri olan holavarlar hodaqçı-cütçünün dilindən öküzə, kələ müraciətlə söylənilir. Bu nəğmələrdə cütçü öz qayğılarından söz açır, ağır əmək prosesini yüngülləşdirən, ruzi, bərəkət yaradan heyvanları tərifləyir, əkin-biçin işlərinə həvəsləndirir:
Boynunu mən yağlaram,
Yaman gözü dağlaram,
Tez çək, maral öküzüm,
Geri qalsan ağlaram.
Qoyunçuluqla bağlı nəğmələr olan sayaçı sözlərində əmək adamının onu ruzi, bərəkətlə bol-bol təmin edən qoyuna,keçiyə qayğıkeş münasibəti ifadə olunur:
Nənəm, a şişək qoyun,
Yunu bir döşək qoyun,
Bulamanı tez yetir
Gözləyir uşaq qoyun.
Qədim dövrlərdə təbiət hadisələri ilə bağlı ifa edilən nəğmələr mərasim folklorunun yaranması ilə nəticələnmişdir. Mövsüm mərasimləri müxtəlif fəsillərlə bağlıdır. Xalq öz müşahidələrindən, müxtəlif fəsillərdə təbiət hadisələrinin xarakterindən çıxış edərək fəsillərə, aylara öz münasibətini poetik bir dillə ifadə etmişdir:
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığıb gətirir,
Biri vurub dağıdır.
Günəşi çağırmaq mərasimində “Gün çıx” mövsüm nəğməsi ifa edilmişdir:
Gün çıx, gün çıx,
Kəhər atı, min çıx.
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü.
Keçəl qızı qoy evdə
Saçlı qızı götür çıx.
İl quraqlıq keçəndə yağışçağırma mərasimi vasitəsilə nəğmələr oxunmuşdur:
Göydən, göydən nə gələr?
Damla-damla yağmur gələr.
“Qodu-qodu” nəğməsi isə uzun zaman yağan yağışın kəsilməsi, dumaın, buludun qovulması məqsədilə ifa edilmişdir:
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı gün gördünmü?
Toy mərasimi nikbin, şənlik əhval-ruhiyyəli məişət mərasimidir. Bu mərasimdə oxunan nəğmələr musiqi, oyunun müşayiəti ilə ifa edilir. Elçilik, nişan mərasimində qız evinin razılığı alındıqdan sonra oğlan evi nişan üzüyüny təqdim edir. Məclisə şirniyyat, şirin çay gətirilir:
Bizdə olan gözəllər,
Nişan günü süfrəyə
Şirni, şərbət düzərlər.
Toy mərasiminin hər mərhələsinin xarakterinə uyğun nəğmə ifa edilir:
Qismətinmiş sənin güllər butası,
Sən olasan doqquz oğul atası,
Dursun xələt versin bəyin atası,
Görüm, a bəy, oyun mübarək olsun,
Sağdışın, doldışn, elin var olsun!
Yol açın gəlin gəlir.
Ağılar ölüm hadisəsi baş verəndə keçirilən yas mərasimlərində ifa edilib. Bu nəğmələrdə əzizini itirmiş insanların sonsuz kədəri, keçirdiyi ağrılı-acılı hislər öz əksini tapıb:
Bu dağlar, ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir qərib ölüb
Göy kişnər, bulud ağlar.
Qəhrəmanlıq nəğmələri düşmənə qarşı mübarizədə mərdlik, hünər göstərən igidlərin şəninə ifa edilib. “Koroğlu” dastanında Koroğlu qəhrəmanlıq nəğməsini ifa edərək öz dəlilərini düşmən üstünə hücum çəkməyə, igidlik göstərməyə səsləyrir:
Hoydu, dəlilərim, hoydu
Yeriyin meydan üstünə!
Havadaki şahin kimi,
Tökülün al qan üstünə!
