Текст книги Səfillər
– Monsenyor! O adam getmişdir! Gümüşlər oğurlanmışdır!
Vüktor hüqo səfillər
Viktor Hüqo
(1802 – 1885)
“Səfillər”
(Romandan parça)
Jan Valjan qulaq asdı. Heç bir səs-səda yox idi. O, qapını itələdi. Qapını gizlicə otağa girmək istəyən pişik kimi barmağının ucu ilə yavaşca itələdi. Qapı səssizcə aralandı. O, bir saniyə gözlədikdən sonra, qapını ikinci dəfə daha cəsarətlə itələdi. Qapı səssizcə açılmaqda davam edirdi. İndi qapı keçmək üçün kafi dərəcədə genişaçılmışdı. Lakin qapının yanında kiçik bir masa var idi ki, onun küncü keçməyə mane olurdu. Jan Valjan bu maneəni gördü. Necə olursa olsun qapının arasını bir qədər də açmaq lazım idi. O, qət etdi və qapını üçüncü dəfə, əvvəlki iki dəfədən daha bərk itələdi. Bu dəfə pas tutmuşrəzələrdən biri birdən qaranlıqda bərk və uzun-uzadı cırıldadı.
Jan Valjan titrədi. Bu rəzənin cırıltısı onun qulağında qiyamət günündə çalınan suri-İsrafil kimi qulaqbatırıcı və dəhşətli bir qüvvə ilə səsləndi. Qeyri-təbii bir dəhşət içərisində ilk dəqiqələrdə ona elə gəldi ki, bu rəzə yatanlara xəbərdarlıq etmək və bütün evdəkiləri oyatmaq üçün qəflətən cana gəldi, dəhşətli canlı bir məxluqa çevrildi və it kimi hürdü. O, titrəyə-titrəyə, özünü itirmiş halda dayandı, barmaqları ucunda yeriməkdə ikən, bütün ayağını yerə basdı. Ona belə gəldi ki, gicgahlarında damarlar iki dəmirçi çəkici kimi taqqıldayır. Nəfəsi isə mağaradan əsən külək kimi vıyıltı ilə çıxır. Qəzəblənmiş rəzənin bu dəhşətli fəryadının şiddətli bir zəlzələ kimi bütün evi titrətməyəcəyi ona mümkün olmayan bir şey kimi görünürdü; onun itələdiyi qapı haray salmışdı və köməyə çağırırdı; bu saat qoca oyanacaq, qadınlar bağıracaq, adamlar gələcəklər; on beşdəqiqə keçməmiş şəhərdə gurultu qopacaq, bütün polis ayağa qaldırılacaqdır. Bir an o özünü məhv olmuş hesab etdi.
O, daş kimi yerindəcə donub qalmışdı, barmağını belə tərpətməyə cürət etmirdi. Bir neçə dəqiqə keçdi. Qapı taybatay açıq idi. O, başını uzadıb otağın içinə baxmağa cürət etdi. Orada heç bir şey tərpənmirdi. O, diqqətlə qulaq asdı. Evin içindən heç bir səs-səmir gəlmirdi. Paslı rəzənin cırıltısı heç kəsi oyatmamıŞdı. Birinci təhlükə keçmişdi, amma Jan Valjanın ürəyi yenə böyük bir vəlvələ içində idi. Lakin o, geri qayıtmadı. Hətta özünü büsbütün məhv olmuş zənn etdiyi dəqiqədə geri çəkilmək fikrində olmadı. İndi o, yalnız bir şey istəyirdi – qərarını yerinə yetirib qurtarmaq. O, irəliyə doğru bir addım atdı və otağa girdi.
Otaqda tam sakitlik hökm sürürdü. Qaranlıqda bəzi şeylərin tutqun, qeyri-müəyyən cizgilərini seçmək olurdu, – gündüz bunların masa üstünə dağılmıŞkağız parçaları, açıq kitablar, üzərinə paltar sərilmiş kreslo və ibadət fəhləsi olduğunu görmək olardı, indi isə, gecənin bir qaranlığında bütün bunlar tutqun bir kölgəyə və ya ağımtıl ləkəyə bənzəyirdi.
Jan Valjan mebelə toxunmadan, qorxa-qorxa, ehtiyatla irəliyə doğru yeriyirdi. Otağın bir tərəfində yatmaqda olan yepiskopun yavaş-yavaş və sakit nəfəs aldığı eşidilirdi. Jan Valjan birdən dayandı. O, artıq çarpayının yanında idi. O, buraya gözlədiyindən tez çatmışdı. Bəzən təbiət öz effektləri və hadisələri ilə qorxunc və təsiredici bir məharətlə tam vaxtında bizim işimizə qarışır, sanki, bizi fikirləşməyə vadar edir. Yarım saat olardı ki, bütün göyün üzünü böyük bir bulud bürümüşdü.
Jan Valjan çarpayının yanında dayandığı zaman, bu bulud, sanki, qəsdən parçalandı və ay işığı hündür pəncərədən içəri düşərək, birdən-birə yepiskopun solğun üzünü işıqlandırdı. Yepiskop sakitcə yatırdı. Aşağı Alp dağlarında gecələr soyuq olduğundan, yepiskop əynində paltar yatırdı, darçını rəngdə yun donunun qolları əllərini biləklərinə qədər örtmüşdü; barmağında yepiskop üzüyü olan, bu qədər xeyirli və mərhəmətli işlər görmüşəli çarpayıdan aşağı sallanmışdı. Üzündən, sanki, bir məmnuniyyət, ümid və sakitlik yağırdı. Bu üz gülümsəmirdi, nur saçırdı. Onun alnında gözə görünməyən bir işığın qəribə inikası vardı. Qəlbi pak olan adamlar yuxuda əsrarlı göyləri seyr edirlər. Bu göyün parıltısı yepiskopun üzündə əks etmişdi. Bu işıq eyni zamanda içəridən də parıldayırdı, çünki bu göy onun özündə təcəssüm edirdi. Bu, onun vicdanı idi. Ayın işığı yepiskopun üzünə düşdüyü və sanki, bu daxili nurla birləşdiyi zaman o, bir nur haləsi arasında yatmış kimi göründü. Lakin təsvirəgəlməz bir toranlıq bu mənzərəni bir qədər yumşaltmışdı. Bu göydəki ay, bu yatan təbiət, yuxuya dalmış bu bağ, bu sakit evciyəz, gecənin bu vaxtı, bu sükut – bütün bunlar bu insanın müqəddəs istirahətinə ifadə edilə bilməyəcək bir ehtişam verir, bu ağ saçları, bu qapalı gözləri, ümid və inam ifadə edən bu üzü, bu qoca başı və bu uşaq yuxusunu əzəmət və sakitlik haləsi ilə əhatə edirdi. Özü də bilmədən bu qədər əzəmətli olan bu insanda ilahi bir şey hiss olunurdu.
