Press "Enter" to skip to content

Ev tikintisinin ardıcıllığı

Bu mərhələdə evin döşəməsi düzəldilir. Evinizin döşəməsində qızdırıcı sistem qurmaq istəsəniz, evin kürsüsünü alçaq etmək lazımdır. Belədə kürsünü doldurub üzərindən müəyyən qalınlıqda (adətən, 5-8 sm) beton qat tökülür. Əlbəttə ki, qızdırıcı sistem də bu qatın altında olur. Yaxud taxta döşəmə düzəldərək kürsünün içini boş sahə olaraq istifadə edə bilərsiniz. Döşəmə üçün də qüvvəni qəbul edən əsas taxtalar olaraq adətən 5sm*20sm taxtalar istifadə olunur.

Tikinti məcəlləsi məlumatlandırma ərizə forması

Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat (Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında və qeyri-kommersiya hüquqi şəxsin, fiziki şəxsin uçota alınması haqqında ərizələrə əlavə)

Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə və onun doldurulma qaydası

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Vergi müvəkkilləri arasında Əməkdaşlıq Sazişinin nümunəvi forması

Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin müraciət ərizəsi

Vergi müvəkkillərinin müraciətlərinin cavablandırılması Qaydaları (Əlavə 1)

Vergi müvəkkillərinin xidmət göstərdiyi vergi ödəyicilərinə münasibətdə keçiriləcək nəzarət tədbirləri üzrə Qaydalar (Əlavə 2)

Vergi orqanı ilə əməkdaşlıq edərək vergi müvəkkili kimi fəaliyyət göstərən hüquqi şəxslərin birbaşa bu xidməti göstərən işçiləri üçün təlimin təşkili və keçirilməsi Qaydaları (Əlavə 3)

Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi Qaydaları

Facebook Twitter Telegram

AZƏRBAYCAN RESPUBLİKASININ
İQTİSADİYYAT NAZİRLİYİ YANINDA
DÖVLƏT VERGİ XİDMƏTİ (DVX)

Copyright © Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2002-2023

Ev tikintisinin ardıcıllığı

Ev tikmək planı olan, lakin işlərin ardıcıllığı barədə az məlumatı olan şəxslər üçün tikintinin mərhələləri ilə bağlı yazı hazırlamışıq. Beləliklə, ümumi ardıcıllığa baxaq:

Bu da maraqlıdır:

1. Ərazinin seçilməsi.

Ərazi seçilərkən həmin ərazidəki torpaq süxuru mütəxəssis tərəfindən tədqiq olunmalıdır. Belə ki, həmin ərazidəki torpaq tikinti üçün əlverişsiz ola bilər. Üzərində tikinti aparılacaq torpaq sahəsində yumşaq qat çox qalın (dərin) olarsa, orada tikinti aparmağa dəyməz. Ərazidə infrastrukturun hansı vəziyyətdə olduğunu da öyrənin: qaz, su, elektrik xətləri, bağça, məktəb, market, ictimai nəqliyyatın və s. əlçatanlığı önəmlidir. Bundan başqa evin plan cizgisini hazırlatmaq da ilk mərhələdə görülən işlərdəndir.

2. Məlumatlandırma icraatı.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və məlumatlandırma icraatının tətbiq olunduğu fərdi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Bunun üçün sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verir və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsininin 79-80-ci maddələri).

3. Ərazinin hazırlanması.

İndi ərazini təmizləmək və üzərində tikili olacaq yerin səthini bərabərsəviyyəli etmək lazımdır. Bunun üçün “Qreyder” (və ya “Buldozer”) lazım ola bilər.

Bünövrə betonunu tökmək üçün evin planı üzrə qazıntı işləri aparılır. Siz yerqazan traktor tapmalısınız. Amma bu işi fəhlə taparaq da həll edə bilərsiniz. Qazıntının eni və dərinliyi torpağın xüsusiyyətlərinə və tikilinin ağırlığına (bu, əsasən, mərtəbə sayından, evin hündürlüyündən və s. asılıdır) əsasən seçilir. Yumşaq süxurlar üzərində qazılmış dayaz bünövrə gələcəkdə evin divarlarında çatların yaranmasına və ya digər xoşagəlməz hallara səbəb ola bilər. Beton üçün qazıntının həcminə uyğun olaraq sement, qum, çınqıl, armatur, xamıt və məftil lazım olacaq. Beton 1-2 sutka ərzində bərkiyir. Betonun tam quruma müddəti olaraq 28 gün qəbul edilir. Beton töküldükdən 28 gün sonra tam möhkəmliyə sahib olur və bundan sonra növbəti mərhələyə keçilir. Quruduğu müddətdə də betona nəzarət etmək lazımdır. Bünövrə evin (istənilən tikilinin) ən vacib hissəsidir. Belə ki, digər hissələrin ağırlığı bünövrənin üstünə düşür və bünövrəni sonradan sökmək, üzərində dəyişiklik aparmaq demək olar ki, mümkün deyil. Bünövrəyə xüsusi diqqət göstərməyə dəyər.
Bünövrə üçün lazım olacaq beton miqdarını saytımızdakı kalkulyator vasitəsilə hesablaya bilərsiniz.

