Press "Enter" to skip to content

Viza almağın asan və çətin olduğu səfirliklər

Hal-hazırda Gürcüstanın quru sərhədlərinin bağlı olması səbəbindən, hava yolu əcnəbi ölkə vətəndaşlarının ölkəyə giriş qaydaları aşağıdakı kimidir:

Azərbaycanda su sayğacları üzrə smart-kartları onlayn yükləmək olacaq

“Azərsu” ASC-nin abunəçiləri üçün su sayğacları SMART-kartlarının onlayn yükləmə xidməti sentyabrın sonu işə düşəcək. Bu barədə Trend-ə “Goldenpay” şirkətindən məlumat verilib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

“Azərsu” ASC-nin abunəçiləri üçün su sayğacları üzrə smart-kartların onlayn yüklənməsi xidməti sentyabrın sonu işə düşəcək. Bu barədə Trend-ə “Goldenpay” şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, “Azərsu” və ASC-nin sayğaclarının sahibi olan üçüncü şirkətlə artıq razılıq əldə olunub: “Razılığa müvafiq olaraq texniki sənədləşmə əldə etmişik. Bu sənədlər əsasında “Hesab.az” portalının “Kommunal xidmətlər” bölməsinin köməyi ilə “Azərsu” sayğacları üzrə smart-kartların onlayn yüklənməsi xidmətinin inteqrasiyası üçün işlər aparılır”.

Sistemin iş mexanizmi qaz sayğacları üzrə smart-kartların onlayn yüklənməsi üçün tətbiq olunan sistemin mexanizmi ilə eynidir. Smart-kartları yükləmək üçün kard-riderlərdən istifadə olunmalıdır. Qiyməti 30 manat olan cihazı “Goldenshop.az” onlayn-mağazasından əldə etmək olar.

Smart-kartları yükləmək üçün Java proqramı yükləmək (java.com/en/download/ie_manual.jsp?locale=en), həmçinin drayveri (drayverin ünvanı: system.goldenpay.az/smart/jpcsc.dll) C diskinin “Windows” qovluğuna kopyalamaq lazımdır.

