Press "Enter" to skip to content

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası yeni hədəflər müəyyənləşdirir”

Naxçıvan ərazisindən keçəcək yol mahiyyətcə Zəngəzur dəhlizinin elementidir. Bundan başqa, dövlət başçısının dediyi kimi, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, həmçinin, Naxçıvanın “yaşıl” enerji zonasına çevrilməsi planlaşdırılır.

İlham Əliyevin “yaşıl” strategiyası regionun optimal inkişaf modeli kimi

Azərbaycanın neft-qaz sahəsində, xüsusən avropalı tərəfdaşlarla əməkdaşlıqda uğuru enerji resursları ixrac edən istənilən ölkə üçün nümunə kimi çıxış edə bilər. Azərbaycanın digər ölkələrlə müqayisədə üstünlüyü bütün regionda “yaşıl” enerjinin inkişafına yönəlmiş layihələrin ölkədə artıq işə salınmasından ibarətdir. Özünü ənənəvi resursların etibarlı təchizatçısı kimi təsdiqləmiş Azərbaycan əldə olunanlarla kifayətlənmək niyyətində deyil. Ölkənin “yaşıl” enerji ixracı üzrə iddialı planları geniş vüsət alır və artıq konkret təşəbbüslərdə həyata keçirilməyə başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, zamanında təşəbbüskarının məhz Azərbaycan olduğu Cənub Qaz Dəhlizi (CQD) layihəsi Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə təmin edə bilib. Bu gün bir çox avropalı siyasətçilər qlobal enerji böhranı zamanı tərəfdaşlarına əl uzatdığına görə Prezident İlham Əliyevin şəxsində Azərbaycana minnətdarlığını bildirir.

İndi isə Azərbaycan CQD ilə analogiya üzrə “yaşıl enerji dəhlizi” yaratmaqdadır. Bu dəhliz təkcə Avropanı bu gün onun üçün zəruri olan əlavə enerji resursları ilə təmin etməyəcək, həm də istehsalatın dekarbonizasiyası üzrə qlobal gündəliyə cavab verəcək.

Prezident İlham Əliyev bu yaxında Berlinə səfəri zamanı alman iş adamları ilə görüşündə tezliklə Azərbaycandan “yaşıl” enerjinin təbii qazdan heç də az əhəmiyyət daşımayacağını vurğulayıb.

“Beləliklə, biz həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcəyik və neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır”, – dövlət başçısı deyib.

Qarabağı “yaşıl” enerji zonası elan edən Azərbaycan dekarbonizasiya, qlobal tendensiyalara doğru səylər və öz iqtisadiyyatının inkişafı istiqamətində mühüm addım atıb.

Bu gün Azərbaycanda, o cümlədən, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı layihələr ölkənin gələcəkdə həmçinin alternativ enerji istehsalçısı və ixracçısına çevrilməsi üçün əsas təşkil edəcək.

İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən ən mühüm bərpa olunan enerji mənbələri layihələrindən biri Britaniyanın bp şirkəti ilə günəş enerjisinin istehsalı üzrə birgə layihədir. Bu elektrik stansiyasının artıq iki il sonra tam fəaliyyətə başlayacağı gözlənilir. Bu miqyasda şirkətin həyata keçirdiyi layihə birincisi Azərbaycanın bərpa olunan enerji potensialının yüksək olduğundan, ikincisi isə Azərbaycanın etibarlı və stabil tərəfdaş olduğundan xəbər verir.

Ümumilikdə, Azərbaycanın bərpa olunan enerji mənbələri potensialı 27 qiqavatdan çox quruda külək və günəş enerjisi, 157 qiqavat Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi təşkil edir. Artıq 2027-ci ilədək ölkə 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməyi planlaşdırır ki, bunun da 80 faizi ixrac olunacaq. 2037-ci ilədək Azərbaycan ən azı 6 qiqavat həcmində əlavə imkanların meydana çıxacağını gözləyir. Təkcə bir qlobal enerji şirkəti tərəfindən investisiyaların Azərbaycanda 10 qiqavat “yaşıl” enerji istehsalına qoyulması planlaşdırılır.

