Tarixi döyüşlər
İyulun 20-də Hitler qartal əməliyyatının başladığını bildirdi. Alman ordusunun işğal etdiyi Rusiya torpaqlarını rus üsyançılardan təmizləmək və Almaniyanın bu ərazilərdə nəzarətini təmin etmək lazım idi. Eyni tarixdə faşistər yəhudi kəndinə hücum etdi. Yəhudilər təslim olmaq əvəzinə alman ordusuna müqavimət göstərdi, amma alman ordusu artıq yəhudilərin müqavimətini qırmışdı. Qaçmağı bacaran yəhudilər meşənin dərinliklərinə qədər getdilər. Onlar Moşe Fişin rəhbərliyi altında rusların tərəfinə keçdilər. Faşistlər iyulun 23-ü Rusiyanın Rostov na Donu şəhərini tutdular. Hitler müharibəni qazanmaq üçün neftin və yanacağın nə qədər vacib olduğunu başa düşürdü. On minlərlə tankın və minlərlə döyüş təyyarəsinin yanacağa ehtiyacı var idi.
Tarixi dəyişdirən və Hitlerin sonunu gətirən – Stalinqrad döyüşü
Stalinqrad döyüşündə Sovetlər İttifaqı ilə Almaniya üzə-üzə gəlib. Bu döyüşdə Sovetlər İttifaqı qazanan tərəf, Hitler isə məğlub olan tərəf idi. Tarixi döyüş 1942-ci ilin iyul ayından və 1943-cü ilin 2 fevralına qədər davam edib.
Hitler 1942-ci ildə Avropanın böyük bir hissəsini ələ keçirmişdi. Şərqdə də Yaponiya müttəfiqlərini çətin vəziyyətə salmışdı. Hitler artıq Avropa ilə kifayətlənmək istəmirdi, Rusiyaya qədər gedib çıxmaq istəyirdi. Hitlerin generalları Rusiyaya qarşı hücum planı üzərində işləyirdilər. Bu əməliyyata Foll Blau adı veriləcəkdi. Hitlerin məqsədi Rusiyanı qışa qədər diz üstə qoymaq idi. Rusiyanın böyük bir hissəsi qışa qədər alınmalı idi, çünki onlar bilirdi ki, Rusiyanın qışı çox sərt keçir.
Hitlerin ilk hədəfi Voronej şəhəri idi. Plana görə, almanlar buranı ələ keçirəndən sonra Stalinqradı və Volqanı da ələ keçirə biləcəkdilər. Sentyabr ayında faşistlər Qafqaz dağlarını öz nəzarətləri altına almalı idi və Volqa ətrafında yaradılacaq müdafiə sipəri vasitəsilə rusları bu bölgədən qərb istiqamətinə hərəkətlərinin qarşısını almalı idilər. Mart ayının 28-i almanlar yaponlarla razılaşma əldə etdilər. Razılaşmaya görə, almanlar Rusiyaya hücuma keçdiyi zaman yaponlar da şərqdən hücum etməli idi. Yaponların məqsədi Sovet İttifaqının torpaqlarını işğal etmək deyildi, əksinə, rus ordusunu şərqə çəkib, almanların yükünü azaltmaq idi. Yaponlar həmin tarixdə razılaşmanı qəbul etmədilər və səssiz qaldılar.
Daha sonra Hitler öz qərargahını Vinnitsa şəhərinə köçürdü. Hitler inanırdı ki, bu şəhərdən Rusiyaya qarşı əməliyyatı daha yaxşı istiqamətləndirə biləcək. Hitler bu döyüşdə qələbə qazanacağından əmin idi. Məğlub olmağı ağlından belə keçirməyən Hitler döyüşün 3-4 aydan çox çəkməyəcəyini ehtimal edirdi. Artıq Qafqazla bağlı planını hazırlamışdı. Plana görə, Qafqaz Almaniya dövlətinə daxil olmayacaqdı, amma bu bölgəni təbii sərvətləri və strateji hərbi əhəmiyyətinə görə istifadə edəcəkdi. Almanlar iyunun 24-də Rusiya torpaqlarında 200 kilometrə qədər irəliləyə bilmişdilər. Həmin ərəfədə rus əsgərləri davamlı olaraq geri çəkilirdilər. Qarşıdurmalarda on minlərlə rus əsgəri öldürülmüş, yüz minlərlə əsgər isə əsir alınmışdı. O dövrdə Stalin vəzifəsini itirəcəyindən qorxaraq, minlərlə rus zabitini vəzifəsindən azad etmişdi və rus ordusu zəifləməyə başlamışdı. Stalin buna görə II Dünya müharibəsinə qoşulmaq istəmirdi, amma bu, mümkün olmadı.