Viza almağın asan və çətin olduğu səfirliklər

Azərbaycanlıların xaricə səfərlərinin artması ölkəmizdəki səfirliklərə viza üçün müraciətləri də artırıb. Səyahət, təhsil, müalicə və sair məqsədlə xarici ölkələrə səfər edənlər ilk növbədə viza məsələsini həll etməlidirlər.
Seyyah.az-ın məlumatına görə, Azərbaycan vətəndaşları dünyanın 62 ölkəsinə (həmin ölkələrin siyahısına baxmaq üçün seyyah.az-ın “Axtarış” pəncərəsinə “Bu il Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin – SİYAHISI” yazıb axtarışa vurun) vizasız gedə bilərlər. Dünyada təqribən 200 ölkənin olduğunu nəzərə alsaq, 140 ölkəyə getmək üçün viza almalıyıq.
Heç də bütün ölkələr vizanı eyni qayda ilə vermir. Bəzi ölkələrə viza almaq az qala avtomatik baş verir, bir sıra ölkələrin vizalarını almaq üçün isə çoxlu sayda sənədlər toplamaq və səfərin məqsədini izah edib əsaslandırmaq lazımdır. Amma bəzən heç bunlar da viza üçün kifayət etmir və müraciət edənlər imtina cavabı alırlar.
Yay aylarında səyahətlərin sayının artdığını, eləcə də, bundan sonra da azərbaycanlıların xaricə, o cümlədən Avropanın Şengen zonasına səfər edəcəklərini nəzərə alaraq səyyah.az vizaların asan və çətin verildiyi səfirlikləri araşdırıb.
Macarıstan – həm imtina verir, həm də zərərə salır
Seyyah.az-ın araşdırmalarına görə, ən çətin hesab edilən səfirliklərdən biri Macarıstan səfirliyidir. Qeyd edək ki, Macarıstanın azərbaycanlıların arasında birdən-birə belə populyarlaşmasının əsas səbəbi “Wizz Air” şirkəti ilə Bakıdan Budapeştə ucuz reyslərin işə düşməsidir. Nəticədə, əksər hallarda Avropaya səyahət məhz bu ölkədən başlayır və vizanı da buradan almaq lazımdır. Amma seyyah.az-ın oxucuları bildirir ki, ucuz reys bu ölkəyə səfərlə bağlı yeganə rahatlıqdır. Belə ki, səfirlikdən viza almaq üçün çoxlu sayda sənədlər toplamaq tələb olunur. Viza almaq istəyənlər uçuş bileti, oteldə gecələməklə bağlı otel bronlarını, ölkə ərazisində və ya kənar ölkələrə səyahət edəcəkləri halda onların da biletlərini və bu kimi çoxlu sayda ödəniş sənədləri təqdim etməlidirlər. Amma hətta bu halda da bəzi vətəndaşlar vizadan imtina cavabı alırlar. Ən pisi odur ki, imtina cavabınan sonra alınmış biletləri qaytarmaq da olmur (“Wizz Air” şirkəti ucuz şirkət olduğunan ondan alınan biletlər dəyişdirilmir və qaytarılmır). Nəticədə müştəri səyahətə gedə bilməməklə yanaşı, həm də maddi zərərə düşür. Oxucularımızın bəziləri hətta ehtimal edirlər ki, Macarıstan səfirliyində bu qaydalar ölkəyə müftə pul qazandırmaq üçün tətbiq edilir.
Xəbərlərdə axtarın: Xaricə uğurla köçmək üçün – 12 QIZIL QAYDA
“Macarıstan səfirliyi səbəbsiz imtina verir”, “Bu il ən çətin viza verən səfirlik Macarıstandır”, “Bu səfirlik faktiki olaran bizim cibimizə girir, əvvəlcədən hər şeyn pulunun ödənilməsini tələb edirlər (biletin,hotelin və s.), amma sonda imtina verirlər, Wizzair ucuz aviaşirkət olsa da, bilet geri qaytarilmir, o da sərf eləmir”-deyə seyyahın oxucuları yazırlar.
Hərçənd bəzi oxucular Macarıstan səfirliyinin viza verməsindən razılıq edirlər. Oxuculardan biri yazır ki, viza ilə bağlı heç bir problem yaşamayıb: “Sakitcə müraciət edib viza almaq və istirahətə getmək olar. Orada 4 dəfə olmuşam, Budapeşt də gözəl şəhərdir”.
Çexiya səfirliyi – düz danışın və otel bronu ləğv eğməyin
Azərbaycanlıların Avropada az qala kütləvi səyahət etdiyi ölkələrdən biri də Çexiyadır. Praqada, Karlovı-Varıda olmaq normal səyahətçi üçün adi hal sayılır. Üstəlik həmyerlilərimizdən bir hissəsi bu ölkədə əmlak sahibi də olublar. Amma ən çox imtina verən səfirliklərdən biri də Çexiya səfirliyi sayılır. Hər halda sorğuda bu səfirliyin axı ən çətin viza verənlər arasında ən çox çəkilənlərdəndir.
Xəbərlərdə axtarın: Türkiyədə tanımadığımız ucuz və əyləncəli istirahət məkanı – DİDİM, QİYMƏTLƏR
