Türkiyə xix əsrin sonları xx əsrin əvvəllərində
Bu zaman Bolqarıstanda yeni üsyan başlandı. 1876-cı ilin aprelində Plovdiv, Vraçin, Tırnovo mahallarında və başqa mahallarda kəndlilər üsyan qaldırdılar. Lakin vahid rəhbərliyə malik olmayan bu dağınıq üsyan türk qoşunları tərəfindən yatırıldı. 15 mindən çox bolqar edam edildi, çoxlu bolqar həbsə alınıb kölə kimi satıldı, minlərlə ev yandırıldı.
Şahin Musavi`nin Blogu
XIX əsrin sonu – XX əsrin əvvəllərində Yaxın Şərq və Afrikada beynəlxalq münasibətlər
- 1894-1897-ci il Yaxın Şərq böhranı. Dövlətlərin mövqeyi.
- Yunan-osmanlı müharibəsi və nəticələri
- Afrikada müstəmləkəçilik siyasəti və İtaliya-Həbəşistan müharibəsi (XIX əsrin 90-cı illəri) Faşod münaqişəsi.
- I Mərakeş böhranı. Alhesiras konfransı (1906-cı il)
Uzaq Şərqdə yapon təcavüzkarlığının genişləndiyi dövrdə Balkanlarda və Türkiyədə yenidən narahatlıqlar artmağa başladı. XIX əsrin 90-cı illərinin ortalarında Osmanlı İmperiyasında növbəti daxili böhran başlandı. Berlin traktatına görə ermənilərə verilən imtiyazlar və onların silahlandırılması erməni terrorunu gücləndirdi. 90-cı illərin əvvəllərində Osmanlı hökumətinə qarşı ermənilərin etirazları silahlı çıxışlarla müşayiət olundu. Sultan Əbdül Həmid erməni çıxışlarının imperiyanın digər ərazilərinə yayılmasının qarşısını almaq üçün silahlı qüvvə istifadə etməli oldu. Bu dövrdə Osmanlı dövlətinə qarşı hər hansı çıxışın yatırılması Türkiyənin beynəlxalq vəziyyətini daha da mürəkkəbləşdirirdi. Qərb dövlətləri belə vəziyyətdən öz maraqları üçün istifadə edib, bu və ya digər formada Osmanlı Türkiyəsinin işlərinə müdaxilə edirdilər. Qərb mətbuatı isə şişirdilmiş məlumatlar dərc edərək (xüsusən erməni məsələsi ilə bağlı) Osmanlı İmperiyasında xristian əhalinin vəziyyətinin acınacaqlı olduğunu və türk hökumətinin üsyan etmiş xristian əhaliyə qarşı repressiya həyata keçirdiyini geniş Avropa ictimaiyyətinə çatdırırdılar. Erməni çıxışlarına təsir göstərən amillərə nəzər yetirsək görərik ki, onlar həm Osmanlı imperiyasındakı daxili-problemlər və maliyyə durumunun bərbad vəziyyətdə olması, eləcə də xarici amillərdən – yəni, böyük dövlətlərin, xüsusən İngiltərə və Rusiyanın Türkiyəni bölüşdürmək və onun ərazilərində öz təsir dairələrini yaratmaq niyyətindən asılı idi. Böyük Britaniya bu dövrdə Türkiyənin düşdüyü çətin vəziyyətdən istifadə edərək öz məqsədlərinə nail olmaq və bu ölkənin daxili işlərinə müdaxilə etməyə çalışırdı. (Aizraeli və Solsberski hökumətləri dövründə ingilis diplomatiyasını (Türkiyəyə münasibətdə) müqayisə et).
İngilis diplomatiyasının antitürk kursunun əsas tələbi Türkiyədə Britaniya nüfuzunun aşağı düşməsi, sultanın Rusiya, Fransa və Almaniyanın təsiri altına düşməsi idi.
Əvvəllər Osmanlı ərazilərinin bütövlüyünü qoruyan Britaniya hökuməti artıq buna can atmırdı. Misirin işğalı türk-ingilis münasibətlərini mürəkkəbləşdirdi.
Rus-türk müharibəsindən sonra İstanbul və boğazları almaq Rusiya üçün əvvəlki tək məqsəd deyildi. Bu arada Rusiya İngiltərənin bölgədə möhkəmlənməsini istəmirdi. Onun üçün zəif Türkiyənin Aralıq dənizindən Qara dənizə gedən yolda gözətçi rolu oynaması daha vacib idi. Bununla yanaşı, İstanbulda Almaniyanın təsiri getdikcə artmaqda idi. Alman zabitləri türk ordusunun məlumatlandırılması və təlimatlandırılması işində yaxından iştirak edirdilər. İstanbuldakı alman zabitlərinin başçısı prussiyalı yunker general fon der Qolts hətta fon der Qolts-paşaya çevrilmişdi. Türkiyədə dəmir yolu inşası konsessiyaları əsasən alman kapitalının əlində idi. Onlar fəal olaraq ingilsiləri türk dəmiryolu və digər müəssisələrdən sıxışdırıb çıxarırdılar. İngilis hökuməti müdaxilə etməklə – yəni erməni məsələsini yenidən qaldırmaq və müdafiə etməklə Sultanı qorxutmağa, onu Misirin işğalı ilə razılaşmağa, rus çarı və alman kayzeri ilə dostluğunu Britaniya dostluğuna dəyişəcəyinə ümid edirdi. Bununla o, Türkiyəni yenidən Palmerston və Pizraeli dövründə olduğu kimi ingilis təsirinə tabe etməyə ümid edirdi.
Bunun üçün Böyük Britaniya digər məqsədləri də var idi. Məlumdur ki, Hindistana dəniz yolu Misirdə və Qahirədəki Britaniya ağalığı ilə təmin edilirdi. Lakin Hindistana quru yolu da mövcud idi və ingilis diplomatiyası bu dövrdə Əfqanıstandan savayı İran, İraq (Mesapatomiya), Ərəbistan yarımadası və Kiçik Asiyanı nəzarətə almağa səy göstərirdi. Bu coğrafiya Avropa ilə Hindistan arasında körpü rolunu oynayırdı. Hind okeanı, xüsusən də Fars körfəzini əhatə edən geniş əraziləri diqqət mərkəzində saxlamış Britaniya diplomatiyası bu dövrdə həmin əraziləri tam olaraq Britaniya təsiri altına salmağı hədəfləmişdi.
İngiltərə Bəhreyn adalarını İrandan aldı. İngilis diplomatiyasının gördüyü tədbirlər nəticəsində Fars körfəzi və Ərəb dənizi sahillərində yerləşən bir sıra ərəb sultanları və şeyxləri İngilis protektorluğu altına salındı. Keçmiş vassallarının İngilis asılılığı altına düşməsi türk sultanını xeyli təsirləndirdi.
Keyptaun-Qahirə dəmiryolu layihəsinin davamı olaraq Qahirə-Kəlküttə layihəsi hazırlandı. Londonda mərkəzi Hind okeanı olan qüdrətli Asiya-Afrika İmperiyasının konturları çizilməyə başlanıldı.
Yaxın Şərqdə öz xarici siyasi məqsədlərinə çatmaq üçün əsas vasitə kimi İngilis hökuməti bir-birinin ardınca (əvəz edən) iki diplomatik metoddan istifadə etdi: ermənilər yaşayan vilayətlərdə islahatlar aparmağı tələb edərək sultana təzyiq göstərmək; (Burada ingilis diplomatiyası ləyaqətli görünməyə çalışaraq liberal və humanist ifadələrdən istifadə edirdi).
Bəzən isə İngiltərə kapitalist siyasətinin işğalçı təbiətini bütün çılpaqlığı ilə göstərirdi. Belə ki, islahatlar keçirmək haqqında liberal çağırışlar açıq-aydın şəkildə Türkiyənin bölüşdürülməsi haqqında işğalçı planlarla əvəzlənirdi. İngiltərənin islahatlar tələbi, müdaxilə ilə hədələyərək sultanı qorxutmaq cəhdləri onların Misirdə olması ilə Əbdülhəmidi razılaşdırmağa məcbur etməyə xidmət edirdi. Böyük Britaniyanın üstün təsirini bərpa etməyə nail olmayan ingilis diplomatiyası türk padşahının ərazilərinin bölüşdürülməsi layihəsinə müraciət etdi. Osmanlı Türkiyəsinin bülüşdürülməsi zamanı “iri tikələri” ələ keçirməyə çalışan ingilis diplomatiyasını amerikalı tarixçi Lancer belə səciyyələndirir: “Solsberri siyasətinə görə İngiltərə götürə biləcəyi qədər götürür, götürə bilmədiyindən isə əl çəkməli olurdu”.
İngilis-alman münasibətlərinin pisləşməsi səbəbindən Britaniya kabinetində ingilis-rus münasibətlərinin yumşaldılması tendensiyası müşahidə olundu. Bu dövrdə Rusiya ilə Böyük Britaniya arasında Pamirdə sərhədlərin dəqiqləşdirilməsi haqqında danışıqlar gedirdi. Bu danışıqlar 1895-ci ilin martında müqavilə imzalanması başa çatdı. İngilis diploamtiyası ruslarla Türkiyənin hissə-hissə bölüşdürülməsi haqqında razılığa gəlməyə çalışırdı. İngilis diplomatiyası Misirdə İngiltərənin ağalığının Rusiya tərəfindən tanınmasını istəyirdi. Bunun müqabilində İngiltərə Rusiyaya ermənilər yaşayan vilayətləri işğal etmək imkanı verirdi. Lakin Rusiya İngiltərə diplomatiyasının əsas məqsədini – Türkiyə ilə Rusiya əlaqələrini pozmaqda maraqlı olduğunu anlayır və Türkiyənin bu ərazilərini işğal etməyə böyük səy göstərmirdi.
1894-cü ilin avqustunda Sasunda baş vermiş erməni-osmanlı qarşıdurmasından istifadə edən ingilis hökuməti əvvəl böyük dövlətlərə xarici konsulların iştirakı ilə hadisə yerində tədqiqat aparmaq təklif etdi, sonra isə 1895-ci ilin fevralında sultandan həyata keçirilməsi tələb olunan islahatlar layihəsi hazırladı.
Almaniya və onun iki müttəfiqi bu layihəni rədd etdi. Alman hökuməti alman kapitalının Türkiyədə geniş yayılmasına çalışırdı.
Əksinə çar hökuməti və onun müttəfiqi Fransa ingilis təklifi ilə razılaşdı. Onlar ingilislərə sərbəst hərəkət etməyə imkan vermək istəmirdilər. Bununla yanaşı, onlar ingilislərin sultana təzyiqini azaltmağa səy göstərirdilər. Fransa Respublikası Misirdə ingilislərə qarşı mübarizədə sultanı dəstəkləməkdə maraqlı idi. Buna görə də 1894-1896-cı illər ərzində erməni məsələsinə qarışmış bu üç ölkə arasında mübarizə gedirdi: ingilis hökuməti sultana təzyiqləri gücləndirməyə səy göstərir, rus və fransız hökumətləri tələbləri minimuma endirməyə çalışırdılar.
1895-ci ilin yayında baş nazir Solsberri antitürk siyasətində daha da irəli gedərək Türkiyənin bölüşdürülməsi planını irəli sürdü. O, bu işdə özünə tərəfdaş kimi almanları görürdü. Bu, İngiltərə Şərqi Afrikadakı Zeylu ərazisini İtaliyaya güzəştə getməsi haqqında italyan hökumətinin xahişi ilə başladı. Bu xahiş alman hökuməti tərəfindən dəstəkləndi. Solsberri imtina etdi, lakin Osmanlı imperiyası iki vilayətini – Tripolitaniya və Albaniyanın İtaliyaya verilməsinə hazır olduğunu bildirdilər. Bu ərazilərə Avstriya-Macarıstanın maraqlı olduğu səbəbindən — İngiltərə hökumətinin bu təklifi rəsmi Berlini Üçlər İttifaqını dağıtmaq məqsədilə etdiyi qənaətinə gətirdi.
