Press "Enter" to skip to content

Məntiq testləri (IQ)

Bilet prinsipi ilə testləri əvvəldən axıra ardıcıl olaraq həll edə bilərsiniz. Ümumi başdan sona hazırlıq üçün bu metod faydalıdır. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda EYNİ suallar təqdim edilir.

Say sistemləri Haqqında

Ədədin rəqəm adlanan simvollar vasitəsilə ifadə olunmasına say sistemləri deyilir. Nə deməkdir bu? Məsələn 15(on beş) ədədi 1 və 5 rəqəmləri ilə düzəlib. Yəni 15 ədədi rəqm adlanan 1 və 5 simvolları ilə ifadə olunub. Danışdığımız bu say sistemi bizim istifadə etdiyimiz say sistemidir. ((hələ məktəbə getməmişdən saymağı zülümlə öyrətdikləri bir sistem)). Bu sistemin informatikada adı Onluq say sistemidir. (Niyə onluq? Bu haqda bir qədər sonra). XV bu da bayaqki on beşdir. Ancaq bu dəfə başqa say sistemində. Bu say sisteminin adı isə Roma rəqəmləridir. Say sistemləri 2 yerə bölünür: Mövqeli və Mövqesiz. Mövqesiz say sistemlərində rəqəm durduğu mövqedən asılı olmayaraq eyni mənanı ifadə edir. Yəni mövqesizdi. Mövqeli say sistemində isə əksinə. Məsələn III roma rəqəmləri ilə yazılmış üç və 111 onluq say sistemində yazılmış yüz on bir. (qeyd edək ki roma rəqəmləri mövqesiz onluq say sistemi isə mövqelidir). Birinci haldakı (III) hər üç birin üçü də təklikdir. İkinci halda isə (111) birlərdən biri təklik, biri onluq, digəri isə yüzlükdür. Mövqelidir-mövqedən asılı olaraq ifadə etdiyi məna dəyişir. Qəbul proqramına əsasən bundan sonrakı hissədə ancaq mövqeli say sistemləri ilə məşğul olacağıq. Proqramda olan say sistemləri ilə tanış olaq. İkilik say sistemi: ikicədənə rəqəmi olduğuna görə bu say sisteminə ikilik say sistemi deyilir. Rəqəmləri 0 və 1. Kompyuterdə informasiyanı kodlaşdırmaq üçün bu say sistemindən istifadə olunur. Say sisteminin rəqəmlərinə onun baza elementləri də deyilir. Səkkizlik say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7 səkkiz rəqəmi olduğuna görə səkkizlik say sitemi adlanır. Onluq say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 on rəqəmi olduğuna görə onluq say sitemi adlanır.

On altılıq say sistemində 16 rəqəm var. 0-dan 9-a qədər olan rəqəmlər onluq say sistemində olduğu kimidir. Digər rəqəmlər isə hərflərlə işarələnib.

Natural ədədlərin 10-luq say sistemindən 2-lik, 8-lik, 16-lıq say sistemlərinə və əksinə keçid üsulları.

İki əsas çevirmə üsulu var:

1. Onluq say sistemlərindən digər say sistemlərinə keçid

2. Digər say sistemlərindən Onluq say sisteminə keçid.

1. onluq say sistemindən ikilik (səkkizlik, onaltılıq) say sisteminə keçmək üçün ədədi ikiyə

(səkkizə, on altıya) bölmək və qalığı qeyd etmək lazımdır.

Sonra aldığımız cavabı yenidən ikiyə (səkkizə, on altıya) bölüb qalığı qeyd edirik.

Prosesi axıra kimi davam etdiririk. Sağdan sola ardıcıl qalıqları yazırıq.

Onluq say sistemindən ikilik say sisteminə keçməyə aid bir nümunəyə baxaq:

Nümunə 1:

(((yazilişin mənası odur ki 25 ədədi onluq say sistemindədir, ikilik say sisteminə çevirmək lazımdır.)))

