Strateji yol xəritəsi
-“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
Xankəndi
Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir.
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artıb və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub.
Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilib, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.
Bununla belə, son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Bununla əlaqədar olaraq, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılıb.
Həmin sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamına uyğun olaraq aşağıdakı strateji yol xəritələri təsdiq edilsin:
-“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” (əlavə olunur);
– “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
– “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
– “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur).
Müəyyən edilir ki, bu fərmanla təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir
Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır ki, fərman qüvvəyə mindikdən sonra hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək tədbirlər görsün; fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; fərmandan irəli gələn digər məsələləri həll etsin.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutmaq; fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.
Strateji yol xəritəsi
“Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və əminəm ki, Azərbaycan qarşıdan gələn illərdə daha da güclü olacaq”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin “Azərişıq” ASC üzrə ümumi icra vəziyyəti haqqında hesabat
“Azərişıq” ASC tərəfindən 2017-ci il ərzində 20450 ədəd Smart və SMS tipli, 174550 ədəd elektron tipli sayğaclar quraşdırılmışdır, 2500-dən artıq bağlantıda elektrik enerjisinin uçotu dəqiqləşdirilmişdir. Lakin qeyri-elektron və xəta ilə işləyən sayğacların dəyişdirilməsi üçün 1 milyon ədədə yaxın müasir tipli sayğacların quraşdırılmasına ehtiyac vardır. Regionların əksər hissəsinin 0,4 kV-luq açıq naqillərdən ibarət şəbəkəsində neqativ hallar (kənar istifadə) nəticəsində yaranan itkilərin aradan qaldırılması üçün 38239 km 0,4 kV-luq ÖİN kabellərin quraşdırılmasına ehtiyac vardır ki, bu işlərin görülməsinə böyük maliyyə vəsaiti lazımdır. Nazirlər Kabinetinin 14 mart 2017-ci il 202s saylı sərəncamına əsasən Enerji satışından daxilolmaların yalnız 15 %-i “Azərişıq” ASC-yə ayrıldığından cəmiyyətin daxili imkanları hesabına görülməsi qeyri mümkündür
Master Plan çərçivəsində “Azərişıq” ASC tərəfindən 2017-ci il ərzində 110 kV-Iuq elektrik şəbəkələri üzrə 6 ədəd yarımstansiyanın tikilib və yenidən qurulub, 88,4 km elektrik verilişi xətlərinin çəkilişi, 35 kV-Iuq elektrik şəbəkələri üzrə 11 ədəd yarımstansiyanın tikintisi, 221,6 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilmiş, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 705 ədəd yarımstansiya tikintisi, 854,5 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilmiş, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 2182,7 km ÖİN xətlərinin tikintisi həyata keçirilmişdir. Respublikada aparılan iri layihələrin Bakı Metropoliteni stansiyaların, “Ağ Şəhər” layihəsinin, “Aypara Şəhərciyi” kompleksinin, Port Baku Tower-2 layihəsinin, Füzuli meydanı ətrafının, Rayon İcra Hakimiyyətləri tərəfindən inşa edilən yaşayış komplekslərinin, Mikrorayonlarda köhnə binalarının əvəzinə yeni çoxmərtəbəli yaşayış binalarının, Bakı şəhəri üzrə sosial təyinatlı binaların, “Xəyal adası” kompleksinin, Yüksək Texologiyalar Parklarının, Kənd təsərrüfatının inkişafının, Sənaye məhəllələrinin, Aqro və Texno parkların tələb etdikləri güclərin 4000 MVt-dan yuxarı olması və bu güclərin istismar müddətini keçmiş, yük ötürmə imkanları az olan, şəbəkələr vasitəsi ilə yerinə yetirilməsi mümkün deyildir.