Jan Valjan əlində dəmir şamdan, kölgədə hərəkətsiz dayanmışdı və çaşqın halda bu nurani qocaya baxırdı. O, ömründə belə bir şey görməmişdi. Bu etibar onu dəhşətə gətirirdi. Mənəviyyat aləmində cinayət əməli qarşısında dayanıb pak bir adamın yuxusunu seyr edən pərişan və natəmiz bir vicdandan əzəmətli bir mənzərə ola bilməz. Bu yalqızlıqda, onun kimi bir adamın yaxınlığında yatanın yuxusunda xüsusi bir ülviyyət vardı.
Jan Valjan dumanlı olsa da yenilməz bir qüvvətlə bunu duyurdu. Onun qəlbindən nələr gəlib keçdiyini kimsə, hətta o özü belə söyləyə bilməzdi. Onun nələr hiss etdiyini təyin etmək üçün ən amansız bir şeylə ən mülayim bir şeyin qarşı-qarşıya durduğunu təsəvvür etmək lazımdır. Gözlərində də müəyyən bir ifadə görmək mümkün deyildi. Onlarda yalnız ələmli bir heyrət görünürdü. O baxırdı. Lakin o nələr düşünürdü? Bunu kim başa düşə bilərdi? Onun həyəcan keçirdiyi və dərindən mütəəssir olduğu hiss olunurdu. Lakin bu həyəcanın mənası nə idi? O, nəzərini qocadan ayıra bilmirdi. Üzündən və ümumi görünüşündən yalnız bir şey aydın bilinirdi – o, qəribə bir tərəddüd içində idi. Sanki, o, iki uçurum arasında tərəddüd edirdi; bu uçurumlardan biri həlak edən, o biri qurtuluş gətirən idi. Sanki, o, bu başı əzməyə, yaxud bu əli öpməyə hazır idi. Bir neçə saniyə sol əlini yavaş-yavaş qaldırıb, şapkasını çıxartdı; sonra əli yenə yavaşca aşağı endi. Jan Valjan sol əlində şapkasını, sağ əlində isə dəmir parçasını tutaraq yenə tamaşaya daldı. Qısa saçları qırışmış alnı üzərində biz-biz durmuşdu. Yepiskop bu dəhşətli nəzərlər altında yenə də sakitcə yatırdı. Ayın işığında, buxarının üstündə tutqun bir şəkildə İsanın surəti görünürdü: sanki, o, birisinə xeyir-dua verir və ya birisini bağıŞlayaraq, hər ikisinə öz ağuşunu açırdı.
Birdən Jan Valjan şapkasını başına qoydu, sonra yepiskopun üzünə belə baxmadan, tələsik yatağın yanından keçdi və onun baŞtərəfində görünən rəfə tərəf getdi, qıfılı qırmaq üçün şamdanı qaldırdı, lakin açarın qıfılın üstündə olduğunu gördü, şkafı açdı: birinci gördüyü şey gümüşlərin qoyulduğu səbət idi, səbəti götürüb, heç bir ehtiyat eləmədən, hərəkətlərindən əmələ gələn gurultuya fikir vermədən iri addımlarla otaqdan keçdi, qapıya çatdı, ibadətxanaya girib, pəncərəni açdı, əsasını götürdü, pəncərədən aşdı, gümüşləri çantasına qoydu, səbəti yerə tulladı, yüyürə-yüyürə bağdan keçdi və pələng kimi hasardan sıçrayaraq, yox oldu.
Ertəsi gün, səhər tezdən monsenyor Benvenü bağçada gəzinirdi. Birdən madam Maqluar böyük bir təşviş içərisində onun yanına gəldi: – Monsenyor, monsenyor, – deyə o bağırdı, – siz gümüş çəngəl-bıçağı saxladığım səbətin harada olduğunu bilirsinizmi?
Yepiskop: – Bilirəm, – deyə cavab verdi.
– Allaha Şükür, – deyə qadın sevindi, – yoxsa onun harada olduğunu başa düşə bilmirdim.
Yepiskop elə indicə çiçəkliyin içində səbəti tapmışdı. O, səbəti madam Maqluara verərək dedi:
– Budur. Bu nədir? – deyə madam Maqluar təəccüb etdi.
– Bu ki, boşdur. Bəs gümüşlər hanı?
– Ax, sizi gümüŞlər narahat edir? Gümüşlərin harada olduğundan xəbərim yoxdur, – dedi.
Zirək bir qarı olan madam Maqluar bir anda yataq otağına gedərək ibadətxanaya baxdı və yenə sürətlə yepiskopun yanına qayıtdı. Yepiskop əyilərək, səbətin əzmiş olduğu qatıqotu şitilinə baxırdı. Madam Maqluarın bağırtısını eşitdikdə yepiskop dikəldi.
– Monsenyor! O adam getmişdir! Gümüşlər oğurlanmışdır!
Madam Maqluar bu sözləri söyləməkdə ikən, birdən gözləri bağın o biri başında qaçanın izlərini gördü. Divarın üzərindən bir neçə daş düşmüşdü.
– Baxın, baxın! O buradan aşmışdır. Birbaş Koşfile döngəsinə düşmüşdür! Bu nə alçaqlıqdır! O bizim gümüş çəngəl-bıçağımızı oğurlamışdır! Yepiskop bir dəqiqə susdu, sonra ciddi bir nəzərlə madam Maqluara baxaraq, mülayimliklə etiraz etdi:
– Harada deyilmişdir ki, o gümüşlər bizim idi?
Madam Maqluar heyrətindən donub qaldı. Yenidən sükut çökdü, sonra yepiskop yenə sözünə davam edərək dedi:
– Madam Maqluar, bu gümüş çəngəl-bıçaqdan, həm də bu qədər uzun müddət istifadə etməkdə mən haqlı deyildim. Onlar yoxsulların malı idi. Bu adam kim idi? Şübhəsiz, yoxsul.
– Aman, ya rəbbi! – dedi. – Mən nə özüm üçün deyirəm, nə də madmazel üçün. Bizim üçün hamısı birdir. Mən sizin üçün deyirəm, monsenyor. İndi zati-aliniz nə ilə yemək yeyəcəkdir?
Yepiskop madam Maqluarın üzünə heyrətlə baxdı.