Göründüyü kimi əvvəlcə 25-i 2-yə bölürük. Cavab 12 qalıq isə 1 olur.

Qalığı dairəyə alırıq ki, digər rəqəmlərlə qarışmasın. Axırda bizə qalıqlar lazım olacaq.

Aldığımız cavabı yəni 12-ni təkrar yenə 2-yə bölürük. Bunu başqa yerdə də təzədən yazıb edə bilərik.

Ancaq vaxta qənaət etmək üçün sağda gördüyünüz şəkildə hamsını bir birinin ardı ilə yazmaq daha əlverişlidir.

Əməliyyat sona qədər davam etdirilir. Sonda isə sonuncu cavab da daxil olmaqla qalıqlar sağdan sola ardıcıl şəkildə düzülür.

110012 bu artıq bizim cavabımızdır. (((sizin illərdir tanıdığınız 25-dir, sadəcə imicin dəyişibJ)))

Səkkizlik say sistemində də çevirmə eynilə ikilikdə olduğu kimidir. Sadəcə orda ikiyə bölmürük səkkizə bölürük.

((( bunu özünüz cevirməyə cəhd edin. Doğru cavabı alana qədər misaldan əl çəkmək yoxdu haaa.

Bu da cavab bax bunu almalisiz ))) On altılıq say sistemində də çevirmə ikilikdə olduğu kimidir.

Sadəcə orda ikiyə bölmürük on altıya bölürük. Qalıq 9-dan böyük alındıqda yerinə uyğun hərifi yazırıq.

(((əvvəlki mövzuda var bir də təkrar yazaq, çünki təkrar biliyin yaxın qohumlarındandır.

10→A, 11→B, 12→C, 13→D, 14→E, 15→F)))

Nümunə 2: Onluq say sistemində verilmiş 77 ədədin 16-lıq say sisteminə çevirmək lazımdır.

Qaydada deyildiyi kimi 77-ni 16-ya bölürük. Cavab 4 qalıq isə 13 olur.

9-dan böyük olduğu üçün uyğun hərflə işarə edirik 13-ü.

2. İkilik (8-lik, 16-lıq) say sistemindən onluq say sisteminə keçmək üçün

ədədi sağdan sola sıfırdan başlayıb ardıcıl nömrələmək , Sonra ədədin hər bir rəqəmini ikinin

(8-in, 16-nın) uyğun qüvvətinə vurmaq və Alınan cavabları toplamaq lazımdır.

İkilik say sistemindən onluq say sisteminə keçməyə aid bir nümunəyə baxaq:

11001 ikilik ədədininin sağdan başlayaraq üzərinə 0,1, 2, 3, 4 nömrələrini yazırıq.

Sonra isə rəqəmləri 2-nin uyğun qüvvətinə vurub toplayırıq.

Səkkizlik say sistemindən onluq say sisteminə keçid də eyni ikilikdən onluğa keçmək kimidir.

Lakin bir fərqi var. Yuxarıdakı misaldakı ikilərin (yaşıl ikiliər) yerinə səkkiz olur. (((318=?10 özünüz çevirin.)))

On altılıq say sistemindən onluq say sisteminə keçid də eyni ikilikdən onluğa keçmək kimidir.

Lakin bir fərqi var. Yuxarıdakı misaldakı ikilərin (yaşıl ikiliər) yerinə on altı olur. Bir misala baxaq.