Bununla yanaşı, Çexiyanın viza qaydalarından razılıq edənlər də var. Oxucular yazır ki, Çexiya səvirliyi viza almaq üçün rahatdır amma otel bronuna çox fikir verirlər. Çexiyaya viza almağın xüsusiyyətlərindən biri budur ki, bu səfirlik müştərinin əvvəlki səfirliklərlə münasibətlərinə də fikir verir – əgər kimsə Şengenə imtina alıbsa, əksər allarda onlar da imtina verirlər. Bu baş verəməsi üçün onlara imtinanın səbəbi barədə geniş izahat vermək lazımdır. “Mən may ayında Macarıstan səfirliyindən imtina almışdım, iyunda Çexiya səfirliyinə müraciət etdim, amma buradan da imtina aldım. Konsulla görüşüb səbəbi ilə maraqlandıqda məlum oldu ki, Çexiya səfirliyinə sənədlərimi hazırlayan turist firması Macarıstan səfirliyindən aldığım imtinanı göstərməyib. 1 həftə sonra yenidən müraciət edib vizamı aldım”-deyə oxuculardan biri yazır. Oxucular bildirir ki, Çexiyaya viza üçün müraciət edəndə butün imtinaları və onların səbələrini göstərməlisən. “səmimi” oldunsa, viza veriləcək : “Çexiya səfirliyi elə-belə imtina vermir, ən xoşladığım səfirlikdir”-deyç oxuculardan biri yazır. Amma çexlər bu ölkədə hotel və hostel bronlamasına çox ciddi yanaşırlar. Viza almaq üçün otel bronlayıb sonra onu ləğv edənlər ehtiyatlı olmalıdırlar,səfirlikdə bu məsələni ciddi surətdə izləyirlər: “otel bronunun ləğv edildiyini görsələr, çağırıb, hətta verilmiş vizanı da ləğv edə bilərlər”.
Almaniya – geri qayadacağını sübut etməlisən
Azərbaycanlıların bütün məqsədlər üçün ən çox üz tutduğu, viza aldığı, səfər etdiyi, bəzən gedib, geri qayıtmadığı və nəticədə son vaxtlar ən çox imtina aldığı ölkələrdən biri də Almaniyadır. Almaniya azərbaycanlılar üçün sadəcə Avropa ölkəsi deyil. Bu ölkə nizam-intizamın qanun-qaydanın, qanunların düzgün və istisnasız işləməsinin, yüksək həyat şəraitinin, tibbi sığortanın və sair rahatlıqların olduğu ölkədir. Bir neçə il əvvələ qədər Almaniyaya maşın alverçiləri daha çox gedirdilər indii isə təsih, müalicə və ya miqrasiya üçün gedənlərin sayı artıb. Bu da vaxtilə rahat viza qaydaları olan səfirliyi çox sərtləşməyə vadar edib. Nəticədə bu ölkəninsəfirliyi ən çox imtina verənlər arasındadır.
Xəbərlərdə axtarın: Ərəb turist: “Adambaşına gündə 150 manat xərcləyirik”
“Qonaq kimi getmək istəyirdim, dəvət sənədi+bütün sənədlər də qaydasında idi, sırf 4-cü kursu bitirmiş olduğuma görə, imtinv verdilər, qorxdular ki, birdən geri qayıtmaram” – deyə seyyah.az oxucularından biri başına gələni yazır. Bunun əsas səbəbi yuxarıda göstərildiyi kimi, ölkədən Almaniyaya qanunsuz qaçqınların olmasıdır. Nəticədə müştərilər imtina almaqla yanaşı, təyyarə bileti və hotel bronu ilə yanaşı, viza rüsumu və sığorta haqqı dəyərində də zərərə düşürlər.
Avstraliya və Yeni Zelandiya – cənnətə yol bağlıdır
Sözün əsl mənasında dünyanın o başında yerləşən real cənnətlər – Avstraliya və Yeni Zelandiya da viza almğın çətin olduğu ölkələr sırasındadır. Çox güman ki, bu ölkələrə gedənlər də azdır, əks halda imtina alanların sayı daha sox olardı. Oxucular yazır ki, Avstraliya səfirliyi çoxlu sayda sənədə tələb etsə də, onların toplanması viza almaq qarantisi deyil: “Səni bura bağlayan bütün sənədləri tələb edirlər və sonda imtina verirlər”.
İtaliya – “əvvəlki Şengen vizalarını göstərin”
İtaliyaya viza almaqla bağlı vəziyyət bir qədər fərqlidir. Seyyah.az-ın keçirdiyi sorğuda İtaliyanın adı bir dəfədə olsa asan viza verilən kimi qeyd edilmir. Göstərilir ki, bu ölkə viza verərkən, müştərinin əvvəlki vizalarının olub-olmadığına fikir verir. Əgər əvvəllər müştəridə Şengen vizası olubsa, İtaliya səfirliyi də etiraz etmir. Əksinə olduqda isə imtina verilir. Başqa sözlə, İtaliya səfirliyi bu ölkəyə səyahət edənər üçün ilk Şengen vizası vermək istəmir.
Kanada – ən ehtiyatlı səfirlik
Çətin viza verilən ölkələr arasında Kanadanın adının olmaması təəccüblü olardı və doğrudan da, oxucular arasında ən çox adı çəkilən ölkələrdən biri də Kanadadır. Bu ölkə rahatlığın, sosial müdafiənin, başqa həyatın simvoludur və açığını etiraf etmək lazımdır ki, oraya səfər edənlərin əksəriyyəti bu ölkədə qalıb yaşamaqdan imtina etməzdi. Bunu Kanada səfirliyində də yaxşı bilirlər Nəticəsi – həddən artıq ehtiyatlılıq və çoxlu sayda imtinalardır. Bəzən hətta bütün sənədlərin olması da, viza alacağına qarantiya vermir.
