Press "Enter" to skip to content

Azərbaycan tarixi 6 cild

Xarici tarixçi alimlər və orta əsr səyyahlar yanlışlığa yol verərək, əksər hallarda Dərbənddən İran körfəzinə qədər torpaqları “Persiya” (fars) adlandırırlar. Araşdırmalarda və səyahətnamələrdə istifadə olunan və demək olar ki, eyni mənanı ifadə edən bu iki sözdən birincisi Persiya m. ö. II minilliyin sonu – I minilliyin əvvəllərindən – ari tayfalarının Parsamuş ərazisində məskunlaşdığı dövrdən etibarən işlənmişdir. Əhəməni imperiyası yarandıqdan sonra “fars” anlayışı yalnız bir etnik toplumu deyil, bütün imperiyanı əhatə etdi və bu ad coğrafi məna kəsb edərək yunan tarixi-coğrafi ədəbiyyatına düşmüş oldu. Həqiqətən də antik Yunan və Roma coğrafiyaçıları. Kiçik Anadolu yarımadasından Qara dənizə, oradan da Xəzər dənizin şimalına, şərqdə Hindistana cənubda isə indiki İran körfəzinə qədər böyük bir ərazini Persiya adlandırmışlar. Strabonun “Coğrafiya” əsərinin ingiliscə və yunanca olmaq üzrə birlikdə ən mükəmməl nəşrində də həm ilk səhifədə əks olunan xəritədə, eyni zamanda Persiya (Əhəmənilər imperiyası) haqqında verilən məlumatda rast gəlmək mümkündür və yuxarıda qeyd etdiyimiz sərhədləri göstərməkdədir. Tarixin atası adlandırılan Herodot isə öz əsərində dəfələrlə Persiya adını çəksə də oranın sərhədi haqqında heç bir məlumat vermir. Klavdi Ptolomey isə öz əsərinə Persiya haqqında məlumat versə də Albaniyaya məxsus şəhərlərin də adını çəkir. Bu fikri təsdiqləyən tarixçi alim D. Morqan da bildirməkdədir ki, Avropa alimləri tərəfindən istifadə olunan “Persiya” anlayışı antik yunan tarixi ədəbiyyatlarında Əhəməni dövlətini ifadə etmək üçün istifadə olunan latın mənşəli “La Persia” coğrafi adından meydana gəlmişdir. Tarixçi həmçinin bildirir ki, “Persiya” ifadəsi sadəcə müasir İran ərazisini əhatə etmir. Onun fikirlərinə görə kitabda işlədilən “Persiya” anlayışı müasir Türkiyənin qərb qismini, keçmiş Sovetlər Birliyinin cənub hissəsini, Əfqanıstanı və müasir İran İslam Respublikasını əhatə edir. Bu fikri nə dərəcə doğru hesab etmək olar və bu fikir nə dərəcə elmi baxımdan daha çox peşəkarlıqdır, düşnüməmək insanın əlində deyil.

Orta əsrlər Azərbaycan tarixinə dair xarici tarixşünaslığa tənqidi baxış

Orta əsrlər dövründə (Azərbaycanda dünya tarix elmindən fərqli olaraq Ora Əsrlər III – XVIII əsrləri əhatə edir – B. Q.) Azərbaycan öncə Sasanilərin, sonra da ərəblərin işğalına məruz qalmış, ardından XI əsrdə Səlcuqlu imperiyasını tərkibinə qatılmış və bu torpaqlara yürüş edən moğollar tərəfindən burada qırğınlar törədilmişdir. Elxanilər tərəfindən mərkəz seçilən, sonra Əmir Teymur yürüşlərinin şahidi olan Azərbaycan, XIV əsrin sonları – XV əsrdə yerli sülalələr Baharlılar və Bayandurlular tərəfindən idarə olunmuş, ardından da XVI əsrin əvvəllərindən etibarən Türk Qızılbaş dövləti olan Səfəvilər İmperiyası bu torpaqlarda dövlət qurmuşdur. Orta əsrlərinin sonuna yaxın, Türk boyu olan əfşarlardan çıxmış Nadir şah Əfşarın idarə etdiyi Azərbaycan xanlıqlara parçalanmışdır. Təxmini 15 əsrlik bu tarix sadəcə yerli tarixçilər tərəfindən araşdırılmamış, eyni zamanda xarici tədqiqatçıların da maraq dairəsində olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla bağlı məlumat verən xarici tarixşünaslıq əsərlərində bir çox məsələlərin təsvirinin izaha ehtiyacı vardır. Bu qəbildən olan əsərlərdə bir çox məsələlər isə ümumiyyətlə qeyri-obyektiv formada əks olunmuşdur. Bəzi yerli tarixçılər və xarici tarixçilərin əksəriyyəti, bu dövrü araşdırarkən “Azərbaycan” adını bir coğrafi vahid kimi görməzdən gələrək bu əraziləri İran ərazisi kimi, yaxud ən yaxşı halda köhnəlmiş bir tarixi termin olan Persiya kimi göstərmiş, Azərbaycana məxsus olan mədəniyyət nümunələrinin və tarixi şəxsiyyətlərin fars və ya ərəb, bəzən də kürd və ya erməni mədəniyyətinin bir parçası kimi təqdim etmişdilər. Xarici tarixçilərin Azərbaycana məxsus maddi-mədəniyyət irsinin, tarixi şəxsiyyətlərin, şəhərlərin belə müxtəlif adlarla göstərməsi iki yanaşmadan irəli gəlir. Bunlardan birincisi linqvistik, ikincisi isə müasir-geosiyasi kontekstində yanaşmadır.

1. XARİCİ TARİXŞÜNASLIĞIN LİNQVİSTİK YANAŞMASI

Ən qeyrı – obyektiv və elmi peşəkarlıqdan uzaq hesab etdiyimiz linqvistik yanaşmaya əsasən tarixçilər əsərin yazıldığı dil hansıdırsa, müəllifi də o millətdən və ya o coğrafiyadan hesab edirlər. Orta əsrlərin iki müxtəlif dövründə yaranmış əsərlərə diqqət yetirməklə məsələ haqqında daha da aydın təsəvvür yaratmaq olar. Bunlardan birincisi Alban tarixçisi Musa Kalankatuklu, digər adı ilə Moisey Dasxuranlıdır. Onun qədim erməni dili – qrabarda yazılan “Alban tarixi” əsəri günümüzə qədər gəlib çatan əsərlərdən biridir. Qafqazşünas alim K. Tumanov “The Chronology of the Early Kings of Iberia” adlı əsərində “Alban tarixi”ni erməni müəllifin əsəri kimi təqdim etməyi yetməzmiş kimi Alban hökmdarlarını erməni hökmdarları kimi göstərmişdir. Halbuki, Musa Kalankatuklunun “Alban tarixi” əsərinin müxtəlif yerlərində, həmin çarın Alban çarı olduğu göstərilməkdədir. Əsərin müxtəlif fəsillərinə diqqət yetirdikdə, müşahidə etmək mümkündür ki, əsərdə Alban çarları ilə bərabər erməni çarlarının da adı çəkilib. Məsələn “Alban tarixi” əsərinin orijinal nüsxəsinin birinci kitabının 16-cı fəslində göstərilir ki: “O zaman ki, yunanların imperatoru Kiçik Fedosi idi, ermənilərin çarı Vramşapux idi, İran şahı Yezdəgird idi, Arsvagen (Yesvagen) isə Albaniyanın çarı idi. Albaniyaya, bizim patriarxımız Yeremiya və çarımız Yesvagenin yanına həmin Mesrob gəldi.”. Əsərin Azərbaycanca nəşrindən götürülmüş bu parçanı tədqiq edəndə belə nəticəyə gəlmək olur ki, sözü gedən dövrdə ermənilərin ayrı, albanların isə ayrı çarı var idi. Eyni zamanda onu da müşahidə etmək mümkündür ki, Musa Kalankatuklu Albaniya və orda baş verən hadisələrdən bəhs edərkən “bizim” ifadəsindən istifadə edir. Bu fakt deməyə əsas verir ki, müəllif erməni deyil alban idi, çünki o erməni olsaydı “onların” ifadəsindən istifadə edərdi. Əsərin ingiliscə, rusca və erməni dilindəki çapının birinci hissəsi 30 fəsildən ibarət olduğu halda, akademik Ziya Bünyadovun orijinal ermənicədən tərcüməsində birinci kitab 34 fəsildir. Ola bilsin ki, əsəri təshih edərkən ermənilər bəzi fəsilləri əsərdən çıxarmışlar. Erməni müəllifi kimi təqdim olunan ikinci bir əsər isə Gəncəli Krikosun “Tarix” əsəridir. D. Bayarsayxan “Kirakos Gandzakets‘i, as a Mongol Prisoner” adlı məqaləsində müəllifi erməni tarixçi kimi adlandırması bəs etmir, “Böyük Ermənistan” xülyasının mövcud olmasına da diqqət çəkir. Halbuki, heç bir ilkin mənbə, nə ərəb mənbələri, nə də Səlcuqnamələr Gəncəni erməni şəhəri kimi göstərmir. Bu haqda irəlidə məlumat veriləcəkdir. Belə bir nəticəyə gəlmək olar ki, ermənilər əsər üzərində çoxlu saxtalaşdırma həyata keçirmişlər. Ümumiyyətlə, ermənilər sadəcə ilkin qaynaqları saxtalaşdırmırdılar, eləcə də İslamı qəbul etməyən albanları da erməniləşdirirdilər. Böyük şərqşünas alim N. Y. Marr da “Аркаун, монгольское название христиан в связи с вопросом об армянах-халкедонитах” adlı məqaləsində bu barədə bizimlə həmfikirdir. Müəllif bildirir ki, albanların xristianlaşması və erməni xristian kilsəsinin təsirinə düşməsində ərəb xəlifələrinin böyük rolu vardı. Albanların etnik kimliyinə təsir edən və yaşaması üçün müvafiq əraziyə malik olmayan bir xalqın nümayəndələri heç şübhəsiz ki, Alban dövrünə dair əsərlərdə də müəyyən təhriflər həyata keçirmişlər. Ehtimal ki, ermənilərin əsərin orijinalını yox edib, yaxud da onun üzərində bir sıra dəyişiklik etmişdilər. Bu qeyri – adı hal deyil, ermənilər bunu Musa Kalankatuklunun rusca tərcüməsi zamanı etmiş, tərcümədə təhriflərə yol vermişdilər. Bu əsərlərin albanca olması haqqında heç bir dəlil olmasa da ehtimal etmək olar ki, əsərin hələ elmə məlum olmayan nüsxələri mövcuddur.