İngiltərənin Misirdə möhkəmlənməklə yanaşı, Türkiyə bölüşdürülərkən Mesapatomiya, Ərəbistana və Kritə iddia etdiyi aydın oldu.
Solsberri Almaniyada Albaniyanın İtaliyaya verilməsinin yolverilməz hesab edildiyini öyrəndikdə Aalyanlara başqa ərazilər, məsələn Mərakeş və hətta Tunisdə Fransanın hesabına kompensasiya verməyin mümkünlüyünü bildirdi. O, boğazlar haqqında məsələdə Rusiya ilə razılaşmağa hazır olduğunu bildirdi.
Lakin nə alman kayzeri, nə də onun hökuməti bu variantı dəstəkləmədi. İngilis-alman antoqonizmi artıq o qədər dərin və kəskin idi ki, qarşılıqlı inamsızlıq və ziddiyyətli maraqları onlara razılığa gəlməyə imkan vermirdi. Rəsmi Berlin hesab edirdi ki, Solsberrinin əsas məqsədi qitənin bütün dövlətlərini bir-biri ilə vuruşdurmaqdır. Onların bu qənaəti əsassız deyildi. Çar hökuməti İngiltərənin Krit adasındakı Suda limanını ələ keçirməyə hazırlaşdığı haqda məlumatlar aldı.
1895-ci il noyabrın 1-də Avstriya-Macarıstan altı ölkənin donanmalarını boğazlara göndərməsini təklif etdi. Burada məqsəd (Avstriya-Macarıstanın ehtiyat etdiyi) Rusiyanın separat səaliyyətinin qaşısını almaq idi. İngiltərə hökuməti Avstriyanın təklifini rədd etdi.
Solsberri sultana təzyiq göstərmək üçün öz donanmasına boğazlara daxil olmaq əmri verməyə hazır idi. Lakin donanmanın I lordu Qoşen etiraz etdi. O, hesab edirdi ki, əgər ingilis donanması boğazlara daxil olarsa tələyə düşmüş kimi rus və fransız eskadralarının arasında qalacaq. 1895 noyabr kabinet (ingilis) Dardenelə donanma göndərilməsini qeyri-mümkün hesab etdi.
1896-cı il avqustun 26-da erməni silahlı dəstələri İstanbuldakı Osmanlı bankının binasını ələ keçirdi. Onlar binadan türk polisinə atəş açaraq beynəlxalq maliyyə oliqarxiyasının bu nümayəndəliyində qorunan qiymətli kağızlar və əşyalarla birlikdə partladacaqları ilə hədələməyə başladılar. Erməni təşkialtları erməni xalqının müdafiəsi üçün müdaxilə etmək xahişi ilə xarici səfirliklərə müraciət etdilər.
Osmanlı bankının erməni silahlıları tərəfindən ələ keçirilməsi hakimiyyəti tədbirlər görməyə vadar etdi. Türkiyədə vəziyyət kritik hala düşdü. Maliyyə dairələri (hansı ki, onlar ya erməni, ya yunan, ya da qərbli idilər) maddi maraqlarını təmin etmək məqsədilə dövlətlərin müdaxiləsinə çağırırdılar (“anarxiya” təhlükəsi qarşısında). Britaniya diplomatiyasına kömək məqsədilə Aralıq dənizinin şərq hissəsinə Maltadan güclü ingilis eskadrası göndərildi. Bu eskadranın boğazlara girib-girməyəcəyi müəmmalı idi.
Sultan rus səfiri (İstanbuldakı) Nolidova müraciət edərək ingilislərin nə istədiklərini öyrənməsini xahiş etdi. “Tam olaraq bizimlə birgə Dardanelin müdafiəsi haqqında müqavilə bağlamaq haqqında danışırlar. Amma onların ikiüzlüyünü bilərək belə sazişlərə yalnız əsaslar göstərilmədən getmək olmaz” – Nelidovun məlumatı belə oldu. Nelidov Bosforda avropa aksiyasının keçirilməsini özləri üçün xüsusi təhlükəli hesab edirdi. Onun fikrincə belə aksiya onları həmişəlik Qara dənizə qapaya bilərdi. Peterburqda xarici, xüsusən də Britaniya donanmasının boğazlarda görünməsi təhlükəli qiymətləndirilirdi. Rus hökuməti ingilis hökumətinə bildirdi ki, britaniya donanması dərhal Bosfora daxil olacaq. Şərq böhranı başlananda çar hökuməti hər hansı şəkildə olursa-olsun İngiltərənin boğazlarda möhkəmlənməsinə yol verməyəcəyini qətiləşdirmişdi. “Rusiyanın boğazlardan savayı başqa çıxışı olmayan cənub ticarəti tamamilə İngiltərənin tam ixtiyarına verilmiş olacaq” – Sobonov-Rostovski deyirdi.
Çar diplomatiyası xarici donanmaların boğazlarda görünməsi məsələsinə kəskin münasibətini bildirdi. Fransa hökuməti isə əksinə fransız kapitalının maraqları baxımından xarici gəmilərin burada görünməsi əleyhinə deyildi. Lakin o öz müttəfiqlərinə qarşı çıxmaq fikrində deyildi.
İngilis diplomatiyası təkbaşına hərəkət edə bilmədi: çünki Almaniya və Rusiya buna qarşı çıxış edirdi. İstanbulda erməni qiyamı yatırıldıqdan sonra Türkiyədəki ingilis səfəri F.Kerri müqavilə bağlamaq təklifi irəli sürdü. O, Nelidov və fransız səfiri ilə görüşündə Rusiya və Fransanın yaxınlaşmasının arzuolunan olduğunu qeyd etdi. Burada məqsəd sultana birgə təzyiq göstərib ya onun baş vəziri (sədrəzəmi) dəyişməyə məcbur etmək, ya da Türkiyədə “Avropanın təminat verdiyi qayda”nı yaratmaq idi.
Nelidov, eləcə də rəsmi Peterburq bununla razılaşmadı. “Mən İngiltərə ilə belə müqavilənin bağlanmasının tam (qəti) əleyhinəyəm. Bu Türkiyənin hissə-hissə bölüşdürülməsinə birinci addımdır.” – II Nikolay bildirdi. I Nikolayın Hamilton Seymurla görüşündən (1853) sonra London və Peterburqun rollarını dəyişdirdiyini görürük.
1896-cı il sentyabrın sonunda II Nikolay Şotlandiyaya səfər edib kraliça Viktoriya ilə görüşdü. Kraliça və baş nazir Solsberri çara ingilis-rus “yaxınlaşması” ideyasını aşılamağa səy göstərdi: sultan hakimiyyətdən kənarlaşdırılmalı; Misir İngiltərəyə qalmalı; boğazlar məsələsində Rusiyanın xeyrinə güzəştin mümkünlüyünə eyham vuruldu.
Misirin ingilislərə verilməsinə rusların razılaşmasının əslində fransız-rus ittifaqını dağıtmağa hədəfləndiyini başa düşməmək çətin deyildi. Ona görə də II Nikolay bundan imtina etdi. Lakin çar (İngiltərənin baş nazirinə) sultana təklif ediləcək islahatlar layihəsinin hazırlanmasına razılıq verdi. Bu layihə İstanbuldakı xarici ölkə səfirləri tərəfindən hazırlanmalı idi. Sultan bundan imtina edəcəyi təqdirdə güc tətbiq olunmalı idi.
Fransanın mövqeyi
Avropa səfərinə çıxmış II Nikolay Londondan Parisə getdi. Onu burada mürəkkəb məsələlərin müzakirəsi gözləyirdi. Onun səfəri zamanı XİN Sobanov-Rostovski gözlənilmədən (1896-cı il avqustun 30-da) vəfat etdi. Əvəzinə XİN təyin edilmədi. Onsuz da xarici siyasət məəsələlərində səriştəsiz olan çarı ondan da səriştəsiz olan XİN-ə müvəqqəti rəhbərlik edən Şışkin II Nikolayı səfər zamanı müşəyət etdi (Bu səfər zamanı çara lazımı məsləhət verəcək bir şəxs yox idi).
Türkiyədə vəziyyətlə bağlı fransız hökumətinin də qayğıları artdı. Yaxın Şərq Rus imperiyası kimi fransız kapitalının ixracatı üçün vacib bölgə idi. Yalnız Türkiyədə 2,5 mlrd. bəlkə də 3 mlrd. frank sərmayə qoyulmuşdu. Bu məbləği dəyərləndirmək üçün qeyd etmək lazımdır ki, xaricdə fransız kapitalının ümumi investisiyalarının həcmi təxminən 27 mlrd. franka yaxın idi. Beləliklə, Fransanın ixrac etdiyi kapitalın 10%-i Türkiyədə idi. Osmanlı dövlət borcunun 60%-i təxminən 1,5 mlrd. frank fransızların əlində idi. 336 mln. Frank türk dəmiryolu tikintisinə qoyulmuşdu. 160 mln. franka yaxın sərmayə Türkiyədə sənaye və ticarət müəssisələrinə, 176 mln. isə fransız banklarının Yaxın Şərqdəki şöbələrinə qoyulmuşdu (səh. 339)
Əslində fransız banklarının ixtiyarında daha böyük məbləğlər var idi. Fransızlar Osmanlı borcu idarəsində birinci yer tuturdular. Osmanlı bankında üstün mövqe və təsir gücü Banque de Paris et des Pays Bas və Union Parisienne ilə bağlı bankir evləri qrupuna aid idi. İngilis kapitalı daha çox Britaniya imperiyası hüdudlarında və Amerikada investisiyaların qoyulmasında maraqlı idi. İngilislər Türkiyədə öz fəaliyyətlərini genişlənməsində az maraqlı idi və Türkiyədə fransız kapitalından geri qalırdı. Rusiyanın bölgədə status quonun görünüb saxlanması siyasəti və Osmanlı imperiyasının parçalanmasına münasibəti Fransa hökumətinin və fransız kapitalının maraqlarına tam cavab verirdi. İstanbuldakı fransız səfiri Kambonrus səfiri Nelidova deyirdi: “Türkiyənin yaxın qonşusu olan Rusiya daha çox siyasi, ərazi və hərbi-dəniz maraqlarına müvafiq davranır. Boğazlar məsələsi onun üçün I dərəcəlidir. Fransa isə əksinə maddi maraqları güdür: belə ki, 3 mlrd. fransız pulu türk istiqrazları və müəssisələrinə qoyulmuşdu. İlkin razılaşma olmadan müttəfiqlər öz maraqlarını müdafiə etmək üçün toqquşa bilər”.
Türkiyəyə qarşı separat çıxış etməyi qərarlaşdırmayan ingilis diplomatiyası 1896-cı ilin oktyabrın 20-də böyük dövlətlərə nota ilə müraciət edərək türk paytaxtındakı xarici səfirlərə islahatlar layihəsi işləyib hazırlamağı tapşırmaq təklifini etdi. Bu islahatlar yalnız ermənilər yaşayan ərazilər deyil, bütün Osmanlı imperiyasını əhatə etməli idi. Rusiya, eləcə də Fransa ilə razılığa gələ bilməyən ingilis diplomatiyası “avropa konserti” metoduna müraciət edərək istəyinə çatmağa çalışdı.
Bununla bağlı Nelidov öz layihəsini hazırladı. Bu layihəyə görə Nelidov Bosfora donanma yeridib boğazın hər iki tayına desant çıxarmağı təklif edirdi. Çarın iştirakı ilə keçirilən müşavirədə Vitte və Lamzdart Nelidov layihəsinə qarşı çıxdılar. Onlar bu layihənin həyata keçirilməsinin müharibəyə gətirib çıxaracağından ehtiyatlanırdılar.
Fransızlar Osmanlıda islahatlar keçirilməsinə aşağıdakı şərtlər yerinə yetiriləcəyi təqdirdə razılaşacaqlarını bildirdilər: 1) Osmanlı imperiyasının ərazi bütövlüyünün qorunub saxlanması; 2) onun üzərində altı dövlətin kondomimumun ləğv edilməsi; 3) böyük dövlətlərin hər birinin hər hansı formada separat hərəkətlərinin istisnası.
