Press "Enter" to skip to content

5 Addımda Xaricdə Həm Oxuyub, Həm də İşləyin! – 2023 Xaricdə Təhsil

Artıq demək olar ki, bütün iş insanlarının, şirkət və markaların LinkedIn hesabı var. LinkedIn hesabına sahib olmaq Avropada iş müraciətləri üçün vacibdir. Çünki LinkedIn artıq iş üçün müraciət edərkən baxılacaq bir platformaya çevrilmişdir. Buna görədə Linkedin hesabınız yoxdursa müraciətinizin peşakarlığı düşə bilər. Əlbəttə ki, hər şey tək bir LinkedIn hesabı açmaqla bitmir. LinkedIn hesabınızın CV-nizin ən son versiyasına uyğun olduğundan əmin olun və məzmununu mütləq şəkildə ingilis dilində yazın. Hesabınızda karyeranıza yönəlmiş peşakar yazılardan və cümlələrdən ibarət kontent paylaşsanız sizin üçün əlavə bir müsbət rəy formalaşacaqdır.

Şəxsi istifadə üçün gətirilən telefonların satışının qarşısı alınacaq

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar satışının qarşısını almaq niyyətindədir

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu “Azərbaycanda elektron ticarət: cari vəziyyət və inkişaf perspektivləri” adlı konfrans zamanı Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev deyib.

Onun sözlərinə görə, şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar kommersiya məqsədilə istifadə oluna bilməz:

“İndi bazarda vəziyyət elədir ki, telefonların satışı ilə məşğul olanlar barədə məlumat əldə etmək mümkün deyil. Dünən sifariş olunan 20-30 ədəd mobil telefon bu gün artıq satışa çıxır. Biz nazirliklə birgə ölkəyə gətirilən telefonların kommersiya satışı hallarının qarşısını almaq üçün layihə həyata keçiririk. Müvafiq tapşırıqlar dövlət başçısı tərəfindən verilib”.

Nazir müavini əlavə edib ki, bu vəziyyəti poçt və logistika xidmətlərini təkmilləşdirməklə dəyişmək olar:

“Eyni zamanda müştərilərin məmnunluğunu təmin etmək lazımdır. Elə etmək lazımdır ki, Azərbaycanın elektron ticarəti dünya e-ticarət bazarına töhfə versin”.

Milli.Az

5 Addımda Xaricdə Həm Oxuyub, Həm də İşləyin! – 2023 Xaricdə Təhsil

Əminliklə deyə bilərəm ki, xaricdə təhsil almağı arzulayan lakin maddi imkanları aşağı olduğundan bir çox tələbə bu mövzu barəsində düşünmüşdür. “Xaricdə iş imkanları necədir?, Xaricdə həm oxuyub həmdə işləyə bilərəmmi?, Aylıq xərclərimi həmin maaşla qarşılamaq mümkün olacaqdırmı?” deyə bir çox sualla maraqlanmışdır. Sizin bu suallarınızı nəzərə alıb bu günki məqaləmizdə xaricdə iş imkanları haqqında ətraflı məlumat verəcəyik. Avropada əsasən Macarıstan və Polşa ölkələrində mövcud olan iş imkanlarından bəhs edəcəyik. Elə isə gəlin çox vaxt itirmədən başlayaq!

Avropada Necə Həm Oxuyub Həmdə İşləmək Olar?

1.LinkedIn Hesabı Açın

Artıq demək olar ki, bütün iş insanlarının, şirkət və markaların LinkedIn hesabı var. LinkedIn hesabına sahib olmaq Avropada iş müraciətləri üçün vacibdir. Çünki LinkedIn artıq iş üçün müraciət edərkən baxılacaq bir platformaya çevrilmişdir. Buna görədə Linkedin hesabınız yoxdursa müraciətinizin peşakarlığı düşə bilər. Əlbəttə ki, hər şey tək bir LinkedIn hesabı açmaqla bitmir. LinkedIn hesabınızın CV-nizin ən son versiyasına uyğun olduğundan əmin olun və məzmununu mütləq şəkildə ingilis dilində yazın. Hesabınızda karyeranıza yönəlmiş peşakar yazılardan və cümlələrdən ibarət kontent paylaşsanız sizin üçün əlavə bir müsbət rəy formalaşacaqdır.

