Ziya bunyadov ve vasim memmedeliyev qurani kerim
LMC8.4 Hasli · Photography
Quran (Ziya B., Vasim M.)
Qurani Kərimin azərbaycan dilinə mənaca tərcüməsi Ziya Bunyadov, Vasim Memedeliev
Latest Version
Nov 24, 2014
Google Play ID
App APKs
Quran (Ziya B., Vasim M.) APK
Quran (Ziya B., Vasim M.) APP
Əssələmu aleykum ua rahmətullahi ua bərakətuhu.
Qurani Kərimin azərbaycan dilinə mənaca tərcüməsi.
Müəllif: Ziya Bünyadov və Vasim Məmmədəliyev
Əziz müsəlmanlar əgər proqramda hansısa bir səhv tapılarsa, xahiş edirik dərhal bizə məlumat verəsiniz.
Trending Searches
LD Player – #1 Android Emulator
The Best Android Emulator for PC
Apps · Hot
LMC8.4 Hasli · Photography
Messenger Meta Platforms, Inc. · Communication
Google Play Store Google LLC · Tools
GCash Mynt – Globe Fintech Innovations · Finance
WhatsApp WhatsApp LLC · Communication
Popular
JW Library Jehovah’s Witnesses · Books & Reference
|AC Market| Atlanta-Apps Inc. · Books & Reference
Stats Royale Overwolf · Books & Reference
Amazon Kindle Amazon Mobile LLC · Books & Reference
Code Marvel vs Capcom: Clash of Super Heroes Mame Advance · Books & Reference
English Spanish Translator Droid Doodle · Books & Reference
PDF Reader pickwick santa · Books & Reference
Gacha Star Eversilk · Books & Reference
Audible Audible, Inc. · Books & Reference
MyHeritage MyHeritage.com · Books & Reference
APKCombo Installer
How to install XAPK, APKS, OBB?
Xankəndi
Sizə akademiklər Vasim Məmmədəliyev və Ziya Bünyadovun ilk çapdan çıxan “Quran” tərcüməsini göstərirəm. Vasim Məmmədəliyev və rəhmətlik Ziya Bünyadov “Bəqərə” surəsini burada şərh edərkən göstəririrlər ki, macar islamşünası Qoldsenin mülahizlərinə görə bu surədə Darvinizmin əlamətləri var. İndi buna düz demək olarmı?! Halbuki, “Qurani-Kərim”də Darvinizm məsələsi yoxdur. Məgər VII əsrdə Darvinizm var idi?!”
Bu sözləri ilahiyyatçı Elşad Miri modern.az-a müsahibəsində deyib. O, bildirib ki, həmin tərcümədə başqa yerlərdə də səhvlər var:
– Məsələn, ayələrin biri belə tərcümə olunur ki, Allah istədiyini doğru yola yönəldər, istədiyini isə azdırar. Mən bu ayəni, ümumiyyətlə “Quran”ı bu cür tərcümələrdə oxuyub ateist olan insanlar tanıyıram. İnsan deyir ki, Allah istədyini yolundan döndərəcəksə, mən niyə ibadət etməliyəm?! Deyir ki, mən illərlə namaz qılıcam, ibadət edəcəm və sonda Allah məni yolumdan döndərəcək? Əslində isə “Allah istədiyini” yox, “Allah istəyəni” tərcümə olunmalıdır. Ərəb dilində bu belədir. Mən araşdırıram, lüğətlərə baxıram və görürəm ki, “Quran” düzgün tərcümə olunmayıb. Bəs niyə düzgün tərcümə olunmur? Çünki tərcümə edənlərin əksrəiyyətinin işi özlərindən əvvəlki tərcümələrə baxmaq və onun əsasında nəsə yazmaqdır.
– Yəni, Vasim Məmmədliyevlə Ziya Bünyadovun “Quran”ı dərindən bilən şəxs olmadıqları qənaətindəsiniz?
– Vasim Məmmədliyev mənim müəllimim olub. O, ərəb dilçisidir. Vasim müəllim, ilahiyyatçı, din elmləri üzrə mütəxəssis deyil. O, ərəb dili üzrə alimdir. Mən bir neçə il bundan qabaq “Quran” tərcümələrindəki xətalar” adlı məqalə yazmışdım. Vasim Məmmədəliyev, Nəriman Qasımoğlu buna görə məndən incimişdilər. Mən Vasim Məmmədəliyevin yanına getdim. Mənə dedi: “Sən heç yaxşı oxuyan tələbə olmamısan”. Mənim isə cavabım belə oldu: “Əksinə, birinci yerə çıxdığıma görə, mənimlə şəkil də çəkdirmisiniz”.
Ziya Bünyadova gəlincə, deyə bilərəm ki, o, çox böyük alim olub. Mənim onunla heç bir ünsiyyətim olmayıb. Onu sözünü deyən bir insan kimi xatırlayıram. Azərbaycanda din sahəsində çox böyük problemlər var. “Quran” düzgün şəkildə təqdim edilmir, ilahiyat elmindən xəbəri olmayanlar ilahiyyatçı kimi camaatı sırınır. Bu gün ANS mənə qadağa qoydurub, efirə din eksperti kimi çıxartdıqları insanların hamısı İrana bağlı şəxslərdir. Bir az araşdırsanız görərsiniz ki, ANS-in efirinə çıxanların çoxu İranda dini təhsil alıb.
Comments are closed, but trackbacks and pingbacks are open.