Press "Enter" to skip to content

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verib

6. �� İMLA:QİŞ YUXUSU (53 söz) Azərb. dili kitabı səh.67
Qarlı-şaxtalı qışgəlmişdi.Qışın öz gözəllikləri var:dağlar,təpələr,düzlər pambıq kimi ağ və yumşaq qarla örtülmüşdü.Ağacların budaqları lülə-lülə qara bürünmüş,axar sular donmuşdu.Arabir buludların arasından Günəşin soyuq şüaları süzüldükcə hər tərəf almaz kimi par-par parıldayır,gözləri qamaşdırırdı.Quşbaşı qarın ağır-ağır yerə enməsi,şaxtalı havanın yanaqları oxşaması adama ayrı ləzzət verirdi.
(Qırmızı rəngdə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir)

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Страница «Məktəb və Müəllim» есть на Facebook. Войдите, чтобы связаться с Məktəb və Müəllim.
Страница «Məktəb və Müəllim» есть на Facebook. Войдите, чтобы связаться с Məktəb və Müəllim.

Məktəb və Müəllim

MMV-dən
�� �� �� �� �� �� ��
3-cü sinif imla mətnləri
Topladı: Esmira Kazımova

1. �� İMLA: ÜZÜM VƏ ARI (49 SÖZ) Azərb. dili kitabı səh.15
Tənəklərin arasında bir salxım üzüm qalmışdı.Arı onu tapdı və üzüm salxımına dostluq təklif etdi.Onlar dost oldular.
Arı hər gün üzüm gilələrindən birinin üstünə qonur və şirəsini sorurdu.Üzümün şirəsi qurtarana kimi bu dostluq davam etdi.Elə ki,axirinci üzüm giləsi qurudu,arı özünə təzə dost axtarmağa başladı.

2. �� İMLA: KONFET BABA (49 SÖZ) Azərb. dili kitabı səh.19
Nailənin babasının adı Şirindir.O,zavodda işləyir.Hər gün işdən çıxanda yolunu
dükandan salır,nəvəsinə konfet,saqqız alır.Amma baba gedən kimi Nailənin anası konfetləri onun əlindən alır.O deyir ki,şirnidən adamın dişləri xarab olur.nailə hər yerdə Şirin kişini göstərib fəxrlə deyir ki,bu mənim Konfet babamdır.

3. �� İMLA: BİZİM AİLƏ (48 SÖZ) Azərb. dili kitabı səh.39
Bizim ailəmiz böyükdür.Atam inşaat mühəndisidir.Onların müəssisəsi rayonumuzda stadion tikir.Anam teatrda çalışır.O,istedadlı aktrisadır.Böyük qardaşım Səid mətbəədə müdir işləyir.Bacım Firuzə isə həkimdir,xəstələri müalicə edir.Mən üçüncü sinifdə oxuyuram.Boş vaxtlarımda mütaliə etməyi sevirəm, hərdən şeir də yazıram.Nənəm məni balaca şair adlandırır.
(Qirmizi rəngdə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir.)

4. �� İMLA: BÖCƏK VƏ ÇİÇƏK Azərb. dili kitabı səh.47
İşıqlaşırdı.Günəş üfüqdə görünürdü.Onun parlaq şüaları çəmənliyə yayıldı.Çiçək-lər gözlərini açıb səadət dolu baxışlarla günəşi seyr etməyə başladı.
Xallı böcək də qanadlarını açdı.Günəşdən qamaşan gözlərini səmaya tuşladı və uçdu.Çiçəklər böcəyə təəccüblə baxırdı.Böcək bu təəccübün səbəbini başa düşə bilmirdi.Nəhayət, o,bir çiçəyin üstünə qondu.İndi başa düşdü ki,o da bu çiçəyə bənzəyir.Çiçək kimi onunda zil qara xalları və qırmızı qanadları var.Çiçək və böcək xoşbəxt-xoşbəxt günəşin altında qızındı.
(Qırmızı rəngdə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir.)

