Press "Enter" to skip to content

Əxlaq abir həya

17-Şirinliklərin tamını dadmaq istəyirsinizsə, çətinliklərdə və müsibətlərdə dözümlü olun. Nəfslə mübarizə aparmaq acı dərmana bənzəyir və onu qəbul etməyin yaxşı təsirləri vardır.

Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar. – Video

Kult.az xəbər verir ki, gürcü bloger videoda erməniləri saxtakar, ogru və fırıldaqçı adlandırıb.

“Ermənilər hazırda əllərində olduğu hər bir şeyi qonşularından oğurlayıb və özününküləşdirib. Bu gün mən onların gürcülərdən utanmazcasına oğurladığı bəzi şeylərdən söhbət açacam. Erməni dilində “abır”, “həya”, “əxlaq”, “kişilik”, “mərdlik”, “utanc” sözləri olmasına rəğmən, onların elə bil bu barədə məlumatları belə yoxdur”, – deyə bloger qeyd edir.

Videoda Rusiya televiziya kanalarından birində yayımlanmış və İrəvan bazarında cəkilmiş bir süjet də yer alıb. Rus aparıcı Ermənistan paytaxtında yerləşən bazarda satıcılara məşhur gürcü pendiri olan suluqunini göstərərək, “bu nədir” sualını verir. Satıcı isə “Bu qədim erməni pendiri suluqunidir” deyə cavab verir.

Daha sonra başqa satıcı dünyaca məşhur gürcü çurçxellasını da qədim erməni məhsulu adlandırır.

“Hamıdan oğurluq edə-edə özünüzə tarıx yazdınız. Abrınız olsun. Siz özünüzü biabır edirsiniz. Çurçxella, suluquni bizim tarixi-mədəni irsimizdir. Siz heç bu məhsulların adlarını belə dəyişə bilməmisiniz. Rus aparıçı süjetdə satıcıya deyir: “Axı bu gürcü sözləridir”. Satıcı qadın utanmazcasına bildirir ki, bu, ermənicə guya “sucuqdur”. Çox gülməlidir, axı bu qədim türk-azəri məhsulunun adıdır. Bu sözün nə çurçxellaya, nə də suluquniyə heç bir adiyyəti yoxdur. Onlar o qədər oğurlayıb ki, özləri çaşıb.

Bu oğurluqlar təkcə yeməklərə aid deyil. Ermənilər abırsızcasına qədim gürcü, Azərbaycan rəqsləri və musiqilərini də oğurlayıblar. Bu arada gözəl bir söz yadıma düşdü: “Ermənilər qafqazlı ola bilməz, çünki qafqazlılar vəhşi ola bilməz”, – deyə gürcü bloger ermənilərə müraciət edərək qeyd edir.

Sözügedən videonu təqdim edirik:

Əxlaq abir həya

Həya “abır, ismət, namus, utanmaq” və “çəkinmək” deməkdir. Təsəvvüfdə isə, Allah qorxusu və sevgisindən Onun istəmədiyi hal və hərəkətlərdən çəkinməyə həya deyilir. Həya hissi insandakı ədəb və əxlaqın göstəricisidir. Bu hiss kimdə varsa həmin insan hörmət sahibi olar. Untama və həya hissi olmayan və ya bunu yaşadığı mühitdə onu itirənlərdə həmin hissi bərpa etmək çox çətindir.

Həyanın iki cürdür:

  1. Fitrətdən (yaradılışdan) gələn həya. Buna “həyayı-nəfsi” də deyilir. İnsana yaradılışdan verilən utanma hissi, onu ayıb sayılan bir çox hərəkəti etməkdən çəkindirir.
  2. İmandan gələn həya. Buna İslamda böyük əhəmiyyət verilir.

Fitri həya imandan gələn həya ilə birləşəndə insandakı hər cür çirkin şeylərin və günahların qarşısına sədd çəkir. İnsanın fitri və imani həyası olmadıqda çirkin davranışlara qarşı müqaviməti zəifləyir.