Dövlət strategiyası çərçivəsində 2023-2025-ci illər ərzində Azərbaycan Respublikası Energetika Nazirliyi bərpa olunan enerji mənbələrindən, daha dəqiq desək, hidroenergetika, geotermal enerji və bionergetikadan, həmçinin, hidrogen texnologiyalarından istifadə perspektivlərinin öyrənilməsi və qiymətləndirilməsi ilə, habelə, enerjinin saxlanılması və hidroakkumulyasiyası üzrə tədbirlərin keçirilməsi ilə məşğul olacaq.

Azərbaycan tərəfindən bu yaxınlarda Avropaya alternativ elektrik enerjisinin ixracının başladılması üçün atılmış əsas addımlardan biri Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması olub. Təkcə bu sənəd artıq Azərbaycanın enerji resurslarına necə tələbat olduğundan xəbər verir. Bu layihə çərçivəsində Gürcüstan və Rumıniya arasında 1195 km uzunluqda və 1000 meqavat gücə malik elektrik ötürmə xəttinin çəkilməsi planlaşdırılır. Bu məqsədlə Dünya Bankının dəstəyi il 2023-cü ilin sonunadək layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması nəzərdə tutulur.

Bütünlükdə, Azərbaycan Avropaya “yaşıl” elektrik enerjisinin tədarükü üçün bir neçə yolu nəzərdən keçirir. Bunlardan birincisi Naxçıvan ərazisindən keçən Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi, ikincisi Gürcüstan və Türkiyə ərazisindən keçən dəhliz, üçüncüsü isə Qara dənizdən keçən və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən sualtı elektrik və rəqəmsal rabitə layihəsidir.

Azərbaycan artıq Zəngəzurdan Naxçıvana və oradan Türkiyə və İrana yeni xəttin çəkilməsi istiqamətində işlər aparır. Bu kontekstdə “Cəbrayıl” enerji qovşağının yaradılması və 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikintisi strateji əhəmiyyət kəsb edir.

Naxçıvan ərazisindən keçəcək yol mahiyyətcə Zəngəzur dəhlizinin elementidir. Bundan başqa, dövlət başçısının dediyi kimi, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, həmçinin, Naxçıvanın “yaşıl” enerji zonasına çevrilməsi planlaşdırılır.

“Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Həmçinin, bu yaxınlarda orada ekspertiza aparılıb və ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur”, – Prezident İlham Əliyev deyib.

Beləliklə, özünün neft-qaz tarixindəki uğurunu təkrarlayan Azərbaycan konkret layihələrdə “yaşıl” enerji ixracına dair planları həyata keçirməkdədir. Dövlət başçısının apardığı qlobal iqtisadiyyata inteqrasiya siyasəti artıq Azərbaycanı regionun əsas investisiya qovşağına çevirib. Dünyanın ən iri şirkətləri perspektiv layihələrə – həm də təkcə energetika sahəsində deyil, bir çox digər istiqamətlərdə – böyük məbləğlər yatırmağa hazırdırlar. İndi, yaxın gələcəkdə bərpa olunan enerji mənbələrinin elektrik enerjisinin istehsal dinamikasının əsasını təşkil edəcəyi bir vaxtda isə ölkədə beynəlxalq investisiyalar yalnız artacaq. Bunun üçün zəngin potensial, dövlət siyasətinin alternativ enerjinin inkişafı sahəsində prioriteti və yeni hüquqi baza kimi bütün lazımi şərtlər mövcuddur. Bütün bunlar isə Azərbaycan iqtisadiyyatının uğurunun təminatıdır.

Milli.Az

“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası yeni hədəflər müəyyənləşdirir”

“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası yeni hədəflər müəyyənləşdirir”

“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası yeni hədəflər müəyyənləşdirir”

Müəllimlərin əməkhaqları səriştə və nəticələr əsasında 2 dəfə artırılacaq. “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na əsasən, müəllimlərin əməkhaqları artırılacaq, 12 illik təhsilə keçiləcək, dövlət və özəl ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək.