Ömrünün çox hissəsini musiqi sahəsinin tədqiqinə sərf etmiş H. Farmer özünün “A History of Arabian music” adlı kitabında görkəmli musiqiçimiz Səfiəddin Urməvi haqqında məlumat verərək onun “Kitabül-ədvar fil-musiqi” əsərinin bir neçə fəslini təhlil etmişdir. Əsərin adından göründüyü kimi “Kitabül-ədvar fil-musiqi” əsəri ərəb dilində yazıldığı üçün, həmin əsəri və onun müəllifi Səfiəddin Urməvini ərəb musiqiçisi kimi təqdim etmişdir. Buna baxmayaraq ərəb müəllif Abbas əl-Əzzafi “Əl-musiqiyül-iraqiyyə fi əhdül-moğol vəlt-türkman” adlı əsərində Səfiəddin Urməvini Türk musiqiçi kimi sıralamışdır. Buradan görmək mümkündür ki, xarici tarixçilər bəzən ilkin qaynaqdakı məlumatları ya görməzdən gəlir, yaxud da heç görmürlər.

Ümumiyyətlə, bir əsərin hansısa bir dildə yazılması müəllifin həmin dildə danışa xalqa məxsus olması fikri tamamən əsassızdır. Hər kəsə məlumdur ki, Avropada elm dili latın dili olduğu kimi, Yaxın və Orta Şərqdə, Azərbaycanda həmin dövrün elm dili ərəb dili idi və həm Nəsirəddin Tusi, həm də Səfiəddin Urməvi, eləcə də digər mədəniyyət xadimləri də daxil olmaqla Azərbaycanda və digər İslam ölkələrində fəaliyyət göstərən alimlər də əsərlərinin çoxunu bu dildə yazmışdılar. Böyük təbib, Türk alim İbn Sina da özünün məşhur “Əl-qanun fit-tibb” əsərini ərəb dilində yazmışdır İlkin tarixi qaynaqlara əsasən demək mümkündür ki, İbn Sina Buxara şəhəri yaxınlığında, kiçik bir kənddə anadan olmuşdur (Corbin H. History of Islamic Philosophy). Buxaranın bir Türk şəhəri olması da hər kəsə məlumdur. Böyük ensiklopedik alimin öz məşhur əsərini ərəb dilində yazması onun ərəb olması demək deyildir və bu cür fikirlər irəli sürməyin özü reallıqdan uzaqdır.

Linqvistik yanaşmanın digər bir forması isə dövləti idarə edən hökmdarlar və onların nəsillərinin onların dövlətləri ilə eyni etnik mənsubiyyətə aid edilməsidir. Vladimir Minorski Şəddadilər tarixindən bəhs edərkən mövcud nəslin kürd olması səbəbi ilə dövləti də kürd dövləti kimi adlandırır. Alimin “A History of Sharvan and Darband in the 10th-11th Centuries” adlı digər bir əsərində isə Şirvanşahlıq ərəb əsilli sülalə tərəfindən idarə olunduğuna görə ərəb adlandırılmır. Müəllifin iki əsəri arasında ziddiyyətli fikirlər onu deməyə əsas verir ki, bir sülalənin etnik kimliyinin bir dövlətə aid etmək heç bir istiqamətdən akademik hesab oluna bilməz.

M. P. Saykesin ümumi redaktorluğu ilə hazırlanan “A history of Persia” adlı tədqiqat əsərində də məsələyə dilçilik kontekstindən yanaşılır və digər mütəfəkkirlər ilə birlikdə Mövlana Cəlaləddin Rumi və Nizami Gəncəvi kimi şairlər türk olmalarına baxmayaraq “fars şairi” kimi göstərilir. Halbuki, bu iki mütəfəkkir də formalaşmış ənənələrə əsasən fars dilində yazsalar da onların fars şairi olmadığı dünyanın bir çox alimləri tərəfindən qəbul edilir . Öz araşdırmalarında qismən də olsa tarixə linqvistik və geosiyasi istiqamətdən yanaşmayan və obyektivliyini qoruyub saxlayan C. E. Bosfort məlumat verir ki, Məmlüklər Türk idilər və Misirdə hakimiyyəti ələ almışdılar. Lakin, bu o demək deyil ki, Misir bir Türk dövləti idi. Belə halda Nizami Gəncəvini kürd və ya fars kimi göstərmək heç bir məntiqə sığmır. “The Cambridge History of Iran” əsərinin V cildinin ədəbiyyat və şeirə aid olan hissəsində ayrıca bir formada – “Azərbaycan məktəbi” başlığına rast gəlinir. Kitabın eyni hissəsində ayrıca, Nizami Gəncəvinin Azərbaycan şairi olduğu da vurğulanmaqdadır.

2. XARİCİ TARİXŞÜNASLIĞIN GEOSİYASİ YANAŞMASI

Azərbaycan tarixinə dair araşdırma aparan digər qisim tarixçilərin bir qismi də məsələyə geosiyasi kontekstdən yanaşırlar. Bu tarixçilər ya Antik ədəbiyyatlarda əks olunan “Persiya” kəlməsindən istifadə edirlər, ya da ki, hadisələrə müasir İran İslam Respublikasının sərhədləri çərçivəsində nəzər yetirir və “İran” terminindən istifadə edirlər. Heç şübhəsiz ki, məqsədimiz əziz qonşumuz İranın sərhədlərinə şəkk gətirmək deyil. Bizim qayəmiz qədim zamanlardan bəhs edərkən həmin dövrün sərhədləri çərçivəsində yanaşmanı arzulamaqdır. Eyni zamanda miladdan öncə istifadə olunmuş və öz siyasi əhəmiyyətini itirmiş bir terminin Orta əsrlərdə istifadə olunmasının heç bir elmi əhəmiyyət kəsb etməməsinin tərəfdarıyıq. Həm müasir dövr sərhədləri çərçivəsində, həm də qədim dövr terminologiyası ilə Orta Əsrlərdə baş vermiş bir tarixi hadisə haqqında tam coğrafi təsəvvür yaratmaq mümkün deyil. Belə olan təqdirdə tarixi Azərbaycan torpaqlarında yaranmış dövlətlər başqa bir coğrafi areala aid kimi göstərilir, Azərbaycan siyasi və mədəniyyət xadimləri isə başqa millətə məxsus olurmuş kimi təsəvvür yaradılır, yəni, onlar fars mədəniyyətinin bir parçası kimi göstərilirlər. İngilis dilində istifadə olunan “Persia” kəlməsi istənilən dilə ingilis dilindəki mənası ilə “fars” kimi tərcümə olunur, eyni zamanda İran və ya iranlı mənalarını da ifadə edir. Misal üçün C. Mace fars dilinin qrammatikasına həsr etdiyi kitabını “Persian Grammar”, yəni “Fars dilinin qrammatikası” adlandırır. Demək ki, tarixçilərin coğrafi ərazini ifadə etmək üçün işlətdikləri “Persiya” termini daha çox bir xalqın kimliyini ifadə edir. Kembric universiteti tərəfindən nəşr olunan “The Cambridge History of Iran” kitabında isə məsələyə müasir-geosiyasi kontekstindən yanaşılır ki, bu da Avropalı elm adamlarının aldıqları antik coğrafi məlumatlar ilə formalaşan təfəkkürə söykənir.

Xarici tarixçi alimlər və orta əsr səyyahlar yanlışlığa yol verərək, əksər hallarda Dərbənddən İran körfəzinə qədər torpaqları “Persiya” (fars) adlandırırlar. Araşdırmalarda və səyahətnamələrdə istifadə olunan və demək olar ki, eyni mənanı ifadə edən bu iki sözdən birincisi Persiya m. ö. II minilliyin sonu – I minilliyin əvvəllərindən – ari tayfalarının Parsamuş ərazisində məskunlaşdığı dövrdən etibarən işlənmişdir. Əhəməni imperiyası yarandıqdan sonra “fars” anlayışı yalnız bir etnik toplumu deyil, bütün imperiyanı əhatə etdi və bu ad coğrafi məna kəsb edərək yunan tarixi-coğrafi ədəbiyyatına düşmüş oldu. Həqiqətən də antik Yunan və Roma coğrafiyaçıları. Kiçik Anadolu yarımadasından Qara dənizə, oradan da Xəzər dənizin şimalına, şərqdə Hindistana cənubda isə indiki İran körfəzinə qədər böyük bir ərazini Persiya adlandırmışlar. Strabonun “Coğrafiya” əsərinin ingiliscə və yunanca olmaq üzrə birlikdə ən mükəmməl nəşrində də həm ilk səhifədə əks olunan xəritədə, eyni zamanda Persiya (Əhəmənilər imperiyası) haqqında verilən məlumatda rast gəlmək mümkündür və yuxarıda qeyd etdiyimiz sərhədləri göstərməkdədir. Tarixin atası adlandırılan Herodot isə öz əsərində dəfələrlə Persiya adını çəksə də oranın sərhədi haqqında heç bir məlumat vermir. Klavdi Ptolomey isə öz əsərinə Persiya haqqında məlumat versə də Albaniyaya məxsus şəhərlərin də adını çəkir. Bu fikri təsdiqləyən tarixçi alim D. Morqan da bildirməkdədir ki, Avropa alimləri tərəfindən istifadə olunan “Persiya” anlayışı antik yunan tarixi ədəbiyyatlarında Əhəməni dövlətini ifadə etmək üçün istifadə olunan latın mənşəli “La Persia” coğrafi adından meydana gəlmişdir. Tarixçi həmçinin bildirir ki, “Persiya” ifadəsi sadəcə müasir İran ərazisini əhatə etmir. Onun fikirlərinə görə kitabda işlədilən “Persiya” anlayışı müasir Türkiyənin qərb qismini, keçmiş Sovetlər Birliyinin cənub hissəsini, Əfqanıstanı və müasir İran İslam Respublikasını əhatə edir. Bu fikri nə dərəcə doğru hesab etmək olar və bu fikir nə dərəcə elmi baxımdan daha çox peşəkarlıqdır, düşnüməmək insanın əlində deyil.