Almanlar martın 29-u Litvanı və Belarusu ələ keçirdilər. Hitlerin düşüncəsinə görə, kommunizm və faşizm bir yerdə mövcud ola bilməzdi. Buna görə o, kommunizmi məhv etmək üçün Rusiyanı zəiflətmək istəyirdi. Hitler iyul ayının 17-si Avropada bütün yəhudilərin məhv edilməsi əmrini verdi. Yeni ilə qədər avropada bir nəfər də yəhudi qalmamalı idi. Bir çox yəhudi alman ordusu tərəfindən kölə halına gətirilmiş və alman alimlər tərəfindən sınaq obyekti kimi istifadə olunacaqdı Alimlərin işləri qurtarandan sonra isə hamısını öldürəcəkdilər. Yaralı alman əsgərlərini xəstəxanalara yerləşdirmək üçün ağır vəziyyətdəki digər əsgərləri edam etmək lazım olacaqdı. Almanlar Rusiya ərazilərində irəliləyərkən qarşılarına çıxan yəhudiləri məhv edirdilər. Üstəgəl, yəhudilər qatarlarla Almaniyadakı düşərgələrə aparılırdı.
İyulun 20-də Hitler qartal əməliyyatının başladığını bildirdi. Alman ordusunun işğal etdiyi Rusiya torpaqlarını rus üsyançılardan təmizləmək və Almaniyanın bu ərazilərdə nəzarətini təmin etmək lazım idi. Eyni tarixdə faşistər yəhudi kəndinə hücum etdi. Yəhudilər təslim olmaq əvəzinə alman ordusuna müqavimət göstərdi, amma alman ordusu artıq yəhudilərin müqavimətini qırmışdı. Qaçmağı bacaran yəhudilər meşənin dərinliklərinə qədər getdilər. Onlar Moşe Fişin rəhbərliyi altında rusların tərəfinə keçdilər. Faşistlər iyulun 23-ü Rusiyanın Rostov na Donu şəhərini tutdular. Hitler müharibəni qazanmaq üçün neftin və yanacağın nə qədər vacib olduğunu başa düşürdü. On minlərlə tankın və minlərlə döyüş təyyarəsinin yanacağa ehtiyacı var idi.
Hitler ordusuna Rusiyanın Qara dəniz sahillərini, Qroznını və Bakını işğal etmək əmri verdi. Bu ərazilərdə kifayət qədər neft ehtiyatı var idi. Əməliyyat rusların nəzarəti altında olan neft ehtiyatlarını da azaldacaqdı. Faşistlərin növbəti hədəfi Stalinqrad şəhəri idi. Məqsədləri burada qurulub, Leninqradı ələ keçirmək idi. Alman generalları Hitleri xəbərdar etmişdilər ki, bu plan uğursuzluqla nəticələnsə, alman ordusunun sonu gələ bilər. Çox sayda əsgəri rus ərazilərinə göndərmək riskli addım hesab olunurdu, çünki bu addım digər ərazilərin də əldən getməsinə səbəb olacaqdı.
Eyni tarixdə ruslar Stalinqrada 3 əsgər ordusu göndərməyə qərar verdilər. Bu, 150-200 min əsgər demək idi. Bundan əvvəl almanlar və ruslar arasında baş tutan qarşıdurmada almanların böyük üstünlüyü var idi. Bu səbəbdən də Hitler öz əsgərlərinə güvənirdi. Hətta əsir götürüləcək rus əsgərlərinin haraya aparılacağını da planlaşdırmışdı.
İyulun 25-i alman ordusu Stalinqraddan 150 kilometr aralıda idi. Ruslar əsgərlərinin əhval-ruhiyyəsini artırmaq üçün əsir götürdükləri faşist əsgərlərini Leninqrad küçələrində gəzdirməyə başladılar. Rus əsgərləri zarafatla “Leninqrada girən son alman əsgərləri bunlardır” deyirdilər. İyulun 27-si faşistlər Don çayını keçib Bataiskə çatdılar. Həmin tarixdə Stalin 227 nömrəli əmri imzaladı. Bu əmrə görə, heç kim geri çəkilməyəcəkdi, təlaş yaradan əsgərlər dərhal edam olunmalı idi. Əsgərlər nəyin bahasına olursa olsun, olduqları əraziləri qorumalıydı. Stalinqraddan qaçan ruslar vətən xaini elan ediləcək və edam olunacaqdılar. Bu əmrdən sonra hərəkətə keçən rus partizanlar alman məmuru olan Adolf Bekeri öldürdülər. Adolf Beker işğal edilmiş ərazilərin araşdırılmasına və tapılan ərzaqların alman ordusuna göndərilməsində məsuliyyət daşıyırdı. Onun əsir götürülməsi ruslarda ruh yüksəkliyinin artırılmasına səbəb olmuşdu.
Avqustun 1-i almanlar Qafqaza doğru irəliləməyə başladılar. Həmin ərəfədə Qafqazla Stalinqradı bir-birinə bağlayan dəmiryolu xətti də ələ keçirilmişdi. Eyni tarixdə ruslara kömək məqsədi ilə ingilislər, amerikalılar Şimali Afrikada alman və italyan əsgərlərinə qarşı hücum qərarı verdilər. Amerikada yeni cəbhə açmaq üçün kifayət qədər əsgər yox idi. Amma amerikalılar almanları aldatmaq üçün Avropanın böyük şəhərlərinə hücum planının olduğunu yaymışdı. Bu məlumat faşistlərə sızdırılmış və onlarda təlaşa səbəb olmuşdu. Beləcə faşistlər Rusiyaya hücum edə bilməyəcəkdi. O dövrdə ruslarla amerikalıların ortaq hədəfi faşistləri avropadan sıxışdırıb çıxarmaq idi. Buna görə də onlar müttəfiq kimi davranırdılar. Avqustun 3-də almanlar Stalinqradın cənub-qərbinə gəlib çıxmışdılar. Amma şəhərə çatmaq üçün 100 kilometr məsafə qət etmək lazım idi.