Sonuncu şərt Nelidov layihəsi həyata keçirilməsini qeyri-mümkün edirdi.
Çar hökuməti Fransanın mövqeyini dəstəklədi və nəticədə Nelidov layihəsi qəbul edilmədi.
1894-1896-cı il Yaxın Şərq böhranı nəticəsində Osmanlı imperiyasında vəziyyət əvvəlki tək qaldı. Səfirlər tərəfindən islahatlar layihəsi hazırlandı, amma sultana təqdim olunmadı.
İngilis kabinetinin liberal islahatlar keçirmək istəyinin əsas məqsədi bu tələblər vasitəsilə sultana İngiltərənin təsirinə qaytarmaq idi. Solsberri sultanı ələ almaq, onun Fransa və Rusiya ilə yaxınlaşmasının qarşısını almaq üçün bütün yollardan istifadə etdi. 1896-cı ilin sonunda ingilis hökuməti ingilis təsirinə dönməsi əvəzinə sultana böyük maliyyə yardımı vəd etdi. O dövrdə Əbdül Həmid tərəddüd etsə də, bir tərəfdən rus-fransız qrupuna, digər tərəf isə Almaniyaya meyl edirdi. Bəzən isə onları İngiltərə ilə barışmaq ehtimalının mümkünlüyü ilə qorxudurdu.
1894-1896-cı il böhranı zamanı Osmanlı diplomatiyası böyük dövlətlər arasında ziddiyyətlərdən istifadə etməyə əsaslanırdı. Əbdül Həmid bunu xüsusi məharətlə edirdi. Onun siyasətini alman səfiri Marşall belə səciyyələndirirdi: “… O çox gözəl bilirdi ki, osmanlı sarayında kimlər Rusiya, Fransa, İngiltərə və digər dövlətlərin şahmat fiqurudur”.
Dövlətlərarası ziddiyyətlərdən istifadə edən sultan bütün vasitə və metodlara əl atırdı. Osmanlı diplomatiyası şəxsən sultanın özü tərəfindən yürüdülürdü. Əbdül Həmidin rejimi və “zülm” diplomatiyası haqqında Nelidov yazırdı: “Bütün diplomatik işlər İldızda (sultan iqamətgahı) həll edilirdi. Osmanlı səfirlərinə vacib təlimatlar və xarici nümüyəndələrə məlumatlar buradan göndərilirdi. Onların (sənədlərin) tərtibi ilə Əbdül Həmid özü məşğul olurdu. 90-cı illər Şərq böhranı zamanı öz rejimini qoruyub saxlamağı bacaran Əbdül Həmid əsas məqsədinə çatdı”.
Beynəlxalq aləmdə hər iki blok arası barışmaz ziddiyyətlər, qarşılıqlı inamsızlıq və şübhələr qorunub saxlanılmaqla müvəqqəti əməkdaşlıq yaradıldı.
Yapon-çin müharibəsinə müdaxilə ilə başlamış birgə əməkdaşlıq Yaxın Şərq böhranı zamanı İngiltərəyə qarşı Türkiyəni birgə dəstəkləmək əsasında davam etdi. 1887-ci il Aralıq dənizi və Balkan Antantasının möhkəmlənməsi yolu ilə Avstriya-Macarıstan və İtaliya İngiltərə ilə yaxınlaşmağa cəhd etdilər. Bu cəhdlər uğur qazanmadı. İngilis kabineti əvvəllər olduğu kimi bu dövrdə də Rusiya və Fransaya qarşı olan müqavilələrlə razılaşmadı. İngiltərənin Üçlər İttifaqının başçısı ilə münasibəti korlandı.
Alman hökumətinə gəlincə isə, o İngiltərənin əvvəl Uzaq Şərqdə, indi isə Yaxın Şərqdə təcrid vəziyyətində qalmasından məmnun idi. Alman diplomatiyası rus-ingilis ziddiyyətlərini kəskinləşdirməyə çalışdı. Almaniya bir tərəfdən Türkiyədə status quonu qoruyub saxlamaq uğrunda Rusiyanı ingilsilərlə mübarizədə dəstəkləyir, digər tərəfdən İngiltərəni Rusiyaya qarşı qaldırmağa çalışırdı. O, Peterburqa ingilislərə qarşı əməkdaşlıq vəd edərək rus hökumətini boğazları tutmağa sövq edirdi.
Rus diplomatiyasının fəaliyyəti zəif qiymətləndirilir. O bu dövrdə Fransa ilə ittifaqı möhkəmlətmək, Almaniya ilə bir sıra məsələlərlə bağlı əməkdaşlıq etmək (fransız-rus ittifaqına xələl yetirmədən), Uzaq Şərqdə ekspansiyasını genişləndirmək, yaxın Şərq məsələsinin “dondurulması”, Misir məsələsində İngiltərəyə qarşı çıxış etmək və s. həyata keçirirdi. (səh. 345)
1897-ci ilin əvvəllərində Yaxın Şərqin xalq kütlələri yenidən beynəlxalq vəziyyətə və böyük dövlətlərin diplomatiyasına təsir göstərdi. 1897-ci ilin fevralında Krit adasında yunan əhalisinin üsyanı baş verdi. Krit adasında yunan əhalisinin üsyanı baş verdi. Üsyançılar osmanlı idarəçiliyindən tam azad olmaq və “vətənlərinə” – Yunanıstana birləşməsini tələb edirdilər. Onlar heç bir halda osmanlı imperiyası çərçivəsində muxtariyyət istəmirdilər. Böyük dövlətlər yunan üsyanının həllini muxtariyyət verməkdə görürdülər. Krit üsyanının təsiri Yunanıstana keçdi. Öz taxtını itirmək istəməyən kral və yunan hökuməti üsyançılara kömək məqsədilə krit sularına hərbi gəmilər göndərdi və desant çaxardı. Dövlətlər, xüsusın də Almaniya Yunanıstana qarşı çıxdı. Kayzer öz təşəbbüsü ilə danışqlara müdaxilə etdi.
O, Berlindəki bütün böyük dövlətlərin səfirlərinə baş çəkərək yunan donanmasına yaxşı birləşmiş hərbi-dəniz qüvvələrini təşkil etməyi təklif etdi. Lazım gələrdisə Pireyin blokadasını elan etməyi də təklif etdi. Kayzer alman kapitalının Türkiyəyə daxil olması üçün bu ölkəni dəstəklədi. İngilis hökuməti “Osmanlı imperiyası çərçivəsində Kritə tam muxtariyyəti sultan verməlidir” – bildirdi.
Rus hökuməti kompramis təklif etdi: sultan Kritə muxtariyyət verməli, dövlətlər yunan hökumətinə öz silahlı qüvvələrini Kritdən çıxarmaq təklifi ilə ultimatum göndərməli idilər. Yunanıstan buna əməl etmədikdə ona qarşı məcburedici tədbilər görülməli idi. Bu təklif qəbul edildi. Martın 2-də böyük dövlətlərin nümayəndələri, türk və yunan hökumətlərinə oxşar notalar təqdim etdilər.
Türkiyə tələbləri qəbul etdiyi halda, Yunanıstan rədd etdi. Yunan hökuməti bəyan etdi ki, o muxtariyyətlə razılaşa bilməz və o Kritin Yunanıstana birləəşməsini tələb edir. Böyük dövlətlərin qarşısında Yunanıstana qarşı məcburedici tədbirlər görmək məsələsi durdu. Nəticədə Kritin blokadası elan olundu. Lakin İngiltərə birgə fəaliyyətdən (aksiyadan) imtina etdi.
Yunan hökuməti dövlətlərlə hesablaşmaq niyyətində deyildi. O, bəyan etdi ki, əgər onlar Yunanıstanın Kriti ələ keçirməsinə mane olsalar, bu zaman Makedoniyadakı və Türkiyənin digər yerlərdəki (ərazilərində) yunan əhalisinin usyanını qaldıracaq və Makedoniyaya öz ordusunu yeridəcək.
1897-ci il martın 13-də Yunanıstanda ümumi səfərbərlik elan edildi. Sultan öz qüvvələrini yunan sərhədində cəmləşdirdi. İngiltərə də daxil olmaqla dövlətlər Volo limanını mahasirəyə almaq haqqında razılığa gəldilər. Dəmir yollarının (kifayət qədər olmaması) səbəbindən Fessaliyada yerləşən yunan ordusuna ərzaq məhz buradan aparılırdı.
Aprelin 17-si yunan qoşunları Türkiyəyə qarşı hərbi əməliyyatlara başladılar. Almaniya tərəfindən qızışdırılan sultan müharibə elan etməklə cavab verdi.
Osmanlı dövləti qüvvələr nisbətincə əhəmiyyətli dərəcədə üstün idi. Qısa zaman ərzində Osmanlı ordusu yunan ordusunu darmadağın etdi. Osmanlılar Attika qapılarına yaxınlaşdılar. Tərəflər arasında barışıq əldə etmək üçün böyük dövlətlər müdaxilə etdilər.
Alman kayzerinin səyləri ilə Yunanıstan öz silahlı qüvvələrini Kritdən çəkməyə və Osmanlı imperiyası tərkibində muxtariyyatla kifayətlənməyə razı oldu. Lakin sultan artıq buna razılaşmırdı, o, Fessaliyanın ona verilməsini və müharibə xərci tələb etdi. Rus çarı II Nikolay sultana şəxəsn məktub yazaraq onu güzəştə getməyə çağırdı. Əbdül Həmid razılaşdı. Mayın 19-u barışıq imzalandı. Sentyabrın 18-i isə status quo anti bellum – müharibədən əvvəlki vəziyyətin bərpası – əsasında sülh imzalandı. Fessaliyada Türkiyənin xeyrinə sərhədlərdə müəyyən dəyişikliklər olundu. Yunanıstana maliyyə durumunun acınacaqlı vəziyyətdə olması səbəbindən böyük dövlətlərin maliyyə oliqarxiyalarının xeyrinə beynəlxalq nəzarət təyin olundu. Kritə geniş muxtariyyət verildi.
Uzun mübahisələrdən sonra 1898-ci ildə dörd dövlətin – İngiltərə, Rusiya, Fransa və İtaliyanın mandatı ilə adanın komissarı şəhzadə yunanıstanlı Georq təyin edildi. Almaniya və Avstriya-Macarıstan etiraz etdilər.
Onlar öz gəmilərini və hərbi kontingentlərini adadan geri çağırıb dövlətlərin “konsertindən” çıxdı. Almaniya “öz fleytasını stol üzərinə qoydu” – Almaniya xarici işlər üzrə yeni stats-katibi Byulov bunu belə səciyyələndirmişdi.
Sultanın əldə etdiyi qələbəyə baxmayaraq Krit faktiki olaraq ondan alındı. Buna baxmayaraq yunanlar üzərində qələbə türk ordusunun hələ kifayət qədər güclü olduğunu numayiş etdirdi. Osmanlı imperiyası, eləcə də Əbdül Həmidin “rejiminin” ömrünü uzatdı.
- İtaliya-həbəş müharibəsi 1895-1896-cı illəri əhatə edir. Şərq böhranı zamanı Afrikada baş verən hadisələr gözlənilməz oldu: Avropa dövləti İtaliya Afrika xalqı tərəfindən dağıdıcı məğlubiyyətə düçar oldu.
1895-ci il oktyabrında Eritreyadan Həbəşistana təcavüz edən 17-20 min nəfərlik italyan ordusu 1896-cı il 28 fevral-1 mart arasında baş vermiş Adna döyüşündə tam olaraq darmadağın edildi. İtalyan ekspedisiya ordusunun biabırçı məğlubiyyəti Krispi hökumətini istefaya getməyə məcbur etdi. Maliyyə cəhətdən sıxıntı keçirən İtaliya müharibəni davam etdirə bilmədi. Krispini əvəz edən Rudini kabineti həbəşlərlə sülh imzaladı. Əddis-əbəbə sülh müqaviləsinə görə (26 oktyabr 1896) İtaliya Hıbəşistanın tam müstəqilliyini tanıdı.