Hesablama hissəsində Hərfdən olan rəqəmlərin yerinə uyğun qiyməti yazılır. (((biz artıq onları tanıyırıq. Bilirik ki D-yə el arasında 13 də deyirlər J))) Qeyd1: Ədədlərin üzərində 0 olanda 1-ə bərabər olur. Məs. 2 üstü 0=1, 5 üstü 0=1, 16üstü 0=1. Qeyd2: Ədədlərin üzərində 1 olanda elə həmin ədədin özünə bərabər olur Məs. 2 üstü 1=2, 5 üstü 1=5, 16 üstü 1=16. Qeyd3: Ədədin üzərində neçə yazılırsa o ədədi özü-özünə o qədər dəfə vurmaq lazımdır. Məs: 2 üstü 3=2*2*2=8, yəni 2 üstü 3 ikinin 3 dəfə öz özünə vurulmasına bərabərdir. ((( say sistemləri mövzusuna . qoyarkən bir mühüm məsələni də qeyd etməyi özümə borc bildim. Əgər görsəz ki misalın yarısı 2-lik say sistemindədi, yarısı 8-lik yaxud 16-lıq, o halda qətiyyən əhvalınızı pozmayın. Misaldakı bütün ədədləri öyrəndiyiniz üsulla çevirin 10-luq say sisteminə hesablamanı aparın, cavabı hansı say sistemində istəyirsə son nəticəni çevirin həmin say sisteminə))))

Müəllif: Rəşadət Şərifov

Məntiq testləri (IQ)

Bu bölmədə siz Bilikli.net test bankına aid 100-lərlə məntiq testləri (iq testlər) həll edə, onların düzgün cavablarını və izahlarını öyrənə bilərsiniz. Bölmə kimlər üçün yararlı ola bilər:

  • Məntiqi təfəkkürünü və düşünmə bacarığını inkişaf etdirmək istəyən hər kəs üçün
  • Magistratura imtahanına hazırlaşanlar üçün
  • Dövlət qulluğuna hazırlaşanlar üçün
  • Müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün
  • Məntiq testlərinin istifadə edildiyi digər bütün növ imtahanlara hazırlaşanlar üçün

Metod 1-də testləri müxtəlif say və çətinlik dərəcələri üzrə, Metod 2-də konkret imtahan formatları üzrə, Metod 3-də 20-20 olmaqla əvvəldən axıra sıra ilə həll edə bilərsiniz.

Metod 1: Say və çətinlik dərəcəsini seçməklə sınaq testləri

Burada sual sayı və çətinlik dərəcəsini özünüz təyin edə bilirsiniz. Say və çətinlik dərəcəsini seçdikdən sonra başlat əmrini verin. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda FƏRQLİ suallar təqdim edilir.

Metod 2: Hazır seçimlərdən istifadə etməklə sınaq testləri

Hazır seçimlərdən istifadə etməklə real imtahana nə dərəcədə hazır olduğunuzu bu metod ilə yoxlaya bilərsiniz. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda FƏRQLİ suallar təqdim edilir.

Metod 3: Əvvəldən axıra sıra ilə testlər

Bilet prinsipi ilə testləri əvvəldən axıra ardıcıl olaraq həll edə bilərsiniz. Ümumi başdan sona hazırlıq üçün bu metod faydalıdır. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda EYNİ suallar təqdim edilir.

Ən son əlavə edilən 20 test: Başla

Suallara İD nömrəsinə görə tək-tək baxmaq:

İD nömrəsini yadınızda saxladığınız suala bir də baxmaq istəsəz İD nömrəsini daxil edərək baxa bilərsiniz

Məntiq test kateqoriyaları

Məntiq testləri eyni zamanda kateqoriyalara ayrılaraq sizin hər bir kateqoriya üzrə persomansınızı ölçürük. Beləliklə siz zəif olduğunuz kateqoriyalara daha çox fokuslanıb özünüzü inkişaf etdirə bilirsiniz. Hazırda mövcud olan kateqoriyalarımız bunlardır:

  • Çevik düşünmək
    Bu kateqoriyadakı suallardakı problemi anlamaq üçün beyin çevik düşünməli, soruşulan şeyin əslində nə olduğunu anlamalıdır. Açıq olaraq nə istənildiyi bəzən bilinmir deyə, bu suallarda əsas bacarıq beynin çox çevik şəkildə mümkün bütün uyğun gələn metodları tətbiq edib problemi anlamasıdır. Bu tip testləri çox həll etdikcə beynin bu yöndə vərdişi güclənir.
  • Diqqət bacarığı
    Özlüyündə asan, amma çox diqqətli olmağı tələb edən suallardır. Bu kateqoriyalarda olan suallar adətən asan görünsə belə, diqqətsiz, tələskən şəxslərin əksər hallarda səhv etdiyi suallar olur. Diqqət testlərində səhvlər edib səhv etdiyini bildikdən sonra məsuliyyətli davranıb hətta asan görünən suala belə olduqca diqqətlə yanaşmaq lazım olduğunu anlamış olursunuz.
  • Məntiqi fikir yürütmə
    Xalis məntiqi fikir yürütmə ilə həll edilən suallardır. Burada hesablama, tanıma, sürətli düşünmə yox, məntiqi fikir yürüdərək mühakimə yürütmək tələb edilir.
  • Problem həlli bacarığı
    Qeyri-standart problemlərin məntiqi yolla həlli mövzusunda suallardır. Problemləri həll etmək bacarığınız sınanmağa çalışılır.
  • Hesab və riyazi bilik
    Riyaziyyat, həndəsə üzərində baza bilikləri yoxlayan, həm də məntiqin işə salınmasınə tələb edən riyazi tipli suallardır.
  • Şəkil və fiqurlar
    Beynimizin vizual obyektlərlə işləmə bacarığını, sürətini, təsəvvür qabiliyətini test edən suallardır. Çoxlu sual həll etməklə bu yöndə vərdişlər qazanmaq mümkündür.
  • Dünya görüşü
    Bu kateqoriyada sizin dünyagörüşünüz test edilir. Ümumi dünya bilgiləri haqqında nə qədər məlumatlı olmaq test edilir.
  • Rəqəmlər və fiqurlar
    Rəqəmlər və fiqurlar arasında körpü qurmaq bacarığı test edilir. Rəqəm və fiqur iki fərqli dünyanın elementləridir. Bu tip suallarda isə onlar birgə çıxış edərək sizdən ikitərəfli yanaşma tələb edir.
  • Təməl kriptoqrafiya
    Şifrələmə testlərində simvollar hansısa sirrli qayda ilə digəri ilə əvəz edilir, sizin də işiniz bu şifrələri çözmək və açarı taparaq sirri açmaqdır.
  • Anaqramlar
    Anaqramlarda hərflər yer dəyişərək anlamsız hərf yığını yaradır, siz sürətli şəkildə analiz edərək, doğru yazılışları beyninizdə canlandırıb suala cavab vermiş olursunuz.
  • Patternlər – rəqəm münasibətləri
    Ən geniş sual kateqoriyamız olan Patternlər məntiq testlərində sayca üstünlük təşkil edirlər. Belə ki ardıcıllıqları tamamlamaq, rəqəm cütləri arasında əlaqəni tapmaq və.s. buraya aid edilir. Əsas bacarıq da budur ki, verilmiş ədədlər bir birindən necə alınır, aralarındakı münasibət nədir – onu tapmalıyıq və tapılan qanunauyğunluğu çatışmayan ədədi tapmağa tətbiq etməliyik.