Avqustun 4-də faşistlər Qafqazın bir hissəsini ələ keçirmişdilər. Bu da ingilislərdə təlaşa səbəb olmuşdu. Buna görə də ingilislər fars bölgəsində öz mənfəətlərini güdürdülər. Faşistlər Stalinqrada Qafqaz üzərindən hücum edə bilərdilər. İngilislər öz əsgərlərini fars bölgəsinə yerləşdirmək üçün Şimali Afrikadakı əsgərləri geri çağırmışdılar. Avqustun 5-i almanlar Armavirə girdilər. Buranın alınması Qafqazın alınması demək idi. İngilislər almanların Qafqaz barəsində ciddi niyyətlərinin olduğunu başa düşdülər. Avqustun 9-da rus şəhərlərinə irəliləyən almanlar Qara dənizə yaxın yerləşən Maykop şəhərini tutdular. Ruslar geri çəkilərkən ərazidə bütün neft quyularını yandırmışdılar. Bu da o demək idi ki, Hitler bir müddət bu neft quyularından istifadə edə bilməyəcək.
Qara dəniz sahillərindəki neft quyuları faşistlərin əlinə keçməsin deyə bir-bir yandırılırdı. Faşistlər ələ keçirdikləri ərazilərdə rusları tuturdular. Onlardan qaça bilən yəhudilər ruslara qoşulurdular. Müqavimət göstərənlərin görüş yeri meşələr idi. Avqustun 12-si Stalin və Çörçil görüş keçirməyə hazırlaşırdılar. Stalin ingilislərdən Avropada yeni bir cəbhə açmasını və faşistləri digər ərazilərə çəkməsini istəmişdi. “Bizim məqsədimiz Avropada yox, Şimali Afrikada yeni cəbhə açmaq istəyirik”. Stalin bunu eşidəndə üzünü turşudub Çörçilə demişdi:
“Siz bu almanlardan niyə belə qorxursuz? II Dünya müharibəsində Rusiya ilə Qərb birlikdə hərəkət etsə də, müharibə bitəndən sonra bu iki qütbün qarşı-qarşıya gələcəyini hamı bilirdi”.
Bundan sonra müttəfiqlər Almaniyanı tamamilə məhv etmək üçün oranı bombalamaq qərarı verirlər. Almanlara başa düşəcəyi bir tərzdə cavab veriləcəkdi.
Avqustun 13-ü almanlar Elista şəhərini də işğal etmişdilər. Stalinqrada yaxın şəhərlər ard-arda işğal olunurdu. Hitler çox yaxın vaxtlarda Stalinqradı da alacağını düşünürdü. İlk dəfə olaraq Hitler Rusiyaya qarşı hazırlanmış planın uğursuz olacağını düşünürdü. Bu da iki cəbhədə döyüşmək idi. Hitlerin növbəti addımı avropa sahillərində müdafiə sipərlərinin qazılması və həmin sahillərdə 15 min əsgərin yerləşdirilməsi əmri verməsi idi. Bununla da qərbdən gələn təhlükənin qarşısı alınacaqdı.
Almanlar avqustun 14-ü Qriffin əməliyyatına başladılar. Bu əməliyyatın məqsədi Orşa və Vitebsk ərazilərində müqavimət göstərən rus partizanlarını təmizləmək idi. İngilislər almanların rabitədə istifadə etdikləri kodları öyrənmişdilər, amma almanların bundan müharibənin sonuna qədər xəbəri olmadı.
Almanlar avqustun 15-i Qafqazda möhkəmlənməyə başladılar. Həmin vaxtda Stalinqrada hücum etmək qərarı verdilər. Çörçil Stalina hərbi yardım edəcəyinə söz verdi. Kanadalılar və ingilislər Avropanın qərbində faşistlərə hücuma başladılar. Bu, hər iki tərəf üçün qanlı qarşıdurmaya çevrildi. Avqustun 19-u Elbrus dağının zirvəsinə faşist bayrağı sançıldı. Bundan sonra Qroznıya 200-250 kilometr məsafə qalmışdı. Almanlar Qafqazın böyük bir hissəsini tutmuşdular. Stalinqrad ətrafındakı halqa get-gedə daralırdı. Həmin ərəfədə ruslar Leninqrad istiqamətində hücuma keçmişdi. Hər iki tərəf böyük itkilər vermişdi.
Avqustun 22-si almanlar rusların qəsəbə və kəndlərini ələ keçirdilər. Döyüşlərin getdiyi ərəfədə həmin ərazidə yaşayan qaraçılar müqamivətçilərə yardım edir, onları ərzaq və geyimlə təmin edirdi.
Faşistlər 23 avqust səhəri Volqa çayına gəlib çatdılar və gözləmə mövqeyi tutdular. Almanlar Stalinqradın ətraf ərazilərinə gəlib çatmışdı. Plana görə, təyyarələr gün ərzində Stalinqradı bombalayacaq, axşam isə əsgərlər oraya hücum edəcəkdi. Həmin müddətdə faşistlərə aid 600 hərbi təyyarə səmada görünməyə başladı. Bu hərbi təyyarələr şəhərin sənaye və hərbi obyektlərini bombalamağa başladılar. Stalinqrad Avropa ilə Rusiya arasında körpü rolu oynayırdı və strateji əhəmiyyət kəsb edirdi. Almanlar gün ərzində şəhəri ciddi şəkildə bombaladılar, amma qurudan hücuma keçmədilər.