XII əsrdən etibarən Azərbaycan səyahət edən avropalı səyyahlar da antik yunan coğrafiyasının təsiri ilə Dərbənddən cənuba bütün əraziləri “Persiya” adlandırdılar. Alman səyyah Adam Oleari öz səyahət qeydlərində Rusiya sərhədini keçdikdən sonra Persiyaya daxil olduğunu yazır. Dərbənd, Şamaxı, Təbriz kimi tarixi Azərbaycan şəhərlərini Persiya şəhərləri kimi təqdim edir. Səyahətnamədə ziddiyyətlər mövcuddur. Səyyah əraziləri Persiya adlandırsa da əhalinin Türk dilində danışdığını da qeyd etməkdədir. Jan Batist Tavernye də öz səyahətnaməsində Persiyanın sərhədlərini göstərməkdədir. Səyyahın təbirincə desək Persiyanın şimal sərhədi eyniliklə Adam Olearinin səyahətnaməsində olduğu kimi Dərbənd şəhərindən başlayır. Hətta müəllif Təbriz şəhərinin adını erkən orta əsrlərdə Avropa və erməni qaynaqlarında işlədildiyi kimi “Tuaris” formasında göstərmişdir. XIII – XVIII əsrlərdə Azərbaycana səfər edən bütün diplomat və səyyahların gündəlik qeydlərinə və səyahətnamələrinə nəzər saldıqda eyni mənzərə qarşılaşmalı oluruq. Bu onu göstərir ki, bütün avropalı səyyah və diplomatların şərq haqqında məlumatlarının qaynaqları eyni yerdəndir. Yəni, hamısı az öncə qeyd etdiyimiz antik yunan coğrafi biliklərinin təsirinin yaratdığı təsəvvürlə öz səyahətnamələrini yazmış və avropalılarda düzgün coğrafi təsəvvür yaratmaq üçün onların da elmi biliklərinə uyğun olaraq coğrafi termin kimi “Persiya” kəlməsindən istifadə etmişlər.

Antik tarixi-coğrafi biliklərin təsirinə düşən alimlərdən biri olan Carlz Stori özünün üç hissəli, on cildlik nəhəng “Persian literature: a bio-bibliographical survey” əsərində səyyahların etdiyi səhvi təkrar etmişdir. Əsər bütövlükdə İran ədəbiyyatının tədqiqinə həsr olunsa da, birinci hissəsinin dördüncü kitabında Azərbaycan Persiyanın bir hissəsi kimi göstərilir. Eyni əsərin birinci hissəsinin beşıncı cildi isə “Hindistan tarixi” adlanır (Storey C. A.. Vol 1. Part 1). Eyni imperiyaların tərkibində olan İranın və Azərbaycanın Persiyanın bir hissəsi kimi təqdim olunması ilk baxışdan normal görünsə də, Hindistanın Persiyanın bir hissəsi kimi göstərilməsi həm tarixilik, həm də elmilik baxımdan doğru hesab etmək bir o qədər də inandırıcı görünmür.

Müasir tarixçilər isə Azərbaycan daxil olmaqla bir çox əraziləri müasir sərhədlərə uyğun olaraq İran ərazisi kimi göstərirlər. Halbuki, İran adı 1935-ci ildən etibarən rəsmən siyasi-coğrafi məna ifadə etməyə başladı/ Arian tayfalarının adı ilə bağlı olan “İran” ifadəsi, ilkin qaynaqlarsa daha çox farsları ifadə etmək üçün də istifadə olunurdu. Çox təəssüflər olsun ki, müasir qərb, eləcə də Rusiya və Türkiyə tarixşünaslığı bu yönlü məsələlərə geosiyasi nöqteyi-nəzərdən yanaşır. Bu cür müəlliflərdən biri Linda Komarofdur. Onun “Beyond and Legacy of Genghis Khan. Edited” adlı əsəri olduqca qiymətli hesab olunsa da, müəllif Elxanilər dövrü haqqında məlumat verərkən oranı İran ərazisində yaranmış bir dövlət kimi təqdim edir. Bruno de Nikola da əsərinin adından göründüyü kimi “İran Moğolları” ifadəsindən istifadə edir. “İran Moğolları” terminin işlədən tarixçilərdən biri də görkəmli Elxani dövrü tədqiqatçısı B. Spulerdir. C. Kolbasın “The Mongols in Iran. Chingiz Khan to Uljaytu 1220-1309” adlı əsərində də moğolların İrana yürüşləri və İranda Elxanilər ulusunu yaratmaları haqqında fikirlər öz əksini tapmaqdadır. C. Leyn isə “The Mongols in Iran” adlı araşdırmasında siyasi prosesləri İrana aid etmir, amma mədəniyyət xadimlərini də fars adlandırır. Mədəniyyət abidələrimiz xarici tarixşünaslıq tərəfindən fars abidələri kimi təqdim alimlərdə digər biri isə Elxani memarlığı üzrə ən dərin araşdırmalar aparmış Şeyla Bleyerdir. Çox təəssüf ki, müəllif “Ilkhanid architecture and society: an analysis of the endowment deed of the Rabʿ-i Rashīdī” adlı əsərində Rəb-Rəşidi və bunun kimi abidələri fars abidələri kimi qiymətləndirir. Eduard Braun isə orta əsrlərdə bütün ədəbi və tarixi əsərləri fars mədəniyyətinin bir parçası kimi təqdim edir. Tibb tarixi üzrə ən dəyərli araşdırmalardan biri olan K. Elqudun “A medical history of Persia” tədqiqatı da Carlz Story üslubunda yazılmışdır. Yəni, Anadolu, Mərkəzi Asiya, İran, Azərbaycan əraziləri ümumilikdə Persiya kimi göstərilməkdədir. XI – XIV əsrlər Azərbaycan və İran tarixləri haqqında məlumat verən A. Lampton da “Continuity and Change in Medieval Persia. Aspects of Administrative, Economic and Social History, 11th-14th Century” adlı tədqiqatında bu və buraya qonşu olan əraziləri Persiya adlandırır. Bu tip əsərlərin sayları çoxdur və təxmini hamısı eyni məzmunludur. Eyni hal Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair əsərlərdə müşahidə olunmaqdadır. A. Nyuman “Safavid İran Rebirth of a Persian Empire” adlı monoqrafiyasında sadəcə Səfəvilərin fars imperiyası olduğunu göstərmir, eləcə də Səfəvilərin soykökü ilə bağlı yanlış və əsassız məlumatlar verir. A. Nyumandan fərqli olaraq R. Seyvori Səfəviləri fars adlandırmayaraq yumşaq davranır, lakin bütün əraziləri fars torpağı kimi göstərir (Savory R. M. İran under the Safavids). C. Hanvey və L. Lokxard da məsələyə eyni istiqamətdən yanaşaraq İran və ya fars terminlərindən istifadə etməyi üstün tutur.

Bu cür vəziyyət müasir Türkiyə tarixşünaslığında da mövcuddur. Elxanlı dövrü tədqiqatçısı İ. Erdem məqalələrində “İraq və İran əyalətləri” ifadəsindən istifadə edib və Azərbaycan şəhərlərini də birbaşa olaraq İran əyaləti kimi göstərmişdir. H. Şahin isə elə məqaləsinin başlanğıcında yazmaqdadır ki, Elxanilər İranda yaradılmış bir Moğol dövlətidir. Doğrudur Elxanilər Moğol dövlətidir, lakin, İran ərazisində yaranma fikrinə haradan gəldiyinə anlam vermək çətin olur. Çünki, Elxanilərin hər üç paytaxtı Azərbaycan ərazisinə düşür. M. Uyar isə B. Spuler kimi dövləti Elxanlıları İran Moğolları kimi göstərməkdədir. Türk tarixçiləri O. Özgüdenli və A. Yuvalı hocalarımızın əsərlərində məsələyə obyektiv yanaşmışlar və İran coğrafi terminindən istifadə etməməyə cəhd etmişlər. XV əsr Azərbaycan Bayandurlu sülaləsinin hakimiyyətinə həsr olunan tədqiqat əsəri yazmış İ. Aka isə ərazini İran ərazisi kimi göstərmiş (halbuki paytaxt Təbriz olub) lakin hakimiyyəti Türkmən hakimiyyəti kimi təqdim etmişdir. Səfəvi dövləti haqqında məlumat verən görkəmli alim F. Sümer də İran coğrafi terminindən istifadə etmişdir (Sümer F. Safevî devletinin kuruluşu ve gelişmesinde Anadolu Türklerinin rolü). Bu cür nümunələrin sayı həddən artıq çoxdur və buna Rusiya tarixşünaslığında da rast gəlinir.