Benzer Konular

Mikayıl Cabbarov: “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ü

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 10-25-2013, 11:30 AM

Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradılacaq

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 10-25-2013, 10:21 AM

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni kadr təyinatı

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 04-09-2013, 11:13 AM

Bakıda “Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər” mövzusunda konfrans keçirilib

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 12-24-2012, 05:21 PM

YAP “Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər” mövzusunda konfrans keçirir

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 12-24-2012, 12:30 PM

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok

Azeri Forum sitemiz Azerbaycan, Türkiye, İran, Rusiya ve diğer tüm dünya devletlerinde yaşayan tüm Azerbaycan Türklerini biraraya getirmek amacı ile kurulmuştur. Azerbaycan hakkında – Azerbaycan coğrafi isimdir. Anlamı Odlar Yurdu yani Ateşler Yurdu demektir. Bu isim bir yandan bu bölgede milattan çok önce yaşayan nüfusun çoğunluğunun ateşperest olması ile ilgilidir. Yani bu bölgede yaşayan nüfus ateşi Tanrı sayıyorlardı, oda tapıyorlardı. “Azer” – ateş, ateş demektir. Öbür taraftan, Azerbaycan’da eski zamanlarda Türk soylu “Azer” sözündendir. “Azer” – “az” ve “er” terkibinden ibarettir. Türk dillerinde “az” ın iyi niyet, başarılı kader gibi anlamları var. “Azer” – yani “er kişi”, “er oğlu”, “ateş koruyan” demektir. Demek ki “Azerbaycan” bu bölgede yaşayan eski Türk dilli kabilenin adına oluşmuştur. Azerbaycan dünyanın en eski insan yaşam alanlarından biridir. İnsanlık tüm gelişme dönemlerinde bu topraklarda kendi tarihini yaşamıştır. İnsanlığın ilk çağlarında Azerbaycan’da insan meskenleri olmuştur. Bugünkü insanlık kültürünün oluşması, kalkınması ve dialektikasında Azerbaycan’ın kendi yeri, kendi payı vardır. Zaman uzun geçmişlerin bir çok arkeolojik ve mimari eserleri bizim için korumuştur. Eski taş kitabeler, yazılar, asırların derinliklerinden yadigar kalmış halı desenleri, onları okumayı bilenlere, başlıcası ise okumak isteyenlere çok şey konuşabilir. Azerbaycan’ı tanımak, onun hakkında gerçeği bilmek için bu toprağa, onun adamlarına dost gözüyle bakmak gerekir. Azerbaycan eski kültür ülkesidir. Buraya göç gelmiş oğuz boyları o bölgede yüzyıllardır kuruldu stabilize, derin köklere sahip kültürle karşılaşarak, kendi növbelerinde bu kültürü ümumtürk kültürel gelenekleri ile zenginleştiren. Halkımızın yetenek ve yaratıcılık kudreti “Kitab-ı Dede Korkut”, “Oğuzname”, “Köroğlu” ve birçok başka epik eserlerde tecessüm etmiştir.

Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 10:31 AM .

Bu sistem vBulletin® alt yapısına sahiptir, Version 4.2.0 kullanılmaktadır.
Telif hakları, Jelsoft Enterprises Ltd’e aittir. Copyright © 2023