Laylalar və oxşamalar uşaq folklorunun geniş yayılmış janrlarıdır. Laylalar ananın öz körpəsini yuxuya vermək, əzizləmək məqsədilə söylədiyi nəğmələrdir. Bu nəğmələr dördlük şəklində, dörd misradan ibarət olur. Laylalar heca vəznində, yeddi hecalı olur. Laylaların bir qismində iki misradan ibarət nəqərat verilir. Əksər hallarda «lay-lay» və «balam» sözləri təkrar olunur:
Lay-lay dedim həmişə,
Karvan gedər enişə,
Yastığında gül bitsin,
Lay-lay, balam, a lay-lay,
Körpə balam, a lay-lay.
Laylaların bir qismində – arzulamalarda ana öz arzularından, övladının gələcəyinə bəslədiyi ümidlərdən, qəlbindəki ülvi istəklərdən söz açır. Bu, övladını dünyalarca sevən, onun yolunda hər cür fədakarlığa hazır olan ananın təbii arzulardır. Dünyaya övlad gətirən hər bir ananın qəlbində körpəsinin dil açması, ayaq tutub yeriməsi, gəzib oynaması, deyib – gülməsi, boya-başa çatıb qız sevməsi, toy etməsi, ailə qurması arzusu var. Ana övladının toy gününü görmək arzusundadır. Axı, bu, onun həyatında ən əziz br gündür:
Lay-lay, a gəlin bala,
Yuxusu dərin bala.
Tanrıdan əhdim budur:
Toyunu görüm, bala.
Oxşamalar öz körpəsini atıb-tutan, əyləndirən, əzizləyib oynadan ananın oxuduğu nəğmələrdir. Son dövrlərdə elmi ədəbiyyatda oxşama əvəzinə nazlama terminindən də istifadə olunur. Oxşamalar iki misralı və dörd misralı, əsasən yeddi və beş hecalı olur. İki misralı oxşamalarda birinci misra səkkiz, ikinci misra yeddi hecalı olur. Ana birinci misrada heyvanları, quşları, əşyaları balasına qurban deyir. İkinci misrada körpənin dil açması, iməkləməsi, əl çalması, oynaması kimi arzulardan söz açılır:
Balama qurban inəklər,
Balam haçan iməklər.
Balama qurban sərçələr,
Balam haçan əl çalar.
Dördlük şəklində olan oxşamaların qafiyə sistemi a a b a ( birinci, ikinci, dördüncü misralar həmqafiyə, üçüncü misra sərbəst) və ya a a a b şəklində (birinci, ikinci, üçüncü misralar həmqafiyə, dördüncü misra sərbəst) olur.
Balam hər nədir,
Şifahi xalq ədəbiyyatının geniş yayılmış lirik janrlarından olan bayatılar insanın həyatın müxtəlif məqamlarında keçirdiyi fərqli duyğuları, düşüncələri əks etdirir. Mövzuca müxtəlif olan, bayatılarda sevgi, ayrılıq, vətənpərvərlik, qəriblik, mərdlik, haqsızlığa etiraz və s. motivlər əsas yer tutur:
Yol vermə yada, Təbriz.
El gedər bada, Təbriz.
Can sənə fəda, Təbriz!
Əzizim, baxtı yarım,
Könlümün taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı yarım?
Lirik xalq mahnıları folklorun kütləvi janrlarındandır. Şeir-musiqi folkloruna aid edilən xalq mahnıları nəğmələrdən fərqli olaraq musiqisi, havası olur. Xalq mahnılarından insanların gündəlik həyatında istifadə olunur.Mahnılarda insanın sevgi, həsrət, ayrılıq hisləri, vətənpərvərliyi, təbiətə məhəbbəti öz əksini tapır.
Apardı sellər Saranı,
Gedin deyin xan çobana.
Gəlməsin bu il Muğana,
Gəlsə batar nahaq qana.
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.
Arpa çayı dərin olmaz,
Axar suyu sərin olmaz.
Sara kimi gəlin olmaz,
Apardı sellər saranı,
Bir ala gözlü balanı.