Bakı şəhərində 110 kV-luq dairəvi elektrik təchizatı sisteminin yaradılması istiqamətində 2017-ci ilin birinci yarımilliyində təkmilləşdirmə işlərinin davamı olaraq “Ağ Şəhər” layihəsinin 1-ci hissəsi üzrə “Həzi Aslanov” və “Ağ şəhər-1” yarımstansiyaları arasında 2 dövrəli 110 kV-luq kabel xətləri quraşdırılmışdır. Layihənin 2-ci hissəsinin tam başa çatdırılması ( “Liman” yarımstansiyasında 2 ədəd 110 kV-luq yuvanın quraşdırılması və mühafizə sisteminin qurulması, 110 kV-luq “Ağ Şəhər-2” yarımstansiyasının tkintisi, avadanlıqların quraşdırılması, “Ağ Şəhər-1” – “Ağ Şəhər-2” 110 kV-luq 2 dövrəli kabel xəttinin çəkilməsi, 35/0,4 kV-luq 3 ədəd transformator məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq kabel xətlərinin çəkilməsi) üçün 34,0 milyon manat vəsait tələb olunur ki, bu məqsədlə dövlət büdcəsindən 1/3 hissəsi, yəni 11,5 milyon manat ayrılmış və təyinatı üzrə istifadə olunmuşdur. “Ağ şəhər-2” layihəsi üzrə işlərin davam etdirilməsi qalan maliyyə vəsaitin ayrılmasına ehtiyac vardır. Əks halda “Ağ Şəhər” layihəsinin 2-ci hissəsinin təhvil verilməsində risklər yaranır. Bakı şəhəri üzrə 110 və 35 kV-luq dairəvi təchizat sxemlərinə aid elektrik veriliş xətlərində və yarımstansiyalarında rele və avtomatika sistemləri yoxlanılmış və tənzimlənərək təkmilləşdirilmişdir. Bakı şəhərini elektrik enerjisi ilə təmin edən 220 kV-luq “Səngəçal”, “Müşfiq”, “Xırdalan”, “Nizami”, “Hövsan” qovşaq yarımstansiyaları və Şimal Elektrik Stansiyası öz aralarında əlaqələndirilərək “Azərişıq” ASC tərəfindən 110 kV-luq 6-cı yeni dairəvi təchizat sxemi yaradılmışdır. 110 kV-luq yarımstansiyalarda yüklərin bir mənbədən digər mənbəyə ötürülməsi üçün 35 kV-luq dairəvi elektrik təchizatı sisteminə yeni yaradılan 67 ədəd elektrik təchizat sxemi daxildir. Bununla yanaşı “Azərişıq” ASC-nin yarandığı dövrdən Respublikanın 28 rayonu və rayon mərkəzlərini 110 və 35 kV-luq yeni yaradılan dairəvi elektrik təchizat sxemləri vasitəsi ilə əlaqələndirilmişdir. 3 ədəd 110 kV-luq YS-da, 6 ədəd 35 kV-luq YS-da tutum cərəyanlarının məhdudlaşdırılması üçün müvafiq texniki tədbirlər görülmüşdür. 3 ədəd 110 kV-luq yarımstansiya SCADA sisteminə qoşulmuşdur. Paylayıcı şəbəkənin idarə olunması imkanlarının dahada genişləndirilməsi və təkmilləşdirilməsi üçün mövcud SCADA sisteminin bazasının imkanlarının artırılması işləri həyata keçirilməkdədir.