Hitler 31 avqust tarixində öz qərargahında çox maraqlı əmr verdi. Əmrə görə, Stalinqrad şəhərindəki 1 milyon kişi öldürülməliydi. Qadınlar isə başqa şəhərə köçürülməli idi. Hitler bu şəhərdə rus rejiminə bağlılığı olan heç kimi görmək istəmirdi. Şəhər Hitler üçün çox vacib əhəmiyyət kəsb edirdi. Almanların Qafqazda irəliləməsi ləngimişdi, amma bu onları heç də narahat etmirdi. Almanların Qafqazda neft quyularından başqa marağı yox idi. Onların məqsədi Stalinqradı almaq idi. Senytabrın 2-də Stalinqradda quru döyüşləri başladı. Əsgərlər qarşı-qarşıya gəlmişdi. Almanlar düşündüklərindən daha ciddi müqavimətlə üzləşmişdilər. Ərazidəki partizanları məhv etmək üçün kiçik qruplara bölünərək, partizanlara qarşı əməliyyatlar hazırlamışdılar.
Sentyabrın 3-də almanlar Volqa çayının qərb sahilini ələ keçirdilər. Stalinqradı nəzarət altında saxlayan bu bölgədə öz bazalarını qurmağa başladılar. Həmim tarixdə Stalin general Jukova Stalinqradın şimalına və şimal qərbinə əsgər toplamasını əmr etdi. Əmrdə qeyd edilirdi ki, “Topladığın əsgərlərlə faşistlərə qarşı hücuma keç. Sənin üçün vaxt itkisi əmrə tabe olmamaq kimi qəbul olunacaq”.
Sentyabrın 4-də faşistlərə aid döyüş təyyarələri Stalinqradı bombardman etdilər. Sentyabrın 6-da ruslar toplaşaraq, Stalinqradın ətraf ərazilərində faşistlərə qarşı hücuma keçdilər. Bir neçə saat davam edən döyüşlərdə almanlar rusları şəhərin dərinliyinə qədər geri çəkməyə nail olmuşdular. Sentyabrın 6-da rus təyyarələrindən dəstək üçün paraşütlə əsgərlər endirildi. Sentyabrın 7-də almanlar şəhərə hücuma keçdilər amma heç nəyə nail ola bilmədilər. Eyni tarixdə almanlar Qafqazda yaşayan yəhudiləri axtarıb məhv etməklə vaxt itkisi ilə üzləşdilər. Buna görə Hitlet alman generalı Vilhelm Listi vəzifəsindən azad etdi.
Amerika prezidenti Ruzvelt Hitlerin Rusiyanın sərt qışında məhv olacağını bildirmişdi. Sentyabrın 8-də ingilislər alman şəhəri olan Düseldorfu ağır bombardmana məruz qoydular. Almaniyanın bombalanması daha əvvəl Çörçilin Stalinə verdiyi sözə əməl etməsi demək idi. Sentyabrın 13-də almanlar şəhərin mərkəzinə doğru irəliləməyə başlamışdılar. Almanların hücumları getdikcə artırdı. Gecə saatlarında şəhərin Mnina ərazisi almanların nəzarəti altına keçmişdi. Sentyabrın 14-də şəhərdə şiddətli döyüşlər gedirdi. Şəhərin bəlli bir hissəsi gah almanların, gah da rusların nəzarətinə keçirdi. Almanlar hücum edib bir ərazini işğal edirdilər, bir saatdan sonra ruslar həmin əraziyə hücum edib nəzarəti öz əllərinə alırdılar. Ruslar yaralıları və şəhər sakinlərini daşımaq üçün Volqa çayında gəmilərdən istifadə edirdilər. Almanlar isə çayın sahillərinə yan almış gəmiləri atəşə tuturdular.
Almanlar həmin gün iki rus gəmisini batırmağa nail olmuşdu. Bir gəmidə çoxlu sayda yaralı əsgər, digərində isə şəhəri tərk etməyə çalışan dinc əhali var idi. Sentyabrın 15-də ard-arda Stalinqradda toqquşmalar baş verdi.
Bu toqquşmalarda hər iki tərəfdən çox sayda ölü və yaralılar var idi. Ruslar müdafiəyə çəkilərək, almanların hücumlarına rəğmən şəhəri qorumağı bacarmışdılar. Sentyabrın 18-də Rusiya Dəniz Qüvvələri gəmi ilə Volqa çayını keçib və Stalinqradın şimalında mövqelərini tutmuşdular. Ərazidə yerləşən taxıl anbarının ətrafında mövqelərini quraraq müdafiəyə başlamışdılar. Həmin tarixdə almanlar buraya 10 dəfə hücum ediblər və hər dəfə də geri çəkiliblər.
Bu ərəfədə Hitlerin qərargahında toplantı zamanı generallardan biri, “Biz Rusiya şəhərlərini almaq istəyiriksə, həmin şəhərləri tamamilə məhv etməliyik. Əhali müqavimət göstərə bilməsin” deyib.