  • Sözlər və parçaları
    Sözləri hərflərə, hecalara, hissələrə ayıraraq qurulan bu sualda, beynin iti şəkildə həm anlamlı sözlər düzəltməsi, həm də bu düzələ bilən namizəd sözlər arasında əlaqəni tapıb axtarılan qanunauyğunluğu tapması tələb edilir.
  • Anlayışlar arasında əlaqə
    Anlayışlar arasında əlaqə testləri sözlərin, ifadələrin, cümlələrin anlamlarını nəzərə alaraq onlar arasında xronoloji, asılılıq, aidiyyat və.s. kimi əlaqəni tapıb onu soruşulan komponentə tətbiq etməyi tələb edir.
  • Aid olmayanı tapmaq
    Bir neçə söz, cümlə, ifadə və.s. təqdim edilir – bunların hamısının ortaq bir cəhəti var, biri xaric. Həmin ortaq cəhət tapılmalıdır ki, aid olmayan, yad ünsür aşkara çıxsın. Bu tip testləri nə qədər çox həll etsəniz, iti düşünmək bacarığı da o qədər inkişaf edər.
  • Söz və rəqəm münasibətləri
    Söz və rəqəm münasibətlərində söz aləmindən rəqəm aləminə və ya tərsinə keçid tələb edilir. Yəni verilən rəqəmlər hərf və ya sözü ifadə edə bilər, yaxud hərf və sözlər hansısa qanunauyğunluqla rəqəmləri ifadə edə bilər. Hərtərəfli çevik düşünərək gizlənmiş əlaqə növünü tapmaq və soruşulan sualda tətbiq etmək lazımdır.
  • Ehtimal nəzəriyyəsi
    Təsadüfi hadisələrin baş vermə ehtimallarını hesablamaq biliklərini yoxlayır. Mümkün bütün halları məntiqi olaraq modelləyib lazım olan halların düşmə şansını tapma zamanı həm sürətli, həm də məntiqi təfəkkürü işlətmək tələb olunur.
  • Faiz məsələləri
    Faizlərin hesablanması biliklərini yoxlayır. Faizlər gündəlik həyatımızda qarşımıza bir çox sahələrdə çıxır deyə, bu mövzu barədə bacarıqlı olmaq müasir zamanda həddən artıq vacibdir.
  • Yaş məsələləri
    Yaş məsələləri klassik məntiq testləri növüdür. Burada həm sadə hesablama, həm təsəvvür, həm diqqət bacarıqları tələb olunur.
  • Yarışma və görüşmə problemləri
    Yarışma testlərinda müxtəlif növ yarışlarda keçirilən oyun sayı, toplanan xallar və.s. tapmaq tələb edilir. Bu testlərdə bacarıqlı olmaq üçün iti düşünmək, iti hesablamaq, yarışmanı məntiqi modelləmək tələb olunur.
  • Qrafik və cədvəllərlə iş
    Verilmiş cədvəl, qrafiklərdən verilənləri analiz etmək, lazımi bilgiləri toplaya bilmək və.s. bacarıqları test edir. Cədvəl və qrafiklərlə iş həyatımızın bir çox sahəsinə lazım olan bir bilik və vərdişdir.