– Nə olar? Məgər qalay çəngəl-bıçaq yoxdur? Madam Maqluar çiyinlərini dartdı. – Qalayın pis iyi olur.
– Bəs dəmir? Madam Maqluar üzünü turşudaraq:
– Dəmir də pis dad verir.
Yepiskop: – Elə isə ağacdan düzəltdirərik, – dedi.
Bir neçə dəqiqə sonra yepiskop dünən axşam Jan Valjanın oturduğu masanın arxasında oturaraq səhər yeməyi yeyirdi. Yemək zamanı o, dinməzcə qulaq asan bacısına və öz-özünə deyinən madam Maqluara gülə-gülə isbat edirdi ki, çörəyi südə batırmaq üçün nə qaşığa, nə də çəngələ, hətta ağac qaşığa və çəngələ belə ehtiyac yoxdur, bunlarsız da keçinmək olar. Madam Maqluar masanın başında vurnuxaraq, öz-özünə donquldanırdı:
– Heç adamın ağlına gələn işdirmi? Belə bir adamı evə buraxmaq, gecə də öz yanında yatırmaq olar? Allaha Şükür ki, o, ancaq oğurluq etmişdir! Aman, ya rəbbi! Nə ola biləcəyini yada saldıqca adamın bədəni əsir.
Yepiskop ilə bacısı süfrədən qalxmaq istəyirdilər ki, birdən qapı döyüldü. Yepiskop:
Qapı açıldı. Qapının astanasında bir dəstə qəribə və həyəcanlı adam göründü. Üç nəfər birisinin yaxasından tutmuşdu. Bu üç nəfər jandarm, dördüncü isə Jan Valjan idi. Jandarmların başçısı, kiçik zabit, qapıda ayaq saxladı. Sonra içəri girib, yepiskopa yaxınlaşdı və ona əsgəri salam verdi.
– Monsenyor. – deyə o, sözə başladı.
Məyus və pərişan bir halda dayanan Jan Valjan bu sözü eşitdikdə, heyrətlə başını qaldırdı.
– Monsenyor! – deyə o pıçıldadı. – Demək bu, sadə keşiş deyilmiş. Jandarmlardan biri:
– Sus, – dedi, – bu monsenyor cənab yepiskopdur. Bu zaman monsenyor B’envenü qocalığının müsaidə etdiyi qədər sürətlə onlara yaxınlaşdı və Jan Valjana müraciətlə dedi:
– Ah, sizsiniz? Sizi görməyimə çox şadam. Ancaq niyə belə edirsiniz? Axı, mən şamdanları da sizə vermişdim, onlar da gümüşdəndir, onlara iki yüz frank ala bilərsiniz. Bəs nə üçün onları da çəngəl-bıçaqlarınızla birlikdə götürməmişsiniz? Jan Valjan gözlərini geniş açaraq, təsvir edilməsi mümkün olmayan bir nəzərlə hörmətli yepiskopa baxdı.
Kiçik jandarm zabiti dedi:
– Monsenyor, demək bu adamın bizə söylədikləri doğrudur? Biz yolda ona rast gəldik. Görünüşündən o, qaçağa bənzəyirdi. Hər təsadüfə qarşı onu tutduq, bu gümüşləri də onda tapdıq.
Yepiskop gülümsəyərək, zabitin sözünü kəsdi:
– O da sizə dedi ki, gecə evində yatdığı qoca bir keşiş bu gümüşləri ona bağışlamışdır, eləmi? Başa düşürəm, başa düşürəm. Siz də onu tutub buraya gətirdiniz, deyilmi? Bu, anlaşılmazlıqdır.
– Elə isə onu buraxa bilərik? – deyə soruşdu.
– Əlbəttə, – deyə yepiskop cavab verdi.
Jandarmlar Jan Valjanı buraxdılar. Jan Valjan qeyri-iradi olaraq geri çəkildi. Yuxuda danışırmış kimi boğuq bir səslə:
– Məni doğrudanmı buraxırlar? – dedi.
Jandarmlardan biri: – Bəli, əlbəttə, səni buraxırıq, eşitmirsən nədir? – deyə cavab verdi.
– Dostum, – dedi, – getməmişdən əvvəl şamdanlarınızı götürməyi unutmayın. Budur, götürün.
O, buxarıya yaxınlaşıb gümüş şamdanları götürdü və Jan Valjana uzatdı. Qadınların ikisi də hərəkətsiz bir halda dinməzcə dayanaraq, heç bir şeylə yepiskopa mane olmamağa çalışırdı. Jan Valjanın bütün bədəni titrəyirdi. O, ixtiyarsız və çaşqın bir halda hər iki şamdanı əlinə aldı.
Yepiskop: – İndi sağlıqla, gedin, – dedi, – həm də, dostum sizə bir şey söyləyim: bir də mənim yanıma gələndə bağdan keçməyə heç bir ehtiyac yoxdur. Siz hər zaman baş qapıdan girib çıxa bilərsiniz. Bu qapı nə gecə, nə də gündüz, heç bir zaman bağlanmır. Sonra jandarmlara tərəf dönərək:
– Cənablar, siz gedə bilərsiniz, – dedi.
Jandarmlar getdilər. Jan Valjan, sanki, bu dəqiqə özündən gedəcək idi. Yepiskop ona yaxınlaşdı və yavaş bir səslə dedi:
– Unutmayın, heç bir zaman unutmayın ki, bu gümüşləri namuslu adam olmaq üçün sərf edəcəyinizi mənə vəd etmişdiniz.
Jan Valjan çaşqın bir halda durmuşdu, o belə bir vəd vermiş olduğunu qətiyyən xatırlamırdı. Yepiskop bu sözləri xüsusi bir qətiyyətlə dedi və təntənə ilə davam etdi: – Jan Valjan, qardaşım, siz artıq şərə tabe deyilsiniz, xeyirin ixtiyarındasınız. Mən sizin ruhunuzu satın alıram. Mən sizin ruhunuzu qara fikirlərdən və zülmət dünyasından xilas edib Allaha tapşırıram.
Tərcümə edəni: Mikayıl Rəfili
Текст книги “Səfillər”
1815-ci ilin oktyabrında axşamüstü Din şəhərinin küçələri ilə qərib bir yolçu addımlayırdı. Hamı ona təşvişlə baxırdı. Ortaboylu, enlikürək, qüvvətli bir adam idi. Qırx altı-qırx yeddi yaşı olardı. Üzü günəşdən qaralmışdı. Kətan köynəyinin yaxasından gümüş lövbər nişanı asılmışdı. Şalvarının bir dizi yırtılmışdı. Çiynində əsgər çantası, əlində ağac vardı.