İnsanın yaradılışındakı utanma hissini “Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!”[1], “Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”[2] və bənzəri ayələrdə bildirilən iman və ehsan[3] düşüncəsi ilə bəsləməlidir. Yoxsa həqiqi imanı qoruyub-saxlaya bilməz. Utanma hissi və həyanın inkişafı birbaşa imandan asılıdır.

Allah Rəsulu həya haqqında belə buyurmuşdur: “Həya imandandır”[4] və ya “ İman yetmiş şöbədən ibarətdir, həya da imandan bir şöbədir.”[5]

Bu o deməkdir ki, fitri həya mərifət hissləri ilə bəsləndiyi qədər inkişaf edir, maddi-mənəvi həyatın bir hissəsinə çevrilir. Nəfsin bir çox istəklərinə sədd çəkir. Əgər bu duyğu iman və mərifətlə bəslənməyib, ehsan düşüncəsi ilə qidalandırılmasa, insanı insanlıqda uzaqlaşdırar. Bu cür insan hər cür həyasızlığı edə bilər. Allah Rəsulu bir hədisində bunu çox gözəl ifadə etmişdir:“Utanmadıqdan sonra istədiyini et”[6] buyurur.

Həya və həyat sözləri bir-biri ilə əlaqəlidir. Yəni qəlbi həmişə canlı saxlamaq, ona həyat vermək üçün iman və mərifətlə bəslənmək lazımdır. Bəli, həyat və həya hərəsi öz dəyərləri ilə varlığını davam etdirə bilər. Əks təqdirdə hər ikisi üçün xaos başlayar.

Cüneyd əl-Bağdadiyə görə, həya Uca Allahın lütf etdiyi maddi-mənəvi nemətlərini dərk etmək, həmçinin qüsurlara görə narahat olmaqdır.[7]

Zünnuna görə, mənfi davranışları həmişə qəlbən düşünərək onları düzəltməyə çalışmaqdır.[8]

Həyanın bəzi dərəcələri var. Birincisi, insanın özünə Allahın nəzəri ilə baxmasıdır. İnsanın bu düşüncə ilə özünü hesaba çəkməsi həya duyğunusu gücləndirər. Bu da onun duyğu və düşüncələrinin həmişə canlı qalmasına səbəb olar. İkincisi, Allaha olan yaxınlıq və bərabərlik düşüncəsidir. Bu, “Siz harada olsanız, O sizinlədir.”[9] ayəsini həyatına şüar edənlərə aiddir . Bununla əlaqəli Allah Rəsulunun belə buyurduğu nəql olunur: “Allaha qarşı həyalı olun! Allaha qarşı həyalı olan, başına və başının içindəkilərə, mədəsinə və mədəsindəkilərə fikir versin! Ölümü və çürüyəcəyini də yadından çıxarmasın! Axirəti istəyən, dünyanın fani gözəlliklərinə aldanmaz. Kim belə davranarsa, o Allahdan həya etmiş olar”. [10]

İnsanın insanlıqdan payı həyası nisbətindədir. İnsan hərəkət və davranışlarını axirətə uyğun tənzimləyə bilmirsə, təvazö və ədəblə yaşamırsa, bu, özü üçün utanc, başqaları üçün isə əziyyətdir.

فَلَا وَاللهِ مَا فِي الْعَيْشِ خَيْرٌ وَلَا الدُّنْيَا إِذَا ذَهَبَ الْحَيَاءُ

“Xeyr, Allaha and içərəm ki, həya sıyrılıb gedərsə, nə həyatda, nə də dünyada xeyir qalar.” [11]

Həya ilahi əxlaqdır və Allahın sirridir. Əgər insanlar onun mahiyyətini və nəlduğunu bilsəydilər daha təmkinli davranardılar. İslam böyüklərindən bununla əlaqəli bir hadisə nəql olunur:

Allah-Təalə məhşərdə hesaba çəkdiyi yaşlı adamdan soruşar:

− Nə üçün bu günahı işlədin? Həmin şəxs inkar edərək günah işləmədiyini deyər. Allah Təalə:

− Elə isə onu Cənnətə aparın, − buyurar. Bu dəfə mələklər Allaha belə deyərlər:

− Ey Rəbbimiz, bu insanın filan günahları işlədiyini sən daha yaxşı bilirsən! Allah Təalə də mələklərə:

− Bəli, elədir. Amma Məhəmməd ümmətindən olduğunu nəzərə alaraq ağarmış saç-saqqalına baxdım, eyiblərini üzünə vurmaqdan həya etdim, − buyurar.

