Press "Enter" to skip to content

Tənbəkiqabı

Bu tikmə hamar və qabarıq olmaqla iki cür hazırlanıb. “Zəminduzi” adlanan həmin tikməni hasilə gətirmək üçün “kargah (dəzgah) adlanan taxta çərçivə və iynədən istifadə edilib. Qızılı və gümüşü (güləbətin) tellər xüsusi simkeşlər tərəfindən yüksək əyarlı gümüşdən hazırlanıb. Qızıl tel almaq üçün gümüş qızıl suya salınıb. Tellər ya xalis halda, ya da ipək iplik sapa sarınıb istifadə edilərmiş. Güləbətin tikmə üçün ağır, tünd rəngli parçalardan (məxmər, qanovuz, xara, misqal tirmə) istifadə olunub. [6]

Gulebetin Tikme – Wikipedia

Güləbətin (tikmə) (türk. Altınişi, Telkırma, Bartın işi , türkm. akqayma, sarıqayma [1] ) – qızılı və ya gümüşü saplardan, habelə onlara bənzədilən materiallardan qatışığı olan saplardan istifadə edilməklə icra edilən tikmə növüdür.

Mündəricat

  • 1 Tarixçə
  • 2 Növləri
  • 3 Güləbətin müxtəlif xalqlarda
    • 3.1 Azərbaycanda güləbətin
    • 3.2 Digər türk xalqlarında güləbətin
    • 3.3 Avropada güləbətin

    Ən qədim tikmə növlərindən biridir. Uzmanların fikrincə, Orta Asiyada əmələ gəlib. Azərbaycanda isə daha çox Təbriz, Bakı, Şamaxı, Naxçıvan və s. şəhərlərində inkişaf etdirilmişdir. Ən qiymətli Şamaxı sənətkarlarının güləbətin tikmələri idi [2] .

    Xurşudbanu Natəvanın ecazkarlığı ilə gözoxşayan tikmələri o vaxtlar Rusiyada təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş etdirilib. 1882-ci ildə keçirilən Ümumrusiya sərgisinin Qafqaz şöbəsində göstərilən sənət nümunələri arasında şairənin incə zövqlə hazırladığı tikmə də olub. Mahud üzərində qızıl-gümüş saplarla toxunmuş bu tikmənin tamaşaçılar tərəfindən maraqla qarşılanmasını onların gözoxşayan naxış örtüyü və duyğulandırıcı rəng həlli olub [3] .

    Güləbətin işləmə üsulun agörə hamar (zəminduzi) və qabarıq (məlihəduz) olmaqla iki cür olur:

    • Hamar işləmə (zəminduzi) texnikası ilə məmulatı bəzəmək üçün düzbucaqlı çərçivəyə bənzər taxta kargah (dəzgah) və iynədən istifadə edirlər. Müvafiq parça kargaha tarım çəkildikdən sonra, onun üzərinə kağızdan kəsilmiş naxış motivləri- (eskiz) qoyub əvvəlcə adi sapla, sonra isə zərli və ya gümüşü (güləbətin) saplarla paralel surətdə bənd edilirdi.
    • Qabarıq işləmə (məlihəduz) texnikasıörtmə tikiş üsulu ilə icra olunurdu. Burada saplar bir-birinin yanına paralel və çox sıx bəndlənir. Güləbətin tikmənin bu üsulu haşiyə bəzəyində daha geniş tətbiq edilir. Naxışların parça üzərində bir qədər qabarıq çıxması üçün qalın sap və qaytandan da istifadə edirlər. [4]

    Güləbətin müxtəlif xalqlarda

    Azərbaycanda güləbətin

    Əsasən geyimlərə (araxçın, yaxa, yenglərə (manjetlərə) və s.), məişət əşyalarına (pul kisəsi, tənbəkiqabı, qayçıqabı, möhürqabı, at yəhəri və s.) vurulur. Gəlinin cehizinə güləbətin işləməli əşyalar qoşmaq adət idi. [5]

