Press "Enter" to skip to content

Sənayenin sahə quruluşu

B) sənayenin fond quruluşu ;

Ямяйя уйьунлашма нечя мярщялядян ибарятдир?

308.Dövlət büdcəsinin gəlirlərinə daxil olmayan variantı göstərin.

b) )Dövlət borcu üzrə tədiyyələr

c) Gömrük rüsumları

d) Qeyri-vergi daxilolmaları

e) Sosial sığorta, pensiya, məşğulluq fondlarına ödəmələr

309.Variantlardan hansında beynəlxalq kreditin təyinatına və müddətinə görə formalarına aid növü göstərilmişdir.

a) məhsuldar kredit

b) )əmtəə formasında verilən kredit

c) qeyri-məhsuldar kredit

d) qısa və orta müddətli kredit

e) uzun müddətli kredit

310.Əməyin təşkilinin səmərəlilik göstəricilərindən biri belə adlanır.

A) Əməyin səviyuyəsindən razılıq

B) )Əməyin məzmunundan razılıq

C) Əməyin kəmiyyətindən razılıq
D) Əməyin tutumundan razılıq
E) Əmək sərfindən razılıq

311.Əmək bölgüsünün dərinləşməsi əmək kooperasiyasının yaxşılaşdırılması, iş yerlərinə xidmətin yaxşılaşdırılması əməyin təşkilinin hansı məvhumunu ifadə edir.

A) Əməyin təşkilinin metodlarını

B))Əməyin təşkilinin prinsiplərini
C) Əməyin təşkilinin səviyyəsini
D) Əməyin təşkilinin keyfiyyətini
E) Əməyin təşkilinin kəmiyyətini

312.Fəhlələrin yerləşdirilməsi və onlar arasında məsuliyyətlərin müəyyənləşdirilməsi yaranmış hansı sistemə əsaslanır.

A) Əmək sisteminə

B))Əmək bölgüsünə
C) Əmək məsuliyyətinə
D) Əmək sərfi
E) Əməyin normalaşdırılması

313.Əmək haqqının təşkili prinsipinin əsasını təşkil edir.

A) İş qüvvəsinin həcmi

B))İş qüvvəsinin dəyəri
C) İş qüvvəsinin təhlili
D) İş qüvvəsinin mübadiləsi
E) İş qüvvəsinin sərfi

314.Müəssisələrdə əmək haqqının tənzimlənməsində istifadə olunan sənəd.

A) İdarətmə sistemi

B) )Tarif sistemi
C) Tarif kompleksi
D) Əmək göstəriciləri
E) İdarəetmə koimleksi

315.Əməyin vaxt vahidi ondə istehsal etmək qabiliyyəti belə adlanır.

A) Əməyin istehsal norması

B) )Əmək məhsuldarlığı
C) Əməyin istehsal gücü
D) Əməyin istehsal səviyyəsi
E) Əməyin səmərəliliyi

316.Əhəmiyyətinə və məsuliyyətinə görə fərqlənən işlərin işçilərin taarif maaşı belə müəyuyən olunur.

A) Müstəsna hesablama əsasında

B) )Kollektiv müqavilə əsasında
C) Maaşı mürəkkəblik əmsalına vurmaqla
D) Maaşı məsuliyyət əmsalına vurmaqla
E)Kollektivin iclasının qərarı əsasında

317.Əmək haqqı ilə işçinin əməyinin səmərəliliyi arasındakı münasibəti müəyyən edin.

A) Tərs mütənasibdir

B))Düz mütənasibdir
C) Əmək haqqı daha çoxdur
D) Əməyin sənərəliliyi daha çoxdur
E) Bir-birinə bərabərdir

318.Əməyin ödənilməsi sahəsində müəssisənin siyasət amilindən biri belə adlanır.

A) İşçi qüvvəsinin səviyyəsi

B))Müəssisənin maliyyə vəziyyəti
C) Dövlətin maliyyə vəziyyəti
D) Dövlətin maliyyə siyasəti
E) əmək haqqı fondunun əmələ gəlməsi

319.Müəssisələrdə tətbiq olunan əmək haqqı formaları bunlardır

A) Vaxta görə, işə görə, gəlirə görə

B))Vaxta görə, işə görə
C) Vaxta görə, gəlirə görə, satışa görə
D) İşə görə , satışa görə, keyfiyyətə görə
E) Satışa görə, gəlirə görə, keyfiyyətə görə

320.Əməyin ödənilməsinmin işə muzd formasının sistemlərindən biri belə adlanır.

A) Texniki sistemi

B))Akkord sistemi
C) Texnoloji sistemi
D) Sabit sistemi
E) Əlaqəli sistemi

321.Əməyin ödənilməsinin tarifsiz sisteminin amillərindən biri belə adlanır

A) İşçinin təcrübə səviyyəsi

B))İşçinin ixtisas səviyyəsi
C) İşin yerinə yetirilmə səviyyəsi
D) İşin mürəkkəblik səviyyəsi
E) İşin texnoloji səviyyəsi

322.Mükafatlandırma sisteminmin tərkib elementlərinə aid olmayanı.