Faşod münaqişəsi 1898-ci ildə ingilislərlə fransızlar arasında baş verddi. Bu dövrdə Nilin yuxarı hissəsinə sahiblənmək üçün həlledici döyüşdə ingilislər uğur qazandı. Fransız kapitanı Morsanın ekspediyası Nilin sağ sahilində Faşod adlı yeri tutdu. Köhnə Misir qalasının xarabalıqları üzərində fransız bayrağı qaldıran Marsan yerli tayfaların başçıları ilə protektaratlıq haqqında müqavilə imzaladı.
İngilis generalı Kitçener fransızların Faşodu ələ keçirməsindən xəbər tutduqda Marşana geri çəkilməyi və ingilis nüfuz dairəsinə müdaxilə kimi qiymətləndirib bu ərazini tərk etməyi tələb etdi.
Qüvvələr nisbətincə ingilislər fransızlardan qat-qat güclü idi. Zəif mövqeyə malik fransız qoşunlarına 1898-ci ilin noyabr ayında Faşodu tərk etmək əmri verildi. Fransa Baxr-el Qazıl əyalətindən və Nilə çıxmaqdan imtina etdi. Fransa Britaniyaya qarşı təslim oldu. 1899-cu ilin fevralında tərəflər arasında danışıqlar başlandı. 1899-cu ilin martın 21-də İngiltərə və Fransa arasında saziş imzalandı. Hər iki dövlətin Afrikadakı ərazilərinin sərhədləri müəyyənləşdi. Fransa Nil vadisindən tamamən kənarlaşdırıldı. Fransa və İngiltərənin Afrikadakı torpaqlarının sərhədləri – bir tərəfdən Çad gölü və Konqo çayı hövzəsi, digər tərəfdən isə Nil hövzəsi müəyyən edildi. Fransa imtina etdiyi ərazilərin əvəzinə Darfurun qərbində Sudanın xeyli hissəsini aldı.
1905-1906-cı illərdə beynəlxalq böhran
Birinci Mərakeş böhranı
Fransanın Almaniya təcavüzündən qorxması əbəs deyildi. Alman hökuməti 1904-cü ilin sonunda rus hökuməti ilə ticarət müqaviləsi bağladı. Müqavilə daha çox Almaniyanın xeyrinə idi. Bununla kifayətlənməyən Almaniya imperatoru II Vilhelm Rusiya çarı II Nikolayla Rusiya ilə Almaniya arasında ittifaq bağlamaq haqqında şəxsi danışıqlara başladı. Belə bir müqavilənin bağlanması fransız-rus müttəfiqliyinin sonu və Rusiyanın Fransaya qarşı istifadə olunması demək idi. Lakin o vaxt Rusiya ilə ittifaq bağlamaq mümkün olmadı. Yalnız 1905-ci ildə Finlandiyada Byörkö adası yaxınlığında görüş zamanı II Vilhelm və II Nikolay müttəfiqlik haqqında saziş bağladılar. II Nikolay Sank-Peterburqa qayıtdıqdan sonra nazirlərin tələbi ilə öz imzasından imtina etdi. Rus-alman müttəfiqliyi haqqında danışqların uğursuz nəticələnməsi Fransa üçün olan təhlükəni aradan qaldırmadı. Çünki Yaponiya ilə olan müharibədə biabırcasına məğlub olan və xeyli dərəcədə zəifləyən Rusiya inqilab girdabına düşmüşdü. Belə şəraitdə Rusiya Fransaya heç cür yardım edə bilməzdi.
Buna görə alman diplomatiyası ingilis-fransız Antantasının əleyhinə çıxdı. Almaniya kansleri Bülöv Fransanı qorxutmaq, İngiltərə ilə əməkdaşlıqdan çəkindirmək və Mərakeşdə möhkəmlənməsinə imkan verməmək Almaniya diplomatiyası iftira və qorxutmaq metodlarından istifadə edirlər. 1905-ci il martın 31-də II Vilhelm Mərakeşin Tancer limanına gedərək, orda etdiyi çıxışında Mərakeşin müstəqil olduğunu göstərdi. Bunun ardınca Almaniya hökuməti Mərakeşə dair beynəlxalq konfrans çağırmaq tələbi ilə çıxış etdi. Alman diplomatiyası konfransdan istifadə edərək Mərakeşə dair ingilis-fransız sövdələşməsini ləğv etmək istəyirdi. Almaniyanın tələbini yerinə yetirmək istəmədikdə Fransa müharibə təhlükəsi qarşısında qalırdı.
Britaniya hökuməti belə vəziyyətdə Fransaya hərbi yardım göstərməyə hazır olduğunu bildirdi. İngilis diplomatiyası bununla hələ də İngiltərədən zəif olan alman hərbi-dəniz donanmasını Fransanın əli ilə ləğv etməyə çalışırdı.
Fransanın xarici işlər naziri Delkasse alman təklifinin əleyhinə cavab vermək tərəfdarı idi. Lakin Nazirlər Şurasının sədri Ruvye və respblikanın prezidenti Lube onunla razılaşmadılar. Nəticədə Delkasse istefaya getdi. Ruvye isə Mərakeş məsələsinə dair Almaniya ilə danışqlara başladı. Fransa Mərakeş haqqında məsələnin beynəlxalq konfransda müzakirə edilməsinə razı oldu.
Mərakeş məsələsinə dair beynəlxalq konfrans 1906-cı ilin əvvəlində İspaniyanın Əlhəsiras şəhərində toplandı. Mərakeş məsələsinə dair konfransın çağrılması faktı alman diplomatiyasının qələbəsi olsa da ingilis-fransız diplomatiyasının məğlubiyyəti demək deyidi. Konfransda Almaniya təcrid olunmuş vəziyyətə düşdü. İngiltərə, Rusiya və hətta formal olaraq Almaniya ilə müttəfiq olan İtaliya da konfransda Fransanı müdafiə etdi. ABŞ diplomatiyası da eyni mövqeni tutdu. Konfransın qəbul etdiyi qərarlara görə Mərakeş müstəqil və suveren dövlət elan edildi. Bununla brlə, konfransın digər qərarları Mərakeşin müstəqillik və suverenlik hüquqlarını pozurdu. Belə ki, Mərakeş polisinin yaradılması Fransa və İspaniyanın əlində cəmləşdirildi. Bu isə daha çox Fransanı qane edirdi. Fransız hökuməti qayda-qanunu qorumaq adı altında Mərakeşdə öz nüfuzunu gücləndirməyə imkan qazanırdı.
Konfransda Almaniyanın xeyrinə də bəzi güzəştlər edildi. Mərakeşin dövlət bankı alman, ingilis, fransız və ispan banklarının iştirak etdiyi konsorsium əsasında qurulurdu.
Bütövlükdə konfransın qərarlarından razı olmayan alman diplomatiyası Mərakeşin bölüşdürülməsindən az da olsa pay almaq istəyirdi. Beləliklə, Mərakeşdə nüfuz dairələri uğrunda mübarizə hərbi təhlükənin mənbələrindən biri id.
Mərakeş böhranının ciddi beynəlxalq nəticələri oldu. O, dövlətlər arasındakı ixtilafları nəinki həll etmədi, əksinə onları yeni mərhələyə qaldırdı. Bundan sonra dövlətlər silahlanmaya və ordu quruculuğuna xüsusi diqqət yetirməyə başladılar. Belə ki, ingilis hökuməti təkcə müstəmləkələrə deyil, eyni zamanda böyük Avropa müharibəsi ocağı olacağı təqdirdə Fransa və Belçikaya göndərilmək üçün quru qoşunlar yaratmaq haqqında qərar qəbul etdi.
Müəllif: Məlikova Zümrüd. Bakı Slavyan Universiteti, Beynəlxalq Münasibətlər kafedrası baş müəllimi.
QEYD: MƏQALƏDƏN İSTİFADƏ ZAMANI İSTİNAD ZƏRURİDİR!
XIX əsr – XX əsrin əvvəllərində dövlətlərarası münasibətlər
XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropanın böyük ölkələri dövlətlərarası münasibətlərdə hakim rol oynayırdı. Sənaye çevrilişinin genişlənməsi müstəmləkələr ələ keçirmək uğrunda mübarizəni kəskinləşdirdi. Bu mübarizə hərbi-siyasi blokların yaranmasına səbəb oldu.
I Napoleon müharibələri
1804-cü ildə imperator titulunu qəbul edən I Napoleon bütün Avropanı özünə tabe etmək istəyirdi. Bunun üçün isə əvvəlcə Böyük Britaniyanı məğlub etmək lazım idi. Buna cavab olaraq Böyük Britaniya, Avstriya, İsveç və Rusiya ona qarşı növbəti koalisiya qurdular. 1805-ci ildə Trafalqar döyüşündə ingilis donanması qalib gəldi. Lakin Napoleon Avstriya və Rusiyanı Austerlits döyüşündə məğlub etdi. 1806-cı ildə Müqəddəs Roma imperiyasına rəsmən son qoyuldu. Sonra Prussiya məğlub edildi. I Napoleon dövlətlərarası münasibətlərdə Vestfaliya sülhündən sonra yaranmış status-kvoya (mövcud vəziyyətə) son qoydu.
Dünyanın ən güclü dəniz donanmasına malik olan İngiltərəni məğlub edə bilməyəcəyini anlayıb ona qarşı qitə blokadası tətbiq etdi. Fransadan asılı və müttəfiq dövlətlərə Böyük Britaniya ilə ticarət əlaqələri saxlamaq qadağan olundu. I Napoleonun hərbi strategiyası sürətli hərəkətə və qələbə üçün qüvvələri bir cəbhədə cəmləşdirməyə əsaslanırdı. 1807-ci ildə Rusiyanı məğlub edərək Tilzit sülhü bağlayan I Napoleon onu da qitə blokadasına qoşulmağa məcbur etdi. Lakin qitə blokadası iqtisadi cəhətdən güclü olan Böyük Britaniyaya deyil, Fransa və ondan asılı olan dövlətlərə mənfi təsir göstərdi. Rusiya qitə blokadasını pozaraq Böyük Britaniya ilə əlaqələri yenidən qaydaya saldı. Bu və Avropada bir sıra məsələlərdə mənafelərin toqquşması 1812-ci ildə I Napoleonun Rusiyaya yürüşünə səbəb oldu. O, Moskvanı ələ keçirsə də, lakin qışın düşməsi və rusların partizan müharibəsi taktikasından istifadə etməsi bu yürüşün uğursuzluğu ilə nəticələndi. I Napoleona qarşı Avropa dövlətlərinin yeni koalisiyası yarandı. 1814-cü ildə müttəfiqlər Parisə daxil oldular və I Napoleonu hakimiyyətdən kənarlaşdırdılar.
Vyana konqresi
1814-cü ildə bütün Avropa dövlətləri Vyana konqresində toplandı. Konqresin məqsədi I Napoleon müharibələrindən sonrakı dövlətlərarası münasibətlərin yeni qaydalarını müəyyən etmək idi. Konqresdə aparıcı rolu İngiltərə, Rusiya, Avstriya və Prussiya oynayırdı. Konqresin qərarına görə, I Napoleondan geri alınan ərazilərdə etnik prinsip əsasında dövlətlərin yaradılması deyil, onların monarxiyalar arasında bölüşdürülməsi qaydası tətbiq olundu. Fransanın inqilabdan əvvəlki sərhədləri bərpa edildi. Rusiya Polşanın bir hissəsini ilhaq etdi. Böyük Britaniya Malta, Seylon və Afrikanın cənubuna sahib oldu.
Vyana konqresinin qərarına əsasən, alman dövlətləri konfederasiyada birləşdi. Ümumi müdafiə prinsipinə əsaslanan Almaniya konfederasiyasında Avstriya və Prussiya əsas rol oynayırdı.
