Press "Enter" to skip to content

Avtomobilin yanacaq sərfiyyatını necə yoxlamalı

Köhnə və ya çirklənmiş şam və filtr artıq sərfiyyat deməkdir. Bəzən sürücülər buna o qədər də əhəmiyyət vermir. Unutmayın ki, çəkəcəyiniz cüzi xərc sizi daha böyük xərclərdən azad edə bilər.

Avtomobilin yanacaq sərfiyyatını necə hesablaya bilərəm?

Bir çox sürücülər xüsusi ilə də qış mövsümündə avtomobilin yanacaq sərfiyyatının artmasından şikayətlənir. Yanacağa qənaət etməyin bir sıra üsulları var. Bu qaydalara əməl edən sürücülər 40 faizə qədər yanacağa qənaət edə bilərlər. Xüsusi ilə də qış mövsümü ilə əlaqədar ustaların sürücülərə tövsiyələri var.

Avtomobillərdə yanacaq sərfinə təsir edən bir sıra detallar var ki, onların vaxtında dəyişdirilməsi yanacağın 5-6 faiz qədər qənaətlə sərf olunmasını təmin edir.

Yayda kondisionerdən istifadə sərfiyyatı artırır ki, qış aylarında onun əvəzedicisi mühərrikin qızmamasıdır.

Avtomobil işıqlarının yandırılması zamanı sərfiyyatın artmasına çoxları inanmasa da, ustalar bunun özünəməxsus səbəbi olduğunu bildirirlər. Avtomobilin yüklü olması da sərfiyyata təsir edir.

Bundan başqa, təkərlərin havasının az olması da yanacaq sərfini artıran amillərdəndir.

Yoxuşlarda asta hərəkət etmək, enişlərdə isə əksinə gərəksiz qaza basmaq yanacaq sərfini nəzərə çarpacaq qədər artırır.

Ölkə.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Avtomobilin yanacaq sərfiyyatını necə yoxlamalı?

Müasir avtomobillərdə yanacaq sərfiyyatını kompüter hesablayıb sürücü üçün ekrana çıxarır. Əksər avtomobillərdə həm sutkalıq, həm ani, həm də ortalama göstəricini görmək olar. Amma, əgər həqiqi yanacaq sərfiyyatını hesablamaq istəyiriksə, bunu empirik metodla etməliyik. Bunun üçün:

  • Yanacaq çənini yanacaq doldurma məntəqəsində tam doldururuq. Yəni tapança atana qədər vururuq. Tapança atandan sonra daha vurmuruq
  • Yanacaq doldurma məntəqəsində hansı avtomatdan vurduğumuzu yadımızda saxlayırıq
  • Nəqliyyat vasitəsində ümumi və sutkalıq gedilən məsafələrin göstəriciləri olur. Ümumi göstərici oxumaq üçündür. Bunu dəyişə bilmərik. Sutkalıq göstəricini isə “sıfırlamaq” olur. Yanacağı dolduran kimi yola düşməzdən öncə bu sutkalıq göstəricini “sıfırlayırıq”. Əgər sizin avtomobiliniz köhnə modeldirsə yalnız ümumi göstərici olacaq. Bu halda həmin göstəricini telefonunuza və ya bir kağıza qeyd edin
  • Bundan sonra hansı tip yürüşdə sərfiyyatı ölçmək istəyiriksə, nəqliyyatı o yerdə sürürük. Əgər bizi şəhər rejimi maraqlandırırsa şəhərdə, avtomagistral maraqlandırırsa orada sürürük. 100km-lik yolda sərfiyyatı bilmək üçün 100km sürmək vacib deyil. Amma nə qədər çox sürsək göstərici bir o qədər həqiqətə yaxın olar
  • Müəyyən qədər sürdükdən sonra yenə həmin yanacaq doldurma məntəqəsinə gedib həmin avtomatın eyni tapançası ilə çən dolana qədər, yəni tapança atana qədər, yanacaq vururuq. Yaxşı olar ki, birinci dəfə də, ikinci dəfə də tapança eyni sürətlə, aşağı sürətlə, vursun
  • Avtomatın vurduğu yanacağın miqdarını birinci doldurmadan sonra gedilən yola bölüb 100-ə vururuq. Bu da bizim avtomobilin şəhər (və ya şose) rejimində 100km-də işlətdiyi yanacağın miqdarını göstərəcək.

Sərfiyyat = (Yanacaq / Gedilən yol) × 100

Məsələn: Tutaq ki, siz yanacaq vurduqdan sonra 75km yol gedib yenidən yanacaq doldurma məntəqəsinə çatırıq. Eyni tapança 9 litr yanacaq vurduqdan sonra atır. Onda sərfiyyat

(9 / 75)×100 = 0.12×100 = 12 Lt

Deməli bizim nəqliyyat sürülən yol rejimində (şəhər, şose və ya qarışıq yolda) 100km yola 12Lt yanacaq “yandırır”.

Digər məqalələr

Katalizator barəsində

Məqalə katalizatorun avtomobil və ətraf mühit (ekologiya) üçün vacib rolunu izah edir. Həmçinin katalizatorun xarab olması səbəbləri və onun diaqnostikasını necə həyata keçirməyi izah edir. Katalizator tutularkən və ya daxilindəki pətəklər sınarkən avtomobildə nə müşahidə olunmasını bilmək istəyirsinizsə, bu məqaləni oxuyun.

