Səməd Seyidov: Bu prosesə əngəl törətmək istəyənlər olur – FOTO
1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, professordur. Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür. İngilis və rus dillərini bilir. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət Dillər Universitetinin rektorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədridir. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Evlidir, 2 övladı var.
Səməd seyidov psixologiya
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 36 saylı Xətai dördüncü seçki dairəsi
1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, professordur. Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür. İngilis və rus dillərini bilir. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət Dillər Universitetinin rektorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədridir. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Səməd Seyidov: Bu prosesə əngəl törətmək istəyənlər olur – FOTO
Bu gün Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Siyasi Psixologiya Mərkəzində gənclər qarşısında Azərbaycan-Avropa münasibətləri haqqında mühazirə ilə çıxış edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, S.Seyidov Avropanın tarixi, Avropadakı mövcud vəziyyət, Azərbaycan-Avropa münasibətləri haqqında danışıb.
Azərbaycan-Avropa münasibətlərinə toxunan S.Seyidov bildirib ki, bu gün Avropa İttifaqının (Aİ) Azərbaycanla, Azərbaycanın isə Aİ ilə münasibətləri yaxşılaşdırmağa ehtiyacı var:
“Biz Avropa ilə münasibətlərimizi yüksək səviyyədə qurmalıyıq və qururuq da. Biz Aİ ilə münasibətləri 1996-cı ildə imzalanmş və 1999-cu ildə qüvvəyə minən sənəd əsasında qurmuşuq. Lakin artıq Azərbaycan güclənib, beynəlxalq səviyyədə nüfuzu xeyli artıb və Aİ ilə münasibətlərdə yeni sənədin hazırlanması prosesi gedir”.
S.Seyidov bildirib ki, Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı proqramında xüsusi yer tutur:
“Azərbaycanla əlaqələrdə bir özəllik var. Çünki Aİ Azərbaycan vasitəsilə Şərqə, o cümlədən Mərkəzi Asiyaya çıxış imkanı əldə edir. Biz deməməliyik ki, Azərbaycan Avropaya yaxınlaşır. Aİ də istəyir ki, Azərbaycanla münasibətləri yaxşı səviyyədə təkil etsin və Mərkəzi Asiyaya çıxa bilsin. Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanması istiqamətində ciddi işlər aparılır. Sənədin nə vaxt imzalanacağı bəlli olmasa da tam razılaşdırılması, ratifikasiya olunması və qüvvəyə minməsi uzun bir prosesdir”.
S.Seyidov vurğulayıb ki, təəssüflər olsun ki, Azərbaycan Aİ ilə əlaqələrin nə qədər genişləndirilməsinə səy göstərsə, bir o qədər bu prosesə hansısa əngəllər, çətinliklər törətmək istəyənlər olur:
“Hər bir halda biz bundan xəbərdarıq və bəzən Azərbaycana qarşı münasibət daha kəskin formada olur. AŞ PA-nın sonuncu iclası da göstərir ki Azərbaycana qarşı qeyri-obyektiv məsələləri gündəmə gətirmək cəhdləri mövcuddur. Ancaq biz bunu bilirik. Azərbaycan-Avropa münasibətləri strateji xarakter daşıyır və hər iki tərəf bu strateji münasibətləri yaxşılaşdırmaq üçün əlindən gələni etməlidir”.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.