Thsilin inkişafı üzr dövlt strategiyası faliyyt planı

filologiya üzrə elmlər doktoru, professor

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü il 24 oktyabr tarixində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq edildi. Əlbəttə bu Dövlət Strategiyası məzmun, beynəlxalq təcrübə və meyillər, Azərbaycanda təhsilin vəziyyəti, təhsil sisteminin başlıca vəzifələri, məqsəd, əsas istiqamətlər, hədəflər və tədbirlər, Strategiyanın həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi başlamış, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyə çevirmişdir. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. Ona görə də ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır. Bunun sayəsində insanlar öz həyatlarını daha yüksək səviyyədə qura bilərlər. Təbii ki, əmək bazarında öz mövqelərini tutmaqla bərabər, cəmiyyətdə də fəaliyyətlərini düzgün stimullaşdıra bilərlər. Bunun üçün təhsil və bütövlükdə bu proses böyük əhəmiyyət kəsb edir. Belə ki, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Son illərdə bu istiqamətdə təhsil sahəsində əhəmiyyətli işlər görülür. Təhsil müəssisələrinin (xüsusilə orta məktəblərin) maddi – texniki bazası gücləndirilir, yeni – yeni məktəb binaları tikilir, təmir – bərpa işləri aparılır. Eyni zamanda informasiya – kommunikasiya texnologiyaları tətbiq olunur. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda təhsilin keyfiyyəti Avropa standartlarına uyğunlaşa bilsin. Təhsilin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmaq üçün təkcə maddi – texniki bazanı inkişaf etdirmək, informasiya – kommunikasiya vasitələrini tətbiq etmək kifayət etmir. Həm də idarəetmə sistemi yenidən qurulmalı, təhsil sahəsində insan resursları inkişaf etdirilməli, müəllimin nüfuzu yüksəlməlidir. Bunların hamısı ölkədə həyata keçirilməsi vacib olan məsələlərdir. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” öz məzmunu baxımından strateji istiqamətdə ən vacib hədəfləri əhatə edir. Strategiyada dünya ölkələri arasında aparıcı mövqedə olan şəriştəli müəllimləri və təhsil menecerlərini, eləcə də qabaqcıl texnologiyalara əsaslanan təhsil sistemini yaratmaq üçün beş strateji istiqamət əsas kimi götürülür. Bu istiqamətin hər biri genişmiqyaslı tədbirlər kimi diqqəti cəlb edir. Odur ki, bu istiqamətlərin üzərində dayanmaq lazım gəlir.


Birinci strateji istiqamətdə
əsas hədəf kimi səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasını diqqət mərkəzində saxlamaqdır. Burada əsas məqsəd təhsilin bütün pillələrində (məktəbəqədər, ümumi, ilk peşə – ixtisas, orta ixtisas və ali ixtisas) kurikulumların inkişafına nail olmaqdır.

İkinci strateji istiqamətdə əsas hədəf kimi təhsil sahəsində insan resurslarının müasirləşməsini diqqət mərkəzində saxlamaqdır. Bunun sayəsində səriştəli, təcrübəli təhsilverəni formalaşdırmaq mümkündür. Səriştəli, təcrübəli təhsilverən innovativ metodları tətbiq edərək təhsilalanların istedadını üzə çıxarmaqda, onların nailiyyətlərini yeni sistemlərin tələbinə uyğun qiymətləndirməkdə, onların inkişafına nail olmaqda, qayğı və ehtiyaclarını ödəmək üçün inklüziv təlim metodologiyasının yaradılmasında ciddi, məsuliyyətli işlər görməliyik.

Üçüncü strateji istiqamət kimi təhsildə səmərəli idarəetmə mexanizmlərinin yaradılması əsas hədəf kimi götürülür. Burada səmərəli idarəetmə mexanizmi dedikdə cavabdehlik, şəffaflıq, bir də səmərəliliyin özü üçüncü strateji istiqamətin əlamətləri sırasına daxil olur. Səmərəli, cavabdeh, şəffaf idarəetmə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla müasirləşməli, təhsilin keyfiyyət təminatını artırmalı, eyni zamanda təhsildə yeni məlumat, hesabat sistemlərini yaratmalıdır.

Dördüncü strateji istiqamət kimi təhsil infrastrukturunun yaradılmasıdır. Təbii ki, təhsil strukturu müasir tələblərə uyğun olmaqla təhsil prosesini təmin etməlidir. Burada əsas məqsəd kimi təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının formalaşması, distant təhsil sisteminin qurulması, istedadlı uşaqların inkişafını təmin edən təhsilin yaradılması, yaşlıların təhsilini qurmaq, peşə – ixtisas və təhsil müəssisələri üzrə regionlarda məsləhət mərkəzlərinin fəaliyyətini təmin etmək, kampusların yaradılması və s. məsələlər ehtiva olunur.

Beşinci strateji istiqamət Azərbaycan təhsilində dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin qurulması ilə bağlıdır. Doğrudan da, hal – hazırda təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac vardır. Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda təhsil müəssisələrində ödənişli təhsil xidmətləri dəstəqlənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir.

Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrasturuq qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür.

Comments are closed, but trackbacks and pingbacks are open.