Sentyabrın 22-də toqquşmalar artmağa başladı. Bu tarixdə baş vermiş toqquşmalarda minlərlə əsgər ölmüşdü və alman ordusu Stalinqradın mərkəzinə gəlib çatmışdı. Almaniya təyyarələri təslim olmaları üçün ruslara broşurlar atırdı. Ruslar isə təslim olmağı qəbul etmirdi.
Stalinqradın bir çox hissəsi hələ də rusların nəzarəti altında idi. Hitler buna çox hiddətlənib aparat rəhbəri Franz Hadleri vəzifəsindən kənarlaşdırmışdı. Sentyabrın 23-də ruslar şəhərin kənar ərazilərini geri qaytarmaq üçün hücuma keçdilər. Bu hücumlara Sibirdən Volqa çayı vasitəsilə bərə ilə gəlmiş iki min rus əsgərləri də var idi. Saatlarca davam edən şiddətli döyüşlərdə almanlar geri çəkilməyə məcbur oldular.
Almanlar həmin tarixdə Rusiyanın Qara dəniz sahillərində yerləşən şəhərlərə hücum etdilər amma heç bir nəticə əldə etmədən geri çəkildilər.
Sentyabrın 24-ü alman hərbi geyimi geyinən 600 rus partizanı Almaniya tərəfinə keçməyi bacarıb, toplar və ağır silahlarla atəş açıb, geri çəkilmişdilər. Hadisə zamanı almanların hərbi təchizat bölgəsi və deposu yanmışdı. Sentyabrın 25-də alman ordusu şəhərin sənaye bölgəsinə hücum edərək, zavodların ərazisini ələ keçirmişdi. Almanlar var gücləri ilə hücum edir, ruslar isə müdafiə olunurdular. Almanlar qısa müddətdə şəhəri ələ keçirməyin qeyri-mümkün olduğunu başa düşdülər. Sərt qışla üz-üzə qalmaq istəmirdilər. Sentyabrın 27-si şəhərin kommunist partiyası binasından faşist bayrağı dalğalanmağa başlamışdı, amma binanın özündən əsər-əlamət qalmamışdı.
Ruslar üçün bu bina qürur mənbəyi idi və onlar üçün bu binanı almaq çox vacib idi. Buna görə də bərələr vasitəsilə Volqa çayından buraya əsgərlər gətirilmişdi. Əsgərlər quru vasitəsilə hücum edib, binanı geri almalı idilər. Hitler Stalinqradı aldıqlarını dünyaya bəyan etmək üçün Berlinə gedir, amma alman ordusu şəhəri ala bilməmişdi. Ruslar şəhərin şimalında almanların işğal etdiyi 25 kəndi geri almağı bacarmışdılar.
Oktyabrın 3-ü şəhərin bir hissəsinə almanlar, digər hissəsinə də ruslar nəzarət edirdilər. Almanlar nə qədər çalışsalar da, rus müqavimətçilərini şəhərdən qova bilmirdilər. Bundan əlavə almanlar ehtiyat əsgərlərin də gəlməsinə mane ola bilmirdilər. Rusların hələ də bu ərazilərdə bərələri hərəkət edir, əsgər daşıyırdılar. Yaralı əsgərlər də eyni yolla daşınırdı.
Ruslar 10 gün ərzində Volqa çayı vasitəsilə şəhərə 160 min ehtiyat rus əsgəri göndərmişdi. Stalin oktyabrın 5-i almanların şəhərdən təmizlənməsi əmrini vermişdi. Bundan əlavə ingilislər ruslara hərbi təyyarələr verməli idilər, çünki rusların kifayət qədər hərbi təyyarəsi qalmamışdı. Amerikalılar da ruslara çox sayda silah və rabitə avadanlıqları satmağı planlaşdırırdı.
Almanlar oktyabrın 11-i şəhərə sonuncu dəfə hücum edib, rusları şəhərdən çıxartmağı planlaşdırırdılar. Döyüşə hazırlıqlar 3 gün davam etməli idi və ayın 14-ü başlamalı idi. Ruslar bu səbəbdən Qafqazdan bu əraziyə gələn dəmiryolu xəttlərini havaya uçurmuşdular. Ona görə də almanların bu əraziyə ehtiyat qüvvə göndərməsi mümkünsüz olmuşdu. Almanların həmin tarixdə keçəcəyi hücumda 300 tank öz işini görməli idi. Tankların məqsədi şəhəri darmadağın etmək və nə qədər rus qalıbsa, onları məhv etmək idi.
Şəhərdəki dağıdılmışdı Amma yenə də həmin ərazilər bombalanmalı idi. Xüsusilə də almanlar sənaye bölgələrində yerləşən zavodlarda sığınan əsgərləri bombalayırdı. Bu zavodlardan biri traktor zavodu idi. Almanlar ilk olaraq zavodu mühasirəyə aldılar, sonra isə hücuma keçdilər. Hücumdan sonra zavodun çıxış qapısına yaxınlaşdılar və hücuma davam etdilər. Zavodun hər tərəfi alov içindəydi, amma döyüşlər davam edirdi. Ruslar qətiyyən təslim olmur, hətta almanlara qarşı hücuma keçirdilər. Dağıdılmış binalarda belə toqquşmalar davam edirdi. Gün ərzində 4 min yaralı əsgər bərə vasitəsilə Volqa çayından daşınacaqdı.