5. �� İMLA :İTİN DOSTLUĞU. Azərb. dili kitabı səh.54
Qorxmazın iti xəstə idi.Qorxmaz onun altına şabalıd,söyüd ağacının budaqlarını kəsib döşədi.Ona qənd,isti süd verdi.Hətta Məstan da ona kömək etmək istəyirdi. Belə qulluqdan sonra it tez sağaldı.
Qorxmaz məktəbə gedəndə də it onunla gedirdi.Yolda iri şaftalı ağacları,çiyələk çəmənliyi vardı.Bir gün Qorxmaz şaftalı dərmək üçün ağaca dırmaşdı.Köynəyi ağacın budağına ilişdi,büdrəyib yerə yıxıldı.İt tez kəndə qaçıb Qorxmazın qardaşı Rüstəmi köməyə çağırdı.O,Rüstəmin qabağında irəli-geri qaça-qaça Qorxmazın yerini göstərdi.
(Qırmızı rəngdə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir)

6. �� İMLA:QİŞ YUXUSU (53 söz) Azərb. dili kitabı səh.67
Qarlı-şaxtalı qışgəlmişdi.Qışın öz gözəllikləri var:dağlar,təpələr,düzlər pambıq kimi ağ və yumşaq qarla örtülmüşdü.Ağacların budaqları lülə-lülə qara bürünmüş,axar sular donmuşdu.Arabir buludların arasından Günəşin soyuq şüaları süzüldükcə hər tərəf almaz kimi par-par parıldayır,gözləri qamaşdırırdı.Quşbaşı qarın ağır-ağır yerə enməsi,şaxtalı havanın yanaqları oxşaması adama ayrı ləzzət verirdi.
(Qırmızı rəngdə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir)

7. �� İMLA: SƏHƏR (53 söz) Azərb. dili kitabı səh.71
Getdikcə dan yerinin qızartısı artırdı.Dərələrdən və çaylardan duman qalxırdı.Günəş dağın arxasından ahəstə-ahəstə çıxırdı.Hələ özü görünmürdü.Amma şəfəqi qarşıdakı uca dağın başına düşmüşdü.Sonra yavaş-yavaş qalxıb dağın dalından göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb yatmışları oyatdı.Çəmənlərdə,seyrəngahlarda çiçəklərin qönçələrində gizlənmiş arıları və pərvanələri oyatdı.Quşların cəh-cəhi havaya ucaldı.
(Qirmizi rəngdə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir)

8. �� İMLA: SARI PİŞİK (77 söz) Azərb. dili kitabı səh.74
Bir dəfə sarı pişik meşəyə quş ovuna getmişdi.Hündür palıd ağacının başında quş gördü.Onlar budaqdan-budağa sıçrayıb civildəşirdilər.Sarı pişiyin ağzı sulandı.Quşların birini tutub yemək istədi.Palıda yaxınlaşdı ki,yavaşca yuxarı dırmaşsın.Elə bu zaman qəribə bir hənirti duyub ayaq saxladı.Tikanlı,sıx ağacların arasından böyük bir pələng sıçrayıb pişiyin qabağında durdu.qorxudan sarı pişiyin canına üşütmə düşdü.Tüklərini bir az da pırpızladıb müdafiəyə hazırlaşdı.Lakin pələng ona baxıb dayandı.Pişiyin onun cinsinə oxşaması pələngi təəccübləndirdi.
(Qırmızı rəngdə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir)

9. �� İMLA: QARACA QIZ. Azərb. dili kitabı səh.101
Usta Zeynalın altı yaşında Tutu adlı bircə qızı vardı.Tutu çox qarayanız bir qız idi.
Anası ona körpə vaxtından “Qaraca qız”deyib əzizlədiyinə görə əsl adı unudul-
muşdu, hər kəs onu bu adla çağırırdı.Qaraca qız çox nadınc idi.Qız uşağı olsa da, qızlarla oynamağı sevmirdi,həmişə oğlanlarla oynayırdı.Uşaqlar Qaraca qızdan qorxardılar,çünki o,çox cürətli idi.