    Bu tikmə hamar və qabarıq olmaqla iki cür hazırlanıb. “Zəminduzi” adlanan həmin tikməni hasilə gətirmək üçün “kargah (dəzgah) adlanan taxta çərçivə və iynədən istifadə edilib. Qızılı və gümüşü (güləbətin) tellər xüsusi simkeşlər tərəfindən yüksək əyarlı gümüşdən hazırlanıb. Qızıl tel almaq üçün gümüş qızıl suya salınıb. Tellər ya xalis halda, ya da ipək iplik sapa sarınıb istifadə edilərmiş. Güləbətin tikmə üçün ağır, tünd rəngli parçalardan (məxmər, qanovuz, xara, misqal tirmə) istifadə olunub. [6]

    Digər türk xalqlarında güləbətin

    Digər türk xalqlarında güləbətin eyni prinsiplə icra edilirdi: tünd qumaşın (məxmər, mahud) üzərində qızılı ya gümüşü saplarla işlənirdi, əsasən üst geyimə, məişət əşyalarına tətbiq edilirdi. Özbəkistanda güləbətinə “zərdüzi” deyirlər.

    Avropada güləbətin

    Avropada güləbətin barokko stilində istifadə edilirdi.

    Ünlü güləbətin tikməçiləri

    • Mehriban Xəlilzadə
    • Xurşudbanu Natəvan

    İstinadlar

    1. ↑”Туркменская вышивка и ювелирные украшения”. 2019-12-29 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2013-12-26 .
    2. ↑”TurizmAz – Ремесло”. 2016-03-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2013-11-14 .
    3. ↑”Ziyadxan Əliyev – Xan qızının “Gül dəftəri ” “. 2016-03-11 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2013-11-16 .
    4. ↑Nizami kitabxanası – Azərbaycan tikmə sənəti [ölü keçid]
    5. ↑Əllə yaradılan möcüzələrArxivləşdirilib 2020-01-30 at the Wayback Machine. Şərq.- 2011.- 21 may.- S. 12.
    6. ↑Savalan Fərəcov – Lifli rəssamlıq sənəti: tikmələrArxivləşdirilib 2020-07-31 at the Wayback Machine. Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 15.
    • Исскуство золотого шитья у карачай
    • Узбекское Сюзане (вышивка)

    Tənbəkiqabı

    Kəlağayı — ipək sapdan toxunmuş qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna «çarqat» da deyilir. Şəki və Basqal kəlağayıları sırasında «Şah buta», «Saya buta», «Xırda buta» çeşnilərindən daha çox istifadə olunmuşdur.

    Azərbaycanda geniş yayılmış sənətkarlıq sahələrindən biri də bədii tikmə idi. Güləbətin — qızılı və ya gümüşü saplardan istifadə edilməklə icra edilən tikmə növüdür. Əsasən, geyimlərə, məişət əşyalarına (pul kisəsi, tənbəkiqabı, qayçıqabı, möhürqabı, at yəhəri və s.) vurulurdu. Güləbətin tikmə üçün ağır, tünd rəngli parçalardan (məxmər, qanovuz, xara, misqal, tirmə) istifadə olunurdu.

    Digər bədii tikmə növü təkəlduz adlanır. «Təkəlduz» sözü hərfi mənada «tək əllə düz» mənasını verir. Şəki təkəlduz sənətinin vətəni sayılır. Şəkidə ipəkçiliyin başlıca yer tutması burada təkəlduz sənətinin inkişafına böyük təkan vermişdir.

    Muncuqlu tikmənin geniş yayıldığı yerlər Şuşa, Gəncə, Qazax, Naxçıvan, Bakı və Təbrizdir. Muncuqlar xüsusi saplara düzülür, sonra isə pul kisəsinin, daraqqabının, digər əşyaların üzərinə bərkidilir.

    Taxta və rəngli şüşələrin birləşdirilməsi ilə yaranan şəbəkə sənəti daha çox məscid, saray kimi əhəmiyyətli memarlıq abidələrində istifadə edilirdi. Şəbəkənin özəlliyi ondan ibarətdir ki, fiqurlarda yapışqan və mismardan istifadə olunmur. Taxtadan hazırlanan və rəngli şüşə ilə bəzədilən bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə edilirdi. Şəbəkə sənətinin nümunələri Şəki xan sarayında və digər tarixi abidələrdə bu günə qədər qorunub saxlanılmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.