Epik folklorun janrları
Azərbaycan xalqının yaratdığı şifahi söz sənətinin mühüm bir qolunu epik folklor təşkil edir. Folklorun epik növünə aid olan əsərlərdə hadsələrin nağıl edilməsi, təhkiyə əsas yer tutur. Epik növ əsasən nəsrlə olub həyat hadisələrinin müfəssəl, ətraflı təsvirini təqdim edir. Lirik növdən fərqli olaraq epik növdə, adətən, bu və ya digər əhvalat nəql edildiyindən süjet geniş, çoxşaxəlidir. Buraya xalq nağılları, dastanları, tapmaca, yanıltmac və s. daxildir.
Epik folklor nümunələrinin məzmunu öz həyatiliyi, xəlqiliyi ilə seçilir. Bu əsərlərdə xalqın həyatı, məişəti, arzu və istəkləri, mübarizəsi, onu düşündürən məsələlər öz bədii əksini tapır. Həmin əsərlərdə xalq üçün əhəmiyyətli olan mətləblər – mühüm tarixi hadisələr, xalqın gündəlik qayğıları, azadlıq, haqq, ədalət uğrunda mübarizəsi, adət-ənənələri, ailə münasibətləri işıqlandırılır. Bu əsərlərin qəhrəmanları da əksər hallarda xalqın nümayəndələri – sadə insanlardır.
Epik növün ən qədim və çox yayılmış janrlarından əfsanələr xalqın əski dünyagörüşü, düşüncə tərzi, arzu və istəkləri ilə bağlı surətdə yaranmışdır. Əfsanələri epik növün başqa janrlarından fərqləndirən ən mühüm əlamət onlarda real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri- adi, fövqəltəbii əhvalat və hadisələrin təsvir olunmasıdır. Əfsanələrdə insan asanlıqla quşa, heyvana, səma cisimlərinə çevrilir, dağlar, çaylar, güllər, çiçəklər dil açıb danışır, Tanrı öz bəndəsinin səsini eşidib, dərhal onun istədiyini yerinə yetirir və s.
Zoonimik əfsanələr heyvan və quş, toponimik əfsanələr müxtəlif yer – şəhər, kənd, qala, dağ, bürc və s. adları ilə bağlı əfsanələrdir. «Maral», «Qu quşu», «Qızıl ilan», «Turac», «Şanapipik» zoonimik, «Pəri qala», «Siyəzən», «Beşbarmaq dağı», «Səngəçal», «Dədəgünəş», «Dəmirqaya» isə toponimik əfsanələrdir. Bu əfsanələrdə adları çəkilən heyvan, quş və yer adlarının yaranmasından danışılır. Folklor yaradıcıları əfsanə qəhrəmanlarının timsalında Xeyirə, Gözəlliyə məhəbbət, Şərə və Eybəcərliyə nifrət hissi oyadırlar.Etnonimik əfsanələr – tayfa, xalq, el, nəsil adları ilə əlaqədar yaranmışdır. Belə əfsanələr içərisində «Oğuz» və «Bayat» çox məşhurdur. Həmin əfsanələrin birincisində Azərbaycan türklərinin ulu babası sayılan oğuzların yaranması təsvir edilir.Kosmoqonik əfsanələr – səma cisimləri haqqında olan əfsanələrdir. Xalqın qədim kosmoqonik təsəvvürləri ilə bağlı yaranan belə əfsanələrin qəhrəmanları Ay, Günəş və müxtəlif ulduzlardır. Xüsusilə Ayın üzərində görünən ləkələr, onun gecələr, Günəşin isə gündüzlər çıxması qədim insanları maraqlandırmış və onlar bu iki səma cismini insaniləşdirərək, onlar haqqında müxtəlif əfsanələr yaratmışlar. Bu baxımdan «Günəşlə Ay» əfsanəsi çox səciyyəvidir.