Almanlar oktyabrın 15-i hələ də şəhəri bombalamağa davam edirdilər. Şəhərdə qalan rus əsgərlərinin təslim olmaq niyyəti yox idi. Almanlar oktyabrın 15-i döyüşlərə üç günlük ara verdilər. Şəhər tam olaraq alınmamışdı, amma alman ordusu yorulmağa başlamışdı. Oktyabrın 18-i almanlar şəhərə yenidən hücum etdi. Həmin gün şəhərə şiddətli yağış yağırdı. Bir yandan yağış, bir yandan mərmi…
Artıq traktor zavodu müqavimət göstərə bilmirdi. Şəhərin dağıntıları arasında alman və rus əsgərlər üz-üzə döyüşürdülər. Dağıntılar arasında minlərlə cəsəd var idi. Almanlar 4 zavoddan rusları çıxarda bilməmişdilər. Bir çox küçələrdə hələ də rusların nəzarəti davam edirdi. Oktyabrın 21-də almanlar şəhəri ələ keçirə bilməmişdilər. Hitler düşünürdü ki, ruslar şəhərdə son günlərini yaşayırlar. Heç kim rusların daha çox müqavimət göstərəcəyinə inanmırdı.
Noyabr ayında da ruslar şəhəri qoruyurdular. Almanlar II Dünya müharibəsi başlayandan bəri hələ belə aciz qalmamışdılar.
Hitler noyabrın 8-i bəyan etmişdi ki, şəhəri alıblar, cüzi müqavimət var, onları da həll etdikdən sonra şəhər tamamilə onların nəzarətinə keçəcək. Amma bu, həqiqəti əks etdirmirdi. Almanlar zirehli maşınlarını və təyyarələrini Şimali Afrikaya köçürmüşdülər. Bu da almanların Stalinqrada olan təzyiqini azaltmışdı.
Noyabrın 11-i almanlar yenə sənaye ərazilərinə hücum edib, iki zavodu ələ keçirdilər. Amma hadisələr almanların istədiyi kimi cərəyan etmirdi. Almanların arzu etmədiyi hadisə baş vermişdi. Qış yaxınlaşdıqca Volqa çayı donmağa başlayırdı. Bu da ruslara bərələr vasitəsilə əsgərlərin daşınmasına imkan vermirdi. Güclü küləyin əsməsi nəticəsində rusların paraşüt vasitəsilə atdıqları ərzaqların hamısı alman tərəfinə düşürdü. Şəhərin tam mərkəzində alman tankları var idi. Buna görə, rusların müdafiəsi ikiyə bölünmüşdü.
Noyabrın 19-dan almanların işi istədikləri kimi getmirdi . Ruslar bütün qüvvələrini birləşdirib, almanlara qarşı hücuma keçəcəkdi. Bu hücum nəticəsində ruslar məğlub ola bilər və ya almanları şəhərdən çıxarda bilərdilər. Ruslar 3500 top və raketlə almanları bombalayacaqdı. İlk hədəfləri digər ölkələrdən gələn əsgərlər idi. Əsgərlərin çoxu təcrübəsiz idi. Rusların ilk hücumunda bu əsgərlərdən 65 000 nəfəri əsir götürülmüşdü. Mühasirə yaratmaq istəyən almanlar özləri əhatəyə alınacaqdı. Almanlar çox çətin vəziyyətə düşmüşdülər. Bunu anlayan alman generalı Von Paulüs əsgərləri şəhər kənarına çıxartmağa başlamışdı.
Toqquşmalar 1943-cü ilin martına qədər davam edəcəkdi və almanların məğlubiyyəti ilə nəticələnəcəkdi. Ruslar isə bu qələbəni təntənə ilə qarşılamışdılar.
Kamran Əliyev
Tarixi döyüşlər
Əhəməni şahı II Kiros e.ə 530-cü ildə Azərbaycanın şimalında yaşayan və Tomrisin başçılıq etdiyi massagetlərə qarşı müharibədə məğlub olub, özü isə öldürülüb.
Makedoniya ilə Əhəməni dövlətləri arasında e.ə 331-ci ildə baş vermiş döyüşdə albanlar, sakasenlər, saklar da Atropatın başçılığı altında Əhəməni ordusunda İsgəndərə qarşı vuruşub.
Alazan çayı yaxınlığında e.ə 65-ci ildə romalılarla olan döyüşdə albanlar məğlub olublar.
Eramızın 359-cu ildə Amid döyüşündə bir tərəfdən Sasani-Alban, digər tərəfdən isə Roma-Erməni dövlətləri üz-üzə gəldi. Bu döyüşdə Sasani-Alban ittifaqı qələbə çaldı. Amid döyüşündən sonra Albaniyanın işğal olunmuş Arsak, Marlar ölkəsi (Naxçıvan) və Kaspiana vilayətləri geri alındı.
371-ci ildə Dzirav döyüşündə tərkibində erməni dəstələri olan romalılar qalib gəliblər. Bu məğlubiyyətdən sonra Albaniya Uti, Sakasena, Girdiman və Kolt vilayətlərini müvəqqəti olaraq itirib.