1814–1815-ci illər Vyana konqresindən sonra Avropada münasibətlər müntəzəm olaraq çağırılan konqreslərlə tənzimlənməyə başlandı. Güc tarazlığına və monarxiyaların hakimiyyətini qoruyan legitimliyə (qanuniliyə) əsaslanan dünya düzəni quruldu. Bu sistemin əsasını qoyanlardan biri Avstriya imperiyasının Xarici İşlər naziri Klemens Metternix idi. XIX əsrin birinci yarısında Avropada dövlətlərarası münasibətlər “Metternix sistemi”nə görə tənzimlənirdi. Bu sistem monarxiya sülalələrinin legitimlik prinsipinə əsaslanırdı. Yəni hər bir dövlət hakim sülalənin hökmdarına məxsus hesab edilirdi.
“Şərq məsələsi”
XIX əsrdə dövlətlərarası münasibətlərdə “Şərq məsələsi” önəmli yer tuturdu. Siyasi anlayış kimi ilk dəfə Rusiya tərəfindən Vyana konqresində irəli sürülmüş bu məsələdə məqsəd Osmanlı dövlətinin ərazilərini işğal etmək və bölüşdürmək idi. Çar Rusiyasının İstanbulu və boğazları işğal etmək istəyi Qərbi Avropa dövlətlərinin maraqlarına uyğun deyildi.
Ona görə də onlar 1853-cü ildə Rusiyanın Osmanlı dövlətinə qarşı başladığı Krım müharibəsində Osmanlı dövlətini müdafiə etdilər. Başlıca döyüş meydanı Krım olduğu üçün belə adlanan bu müharibədə Böyük Britaniya, Fransa və Sardiniya Rusiyaya qarşı vuruşdu. Rusiyanın məğlub olduğu müharibə 1856-cı ildə Paris sülh konfransı ilə başa çatdı. Konfrans Vyana konqresindən sonra Avropada yaradılmış güc tarazlığını yenidən nizama saldı.
Balkan yarımadası və Osmanlı dövlətinin ərazi bütövlüyü konfransda iştirak edən Avropa dövlətlərinin ortaq təminatı altına alındı. Müqaviləyə görə, Qara dəniz bütün dövlətlərin hərbi gəmilərinə qapalı elan edildi. Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququnu itirdi. Osmanlı dövləti bu müharibədə qalib gəlsə də, ilk dəfə olaraq xarici dövlətlərdən borc almışdı.
Balkanları təsir dairəsinə almaq istəyən Rusiya 1877-ci ildə yenidən Osmanlı dövlətinə qarşı müharibəyə başladı. İstanbula doğru irəliləyən rus qoşunlarının hücumunu dayandırmaq üçün İngiltərə donanması işə qarışdı. 1878-ci ildə imzalanan San-Stefano sülhünə görə, Osmanlı dövləti bir sıra ərazilərini itirdi.
Rusiyanın Balkanlarda möhkəmlənməsi və Şərqi Anadoluda bir sıra əraziləri işğal etməsi İngiltərənin, Almaniyanın və Avstriya-Macarıstanın mənafeyinə zidd idi. Ona görə də San-Stefano sülhünün şərtlərinə yenidən baxılması üçün 1878-ci ildə Berlin konqresi çağırıldı. Konqresin qərarlarına görə, Serbiya, Çernoqoriya (Montoneqro) və Rumıniyanın müstəqilliyi tanındı. Bolqarıstan Osmanlı dövlətindən asılı knyazlığa çevrildi. Qars, Ərdahan və Batum Rusiyaya ilhaq edildi. San-Stefano müqaviləsindən fərqli olaraq, Makedoniya, Şərqi Anadoluda Bəyazid Osmanlı dövlətində qaldı.
Berlin konqresinin qərarlarına görə, Kipr Böyük Britaniyaya icarəyə, Bosniya-Hersoqovinanın idarə edilməsi isə müvəqqəti olaraq Avstriya-Macarıstana verildi.
Konqresin qərarları Rusiyanın Almaniya və Avstriya-Macarıstanla ziddiyyətlərinin artmasına səbəb oldu.
Güc tarazlığından rəqabət mübarizəsinə
1862-ci ildə Otto fon Bismark kansler təyin edildikdən sonra Prussiya Almaniyanın birləşdirilməsi üçün fəal siyasət yürütməyə başladı. Prussiyanın güclənməsi Fransanı narahat edirdi. Almaniyanın birləşdirilməsi Fransanın mənafeyinə zidd idi. 1866-cı ildə Avstriyanın məğlub edilməsindən sonra Almaniyanın birləşdirilməsi üçün Prussiyanın qarşısında maneə olan yeganə qüvvə Fransa idi. III Napoleon Prussiyaya qarşı müharibə üçün bəhanə axtarırdı. İspaniya taxtına namizədlik uğrunda mübarizə müharibənin başlanmasına bəhanə oldu. Nəticədə 1870–1871-ci illər Fransa–Prussiya müharibəsi baş verdi. Fransanın məğlub olduğu bu müharibənin bitməsi ilə Almaniyanın birləşdirilməsi başa çatdırıldı. Tərəflər arasında bağlanmış sülh müqaviləsinə görə, Almaniya Elzas və Lotaringiyanı ilhaq etdi. Fransa ona təzminat verməli oldu. Almaniyanın birləşdirilməsi nəticəsində Vyana konqresindən sonra Avropada yaranmış güc tarazlığı dəyişdi.
1870-ci ildən 1890-cı ilə qədər Avropada dövlətlərarası münasibətlərə Bismarkın xarici siyasəti təsir etdi. O, Avstriya və Fransanın məğlubiyyətindən sonra yaranan güc tarazlığını saxlamağa çalışırdı. Əvvəlcə Fransanın təcrid olmasını təmin etdi. Onun Avropanın digər monarxiyaları ilə əlaqələrini kəsmək üçün ölkədə respublika rejimini dəstəklədi. Bismark İngiltərənin böyük iqtisadi gücünə, müstəmləkələrinin genişliyinə və dünyanın ən güclü dəniz donanmasına sahib olmasına əsaslanan üstünlüyü ilə hesablaşırdı.
«Almaniyanın geosiyasi* mövqeyi»
“[. ]Coğrafî mövqeyimiz səbəbi ilə məqsədimizə nail olmaq üçün digər dövlətlərdən daha çox çalışmalıyıq. Avropanın mərkəzində yerləşirik. Ən az, üç cəbhədən hücuma məruz qala bilərik. Halbuki Fransanın müdafiə ediləcək yalnız şərq, Rusiyanın isə qərb sərhədləri var. Bundan başqa, dünya tarixinin ümumi gedişi, coğrafî mövqeyimiz və bəlkə də, almanların digər millətlərlə müqayisədə bu günə qədər birliyə malik olmaması səbəbindən düşmənlərin yaratdığı təhdidlərə digər xalqların olmadığı qədər açığıq. Tanrı qonşuluğumuza fransızlar kimi ən təcavüzkar xalqı yerləşdirmişdir. Ötən əsrlərdə bu gün çatdığı səviyyələrə çatacağı xəyal belə edilə bilməyəcək Rusiyanın müharibəpərəst fəaliyyəti genişlənmişdir. İki yandan da təhdid altındayıq”.
Bismarkın parlamentdəki çıxışından.
1888-ci il. Tarix. İstanbul, 2002, səh. 217
Bu dövrdə İngiltərə münaqişələrdə iştirak etməmək üçün təcridçilik siyasəti yürüdürdü. İngiltərənin Avropadakı tarazlığa önəm verməsi də Bismarkı bu tarazlığı pozmamağa məcbur edirdi.
Bismark tarazlığı qorumaq üçün müxtəlif dövlətlərlə ittifaqlar qururdu. 1879-cu ildə Avstriya-Macarıstanla müqavilə bağlandı. 1882-ci ildə İtaliya da bu ittifaqa qoşuldu və “Üçlər ittifaqı” yarandı. Müxtəlif mənafeləri olan dövlətlərin bir ittifaqda birləşdirilməsi Bismarkın diplomatik ustalığını göstərirdi. Onun imperatorla fikir ayrılığına görə 1890-cı ildə istefasından sonra Almaniya dünya miqyasında imperialist siyasətini gücləndirdi. Bu isə onun rəqibləri olan Fransa, Rusiya və İngiltərənin yaxınlaşmasına səbəb oldu. 1890-cı illərin birinci yarısında Fransa və Rusiya ittifaq müqaviləsi imzaladı. Bununla da, Bismark tərəfindən həyata keçirilən Fransanın təcridedilmə siyasətinə son qoyuldu.
Böyük dövlətlər arasında rəqabət
XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropanın böyük dövlətləri arasında rəqabət kəskinləşdi. 1873–1895-ci illərin iqtisadi böhranı satış bazarları və xammal ehtiyacını zəruri problemə çevirdi. Müstəmləkələr sahəsində rəqabət daha güclü idi. Böyük dövlətlərin hamısı öz müstəmləkə ərazilərini genişləndirməyə çalışırdılar. Bu isə Avropa dövlətləri arasında mənafelərin toqquşmasına və ziddiyyətlərin kəskinləşməsinə səbəb olurdu. İngiltərə və Rusiya hələ XIX əsrin ikinci yarısından etibarən Əfqanıstan uğrunda mübarizəyə başlamışdılar. İngilislər Hindistanın sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır, Rusiya isə Hind okeanına yaxınlaşmaq istəyirdi. Afrikada Fransa və İngiltərə mübarizə aparırdı. Rəqabət mübarizəsi iqtisadi və hərbi sahələrdə də gedirdi. Bu amillər dövlətlərarası münasibətlərdə gərginliyi artırır və yeni ittifaq sistemlərinin yaranmasına şərait yaradırdı. Almaniyanın güclənməsi qitədə heç bir dövlətin güclənməsini istəməyən İngiltərənin də ənənəvi xarici siyasətinə zidd idi.
İngiltərə sənayesi Almaniya sənayesi ilə rəqabətdə uduzurdu. Həmçinin Almaniyanın öz hərbi dəniz donanmasını gücləndirməsi dənizlərdə hakim olan İngiltərəni narahat edirdi.
Bütün bu amillər hələ XIX əsrin sonlarına qədər düşmən olan dövlətləri: İngiltərə, Fransa və Rusiyanı yaxınlaşdırdı. Bu, XIX əsrdə İngiltərənin Baş naziri və Xarici İşlər naziri olmuş Henri Palmerstonun “İngiltərənin daimi dostu və düşməni yoxdur, daimi mənafeyi var” prinsipinin sübutu idi
XX əsrin əvvəllərində Fransa ilə Böyük Britaniya arasında yaxınlaşma başladı. Almaniyanın güclənməsi bu yaxınlaşmanın əsas səbəbi idi. Fransa və İngiltərə müstəmləkələrlə bağlı ziddiyyətlərdə razılığa gəldi və 1904-cü ildə Antanta* adlanan saziş imzaladı. Bu saziş Fransanın vasitəçiliyi ilə İngiltərə və Rusiyanın barışmasına da şərait yaratdı. 1907-ci ildə İngiltərə və Rusiya arasında müqavilənin bağlanması ilə Antanta ittifaqının yaranması başa çatdı. Beləliklə, Avropa bir-birinə düşmən olan iki bloka bölündü.
Böhranlar dövrü
XX əsrin əvvəllərində Avropada bir çox dövlətlərarası böhranlar baş verdi. Balkanlardakı vəziyyət sülh üçün daha böyük bir təhdid təşkil edirdi. Avstriya-Macarıstan və Rusiya Osmanlı imperatorluğunun zəifləməsindən istifadə edərək bu bölgədəki təsirlərini artırmağa çalışırdı. Rusiya 1904–1905-ci illər müharibəsində Yaponiyaya məğlub olandan sonra diqqətini Balkanlara yönəltmişdi. Burada slavyan xalqlarını, xüsusilə də müttəfiqi olan Serbiyanı himayə edirdi. Balkanlarda yaranacaq bir böhran mövcud ittifaqlar (Avstriya-Macarıstanın müttəfiqi olan Almaniya və İtaliya, Rusiyanın müttəfiqi olan Fransa və İngiltərə) arasında münaqişəyə səbəb ola bilərdi. 1908–1913-cü illər arasında Balkanlarda bir neçə böhran baş verdi:
• 1908-ci ildə Avstriya-Macarıstan Osmanlı dövlətinin zəifləməsindən istifadə edərək Bosniya-Hersoqovinanı ilhaq etdi. 1905-ci il inqilabı nəticəsində zəifləyən Rusiya buna müqavimət göstərə bilmədi.