Statistik məlumat

Bilikli.net üzvlərinin sayı: 257 724.

Sınaq testlərdə iştirak sayı: 4 339 363.

Ümumi orta hazırlıq göstəricisi: 58.77%.

Oğlanlar üzrə hazırlıq göstəricisi: 56.07%.

Qızlar üzrə hazırlıq göstəricisi: 60.07%.

Top 5 – Məntiq

qasimovbaxsali – 1329 bal xtremal93 – 1325 bal Ferhad Kazimov – 1312 bal heyder-necefli – 1293 bal Agim – 1278 bal

Layihə haqqında

Bilikli.net 2007-ci ildə qurulmuş və ölkəmizdə ilk online test-sınaq platformasıdır. Hazırda saytda məntiq (iq), informatika testləri, müsabiqələr təqdim olunur. Ətraflı oxuyun.

Kəsr ədədlər

Tam və natural ədədləri başa düşmək və digər uşaqlara başa salmaq asandır. Çünki bu ədədlər barədə onlar gündəlik həyatlarında kifayət qədər eşidiblər. Bəs kəsr ədəd nədir?

Kəsr ədədlərin ən sadə izahı meyvə və ya tort üzərində verilir. Tutaq ki, iki uşağa $1$ alma verilib. Onda dava salmamaq üçün hərəsinə bu almanın yarısı təqdim olunur. Yəni hər uşaq yarım almaya sahib olacaq. Bu “yarım” sözü riyazı dildə $\dfrac$ kimi işarə edilir və “ikidə bir” kimi oxunur. Yəni, almanı $2$ yerə bölüb $1$ hissəsini götürürük. Eynilə $\dfrac$, $\dfrac$, $\dfrac$ və s. kəsrləri tort və ya pizza üzərində izah edilə bilər. Ortadakı xətt kəsr xətti, bu xəttin aşağı hissəsindəki ədəd məxrəc, yuxarı hissəsindəki ədəd isə surət adlanır. Deməli, kəsr ədədlər, kəsr xətti, surət və məxrəcdən ibarətdir. Bu terminləri yadda saxlayın.

Əgər surət məxrəcdən kiçikdirsə bu kəsr düzgün kəsr, surət məxrəcdən böyükdürsə bu kəsr düzgün olmayan kəsr adlanır. $\dfrac$ düzgün kəsr, $\dfrac$ isə düzgün olmayan kəsrdir.

İndi gəlin kəsr ədədləri müqayisə edək və onlar üzərində sadə əməllərə baxaq.

Kəsr ədədlərin müqayisəsi

Tutaq ki, bizə $\dfrac$ və $\dfrac$ kəsr ədədlərini müqayisə etmək lazımdır. Əgər ikinci kəsrin surət və məxrəcini iki vuruq şəklində göstərsək, görərik ki, bu iki kəsr bərabərdir.

Surət və məxrəcdəki eyni vuruqlar bir-birini aparır. Buna ixtisar deyirlər. Surət və məxrəcdəki $3$ vuruğu ixtisar olunmaqla ikinci kəsrin birinciyə bərabər olması alınır. Bunu şəkil ilə belə izah etmək olar.

Bir az mürəkkəb hala baxaq. $\dfrac$ və $\dfrac$ kəsrlərini müqayisə etməyə çalışaq. Əslində bu halda da birinci və ikinci kəsrin ixtisar etməklə bərabər olduğunu görmək olar. Amma bunu ilk baxışdan görmək mümkün deyil.

Bu cür ədədləri müqayisə etmək üçün ümumi qayda var.

Kəsr ədədləri müqayisə etmək üçün onları ümumi məxrəcə gətirib surətlərini müqayisə etmək lazımdır. Hansı kəsrin surəti böyükdürsə, həmin kəsr böyükdür.

Bu tərif intuitiv olaraq aydındır. Tortu eyni ölçüdə hissələrə böldükdən sonra kim çox hissə yesə qarınqulu da odur.

Ümumi məxrəcə gətirmənin ən sadə yolu isə odur ki, birinci kəsrin surət və məxrəcini ikinci kəsrin məxrəcinə, ikinci kəsrin surət və məxrəcini birinci kəsrin məxrəcinə vururuq.

Alt-alta vurmanı tətbiq etsək hər iki surətin $157573$ olduğunu görərik. Beləliklə hər iki kəsrin əslində $\dfrac$ olduğunu görməsək də, onların bərabərliyinə əmin olduq.

Çox vaxt müqayisə üçün kəsrləri eyni məxrəcə gətirməyə ehtiyac olmur. Məsələn, tortu $5$ yerə bölüb $2$ hissəsini sizə verdilər. Əgər həmin tortu $7$ yerə bölüb $2$ hissəsini versəydilər hansı hissələr daha böyük olardı? Aydındır ki, $7$ yerə bölünən tortun hissələri daha kiçik olacaq. Deməli, $\dfrac > \dfrac$. Buradan belə nəticə çıxarırıq ki, surətlər bərabər olduqda məxrəcə baxmaq lazımdır. Hansı kəsrin məxrəci daha böyükdürsə, o kəsr kiçikdir.