3. İRAN VƏ AZƏRBAYCAN İLKİN QAYNAQLARDA

İlkin mənbələrə nəzər saldıqda isə tamamilə fərqli bir mənzərə ilə qarşılaşırıq. Azərbaycan tarixinin X-XII əsrlər tarixini öyrənmək üçün ən çox istifadə olunan qaynaq Səlcuqnamələrdir. Əhməd bin Mahmudun müəllifi olduğu Səlcuqnamədə İran kəlməsinə heç bir yerdə rast gəlinmədiyi halda Azərbaycan adına, eləcə də Şəki və digər şəhərlərin adına dəfələrlə rast gəlinir. İranı təsvir etmək üçün ərəb tarixçiliyində daha geniş yayılmış əcəm terminindən istifadə edir. Səlcuqnamədə antik müəlliflərin, onların davamçılarının Persiya adlandırdıqları ərazi, hissələrə bölünərək dövrün coğrafi bölgüsünə uyğun formada, aşağıdakı kimi göstərilir. “Sultan Səncər bir çox məmləkətin Sultanı idi. Nihavənd, İraq, Səmərqənd, Xorasan, Təbəristan, Kirman, Sistan, İsfahan, Həmədan, Rey, Azərbaycan, Ərməniyyə, Arran…” (Ahmed bin Mahmud. Selçukname) Əsərin bir çox yerində işlədilən Azərbaycan kəlməsi həm ərazi kimi, həm bölgə kimi, həm də əmirlik kimi verilmişdir. XI-XIV əsrləri əhatə edən İbn Bibinin “Səlcuqnamə” əsərinə diqqət yetirdikdə görmək mümkündür ki, İraqın adı coğrafi termin kimi bir neçə dəfə çəkildiyi halda İranın adı heç bir formada çəkilmir. Həmin əsərdə Azərbaycan kəlməsi coğrafi ərazini təsvir etmək üçün dəfələrlə istifadə olunmuşdur. İran adı heç Nizamülmülkün “Siyasətnamə” əsərində də çəkilmir. Lakin, Azərbaycan adı əsərdə həm coğrafi mənada, həm də əmirlik kimi dəfələrlə çəkilməkdədir. Müəllif Məzdəkilər hərəkatından söhbət açarkən Azərbaycanın bu hərəkatın əsas mərkəzlərindən biri olduğu fikrinin yaranmasına səbəb olan məlumatlar verir. Belə qənaətə gəlmək olar ki, nə Sasanilər dövründə, nə də X-XI əsrlərdə Səlcuqlular Azərbaycan ərazisindən Anadoluya keçdiyi zaman İran məfhumu yox idi. Belə bir hal mümkün olsaydı, müəlliflər bu addan mütləq hər hansı bir formada istifadə edərdilər. Bütün bunlara rəğmən əsərlərin müasir çaplarında ön söz və şərhlərdə İran məfhumu varmış kimi fikirlər yer almaqdadır. Məsələn XIII-XV əsr farsdilli unikal mənbələrdən biri olan Ata Məlik Cüveyninin “Tarixi-cahanquşa” əsərini heç bir yerində İran kəlməsi keçmədiyi halda əsəri Türk dilinə çevirən M. Öztürk Ön sözdə, əsər və onun müəllifi haqqında məlumat verərkən və şərhlərdə dəfələrlə İran kəlməsindən istifadə edərək, məsələyə müasir sərhədlər çərçivəsindən yanaşdığını göstərməkdədir. Tərcüməçi Əsərin daxilində heç keçməyən İran kəlməsinə geniş yer ayırarkən, əsərin içində dəfələrlə istifadə olunan və coğrafi ərazi mənasını ifadə edən Azərbaycan kəlməsini istifadə etməkdən çəkinmişdir. Halbuki, əsərin ingiliscə nəşrində obyektiv davranılmış və müxtəlif mənaları ifadə etmək üçün Azərbaycan adı 16 yerdə işlədilmişdir. “Tarixi-cahanquşa” əsərinin farsca Məhəmməd Qəzvini nəşrində isə İran kəlməsi Azərbaycan kəlməsindən daha çox istifadə olunub. Əsərin Məhəmməd Qəzvini nəşri əsasında J. Boyle tərəfindən hazırlanan ingiliscə tərcüməsi daha obyektiv davranaraq nə ön söz və şərhlərdə, nə də əlavə məlumatlar verərkən İran və Persiya sözlərindən istifadə etməmişdir. Buradan belə nəticə çıxartmaq mümkündür ki, ilkin qaynaqların farsca təshih olunmuş variantlarında bir sıra qeyri-obyektivliklərə rast gəlinir. Ehtimal etmək olar ki, əsərlərin ilkin əlyazmasında istifadədə olunan Əcəm və Fars sözləri əsərin təshih olunmuş çaplarında İran sözü ilə əvəz olunur. M. Öztürkün tərcümə etdiyi və 2000-ci ildə nəşr olunan Mahmud Aksarayinin “Müsamərətül-əxbar” əsəri, 1941-ci il M. Nuri Gəncosman tərəfindən gerçəkləşdirilən tərcüməsindən xeyli fərqlənir və əsərin ikinci nəşrində bir çox ixtisarlara rast gəlinir. Digər bir tərəfdən əsərdə Böyük Səlcuqlu Sultanlığı, onun davamı olan Anadolu Səlcuq Sultanlığı kimi tanıdığımız imperiyanın Sultanları İran Sultanları kimi təqdim olunur. Halbuki, əsərin almanca nəşrində 14 Sultan Səlcuqlu sülaləsinin sultanları kimi tərcümə edilmişdir. Bu da əsərin tərcümə variantlarına qarşı inamsızlığın yaranmasına səbəb olur və orijinal əlyazmaya baxma ehtiyacı hiss etdirir ki, bu da hələlik mümkün deyil. Sadəcə onu deyə bilərik ki, əsərin hər üç nəşrində Elxanilər dövründən bəhs olunan hissələrdə İran adına rast gəlinmir. Dövrün əsas qaynaqlarından biri olan İbnül-İbrinin “Əl-müxtəsər fid-düvəl” əsərinin türk dilindəki tərcüməsində də 5-ci və 6-ci xanədanlıqlar iranlıların yaratdığı xanədanlıqlar kimi göstərilmişdir. Halbuki, əsərin ingiliscə çapında bu xanədanlıqlar orijinalına uyğun şəkildə Midiya və Fars xanədanlığı kimi verilmişdir. Lakin, əsərin istənilən tərcüməsində 9-cu və 10-cu xanədanlıq kimi təsvir olunan Ərəb Xilafəti və Moğollardan məlumat verilərkən İran coğrafi adına rast gəlinmir.

Moğol dövrünün ən böyük əsəri, ilk ümumdünya tarixi hesab olunan “Cameüt-təvarix” əsərində də demək olar ki, yüz dəfələrlə Azərbaycan adı keçməkdədir. Eyni zamanda əsərdə Fars kəlməsi ilə bərabər İran kəlməsi bir neçə dəfə istifadə olunmuşdur. Fəzlullah Rəşidəddin “Cameüt-təvarix” əsərinin “Tarixi-mübarəki-Qazan” cildində Hülakü xanın beşinci oğlu olan Tugay haqqında məlumat verərkən bildirir ki, o, İran səfəri zamanı ildırım vurmasından dünyasını dəyişmişdir. Və ya Münkə xaqan Hülakü xanı İrana başçı təyin edir və ora göndərir. Əsərin farsca iki mühüm nəşrləri olan Behman Kərimi və Məhəmməd Rövşən-Mustafa Musavi nəşrlərinin heç biri tam və kamil deyil, eyni zamanda hər iki nəşrdə çatışmamazlıqlar var. Lakin, əsərin ingiliscə V. Takston və Rusca A. Arends nəşrlərinə nəzər yetirdikdə burada da İran kəlməsinin işlədildiyini görmək mümkündür. Təəssüf ki, əsərin ilkin əlyazmasına baxma imkanımız yoxdur və beləcə İran adının ilkin nüsxədə necə işləndiyi haqqında fikir irəli sürmək mümkün deyil. Ola bilsin ki, fars formasında işlədilmişdir. İran haqqında bəhs edilən məlumatları nəzərdən keçirərkən bir məqam insanın diqqətini çəkməyə bilmir. “Cameüt-təvarix” əsərində sadəcə Hülakü xan zamanında və dövlət yaranmamış “İran məmləkəti” və ya “İran torpağı” ifadəsi işlədilmişdir. Hülakü xandan sonra gələn xanlar zamanında demək olar ki, bu ada rast gəlinmir. Abaqa xanın zamanında keçmiş İsmayillilərin əraziləri Fars məmləkəti kimi işlədilməyə başlayır. Əsərdə deyilir ki, “Abaqa xan Fars əyalətlərini Atabəy Əbu Bəkirin övladlarına bağışladı”. Əsərin elə həmin yerində İraq, Rum, Azərbaycan, Arran və s. ərazilər də məmləkət kimi göstərilir və Azərbaycanın mərkəz olduğu vurğulanır. Azərbaycanın Elxanilər dövlətinin metropoliyası olması fikrinin bir çox əsasları mövcuddur. Bunlardan birincisi ölkənin paytaxtının Təbriz şəhəri olmasıdır və “Darül-mülk” adlanan bu şəhərin Azərbaycanda yerləşdiyinə dair heç bir şübhə yoxdur. Əgər Təbriz fars coğrafiyasına aid olsaydı adı Azərbaycandan bəhs edilərək xatırlanmazdı. Digər bir məsələ, Elxanilərin xəzinəsi də Azərbaycanda yerləşirdi. Əhməd xan başda olmaqla bir çox Elxani xanları zamanlarının çoxunu Muğanda və Qarabağda keçirərdilər. Həmçinin Rum, Şam və başqa ərazilərdə qırğın və yağmalar həyata keçirən Elxani hökmdarları Azərbaycan və ətrafında belə bir addım atmadılar. Başqa bir diqqət çəkici məqam undan ibarətdir ki, Elxani dövləti yaranmamışdan öncə moğollarla Ərəb Xilafəti arasında İsmayillilər adlı fars dövləti mövcud idi. Ola bilsin ki, Fəzlullah Rəşidəddin əsərdə bu dövləti ifadə etmək üçün “İran” və ya Arean ifadəsindən istifadə etmişdir. Həqiqətən də əsərdə sadəcə İsmayillilər dövlətinə işarə edərkən “İran məmləkəti” və ya “İran torpağı” ifadəsindən istifadə olunub. Məmləkət isə o dövrdə ölkə mənasını ifadə etmirdi, sadəcə əyalət və ya vilayət mənasında işlədilirdi. Behman Kərimi nəşrində əksər hallarda vilayət ifadəsi işlədilir. Belə nəticəyə gəlmək olar ki, Elxanilər zadəganları etnik baxımdan moğol olsalar da onların ordularında çoxlu Türk əsgər vardı və çox güman ki, Azərbaycana gəlmiş moğolların xeyli hissəsi Türk idi. Moğol ordusunda bir çox Türk əsgəri komandırlik edirdi ki, bunlardan biri də Fəzlullah Rəşidəddinin təbirincə desək “Moğolların başı Əmir Böri idi”. Börü və ya Börü qədim Türkcədə qurdu ifadə etmək üçün istifadə olunur. Mahmud Kaşqarlının “Divani-lüğət it-Türk” əsərində bildirilir ki, Türklərə qadın doğumunu tamamlayarkən həkimə belə bir sual verirlər “tilkü mü togdı azu böri mü?”, yəni “tülkümü doğdu, yoxsa qurdmu?” Doğulmuş körpənin oğlan (qurd) yoxsa qız (tülkü) olduğunu öyrənmək üçün istifadə olunan Türk deyimidir. “Cameüt-təvarix” əsərinin əvvəlində F. Rəşidəddin Türk və Moğol tayfalarının təsnifatını verir və hətta müəllif Türklər haqqında məlumatı öz əsərinə moğollardan öncə daxil etmişdir. Böyük təbibin Türklər haqqındakı məlumatı, moğollar haqqındakı məlumatdan daha öncə daxil etməsi Türklərin Moğollar arasında daha yüksək mövqedə dayandığını söyləməyə imkan verir. Əgər Moğollar farslara yaxın olsaydılar və “İran Moğolları” deyə bir dövlət mövcud olsaydı, Qazan xanın birbaşa nəzarətində yazılan “Cameüt-təvarix” əsərində Fars tayfalarının təsnifatı da verilərdi. Bundan başqa Türklərdə mövcud olan yas adətləri eyniliklə Moğollarda da mövcuddur. Əbülqasım Kaşaninin “Tarixi-Olcaytu” əsəri Türk təqvimi əsasında yazılıb və xeyli sayda türkizmlərdən istifadə olunub. Belə düşünmək mümkündür ki, Elxanilər təsadüfən Azərbaycanı mərkəz seçməmişdilər. onları bu torpağa etnik əlaqələr bağlayırdı. Onu da dəqiqliklə demək olar ki, bir Moğol ulusu olan Elxanilər dövləti İran dövləti və ya sülaləsi deyildi, Azərbaycan ərazisində yaranmışdı.