Nəql olunur ki, Cəbrayıl (ə.s) bu xəbəri Hz. Peyğəmbərə bildirəndə, şəfqət və mərhəmət peyğəmbərinin gözləri doldu. Ağlayaraq belə dedi: “Cənab Allah ümmətimin ağ saqqallılarına əzab etməkdən həya etdiyi halda, ümmətimin ağ saqqallıları günah işləməkdən utanmırlar”.[12]

إِنَّ الْحَيِيَّ مِنْ أَسْمَاءِ الْإِلٰهِ وَقَدْ جَاءَ التَّخَلُّقُ بِالْأَسْمَاءِ فَاحْظَ بِه

“Hədisdə bildirilir ki, Hayiy (Hayy) Uca Allahın adlarındandır.[13] Sən də bundan nəsibini alanlardan ol.” [14]

Əxlaq abir həya

1-Bütün işlər sənə asan olsun deyə,ölümü həmişə yad et.

2-Qeybət etmə, töhmət vurma, həsəd və paxıllıq etmə, çoxdanışma, gözü naməhrəmə baxmaqdan saxla, haqq sözlərə qulaq as, gecə namazını yaddan çıxartma, həran zikrlə məşğul ol, təfəkkür et və hər gün özündən hesab çək.

3-Şeytan həmişə insanın sorağına gəlib, onu azğınlığa dəvət edir. Allah-taalanı yad etməyi unutma; çünki Şeytan damardakı qana bənzəyir. Çoxlu tövbə edin.

4-Öz taleyindən şikayətlənən şəxs kiçik ruha malikdir. Başqalarının tərifi ilə xoşhal olan şəxs özünə inanmır.

5-Zikrlərin ən gözəli Quran oxumaq, tövbə etmək (“Əstəğfirullah” demək), “La ilahə illəllah” kəlməsini və salvatı demək, dua etmək, imamZaman (ə) tərəfindən sədəqə verməkdir. Hər vaxt dua etmək ruhiyyəsinə malik olmadınızsa, təklikdə Allahı yad etməyi unutmayın.

6-Həyatınızda proqram üzrə hərəkət etməyə səy edin, beləki, səkkiz saat işə və dərsə, səkkiz saat istirahət və yatmağa, səkkiz saat ibadət, dua və mütəal Allahla raz-niyaza sərf edin. Heç vaxt bekar qalmayın, hətta faydasız iş tənbəllikdən və işsizlikdən yaxşıdır.

7-Cismimiz xəstələndikdə təbibə müraciət edib, bəzi yeməklərdən pəhriz etdiyimiz halda, nə üçün ruhumuz xəstələndikdə (hər kəs imanının zəifliyi qədər ruhi xəstəliyə düçardır), qadağan olunmuş əməllərdən çəkinmirik?! Hər bir sözü danışır, hər bir şeyə nəzər salırıq; dilimizi, gözümüzü, qulağımızı haram şeylərdən saxlamır və əməlimizi ixlasla yerinə yetirmirik.

8-Həm mal-dövlət, həmdə sair şeylər qəbrə qədər, elm və əməl isə qiyamət gününə qədər bizimlədir. Belə isə, saleh əməllər yerinə yetir, mal-dövlət yığma. İnsanlarla deyil, mütəal Allahla ünsiyyətdə ol, bilki, bu dünyada bir müsafir kimisən.