Xalxal şəhəri yaxınlığında 450-ci ildə baş vermiş döyüşdə alban qoşunları sasani qoşununu məğlub edib.
Ərəblərlə sasanilər arasında baş vermiş 636-cı il Kadisiyyə döyüşündə Alban şahzadəsi dəstəsi ilə Rüstəmin başçılıq etdiyi sasani qoşunu tərkibində vuruşub. Cavanşir göstərdiyi igidliyə görə sasani şahı III Yəzdəgird tərəfindən mükafatlandırılıb.
Ərəblər tərəfindən Sasani paytaxtı Ktesifon şəhəri 638-ci ildə mühasirəyə alınanda, Alban hökmdarı Cavanşir 3 minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durub.
639-cu ildə Hüzeyfənin başçılığı ilə ərəb qoşunlarının Azərbaycana hücumu zamanı Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yaxınlığında baş vermiş döyüşdə mərzban İsfəndiyar ibn Fərruxzadın başçılıq etdiyi Azərbaycan qoşunları məğlub olub.
662-ci ildə Alban hökmdarı Cavanşirin qoşunu ilə Xəzər qoşunu arasında Kür çayı sahilində baş vermiş döyüşdə alban qoşunu qələbə çalıb.
944-cü il avqustun 24-də rus dəstələri Bərdə şəhərini mühasirəyə aldı. Əhalinin müdafiəsinə baxmayaraq ruslar şəhəri tuta bildilər. Şəhərdə böyük dağıntı və qırğın törədildi. Salari hökmdarı Mərzuban ibn Məhəmməd 30 minlik qoşunla köməyə gəlsə də, Mosul hökmdarının onun torpaqlarına hücumunu eşidərək geri qayıtması rus dəstələrin 945-ci il avqustun 12-ə qədər Bərdədə qalmasına şərait yaradıb.
1088-ci ildə sərkərdə Buğanın başçılığı ilə səlcuq qoşunları Gəncəyə hücum edib, sonuncu Şəddadi hökmdarı Fəzli əsir götürüb. Bununla da Şəddadilər dövlətinə son qoyulub.
Teymur qoşunları Naxçıvanda Əlincə qalasını 1387-ci ildə mühasirəyə alıb. Əlincəlilər 14 il qalanı hücumdan qoruya biliblər. 1401-ci ildə müdafiə rəhbərlərinin arasında olan ixtilaf nəticəsində qala işğal olunub.
1408-ci il aprelin 21-də Cənubi Azərbaycanda Sərdurud adlı yerdə qaraqoyunlularla Teymurun oğlu Miranşah arasında baş vermiş döyüşdə qaraqoyunlular qalib gələrək Təbrizdə möhkəmləniblər. Bu döyüşdə Miranşah öldürülüb.
1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şəmbi-Qazan adlı yerdə Qaraqoyunlu Qara Yusiflə Cəlairili Sultan Əhməd arasında baş vermiş döyüşdə qaraqoyunlular qələbə çalıb. Bu döyüşdən sonra rəsmi Qaraqoyunlu dövləti yaranıb.
1467-ci il mayın 10-da Muş düzündə Qaraqoyunlu Cahanşahla Ağqoyunlu Uzun Həsən arasında baş vermiş döyüşdə Uzun Həsən qalib gələrək Ağqoyunlu dövlətinin təməlini qoyub.
1473-cü il avqustun 11-də Ağqoyunlularla Osmanlı qoşunu arasında baş vermiş Otluqbeli döyüşündə Osmanlı qoşunu qələbə çalıb.
1501-ci ilin yayında Şərurda İsmayılın başçılıq etdiyi səfəvilərlə Ağqoyunlu hökmdarı Əlvənd Mirzə arasında baş vermiş döyüşdə Səfəvilər qələbə çalıb. Bu döyüşdən sonra Səfəvilər dövləti yaranıb.
1503-cü il iyunun 21-də Həmədan yaxınlığında, Almaqulağı adlı yerdə şah İsmayılın qoşunu ilə Ağqoyunlu Murad arasında baş vermiş döyüşdə Murad Mirzə məğlubiyyətə uğradılıb.
1510-cu il dekabrın 1-də Xorasanda Özbək Şeybani xanla şah İsmayılın qoşunu arasında baş vermiş həlledici döyüşdə özbək qoşunu darmadağın edilib, Şeybani xan isə öldürülüb.
1514-cü il avqustun 23-də Maku yaxınlığındakı Çaldıran düzündə Səfəvi-Osmanlı döyüşündə Osmanlı qoşunu qələbə çalıb.
1534-cü ildən 1554-cü ilə qədər sultan I Süleymanın başçılığı ilə Osmanlı qoşunu 4 dəfə Azərbaycana yürüş edib. Hər dəfə Səfəvi qoşunları məğlub olub.
1603-cü il noyabrın 16-da İrəvan qalası şah I Abbasın başçılıq etdiyi Səfəvi qoşunu tərəfindən mühasirəyə alınıb.1604-cü il iyunun 8-də isə qala osmanlılar tərəfindən geri qaytarılıb.
Rus qoşunları 1723-cü il iyulun 6-da Bakı şəhərini mühasirəyə alıb. İyulun 27-dək davam edən döyüşlərdə Bakı şəhəri işğal olunub.