ABŞ – Amerika arzusunu reallaşdırmaq asan deyil
ABŞ – azərbayanlıların ən çox səyahət etdiyi ölkələrdən biri olmaqla yanaşı, həm də ən çətin viza verilənlərdən biri sayılır. Səfirlikdəki o qədər aydın olmayan (hər halda azərbayxanlıları üçün) viza verilməsi siyasəti bəzən müraciət edənlər arasında etirazlara səbəb olur. Səbəbi göstərilmədən hətta ölkədə bir neçə dəfə olmuş şəxslərə imtina verilməsi halları da var. Hətta istifadəçilərdən biri yazır ki, sənədləri toplamaq bir yana, viza müraciətinə baxılması üçün ödənilən 160 dollarlıq rüsum da adamı “yandırır”.
Amma oxuculardan bəziləri ABŞ-ı vizaların asan verildiyi ölkələrdən biri kimi qeyd edir.
Böyük Britaniya – səfər etdiyiniz ilk ölkə olmayacaq
Nə qədər maraqlı olsa da, azərbaycanlıların çətin viza aldıqları ölkələr arasında Böyük Britaniyanın da adı çəkilir. Məsələ bundadır ki, Britaniya müstəqillik illərində ölkə vətəndaşlarının ən çox səyahət etdiyi və qalıb işlədiyi ölkələrdəndir. Bununla yanaşı, sorğuda oxucular bu ölkəni çətin viza verən kimi qeyd ediblər. Səbəbləri dəqiq yazılmasa da, şərhlərdən məlum olur ki, Britaniya səfirliyi də “ilk olmaq” istəmir. Yəni əgər müraicət edən şəxs başqa Avropa ölkələrində səfərdə olmayıbsa və ya ümumiyyətlə ölkədən xaricə çıxmayıbsa, çətin ki, britaniyalılar ona viza versinlər.
Fransa – Eyfel qülləsi arzusu
Viza qaydalarına birmənalı qiymət verilməyən ölkələrdən biri də Fransadır. Seyyah.az-ın oxucularının bir hissəsi səfirliyin vizanı hansı meyallarla verdiyinin başa düşülməz olduğundan şikayətlənirlər. “Fransa səfirliyinə kifayət qədər təkzib olunmayan və düzgün sənədlər təqdim edilmişdi amma onlar mənə imtina verdilər, başqa bir qız isə heç bir normal sənədi olmadığı alda viza aldı. Ürəkləri kimə istəyir, vizanı da ona verirlər”-deyə oxuculardan biri yazır.
Amma səfirlikdən razılıq edənlər də var: “Fransa səfirliyi çox yaxşıdır. Anlayışlıdırlar, bütün sənədlər qaydasında olanda rahat alırsan. Mən 4 dəfə Fransa səfirliyindən viza almışam, problemsiz”-deyə başqa bir oxucu təcrübəsini bölüşür.
Çin səfirliyi – “5-5 gəlin”
Viza ilə bağlı maraqlı qaydaları olan və buna görə də çətin təsiri bağışlayan ölkələrdən biri də Çindir. Seyyah.az-ın 100-den artıq ölkəni gəzmiş oxucularından biri yazır ki, bu ölkəyə viza oalmaq üçün hökmən qrup müraciəti lazımdır: 100-dən artıq ölkəni arxada qoyaraq deyə bilərəm ki, ən çətin olmasa da, bir az çətin olan səfirlik – Çin səfirliyidir. Belə ki, yalnız səfəri 5 adamın iştirakı ilə qrup halında sənədlər tələb edilir”.
Digər ölkələr
Çətin viza verilən ölkələrdən biri Türkmənistan sayılır. Seyyah.az-ın məlumatına görə, əksər hallarda bu ölkəyə ancaq dəvətlə viza verilir. Avstriya, İsveçrə, İsrail, Cənubi Koreya, Latviya, Norvec və İrlandiya da, oxucularımız tərəfindən vizanı çətin verən ölkələrdən sayılır. Əvəzində Baltik ölkələri və Polşa asan viza verən ölkələr kimi qiymətləndirilir.
Bəzioxucularımız isə bildirir ki, ümumiyyətlə hər şey qaydasında olandan sonra bütün səfirliklərdən viza almaq olur. “Bu günə qədər Avstriya, Almaniya, Macarıstan, UK və ABS səfirliklərindən viza almışam hele ki, hec bir çətinliklə üzləşməmişəm”-deyə oxucumuz yazır.
Giriş möhürünü unutmayın
Digər mühüm məqam. Vizanı alan şəxs, hökmən həmin ölkədən giriş etməlidir. Doğrudur, Şengen vizasını alan şəxs Avropaya istənilən Şengen ölkəsindən daxil ola bilər. Amma bunu başqa ölkəən edənlər gələn dəfə viza almaqda çətinliklə üzləşəcəklər: “Haradan alırsınızsa orada mütləq giriş ve ya çıxış möhürünüz olsun, yoxsa növbəti dəfə Şengen ala bilməzsiniz, çıxış başqa ölkədən də ola bilər, amma giriş hökmən həmin ölkədən olmalıdır”-deyə oxucular seyyah.az-a bildirirlər.