Şəhərdə “Kolbas xaçı” adlı kiçik bir mehmanxana vardı. Yolçu oraya yönəldi. Mehmanxana sahibi:
– Nə istəyirsiniz, cənab? – deyə soruşdu.
– Yemək və yatmaq.
– Olar – dedi və əlavə etdi: – Əlbəttə, pulla.
Yolçu köynəyinin cibindən dəri pul kisəsini çıxararaq:
– Pulum var, – dedi.
Yolçu əyləşdi. Mehmanxana sahibi altdan-altdan ona baxırdı. Yolçu arxası ona tərəf oturmuşdu. Sahib qulluqçunu çağırıb qulağına nəsə dedi. Uşaq getdi və tezcə qayıtdı. Mehmanxana sahibi onun gətirdiyi kağızı açıb baxdı və yolçuya yaxınlaşaraq:
– Cənab, – dedi, – siz buranı tərk etməlisiniz.
– Nə üçün? Yoxsa qorxursunuz ki, pul vermərəm?
– Artıq söz lazım deyil. İstəyirsiniz, adınızı deyim? Jan Valjan. Gedin buradan.
Yolçu başını aşağı saldı və çantasını götürüb çıxdı. Qəmgin və yorğun bir halda yola düzəldi. Bu zaman o, arxaya baxsaydı, mehmanxana sahibinin yoldan keçənlərə hərarətlə nəsə dediyini, barmağı ilə onu göstərdiyini görərdi.
Gecə yaxınlaşırdı. Yolçu bağlarla əhatə olunmuş dar küçə ilə gedirdi. O, bərk acmışdı. Uzaqda işıq gələn kiçik bir ev gördü. Yaxınlaşıb pəncərədən içəri baxdı. Otağın ortasında süfrə hazırlanmışdı. Masanın yanında qırx yaşlarında, ağbənizli, gülərüz bir kişi oturmuşdu. Bir uşağı atıb-tuturdu. Yanında oturmuş cavan bir qadın o biri uşağa süd verirdi.
Yolçu yavaşca pəncərəni döydü. Kişi ayağa qalxıb lampanı götürdü və pəncərəyə yaxınlaşdı. Yolçu:
– Bağışlayın, cənab, – dedi. – Mənə bir boşqab şorba və yatmaq üçün otağın bir küncünü verərsinizmi? Pulunu ödəyərəm.
Ev sahibi soruşdu:
– Nə üçün mehmanxanaya getmirsiniz?
– Getmişdim, ancaq məni oraya buraxmadılar.
Ev sahibinin üzündə bir şübhə göründü:
– Yoxsa siz həmin adamsınız?
Ev sahibi arxaya çəkildi, lampanı masanın üstünə qoyub otağın küncündəki qoşalüləni götürdü.
– Allah xatirinə, heç olmasa, bir stəkan su…
– Rədd ol, yoxsa alnına bir güllə sıxaram!
Yolçu pəncərədən uzaqlaşdı.
Yenə tanımadığı küçələrdən keçib-gedirdi. Gəlib kilsənin qarşısındakı meydana çıxdı. Meydanın tinindəki daş skamyada uzandı. Bu zaman kilsədən qoca bir qadın çıxdı. Qaranlıqda skamyada uzanan adamı görüncə xəbər aldı:
– Sizin yatmağa yeriniz yoxdur?
– Yox. Mən bütün qapıları döymüşəm. Hər yerdən qovdular.
Mərhəmətli qadın meydançanın o biri tərəfindəki alçaq evi göstərərək:
– O qapını da döydünüz?
KATORQALI
O axşam Din şəhərinin 75 yaşlı yepiskopu cənab Miriel qonaq otağında oturmuşdu. Qulluqçu qadın axşam yeməyinə hazırlıq görürdü. O, dükana gedəndə qorxulu xəbərlər eşitmişdi. Şübhəli bir sərsəri haqqında danışırdılar. Deyirdilər ki, bu gecə hər kəs ayıq olmalı, qapıları içəridən bağlamalıdır. Qulluqçu şəhərdə eşitdiklərini danışırdı:
– Adamlar onu şər qarışanda şəhərdə görüblər. Zahirən quldura bənzəyir. Bizim evin qapısı isə həmişə açıq olur. Monsenyor, – deyə o, yepiskopa müraciət etdi. – Sizin adətinizdir, gecəyarısı da qapını döyən olsa, “buyurun” deyirsiniz. Bəlkə, qapının cəftəsini, heç olmasa, bu gecəliyə bağlayaq.
Bu zaman kim isə qapını bərk döydü. Yepiskop:
İçəriyə bir adam girdi. Bu, gecələmək üçün yer axtaran adam idi. Baxışından sərtlik, cəsarət, kin və yorğunluq yağırdı. Bu adamda nəsə qorxunc bir şey vardı.
Qulluqçu qorxusundan titrədi və yerindəcə donub qaldı. Yepiskop içəri girən adama diqqətlə və sakitcə baxırdı. Yolçu qocaya baxıb uca səslə danışmağa başladı:
– Mənim adım Jan Valjandır. Katorqadan gəlirəm. Orada 19 il qalmışam. Dörd gün əvvəl azad ediblər. Bu gün 12 lyö1 1
Lyö – qədim fransız uzunluq vahidi
[Закрыть] yol gəlmişəm. Məni mehmanxanalardan da, evlərdən də qovurlar. Kilsənin qarşısında mərhəmətli bir qadın sizin evinizi göstərib “o qapını döy” dedi. Bura nədir? Karvansaradır? Mənim pulum var.
Yepiskop qulluqçuya dedi:
– Madam Maqluar, süfrəyə bir dəst də qab-qacaq qoyun.
Yolçu qulaqlarına inanmadı:
– Dayanın, deyəsən, məni başa düşmədiniz. Mən katorqadan gəlirəm, mən dustaq idim. Bu da mənim pasportum. Görürsünüz, rəngi sarıdır. Bu onun üçündür ki, məni hər yerdən qovsunlar. Mən sizdən bir parça çörək və gecələmək üçün tövlədə yer istəyirəm. Bunun haqqını artıqlaması ilə ödəyərəm. On doqquz il katorqada 109 frank2 2
Frank – Fransada pul vahidi
[Закрыть] 15 su3 3
Su – Fransada pul vahidi
Yepiskop yenə dilləndi:
– Madam Maqluar, küncdəki çarpayıya təmiz mələfə salın.
Qulluqçu əmri yerinə yetirmək üçün çıxdı. Yepiskop dedi:
– Oturun, cənab, isinin. Bu saat şam edərik, sonra sizə yataq hazırlanar.