Əmir Teymurun fəthləri haqqında ən unikal qaynaq olan Nizaməddin Şaminin “Zəfərnamə” əsərində Azərbaycan və İran məmləkətləri olaraq ayrıca göstərilmişdir. Əsərə diqqət yetirərkən tarixi coğrafiyanı dəqiq müəyyən etmək mümkün olmasa da burada yerləşən şəhərlərin adlarına diqqət yetirərək belə bir qənaətə gəlmək olar ki, Azərbaycan elə öz tarixi ərazilərini, İran isə farsların yaşadığı əraziləri göstərmək üçün istifadə olunub. Müəllif əraziləri olduqca dəqiq verərək bəzən İran vilayətləri yerinə Fars vilayəti ifadəsindən də istifadə etmişdir. Ağqoyunlu tarixinin öyrənilməsi üçün ən əsas tarixi qaynaq hesab olunan Əbu Bəkr Tihraninin “Kitabi-Diyarbəkriyyə” əsərində də İran coğrafi ərazi kimi və ya siyasi mənada işlədilmir. Lakin, əsəri Türk dilinə çevirən M. Öztürk bütün şərh və izahlarda fars yerinə də, İran İslam Respublikası yerinə də İran kəlməsindən istifadə etməyi üstün tutmuşdur. Zənnimizcə ən çox təhriflərə məruz qalan əsər Həmdullah Mustoufi Qəzvininin “Tarixi-qozide” əsəridir. Əsərin həm təshih olunmuş farsca Əbdülhəsən Nəvahi nəşri, həmdə Türk dilinə tərcümə olunan Mürsəl Öztürk nəşrində xeyli sayda təhriflərə yol verilmişdir. Əsərdə göstərilir ki, Abaqa xan zamanında Bərkay xan intiqam üçün İrana yönəldi, Kür çayı qırağında xanın qardaşı Yəşmuta çatdı. Əminik ki, Həmdullah Mustoufi Qəzvini Kur çayı ətrafını İran adlandırsın. Çünki, irəlidə bəhs edəcəyimiz və Həmdullah Mustoufi Qəzviniyə məxsus olan “Nüzhətül-qülub” əsərində Kür çayının Azərbaycan ərazisində yerləşməsi haqqında məlumat mövcuddur. Demək ki, əsərin təshihində yol verilən xətalar əsərin sonrakı ingiliscə qısa tərcüməsi daxil olmaqla bütün tərcümələrinə də sirayət edir.

Səfəvilər İmperiyası tarixinə dair ilkin qaynaqlarda onların Türk əsilli olması və Azərbaycanda dövlət yaratması haqqında məlumatlar kifayət qədərdir. Görkəmli səfəvişünas Azərbaycan alimi Zabil Bayramlı Şeyx Hüseyn bin Şeyx Abdal Zahidinin “Silsilətün-nəsəbi Səfəviyyə” əsərinin tədqiqinə həsr etdiyi monoqrafiyada Təvəkkül bin Bəzzaz əl-Ərdəbilinin “Səfvətüs-səfa” əsəri daxil olmaqla bir çox ilkin qaynaqlardan istifadə edərək Səfəvilərin etnik kimliyinə aydınlıq gətirmişdir. O bildirmişdir ki, indiyə qədər tarixşünaslıqda Səfəvilərin fars, kürd və ya ərəb mənşəli olması haqqındakı fikirləri tamamilə əsassızdır. Müəllif “Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu” adlı digər bir əsərində Məhəmməd Yusif Qəzviniyə istinadən yazır: “Şərur döyüşündən sonra İsmayıl darossəltəne-ye (paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (təxte səltənete Azərbaycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər təmam məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm zərb edildi”. Əlavə şərhə ehtiyac olmayan bu parçadan aydın olur ki, Səfəvilər hansı coğrafi ərazidə yaranmışdır və nə dərəcədə doğrudur ki, bu dövləti İran dövləti kimi göstərilsin.

4. ORTA ƏSRLƏRDƏ AZƏRBAYCAN VƏ FARS COĞRAFİYASI

İlk öncə onu vurğulamaq zəruridir ki, Azərbaycanın tarixi ərazisi haqqında məlumat verərkən Ermənistan Respublikası xaric, heç bir qonşu ölkəyə, xüsusilə də İran İslam Respublikasına ərazi iddiası irəli sürmək fikrində deyilik. Yeganə istəyimiz Azərbaycanın tarixi-coğrafi ərazisi haqqında doğru, dürüst fikir formalaşdırmaqdan ibarətdir. Tədqiqatda istifadə olunan “İran” “Fars” və “Azərbaycan” tarixi-coğrafi anlayışları tarixi səciyyə daşıyır. Problemin daha aydın anlaşılması üçün sözü gedən ifadələrin, ilkin qaynaqlara əsasən hansı coğrafi əraziləri əhatə etməsi və onların xüsusiyyətləri haqqında məlumatlara yer ayırmağın vacib və əhəmiyyətli olduğunun qənaətindəyik.

Xarici tarixçilərin əsərlərində bəzən “İran”, bəzən də “Persiya” kimi işlədilən ifadələr orta əsrlər tarix-coğrafi ədəbiyyatlarında “əcəm” (عجم) formasında istifadə edildiyini müşahidə etmək mümkündür. Xarici tarixşünaslar ərəb və fars dilindən tərcümə etdikləri zaman orijinalda “əcəm” kimi işlədilən tarixi-coğrafi termini “Persiya” və ya “İran” olaraq tərcümə etmişlər. Elə isə, “əcəm” sözü nə anlamı ifadə edir? Azərbaycan dilinin izahlı lüğətində göstərilir ki, “əcəm” sözü ərəb dilində ərəb olmayan xalqlarını adlandırmaq üçün istifadə edilirdi. Ayrıca bu sözün “xarici” və “ərəb dilini anlamayan” mənaları da vardır. XV – XVI əsrlərdə isə bu söz yalnız İran və Azərbaycan ərazilərini ifadə etmirdi, eyni zamanda Xorasan və Türküstan bölgələrini də ifadə etmək üçün bu söz istifadə edilirdi. X əsr ərəb coğrafiyaçısı Əl-Müqəddəsi özünün “Əhsənüt-təqsim” əsərini iki böyük hissəyə ayırır. Birinci hissə ərəb coğrafiyasına, ikinci hissə isə qeyrı-ərəb coğrafiyasının təsvirinə həsr olunmuşdur. İkinci hissə “Əcəm torpaqları” adlandırılır. Bu ərazilər aşağıdakı bölgələrə ayrılır: Məşriq, Deyləm, Rəhab, Cibal, Xuzistan, Fars, Kirman. Göründüyü kimi “əcəm” sözünü bəzi ədəbiyyatlardakı kimi “İran” formasında deyil və “Persiya” kimi tərcümə etmək də yolverilməzdir. Bu kimi misallar ərəb qaynaqlarında çoxdur və bəzilərinə yeri gəldikcə araşdırmada müraciət olunub. Əl-İstəxri “Məsalükül-məmalik” əsərində İran adını çəkməyərək sadəcə Fars əyalətinin sərhədini göstərmişdir. Əsərə görə söyləmək mümkündür ki, Fars əyalətinin şərqində Kirman, qərbində isə Xuzistan və İsfahan yerləşir. Mərkəzi Şiraz olan bu əyalətin cənub sərhədi Fars (Fars körfəzi) dənizidir. Bundan başqa əsərdə Fars əyalətinə məxsus Siraf və İstəxr şəhərləri də göstərilmişdir. “Hüdudül-aləm”də Fars əyalətinin sərhədləri və şəhərləri daha dəqiq verilmişdir. Əl-İstəxridən fərqli olaraq bu əsərdə bu vilayətin şimal sərhədi haqqında dəqiq məlumat var və bura Fars səhrasıdır. Bu əsərdə də Şiraz və İstəxr şəhərləri Fars əyalətinin ən iri şəhərləri hesab olunur. Əbül Fida “Təqvimül-buldən” adlı əsərində digərləri kimi Xuzistan, Xorasan, İsfahan və Həmədanı Fars əyalətinə daxil etmir. Fars əyalətinin ən şimal şəhərinin Rey olduğu haqqında məlumat verən müəllif buranın mərkəzi şəhərinin Şiraz olduğunu xatırladır. Fars əyaləti haqqında məlumatlara diqqət yetirdikdə aydın olur ki, ərəb qaynaqlarında bu əyalət haqqında ziddiyyətli heç bir məlumat mövcud deyil. Onu da anlamaq mümkündür ki, Fars əyalətinin ərazisi, xarici tarixşünaslığın göstərdiyi İran və ya Persiya sərhədlərini əhatə etmir. Həmçinin “əcəm” adlanan coğrafi anlayış nə İranı (Persiyanı), nə də Fars əyalətini əhatə etmir.