9-Ölülərdən ibrət, keçmişdə yaşayanlardan isə nəsihət al; heç kəsin qəlbini sındırma, seyidlərə ehtiram göstər, xalqın əlində olanlara göz dikmə, dünya əyləncələri, oyun-oyuncaqları ilə məşğul olma; çünki ölüm səni qəfildən haqlayacaq. Dünya ləzzətlərinə ürək bağlayan şəxsləri ağıllı hesab etmə, ruzi barəsində qüssələnmə, nə qədər ki, ömür var, ruzidə var.

10-Məcburi dostlarınla (atan, anan, həyat yoldaşın, qonşuların və s. Kim işəxslərlə) mehriban ol və onların ağrı-acılarına döz.

11-Hədəf, fəaliyyət və müqavimət insanın müvəffəqiyyət rəmzidir. Sənin həyatdakı hədəfin, yalnız Allah olmalıdır. Yaxşı əxlaqlı ol ki, bəsirət gözün açılsın.

12-Keçmişin haqqında fikirləşmə, çünki o, artıq ötüb keçmişdir, hətta günəş də ona çata bilməz. Gələcək üçün də qüssələnmə, çünki sənin Allahın vardır. Allaha təvəkkül et və yalnız hazırkı vəziyyət haqqında fikirləş. Əgər yaxşı əməl yerinə yetirsən, həm dünyada, həm də axirətdə səadətli və başı uca olarsan.

13-Heç vaxt yalan danışma, çünki yalan danışan şəxs Allahın düşmənidir. Yalan danışmaqla bir xatanın üstünü örtmək, parcanın ləkələrini onu deşməklə aradan aparmaq kimidir.

14-Şücaət bədənin, səxavət isə mal-dövlətin bəxşişidir. Şücaətli ol və günahlarından tövbə et, çünki bu iş insanı yüngülləşdirib Allaha doğru yönəldir.

15-Odu su ilə söndürdüyün kimi, şər işi də xeyir əməl yerinə yetirməklə söndürün.

16-Comərd şəxslər yandırıcı olan və dünyanı öz nuru ilə işıqlandıran axan ulduza (meteroidə) bənzəyir.

17-Şirinliklərin tamını dadmaq istəyirsinizsə, çətinliklərdə və müsibətlərdə dözümlü olun. Nəfslə mübarizə aparmaq acı dərmana bənzəyir və onu qəbul etməyin yaxşı təsirləri vardır.

18-Allahı həmişə yad edənləri səndə yad et.

19-Sakit və asudə həyat sürmək istəyirsinizsə, kimsəyə özünüzdən danışmayın (sirrinizi başqasına verməyin). Sirr sizin əsirinizdir, lakin ağzından çıxsa, siz onun əsiri olarsınız.

20-İnsanın nəfsi istəkləri içərisində heç bir şey tənbəllik qədər təhlükəli deyildir. Öz vaxtında fürsətdən istifadə edin.

21-Ölülərinizi yad edin; xüsusilə cümə günündə sədəqə vermək, salavat göndərmək, namaz qılmaq və Quran oxumaqla onları yad edin.

22-Səxavətli və əliaçıq ol, lakin mal-dövlətini xərcləməkdə ifrata varma (israf etmə), onu hesab-kitab üzrə xərclə, lakin çox tələbkar olma.

23-Nə qədər ki, günahların bağışlanmayıb, başqalarının eybini axtarma! Nə qədər ki, İlahi xəzinə vardır, qüssələnmə! Nə qədər ki, Allah vardır, başqasına ümidvar olma! Nə qədər ki, Şeytan vardır ki, onun məkr və hiyləsindən qafil olma!

24-Heç vaxt yersiz xəyallar, puç və uzun-uzadı arzularla yaşama, himmət sahibi ol. Çünki himmət sahibi olan heç bir şəxs həyatın ağrı-acılarında ümidsizliklə üzləşməz, məyus olmaz.

25-Bütün ömrünü Allahı yad etməyə sərf et.

26-Nəfslə mübarizənin ilk şərti xəyallara dalmamaqdır. Çünki xəyal yüksəkliklərdə ucan bir quşa bənzəyir və insanın bədbəxt olmasına səbəb olur. Xəyal Şeytanın məkr və hiyləsindən biridir və insanı bədbəxt edir. Belə isə, xəyalın hər yerə uçmasına icazə verməyin.