“Azərişıq” ASC tərəfindən Elektron Xəritə üzərindən İdarəetmə Sistemi (EXİS) yaradılmış və 2017-ci ildə ŞAİS-in “ASAN xidmət”in elektron sisteminə inteqrasiya edilərək sistem üzərindən elektron xidmətlərin göstərilməsi və ŞAİS vasitəsi ilə göstərilən elektron xidmətlərin sayının artırılması, elektrik təchizatı şəbəkəsinə qoşulma nöqtələrində şəbəkənin sərbəst güclərinin ŞAİS üzərindən internet səhifəsində yerləşdirilməsi təmin olunmuşdur. Avtomatlaşdırılmış idarəetmə sisteminin əhəmiyyəti müəssisənin istismar fəaliyyəti, onun sahələri, avadanlıqlar, materiallar, funksional bölmələr, o cümlədən insan resursları, mühasibatlıq və nəqliyyatın, fəaliyyət haqqında qrafik və mətn məlumatlarının sistemin informasiya bazasında toplanaraq məsafədən idarəetməklə nəzarət olunma, işəsalma, dayandırma, yönləndirmə və s. əməliyyatların sistem vasitəsilə həyata keçirilməsidir. Məlumatların qəbul edilməsi, emal edilməsi, yığılması, təhlili, yenilənməsi, istifadəçiyə ötürülməsi, qorunması, arxivləşdirilməsi və bütün bu proseslərin idarə olunması real vaxt rejimində aparılır. Elektron Xəritə üzərində İdarəetmə Sistemindən (EXİS) gözlənilən nəticələr: • EXİS-in Elektron Hökümət sisteminə inteqrasiyası; • EXİS-in “ASAN xidmət”ə bağlanması və sistem üzərindən elektron xidmətlərin göstərilməsi; • İstehlakçıların “Azərişıq” ASC-yə birbaşa onlayn müraciəti zamanı şəffaflığın təmin olunması, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədilə EXİS vasitəsi ilə göstərilən elektron xidmətlərin sayının artırılması. ETŞ-yə qoşulma nöqtələrində şəbəkənin sərbəst güclərinin EXİS üzərindən internet səhifəsində yerləşdirilməsi; • “Azərişıq” ASC üzrə texniki bazanın EXİS üzərindən təminat və təchizat planının aparılması; • SCADA sisteminin EXİS ilə əlaqələndirilməsi və mövcud vəziyyətin dəqiq qiymətləndirilərək açılmalara səbəb ola biləcək qəzalar üzrə qabaqlayıcı tədbirlərin görülməsi; • “Azərişıq” ASC-nin nəqliyyat xidmətinin EXİS üzərindən naviqasiya ilə idarə olunması; • Perspektiv planların sistem tərəfindən aparılan analizə uyğun tərtib olunması; • İstehlakçıların dayanıqlı, fasiləsiz və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması üçün EXİS üzərindən paylayıcı şəbəkələrin gərginlik siniflərinə uyğun olaraq dairəvi sxemlərin qurulması; • EXİS üzərindən məhəllə planına uyğun aparılan yenidənqurma, əsaslı təmir və cari təmir işlərinin fiksasiyası; • Digər dövlət qurumları ilə məlumat mübadiləsinin EXİS üzərindən qurulması (misal üçün Fövqəladə Hallar Nazirliyi və ya Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tərtib olunan yenidən qurulan ərazilərin müfəssəl planının tərtibatı zamanı EXİS-dən istifadə olunması).
2017-ci il “Azərişıq” ASC tərəfindən 0,4 kV-luq şəbəkənin və uçotun bərpası ili elan edilmişdir. Bu istiqamətdə işlər Respublikanın 51 rayonunun 181 kənd və qəsəbələrində aparılmaqdadır, 29 kənddə bu işlər yekunlaşmışdır. 16600 abonentin elektrik uçotu sistemi yenidən qurulmuşdur. Bu məqsədlə 1000 km-dən çox ÖİN xətləri çəkilmişdir. Asiya İnkişaf Bankı tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına Respublikanın 13 rayonunun 142 kəndində 2313 km ÖİN xətləri çəkilmiş, 58900 abonentin uçot sistemi bərpa olmuşdur. İtkilərin azaldılması üçün texniki və təşkilatı tədbirlər həyata keçirilməklə ilk növbədə elektrik enerjisi itkiləri daha çox olan şəbəkələr seçilərək layihələndirilmiş, gərginlik hədlərinə uyğun güc mərkəzləri, elektrik veriliş xətlərinin məsafələri normalara uyğun tikilmişdir. Yüklərin simmetrik paylanması üçün tədbirlər həyata keçirilmiş, tələb olunan güclərə uyğun elektrik şəbəkələrinin gərginlik sinfi dəyişdirilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.