2.İngilis Dil Biliyi

Əlbəttə ki, istər xaricdə təhsil almaq üçün, istərsədə işləmək üçün ən vacib şərtlərdən biri sizin mükəmməl səviyyədə ingilis dil bilikləriniz olmalıdır. Çünki siz həm təhsil aldığınız müddət ərzində, həm də iş mühitində heç bir sıxıntı çəkmədən rahat və sərbəst şəkildə kommunikasiya əlaqələri qurmağı bacarmalısınız. İngilis dil biliklərinizi sübut etməniz üçün də müraciət etdiyinizin bir çox universitet sizdən beynəlxalq dil sertifikatları tələb edəcəkdir. Avropada əksər universitetlər dil sertifikatı üçün İELTS tələb edirlər.

3.Peşekar CV Hazırlayın

İxtisas bilikləriniz dərin olmasada, lakin CV-niz mükəmməl və hər daim öz üzərində işləyən, aktiv bir tələbə həyatı keçirmiş olduğunuzu göstərməlisiniz. Bunun üçün bacardığınız qədər ölkə daxilində və xaricində beynəlxalq və yerli layihələrdə, təlimlərdə və seminarlarda iştirak edin. Vaxtınızı hər şəraitdə və mühitdə səmərəli istifadə edərək dəyərləndirdiyinizi və özünüzə sərmaye qoyduğunuzu CV-nizdə bildirməyiniz vacibdir. İnterviewda isə sizdən həm texniki, həm də behavioral suallarlar soruşa bilərlər. Bu sualları isə rahatlıqla tapa və müraciət etdiyiniz şirkətin sizdən hansı tip suallar soruşacağınıda Google-dan tapa bilərsiniz. Burada diqqət etməli olmalı olduğunuz vacib bir məqam isə CV-nizdə fərqli açar sözlərinizdən istifadə etməyinizdir. Çünki iş mühitində rəqabət güclü olduğundan şirkətlər kompyuter proqramlarından istifadə edərək, bir çox CV-ləri dərhal uyğun olmayan və ona tapşırılmış açar sözlərdən istifadə edilməyən müraciətləri silir və rədd edir. Buna görədə siz Cv-nizdə həmin açar sözlərdən istifadə etməlisiniz.

4.Referans Tapın və Neworking Əlaqələri Qurun

Avropada iş üçün referans məktubları tələb olunmasada, lakin işə girməyinizi asanlaşdıracaq bir metodlardan biri də sizi bir nəfərin HR-a referans olaraq göstərməsidir. Yəni tövsiyə etməsidir, bu prosedur müraciət etdiyiniz şirkətdə işləyən tanıdığınız bir nəfər varsa CV-nizi Hr menecere təqdim etməsi ilə olur. Əlbəttə ki, bu metod xeyirxahlıq məqsədi ilə edilmir, buradakı məqsəd şirkətlərin işçi axtararkən öz kollektivindən işə götürmə prosesində istifadə etməsi sayəsində olur. Demək olar ki, bütün global şirkətlərdə bu sistem mövcuddur və ən azından sizə ilkin mərhələni keçmənizdə kömək edəcəkdir. Networking əlaqələri qurmanızın isə burada sizin köməyinizə çatacaqdır. Həmin əlaqələrin inkişaf etməsi və genişlənməsi üçün yuxarıda qeyd etdiyimiz LinkedIn hesabı açmanız və iş üçün müraciət etməyi planlaşdırdığınız şirkətlərdə işləyən insanları tapmaqdan və onlara mesaj göndərməkdən çəkinməyin.

5.Böyük Şirkətlərə Müraciət Edin

Bəlkədə hər kəsin ən çox qorxduğu şey Avropada iş tapmaq üçün iri və korporativ şirkətlərə müraciət etməkdir. Həmin qorxudan dolayı hər kəs kiçik şirkətlərə müraciət edir. Lakin siz global şirkətlərə müraciət etməkdən çəkinməməlisiniz, çünki Avropada xüsusilədə Polşa və Macarıstanda korporativ şirkətlərdə çalışan kifayət qədər azərbaycanlı var.Həm Macarıstan və Polşada reytingli universitetlər təşkil etməklə beynəlxalq və savadlı tələbələr üstünlük təşkil edir. Həmdə bu ölkələrdə aylıq əmək haqqı qiyməti aşağı olduğundan dolayı, şirkət büdcələrinə qənaət etmək imkanı verir.

Bəs Avropa Ölkələrində Geniş İş İmkanları Varmı?