A) Mükafatlandırma göstəriciləri və sərfi

B))Mükafatlandırma formaları
C) Mükafatlandırılan işçilərin sayı
D) Mükafatın ölçüsü
E) Mükafatın ödəniolmə mənbələri

323.İstehsal əsas fondları nəyin dəyər ifadəsidir.

A) Əmək cisimlərinin

B))Əmək vasitələrinin
C) İstehsal vasitələrinin
D) Əsas kapitalın
E) Dövriyyə kapitalının

324. Mövcud uçot qaydasına görə istehsal əsas fondlarının tərkibinə daxil edilmir.

A) Əsas istehsalda istifadə edilən avadanlıqların dəyəri

B))Əsaslı tikinti balansında olan avadanlıqların dəyəri
C) Köməkçi istehsalda istifadə edilən avadanlıqların dəyəri
D) Qeyri-İstehsal maddi aktivlər
E) Xidmətedici sexlərin binaları

325.Əsas fondların istehsal strukturu nəyi səciyyələndirən göstəricidir.

A) İstehsalın texnoloji səviyyəsini

B))İstehsalın texniki səviyyəsini
C) İstehsalın mexanikləşmə səviyyəsini
D) İstehsalın elmi səviyyəsini
E) Ümumiyyətlə göstərici deyil

326.Elmi-texniki tərəqqinin istehsal əsas fondlarının təsir etdiyi əsas göstərici belə adlanır.

A) Səviyyəsinin dəyişməsi

B) Qiymətinin dəyişməsi
C))Strukturunun dəyişməsi
D) Formasının dəyişməsi
E) Keyfiyyətinin dəyişməsi

327. Normalaşdırılmış tapşırıqlı vaxtamuzd əmək haqqı sisteminin digər adı belədir

A) sadə vaxtamuzd

B) vaxtamuzd mukafatı
C)) işəmuzd – vaxtamuzd
D) vaxtamuzd mütərəqqi
E) akkord

328. Müəssisənin fəaliyyətində əmlakın olması nəyi ifadə edir?

A) müəssisənin əsas fondlarını

B) müəssisənin əsas göstəricilərini
C)) müəssisənin əsas əlamətini
D) müəssisənin fəaliyyət istiqamətini
E) müəssisənin texniki səviyyəsini

329. Dövriyyədənkənar aktivlərin ümumi əlaməti:

A) dəyərini məhsulun üzərinə birdəfəlik keçirməsi

B) qısa müddətli dövrdə istehlak olunması
C)) uzun həyat tsiklinə malik olması
D) natural görünüşünü tez dəyişməsi
E) yüksək sürətlə dövr etməsi

330. İstehsal əsas fondlarını ifadə edən ölçü vahidi:

A) şərti natural

B) natural ifadə
C)) dəyər ifadəsi
D) soy ifadəsində
E) həcm vahidi ilə

331. Mövcud uçot qaydasına əsasən fondların tərkibinə daxil edilməyən vasitələrdən hesab edilmir:

A) təchizat və satış təşkilatlarının anbarlarında olan avadanlıqlar

B) istehsal firmalarının anbarlarında olan avadanlıqlar
C)) müəyyən funksiyaları yerinə yetirən avadanlıqlar
D) quraşdırılması nəzərdə tutulan avadanlıqlar
E) yolda və tikinti balansında olan avadanlıqlar

332. İstehsal əsas fondlarından olan qeyri – maddi aktivlərə aid olmayanı müəyyən edin:

A) əmtəə nişanları

B) torpaqdan istifadə
C)) ötürücü qurğular
D) ticarət markaları
E) lisenziyalar

333. Əsas istehsal fondlarının quruluşunun müəyyən edilməsində məqsəd nədir?

A) iş yerlərini düzgün təşkil etmək

B) müəssisənin optimal ölçüsünə nail olmaq
C)) ən yüksək xüsusi çəkiyə diqqətin artırılması
D) aktiv və passiv arasında nisbəti tarazlaşdırmaq
E) məhsulun qiymətini daha dəqiq müəyyən etmək

334. Əməyin normalaşdırılmasının analitik metodunun əməliyyatlarına aid deyil:

A) iş yerinə xidmətin yaxşılaşdırılması tədbirlərinin hazırlanması;

B) əmək məsrəflərinə təsir edən bütün amillərin öyrənilməsi;

C)) müntəzəm istehsl təlimatlarının təşkili;

D) işin yerinə yetirilməsi üçün vaxtın hesablanması;

E) normaların istehsalata tətbiqi.

335.Əməyin səmərəlilik səviyyəsi nə ilə müəyyən olunur:

A) əmək haqqı ilə;

B) əmək tutumu ilə;

C)) əmək məhsuldarlığı ilə;

D) əməyin keyfiyyəti ilə;

E) əməyin mürəkkəbliyi ilə.