• Osmanlı imperatorluğu Birinci Balkan müharibəsində (1912–1913) Balkan dövlətlərinin təşkil etdiyi ittifaq tərəfindən məğlub edildi.
Lakin qaliblər arasında işğal edilmiş ərazilərin bölüşdürülməsi uğrunda mübarizə 1913-cü ildə başlayan İkinci Balkan müharibəsinə səbəb oldu. Bu müharibə iki imperialist dövlətlər bloku arasındakı rəqabəti daha da dərinləşdirdi. Ardıcıl baş verən bu böhranlar ayrı-ayrı ölkələrdə millətçiliyi gücləndirdi.
“Şliffen planı parlaq olduğu qədər də strateji cəhətdən qüsurlu plan idi. Tarixi təcrübə Böyük Britaniyanın Belçikanın işğalı ilə razılaşmayacağını və müharibəyə daxil olacağını göstərirdi. Lakin bu həqiqət Kayzer və Alman Baş qərargahının diqqətindən qaçmış görünürdü”.
H.Kissincer. “Diplomatiya”, səh. 229
- Teqlər:
- tarix
- , XX əsr tarixi
- , beynəlxalq münasibətlər tarixi
- , siyasi tarix
TÜRKİYƏ XIX əsrin 70-ci illərinin əvvəllərində iqtisadi böhran
Avropa dövlətlərinin uzun müddət Osmanlı imperiyasına qarşı başladıqları təzyiqlər, embarqolar ona qarşı formalaşdırılan qruplaşmalar dövlətin hərbi-strateji imkanlarını daha da sarsıtdı və XIX əsrin 70-ci illərinin əvvəllərində Osmanlı imperiyasını yenidən şiddətli iqtisadi böhran bürüdü.
XIX əsrin 50-70-ci illərində keçirilən və Osmanlı dövlətinin yarımfeodal əsaslarına toxunmayan səthi inzibati islahatlar ölkənin məhsuldar qüvvələrinin inkişafına yol aça bilmədi və kütlələrin vəziyyətini heç də yaxşılaşdırmadı. Bu islahatlar ntəicəsində meydana çıxan yeni bürokratiya amilləri, feodal mühitindən çıxmış tamahkar məmurlar qruplaşması və əhalinin idarə edilməsi sahəsində köhnə feodalların bütün üsul və adətlərini saxlamışdı. Saray məmurlarının himayəsi altında soyğunçuluqla məşğul olan məmurların əsas vəzifəsi nə yolla olursa-olsun əhalini soymaqdan ibarət idi. Maliyyə vəziyyətinin getdikcə pisləşdiyini görən hökumət rüşvətxor məmurların hər cür neqativ əməllərinə göz yumurdu . Bir tərəfdən bu tələbləri yerinə yetirmədikləri halda öz vəzifələrində qalmayacaqlarını bilən, o biri tərəfdən isə əmtəə-pul münaisbətlərinin bir qədər inkişafı ilə əlaqədar olaraq öz ehtiyac və tələblərini ödəməyə çalışan əyalət canişinləri, o cümlədən valilər görünməmiş özbaşınalıqlar edirdilər.
Bu özbaşınalığın əsas hədəfi əvvəlki kimi yenə də kəndlilər idi. 70-ci ilin əvvəllərində vergi zülmü yenidən gücləndi. 1874-cü ildə əşar vergisi 25 faiz artırıldı. Verginin artırılması hökumətə , həmçinin valilərə və iltizamçılara kəndliləri daha çox soymaq imaknı verdi. İltizamçılar tərəfindən natura şəklində alınan bu vergidən başqa pul vergisi də qoyulmuşdu ki, bunu da əsasən dövlət məmurları toplayırdılar.
Kəndlilər bir sıra hallarda vergi zülmünə qarşı üsyan qaldırıb vergi toplayanlara hücum edir, vergi siyahılarını ələ keçirib məhv edirdilər.
Kəndlilər təkcə ağır vergilərdən deyil, habelə onların məhsulları üçün məcburi qoyulmuş aşağı qiymətlərdən, məhsullarını bir vilayətdən başqa vilayətə apararkən alınan daxili gömrüklərdən də xalq olduqca narazı idi . Bu gömrüklər bir də ona görə sənaye və ticarətə böyük zərər vururdu ki, xaricilər həmin gömrüklərdən azad idi. Nəhayət, xalqın təzyiqi altında 1874-cü il martın 13-də xalqın istəmədiyi bu gömrük ləğv edildi. Lakin daxili dəniz nəqliyyat xəttləri ilə daşınan mallar üçün gömrük alınması saxlanılmışdı. Hökumət ləğv edilən daxili gömrüklərin əvəzini, əşar vergisini 25 faiz artırmaqla ödədi. Əşar vergisinin artırılması daxili gömrüklərin ləğv olunması nəticəsində meydana gələn kəsirdən təxminən on dəfə çox idi.
Ölkədə ağır yarımfeodal zülmü və hökm sürən özbaşınalıq kənd təsərrüfatının inkişafını ləngidir,nəticədə kəndliləri müflisləşdirir və onları daim aclıq, yoxsulluq və hüquqsuzluq şəraitində saxlayırdı. Təbii olaraq quraqlıqdan, təbii fəlakətdən sonra ölkədə qıtlıq olan kimi dərhal aclıq başlanırdı. 1873-cü ildə məhz belə oldu. Həmin il quraqlıq nəticəsində bütün Kiçik Asiyanı dəhşətli aclıq bürüdü. Aclıq 1874-cü ildə də davam etdi. Bir çox kəndlilər şəhərlərə qaçdı. Əyalətlərin əksər kəndləri boşalmışdı,hətta aclıqdan ölənləri basdırmağa adam və vəsait çatmırdı. Çox yerdə meyitləri quduzlaşmış itlər yeyirdi. Yem olmadığından mal-qara qırılması kütləvi hal almışdı.
Hökumət aclıqla mübarizə üçün nəinki heç bir tədbir görmədi, hətta kəndlilərdən qəti surətdə tələb edirdi ki, həm öz vergilərini, həm də məcburiyyət qarşısında qalaraq ölkəni tərk edənlərin də əvəzinə vergi ödəsinlər.
Bu dövürə yalnız imperialist maraqları çərçivəsində düşünən xarici kapitalistlər də Türkiyənin iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. 1874-cü ilin dekabrında xaricilərə sənaye konsessiyaları verilməsi haqqında qanun qəbul edildi. Ölkəyə doluşan müxtəlif fırıldaqçılar konsessiya alaraq sənaye müəssisələri tikmək əvəzinə, bunlardan möhtəkirlik üçün istifadə edirdi.
Odur ki,hökumətin şəxsi maraqları üzərində qurulmuş daxili və xarici siyasəti nəticəsində,xarici kapitalın hökmranlığı ilə bu siyasət Türkiyəni maliyyə iflası dərəcəsinə gətirib çıxardı. 1875-ci ildə Türkiyənin xarici borcları son dərəcə böyük məbləğə, yəni 5,3 milyard franka çatmışdı. Lakin əslində bu borcun yalnız 3 milyard frankı və ya 56 faizi Türkiyəyə verilmişdi. Həmin il Osmanlı bankı konsessiyasının vaxtı daha 20 il uzadıldı və adətən dövlət bankının görməli olduğu xəzinədarlıq vəzifələri də ona tapşırıldı. Xarici malalrın rəqabəti bir sıra sənaye sahələrinin, o cümlədən dəyirmanların, ipəkçiliyin tənəzzülünə səbəb oldu.
Kənd təsərrüfatının tənəzzülü, aclıq, sənaye durğunluğu, xarici iqtisadi təzyiqlər ölkənin maliyyə iflasını daha da sürətləndirdi. 1875-1876-cı maliyyə ilində (il. Martın 13-dən başlanırdı) büdcədə nəzərdə tutulan 570, 5 milyon frank əvəzinə yalnız 380 milyon frank vəsait toplanmışdı. Hökumət 1875-ci il oktyabrın 6-da elan etməyə məcbur oldu ki, qarşıdakı beş il ərzində öz borclarını iki dəfə az həcmdə ödəyə biləcəkdir. Bu qərar ona səbəb oldu ki, türk valyutası dəyərini itirdi və öz qiymətinin təxminən 30 faizinədək aşağı düşdü. Beləliklə, maliyyə böhranı öz növbəsində ölkədə iqtisadi böhranın daha da dərinləşməsinə, bu isə eyni zamanda şiddətli siyasi böhrana səbəb oldu. Siyasi böhranın ilk təzahürü Osmanlı əsarətinə qarşı Balkan xalqlarının yeni üsyanlarında özünü göstərdi.
1875-1876-cı illərdə Hertsoqovina, Bosniya və Bolqarıstanda Osmanlı imperatorluğuna qarşı üsyanlar
İqtisadi böhranla əlaqədar olaraq Balkanlarda məzlum xalqların istismarının güclənməsi, bu yerlərdə çoxdan bəri davam edən narazılığı daha da kəskinləşdirdi. Bolqarıstanda Vasili Levskinin başçılığı altında inqilabçı demokratlar ümumxalq üsyanına müntəzəm şəkildə hazırlıq aparmağa başlamışdılar. Antiosmanlı hərəkatının qarçısını almaq məqsədilə 1872-ci il dekabrın axırlarında Levski həbs olundu və 1873-cü il fevralın 6-da edam edildi. Üsyan etmiş xalqlara, o cümlədən bolqarlara qarşı şiddətli cəza tətbiq edildi.
Balkanlarda ən geniş milli-azadlıq hərəkatı 1875-ci ilin mayında əvvəl Hertsoqovinada baş verən və tezliklə Bosniyanı da bürüyən hərəkat idi. Üsyan üçün bəhanə əşar vergisinin 25 faiz artırılması oldu. Üsyan gedişində kütlələrin tələbləri getdikcə artırdı. Biyarın ləğv edilməsi, vergilərin azaldılması, iltizam sisteminin, əmək mükəlləfiyyətinin və hərbi hissələrin xüsusi evlərdə yerləşdirilməsi mükəlləfiyyətinin tamamilə ləğv edilməsi tələbləri irəli sürüldü. Üsyançıların əsas hissəsini kəndlilər təşkil edirdi. Tezliklə üsyanın proqramına yeni siyasi tələblər də əlavə edilərək türk feodallarını Hertsoqovinadan və Bosniyadan tamamilə qovulmasına nail oldu. Şəhər əhalisi də kəndlilərin köməyinə gəldi və üsyan ümumxalq xarakteri aldı. Üsyana Peko Pavloviç, Luka Petkoviç və digərləri rəhbərlik edirdi. Hertsoqovina və Bosniyadakı üsyanları Serbiyada, Bolqarıstanda, başqa Balkan ölkələri iləyanaşı, həmçinin Rusiyada da antiosmanlı çıxışları müdafiə olunurdu.
Balkanlarda antiosmanlı çıxışlarını yatırmaq üçün 1875-ci ilin payızında üsyançılara qarşı 35 min nəfərlik türk ordusu göndərildi. Bu orduya qarşı 13-14 min nəfər üsyançı vuruşurdu. Lakin türk ordusu ümumxalq xarakteri daşıyan bu üsyanı hələlik yatıra bilmirdi. Əslində yatıra bilərdi, amma Osmanlı hokuməti kütləvi qırğınlara yol vermək istəmirdi.Çünki bu dövürdə Osmanlı dövlətinə qarşı Avropa dövlətlərinin hərbi koalisiyası formalaşmaqda idi.Yalnız Almaniyanın mövqeyi hələlik qapalı qalmışdı.