Osmanlı qoşunu 1724-cü ildə İrəvana hücum edib. Üç ay davam edən mühasirədən sonra sentyabrın 20-də şəhər ələ keçirilib.
1724-cü ilin mayında Osmanlı qoşunu əhalinin ciddi müqavimətini qıraraq 54 gündən sonra Xoy qalasını ələ kesirib.
1735-ci ilin iyununda Eçmiədzinin şimal-qərbində Nadir xanın başçılıq etdiyi Səfəvi qoşunu ilə Osmanlı qoşunu üz-üzə gəlib.
1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şimali Azərbaycana hücum edib. Qarabağı, İrəvanı və Şirvanı hədəf seçən Qacar qoşunu bir sıra qələbələr qazansa da, geri çəkilməyə məcbur olub. İkinci dəfə şah 1797-ci ildə Şimali Azərbaycana hücum edib. Ağa Məhəmməd şah Şuşa şəhərində öldürüldüyünə görə, Qacar qoşunu Azərbaycanı tərk etməyə məcbur olub.
1796-cı ildə Rusiya qoşunları Azərbaycana yürüş edib. Yürüş zamanı Quba, Bakı, Şamaxı və Gəncə xanlıqları müqavimət göstərsə də, ruslara tabe olub. Rusiya imperatriçəsi II Yekaterinanın gözlənilməz ölümü Azərbaycanın işğal planını həyata keçirilməsinə mane olub.
1803-cü ilin payızında Sisyanovun başçılıq etdiyi rus qoşunları Gəncə şəhərinə hücum edib. Cavad xanın başçılığı ilə Gəncə qoşunu rus qoşununa güclü müqavimət göstərib. Daha yaxşı silahlanmış rus qoşunu 1804-cü il yanvarın 3-də Gəncəni işğal etib.
1806-cı ilin yanvarında rus qoşunları Bakı şəhərinə hücum edib. Fevralın 8-də Bakı şəhər darvazasının qarşısında açarları təhvil verərkən Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy güllə ilə Sisyanovu vurub, gecə isə onun başı kəsilərək Təbrizə, Abbas Mirzəyə göndərilib.
Xankəndi
Bu hadisələrdən biri Şimali Amerikada yerləşən Missisipi çayında meydana gəlib. Uzunluğuna görə dünyanın dördüncü çayı olan Missisipi 2012-ci ildə ABŞ-da tüğyan edən İsaak qasırğası səbəbindən 24 saat ərzində əks istiqamətə axıb.
AzərTAc-ın məlumatına görə, ABŞ-da baş verən daha bir qəribə hadisə bu ölkənin dəniz sularında cəmi bir dəfə görünən nəhəng kalmar olub. Suyun 750 metr dərinliyində görüntülənən bu canlıların Yaponiya sularında yaşadığı bilinir.
Bundan 43 il əvvəl – 1977–ci ildə “Böyük qulaq” (Big Ear) adlı radioteleskop kosmosdan 72 saniyəlik çox güclü səs dalğası qeydə alıb. Aparılan hesablamalara görə, siqnal Oxatan ulduzu bölgəsində yerləşən dünyadan 120-220 işıq ili uzaqlıqdakı “Chi Sagittarii” ulduzundan gəlib. Siqnalı qeydə alan mütəxəssis onu “Wow” olaraq işarələyib. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, siqnalı təkrar almaq mümkün olmayıb.
Çiçək xəstəliyi. Bu da tarixdə cəmi bir dəfə görünən, ən ölümcül və tamamilə yox edilən yeganə insan xəstəliyidir. Müalicəsi olmayan bu xəstəlik üçün hazırlanan peyvənd onun yoxa çıxmasına səbəb olub ki, bu da o zamana qədər hazırlanmış ən effektiv vaksin kimi tarixə düşüb.
Belə misli görünməmiş hadisələrdən biri 1518-ci ildə Strasburqda yayılan “rəqs epidemiyası”dır. Epidemiya bir qadının yalnız özünün eşitdiyi musiqi sədaları altında dayanmadan rəqs etməsi ilə başlayıb. Sonrakı bir həftə ərzində xəstəlik daha 34 nəfərdə tapılıb və bu rəqəm 400-dək yüksəlib. Bu insanların bəziləri infarkt, yorğunluq kimi müxtəlif səbəblərdən ölüblər. Elm adamları bu hadisəni toplu psixoloji pozuntu kimi qiymətləndiriblər.
Digər belə qəribə epidemiya 1962-ci ildə Tanzaniyanın Kaşaşa şəhərində meydana gəlib. Qızlar məktəbində bir zarafat sonrası başlayan “gülüş epidemiyası”na burada təhsil alan 159 şagirddən 95-i yoluxub. Məlumatlara əsasən, epidemiyaya məruz qalan şagirdlərin bəziləri bir neçə saat, bəziləri isə tam 16 gün gülüb. Epidemiya müəllimlər arasında yayıldıqdan sonra – 1962-ci il martın 18-də məktəbin müvəqqəti bağlanmasına qərar verilib. Sonralar təxminən min nəfərin yoluxduğu epidemiya 14 məktəbin bağlanmasına səbəb olub. Elm adamları bu hadisənin stresslə bağlı olduğunu bildiriblər.
Comments are closed, but trackbacks and pingbacks are open.