Bünövrə betonu tam quruduqdan sonra divar hörülməyə başlanır. Divar mişar daşından, kərpicdən yaxud süni daşlardan istifadə etməklə hörülür. Evin perimetri üzrə olan, evin içini ətraf mühitdən ayıran divarlar xarici divarlar, otaqları ayıran divarlar daxili divarlar (arakəsmələr) adlanır. Xarici divarlar adətən ikiqat daşla, daxili divarlar isə təkqat daşla hörülür. Hörgü işini məsuliyyətli ustalara tapşırın. Bu mərhələdə sementə qənaət etməyə çalışmayın. Divarlar hörülən zaman qapı, pəncərə və drenaj üçün boşluqlar saxlayarkən döşəmənin əsas taxtalarının başlarını qoymaq üçün də yastıqlar (yuvalar) nəzərə alınmalıdır. Gələcəkdə evə giriş-çıxış rahat olsun deyə, indidən kürsünün hündürlüyünə uyğun pilləkəni də hazırlamaq olar.

Divar hazır olduqdan sonra evin üstünü örtmək olar. Artıq evin içindəki digər işləri görərkən yağışdan, yandırıcı günəşdən və digər xarici təsirlərdən sığortalanmış oluruq.
Dam üçün adətən, bir xeyli taxta lazım olur. Taxtlar adətən 5sm*10sm, 5sm*15sm və 5sm*20sm ölçülərdə olur. Bazarda 4 metr və 6 metr uzunluqda olan taxtalara rast gəlinir. Hansı ölçüdə taxta lazım olacağını ustanız sizə deyəcək.
Dam ikiyanlı və ya dördyanlı ola bilər. Başqa dam şəkilləri də var. Ancaq Azərbaycanda əsasən bu iki şəkilə üstünlük verilir. Bizim ölkədə qarlı günlərin sayı və yağan qarın miqdarı az olduğundan damın mailliyini çox etməyə ehtiyac qalmır.

Bu mərhələdə evin döşəməsi düzəldilir. Evinizin döşəməsində qızdırıcı sistem qurmaq istəsəniz, evin kürsüsünü alçaq etmək lazımdır. Belədə kürsünü doldurub üzərindən müəyyən qalınlıqda (adətən, 5-8 sm) beton qat tökülür. Əlbəttə ki, qızdırıcı sistem də bu qatın altında olur. Yaxud taxta döşəmə düzəldərək kürsünün içini boş sahə olaraq istifadə edə bilərsiniz. Döşəmə üçün də qüvvəni qəbul edən əsas taxtalar olaraq adətən 5sm*20sm taxtalar istifadə olunur.

8. Elektrik, su və kanalizasiya xəttləri.

Növbəti iş olaraq müvafiq otaqlara elektrik xəttlərini, o cümlədən su xəttlərini və drenaj sistemini qurmaq olar.

Artıq evin divarlarını suvamaq olar. Suvağın materialı və qalınlığı sizin ustanızla birgə verəcəyiniz qərardan asılıdır. Bu, sement-qum qarışığı və ya gips ola bilər. Suvaq məsrəfini də kalkulyatorumuzda hesablaya bilərsiniz.

Bu mərhələdən etibarən interyer (evin içinə aid) və eksteryer (evin çölünə aid ) işləri görülür. Qapı, pəncərə, kafel, divar kağızı, mətbəx, hamam, həyət və s.

Qeyd edək ki, burada sadaladığımız ardıcıllıqlar ümumi yol xəritəsini təsvir edir. Hər bir evin tikintisi zamanı bəzi mərhələlərin yerinin dəyişik olması mümkündür.
Yazı ilə bağlı sual, təklif və iradlarınızı Facebook messenceri vasitəsilə yaxud email vasitəsilə bildirə bilərsiniz. Facebook istifadəçisisinizsə, səhifəmizi bəyənməyi unutmayın. Başqa sosial şəbəkələrdən istifadə edirsinizsə, saytımızla bağlı paylaşım edə bilərsiniz.