Nəticədə Hertsoqovina və Bosniya üsyanının beynəlxalq miqyasda müdafiəçiləri meydana çıxdı.Bu üsyan həmçinin Osmanlı imperatorluğuna qarşı “Yaxı Şərq” böhranına səbəb oldu, çünki üsyan Balkanlarda böyük dövlətlərin mənafeyinə toxunurdu.Bununla yanaşı İngiltərə ehtiyat edirdi ki, Osmanlı imperiyası parçalanar və Rusiya üsyandan istifadə edərək Balkanlarda öz nüfuzunu genişləndirər. Avstriya-Macarıstan qorxurdu ki, üsyan onun öz slavyan təbəələrinə təsir göstərə bilər və buna görə Rusiyaya qarşı siyasətdə İngiltərə ilə əlbir idi. Bunu da nəzərə almaq lazımdır ki, 1870-ci ildə Prussiya ilə müharibədə Fransanın məğlubiyyətindən istifadə edən Rusiya 1856-cı il Paris müqaviləsinin Rusiyaya Qara dənizdə donanma saxlamağı və Qara dəniz sahillərində istehkamlar timəyi qadağan edən maddələrinə bundan sonra riayət etməyəcəyini bildirmişdi. Həmin müqaviləni imzalamış olan dövlətlər 1871-ci il martın 13-də saziş bağlayıb Rusiya hökumətinin tədbirlərinə razılıq verməyə məcbur oldular. Lakin həmin sazişdə bir daha təsdiq olunmuşdu ki, bütün ölkələrin, o cümlədən Rusiyanın da hərbi gəmiləri boğazlardan keçməməlidir. Buna baxmayaraq Rusiyanın mövqeyi möhkəmləndi və 1875-1876-cı illərin “Yaxın Şərq” böhranında Rusiya böyük rol oynadı. Rusiyanın təkidi ilə dövlətlər 1876-cı il yanvarın 31-də Türkiyədən kollektiv surətdə tələb etdilər ki, Bosniya və Hertsoqovinada inziabti islahatlar keçirsin. Rusiyanın təkliflərinə İngiltərə, Avstriya-Macarıstanın və başqa dövlətlərin müqavimət göstərməsi nəticəsində üsyan rəhbərləri razı olmayıb bildirdilər ki, türk qoşunları Bosniya və Hertsoqovinadan çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.
Bu zaman Bolqarıstanda yeni üsyan başlandı. 1876-cı ilin aprelində Plovdiv, Vraçin, Tırnovo mahallarında və başqa mahallarda kəndlilər üsyan qaldırdılar. Lakin vahid rəhbərliyə malik olmayan bu dağınıq üsyan türk qoşunları tərəfindən yatırıldı. 15 mindən çox bolqar edam edildi, çoxlu bolqar həbsə alınıb kölə kimi satıldı, minlərlə ev yandırıldı.
Türk qoşunlarının görünməmiş cəza tədbirləri Rusiyada və Qərbi Avropada güclü qəzəb hissi oyatdı. Bolqarlar bir daha əmin oldular ki, yalnız Rusiya onları Türkiyənin əsarətindən xilas edə bilər.
Aprel üsyanı “Yaxın Şərq böhranının” daha da kəskinləşməsinə səbəb oldu. Rusiyanın öz mənafeyini güdmək məqsədi Osmanlı hökuməti xristian təbəələrinin vəziyyətini yüngülləşdirmək istəyində olduğunu bəyan edən zaman İngiltərə, Avstriya-Macarıstan və başqa dövlətlərin müqavimətinə rast gəldi. Bu dövlətlər Türkiyə ilə Rusiya arasında hərbi toqquşma salamq üçün əllərindən gələni edirdilər.Eyni zamanda imperiyalar müstəmləkə ərazilərini rəsmiləşdirmək dünyanın ərazilərini rəsmiləşdirməş,dünyanın bölüçdürülməsi idilər ərəfəsindəni
Sultan Əbdüləzizin hakimiyyətdən devrilməsi və 1876-cı il
konstitusiyasının elan edilməsi. Parlamentin çağrılması.
1853-1856-cı il Krım müharibəsindən sonra Türkiyənin Avropa dövlətləri yanında nüfuzu xeyli yüksəldi. Türkiyə bundan istifadə edərək beynəlxalq münasibətlərini yenidən tənzimləməyə cəhd göstərirdi, amma daxili stabilliyin olmaması,sinfi ziddiyyətlərin hələ də qalması müəyyən problemlərin qalmasına səbəb olurdu. Ölkəni dərin iqtisadi və siyasi böhrana gətirib çıxarmış olan hakim dairələrin siyasəti Türkiyə də ümumxalq narazılığa səbəb olmuşdu. Belə bir şəraitdə yeni osmanlıların siyasi fəaliyyəti yenidən canlandı. Onların rəhbəri Namiq Kamal 1871-ci ildə mühacirətdən qayıtmışdı.Namik Kamal hələ xalq tərəfindən qəbul edilən və böyük nüfuz sahibi olan siyasi xadim idi. Onun 1872-ci ildən nəşr etdiyi “İbrət” qəzeti hökuməti kəskin tənqid edir və əhali tərəfindən böyük həvəslə oxunurdu. Buna görə də hökumət Namik Kamalı həbs etdirib onun qəzetini bağlatdırdı. Bütün qadağa və təqiblərə baxmayaraq yeni osmanlılar öz xarici fəaliyyətini davam etdirirdi. 1875-1876-cı illərdə siyasi böhran kəskinləşdiyi və dövlətlərin müdaxiləsi zamanı yeni osmanlılar xüsusilə geniş fəaliyyətə başladılar.
Bu zaman yeni osmanlıların ən görkəmli və fəal nümayəndəsi Dunay vilayətinin (bütün Bolqarıstan buraya daxil idi) valisi Midhət paşa konstitusiya və islahat tərəfdarı olsa da osmanlı imperiyasında məzlum xalqların milli-azadlıq hərəkatının qəddar əleyhdarı kimi cəza tədbirlərinə əl atdı.
Ölkədəki gərginlikdən istifadə edən Midhət paşa və yeni osmanlılar bütün təqsiri acgöz və israfçı, irticaçı əhvali-ruhiyyəli sultan Əbdüləzizdə və onun hökumətində görərək yuxarıdan çevriliş hazırladılar. Yeni osmanlılar bütün bəlaların əlacını konstitusiyada görürdülər, həm də onlar qurana istinad edərək sübut etməyə çalışırdılar ki, konstitusiyalı quruluş islamın mahiyyətindən irəli gəlir.
Çox çəkmədən yeni osmanlılar öz niyyətini həyata keçirə bildilər. Onlar 1876-cı il mayın 22-də ruhani məktəbləri tələblərinin (softaların) nümayişini təşkil etdilər. Nümayişdə 5 minə yaxın adam iştirak edirdi və onların bir hissəsi silahlanmışdı. Bu zaman sultandan narazı təbəqələr, o cümlədən sənətkarlar, alverçilər və fəhlələr də tələbələrə qoşuldu. Həyəcana gəlmiş 40 min nümayişçi saraya yaxınlaşdı. Qorxuya düşən sultan bütün kabinəni istefaya göndərdi və Midhət paşanının iştirakı ilə yeni kabinə təşkil etdi. Lakin bir neçə gündən sonra sultanın ikiüzlüyü və narazı ünsürlərə divan tutmağa hazırlaşdığı məlum oldu. Buna görə də şeyxülislamın razılığı ilə 1876-cı il mayın 30-da Əbdüləziz hakimiyyətdən devrildi. İslahat tərəfdarı kimi tanınan V Murad hakimiyyətə gətirildi. Bir neçə gün sonra Əbdüləziz öldürüldü.
Bu zaman Balkanlarda vəziyyət daha da gərginləşmişdi. Hersoqovina və Bosniya üsyançılarına yardım etmək üçün Serbiya, sonra da digər müstəmləkə əyalətləri Türkiyəyə müharibə elan etdilər. Lakin müharibə başlanandan iki ay sonra 1876-cı ilin avqustunda Serbiya böyük məğlubiyyətə uğradı. Balkanlarda yaranmış təhlükəli vəziyyət dövlətlər arasında yeni çəkişmələrə səbəb oldu. Türkiyə ilə slavyan xalqları arasındakı ixtilafa dövlətlərin kollektiv müdaxiləsi məsələsini Rusiya yenidən irəli sürdü.
Belə bir gərgin şəraitdə yeni osmanlıların böyük ümid bəslədiyi V Muradın ruhi xəstəliyə tutulduğu məlum oldu. Buna görə də o, avqustun 31-də hakimiyyətdən uzaqlaşdırıldı.Hakimiyyətə V Muradın qardaşı II Əbdülhəmidin əlinə keçdi. Hakimiyyətə keçmək üçün özünü islahat tərəfdarı kimi göstərməyə çalışan II Əbdülhəmid qəddar və qorxaq, hiyləgər və ikiüzlü bir adamidi.
Osmanlı dövləti ilə qısa müddətli barışıqdan sonra Balkanlarda hərbi əməliyyat yenidən başlandı, lakin qeyri-bərabər hərbi imkanlara malik olan və təcrübəli türk ordusu qarşısında davam getirə bilməyən Serbiya yenə də məğlub oldu. Rusiyanın təkidi ilə Türkiyə Serbiya ilə barışıq müqaviləsi imzaladı. Balkanlardakı ixtilafı nizamasalmaq və həll etmək üçün və sülh müqaviləsinin şərtlərini hazırlamaq məqsədilə dekabrın 11-də İstanbulda dövlətlərin konfransı açıldı. Midhət paşa bu ümiddə idi ki, konstitusiyanın elan edilməsi dövlətlərin müdaxiləsinin qarşısını ala bilər, çünki bunun bir neçə maddəsində millətlərin hüquq bərabərliyi nəzərdə tutulmuşdu. Buna görə də Midhət paşa belə bir tədbirin həyata keçirilməsini təkidlə sultanın qarşısına qoydu. Sultan güzəştə gedib Midhət paşanı baş vəzir təyin etdi. 1876-cı il dekabrın 23-də konfrans açılan gün Türkiyədə konstitusiyanın elan edilməsi topların yayılan atəşi ilə elan edildi. Bu tədbir İstanbulda ingilis səfiri ilə irəlicədən danışıq əsasında düzəldilmişdi. Lakin hiylə baş tutmadı. Rus səfiri İqnatyevin başlıca rol oynadığı konfrans türk nümayəndəsinin konstitusiya qəbul edilməsinə dair məlumatını sükutla dinlədi və öz işini davam etdirdi.
Qəbul edilən konstitusiya çox mötədil bir xarakterdə idi. Konstitusiya deputatlar palatasının və nümayəndələri təyin edilən senatın yaradılmasını nəzərdə tuturdu. Konstitusiya nə vətəndaşların seçki hüququ sistemi, deputatların hüquq dərəcəsi,mahiyyətcə demokratik deyildi. Bu, millətçi bir konstitusiya idi və sultanın hüquqlarını əhəmiyyətsiz dərəcədə məhdudlaşdırırdı. Konstitusiyanın maddələrindən biri (113-cü maddə) sultana xoşlamadığı adamlara divan tutmaq imkanı verirdi. Əbdülhəmid məhz bu maddədən layiqincə bəhrələnməkdə idi.Əvvəlki kimi sultan yenə də xəlifə idi və əlində hədsiz hökumranlıq var idi.