336. Əmək məhsuldarlığı nədir:

A) konkret əməyin vaxt vahidində məhsul satmaq imkanıdır;

B) konkret əməyin vaxt vahidində sərfiyyat normasıdır;

C)) konkret əməyin vaxt vahidində məhsul istehsal etmək qabiliyyəti;

D) ictimai əməyin vaxt vahidində kəmiyyətdir;

E) ictimai əməyin keçmiş əməklə birləşməsidir.

337. Əmək məhsuldarlığının səviyyəsini xarakterizə edən göstəricilərdən hesab edilir:

A) hazırlanan məhsulun keyfiyyəti;

B) hazırlanan məhsulun kəmiyyəti;

C)) hazırlanan məhsulun əmək tutumu;

D) məhsul vahidinə xammal sərfi;

E) hazırlanan məhsulun enerji tutumu.

338. Əmək məhsuldarlığının öyrənilməsində əməyin nəticəsini xarakterizə edən göstəricilər bunlardır:

A) dəyər, çəki, ölçü;

B) natural, dəyər, çəki, ölçü;

C)) natural, şərti-natural, dəyər;

D) natural, şərti natural, çəki, ölçü;

E) çəki, ölçü, pul.

339. Əmək məhsuldarlığının öyrənilməsində natural göstəricidən istifadə hansı şərt daxilində mümkündür:

A) məhsul mürəkkəb olduqda;

B) müxtəlif məhsullar istehsal edildikdə;

C)) eyni məhsul istehsal edildikdə;

D) taralar müxtəlif olduqda;

E) nəqledilməyə yararlı olduqda.

340. Əmək normalarının müəyyən edilməsinin analitik-tədqiqat metodu ilə iş vaxtı sərfinin öyrənilməsi nəyə əösaslanır:

A) mətbuat informasiyasına;

D) ilkin məlumatlara;

E) çap məlumatlarına.

341.Əmək normalarının müəyyən edilməsinin analitik-tədqiqat metodunun müşahidə yoluna aid deyil:

A) iş gününün fotoqrafiyası yolu;

B) xronometraj yolu;

C)) iş gününün gərginləşdirilməsi yolu;

D) ani müşahidə yolu;

E) birdəfəlik müşahidə yolu.

342. Əməyin ödənilməsi sahəsində müəssisənin siyasətinə təsir edən amillərə daxil edilmir:

A) regiondaişsizliyin səviyyəsi;

B) müəssisənin maliyyə vəziyyəti;

C)) iqtisadi inkişafın artım səviyyəsi;

D) əmək haqqı sahəsində dövlət tənzimlənməsinin səviyyəsi;

E) həmkarlar ittifaqının təsiri.

343. Əməyin ödənilməsinin formaları bunlardır:

A) gəlirə görə, saya görə;

B) kəmiyyətə görə, keyfiyyətə görə;

C)) işə görə, vaxta görə;

D) satışa görə, gəlirə görə;

E) xidmətə görə, keyfiyyətə görə.

344.Əməyin normalaşdırılması nədir:

A) menecerin fəhlələri işlətdiyi ümumi vaxtdır;

B) işin yerinə yetirilməsinə işçinin sərf etdiyi vaxtdır;

C)) normal iş şəraitində konkret işə və ya əməliyyata müəyyən olunmuş vaxtdır;

D) məhsul vahidinin gün ərzində hazırlanma vaxtıdır;

E) müəssisə işçilərinin il ərzində içlədiyi saatların miqdarıdır.

345.Əməyin ödənilməsinin tarifsiz sistemi üzrə əmək haqqının ölçüsünün amillərinə aid deyil:

A) işçinin iş təçrübəsi;

B) işçinin ixtisas səviyyəsi;

C)) işçinin ixtisas dərəcəsi;

D) işçinin əməkdə iştirak əmsalı;

E) işçinin faktiki sərf etdiyi vaxt.

346. Əməyin ödənilməsinin tarifsiz sisteminin növü olan kontrakt sistemində müqavilənin tərkibində əks olunmayan hissə:

A) tərəflərin hüquq və vəzifələri;

B) əmək şərtləri;

C)) əməkdə iştirak əmsalı;

D) iş rejimi və əməyin ödənilmə səviyyəsi;

E) müqavilənin fəaliyyət müddəti.

347.Əməyin normalaşdırılmasının metodu hesab olunur:

348. İctimai istehsalın iqtisadi səmərəliliyinin məqsədi belədir:

A) məhsulun dəyərini ödəmək üçün qiyməti mütəmadi artırmaq;

B) məhsul artımına xərcləri artırmaqla nail olmaq;

C)) çəkilən xərclərin mütəmadi aşağı salınması ilə məhsul artımına nail olmaq;

D) məhsulun mübadilə prosesində tarazlıq yaratmaq;

E) maddi texniki təchizat işini vaxtında həyata keçirmək.

349. İctimai istehsalın məqsədi nədir?