Bu qaydanı hətta müxtəlif surətli kəsrlərin müqayisəsi zamanı da istifadə etmək olar. Tutaq ki, $\dfrac$ və $\dfrac$ kəsrlərini müqayisə etməliyik. Onda $\dfrac=\dfrac$ yazsaq görərik ki, $\dfrac$ və $\dfrac$ kəsrlərinin surətləri eyni olsa da, ikinci kəsrin məxrəci böyükdür. Deməli,

Nəticə: Əgər məxrəcləri eyniləşdirmək daha çox hesablama tələb edirsə, surətləri bərabərləşdirməyə çalışın.

Çox vaxt intuitiv olaraq hətta müxtəlif kəsrləri də müqayisə etmək olur. Məsələn, $\dfrac$ və $\dfrac$ kəsrlərini müqayisə edək. Bunların hər ikisi $1$-dən kiçikdir. Amma birinci kəsr $1$-dən $\dfrac$ qədər kiçik olduğu halda, ikinci kəsr $\dfrac$ qədər kiçikdir. $\dfrac > \dfrac$ olduğu üçün ikinci kəsr $1$-ə daha yaxındır. Deməli,

Başqa bir misala baxaq. $\dfrac$ və $\dfrac$ kəsrlərini necə tez müqayisə edə bilərik. Bundan əvvəl daha sadə misala baxaq. $\dfrac$ və $\dfrac$ kəsrlərinin müqayisəsini tort üzərində aparsaq dərhal aydın olur ki, tortun yarısı onun $\dfrac$ hissəsindən kiçikdir. Eynilə $\dfrac < \dfrac$. Doğrudan da

$\dfrac < \dfrac$ olduğu üçün $\dfrac < \dfrac$. Yəni surət və məxrəci $1$ vahid artırdıqda alınan kəsr həmişə əvvəlki kəsrdən böyük olacaq.

Məxrəclər eyni, surətlərdə isə $ab+a$ və $ab+b$ aldıq. $ab$ hər iki surətdə olduğu üçün $a$ və $b$-dən hansı böyükdürsə o kəsr də böyük olacaq. Deməli, düzgün kəsr halında həmişə $a< \dfrac$. Əgər düzgün olmayan kəsrə baxsaq $\dfrac > \dfrac$ alarıq.

Kəsr ədədlərin toplanması və çıxılması

Kəsr ədədləri toplamaq üçün onların müqayisəsində olduğu kimi ortaq məxrəcə gətirmək lazımdır. Bundan sonra surətləri toplayıb surətə yazırıq. Məxrəcdə isə elə ortaq məxrəc qalır.

İndi gəlin surəti surət ilə, məxrəci məxrəc ilə toplayaq, görək nə alınar. $\dfrac$ və $\dfrac$ kəsrlərinə baxaq.

Aldığımız $\dfrac = 0,7$ ədədi, $\dfrac = 0,666…$ və $\dfrac = 0,714285…$ arasında yerləşir. Bunun ixtiyarı kəsr üçün doğruluğunu göstərək. Tutaq ki, $\dfrac$. Göstərməliyik ki,

Məsələ 1: İsbat edin ki, üç qonşu tək ədəddən biri 3-ə bölünür.

Digər məqalələr

Natural ədədlər

Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. 1, 2, 3, . ədədlərinin hamısı natural ədədlərdir. Bu ədədləri müsbət tam ədədlər də adlandırırlar. Sıfır (0) isə natural ədəd deyil.

Sadə və mürəkkəb ədədlər

Yalnız 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. 1 özü sadə ədəd sayılmır. Sadə ədədlərin başqa adı əsli ədədlərdir. 1-dən böyük olub sadə olmayan ədədlərə mürəkkəb ədədlər deyilir.

Mənfi ədədlər

3+5=8 olduğunu “alma” misalında başa salmaq asandır. Bəs (-3)+(-5)=(-8) və ya (-3)+5=2 olduğunu necə başa düşək və kiçik bacı-qardaşlarımıza necə başa salaq. Bu halda bizə almadan daha “güclü” misal lazımdır.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.

© Copyright Jsoft

Comments are closed, but trackbacks and pingbacks are open.