Əlbəttəə, bəzi nöqsanlara və çatışmazlıqlara baxmayaraq həmin yarımçıq konstitusiyanın qəbulu öz dövrü üçün və Türkiyə şəraitində mütərəqqi bir hadisə idi. Lakin təəsüflə qeyd edilməlidir ki, konstitusiyada yazılanlar kağız üzərində qaldı. Çünki o zaman Türkiyədə konstitusiyanın dayağı ola biləcək güclü burjuaziya,mübariz fəhlə sinfi yox idi. Məhz buna görə də dövlətlər arasındakı ziddiyyətlər üzündən İstanbul konfransı müvəffəqiyyətsizliyə uğradıqdan sonra əlverişli şərait yarandıqda sultan və saray güruhu mütərəqqi fikirli adamlara, birinci növbədə isə yeni osmanlılara, o cümlədən Midhət paşanın özünə divan tuta bildi. Midhət paşa həbsə alınıb ölkədən sürgün edildi. Sonralar o, sultanın yalan vədlərinə inanıb Türkiyəyə qayıtdı və sultan Əbdüləzizin öldürülməsində iştirak etməkdə ittiham olunaraq 1881-ci ildə məhkum edildi, 1883-cü ildə isə həbsxanada öldürüldü.
1877-ci il martın 19-da Türkiyədə birinci parlamentin iclası açıldı. Parlament seçilmiş deputatlardan deyil əyalət inzibati şuralarının üzvlərindən və təyin edilmiş şəxslərdən ibarət idi. Parlamentin 115 “deputatından” 69 nəfəri müsəlman və 46 nəfəri qeyri-müsəlman idi. Parlament üzvlərinin böyük əksəriyyəti sultana tamamilə itaətkar adamlar idi. Lakin belə bir parlamentdə də sultan məmurlarınıtəhqiramiz hərəkətləri ilə alçaldır,onları hədələyirdi.Bu deputatların demek olar ki,heç bir hüquqları yox idi.. Türkiyənin tamamilə müharibəyə hazır olmadığını aşkara çıxaran rus-türk müharibəsi başlandıqdan sonra hökumətin tənqid edilməsi xüsusilə qüvvətləndi.İlk məğlubiyyət hakimiyyətə qarşı narazı qüvvələrin sayını artırmaqda idi.
1877-1878-ci illərdə rus-türk müharibəsi
1613-cü ildən hakimiyyətdə olan Romanovlar sülaləsinin çar-üsul idarəsi despotik xüsusiyyətilə xalqların nifrətini qazanmışdı. Bununla yanaşı çar hökuməti onun üçün müvəffəqiyyətsiz olan 1853-1856-cı illər müharibəsi nəticəsində Balkanlarda və Yaxın Şərqdə itirdiyi mövqelərini və nüfuzunu bərpa etməyə çalışırdı.Hər iki tərədən düşünülmüş bu siyasət çar Rusiyası və Türkiyə arasında yenidən müharibə ilə nəticələndi. Hələ İstanbul konfransı zamanı konfransın müvəffəqiyyətsiz olacağını görən Rusiya çalışırdı ki, qarşıdakı baş vere biləcək müharibədə Avstriya-Macarıstan bitərəf mövqe tutsun. Bu məqsədlə 1877-ci il yanvarın 15-də Budapeştdə hər iki dövlət arasında saziş imzalandı. Sazişə əsasən Avstriya-Macarıstan bitərəfliyinə əvəz olaraq Bosniya və Hertsoqovinanı işğal etmək hüququ alırdı. Beləliklə, Rusiya Avstriya-Macarıstanın bu bitərəfliyi üçün slavyan torpaqlarını güzəştə gedirdi.
Nəhayət, ziddiyyətlər son həddə çatdı və Rusiya 1877-ci il aprelin 27-də Türkiyəyə müharibə elan etdi. Az sonra başlanmış hərbi əməliyyat gedişində türk ordusu bir sıra ağır məğlubiyyətlərə düçar oldu. Bununla əlaqədar olaraq Türkiyə parlamentində ayrı-ayrı deputatlar hərbi nazirin, ordu komandanının və xəzinə oğurlarının, əyanların ünvanına kəskin tənqidlə çıxış edirdi. İyunun 28-də sultan parlamenti buraxıb yeni seçkilər təyin etdi.
Bu zaman isə Asiya və Balkan cəbhələrində Türkiyənin vəziyyəti getdikcə pisləşməkdə idi.Nəhayət, Rumıniya da Rusiya tərəfdən müharibəyə qoşuldu. Bolqar könüllü dəstələri də Türkiyəyə qarşı müharibədə iştirak edirdi. Bu müharibəni onlar azadlıq müharibəsi adlandırırdılar.
Yaranmış ağır vəziyyətdə sultan yeni taktika işlədərək 1877-ci il dekabrın 13-də toplanan ikinci çağırış parlamentə arxalanmaq üçün bir sıra taktiki gedişlər etdi. Lakin bu dəfə də hökumət ünvanına tənqid əvvəlkindən də kəskin oldu. Artıq Türkiyə tam hərbi məğlubiyyətə uğramaq ərəfəsində idi.Nəticədə hər iki tərəfin razılığı ilə barışıq müqaviləsi bağlanması qərara alındı və yanvarın 31-də rus komandanlığının irəli sürdüyü şərtlər əsasında barışıq müqaviləsi imzalanması razılığına gəldilər.Bu şərtlərə əsasən rus qoşunları Şərqi Anadoluda Ərzurumu və İstanbuldan 17 kilometr cənubda yerləşn San-Stefano qəsəbəsini tutmalı idilər.
Sultan və saray dairələri nifrət etdikləri parlamentə divan tutmaq və konstitusiyanı ləğv etmək üçün barışıq bağlanmasından istifadə etdilər. Bu işdə çar hökuməti də onlara tərəfdar idi. 1878-ci il fevralın 14-də yeni parlamentin nə vaxt çağırılacağı göstərilmədi və parlament buraxıldı. Parlamentin fasiləsi 30 il çəkdi.
San-Stefano müqaviləsi. Berlin müahidəsi
1878-ci il martın 3-də San-Stefanoda Türkiyə ilə Rusiya arasında sülh müqaviləsi imzalandı. Müqavilənin əsas şərti müstəqil Bolqar dövlətinin yaradılması və onun isiqlaliyyətinin tanınması idi.Müqaviləyə görə qədimdən bolqarlara məxsus olan ərazilər Bolqar dövləti tərkibinə daxil olmalı və onlara Egey dənizinə çıxış yolu verilməli idi. Müqavilə həyata keçirilsəydi bolqar xalqının əsrlərdən bəri bəslədiyi arzular yerinə yetirilirdi.
Lakin San-Stefano müqaviləsi Qərb dövlətləri, xüsusilə İngiltərə tərəfindən düşməncəsinə qarşılandı. İngiltərə Balkanlardakı mövcud vəziyyətin dəyişməsinə mane olurdu, çünki qorxurdu ki, bu,hadisə Rusiyanın mövqeyinin möhkəmlənməsinə kömək edər.Amma reallıq İngiltərənin diplomatlarının düşündüyü kimi idi və İngiltərənin düşündüyü və irəli sürdüyü müddəaların əsası var idi. Belə ki, Balkanlarda özünü “xilaskar” kimi göstərən Rusiya doğrudan da bu regionda təsir dairəsini daha da genişləndirə bilərdi vəbaşlıca məqsəd ondan ibarət idi. Odur ki, özünün strateji maraqlarını güdən İngiltərə 1878-ci il iyunun 4-də Osmanlı imperiyası ilə qarşılıqlı müdafiə olunmaq haqqında müqavilə bağladı və bunun əvəzində Kipr adasını “müvəqqəti istifadə etmək” üçün aldı.
Belə bir şəraitdə rus diplomatiyası daha çevik fəaliyyətə başladı, nəticədə Rusiya ilə İngiltərə arasında aparılan ilkin danışıqlar nəticəsində ingilis-rus sazişi imzalandı ki, bunda da hər iki dövlət sonrakı Berlin sazişinin əsas şərtləri haqqında irəlicədən razılığa gəlmişdi. İngilis-rus sazişindən sonra sülh müqaviləsinin son mətnini hazırlamaq üçün 1878-ci il iyunun 13-də Berlində dövlətlərin konqresi açıldı. Konqresdə Rusiya, İngiltərə, Almaniya, Avstriya-Macarıstan, Fransa, İtaliya və Türkiyənin nümayəndələri iştirak edirdi. Həmçinin konqresdə Balkan dövlətlərinin nümayəndələri də tam hüququ olmayan üzvlər kimi iştirak edirdilər. İyulun 13-də sülh müqaviləsi, yəni Berlin müahidəsi imzalandı. Müqavilə böyük dövlətlərin ziddiyyətli mənafelərinin nisbətən razılaşdırılması nəticəsində bağlandı. Balkan xalqlarının mənafeyi isə əslində hamıdan az nəzərə alınmışdı.
Müahidə Balkan sıra dağlarının şimalında olan ərazidə muxtar Bolqar dövləti yaradılmasını nəzərdə tuturdu. Balkan sıra dağlarından cənubdakı yerlər Bolqar dövlətindən süni surətdə ayrılıb “Şərqi Rumeliya” adı ilə sultanın hakimiyyəti altında qaldı və buna yalnız inzibati muxtariyyət verildi. Bu vilayətin qubernatorunu böyük dövlətlərin razılığı ilə sultan xristianlardan təyin etməli idi., Serbiya və Rumınya müstəqil dövlətlər kimi tanınır, Bosniya və Hertsoqovina Avstriya-Macarıstanın idarəçiliyinə verilirdi. Ərdəhan, Qars və Batum şəhərləri və bu şəhərlərin mahalları Rusiyanın idarəçiliyinə verilirdi. Türkiyə ermənilər yaşayan vilayətlərdə bir sıra islahatlar keçirməyi öhdəsinə götürürdü. Türkiyə eyni zamanda təzminat vermək haqqında Rusiya ilə xüsusi saziş imzaladı. Bu təzminat nəticəsində Türkiyənin xarici borcu 90 faiz artırdı.
San-Stefano müqaviləsinə nisbətən Berlin müahidəsi Balkanların,ümumiyyətlə slavyan xalqlarının, xüsusilə bolqarların həyat şəraitini xeyli pisləşdirdi. Lakin bu müahidənin özü də bir daha açıq şəkildə göstərdi ki, çar hökumətinin nə kimi məqsədlər güddüyündən asılı olmayaraq Balkan yarımadasının məzlum xalqları üçün Rusiya qisməndə olsa azadlığın təminatçısı rolunu oynadı və xristian təəsübkeşliyini nümayiş etdirə bildi.
Berlin konqresinin gündəliyində “Balkan problemi” olsa da və bu problemlər sadalansa da faktiki olaraq Berlin müahidəsi Balkanlarda olan bir çox dərin ziddiyyətləri və birinci növbədə milli məsələni həll etmədi. Buna görə də Balkanlar kəskin beynəlxalq aləmə məlum olan ziddiyyətlər ocağı olaraq qalırdı.
1877-1878-ci illər müharibəsi türk səltənət rejiminin deformasiyasını bir daha açıq surətdə sübut etdi. K. Marks göstərdiyi kimi, Türkiyənin məğlub olmasının başlıca səbəblərindən biri bu idi ki, “türklər İstanbulda vaxtında inqilab edə bilmədilər” 1 .Türkiyədən həmin dövürdə ideal demokratik dəyişikliklər gözləmək də doğru deyil.Çünki o dövrdə Türkiyədə belə bir inqilab edə biləcək qabaqcıl sinif yox idi. II Əbdülhəmid o zamankı Türkiyənin mütərəqqi qüvvələrini darmadağın emişdi və feodal-klerikal təbəqələrə arxalanaraq ölkədə uzun müddət ən şiddətli irtica idarə üsulu yaratmışdı. Ölkənin və xalqın vəziyyəti bir də ona görə daha da ağırlaşmışdı ki, o zaman Türkiyə tamamilə imperialist dövlətlərin yarımmüstəmləkəsinə çevrilmiş Avropa dövlətətlərinin Osmanlı dövləti ilə ziddiyyətləri artıq antoqonist vəziyyətə çatmışdı.Odur ki ,Osmanlı dövlətinə qarşı xristian həmrəyliyi də formalaşmaqda idi.
Comments are closed, but trackbacks and pingbacks are open.