A) istehlak şeyləri istehsal etmək;

B) istehsal vasitələri istehsal etmək;

C)) insanların məhsullara tələbatını ödəmək;

D) maddi-texniki vasitələr istehsal etmək;

E) dövlətin tələbatını ödəmək.

350. İctimai istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinin təsərrüfat

tədbirlərinə aid deyil:

A) məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi;

B) əsaslı vəsait qoyuluşundan səmərəli istifadə;

C)) istehsalın ərazi üzrə səpələnməsi;

D) əmək və material ehtiyyatlarından maksimum istifadə;

E) elmi-texniki tərəqqinin sürətləndirilməsi.

351. Ümumi milli məhsul hansı metodlara hesablanır?

A) sərf olunmuş əməyə və vergi tutumuna görə;

B) sərf olunmuş əməyin kəmiyyətinə görə;

C) məhsulun tərkibində keyfiyyətli məhsulun xüsusi çəkisinə görə;

D)) çəkilən xərclərə və gəlirlərin həcminə görə;

E) məhsulun saxlanma müddətinə görə.

352. İllik istehsalın bazar dəyuərinin hesablanmasında istifadə olunan xərc

kateqoriyalarına aid deyil:

A) dövlətin aldığı əmtəə və xidmətlər;

B) şəxsi istehlak xərcləri;

C) məcmu xüsusi daxili investisiyalar;

D)) ictimai istehlak xərcləri;

E) xalis ixracat.

353. Sənaye sahəsində son nəticənin mahiyyəti belədir:

A) istehsala çəkilmiş xərclərin artımıdır;

B) məhsulun bölüşdürülməsidir;

C) istehsalla istehlak arasında nisbətdir;

D)) istehsala çəkilmiş xərclərin gətirdiyi səmərədir;

E) istehsala çəkilmiş xərclərin xüsusi çəkisidir.

354. Sənayedə əsaslı vəsait qoyuluşunun səmərəsi özünü nədə biruzə verir?

A) xammaldan istifadədə;

B) məhsulun ümumi həcmində;

C) qiymətin artımında;

D)) milli gəlirin artımında;

E) istehsal xərcinin azalmasında.

355. Əsaslı vəsait qoyuluşunun hesablanma istiqamətləri belə adlanır:

A) dolayı və müqayisəli;

B) sabit və dəyişən;

C) müqayisəli və sabit;

D)) mütləq və müqayisəli;

E) dolayı və mütləq.

356. Əsaslı vəsait qoyuluşunun ümumi iqtisadi səmərəliliyinin

hesablanmasında istifadə olunan göstərici hesab edilir:

A ) əsaslı vəsait qoyuluşunun məhsulun qiymətinə nisbəti ilə;

B) əsaslı vəsait qoyuluşunun milli gəlirin illik artımına nisbəti ilə;

C) məhsulun qiymətinin əsaslı vəsaitin dəyərinə nisbəti ilə;

D)) milli gəlirin illik artımının əsaslı vəsait qoyuluşuna nisbəti ilə;

E) heç biri düzgün deyil.

357. Əsaslı vəsait qoyuluşunun məqsədi hesab olunur:

A) xammal və materialları anbarlarda saxlamaq və istehsala cəlb etmək;

B) məhsul istehsalına çəkilən xərcləri maksimum səviyyədə azaltmaq;

C) məhsulun istehlakçılara vaxtında və keyfiyyətlə çatdırılmasını təmin etmək;

D)) istehsal əsas fondlarını yaratmaq, əmək və materialları istehsala cəlb etmək;

E) müəssisənin xarici əlaqələrini hər tərəfli inkişaf etdirmək.

358. İctimai istehsalın səmərəlilik meyarı hesab olunur:

A) illik əmək haqqının ümumi miqdarı;

B) il ərzində istehlak edilmiş məhsulun miqdarı;

C) illik istehsal xərclərinin məcmuu;

D)) il ərzində istehsal edilmiş milli gəlir;

E) il ərzində anbarlaşdırımış məhsulun miqdarı.

359. Müəssisələrdə istehsalın iqtisadi səmərə belə müəyyən edilir:

A) istehsal xərclərinin əmək haqqına nisbəti ilə;

B) ümumi məhsulun istehsal fondlarının dəyəri, əmək haqqı və təbiəti mühafizə xərclərinin cəminə nisbəti;

C) satlıq məhsulun istehsal fondlarının dəyəri, əmək haqqı və təbiəti mühafizə xərclərinin cəminə nisbəti;

D)) xalis məhsulun istehsal fondları, əmək haqqı və təbiəti mühafizə xərclərinin cəminə nisbəti;

E) xammal və material xərclərinin bütövlukdə istehsal xərclərinə nisbəti.

360. Sosial- iqtisadi səmərəliliyin meyarı kimi əhalinin hər nəfəsinə düşən hansı məhsul qəbul edilə bilər:

A) reallaşdırılmış məhsulun həcmi;

B) ümumi milli məhsulun həcmi;

C) ümumi daxili məhsulun miqdarı;

D)) istehlak fondunun həcmi;

E) istehlak xərcinin həcmi.

