Press "Enter" to skip to content

Xallar necə əmələ gəlir və nədən xəbər verir

Sağ qaş tərəfdə — xoşbəxt və bəlkə də tez qurulan ailə.

Xalların mənası nədir?

Xal insanın xasiyyəti və gələcək taleyi haqda xəbər verə bilir.

Başda olan xallar.
Başda olan xallar insanın istedadı, başqalarına təsir göstərmək qabiliyyətinin yüksək olması haqqında məlumat verir. Saçın altında qalan xallar sahibinin məqsədyönlü, tənhalığa meyilli olduğunu bildirir.

Alında, qaşların arasında, gicgahda olan xal sahibinin həyatında əsas dəyişikliklər gənclik yaşlarında baş verəcəyini bildirir.

Yanaqda olan xallar insanın həyatında vacib hadisələrin yetkinlik yaşında baş verəcəyini bildirir.

Sağ yanaqda — xoşbəxtlik, əsas da, ailə həyatında.

Sol yanaqda — çətinliklər, mübarizə.

Ağız tərəfdə- Qəribəlik.

Burunda — böyük gələcək, çoxlu səyahət.

Çənədə — eqoizm, amiranəlik, qısqanclığa meyllilik.

Sol qaş tərəfdə — uğursuz evlilik.

Sağ qaş tərəfdə — xoşbəxt və bəlkə də tez qurulan ailə.

Boğazda — Varlı nikah, həyata keçirilən ambisiyalar.

Boyunda — Gözlənilməz miras, ilkin yaşlarda çətinlik, lakin son nəticə olaraq — uğur.

Əldə — Uğura apara bilən bacarıq.

Çiyində — çətin həyat. Bundan başqa çiyində və biləkdə olan xallar sahibinin eşq düşkünü olduğunu bildirir. Sevgisi üçün hər şeyə hazır olan bu adamlar həyatları boyu bir neçə dəfə vururlurlar.

Alında – olan xal həmçinin bu insanın yaxşı karyera quracağına işarədir.

Ayaq, diz və topuq hissənin arasında olan xal, səliqəsiz və tənbəl insanlara xasdır. Həm də eqoistdir.

Beldə — gözəl, açıq xasiyyətli, əliaçıq biridir.

Böyük xallar əsasən uğura bir işarədir. Əgər xal daha qabarıqdırsa, uğur da daha çoxdur. Əgər oval, ya da kəskindirsə, uğursuzluğa işarədir. Xal tüklüdürsə, bu daha da pisdir.

Baldırında – xal olan şəxslər səyahət etməyi sevirlər. Nikbin olan bu insanlar əşyalara bağlanmadıqları kimi, insanlara da bağlana bilmirlər.
Üz nahiyəsində olan xalların mənaları

1. Güclü intuisiya, ağıllı və intiqama meyllilik.

2. Ehtiraslıdır, qısqancdir və tez əsəbiləşəndir.

3. Şair ruhlu, intellektual, professiyalara meyl edir.

4. Dərin sevgi və bağlılıq, hissiyyatlı və əliaçıqdır.

5. Dəyişkən, coşqun və qısa olan roman kimi yaşayır hər şeyi…

6. Səyahəti sevən, güclü fantaziya və yaradıcı.

7. Əsassız qısqanc, eqoist.

8. Güclü hissiyyat, ailə həyati ağır keçir.

9. Sevgidə əsassız günahlandırma və dalaşmağa meylli.

10. Əla yaddaş, siyasətçi.

11. Çətin sevgilərə və qadağan olunmuş hər şeyə meyl.

12. Qarışıq, sentimental əlaqələr, ehtirasa tez qapılan.

13. Tez küsüb tez barışan, platonik sevgi yaşayan.

14. Ümumdünya sevgisi və qeyri-adi tale.

15. Sərbəstlik, sevgi və səyahəti sevən.

16. Analıq etmək arzusu, mərd və sədaqətli.

17. Qalmaqallara və şokedici hərəkərlərə meylli, müxtəlif sevgilər, amma ailə həyatı qurmaqda çox ciddi.

18. Hissiyyatın hər şey üzərində qələbəsi, fantaziya və orijinallıq.

19. Qısqanclıq, tək və böyük sevgi yaşamağa meylli.

20. Çətin xarakterli, depressiyaya tez-tez düşməyə meylli.

21. İş və sevgi həyatinda dəyişkən, əlaqələrində qarışıqlıq yaşayan biri.

22. İntim anı sevən və qərarsız.

23. Ağıllı, yolunda düzgün.

24. Kövrək psixika və sağlamlıq, özünü qorumağı bacarmayan.

25. Adət-ənənəni və möhkəm ailə həyatını sevən. Cəmiyyətdə mehriban, sevgi həyatında isə sakitliyi sevən və köhnə fikirli.

Daxili orqanların yerləşdiyi yerdə ətli xallar müşayət olunduqda ehtiyatlı olmaq lazımdır. Bu həmin orqanda real və ya potensial problem olduğundan xəbər verir. Kürəkdə xalı olan insanlar böyrək, ağ ciyər ağrılarından və soyuqdəymədən tez-tez əziyyət çəkirlər.

