Press "Enter" to skip to content

Xaricdə alınan diplomu Azərbaycanda necə tanıtmalı

“Qafqazinfo” xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydası”nda əksini tapıb. Yeni qaydaya əsasən tanınma akademik və peşə kimi növlərə bölünür. Şəxs müraciətində tanınmanın məqsədini göstərməlidir.

Xarici ölkələrdə tanınan azərbaycan diplomları

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqinə (tanınma) dair tələblər müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydası”nda əksini tapıb. Yeni qaydaya əsasən tanınma akademik və peşə kimi növlərə bölünür. Şəxs müraciətində tanınmanın məqsədini göstərməlidir.

Yeni qaydaya əsasən:

– Akademik tanınmada şəxsə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququ verilir.

– Şəxsin təhsil haqqında sənədi akademik baxımdan tam məqbul hesab edilmədikdə ona imtina verilmir, başqa alternativ tanınmalar təklif edilir. Məsələn, xaricdə natamam ali təhsil almış tələbələrin təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün qismən tanınır, yaxud ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilinə) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçiyə ixtisasına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə iştirak etməklə, mövcud əhəmiyyətli fərqi aradan qaldırmaq üçün şərti tanınır.

– Peşə tanınmasında Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması zəruri sayılan hallarda müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə tətbiq edilir və şəxsə müvafiq peşə istiqamətinə uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verilir. Bu məqsədlə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək sınaq imtahanında iştirak etmək tələb olunur.

– Tanınmaya dair ümumi tələblər mövcuddur, məsələn, təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə akkreditasiyadan keçməsi, sənədin həqiqi olması, ölkənin kvalifikasiyalar çərçivəsində yeri.

Qərara görə aşağıdakı hallarda tanınmadan imtina edilir:

– ümumi tələblərə riayət olunmadıqda;

– ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda;

– sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda.

Qərara əsasən aşağıdakı sadalanan hallarda peşə tanınması məqsədilə sınaq imtahanlarının həyata keçirilməsi tələb edilmir:

1. Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə ali təhsil üzrə əldə etdikləri kvalifikasiyalar;

2. Nazirliklə xarici ölkələrin müvafiq dövlət qurumları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar;

3. Beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar;

4. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə ali təhsil üzrə əldə etdikləri kvalifikasiyalar;

5. “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar.

Xaricdə alınan diplomu Azərbaycanda necə tanıtmalı?

Bu gün bir çox gənc təhsil almaq üçün ölkə xaricinə üz tutur. Əcnəbi dövlətlərdə universitet bitirən şəxslər aldığı diplomun Azərbaycanda tanınması üçün nə etməlidir?

Bununla bağlı Nazirlər Kabinetinin 13 May 2003-cü il tarixli 64 nömrəli qərarı var. Qərarda deyilir:

“Ali təhsil haqqında sənəd və ona əlavənin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki səfirliyində (konsulluğunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır”.

Ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) aşağıdakılar əlavə edilir:
-ali təhsil haqqında sənəd;

-tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə.

Ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini və praktik təcrübəsini təsdiq edən sənədlər də təqdim edə bilər.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir:
-ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması;

-təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması.

Ərizə və sənədlər Təhsil Nazirliyinə şəxsən təqdim olunmalıdır.

Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir.

İkinci bir məsələ isə budur ki, diploma onun alındığı ölkədə apostil vurulması vacibdirmi?

Əvvəlcə qeyd edək ki, apostil bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlərin digər ölkə ərazisində istifadə üçün müvafiq qaydada rəsmiləşdirilməsidir. Bu ondan ötrüdür ki, həmin ölkənin Təhsil Nazirliyi universitetin qanuni şəkildə fəaliyyət göstərməsini təsdiqləyir.

Qeyd edək ki, sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vurmaq yolu ilə həyata keçirilir. Apostil edilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Həmin iştirakçı dövlətlər barədə məlumatı Haaqa Konfransının rəsmi internet saytından (www.hcch.net) əldə etmək olar.

Göstərilən Konvensiya diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə şamil edilmir.