361. Sənayenin sahə quruluşunun əsasını təşkil edən ilkin əmək bölgüsü belə

A) tarixi əmək bölgüsü;

B) ictimai əmək bölgüsü;

C) texniki əmək bölgüsü;

D)) təbii əmək bölgüsü;

E) coğrafi əmək bölgüsü.

362. İctimai əmək bölgüsünün formaları bunlardır:

A) sadə, mürəkkəb, qarışıq;

B) iqtisadi, sosial, təbii;

C) birgə, qarışıq, fərdi;

E) texniki, texnoloji, bioloji.

363. Sənaye sahəsinin müəssisələr qoyduğu tələblərə aid edilmir :

A) məhsullarının eyni iqtisadi təyinat alması;

B) həmcins xammal material istehlak etmək;

C) oxşar maşınlar sisteminin tətbiqi;

D)) məhsul satışının formalarının fərqlənməsi;

E) iş şəraitinin ümumi cəhətlərinə görə fərqlənməməsi.

364. Sənaye sahələrinin təsnifləşdirilməsinin prinsipləri, əlamət və nişanələrinin tərkibinə aid edilmir:

A) idarəçilik və tabeçilik əlamətinə görə;

B) məhsulun aldığı iqtisadi təyinatına görə ;

C) əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;

D)) dövlət qarşısında öhdəliklərinə görə;

E) iqtisadi ösünəməxsusluq əlamətinə görə.

365. Ümumi əmək bölgüsü nə ilə əlaqədar olmuşdur:

A) kənd təsərrüfatının meşə təsərrüfatından ayrılması;

B) maşınqayırmanın tikintidən ayrılması;

C) tikintinin sənətkarlıqdan ayrılması;

D)) sənətkarlığın əkinçilikdən ayrılması;

E) ovçuluğun meşə təsərrüfatından ayrılması.

366. Əmək bölgüsünün xüsusi forması nəyə səbəb olmuşdur:

A) sənayenin xammalla təmin olunmasına;

B) sənayenin tərkib hissələrinə birləşməsinə ;

C) sənaye müəssisələrinə uyğunlaşmasına;

D)) sənayenin tərkib hissələrinə bölünməsinə;

E) sənaye məhsullarının satılmasına.

367. Əmək bölgüsünün fərdi formasının baş verdiyi məkan:

E) heç biri düzgün deyil.

368. Sənayenin tərkibi və sənayeyə daxil olan sahələrin kəmiyyət nisbəti və

onlar arasındakı qarşılıqlı əlaqə belə adlanır :

A) sənayenin kadr quruluşu;

B) sənayenin fond quruluşu ;

C) sənayenin xassə quruluşu;

D)) sənayenin sahə quruluşu;

E) sənayenin inkişaf quruluşu.

369. Sənayenin sahə qurluşunu təhlil etməküçün istifadə olunan göstəricilər

qrupuna aid deyil :

A) sənaye sahələrindən hər hansı birinin inkişaf sürəti;

B) sənaye sahələrinin sayı;

C) müəyyən göstərici üzrə sənaye sahəsinin malik olduğu xüsusi çəki;

D)) sənaye müəssisələrinin ayrılıqda inkişaf tempi;

E) sahələrin bir-birini inkişaf sürətinə görə qabaqlama əmsalı.

370. Sənayenin sahə qurluşuna təsir edən amillərə aid deyil:

A) sahələrarası,sahədaxili proporsiyaların optimallığı;

B) sahələrin üstün inkişafı;

C) təbii sərvətlərin mövcudluğu və onların dövriyyəyə cəlb olunması;

D)) dövlətin sosial məsələlər üzrə tədbirləri ;

E) ictimai-siyasi şərait.

371. Sənayedə sahələrarası əlaqələrin tərkibi hesab edilir:

A) sahə müəssisələrinin inkişaf dinamikası;

B) xarici ölkələrin iqtisadi inkişafı;

C) müəssisələrin sahələr üzrə qurluşu;

D)) xarici ölkələrlə sahələrarası əlaqə;

E) sahələrin intensiv inkişaf səviyyəsi.

372. İstehsal qarşısında qoyulmuş tapşırıqların səmərəli yerinə yetirilməsi üçün

əmək kollektivinə, onların fəaliyyətinin təşkili və uzlaşdırılması işinə

məqsədyönlü təsiretmə tədbirləri nə adlanır:

A) qarşılıqlı əlaqə;

C) psixoloji təsir;

E) texnoloji proses.