Yolçu sərsəm kimi mızıldanmağa başladı:
– Doğrudanmı? Ola bilməz! Siz məni, katorqadan gələn adamı qovmursunuz? “Rədd ol, köpək” demirsiniz? Axı siz kimsiniz?
– Mən keşişəm, cənab. Bura mənim evimdir.
Yepiskop hər dəfə “cənab” deyəndə yolçunun üzü işıqlanırdı. O, yorğun səslə dedi:
– Cənab keşiş, – dedi, – siz yaxşı adamsınız. Mənə nifrət etmədiniz. Yer verdiniz.
Keşiş yavaşca onun əlinə toxundu:
– Bu ev mənim deyil, Həzrət İsanın evidir. Bu qapıdan girən adamdan adı deyil, dərdi soruşulur. Mənə təşəkkür etməyin. Bu ev ehtiyacı olanlar üçündür. Adınızı mənə deməyə də bilərsiniz, çünki mən sizin adınızı bilirəm.
Yolçu ona heyrətlə baxdı:
– Bəli, sizin adınız “mənim qardaşım”dır. Mən görürəm ki, qardaşım çox əzab çəkib.
– Elədir. O dustaq paltarı, ayaqlara vurulan kündə, yataq əvəzinə quru taxta, isti, soyuq, xəstəlik, dəyənək zərbələri! 19 il! Mənim isə 46 yaşım var. Əlimdə də sarı pasport.
Onlar söhbət etməkdə ikən madam Maqluar yemək gətirdi. Yepiskop üzündə şən bir ifadə ilə:
– Buyurun süfrəyə! – dedi.
Yepiskop dua oxudu və adəti üzrə, şorbanı özü qablara çəkdi.
«ALVER» BAŞ TUTDU
Fantina yetim bir qızdı. Monreyl şəhərində doğulmuşdu. On beş yaşında səadət axtarmaq ümidi ilə Parisə gəlmişdi. Qəşəng, sarışın qız idi.
Bir parça çörək üçün işləyirdi. Tuluza şəhərindən olan bir tələbəni sevmişdi. Sonra həmin tələbə onu atıb öz şəhərinə qayıtdı. O gedəndən sonra Fantinanın bir qızı oldu. Uşaq doğulandan sonra Fantina işdən çıxmalı oldu. İndi o, ehtiyac içində idi. Əli hər yerdən üzülən qadın vətəni Monreylə qayıtmaq istəyirdi. Bəlkə, doğma şəhərdə ona bir iş verən oldu. Yazıq qız hər şeyini satmış, borclarını verdikdən sonra 80 franka qədər pulu qalmışdı. Bu pulla o, Monreylə yola düşdü.
Yol üstündə Monfermeyl adlı bir kənd vardı. Bu kənddə meyxananın sahibi Tenardye adlı bir şəxs idi. Tenardye özünü “Vaterloo serjantı” adlandırırdı. O iddia edirdi ki, 1815-ci il Vaterloo döyüşündə iştirak edib və qəhrəmanlıq göstərib. Meyxananın adı və qapısındakı hərbi geyimli adam rəsmi buna işarə idi. Bu kobud rəsmi o özü çəkmişdi.
Meyxananın qarşısına iri zəncirləri olan qırıq araba qoyulmuşdu. Bir yaz axşamında zəncirin üstündə iki balaca qızcığaz oturmuşdu. Ana öz qızcığazlarını yellədir və zümzümə edirdi. Madam Tenardye kök, kürən saçlı, kobud bir qadındı.
Yoldan keçən qucağı uşaqlı bir qadın:
– Xanım, nə şirin uşaqlarınız var! – dedi.
Yolçu qadının əlində bir torba da vardı. Bu qadının uşağı mələk kimi gözəl idi. Qızcığaz yatırdı. Anasına gəlincə, yoxsul və məyus görünürdü. Bu qadın Fantina idi.
Qadınlar söhbət edəndə uşaq oyandı. Anası onu yerə qoydu. Uşaqlar oynamağa başladılar.
– Qızınızın adı nədir? – madam Tenardye soruşdu.
– Üç yaşına az qalıb.
– Baxın, – deyə madam Tenardye uşaqları göstərdi, – uşaqlar bir-birinə nə tez alışdı.
Bu sözlər gənc ananın qəlbində bir qığılcım kimi parladı:
– Xanım, razı olarsınızmı, uşağım müvəqqəti sizdə qalsın? – dedi. – Bilirsinizmi, mən qızımı özümlə vətənimə apara bilmərəm. Uşaqlı qadın üçün iş tapmaq çətindir. Bir də ki… mən tezliklə qayıdacağam.
– Bu barədə fikirləşmək lazımdır.
– Ayda altı frank verə bilərəm.
Bu zaman meyxanadan Tenardyenin səsi gəldi:
– Yeddi frankdan aşağı olmaz. Həm də altı ay üçün qabaqcadan.
– Bundan başqa, ilk xərclər üçün daha on beş frank lazımdır.
– Mənim səksən frankım var.
– Bəs uşağın paltarı varmı?
– Bəli, bəli, balamın paltarı çoxdur.
– Torbadakının hamısını verməlisiniz.
“Alver” baş tutdu. Qadın qızının üzündən öpüb tək yola düşdü. O, yolboyu hönkür-hönkür ağlayırdı.
TORAĞAY
Meyxananın işi pis gedirdi. Tenardye yolçu qadının verdiyi əlli yeddi frankla borclarını ödədi. Bir ay keçmədi, yenə pula ehtiyac yarandı. Kozettanın paltarlarını Parisə aparıb 60 franka girov qoydu. Bu pul da qurtaranda Kozettaya lazımsız bir əşya kimi baxmağa başladılar. Madam Tenardye özü, onun qızları Eponina və Azelma da Kozetta ilə pis rəftar edirdilər.
Kənddə isə deyirdilər ki, Tenardyegil yaxşı adamlardır. Kimsəsiz bir uşağı saxlayırlar. Hamı Kozettanın anası tərəfindən atıldığını zənn edirdi.
Qızın anası hər ay məktub yazırdı. Hər dəfə də ona cavab yazırdılar ki, qızı yaxşıdır. Altı aydan sonra Tenardye məktub yazıb ayda on frank tələb etdi. Anası razılaşmalı oldu.
Tenardye haradansa öyrənmişdi ki, uşağın atası məlum deyil, anası qorxudan bu işin üstünü aça bilmir. Odur ki məktub yazıb ayda on beş frank tələb etdi. Kozettanın anası ayda on beş frank verməyə başladı. İllər ötür, Kozetta böyüyürdü. Son zamanlar isə anası pulu vaxtlı-vaxtında göndərə bilmirdi.