27-Gecə namazı qılmaq məqsədilə yuxudan oyanmaq üçün yatanda dəstəmaz alıb, dişlərinizi fırça ilə yuduğunuz və üzü qibləyə oturduğunuz halda, ya üç dəfə “İxlas” surəsini, ya “Kəhf” surəsinin axırıncı ayəsini oxuyun, ya xanım Fatimeyi-Zəhra (ə)-ın təsbihatını, yada yüz dəfə “La ilahə illəllah” zikrini deyin.

28-Hər ay heçolmaz sa, üç gün oruc tutun, ayın birinci gününün (müstəhəb) namazını və quslunu yaddan çıxarmayın. Hər gün sübh və axşam, xüsusilə cümə və ayın birinci günündə sədəqə verin.

29-Gecə və gündüzün müstəhəb (və otuz dörd rükətdən ibarət) olan nafilə namazlarını qılın, əgər vaxtında qıla bilməsəniz, onların (xüsusilə gecə namazının və sübh namazının nafiləsinin) qəzasını qılın.

30-İmam Zaman (ə)-ın və digər imamların namazlarını qılmağı, xüsusilə Əhli-beyt (ə)-a, ölülərə, şəhidlərə, alimlərə və qohum-əqrəbaya namaz qılıb hədiyyə etməyi unutmayın. Heç olmazsa, hər gün bir dəfə imamzadələrin, yaxud qəbir əhlinin ziyarətinə gedib, qəbiristan əhlinin ziyarət duasını oxuyun. Həftədə birdəfə xəstələrin görüşünə gedin, ölümü və başqalarının çətinliklərini yad edin.

31-Evinizdə tərcüməli bir Quran və bir “Məfatihul-cinan” kitabı olsun, vaxtınız olduqda, onları oxuyun.

32-Başqaları ilə az əhd-peyman bağlayın; əgər əhd-peyman bağlasanızda, hökmən ona əməl edin.

33-Sirrinizi, xəstəliyinizi və yoxsulluğunuzu başqalarından gizli saxlamağa səy edin, çətinliyinizi dərhal dilə gətirməyin; bilinki, çətinlikləri həll edən yalnız Allahdır!

34-Həmişə zikr etməyə və evdən çölə çıxdıqda, dilinizi qorumağa səy göstərin.

35-Həyatında Allah-taalanın göstərişlərinə əməl edən şəxsin yaxşı yaşamasına, axır-aqibətinin yaxşılıqla sona yetməsinə və hər iki dünyada başı uca olmasına zəmanət verilmişdir.

36-Həmişə dəstəmazlı olun; çünki dəstəmaz nurdur.

37-ƏgərAllah-taalanın buyuruqlarına əməl etsəniz, Allahda sizin istədiyinizi əta edər.

38-Heç olmazsa, həftədə bir dəfə “Camieyi-kəbirə”, “Aşura”, “Ərbəin”, “Əminullah” ziyarətini, “Əhd”, “Səmat”, “Ali-Yasin”, “Əşərat”, “Kumeyl”, “Nüdbə”, “Təvəssül” dualarını oxuyun, “Cəfəri Təyyar” və “Tövbə” namazlarını qılın.

39-Allahın ən böyük adları olan surə və ayələri – “Həmd”, “İxlas” və “Qədr” surələrini, eləcədə “Bəqərə” surəsinin 148 və 274-cü, “Ali-İmran” surəsinin 16, 17, 18, 26 və 27-ci, “Əraf” surəsinin 52-56-cı, “Həşr” surəsinin 19-cu ayəsindən axıra kimi və “Hud” surəsinin 90-91-ci ayələrini çox oxuyun.

40-Əhli-beyt (ə)-a məhəbbət bəsləməyi, onların (xüsusilə imam Hüseyn (ə)-ın) matəm Məclisində iştirak etməyi unutmayın!

Comments are closed, but trackbacks and pingbacks are open.