  • Birləşmiş Krallığa viza necə almalı?
  • Viza nədir ?
  • Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
  • Amerikaya viza dəstəyi
  • Vizasız ölkələr siyahısı
  • Macarıstana necə viza almaq olar?
  • Fransa vizası üçün lazım olan sənədlər
  • Niyə məhz İngiltərə?
  • Avstriyaya viza almağın qaydaları
  • Bolqarıstana necə viza almalı?
  • Çin vizası haqqında
  • Yunanıstan vizası dəstəyi
  • Malta vizası dəstəyi
  • Taylanda səfər etmək üçün viza tələbləri
  • Çexiya vizasının növləri
  • Şengen ölkələrinə viza alarkən diqqət edilməli məqamlar
  • Viza baryerinin məqsədi və faydası
  • İtaliyaya turist vizası almaq üçün lazım olan sənədlər

Vizalar.az dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Viza üçün müraciətin hazırlanması diqqətli yanaşma tələb edən çətin bir prosesdir. Viza dəstəyini vizalar.az-a etibar edin.

Azərbaycana giriş-çıxış qaydaları açıqlandı – İZAHAT

Azərbaycan Respublikasına hava və quru yolla giriş-çıxış qaydaları açıqlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayır.

Gürcüstana hava və quru yolu ilə giriş-çıxış qaydaları ilə bağlı Səfirliyin məlumatında deyilir:

“Yeni növ COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstanın Hökumət Başçıları arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən 2020-ci ilin 14 mart tarixindən ölkələr arasında həm hava, həm dəki quru yolu ilə dövlət sərhədləri müvəqqəti olaraq bağlanmışdır.