5 mart 2004-cü ildə Azərbaycan da qeyd olunan Konvensiyaya qoşulub və konvensiya ölkəmizə münasibətdə 2 mart 2005-ci ildən qüvvəyə minib.

Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2004-cü il tarixli Sərəncamı ilə apostilin verilməsi üçün məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, digər sənədlər üzrə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilib.

Xarici ölkələrdə alınan bəzi diplomların tanınmamasının əsas səbəbləri

“Gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma (hazırda 4 aydan az olmayan müddətə) çatdırılması üçün işlər görülür. Təbii ki, bu da tələb olunan sənədlərin düzgün şəkildə təqdim edildiyi halda ola bilər ki, biz əlavə vaxt itirməyək”.

BAKU.WS report-a xəbər verir ki, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və təhsil nazirinin müşaviri Həsən Həsənli deyib.

Onun sözlərinə görə, Bakıda yerləşən bəzi xarici ölkə universitetlərinin filiallarında təhsilini bitirənlərin sənədlərinin tanınması prosesi daha rahatdır: “Çünki həmin universitetlərin proqramları və təşkilati strukturları və s. barədə bizdə məlumat var. Eyni zamanda, məzunların siyahısı rəsmi şəkildə bizə təqdim olunur. Bunlar olduqda digər sübuta və ekspertizaya ehtiyac qalmır. Ona görə də müddət minimala düşür”.

H.Həsənli vurğulayıb ki, xaricdə təhsil alınlar ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə (nostrifikasiyası) bağlı daxil müraciətlər arasında az sayda problemlər müşahidə olunur: “Çalışırıq ki, bunu da vətəndaşın xeyrinə həll edib uyğun ixtisas tapaq. Təcrübə onu göstərir ki, bu kimi ixtisaslar adətən iqtisadi sahədə özünü göstərir. Nadir hallarda ixtisasın ekvivalentliyini tapmayanda diplom tanınmır. Müraciətlər nəticəsində diplomlar üçün olan imtina halları daha çox humanitar sahə üzrə təhsil alanlarda olur”.

O xatırladıb ki, saxta təhsil sənədi verənlər insanlar arasında “diplom fabriki” kimi tanınır: “Bu kimi yerlər müxtəlif ölkələrdə mövcuddur. Onları yenidən təkrarlamaq bizi əsas problemdən yayındırır. Çünki akkreditasiyası olmayan universitetlər imtinalar arasında olsa da çoxluq təşkil etmir. Böyük əksəriyyət akkreditasiyası olan və rəsmi diplom verən universitetlərdir. Əgər kimsə ölkəni tərk etmədən xaricdən əyani təhsillə bağlı diplom alıbsa, bax bu problemdir. Elektron sistemdə sənəd qəbulu elə formalaşdırılıb ki, saxta diplomlara demək olar ki, rast gəlinmir. Aposteldə saxtalaşdırılmış diplomlar olması faktı nadir hallarda olur. Bu il üçün cəmi 10-a yaxın belə fakt qeydə alınıb”.

Nazirlik rəsmisi deyib ki, müraciətlər arasında bakalavr səviyyəsi üzrə təhsil sənədlərinin tanınması üstünlük təşkil edir. O əlavə edib ki, Akkreditasiya və Nostrifikasiya İdarəsinə müxtəlif qurumların rəhbərliyindən çoxlu sayda müraciət də daxil olur:

“Yazırlar ki, onlarda kimsə 10 ilə yaxındır işləyir və diplomu problemlidir. Bəli, biz də rəy veririk ki, həmin diplom tanınmamalıdır. Həmin şəxsin işində qalıb-qalmaması artıq rəhbərliyin qərarıdır. Amma təbii ki, dövlət qurumlarında bu, mümkün deyil, çünki onlar işə qəbul zamanı imtahan və ya hər hansı mərhələdən keçirlər. Bu zaman da mütləq şəkildə diplom tələb olunur. Müraciətçilərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyədə təhsil alanlar, digər əhəmiyyətli hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir”.

Comments are closed, but trackbacks and pingbacks are open.