10. �� İMLA: QARA KÖPƏK.(63 söz) Azərb. dili kitabı səh.106
Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi vardı.O da Qaraca qızı mağaradan çıxaran qara köpək idi.Qara köpək çox heybətli və hünərli bir it idi. Onun qorxusundan heç kəs bağa girə bilməzdi.Bu köpəkdə bir qəribə xasiyyət bardı.Hər kəs ki Piri kişiyə düşmən idi,köpək onu yaxına qoymazdı.Piri kişi dost bir adamla görüşəndə köpək də quyruq bulayıb o adama yaxınlaşardı.

11. �� İMLA: NƏSİRƏDDİN TUSİ(61 söz) Azərb.dili kitabı səh.117
Nəsirəddin Tusi 800 il əvvəl Cənubi Azərbaycanın Həmədan anadan olmuşdur. Sonradan o,Tus şəhərinə köçmüş,təhsilini də burada almışdır.Öz çalışqanlığı və səyi nəticəsində Nəsirəddin müəllimlərin rəğbətini qazanmışdı.O,güclü hafizəyə malik idi.Oxuduğunu və eşitdiyini mütləq öz mühakiməsi ilə yoxlayırdı.Yeni düsturlar,nəzəriyyələr,alətlər yaratmağı sevirdi.
Tusinin ən böyük xidmətlərindən biri Marağa şəhərində rəsədxananın və kitabxananın yaradılması olmuşdur.

12. �� İMLA:BABƏK (51 söz) Azərb. Dili kitabı səh.122
Babək Ərdəbil yaxınlığında,Bilalabad kəndində anadan olmuşdu.Uşaq ikən atasını itirmiş,varlıların mal-qarasını otarmış,sənətkar yanında şagird olmuşdu.Dəvə karvanının sarbanı olarkən o,çox yerlər,ölkələr gəzmişdi.Hər yerdə xalqın ağır vəziyyətini,bədbəxtliklərini,yerli varlıların ərəblərlə birləşdiyini öz gözləri ilə görmüşdü.Buna görə də onda ərəb işğalçılarına qarşı dərin nifrət yaranmışdı.

13. �� İMLA: KƏND MƏNZƏRƏSİ (39 söz) Azərb dili kitabı səh.127
Kəndin qərb tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəhgə boyanmışdı. Sa- hildəki söyüd ağaclarının budaqları qızılı rəngə çalırdı.Lap uzaqda bir oğlan at çapırdı.Ətrafa sərinlik gətirən kölgə çökürdü. O hərdənbir ayaq saxlayır,Kürün balıq qoxusu verən nəm havasını ciyərlərinə doldururdu.
Sual və tapşırıqlar:
1.Mətndə günün hansı vaxtı təsvir olunur?
A) səhər B)günorta C) axşam
2.Sifətlərin altından xətt çəkin.

14. �� İMLA: EL BAYRAMI (51 söz) Azərb. dili kitabı səh.138
El dədə-baba adətincə bayram edirdi.Yurdun hər bucağından ox atan,at oynadan igid cavanlar, adlı-sanlı pəhləvanlar axışıb gəlmişdilər.Onların şərəfinə məşhur ozanlar saz çalıb,söz qoşurdular.Dağların döşündə qoyunlar,quzular otlayırdı.Allı-güllü geyinib bəzənmiş uzunsaç,qaragöz qızlar.gəlinlər də yığışıb gəlmişdilər.Onlar da çəmənlikdə gözəl bir məclis düzəltmişdilər.
Suallar:
1.Hansı cümlənin mətnin məzmunu ilə bağlılığı yoxdur?Altından xətt çəkin
2.Hansı sözlər birləşəndə mürəkkəb söz bitişik yazılır?
a)dədə,baba b)adlı,sanlı c) qara,göz

15. �� İMLA: QƏHRƏMAN ÇİNGİZ Azərb.dili kitabı səh.146
Xocalı qırğınından sonra bu xəbəri bütün dünyaya çatdırmaq üçün Çingiz Mustafayev misilsiz hünər göstərdi.O zaman Çingiz Azərbaycan televiziyasının müxbiri idi.Bu qanlı cinayətin üstünü açmaq üçün o,həyatını təhlükə qarşısında qoyaraq hadisə yerinə ilk gələnlərdən biri oldu.Çingizin hadisə yerində çəkdiyi kadrlar bütün televiziya ekranlarını gəzdi və Xocalı soyqırımını dünya xalqlarına nümayiş etdirdi.Olümündən sonra Çingiz Mustafayev Azərbaycan Milli Qəhrəma-nı adına layiq görüldü.
(Qırmızı rəngdə verilmiş sözlərin yazılışına xüsusi diqqət verilir.)