“Azərbaycan” ifadəsi coğrafi ərazi kimi ilk dəfə Dərbənd səddinin divarlarında işlədilmişdir. Sasani dövrünə aid olan pəhləvi dilində yazılmış kitabədə deyilir ki; “Bura və burdan aşağılar Adurbadaqan/Azərbaycandır.” (Dərbənd divarlar. Daş plitə. № 182-183) Bu kitabənin Sasani dövlətinin məşhur hökmdarı Xosrov Ənuşiravan zamanına aid olduğunu söyləmək mümkündür. Daha sonra bu coğrafi ada ərəb qaynaqlarında daha çox rast gəlinir. Əl-Müqəddəsi Azərbaycan və Ərməniyyə ərazilərinə ortaq bir ad tapmadığı üçün buranı bolluq və bərəkət mənasını ifadə edən “Rəhab” adlandırır. Müəllif “Rəhab” bölgəsini üç əraziyə ayırır. Azərbaycan, Arran və Ərməniyyə. Ərəb mənbələrinin bir çoxunda Azərbaycan və Arran ayrı-ayrı göstərilsə də, xüsusilə tarixi əsərlər yazan müəlliflərin əksəriyyəti Arranı Azərbaycanın bir hissəsi kimi öz əsərinə daxil etmişdir. Əl-Müqəddəsiyə görə Arran iki çayın – Samur və Araz çaylarının arasındakı əraziləri əhatə edir. Mərkəzi Bərdə olan Arrana Tiflis, Hunan (indiki Qazax), Şəmkir, Gəncə, Beric(?), Şamaxı, Şirvan, Bak, Şabran, Babül-əbvab (Dərbənd), Abxaz, Qəbələ, Şəki, Malazqırd şəhərləri daxil idi. Əl-Müqəddəsi Azərbaycan ərazilərini birbaşa özü görmədiyinə görə əsərində yanlışlığa yol vermişdir. Məsələn Tiflisi və Abxazı Arran şəhəri adlandıran müəllif Dəbil, Xoy, Salmas, Urmiya kimi şəhərləri erməni şəhəri adlandırmışdır. “Əhsənüt-təqsim” əsərinin məlumatlarında daha bir ziddiyyətli məqam mövcuddur. Əsərdə Dəbilin erməni şəhəri olduğu göstərilsə də burada müsəlmanların yaşadığı və böyük bir məscidin var olduğu da göstərilir. Bilindiyi kimi Azərbaycanın şimal hissəsi xristian idi və təbii olaraq İslamı gec qəbul etdi. Azərbaycanın ən qərbində, Bizans ilə qonşuluqda yerləşən bir şəhərdə iri bir məscid varsa, bu şəhər erməni şəhəri ola bilməz. Bu fikrin doğru olduğunu fərz etsək, ermənilərin yaşadığı şəhərdə müsəlmanlar azlıq təşkil etməlidir və müsəlmanların azlıq təşkil etdiyi bir şəhərdə iri bir məscid mövcud ola bilməz. Müəllifi bəlli olmayan “Hüdudül-aləm” əsərində də Ərməniyyə, Arran və Azərbaycan fərqli vilayət kimi göstərilir və bu əsərdə də Əl-Müqəddəsinin məlumatlarına bənzər məlumatlar verilir. Əsərdə Ərdəbil, Əsna, Miyanə, Xinə, Caburqan, Təbriz, Marağa Bərzənd, Muğan, Vərtan Azərbaycan şəhərləri kimi, Dvin, Daxarraqan, Urmiya, Səlmas, Xoy, Malazgird, Qalqala, Mayafariqin, Mərənd, Mimad, Əhər, Qaban, Bərdə, Beyləqan, Bazgah, Gəncə, Xunan, Qala, Tiflis, Şəki, Mübarəki, Süqəlcabal, Sunabatman, Sanar, Qəbələ, Bərdic, Şirvan, Xirdivan, Şabran, Dərbənd və Bakı şəhərlərini Arran və Ərməniyyə şəhərləri kimi göstərsə də Ərməniyyə və Arran arasındakı sərhəd haqqında heç bir məlumata rast gəlinmir. Əsəri ingilis dilinə çevirən V. Minorski aidiyyəti olmasa da əsərin adının aşağısına “Fars/İran Coğrafiyası” ifadəsini daxil etməyi lazım bilmişdir. Əl-Müqəddəsidən bir əsr öncə yaşamış İbn Xordadbeh özünün “Əl-məsalik vəl-məmalik” əsərində Azərbaycan şəhərlərini daha dəqiq göstərərək Salmas və Urmiyanı Azərbaycan şəhəri kimi xatırlayır. Əsərə nəzər yetirərsək Zəncan, Marağa, Miyanə, Ərdəbil, Vərsan, Sisər, Bərzə, Saburxas, Təbriz, Mərənd, Kulüsrax, Muğan, Leşkərə, Bərzənd, Cəbzə, Cabrevan, Nəriz, Urmiya, Salmas kimi Azərbaycan şəhərlərinin adını görə bilərik. İbn Xordadbeh isə Azərbaycanın şimal şəhərləri haqqında yanlış məlumat verir. O, Tiflis, Bərdə və Əl-Bab (Dərbənd) kimi şəhərləri Ərməniyyə şəhərləri kimi təsvir edir. Bu əraziləri Ərməniyyə. Arran və Azərbaycan olaraq üç yerə bölən müəlliflərdən bir də Əl-İstəxridir. O, “Məsalükül-məmalik” əsərində Ərməniyyə, Arran və Azərbaycandan tək bir bölgə kimi söhbət açır və Əl-Müqəddəsidən fərqli olaraq hansı şəhərin hansı bölgəyə (Azərbaycanmı, Arranmı yoxsa Ərməniyyəmi) aid olduğu haqqında məlumat vermir. Əl-İstəxri ümumilikdə bu üç əyalətin Ərdəbil, Marağa, Məyanic, Hünəc, Ucan, Daharrakan, Hüvəyyə, Salmas, Mərənd, Təbriz, Muğan, Vərsan, Cabrəvan, Babül-Əvbab (Dərbənd), Bərdə, Beyləqan, Bərzənc, Şamaxı, Şirvan, Abxaz, Qəbələ, Şəki, Şabran, Gəncə, Şəmkir və Hünan şəhərlərinin adını çəkir. Digər ərəb coğrafiya əsərlərində olduğu kimi, “Məsalükül-məmalik”də Dəbil şəhəri Ərməniyyənin əsas şəhəri kimi göstərilir. Əl-Yaqubi isə “Kitabül-büldən” adlı əsərində Qəzvini Azərbaycan yaxınlığındakı şəhər, Beyləqanı isə Azərbaycan şəhəri kimi təqdim etsə də Dərbənd daxil olmaqla bir çox şimaldakı şəhərlər haqqında məlumat vermir. Ehtimal ki, Əl-Yaqubinin yaşadığı dövrdə ərəblər hələ Azərbaycanın şimal hissəsini bir o qədər də yaxşı tanımırdılar, ya da ki, müəllifə bu ərazilər haqqında məlumat verilməmişdir. Daha bir X əsr müəllifi İbn Havqəlin “Surətül-ərz” adlı əsərində isə məlumatlar xeyli fərqlənir. Düzdü müəllif digər coğrafiyaçılar kimi Azərbaycan, Arran və Ərməniyyəni bir əyalət kimi göstərsə də, digərlərindən fərqli olaraq şəhərlərin hansı vilayətə aid olması haqqında bir az dəqiq məlumat verir. Məsələn, digərlərindən fərqli olaraq Xoy, Salmas, Urmiya, Miyanə və s. kimi şəhərlərinin Azərbaycan şəhəri olduğunu yazır. Digər məlumatlar daha öncə vurğuladığımız məlumatlar ilə eyniyyətlilik təşkil edir. Öz səyahətnaməsində çox güman ki, Xristian dininə sitayiş etməsi səbəbi ilə Tiflisi (müəllif buranı İslamın girmədiyi şəhər adlandırır) bir erməni şəhəri kimi göstərən Əbu Düləf Ərməniyyə ilə Azərbaycan arasındakı sərhədin Van gölü olduğunu vurğulamaqdadır. O Muğan, Bakı, Ərdəbil, Bərdə, Urmiya, Salmas kimi Azərbaycan şəhərləri haqqında məlumat verir. Diqqət çəkici məqam ondan ibarətdir ki, səyyah Kur və Araz çaylarını təsvir edərkən, bu çayların Ərməniyyə ərazisində axması haqqında məlumat vermir ki, bu da əvvəlki ərəb müəlliflərinin söylədikləri fikirlərdə qeyri-dəqiqliyin mövcud olduğunu bir daha göstərmiş olur. Əsərdə bir dəfə də İran kəlməsinin keçməməsinə rəğmən, səyahətnaməni tərcümə edən S. Gündoğdu kitaba “İran səyahətnaməsi” adını vermişdir ki, bu da reallıqla ziddiyyət təşkil edir. XIV əsr ərəb coğrafiyaçısı Əbül Fidanın “Təqvimül-buldən” əsəri də digər əsərlər kimi eyni məlumat verməkdədir və ona görə də, bu haqda təkrar-təkrar danışmamağı üstün tutduq. Lakin, əsərdə bu qarışıqlığın səbəblərinə aydınlıq gətirən müəllif bildirir ki, Arran, Azərbaycan və Ərməniyyə sərhədləri bir-birinə elə qarışmışdır ki, hansı şəhərin hansı bölgəyə aid olduğunu müəyyən etmək çətindir. Belə bir nəticəyə gəlmək olar ki, ərəb coğrafiyaçılarının bir şəhəri müxtəlif bölgələrə aid etməsi, Azərbaycan şəhərinin, bəzən Arran, bəzən də Ərməniyyə şəhəri kimi göstərilməsi, Arran şəhərinin bəzən Azərbaycan, bəzən də Ərməniyyə şəhəri kimi göstərilməsi, bu bölgələr arasındakı sərhədlərin tam aydın olmaması və bir birinə çox qarışması ilə əlaqədardır. Məhz ona görə də ərəb coğrafiyaçılar üç bölgəni bir iqlim kimi təqdim etmişlər. Azərbaycan əyaləti və ona daxil olan şəhərlər haqında ən dəqiq məlumat Həmdullah Mustoufi Qəzvininin “Nüzhətül-qülub” əsərində verilmişdir. Müəllif Azərbaycanı üç vilayətə bölür. Mərkəz Azərbaycan, Muğan və Arran. Azərbaycanın ən böyük şəhəri kimi Təbriz göstərilir. Əsərin iki tərcüməsində çoxlu sayda xətalar mövcuddur.