Əsərdə Ay səmimi, fədakar bir aşiqdir. O, Günəşi dərin bir məhəbbətlə sevir. «Öz məhəbbətini Günəşə bildirmək üçün ikiyə bölünür, bədənini parça- parça edir. Bəzən də həsrətdən o qədər nazilir ki, Günəşin özü də onu görəndə xəcalət çəkib gizlənir». Sevgilisi yolunda bütün fədakarlıqlara hazır olan Ay Günəşin istəyinə əməl edərək üzündəki xalı qoparıb ona verir. Lakin Günəş aşiqinin bu fədakarlığını lazımınca qiymətləndirə bilmir:- Sənin gözəlliyin o xalda idi, onu da qopartdın, indi dünyanın ən gözəli mənəm, – deyə qürrələnir. Ay sevdiyi qızın sözlərindən elə heyrətlənir ki, üzünə tökülən qan sifətinədəcə donur və elə o vaxtdan Ayın üzündə ləkə qalır. Sevgilisinin hərəkətindən qəlbi sınan Ay ondan uzaqlaşaraq bir daha Günəşi görmək istəmir. Əməlindən peşman olan Günəş nə qədər Ayı çağırırsa da cavab almır. Odur ki, Günəş çıxarkən Ay üzünə pərdə çəkir, onun sifəti solğunlaşır. Ay istəmir ki, Günəş onun üzündə olan ləkəni görsün.
Rəvayətlərdə keçmişdə real şəxsiyyətlə bağlı, baş vermiş həyat hadisələri yığcam şəkildə əks etdirilir. Rəvayətlərin süjeti sadə, obrazların sayı az olur. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. Nəsimi, Xətayi, Makedoniyalı İskəndər, Teymurləng, Nadir şah rəvayətlərində tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti iə bağlı hadisələr əks olunub. “Bibiheybət”, “Şuşa” rəvayətləri yer adları ilə bağlıdır.
Atalar sözü və məsəllər ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin ifadələrdir. Məsəllər müəyyən əhvalat, hadisə ilə bağlı olur. Atalar sözü və məsəllər xalqın əsrlər boyu topladığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir:
- Yüz ölç, bir biç.
– Görünən dağa bələdçi lazım deyil.
Məsəldə söylənilən mfikri başa düşmək üçün dinləyənin həmin əhvalatı bilməsi lazım gəlir: “Karın könlündəki”, “Qələt yağ küpəsindədir”, “Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu” və s.
Şifahi xalq ədəbiyyatının maraqla danışılan və dinlənilən janrlarından biri lətifələrdir. Onlar ictimai həyatdakı və məişətdəki qüsürları əks etdirən yığcam və gülməli hekayələrdir. Lətifələrin əsasında gülüş dayanır. Xalq öz dünyagörüşünə, mənəviyyatına, əxlaqına zidd olan pis xüsusiyyətlərə gülməklə onların islahına çalışır. Azərbaycan şifahi xalq ədəbiyyatında Bəhlul Danəndə, Molla Nəsrəddin, Abdal Qasım və başqa lətifə qəhrəmanları vardır. Onların ən məşhuru Molla Nəsrəddindir. Azərbaycan lətifələrinin çoxu onun adı ilə bağlıdır. Qədim zamanlardan bəri xalq arasında gəzən bir çox əhvalatlar biçimlənərək lətifə şəklinə salınmış və Molla Nəsrəddin adı ilə əlaqələndirilib, onun ətrafında cəmləşmişdir.Molla Nəsrəddin ümumiləşdirilmiş surətdir. Öz ağlı, hazırcavablığı, təmkinli və tədbirli olmasına görə o, əhatə olunduğu mühitdə hamıdan yüksəkdə dayanır və hökm sahiblərinə qalib gəlir; xan da, qazı da, hakim də onun biliyi, müdrikliyi qarşısında aciz qalır, gülünc vəziyyətə düşürlər.
Tapmacalar uşaq folkorunun geniş yayılmış əyləncəli səciyyə daşıyan janrlarındandır. Tapmacalarda müəyyən əşya, hadisə haqqında üstüörtülü şəkildə məlumat verilir. Burada əşyanin məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur.
Tapmacalar mövzu baxımından geniş, rəngarəng, həcmcə yığcam olur. Bu janrda bənzətmə, təzad, epitet, kimi məcaz növlərinə geniş yer verilir. Şifahi xalq ədəbiyyatının digər janrlarında olduğu kimi, tapmacalarda da xalqın dünyagörüşü, tarixi, mənəvi baxışları öz əksini tapır.