Balaca Kozetta artıq evin xidmətçisinə çevrilmişdi. Xeyli arıqlamış, yazıq və qorxaq bir görkəm almışdı. Onun iri və qəşəng gözlərindən başqa heç nəyi qalmamışdı. Qızcığaz gün doğmadan göyərmiş kiçik əlləri ilə süpürgəni götürür, cır-cındır paltarda ağlaya-ağlaya küçəni süpürürdi. Bu, çox qəmli bir mənzərə idi.
Məhəllədə hamı ona “Torağay” deyirdi. Kiçik bir quşdan çox yer tutmayan, hamıdan qorxan, küçədə sübh tezdən görünən bu qızcığaza başqa nə ad vermək olardı?
Amma bu zavallı Torağayın heç səsi çıxmazdı.
MADLEN
1815-ci ilin sonlarında Monreyldə bir qərib peyda oldu. Bu şəhərdə onu tanımırdılar. Buraya bir dekabr axşamı, belində torba, əlində əsa gəlmişdi. O gələndə bir evdə yanğın baş vermişdi; şəhər idarəsi yanırdı. Bu adam canına qəsd edərək özünü odun içərisinə atmış, jandarm kapitanının uşaqlarını xilas etmişdi. Bu yanğında onun torbası, içində sənədləri yanmışdı.
Sonradan o, Monreyldə köç saldı. Hamı ona Madlen deyirdi.
Monreyldə qədimdən daş kömür və qara şüşədən bəzək şeyləri hazırlanardı. Cənab Madlen bəzək məmulatları istehsalında qatranı yapışqanla və döymə üsulunu tökmə üsulu ilə əvəz etmişdi. Bu iki yenilik böyük bir sənaye inqilabına səbəb olmuşdu. Üç il ərzində o, varlı bir adam oldu. Madlenin kəşfi sayəsində Monreyl iri ticarət mərkəzinə çevrilmişdi. Qara şüşə İspaniyaya ixrac edi-lirdi. Adamlar işlə təmin olunurdu. Qadınlar namuslu əməklə məşğul idilər.
Madlen dalğın baxışlı və mərhəmətli bir adam idi. Hər kəsi işə götürür, qadınlardan və kişilərdən yalnız namuslu olmağı tələb edirdi.
Bu adam başdan-ayağa müəmma idi. Çoxlu yaxşılıqlar etmişdi, lakin bu işlərini açıb-ağartmırdı. Qazanc onun üçün əsas məsələ deyildi. Lafit bankında onun adına 630 min frank pul var idi. Lakin bu pulu qoymazdan əvvəl Madlen şəhər yoxsullarına 1 milyon frank xərcləmişdi. Xəstəxananı böyütmüş, qızlar üçün iki məktəb tikdirmiş, qoca və şikəst fəhlələr üçün pulsuz aptek açmışdı.
1821-ci ildə qəzetlər Din yepiskopu Mirielin 82 yaşında vəfat etdiyini yazdı. Ertəsi gün cənab Madlen qara paltar geyindi və şlyapasına matəm lenti taxaraq şəhərdə göründü. Adamlar maraqlandıqda demişdi:
– Gəncliyimdə onun yanında xidmət etmişəm…
Şəhərdə yalnız bir adam vardı ki, Madlenə şübhə ilə yanaşırdı. Onun adı Javer idi. Şəhər polis idarəsində xidmət edirdi. Bu adam Parisdən Monreylə təyinat alanda Madlen artıq iri fabrikant və çox böyük sərvət sahibi idi.
Javer sərt adam idi. Güləndə sifəti pələngə bənzəyirdi. Gəncliyində Tulon həbsxanasında nəzarətçi işləmişdi. Bu qorxunc adam Madleni daim nəzarətdə saxlayırdı.
Bir gün səhər tezdən cənab Madlen daş döşənmiş küçə ilə gedirdi. İrəlidə bir yerə toplaşmış xeyli adam gördü. Onlara yanaşdı. Foşlevan baba adlı bir qoca kəndli yıxılmış atını qaldırmaq istəmiş, özü arabanın altına düşmüşdü. İndi o, arabanın altında ağrıdan dəli kimi bağırırdı.
Madlen adamlara müraciət edib Foşlevanı xilas etmək üçün böyük miqdarda pul təklif etdi. Kütlənin içindən tanış bir səs gəldi:
– Buna gücləri çatmaz, cənab Madlen. Mən bu işi görə biləcək yalnız bir adam tanıyırdım.
Madlen dönüb səs gələn tərəfə baxdı. Javerin qırğı baxışları ona zillənmişdi.
– Bu adam katorqalı idi… Tulon həbsxanasında dustaq olmuşdu. Adı Jan Valjan idi.
Kəndli “Aman! Öldüm! Əzildim!” deyə bağırırdı. Madlen heç bir söz demədən dizlərini yerə qoydu və arabanın altına girdi. Birdən araba titrədi və yavaş-yavaş yuxarı qalxmağa başladı. Madlen son gücünü verirdi. Hamı kömək etməyə başladı. İyirmi cüt qol arabanı yuxarıya qaldırdı. Foşlevan xilas oldu.
Madlen ayağa durdu. Paltarı cırılmış və palçığa bulanmışdı.
Foşlevan yıxıldıqda diz qapağını sındırmışdı. Madlen zavallını xəstəxanaya göndərdi. Ona qayğı göstərdi. Foşlevan bir müddət xəstəxanada yatdı. Sağalanda isə dizini qatlaya bilmirdi. Cənab Madlen onu Parisdəki monastırlardan birində bağban işinə düzəltdi.
Bu hadisədən az sonra Madlen Monreyl şəhər meri vəzifəsinə təyin olundu. Javer Madleni rəsmi libasda gördükdə canavar görmüş it kimi qorxudan titrədi. Bundan sonra Javer onunla böyük hörmət və təzimlə danışırdı.
FANTİNA SƏFALƏT İÇİNDƏ
Fantina Monreylə gələndə onu burada heç kəs xatırlamırdı. Gənc qadın Madlenin fabrikinə gəldi. Onu qadın emalatxanasına qəbul etdilər. Qazancı az olsa da, kifayət edirdi. Fantina artıq öz əməyi ilə yaşaya bilirdi.