Ərəb dilli tarixçilərinin əsərlərini nəzərdən keçirdikdə tamamilə digər fərqli bir coğrafi mənzərəni müşahidə etmək mümkündür. Bu tarixçilər mövcud ərazini Ərməniyyə, Arran və Azərbaycan olmaqla üç yerə deyil, Ərməniyyə və Azərbaycan olmaqla iki yerə bölürlər. Əl-Bələzuri “Fütuhül-büldən” əsərində yazır ki, Ömər bin Xəttab, əl-Hörmüzan ilə məsləhətləşərək ondan soruşdu ki, “İsfahanımı birinci fəth edək, yoxsa Azərbaycanımı?”. O da cavab verdi ki, “İsfahan başdırsa, Azərbaycan qanaddır”. Həmçinin Azərbaycanın fəthi haqqında məlumat verən müəllif Bərdə, Beyləqan, Muğan, Cilan, Şabran kimi şəhərlərin adını çəkir və Azərbaycanın mərkəzi şəhərinin Ərdəbil olduğunu vurğulayır. Əsərdə Azərbaycanın fəthi ilə bağlı məlumat verilərkən Arran adı çəkilmir və ərəb dilli coğrafiyaçılarının Arran şəhərləri kimi göstərdiyi şəhərlər Azərbaycana adi edilir. Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri özünün “Tarixi-Təbəri” əsərində Azərbaycan haqqında daha dəqiq məlumat verir: “Əcəmin Atəşgahları orda (Azərbaycanda) idi. Pəhləvi dilində atəşə “ezer” deyirlər. Ona görə əcəm xalqı bura Azərbaycan adını vermişlər. Ən böyük atəş məbədi ordadır. (Ərazisi) Həmədan tərəflərdən başlayıb, Zəncan və Əhərdən davam edib, ta Dərbəndi-Xəzərə qədər uzanır. … Ərəbcədə ora (Dərbəndə) əl-Bab deyirlər.” Hz. Abu Bəkirin Xəlifə Hz. Ömər bin Xəttaba yazdığı məktub da diqqətdən kənarda qalmamalıdır. “İsfəndiyarı məhbus etdim. (Hələlik) Azərbaycanda müharibə aparmıram. Dərbəndə çatında orda dərbəndlilərlə savaşıb oranı fəth edəcəm”. Tarixçi aydın formada Azərbaycanın şimal sərhədinin Dərbənd olduğunu göstərmişdir. İbn Kəsr “Əl-bidəyə vən-nihayə” adlı əsərindı Azərbaycan haqqında məlumat verərkən yazır: ”Bu ildə (H.89) Küteybə bin Müslim Türk bölgələrinə hərəkət etdi. Azərbaycan tərəflərdəki Babül-Əbvab şəhərinə çatdı. Çoxlu sayda qala və şəhərləri fəth etdi”. İbn Kəsr həmçinin rusların Azərbaycan qarətli yürüşlərindən bəhs edərkən Bərdə şəhərinin buranın əsas şəhərlərindən biri olduğunu yazır. Görkəmli İslam tarixçisi İbnül-Əsirin “Əl-kamil fit-tarix” əsərində də bu fakt bir daha öz təsdiqini tapmışdır. Daha bir böyük İslam tarixçisi İmam Zəhəbi “Tarixül-İslam” adlı əsərində sözü gedən coğrafiyanın tarixi haqqında məlumat verərkən sadəcə Ərməniyyə və Azərbaycanın adını çəkir. Həmçinin, müəllif “Azərbaycan xalqı” ifadəsini işlədərək, onları farslardan ayırır.

Azərbaycan ərazisində yaşayan xalqların hansı dildə danışması haqqında da müxtəlif və ziddiyyətli məlumatlar mövcuddur. Əl-Müqəddəsi məlumat verir ki, “Rəhab” adlanan ərazidə daha çox ərəbcə və farsca danışırlar, lakin, Ərməniyyədə ermənicə, Arranda arran dilində danışırlar. Onların dilləri farscaya, əsasən də Xorasanda yaşayan insanların danışdığı farscaya yaxındır. Eyni məlumata Əl-İstəxrinin əsərində də rast gəlinir. Sadəcə olaraq əlavə məlumat verir ki, bu dillərdən başqa dağlıq bölgədə müxtəlif dillərdə danışan tayfalar yaşayır. Bu fikir İbn Havqəlin əsərində də mövcuddur. Lakin, müəllif Ərməniyyədə və Arranda ərəb dilində danışıldığı haqqında məlumat verir. Bu ziddiyyətli məlumatlar ərəb müəlliflərinin Azərbaycanda yaşayan insanların dilləri haqqında məlumatların yetərsiz olması fikrinin yaranmasına səbəb olur. İlk öncə qeyd edək ki, Azərbaycanda, həmçinin Arranda ərəb dili yerli əhali arasında heç bir zaman danışıq dili kimi istifadə olunmayıb. Elədirsə Arran dili hansı mənşəli bir dil idi. Əgər bu dil Qafqaz mənşəli bir dil olsaydı, müəlliflər bunu ayrıca vurğulamaz, dağlıq bölgədə yaşayan xalqların dillərindən biri hesab edərdilər. Əgər bu fars dilinin bir ləhcəsi olsaydı, müəlliflər mütləq bunu xüsusi vurğulayar, arran dilini ayrıca göstərməzdilər. Əl-Müqəddəsi qeyd etdiyi kimi bu dil Xorasanda yaşayan insanların farscasına uyğundur. Xorasan və Arran atasındakı kilometrlərlə məsafəni nəzərə alsaq bu iki region arasındakı dil fərqi olmamalıdır. Əksinə müəlliflərin təbiri ilə desək Arran farscası İsfahan və ya Şiraz farscasına daha çox bənzəməli idi, nəinki, uzaq Xorasan farscasına. Oda məlumdur ki, Xorasanda Qaşqay Türkləri yaşayır və bu Türklərin dili Aranda yaşayan Türklərin dilidir. Sadəcə olaraq müəllif qeyri-dəqiq məlumat əsasında Xorasanda yaşayan Türklərin varlığından xəbərsiz olduğuna görə bu dili farsca kimi qiymətləndirmişdir. Azərbaycanda və Arranda Türklərin mövcud olması haqqında görkəmli tarixçi Ət-Təbəri yazır: “Və həmin il (H. 89) Məsləmə bin Əbdülməlik Azərbaycan bölgəsində Türk qəzasına (məntəqəsinə) çatdı. Ta Dərbəndə qədər irəlilədi. Bir çox qala və şəhər ələ keçirdi.”. Eyni faktı ərəbdilli tarixçi İbn Kəsr də təsdiqləyərək yazır: ”Hicrətin 99-cu ilin yayında Məsləmə bin Əbdülməlik səfərə çıxdı. Məsləmə bin Əbdülməlik Türk bölgələrinə səfər etdi. Nəhayət Azərbaycan tərəflərdəki Əl-Baba çatdı, orda çoxlu qala və şəhərlər fəth etdi.” Əl-Məsudinin “Mürucüz-zəhəb” əsərində Xəzər dənizi ətrafında Türk qəbilələrini yaşadığı haqqında məlumat verir. O yazır: “…Bu dənizin müxtəlif sahillərində insanlar yaşamaqdadırlar. Bu dəniz Babül-əbvab, Xəzər, Gil, Deyləm, Cürcan, Təbəristan dənizi adı ilə də tanınır. Ətrafında müxtəlif Türk qəbilələri yaşayırlar. Bir tərəfi Xorasandan Xarəzmə birləşir.”. Bu faktlar göstərir ki, Azərbaycanda ən şimalda yerləşən Dərbənddən Xorasan şəhərinə qədər Türklər yaşayırdı. Daha öncə vurğuladığımız Xorasanda yaşayan Türklərin dili Arrandakı Türklərin dilinə bənzər olması fikrini Əl-Məsudinin fikirləri bir daha təsdiq etmiş olur. Maraqlıdır ki, İmam Zəhəbi özünün “Tarixül-İslam” əsərində, hicrətin 15-ci ilində baş vermiş (637-ci il) Cəlula savaşı haqqında məlumat verərkən azərbaycanlıları və parsları (farslar) ayrı-ayrı göstərir. Əgər bu xalq tamamən farslardan ibarət olsaydı və farsca danışsaydı müəllif buradakı əhalini vahid xalq kimi göstərərdi. Zəkəriyyə Qəzvini “Əsəarül-bələd” əsərində məlumat verir ki, Muğan, Azərbaycanda Ərdəbildən Təbrizə gedərkən yolun sağında qalan kəndləri və otlaqları olan geniş bir vilayətdir. Daha sonra müəllif əlavə edir ki, bura istidir, amma Azərbaycan soyuqdur və torpaqları münbitdir. Ona görə də, bura Türkmənlərin qışlağı idi. İndi buranı Tatarlar qışlaq edib. Bu haqda onlarla faktlar söyləmək mümkündür. Lakin, bütün məlumatlar bir-birinə bənzədiyi üçün digər əsərlərin daxil edilməsinin zəruri olmadığı qənaətindəyik.

İndiyə qədər incəlmiş olduğumuz tarixi-coğrafi əsərlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycan kəlməsi VI əsrdən artıq coğrafi-ərazi bildirmək üçün istifadə edilirdi. Təxmini Qəzvin və Zəncan tərəflərdən başlayıb Dərbənddə bitən Azərbaycanda kiçik xalqlarla birlikdə dominant olaraq Türklər yaşayırdılar. Orta əsrlər dövrü haqqında təsəvvür yaratmaq üçün ərəb dilli qaynaqlar nə qədər əhəmiyyətli olsa da onlarda ziddiyyətli məqamlar çoxdur. Əl-İstəxrinin bu üç bölgə arasında konkret sərhəd göstərməməsi bu fikrin yunan coğrafiyasından keçdiyi fikrinin yaranmasını göstərir. Məlumdur ki, İslamda elmi biliklərin formalaşmasında yunan elmi-fəlsəfi düşüncəsinin təsiri olmuşdur. Ərməniyyə coğrafi adı IX-XI əsrdə heç bir məna kəsb etməsə də ərəb dilli coğrafiyaçılar da Avropalı səyyahlar kimi insanlarda müvafiq təsəvvür yaratmaq üçün yunan coğrafiyasında istifadə olunmuş “Armeniya” ifadəsini işlətmişlər. Heç şübhəsiz ki, Arran adı da yunan qaynaqlarında tez-tez adı çəkilən “Alban” adının şəkil dəyişmiş formasıdır. Əl-İstəxri fars haqqında məlumat verərkən onları bir etnik qrup kimi göstərir. Lakin, müəllif öz əsərində erməni xalqının çoxunun Xristianlardan ibarət olduğunu yazır. Bu az öncə söyləmiş olduğumuz fikri bir daha təsdiqləyir. Ərməniyyə adlandırdığımız ərazi Ermənistan deyil, sadəcə yunan coğrafiyaçılarının verdiyi bir ərazi adıdır və burda bizim indiki dövrdə adlandırdığımız ermənilər (onlar özlərini “hay” adlandırır) deyil, müxtəlif dinlərə və etnik qruplara məxsus insanlar yaşayırdı. Bu fikri İbn Havqəl də təsdiqləyir. O, yazır ki, Ərməniyyə daxili və xarici olmaqla iki hissəyə bölünür. Xarici Ərməniyyədə bir çox müsəlman şəhərləri mövcuddur. Onu da görmək mümkündür ki, ərəb dilli coğrafi əsərlərə nəzərən ərəbdilli tarixi əsərlər daha dəqiq məlumatlar verməkdədir. Bütün bu həqiqətlər və ilkin qaynaqlardakı məlumatlara baxmayaraq xarici tarixçilər öz əsərlərində yenə də “İran” və “Persiya” kəlmələrindən istifadə etməyi üstün tutur. Bu isə akademik cəhətdən doğru olmadığı kimi, qeyri-obyektivdir.