Tapmaca termini əvəzinə bilməcə də işlədilir. Bu, onların qarşıya qoyulan məqsədlə – tapmaq, bilmək tələbi ilə bağlı olmasından irəli gəlir. Tapmacanın cavabını bilmək asan deyildir. Bunun üçün düşünmək, fikirləşmək lazım gəlir. Çünki burada fikir birbaşa, açıq şəkildə deyilmir, məcazi mənada, metaforik yolla, köçürmə vasitəsilə çatdırılır. Məsələn, aşağıda nümunə gətirilən tapmaca metaforadan (köçürmədən) ibarətdir:
Hər evdə var ( Od )
Odun qırmızı olmaq əlaməti narın üzərinə köçürülmüş, lakin adı çəkilməmişdir.
Tapmacanın cavabını tapmaq üçün qarşıdakı tərəfdən obrazlı – assosiativ, poetik təfəkkür, məntiqi fikirləşməklə çətinlikləri dəf etmək, hazırcavab olmaq tələb edilir. Tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu, sadəcə səhv yoldur.
Tapmacalar həm nəzm, həm də nəsr şəklində olur. Nəzm şəklində olan tapmacalar qafiyəsi, ölçüsü, ahəngi olan mənzum parçalardır. Bu nəzm parçaları a a, a a b a, a a a a şəklində qafiyələnir:
Qara toyuq qaqqıldar,
Qanadların şaqqıldar (Bulud, göy gurultusu).
Epik folklorun yanıltmac janrı səs oyunu üzərində qurulmuşdur. Məumdur ki, uşağın dilinin açılması, nitqinin inkişafı bütün valideynləri düşündürən problemlərdəndir. Yanıltmaclar eyni səsin, yaxın səslənən sözlərin, söz birləşmələrinin fonetik sırası, əvəzlənməsi prinsipi üzərində qurulur. Bu janrda əsərlər yumoristik məzmuna malik olub uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir. Yanıltmaclar həm nəzm, həm də nəsr şəklində olur:
Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.
Yorğana yorul yorğun.
Küp qulpu, xub küp qulpu.
Ağa evinin dar aralığı.
Ay dəyirmilənməyə nə qalıb?
Epik folklorun ən qədim janrlarından olan nağıllar bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Nağılda bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Bu qəhrəman əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf edir, şər qüvvələrə qalib gələrək əsərin sonunda öz arzusuna çatır. Nağıllarda geniş epik lövhələr, dramatik gərginlik, hadisələrin dinamik inkişafı, insana xas olan xüsusiyyətlərin əşya və heyvanlar üzərinə köçürülməsi, şəxsləndirmə, fantastika elementləri, nikbin sonluq mühüm yer tutur. Nağıllarda çox zaman dəhşətli, qeyri-adi. sirli hadisələrdən söz açılır, əhvalatlar macəra səciyyəsi kəsb edir.Nağıllarda hadisələr sürətlə cərəyan edir, onları ləngidən təbiət və məişət təsvirlərinə geniş yer verilmir, əsas diqqət hadisələrin dinamik inkişafda təsvirinə yönəldilir. Bu janrda olan əsərlərdə qeyri – adi hadisələrin təsviri, fantaziya, bədii uydurma geniş yer tutsa da, həmin hadisələr real varlığa uyğun olur, inandırıcı mahiyyət kəsb edir.
Nağılların üç növü var: sehrli, məişət, qəhrəmanlıq nağılları. Bu növlərin hər birinin öz süjet xətti, qəhrəmanları, bədii xüsusiyyətləri, üslubu vardır.