16. �� İMLA: BAYRAM GECƏSİ (71 söz) Azərb. dili kitabı səh.152
Həmin gün kənd yerlərində uşaqlar tonqal qalayır,qapı-qapı gəzib,bayram hədiyyələri toplayır,yumurta döyüşdürürlər.Şənliklər gecə səhərə qədər davam edir.Onlar oynayır,oxuyur,əylənirlər.Qızlar,oğlanlar ürəklərində niyyət tutub,qapı- bacanı pusur,qulaq falına çıxırlar.Yaxşı söz,xoş söhbətlər eşitdikdə sevinir,gözəl niyyətlərinin baş tutacağına ümid edir,pis söz eşitdikdə narahatlıq keçirirlər.Odur ki,həmin axşam hamı çalışır ki,evdə dedi-qoduya yol verməsin,ürəkaçan söhbətlər eləsin,şən əhvali-ruhiyyə yaratsın.
Sual və tapşırıqlar:
1.Mətndə hansı bayramdan danışılır?
2 .Mürəkkəb sözləri sadalayın.Onlardan hansı bitişik yazılır?

17. �� İMLA: FƏXRƏNDƏ QARI (65 söz) Azərb. dili kitabı səh.167
Qırxbuğumlu düzündə cərgə ilə çadırlar qurulmuşdu.Onların birində Fəxrəndə qarı Bakıdan gəlmiş nəvələri Araz və Afaqla qalırdı.Qırx il müəllim işləmiş Fəxrəndə qarının yaşı yetmişə çatmışdı.Amma özünü gümrah hiss edirdi.Hər il yay ayları gələndə yaylağa köçərdi.İçdiyi bulaq suyu.təzə süd,yediyi qatıq,göy-göyərti olardı.
Fəxrəndə nənə nəvələrinə hər səhər nehrə yağı,dadlı qaymaq,beçə balı yedizdirər,tez-tez qırxbuğum,quzuqulağı,gicitkən kətəsi hazırlayardı.
(Qırmızı rənglə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir.)

18. �� İMLA: NAĞILLAR (71 söz) Azərb.dili kitabı səh.172
Balaca Kamal nənəsinin nağıllarını çox xoşlayardı.Bu nağıllarda adamlar qəribə xalçalara minib göydə uçardılar.Quşlar qəhrəmanları qanadlarına alıb yeddiillik yolu bir göz qırpımında gedərdilər.
Kamal anasından,nənəsindən soruşardı:
—Xalça necə uçur?Bəs bizim xalçamız niyə uçmur?Nağıllardakı quşlardan bizim meşələrdə,dağlarda varmı?Bəs adamın niyə qanadları yoxdur?
Ancaq onların cavabı oqədər də aydın olmazdı.Başları qarışıq olanda isə Kamala heç cavab verməzdilər,ona acıqlanardılar:
—Mane olma,get işinlə məşğul ol!

19. �� İMLA: YAZDA TƏBİƏT (61 söz) Azərb. dili kitabı səh.178
Doğrudur,yaz hər yerdə yaxşıdır.Amma bizim yerlərin yazı daha səfalıdır.Adam həyətə çıxanda ətirdən valeh olur.Meyvə ağaclarının çiçəyi,qızılgül qönçələri rəngdən-rəngə çalır.Torpaqdan yenicə baş qaldıran bitkilər yerin sirlərindən xəbər verir.
Qarlı-buzlu yamaclardan sızıb birləşən bahar suları axdıqca qüvvətlənir,ətrafa səs salır.Quşların cəh-cəhi,arıların çiçəklər arasındakı vızıltısı,kəhriz suyunun şırıltısı,yoldan gələn ayaq və təkər səsləri bir-birinə qarışır.
(Qırmızı rənglə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir)