Namusla yaşaya bilmək nə böyük səadətdir! Fantina fabrikdə bir ildən artıq idi işləyirdi və özünü xoşbəxt sanırdı. O hər an Kozettasını düşünür, lakin qızı barədə danışmaqdan çəkinirdi. Tenardye ailəsinə müntəzəm pul göndərirdi. Savadsız olduğundan məktub yazmaq üçün ərizə yazana müraciət edirdi. Bu bəzi ağzıgöyçəklərin diqqətini cəlb etmişdi. Həmin adamlar ərizə yazanı içirdib danışdırmışdılar. Qadının bir uşağı olduğunu öyrənmiş, “yəqin pozğun bir qadındır” deyə düşünmüşdülər.
Bir gün emalatxana nəzarətçisi Fantinaya merin adından 50 frank verib işdən azad edildiyini söylədi. Fantina dəhşətə gəldi. Dostları ona merlə görüşməyi, dərdini danışmağı məsləhət bildilər. Lakin buna cəsarət etmədi.
Fantina olan-qalan pullarını sərf edib qurtardı. İndi xırda dərzi işləri ilə məşğul olurdu. Lakin bu işdən çox az qazanır, borcları isə artırdı. Tenardyelərin məktubları onu dəhşətə gətirirdi. Bir dəfə Tenardye qızın bu soyuqlarda çılpaq gəzdiyini yazmışdı. Heç olmasa, 10 frank göndərməsini tələb edirdi. Fantina axşam tindəki bərbər dükanına getdi. Daraqlarını çıxardı, gözəl sarışın saçları belinə qədər düşdü. Bərbərə dedi:
– Bu saçlara neçə verərsiniz?
Fantina bu pula yun bir tuman alıb qızına göndərdi. Tenardye qəzəbləndi. Ona pul lazım idi. Tumanı Eponinaya verdilər. Zavallı Torağay isə üşüyə-üşüyə qaldı. Fantina isə fikirləşirdi: “Artıq balam üşümür”.
Az sonra Tenardyedən yeni bir məktub gəldi: “Kozetta bizim yerlərdə yayılmış yoluxucu xəstəliyə tutulub. Buna səpgili qızdırma deyirlər. Bahalı dərmanlara ehtiyac var. Qırx frank pul göndərməlisiniz”.
Fantina dəli kimi otaqda vurnuxurdu. Birdən diş həkimi yadına düşdü. O, Fantinaya iki qabaq dişi üçün qırx frank pul təklif etmişdi.
Ertəsi gün diş həkiminin yanına getdi. İki qabaq dişini çəkdirib aldığı qırx frankı Monfermeylə göndərdi.
Tenardye hiylə işlətmişdi. Kozetta xəstə deyildi.
Get-gedə çətin vəziyyətə düşən, əli hər yerdən üzülən Fantina səfalət yoluna düşdü.
Nəhayət, bir gün Fantinanı dilənçilik üstündə tutub polis idarəsinə gətirdilər. Javer bir kağız götürüb nə isə yazdı. Sonda qol çəkdi və kağızı qatlayaraq növbətçi serjanta verib dedi:
– Üç əsgər götürüb bu qızı həbsxanaya aparın!
– Sonra Fantinaya sarı dönərək əlavə etdi: – Orada altı ay yatacaqsan!
Zavallı qadın diksindi:
– Altı ay! Altı ay həbsxanada yatmaq! – deyə bağırdı. – Bəs Kozetta nə olacaq? Axı Tenardyeyə yüz frankdan artıq borcum var?
Qadın yalvarırdı. Javer ona fikir vermirdi. Əsgərlər Fantinanın qollarından yapışdılar. Birdən hökmlü bir səs eşidildi:
– Bir dəqiqə dayanın!
Javer başını qaldırıb qarşısında Madleni gördü. Artıq bir neçə dəqiqə idi ki, şəhər meri qapının ağzında dayanıb qadının yalvarışlarına qulaq asırdı. Javerin dili topuq çaldı:
– Bağışlayın, cənab mer…
“Mer” sözü Fantinaya qəribə təsir bağışladı. Nifrət saçan üzünü Madlenə tutub qışqırdı:
– Aha! Cənab mer, sənsən?!
Fantina vəhşi bir qəhqəhə ilə güldü. Birdən Madlenin üzünə tüpürdü və dəli kimi qışqırmağa başladı:
– Qeybətcil arvadların dedi-qodusuna görə məni fabrikdən qovdun. Mənim müsibətlərimin baisi sənsən. Axı mənim balaca Kozettam var, mən onu dolandırmalı idim…
Cənab Madlen diqqətlə dinləyirdi. Axırda üzünü Javerə tutub dedi:
– Bu qadını azad edin!
Javer özünü itirdi:
– Cənab mer, bu alçaq qadın indicə sizi də təhqir etdi.
– Bu mənim işimdir. Yaxşı yadınızda saxlayın, bu qadın həbsxanada bir gün də qalmayacaq. Gedin…
Javer merə təzim edərək otaqdan çıxdı. O gedəndən sonra Madlen üzünü Fantinaya çevirib dedi:
– Sizin başınıza gələnlərdən xəbərim yoxdur. Mənim fabrikimdə işlədiyinizi də bilmirdim. Nə üçün bu barədə birbaşa mənə müraciət etmədiniz? Yaxşı, olan olub, keçən keçib. Mən sizin borclarınızı verəcəyəm, uşağınızı bura gətirdərəm və ya siz özünüz gedib gətirərsiniz. İstəsəniz, sizi işə bərpa edərəm. Sizi də, uşağınızı da öz öhdəmə götürürəm.
Fantinanın qarşısında səfalət qaranlığı içərisindən cənnət qapıları açılırdı. O, çaşqın nəzərlərlə Madlenə baxırdı. Yalnız üç dəfə hıçqırdı.
JAVER
Madlen Fantinanı xəstəxanaya aparmağı əmr etdi. Bu xəstəxana onun yaşadığı imarətdə yerləşirdi. Cənab mer Fantinanı şəfqət bacılarına tapşırdı.
Madlen o gecə oturub Tenardye ailəsinə bir məktub yazdı. Fantinanın 120 frank borcu müqabilində onlara 300 frank göndərdi və qızcığazı dərhal Monreylə göndərməyi tapşırdı.
Tenardye bu hadisəyə mat qaldı. Meyxanaçı öz arvadına dedi: “Uşağı əlimizdən buraxa bilmərik. Bu sərçə bizim üçün sağmal bir inək ola bilər”.
Madlen gündə iki dəfə Fantinaya baş çəkirdi. Həkim Fantinanı növbəti dəfə müayinə etdikdən sonra başını buladı və cənab Madleni kənara çəkdi:
– Onun, deyəsən, görmək istədiyi bir uşağı var?
– O halda uşağı tezliklə gətizdirin.