Sehrli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, sehrli şər qüvvələrlə mübarizə aparmalı olur. Burada cin, div, əjdaha, ifritə kimi sehrli qüvvələr iştirak edir. Lakin onlar köməkçi rol oynayır. Şər qüvvələrlə mübarizədə nağılın qəhrəmanına xeyirxah sehrli qüvvələr ( simurq quşu, at, uçan xalça və s.) kömək edir. «Məlikməmməd”, “Cırtdan», «Ağ atlı oğlan» nağılları belə sehrli nağıllara nümunə ola bilər. Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir. Bu nağıllarda qəhrəmanlar çox zaman adi, sadə, lakin xeyirxah və fərasətli insanlardır. Onlar həyatda çətinliklə qarşılaşır, yoxsul həyat keçirirlər. Məsələn, “Daşdəmirin nağılı”, «Yalançı çoban», «Yeddi nar çubuğu», «Yoxsul qocayla vəzir» nağılları məişət nağıllarıdır.
Bu nağılların qəhrəmanlar öz arzularına çatmaq üçün mətinliklə mübarizə aparır, dara düşən insanların dadına yetişir, çətin sınaqlardan üzüağ çıxaraq öz ağlı, cəsarəti, fərasəti ilə şər qüvvələrə qalib gəlirlər. Haqqın qələbəsi, xeyrin şərə qalib gəlməsi bu nağılların başlıca xüsusiyyətlərindəndir.
Heyvanlar haqqında nağıllarda əxlaqi baxımdan iki əsas ideya qabarıq şəkildə özünü göstərir: yoldaşlığın, dostluğun yüksək qiymətləndirilməsi və birlik, sədaqət nəticəsində zəiflərin güclülərə qalib gəlməsi. Belə nağıllarda məhz dostluq, yoldaşlıqda sədaqət nəticəsində gücsüzlər güclülərə – fağır qoyun canavara, dinc dovşan şirə, tülkü qurda, aslana qalib gəlir.Bu nağıllarda heyvan, quş obrazları özündə həm də insana xas olan xüsusiyyətləri birləşdirir. Həm insana, həm də heyvana xas olan cəhətlərin qorunub saxlanılması nağılın bədii – estetik təsirini artırır. Belə nağıllara nümunə olaraq “Pıspısa xanım və Siçan Solub bəy”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Ac qurd”, “Aslan və dovşan”, “Tülkü ilə canavar”, “Qoca aslan”, “Hiyləgər keçi” və s. göstərmək olar.
Qədim və zəngin inkişaf yolu keçmiş aşıq yaradıcılığı müasir dövrdə də uğurla davam etməkdədir. Aşıq musiqi, şeir, rəqs, nağıletməni birləşdirən sənətkardır. El şənliklərində, bayram və toylarda aşıqlar saz çalıb mahnı oxumuş, şeir demiş, nağıl, dastan danışmışlar. Dədə Qorqud ənənələrini yaşadan Aşıq Alı, Aşıq Ələsgər, Abbas Tufarqanlı, Xəstə Qasım, Qurbani kimi ustad aşıqlar həmişə xalqın içində olmuş, onun sevincinə, dərdinə şərik olmuşlar.
Aşıq şeirində vətənpərvərlik, xalqın mənəvi dəyərlərinə bağlılıq, təbiətə məhəbbət motivləri, insan taleyi ilə bağlı düşüncələr mühüm yer tutur. Aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs, və s. janrlarında ustad aşıqlar tərəfindən söz sənətimizin dəyərli nümunələri yaradılmışdır. Azərbaycan folklorunun irihəcmli janrlarından olan dastanlar aşıq yaradıcılığının məhsuludur.