373. İstehsalın idarə edilmə aparatının qarşısında duran şərtlərə aid deyil:

A) operativ həlletmə qabiliyyəti olması;

Sənayenin digər sahələri XX əsrin əvvəlində

XX əsrin əvvəllərində neft çıxarılması və emalı daxil olmaqla sənayenin əksər sahələrində istehsalın təmərküzləşməsi prosesi gedirdi. 1902-ci il məlumatına görə qeydə alınan 2500dən çox fabrik – zavod və kustar müəssisənin 183-nün hər birində 40-dan çox fəhlə işləyirdi. Nisbətən iri sənaye müəssisələrinin sayı azlıq təşkil etsə də, Bakı quberniyasında istehsal olunan 74,1 milyon manatlıq ümumi sənaye məhsulunun böyük hissəsi – 62,9 milyon manatı (83,3%) onların payına düşürdü. Bakı quberniyası üzrə bütün sənaye müəssisələrində çalışan 27.167 fəhlənin 75,1%-i və yaxud 20.389 nəfəri 40-dan çox fəhləsi olan müəssisələrdə cəmləşmişdi.
Qeyd etmək olar ki, 1900 – 1903-cü illər iqtisadi böhranı Bakıda və qəzalarda sənayenin dağ – mədən sahəsinə mənfı təsir göstərsə də, yüngül və yeyinti sənaye istehsalının inkişafına mane ola bilməmişdi.
Bakıda mexaniki istehsal sahəsində əsas yer tutan 13 iri maşınqayırma zavodu neft sənayesi üçün müxtəlif dəzgah və avadanlıqlar buraxırdı. Bu zavodların buraxdığı illik məhsulun ümumi dəyəri 3-4 milyon manatı ötüb keçirdi.
İqtisadi yüksəliş illərində “Qafqaz və Merkuri”, “Nobel qardaşları” səhmdar cəmiyyətlərinə, H.Z.Tağıyev, A.Dadaşov və başqalarına məxsus 12-dən çox gəmi təmiri zavodunda 2 mindən çox fəhlə işləyirdi.
Şimali Azərbaycanın qəzalarında da kapitalist sənaye sahələri inkişaf etməkdə idi. Gəncə quberniyasında 8 mis zavodu fəaliyyət göstərirdi. Simens qardaşlarına məxsus Gədəbəy zavodunda mis istehsal olunurdu. Filizçıxarma sahəsində bir sıra texniki yeniliklər tətbiq olunmuşdu. 1902-ci ildən Gədəbəy mis mədənlərində qazma işlərində elektrik enerjisi ağır əl əməyini sıxışdırıb çıxarırdı. Almazla qazma üsulu tətbiq edilmiş, Qalakənd çayı üzərində ikiturbinli elektrik stansiyası işə salınmışdı. Bütün bunlara baxmayaraq iqtisadi böhran
nəticəsində 1900 – 1903-cü illərdə mis fılizi istehsalı 3,9 milyon puddan 3,2 milyon puda enmişdi. Üstəlik də 1906-cı ildə Moskvada missaflaşdırma zavodu tikildiyindən Qalakənd zavodu istehsalı dayandırmışdı.
Hələ 1900-cü ildə “Simens qardaşları və K°” cəmiyyəti ilə “Voqau və K°” konserni arasında mis satışı üzrə bağlanmış müqavilədən sonra Azərbaycanın əlvan metallurgiya sənayesində inhisarlaşma prosesi başlanmışdı. Gədəbəy mis zavodu 1907-ci ildə yaradılmış Rusiya “Mis” sindikatının tərkibinə daxil edilərək 1917-ci ilədək bu iri inhisarın nəzarətində qalmışdı. Əlvan metallurgiyada inhisarlaşma mərhələsi başa çatsa da, müharibə ərəfəsində mis istehsalı aşağı düşməkdə idi. Belə ki, 1914-cü ildə mis istehsalı 50% azalaraq 56 min puda düşmüşdü və əridilmiş misin böyük hissəsi Rusiyanın mis prokatı zavodlarına satılırdı.
“Simens qardaşları” cəmiyyəti Daşkəsəndə istehsal etdiyi bütün kobaltı Almaniya, İsveç, Norveç və başqa ölkələrə ixrac edirdi.
Qarabağ və Naxçıvan qəzalarındakı mədənlərdən ildə 15 min puda yaxın gümüş və qurğuşun fılizi çıxarılırdı.
1900-1917-ci illərdə neft sənayesini çıxmaqla digər sənaye sahələrinin inkişaf dinamikası haqqında tam təsəvvür yaratmaq üçün aşağıdakı cədvəli nəzərdən keçirək:

Mis fılizi çıxanlması, milyon pud

Kükürd və mis kolçedanı çıxarılması, min pud

Mis istehsalı, min pud

Daş duz istehsalı, min pud

Mahlıc istehsalı,milyon pud

Xam ipək (barama) istehsalı, milyon manatlıq

Balıq istehsalı, milyon pud

Kürü istehsalı, min pud

Şərab istehsalı, milyon vedrə

Tütündən tənbəki istehsalı, min pud

Biyan kökü emalı,milyon pud

Göstəricilər ^—— ___——— İllər

Mis fılizi çıxarılması, milyon pud

Kükürd və mis kolçedanı çıxarılması, min pud

Mis istehsalı, min pud

Daş duz istehsalı, min pud

Mahlıc istehsalı,milyon pud

Xam ipək (barama) istehsalı, milyon manatlıq

Balıq istehsalı, milyon pud

Kürü istehsalı, min pud

Şərab istehsalı, milyon vedrə

Tütündən tənbəki istehsalı, min pud

Biyan kökü emalı,milyon pud

Cədvəlin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanın metallurgiya, yüngül və yeyinti sənaye sahələrinin inkişaf sürəti sabit səciyyə daşımamış, qısa zaman intervalında (1900-1917) artım meyllərini vaxtaşırı azalma meylləri əvəz etmişdi. Dağ-mədən sənayesində kükürd və mis kolçedanı çıxarılması, daş-duz istehsalı, yüngül sənayedə mahlıc istehsalı nisbətən sabit inkişaf etmiş, xam ipək istehsalı 1900-1915-ci illər arasında 13 dəfədən çox, 1900-1913-cü illərdə balıq istehsalı 10-12 dəfə, şərab istehsalı isə 3 dəfədən çox artmışdı.
1910-1914-cü illərdə Rusiyada xam ipəyə olan tələbatın artması ilə əlaqədar Azərbaycanda yeni ipəksarıyan və ipəkəyirən müəssisələrin açılması nəticəsində iri ipək emalı fabriklərinin sayı 137-ni keçmişdi. 1915-ci ildə istehsal edilmiş 27,3 milyon manatlıq xam ipəyin 80%-ni ayrı-ayrı şirkət və səhmdar cəmiyyətlərə məxsus müəssisələr verirdi. Azərbaycanın pambıqtəmizləmə sənayesində onlarla şirkət və və səhmdar cəmiyyətə məxsus 100-dən çox zavod ildə orta hesabla 1,5-2 milyon (çox zaman hətta 2,7 milyon pud) mahlıc istehsal edirdi. Bu sənaye sahəsinə qoyulan kapitalın 80%-i milli burjuaziyaya (H.Z.Tağıyev, Mahmudbəyov qardaşları və b.) məxsus idi.
Müharibə ərəfəsində ölkəmizdəki 160-dan çox gön – dəri müəssisəsi ildə orta hesabla 100 min pudadək məhsul istehsal edirdi.
1900-1914-cü illərdə Azərbaycanda 1200-dən çox şərab, spirt və araq istehsal edən zavod hər il bağlardan yığdığı 5-6 milyon pud üzüm məhsulunun böyük hissəsini emal edirdi. Ümumiyyətlə, Cənubi Qafqazda istehsal olunan şərabın üçdə birini, konyakın 45%-ni, pivənin isə 62%-ni Şimali Azərbaycan verirdi.
Müharibə ərəfəsində, 1913-ildə Azərbaycanda tütün tənbəki və papiros gilizi fabriki 40 min pud məhsul istehsal etmişdi.
Balıqçılıq və balıq emalı sənayesinin 70%-i azərbaycanlı sahibkarların (H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov, T.Səfərəliyev və b.) əlində idi. Balıqçılıq sənayesinin yüksəliş keçirdiyi 1913-cü ildə 34 milyon manatlıq dəyərində 12,8 milyon puddan çox balıq məhsulu istehsal olunmuşdu. Azərbaycanın balıq və kürü məhsulları Rusiya ilə yanaşı, ABŞ, Almaniya, Fransa, Polşa və başqa ölkələrə ixrac edilirdi.
XX əsrin əvvəllərində ölkəmizin balıqçılıq sənayesində 30-dan çox şirkət və 7 səhmdar cəmiyyət fəaliyyət göstərirdi. Bütövlükdə balıqçılıq təsərrüfatı və balıq sənayesinə 24,5 milyon manat kapital qoyulmuşdu. Balıqçılıq da daxil olmaqla, Azərbaycanın yeyinti sənayesi kapital qoyuluşunun həcminə, məhsulun ümumi miqdarına və fəhlələrin sayına görə (təkcə balıqçılıqda 40 min nəfərdən çox işçi var idi) neft sənayesindən sonra ikinci yeri tuturdu.
Danışılan dövrdə Rusiyada biyankökü emal edən 7 zavoddan 4-ü Azərbaycanda idi.
Kapitalist sənaye sahələrinin sürətli inkişafı şəhərlərin böyüməsinə və şəhər əhalisinin xüsusi çəkisinin artmasına gətirib çıxartmışdı. 1913-cü ildə Azərbaycanda yaşayan 2,5 milyon nəfərə yaxın əhalinin 580 mindən çoxu (24%-ə qədəri) şəhərlərdə yaşayırdı. 1904 – 1913-cü illərdə Gəncə şəhərində əhalinin sayı 36,8 min nəfərdən 57 min nəfərə, Nuxanın əhalisi 29,7 mindən 42,6 minə, Şuşanınkı isə 33,1 mindən 42,7 min nəfərə çatmışdı. Şəhərətrafı qəsəbələrlə birlikdə Bakıda 300 min nəfərdən çox əhali yaşayırdı ki, bu da ölkənin bütün şəhər əhalisinin 52%-ə yaxını demək idi.
Şəhər və qəzalarda maliyyə – kredit və bank fəaliyyətinin genişlənməsi nəticəsində bu tipli müəssisələrin sayı artırdı. Azərbaycanda olan 34 bank müəssisəsinin 20-si Bakıda yerləşirdi. Milli kapitalın nümayəndələri olan H.Z.Tağıyev, M.Nağıyev və b. təmsil olunduqları Bakı – ticarət – səhmdar bankının ilkin kapitalı 3 milyon manata bərabər idi.
Şimali Azərbaycanın daxili və xarici ticarətində Bakı limanı böyük rol oynayırdı. 1912-ci ildə bu limanın ümumi mal dövriyyəsi 350 milyon puda çatmışdı. Dəniz yolu ilə Rusiyaya 300 milyon puddan çox neft məhsulları göndərilirdi. Azərbaycandan Rusiyaya pambıq, xam ipək, mis, şərab, balıq məhsulları aparılır, oradan isə neft sənayesi üçün avadanlıqlar, taxıl, qənd, meşə materialları və s. gətirilirdi. Cənubi Azərbaycanın daxil olduğu İranla aparılan ticarət dövriyyəsinin illik dəyəri 20 – 25 milyon manata çatırdı və ixrac idxalı üstələyirdi. 1910 – 1915-ci illərdə Xəzər ticarət donanmasında 831 gəmi var idi ki, bunun da 261-i buxarla işləyirdi.