Cənab Madlen diksindi…
Tenardye isə min cür bəhanə ilə Kozettanı buraxmaq istəmirdi. O, uşağın bir az xəstə olduğunu, bu soyuqda yola çıxa bilməyəcəyini yazırdı.
Cənab Madlen bu dəfə Fantinanın dilindən yeni bir məktub yazdı:
“Cənab Tenardye! Kozettanı bu məktubu gətirən adama verin. Nə xərciniz olmuşsa, hamısını sizə verəcəklər. Hörmətlə, Fantina”.
Elə həmin günlərdə gözlənilməz bir hadisə baş verdi.
Səhər cənab Madlen öz otağında oturub kağızlara baxır, Monfermeylə getməli olduğundan bəzi kağızları imzalamaq istəyirdi. Bu zaman Javerin gəldiyini xəbər verdilər.
Mer içəri daxil olan polis müfəttişinə baxmadan kağızlara imza atmaqda davam edirdi.
– Hə, nə olub, Javer?
– Cənab mer, mən mühüm bir etiraf etməliyəm.
– Nə etiraf? – Madlen təəccüblə ona baxdı.
– Cənab mer, bu qadın əhvalatından sonra mən bərk acığa düşdüm. Paris prefekturasına məlumat verdim ki, bizim mer keçmiş katorqalıdır.
Merin rəngi sapsarı saraldı. Javer gözünü qaldırmadan danışırdı:
– Bəli, mən sizi Jan Valjan adlı bir caniyə oxşadırdım. Onu 20 il əvvəl Tulon həbsxanasında nəzarətçi işləyən vaxt görmüşəm. Bu adam katorqadan sonra yoxa çıxmışdır. Səkkiz ildir onu axtarırlar…
– Bəs oradan nə cavab verdilər?
– Yazdılar ki, mən dəli olmuşam. Əsl Jan Valjan tapılmışdır.
Madlen başını qaldırıb diqqətlə Javerin üzünə baxdı. Anlaşılmaz bir ifadə ilə dedi:
– Bizim mahalda Şanmatye adlı bir səfil adam varmış. Alma oğurluğu üstündə keçən payız tutulur. Onu Arras həbsxanasına aparırlar. Orada qoca bir katorqalı onu tanıyır. Məlum olur ki, Jan Valjanın adı Jan, anasının soyadı isə Matye imiş. Odur ki Jan dəyişib Şan olur və anasının soyadı ilə “Şanmatye” kimi tanınır. Jan Valjanı iki başqa katorqalı da tanıyıb. Mən isə burada güman edirdim ki, Jan Valjan əlimdədir. Məni çağırtdırıb Şanmatyeni göstərdilər. Bu adam, şübhəsiz, Jan Valjandır. Mən özüm onu tanıdım.
– Siz buna əminsinizmi? – deyə soruşdu.
– Əlbəttə, əminəm! Onun işi şuluqdur. O, təkrar cinayət törədib. İşə Arras məhkəməsi baxacaq. Məni də bir şahid kimi çağırıblar. Sabah bu işə baxılacaq.
Javer baş əydi və qapıya tərəf döndü. Qapının ağzında dönüb gözlərini qaldırmadan dedi:
– Cənab mer, yerimə adam təyin olunana qədər vəzi-fəmə davam edəcəyəm.
Страницы книги >> 1 2 | Следующая
Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.
Оплатили, но не знаете что делать дальше?
Səfillər. Viktor Hüqo (PDF yüklə)
Viktor-Mari Hüqo (fr. Victor Marie Hugo) – fransız romantik şair, dramaturq, yazıçı, romançı və rəssamdır, 26 fevral 1802-ci ildə Bezansonda anadan olub və 22 may 1885-ci ildə Parisdə vəfat edib. Fransız dilinin ən mühüm yazıçılarından biri hesab olunur. Eyni zamanda, fransız 19-cu əsr ədəbiyyatı tarixində qəti fikirli vacib ideoloq və siyasi şəxsiyyət kimi tanınıb.
Səfillər (fr. Les Misérables) — yazıçı Viktor Hüqonun 1892-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanıdır. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibələri izlənilir. Roman Din şəhərinin yepiskopu Miriel Benvenünün həyat tərzinin təsviri ilə başlayır. Sanki Hüqo bununla insanları daha mərhəmətli ədalətli olmağa çağırır. Miriel Benvenü ideal bir yepiskopdur. O, qəribə bir təsadüf nəticəsində bu məqama çatmışdır. Bir dəfə Napoleon öz əmisinə baş çəkmək üçün Parisə gəlir.
Qəbul otağında gözü onu diqqətlə izləyən bir ixtiyara sataşır. Geri dönərək ixtiyardan onu niyə belə diqqətlə süzdüyünü soruşur:
– “Mərhəmətli insan niyə mənə elə baxırsan?”
– “Əlahəzrət siz qarşınızda mərhəmətli insan görürsünüz, mən isə böyük bir insanı seyr edirəm. Hər birimiz bu tamaşadan özü üçün müəyyən bir fayda ala bilər”. – deyə Miriel cavab vermişdir.
İmperator həmin axşam kardinaldan bu keşişin adını soruşmuş, bir müddət sonra isə cənab Miriel özü belə gözləmədən Din şəhərinin yepiskopluğuna təyin olunduğunu eşitmişdir. Miriel hökümətdən aldığı on beş min livr məvacibini tamamilə mərhəmət üçün xərcləyər özünün yerdə qalan min və bacısının beş yüz livr rentəsi ilə sadə bir həyat sürərdilər.
Roman əski dustaq Jan Valjanın çarpışmaları və xilasolma sərgüzəştləri üzərində qurulmuşdur. Katorqadan azadlığa çıxmış həmin o müdhiş sarı rəngli pasportun sahibi Jan Baljan gecələmək üçün döydüyü bütün qapılardan qovulan, rədd edilən bir səfildir. Ona öz mərhəmət qucağını açmış, qarnını doyuzdurub, gecələməyə yer vermiş olan yeganə adam yepiskop Miriel Benvenü olmuşdur.
Jan Valjan yepiskopun bütün bu yaxşılıqlarının əvəzində tutmuş olduğu bu naqis hərəkətdən vicdan əzabı çəkmiş olur. Onun daxilində qəribə bir çevrilişin baş verdiyi hiss olunmaqdadır. O, sanki başqa bir adam olmuşdur. Onun qəlbində hər şey dəyişmiş, artıq o, yepiskopun onun qəlbinə toxunan sözlərinin təsirini puç etməyə qadir deyildi.
Comments are closed, but trackbacks and pingbacks are open.