Dastan epik –lirik növün janrıdır. Qəhrəmanlıq dastanlarında əsasən, xalqın, onun igid övladlarının yadlarla, düşmənlərlə vətən, azadlıq uğrunda fədakarlıqla döyüşü əks olunur. Qıhrəmanlıq dastanlarının kamil nümunəsi olan «Kitabi-Dədə Qorqud» da qədim dövrlərdən Azərbaycan ərazisində yaşayan oğuzların vətənpərvərliyi, düşmənə qarşı mübarizədə göstərdiyi igidlik əbədiləşdirilmişdir. Dastanda xalqımızın müdrikliyi, tarixi, qəhrəmanlığı geniş epik lövhələrlə, incə, zərif qəlb dünyası lirik bədii nümunələrlə ifadə olunmuşdur. “Koroğlu” dastanında isə həm də ədalətsiz yerli hakimlərə, xalqa zülm edən bəy və xanlara qarşı mübarizə motivləri mühüm yer tutur.”Qurbani”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Şah İsmayıl” məhəbbət dastanları nın kamil nümunələridir. “Tahir və Zöhrə” dastanın müxtəlif variantları var. Bir varianta görə, Tahirin əmisi Hatəm Sultan Qaraman hökmdarıdır. Onun qızı Zöhrə ilə Tahir bir-birini sevir. Zöhrəni öz oğluna almaq istəyən Qara vəzir hiylə qurub Hatəm Sultana Tahirin atasını öldürtdürür, özünü isə sürgün etdirir. Xanverdi sövdəgərin qızı Nərgiz qərib həyatı keçirən Tahirə aşiq olur. Lakin Tahir Zöhrəyə olan məhəbbətinə sadiq qalıb vətənə qayıdır. Zöhrə onun gizlənməsinə kömək edir.Tahirin gizləndiyi sandığı su Çinə aparıb çıxarır. Çin şahzadəsi Banu məsələni bilib sevgililərə kömək etmək qərarına gəlir. O, Hatəm Sultanı öıdürüb sevgililəri bir-birinə qovuşdurur.
Dramatik növün janrları
Azərbaycan şifahi xalq ədəbiyatının dramatik növünə xalq oyunları, xalq tamaşaları, şəbihlər daxildir. Xalq dramlarının bir növü olan xalq oyunları vaxtilə toy, bayram şənliklərində oynanılıb. Novruz bayramında ifa edilən “Xan oyunu”nda xan, vəzir, vəkil, fərraşlar iştirak edir. Xan “günahkarları” cəzalandırır, onlara cərimə kəsir. Xalq tamaşalarına xalq dramları da deyilir. ”Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq tamaşasında hadisələr üç səhnədə cərəyan edir. Əkinçilik fikrinə düşən iki qardaş yeri şumlayanda, suvarılanda, taxıl xırmanda döyüləndə birinci qardaş özünü xəstəliyə vurur. Məhsul hazır olanda zəhmətkeş qardaş ona heç nə vermək istəmədiyi üçün aralarında dava düşür.Kənd hakimi çalışqan qaraşı haqlı sayır. Tənbəl qardaş arıqlayıb əsa ilə gəzir, arvadı ondan ayrılıb, nə özünün, nə də arvadının yaxın durmadığı uşaqlarını çalışqan qardaş götürüb saxlayır. Əsərin sonuncu səhnəsində çalışqan qardaş yenə tarlada işləyir, qardaşının uşaqları ilə birlikdə əkin-biçinlə məşğul olur. Peşman olmuş tənbəl qardaş gəlib duz-çörəyə and içir ki, daha tənbəllik etməyəcək. Qardaşlar barışıb şərikli işləməyə başlayırlar.
Uşaq oyunları da dramatik növün janrlarındandır. Hərəkətli (mütəhərrik) oyunlarda uşaqların fiziki hərəkətləri əsas yer tutur. Bu oyunların yaranma tarixi daha qədimdir, insanların ilk əmək fəaliyyəti ilə bağlıdır. Hərəkətli oyunlarda əşyalardan istifadə olunması mühüm yer tutur. “Dəsmalı ver”, “Xəndəyə düşmə”, “Pula-pula”, “Dəyirman” və s. əşyalarla oyunlardır. “İynə-iynə”, “Barmaq”, “Əl üstə kimin əli”, “Bənövşə”, “Ənzəli”, “Yoldaş, səni kim apardı?”, “Siçan-pişik” və s. əşyalarsız oyunlardır.
Oyun uşaqlarda müstəqillik, fəallıq tərbiyə edir. Onlar oyun vasitəsilə həyatı dərk etməyi, əməli işlə məşğul olmağı öyrənir, estetik zövq alırlar. Bu da öz növbəsində uşaqların dünyagörüşünün inkişafına, fiziki, mənəvi tərbiyəsinə müsbət təsir göstərir.
Comments are closed, but trackbacks and pingbacks are open.