Avropa ölkəsi olan Macarıstanda xüsusilədə geniş iş imkanları mövcuddur və buna görədə Avropanın iş tapmaq üçün ən əlverişli ölkələrindən biri hesab olunur. Macarıstanın paytaxt şəhəri olan Budapeştdə iş imkanları iş axtaran savadlı və peşekar insanların sayından çoxdur. Buna görədə rəqabətin güclü və əcnəbi tələbələrin çox olmasına baxmayaraq, özünüzə güvənir və savadınızdan əminsinizsə, Macarıstanın iri və korporativ şirkətlərinə müraciət etməkdən çəkinməməlisiniz. Macarıstanda tamştat işləyən işçilərin aylıq əmək haqqısı təqribən 780 avrodur. Həmçinin burada əlavə olaraq əcnəbi tələbələrə işləmək hüququ verilir və həftə ərzində 24 saat işləmək imkanları olur. Global şirkətlər tərəfindən əcnəbi tələbələrin həm işləməsi həm də pul qazanması üçün təcrübə proqramları da tərtib olunur. Bu təcrübə proqramlarını uğurla başa vuran tələbələrə isə həmin şirkətlərdə qalıb daimi işləmək haqqı da verilir.

Polşada isə sizin İT sahəsi üzrə bilikləriniz çoxdursa geniş iş imkanları və təcrübə proqramları mövcuddur. Məsəlen Adice+, Phyuton proqramlarını üzrə azda olsa bilikləriniz varsa, Polşada təcrübə proqramlarında minimum ödənişlə işləyib, 2-3 aydan sonra daimi olaraq işlə təmin edilə bilərsiniz. Avropa ölkələrində işlə təmin olunmağın digər yollarından biri isə AİSEC Global Talent proqramıdır. Bu proqram vasitəsi ilə Avropanın bir çox ölkələrində 1 illik müqavilə bağlayıb işləyə bilərsiniz. AİSEC Global Talent proqramı vasitəsilə təmin olunduğunuz işlərdə digər kollegalarınıza nisbətən ödənişin az olduğu halda, siz əgər işdə uğurlu və peşakar olsanız 1 illik müqaviləniz bitdiyi halda daimi olaraq qalıb işləyə biləcəksiniz.

Yekun olaraq isə Avropada təhsil və işlə bağlı xəyallarınızı çox yüksək tutmamağınızı və hər bir işinizin mükəmməl olacağını düşünməməyinizi tövsiyə edirəm. Burada yalnız öz bilik və bacarıqlarınıza uyğun işlərə müraciət etməli və minimal ödənişlərədə razı olmalısınız. Çünki bir yerdən başladıqda fürsətlər daha sonra özü sizin ayağınıza gələcəkdir. Xaricdə təhsil yolunuzda və gələcək karyeranızında uğurlar arzu edirəm və xaricdə təhsil və yaşamla əlaqədar ən çox ünvanlanan sualları cavablandırmaq istəyirəm:

1.Xaricdə təhsil almaq üçün nə etməliyəm?

Xaricdə təhsil üçün 2 ən vacib şərt vardır. Birincisi ingilis dil biliyinizi təsdiq edən sertifikata sahib olmalı və ikinci şərt olaraq isə universitet qiymət ortalamanız GPA nəticəniz yüksək olmalıdır.

2.Avropada təqaüdlə təhsil ala bilərəm?

Əlbəttə, bunun üçün bir çox təqaüd proqramları mövcuddur.

3.Italiyada aylıq yaşam xərcləri nə qədərdir?

Əsasən sizin xərcləməyinizdən asılı olaraq İtaliyada aylıq yaşam xərcləri 700-1000 avro arasındadır.

4.Macarıstanda necə təqaüdlə təhsil almaq olar?

Macarıstanda təqaüdlə təhsil almaq üçün Visegrad və ya Stipendium Hungaricum təqaüd proqramlarına müraciət edə bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Xaricdə təhsil almaq haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə paylaşdığımız digər məqalələrimizidə oxuya bilərsiniz:

  1. Xaricdə Təqaüdlə Təhsil Almaq Üçün Nə Etməli?
  2. Xaricdə Hansı Təqaüd Proqramları Var?
  3. İtaliyada Necə Təqaüdlə Təhsil Almaq Olar?

Comments are closed, but trackbacks and pingbacks are open.