Müəllif: Dosent M.Q.Abdullayev

  • Teqlər:
  • sənaye tarixi

Dostlarınla paylaş:

Oxşar məqalələr

Ev elanları

  • Yaşayış kompleksləri
  • İpoteka krediti kalkulyatoru
  • homdom.az-ev elanları
  • Kirayə verilən daşınmaz əmlak elanlari

0 şərh

Yalnız qeydiyyatdan keçmiş və avtorizasiya olunmuşlar şərh əlavə edə bilər.

İş elanları

  • Bank işi vakansiyaları
  • Muhasib vakansiyalari
  • HR vakansiyalar
  • Muellim vakansiyalari
  • Marketing vakansiya
  • Part-time iş elanlari
  • Jobsearch az internship
  • Qadınlar üçün iş elanları
  • Evdən iş

Azərbaycan tarixi

65 üzv · 183 topik · RSS

Canlı efir

Sənə qurban | Mikayıl Müşfiq 1 Sabuhi_G · 27 fevral 2023, 21:11
Azərbaycan qız adları 1 kayzen · 11 sentyabr 2022, 12:08
Rəssam 2 CavidanNIK · 17 sentyabr 2021, 16:27
Molla Nəsrəddin lətifələri 3 KTo_eCT_KTo · 5 iyun 2021, 01:54
Azərbaycanlı oxucunun şüur defisiti 1 JAVIER_ZANETTI · 31 mart 2021, 17:39
Evdəki allah 2 Optimus11 · 20 yanvar 2021, 18:56
Motosikletli eşşək 2 veyselli · 30 dekabr 2020, 13:40
Arzusuz yaşamaq mümkündürmü? 1 Ayazdizayner · 15 dekabr 2020, 22:41
Nifrət 2 pascal · 24 okyabr 2020, 10:41
Əzim Əzimzadə | Rəssamlığın Sabiri 1 Ayazdizayner · 26 iyun 2020, 08:43

Bloqlar

Düşündürücü hekayələr Reytinq: 262.52
346 saylı marşrut Reytinq: 213.09
Maraqlı faktlar Reytinq: 196.92
Xoşbəxt ailə Reytinq: 179.50
uğur psixologiyası Reytinq: 144.88
Böyük insanlar,şəxsiyyətlər Reytinq: 143.37
Sevgi Reytinq: 138.94
Fotosessiya Reytinq: 136.60

İş elanları

  • interyer dizayner vakansiyası
  • aqronom vakansiya
  • fəhlə vakansiyaları
  • hüquqşünas vakansiyası
  • HR mütəxəssis
  • kassir vakansiya
  • katibə vakansiya
  • kredit məsləhətçisi
  • maliyyəçi iş elanı
  • ofis meneceri
  • satış meneceri iş elanı
  • sosial media mütəxəssisi
Kayzen

Azərbaycanın ən böyük maarifləndirici saytı İnkişaf etmək, maraqlı məlumatlar oxumaq, intellektual azərbaycanlılar üçün kollektiv bloq servisi.

  • Hərəkətə keç
  • Registrasiya
  • Daxil ol
  • İnformasiya
  • Müəllif hüquqları
  • İstifadəçi razılaşması
  • Layihə haqqında
  • Saytda davranma
  • Yardım
  • Qaydalar
  • Reklam

Comments are closed, but trackbacks and pingbacks are open.