Ərizə. Ərizə formaları (2020) ✅

Ərizə nədir? – Ərizə bir şəxs və ya birliyin düşüncələrini, şikayətlərini və yaxud müəyyən bir mövzuda olan istəklərini səlahiyyətli orqanlara – daha çox rəsmi orqanlara göndərilməsini təmin edən yazıdır.

Ərizə necə yazılmalıdır? Hansı tələblər olmalıdır?

  • Başlıqda ərizənin kimə və kimdən olması dəqiq yazılmalıdır.
  • Məzmun qısa, faktlar isə dəqiq olmalıdır.
  • Ərizə ərizəçinin özünün xətti ilə olmalıdır.
  • Ərizə sonunda gün, ay, il və ərizə yazanın şəxsi imzası olmalıdır.

Ərizə yazmaq qaydası:

  • Kağızın əvvəlində absazdan böyük hərflə təşkilatın və kimə müraciət olunursa onun vəzifəsi, adı, atasının adı, və soyadı qeyd olunur.
  • Sətrin ½ hissəsində sağ hissədə ərizə yazanın adı, soyadı və ata adı göstərilir.
  • Kağızın orta hissəsində böyük hərflə ” Ərizə” sözü qeyd olunmalıdır.
  • Yeni sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizə yazanın fikri şərh olunur.
  • Sonda imza qoyulmalı və onun yazılma tarixi göstərilməlidir.

Erize formalari aşağıdakılar kimidir

(Sadə erize formasi)

Boşanmaq üçün ərizə forması

Aşağıda göstərilən boşanma ərizəsi nümunələridir. Bunu həm şəkilə uyğun olaraq baxıb hazırlaya bilər, həm də aşağıdakı word faylını yükləyərək düzəlişlər edə bilərsiniz.

İşə qəbul ərizə forması

( İşə qəbul üçün ərizə nümunəsi)

Elektron ərizə necə doldurulur?

Elektron ərizə iki hissədən ibarətdir :

1.”İstifadəçi hesabının yaradılması” və “Elektron ərizənin doldurulması”

2. Qeydiyyatdan zamanı istifadə etdiyiniz şifrə 8 işarədən çox olmamalıdır.

3. Qeydiyyat zamanı daxil etdiyiniz email ünvanı daim istifadə etdiyiniz email olmalıdır. Əks halda hesabınızı aktivləşdirərək elektron ərizəni doldurmaq mümkün olmayacaq.

4. İstifadəçi hesabını yaratmaq üçün “Qeydiyyat” düyməsi vasitəsilə müvafiq linkə keçid edərək lazım olan məlumatları daxil edin

5.Eyni şəxsiyyət vəsiqəsi email ünvanl ilə yalnız bir dəfə qeydiyyat keçmək olar.

6.İstifadəçi hesabını daxil etdiyiniz email ünvanına göndərilmiş keçid vasitəsilə aktivləşdirməlisiniz.

7.Elektron ərizədə müvafiq məlumat bazaları vasitəsilə daxil edilmiş məlumatların doğruluğunu yoxlamalı və müvafiq boş xanaları doldurmalısınız.

8.Elektron ərizədə “Düzəlişləri yadda saxla” və “Göndər” düymələri var. Düzəlişləri yadda saxla funksiyasından istifadə edərək elektron ərizənizə təkrar daxil ola və redaktə edə bilərsiniz. Ancaq hələ bu ərizələr tamamlanmış hesab olunmur.

9.Elektron ərizəni tamamlamaq üçün “Göndər” düyməsindən istifadə etməlisiniz. Tamamlanmış ərizəni redaktə eləmək olmur. Yalnız tamamlanmış ərizəyə baxılır

10. Tamamlanmış elektron ərizələr yoxlanışdan sonra düzəliş üçün geri göndərilə, təsdiqlənə və ya ləğv oluna bilər. Hər bir mərhələ barəsində daxil etdiyiniz email ünvanına müvafiq bildiriş göndəriləcəkdir.

11.Geri göndərilən elektron ərizədə lazım olan düzəlişləri etmək üçün ərizədə “Redaktə” düyməsini sıxmalısınız. Ərizəni redaktə etdikdən sonra təkrar “Göndər” düyməsinə sıxın.
12.İstifadəçi hesabını yaradarkən və elektron ərizəni dolduran zaman daxil etdiyiniz məlumatların doğruluğundan əmin olun.

Comments are closed, but trackbacks and pingbacks are open.