Gürcüstanın Qurumlararası Koordinasiya Şurasının cari ilin 24 fevral tarixində keçirilən növbəti iclası çərçivəsində Azərbaycan Respublikasının vətəndaşlarının mart ayının 1-dən etibarən PCR test verməklə hava yolu ilə Gürcüstana daxil olması barədə qərar qəbul etmişdir. Qərara əsasən ölkəyə daxil olan vətəndaşlarının 72 saat sonra təkrar test verməlidirlər. İstənilən ölkədən hava yolu ilə səyahət edən xarici ölkələrin vətəndaşlarının, Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam kursunu (iki doza) təsdiqləyən sənəd təqdim etdikləri təqdirdə Gürcüstana daxil olduqdan sonra təkrar 72 saat sonra test vermək məcburiyyətindən azad olunurlar.

Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə daxil olması ilə bağlı verilən qərarı əsas tutaraq, cari ilin 19 mart tarixindən etibarən Azərbaycanın aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Gürcüstanın paytaxtı Tbilisi şəhərinə və əks istiqamətdə xüsusi reyslər həyata keçirmək barədə qərar qəbul etmişdir.

Uçuş cədvəlinə əsasən, pandemiya dövründə Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşlar həftədə beş dəfə – çərşənbə günü və cümə axşamı istisna olmaqla həyata keçirilir.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar. Həmçinin, Gürcüstana hava yolu ilə gəlməyi planlaşdıran əcnəbilər məcburi aşağıda qeyd olunan onlayn formanı doldurmalıdırlar:

Hal-hazırda Gürcüstanın quru sərhədlərinin bağlı olması səbəbindən, hava yolu əcnəbi ölkə vətəndaşlarının ölkəyə giriş qaydaları aşağıdakı kimidir:

Həmçinin, Gürcüstanın Qurumlararası Koordinasiya Şurasının Qərarına əsasən digər ölkələrlə yanaşı Azərbaycan Respublikasının da vətəndaşlarının quru sərhədlə ölkəyə cari ilin 1 iyun tarixindən etibarən aşağıda qeyd olunan şərtlərlə girişinə icazə verilmişdir:

1. Azərbaycan vətəndaşı Gürcüstan ərazisinə quru yolu ilə daxil ola bilər:

– Son 72 saatda götürülən PCR testinin mənfi nəticəsi ilə və ya COVID-19 peyvəndinin tam kursunu (iki doza) təsdiqləyən sənəd təqdim etdikdə;

– Peyvənd olunmamış şəxs son 72 saatda edilən PCR testinin neqativ nəticəsi ilə Gürcüstan ərazisinə daxil olduqdan 72 saat sonra təkrar PCR test verməlidir;

– Peyvənd olunan şəxslər, 72 saat öncədən PCR testin nətcəsini əldə etmədikləri təqdirdə Gürcüstan ərazisinə daxil olarkən sərhəddə PCR test verməli olacaqlar;

– Gürcüstana quru yolu ilə daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları mütləq şəkildə aşağıda qeyd olunan onlayn formanı doldurmalıdır:

​Səfirlik Azərbaycan Respublikasının vətəndaşlarının Gürcüstana quru yolu ilə səfər etmədən öncə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahına müraciət edərək ölkədən çıxış və giriş icazəsi almalarının zəruri olduğunu bildirir.

​Həmçinin, Səfirlik üçüncü ölkələrdən quru yolu ilə Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına daxil olmaq istəyən vətəndaşlarımızın da müvəqqəti yaşadıqları ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizə müraciət etməklə Azərbaycan Respublikasına quru yolu ilə giriş icazəsi almalarının vacib olduğunu bildirir.

​Səfirlik, həmçinin məlumat vermək istəyir ki, hava yolu ilə vətəndaşlarımızla yanaşı aşağıda qeyd olunan şəxslər Azərbaycan Respublikasına yalnız PCR test verməklə səfər edə bilərlər:

– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

– Valideynlərdən biri, həyat yoldaşı və ya övladı Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər;

– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

Həmçinin, nəzərə alınmalıdır ki, quru yolu ilə Azərbaycan Respublikasına Gürcüstandan qayıtmaq istəyən vətəndaşlarımız, eyni zamanda Azərbaycan Respublikasında akkreditə olan xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri; valideynlərindən biri, həyat yoldaşı və ya övladı Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər səfər etmədən öncə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahına müraciət etməlidirlər”, – deyə səfirliyin yaydığı məlumatda qeyd olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.