Döşdə və intim yerlərdə xalı olanlar ağıllı, hətta hiyləgər olurlar. Döşündə xalı olan qadınlar qayğıkeş ana və gözəl evdar xanım olurlar.

İntim zonada olan xallar sahibinin seksual münasibətlərə xüsusi önəm verdiyini göstərir. Lakin bu xal həmin şəxsdə yeniyetmə yaşından sonra əmələ gəlibsə sonsuz olmasından xəbər verə bilər.

Xallar necə əmələ gəlir və nədən xəbər verir?

Hər bir insanda bədənin müxtəlif yerlərində müxtəlif rəngdə və ölçüdə xallar vardır. Xallar insana gözəllik verdiyi kimi, həmçinin təhlükə də yarada bilər. Xallar həm anadangəlmə, həm də qazanılmış ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xallar bir çox səbəblərdən yarana bilir: genetik faktor, hormonal faktorlar, ultrabənövşəyi şua və s. Uzun müddət gün şüası xalların yaranmasına və ya xalların dəyişməsinə səbəb ola bilər. Hər bir xal müxtəlif səbəblərdən dəyişərək bədxassəli ola bilər.

Bu balaca qəhvəyi nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində əmələ gəlir. Bu kiçik ləkələr bədənin istənilən yerində, istənilən yaş həddində meydana gələ bilər və onların bəziləri vaxt keçdikcə yoxa çıxır. Baxmayaraq ki, bizi çox zaman qorxudurlar ki, xallar asanlıqla xərçəng şişinə çevrilə bilər, onların əksəriyyəti qorxusuzdur.

Adi balaca xallardan fərqli olaraq, bəzi xüsusi növ xallar var ki, onlar dəridə menoçitopların yerləşməsinə bir-birindən fərqlənir. Sərhəd xalları böyük olmayan, tünd rəngli və azacıq qabarıq olan xallardır. Bədənin bütün hissələrində əmələ gələ bilər.

Ağır nevo-hüceyrə xalları

Tünd narıncı-qəhvəyi, kifayət qədər dərinin üzərində qabarıq şəkil almış xallardır. Xaldan bəzən tüklər də yetişə bilər. Belə xallar əsasən yeniyetmə yaşlarında meydana gəlir və 60 yaşına kimi yoxa çıxır. Əgər xalın yeri ağrayır və qaşınırsa, bu zaman mütləq dermatoloqa müraciət etmək lazımdır – ola bilsin ki, təhlükəli pozulma əmələ gəlib.

Bu növə əsasən yaşlı insanlarda meydana gələn bütün xallar aid edilir.

Dərinin solğun bir hissəsi ilə əhatə olunmuş xallar belə adlanır. Xalın ətrafında belə bir solğun hissənin yaranması bir qayda olaraq zərərsiz dəyişkənlikdir və pis heç bir şeydən xəbər vermir.

Körpələrin dərisində əmələ gəlmiş böyük göy hissələr də xalın bir növüdür. Bunlara çox az hallarda rast gəlinir və təqribən 5 yaşına qədər həmin xallar bədəndən yox olur.

Günəş şüalarının güclü təsiri nəticəsində əmələ gəlir. Belə ki, bu zaman melanoçitoplar xeyli miqdarda piqment hasil etməyə başlayır. Çillərin əmələ gəlməsinə görə narahat olmağa dəyməz. Bunlardan qorunmaq üçün xüsusi günəşdən müdafiə kremlərindən istifadə etmək kifayət edər.

Qəhvəyi rəngli hamar ləkələr. Günəş şüalarının təsiri altında əmələ gəlir. Bir qayda olaraq yaşlı insanlarda əmələ gəlir. Əgər lentiqo üz dərisində əmələ gəlir və diametri 2 santimetrdən yuxarı olursa, bu zaman onun təhlükəli olma ehtimalı çoxdur.

Bu ən çox yayılmış dəri xərçəngi xəstəliyidir. Bu xəstəlik doğurdan da öncə sağlam olmuş xaldan əmələ gələ bilər. Belə ki, bu cür hallar ümumi xərçəng xəstələrinin 50%-ində müşahidə edilir. Digər halların səbəbi isə hələlik məlum deyil. Alimlər yalnız ehtimal edirlər ki, buna səbəb dərinin DNT hüceyrələrinin ultra-bənövşəyi şüalanma ilə zədələnməsi ola bilər.

Melanomanı necə tanımaq olar?

Xallar öz rəngini və ya formasını dəyişdiyi andan dərhal ehtiyatlı davranmağa başlamaq lazımdır. Əgər onun ətrafı əyri hal almağa başlayıbsa və ölçüsü böyüyübsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz. Qaşınma və ya qanaxma da ağır nəticələr verə bilər. Zərərli melanomanı rahatlıqla cərrahiyə üsulu ilə aradan götürmək olar. Lakin, əgər artıq bu xərçəngə çevrilsə və ya yayılma verməyə başlasa, bunun qarşısını almaq artıq çətin olar.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.