Yanacaq sərfiyyatının artma səbəbləri

Yanacaq sərfiyyatının artmasında həm texniki amillərin və nasazlığın, həm də sürmə tərzi, yol səthinin vəziyyəti, yanacağın keyfiyyəti, havanın temperaturu və aşıq pəncərə ilə sürmə kimi qeyri-texniki amillərin rolu var.

Oksigen sensoru

Benzinin tam yanması üçün hava/yanacaq nisbəti 14.7 hissə hava üçün 1 hissə benzin müəyyən edilib. Bu nisbətə (14.7/1) stoxiometrik, yəni ideal göstərici deyilir. Əgər ideal qarışıq alınmazsa bort-kompüter “varlı” yanacaq qarışığı verir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.

© Copyright Jsoft

Avtomobilin yanacaq sərfiyyatını necə hesablaya bilərəm?

Sürücüləri ən çox düşündürən suallardan biri də yanacaq sərfiyyatına qənaət etməkdir. Hətta bir avtomobilə baxan zaman ilk verilən suallardan biri “100-ə nə qədər yandırır” sualıdır. Bir çoxları daha qənaətli avtomobil almağa, bəziləri isə hibrit və ya elektromobillərə üstünlük verir. Statistika göstərir ki, daha çox taksi üçün istifadə olunan avtomobillər qənaətli seçilir. Amma müxtəlif vasitələrdən istifadə etməklə yanacağın sərfiyyatını aşağı salmaq olar.

Bu barədə sürücülərə tövsiyələri təqdim edirik

Avtomobili ideal vəziyyətə gətirin.

Təbii ki, nasaz avtomobil yanacağı daha çox istifadə edəcək. Xüsusilə də sistemdə nasazlıq olduqda mühərrik düzgün çalışmır. Nəticədə də əlavə güc tələb edir. Bu isə yanacaq sərfiyyatının artmasına səbəb olur. Bəzən sürücülər bahadır deyə, hər hansı detalı dəyişmir. “Bunsuz da avtomobil işləyir” düşüncəsi ilə hərəkət edirlər. Amma digər tərəfdən artıq yanacaq istifadəsi daha baha başa gəlir.

Yoxuş düşərkən bunu edin.

Əksər sürücülərin bildiyi və ənənəvi bir metod var. Yoxuş düşən zaman sürətlər qutusunu neytral vəziyyətə gətirmək yanacağa qənaət edir. Çünki həmin vaxt avtomobil ətalət qüvvəsi ilə hərəkət edir. Nəticədə yanacaq cüzi sərf olunur. Amma avtomat sürətlər qutusu olan bir çox maşınlarda bunu etmək təhlükəli ola bilər.

Qaz və əyləcdən düzgün istifadə edin.

Ani olaraq qaz verərək sürətlənmə və eyni qaydada əyləci basma, yanacaq sərfiyyatını artırır. Odur ki, bu addımdan maksimum qaçmaq lazımdır.

Yanacaq seçimində diqqətli olun.

Avtomobilə nə qədər keyfiyyətli yanacaq tökülürsə, o qədər də sərfiyyat aşağı düşəcək. Təbii ki, burada maddi durum da önəm kəsb edir. Amma ümumilikdə nəticə çox vaxt eyni olur.

Tıxaca düşməyin.

Ən çox yanacaq istifadəsi tıxac zamanı baş verir. Çünki mühərrik bu zaman ikiqat çox işləyir. Odur ki, çalışıb alternativ yollardan istifadə etmək lazımdır.

Avtomobili artıq yükləməyin.

Ağır yük avtomobilin daha çox yanacaq sərf etməsinə səbəb olur. Nəzərə alın ki, hər 50 kq artıq çəki 2 faiz daha çox yanacaq işlədir. Odur ki, avtomobili maksimum az yükləyin.

Filtr və şamları vaxtında dəyişin.

Köhnə və ya çirklənmiş şam və filtr artıq sərfiyyat deməkdir. Bəzən sürücülər buna o qədər də əhəmiyyət vermir. Unutmayın ki, çəkəcəyiniz cüzi xərc sizi daha böyük xərclərdən azad edə bilər.

Avtomobilin üstünə baqaj qoyun.

Maraqlı da olsa baqaj qoyulan zaman ağırlıq mərkəzi bərabər paylanır. Bu isə yanacağa qənaətdir.

Təkərlərin havasını düzgün seçin.

Avtomobil təkərlərinin havasının düzgün seçilməsi əhəmiyyətlidir. Təsadüfi deyil ki, bu haqda məlumat yanacaq çəninin qapağında qeyd olunur. Yəni, birbaşa yanacağa təsir edən amillərdən biri də təkərin havasıdır.

Eyni vaxtda elektron avadanlıqları işlətməyin.

Həm işıqlar, həm maqnitafon və digər enerjiyə ehtiyacı olan hissələri eyni vaxtda işlətməyin. Çünki bu dinamonun daha çox gücə düşməsinə səbəb olur. Nəticədə artıq yanacaq istifadə olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.