20. �� İMLA: NEFT FONTANI (80 söz) Azərb. dili kitabı səh.190
Mədəndə şiddətli yanğın vardı.Bu,əsl təbii fəlakət idi.Bir neçə gün əvvəl qazılmış quyu neçə saat idi ki,fontan vururdu.Neft fəvvarəsi qeyri- adi bir qüvvətlə daşı,torpağı göyə sovururdu.Müəyyən tədbirlər görülsə də,fontanı bağlamaq mümkün olmurdu.Buruğun ətrafında neftdən gölməçələr əmələ gəlmişdi.Alovun onlara keçməməsi üçün çox diqqətli olmaq lazım idi.Bunun üçün gölməçələrin ətrafına torpaqdan sədd çəkilmişdi.
Dənizdən əsən soyuq dekabr küləyi alovu üfürdükcə yanğının daiəsi genişlənirdi.Belə yanğınlar səkkiz-doqquz gün,hətta bir neçə həftə davam edirdi.
(Qırmızı rəngdə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir.)

21. �� İMLA: ƏLAÇI SƏMƏD (81 SÖZ) Azərb. dili kitabı səh.196
Səməd balacaboy,qarabuğdayı oğlandır.Onun qara saçları,işıqlı qara gözləri var. O,ikinci sinifdə oxuyur.Əlaçıdır.
Səməd səliqəli oğlandır.Hər gün iki-üç dəfə çantasını yoxlayır.Dəftər-kitabın yerində olduğunu görüb rahat olur.Axı o,evdəki beş uşaqdan böyüyüdür.Kiçik bacı-qardaşları onun çantasına həsrətlə baxırlar.Səməd onlara deyir:
—Məktəbli uşağın kitab-dəftəri təmiz olmalıdır.
Sinifdə Səmədin ən yaxın dostu Kərəmdir.Səməddən fərqli olaraq O,ucaboy,enlikürək oğlandır.Səməd Kərəmi də,başqa sinif yoldaşlarını da çox istəyir.Ağsaçlı,gülərüz müəlliminə isə böyük məhəbbətlə,hörmətlə yanaşır.
(Qırmızı rəngdə verilmiş sözlərin yazılışına xüsusi diqqət yetirilir.)

22. �� İMLA: AZƏRBAYCAN RESPUBLİKASI (64 söz) Azərb. dili kitabı səh.201
Azərbaycan Respublikası Rusiya,Gürcüstan,Türkiyə,İran və başqa ölkələrlə həmsərhəddir.Ölkəmiz Xəzər dənizinin sahilində yerləşir.Gəncə,Sumqayıt,Mingəçevir,Şirvan respublikamızın ən böyük şəhərləridir. Naxçıvan Muxtar Respublikası da Azərbaycanın tərkibinə daxildir.
Ölkəmizdə ən böyük çaylar Kür və Araz,ən uca dağlar isə Bazardüzü və Şahdağ- dır.Azərbaycanın Muğan və Mil kimi böyük düzləri,Kəpəz dağının ətəyində yerlə- şən füsünkar Göygölü var.
Paytaxt şəhərimiz isə günü-gündən gözəlləşən Bakıdır.
( Sözlərin böyük hərflə yazılışına dair qaydalardan məqamında istifadə edilməsinə diqqət yetirilir.)

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verib

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verib “Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların köçürülməsi və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana qarşı (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) bədnam siyasətin və hərbi təcavüzün davamıdır”.

6 Mart , 2023 22:08

https://static.report.az/photo/1ea97fe9-c074-31b0-9518-352c1a3db20f.jpg

“Baş nazir Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların daşınması və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) qarşı bədnam siyasətin və hərbi təcavüzün davamıdır”. “Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın əsassız açıqlamaları ilə əlaqədar tviterdəki paylaşımında yer alıb. “Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın qanuni tədbirləri Azərbaycanın suveren ərazilərində qayda-qanun yaratmaq adlanır”, – A.Hacızadə qeyd edib.

Comments are closed, but trackbacks and pingbacks are open.