1. A history of Persia. In two volumes, volume II / Edited by P. M. Sykes. London, 1915.

2. A General History and Collection of Voyages and Travels. Arranged in systematic order by Robert Kerr. İn two volumes. Edinburg, 1811.

3. Ahmed bin Mahmud. Selçukname: 2 ciltte, İstanbul, 1977

4. Ahmed bin Yahya el-Balazuri. Fütuhu`l-büldan. Terc. M. Fayda. İstanbul, 2013

5. Aka İ. İran`da Türkmen hakimiyeti. İstanbul, 2001.

6. Aksarayi Kerimüddin Mahmud. Musıimeretü’l Ahbar, Çev. M Gencosman, Ankara, 1943

7. Aksarayi Kerimüddin Mahmud. Musıimeretü’l Ahbar, Çev. M. Öztürk, Ankara: 2000.

8. Alaaddin Ata Melik Cüveyni. Tarih-i Cihan Güşa. Çev. M. Öztürk. Ankara, 2013

9. Anadolu Selçuklu devleti tarihinden. Ibn Bibinin muhtasar Selçuknamesinden. Türkçeye çeviren Nuri Gençosman. Ankara, 1941.

Azərbaycan 18-ci əsrdə. Azərbaycan xanlıqları

XVIII əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə çox ciddi və həm də mənfi təsir göstərmiş bir sıra ictimai-siyasi xarakterli hadisələr baş verdi. Azərbaycanda gedən tarixi proseslər Cənubi Qafqazda, İran, Türkiyə və Rusiyada cərəyan edən hadisələrlə sıx bağlı idi. Bu dövrdə Səfəvilər dövlətinin tam tənəzzülü ilə əlaqədar Cənubi Qafqaz ərazilərinə yiyələnmək uğrunda İran-Türkiyə qarşıdurması yenidən gücləndi. Tarixi hadisələrin gedişinə təsir edən mühüm amillərdən biri də Rusiyanın bu regiondakı siyasi və iqtisadi marağının artması idi. Rusiya özünün inkişaf etməkdə olan iqtisadiyyatını xammalla təmin etmək, Volqa-Xəzər ticarət yolunu inkişaf etdirib genişləndirmək məqsədilə Xəzəryanı vilayətlərə yiyələnməyə can atırdı və digər dövlətlərin, ilk növbədə Türkiyənin həmin ərazilərdəki nüfuzunun artmasına hər vasitə ilə mane olmağa çalışırdı. Azərbaycan faktiki olaraq 3 dövlətin — İran, Türkiyə və Rusiyanın mənafelərinin toqquşduğu məkana çevrilmişdi. Ölkə ərazisi mütəmadi olaraq bu dövlətlərin arasında nüfuz dairələrinə parçalanırdı və təbii ki, belə bir vəziyyət Azərbaycanın tarixi-siyasi coğrafiyasına əsaslı təsir edirdi.
Hələ 1722-ci ildə I Pyotrun yürüşü nəticəsində Xəzərin bütün qərb və cənub-qərb sahilləri rus qoşunları tərəfindən zəbt olunmuşdu. 1723-cü ildə isə türk qoşunları Cənubi Qafqaza daxil oldu. Nəticədə, 1724-cü ildə Rusiya ilə Türkiyə arasında bağlanan müqaviləyə görə, Cənubi Qafqaz ərazisi iki dövlətin arasında nüfuz dairəsinə bölündü. Əsrin 30-cu illərində Azərbaycan ərazisi Türkiyə və İran arasında gedən yeni mübarizələrin obyektinə çevrildi. 1732-ci ildə Rəşt şəhərində bağlanmış Rusiya-İran müqaviləsinə əsasən Rusiya, Osmanlı imperiyası ilə müharibə təhlükəsi meydana çıxdığından, 1723-cü ildə öz tərkibinə aldığı Gilan, Mazandaran və Astarabad əyalətlərini İrana qaytardı. 1735-ci il Gəncə müqaviləsinin — traktatının şərtlərinə görə Türkiyə ilə müharibəyə hazırlaşan Rusiya Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarından da İranın xeyrinə əl çəkdi. Bu müqavilələr Azərbaycan ərazisinin müxtəlif hissələrə bölünməsinə zəmin yaradırdı.
Nadirin hakimiyyətə gəlməsi və fəaliyyəti Azərbaycan torpaqlarının parçalanması prosesinə ikitərəfli və əsaslı təsir göstərdi. Düzdür, o, Qarabağın məlikliklərini — Vərənd, Çilaberd,Gülüstan, Dizaq və Xaçın ərazilərini Gəncə bəylərbəyliyinə tabe etdi və sonra isə səfəvilərin inzibati bölgüsünə əsasən mövcud olan Qarabağ, Şirvan, Çuxur-Səəd və Təbriz bəylərbəyliklərini ləğv edərək, əslindən Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Vahid Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadirin qardaşı İbrahim oldu. Həmin tədbirlər ölkənin tarixi-siyasi coğrafiyası baxımından müsbət qiymətləndirilməlidir. Lakin onun dövründə baş vermiş sonrakı hadisələr Azərbaycanın parçalanmasına gətirib çıxardı. Nadirin hakimiyyətinin ortalarında Azərbaycanın müəyyən hissəsi Gürcüstana verildi. Kaxetiya hakimi Teymuraz 1743-cü ildə Şirvanda yalançı Sam-Mirzənin başçılığı ilə Nadirə qarşı qalxmış üsyanı yatırdığından, Nadir bunun əvəzi olaraq Teymurazı Kaxetiya çarı təyin etdi və üstəlik ona Kartli ərazisindən Araqv mahalını və əvvəllər Gəncə bəylərbəyliyinin tərkibində olan Borçalı və Qazax mahallarını verdi. Bilindiyi kimi, XVIII əsrin II yarısında Qazaxda azərbaycanlıların sultanlığı yaranır, Borçalı isə indiyə kimi Kaxetiyanın tərkibində qalmaqda davam edir. Digər tərəfdən, Nadirin öldürül-məsindən sonra (1747) onun dövləti süquta uğradı və bundan əlavə, ayrı-ayrı vilayətlərdə, o cümlədən, Azərbaycanda ciddi parçlanma baş verdi.
Ümumiyyətlə götürüldükdə, XVIII əsrin I yarısında Azərbaycanın siyasi həyatı çox rəngarəng olmuş və bu dövr tarixi-siyasi coğrafiya baxımından aşağıdakı səciyyəvi cəhətlərə ma-likdir:
1. Səfəvilərin hakimiyyətinin sonuna (1736) kimi Azərbaycan ərazisi bəylərbəyliklərə (4 bəylərbəyliyə) bölünmüşdü;
2. Şirvan (Xəzəryanı sahələr istisna olmaqla) 1721-1735-ci illərdə İran əsarətindən azad olub müstəqilliyə nail olsa da, osmanlı Türkiyəsinin nominal asılılığında qalırdı.
3. Azərbaycanın Xəzəryanı əraziləri çar Rusiyasının tərkibinə daxil olmuşdu (1722-1735);
4. İstanbul müqaviləsinə əsasən (1724) Azərbaycan ərazisi Türkiyə ilə Rusiya arasında bölünmüşdü;
5. Rəşt (1732) və Gəncə (1735) müqavilələrinə görə, Xəzəryanı ərazilər Rusiyanın nüfuz dairəsindən İranın nüfuz dairəsinə keçmişdi;
6. 1736-cı ildə səfəvilər dövründəki bəylərbəylik sistemi ləğv edilmiş və 4 bəylərbəylik birləşdirilərək vahid Azərbaycan vilayəti yaradılmışdı;
7. Qarabağ məliklikləri Gəncə ərazisinə tabe edilmişdi;
8. Azərbaycanın Borçalı və Qazax əraziləri Nadir şah tərəfindən Kaxetiya çarı Teymuraza verilmişdir;
9. Nadirin ölümündən sonra ölkədə parçalanma prosesi şiddətlənmiş və Azərbaycan 30 hissəyə ayrılmışdır.
XVIII əsrin II yarısı da Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından xüsusi dövrdür. Bir tərəfdən Azərbaycan öz müstəqilliyinə nail olur, qonşu dövlətlərin, imperiyaların nüfuzundan çıxa bilir, digər tərəfdən onun heç də geniş olmayan ərazisində çoxsaylı müstəqil feodal dövlətləri — xanlıqlar və başqa dövlət qurumları təşəkkül tapır; Azərbaycan öz daxili birliyini, vahidliyini itirir, feodal çəkişmələrinin, ara müharibələrinin meydanına çevrilir. Son nəticə isə çox acınacaqlı olur: daxili feodal çəkişmələrindən istifadə edən İran və Rusiya Azərbaycanı iki hissəyə parçalamağa nail olurlar və hərəsi bir hissəyə sahib duraraq hökmranlığa başlayır.
Azərbaycanın XVIII əsrin II yarısındakı ərazisi səfəvilər dövründəki ərazisindən çox da fərqlənmir. Yeganə fərq şimali-qərb istiqamətdə Borçalı ərazisinin itirilməsi idi. Ölkənin sahəsi təxmini hesablamalara görə 380.000 kv.km. idi. Bilindiyi kimi, səfəvilər dövrü Azərbaycanı daha çox ərazini (təx. 400.00 kv. km) əhatə etmişdir. Xanlıqlar dövrü kimi tanınan həmin dövrdə, daha doğrusu XVIII əsrin 40-cı illəri — XIX əsrin I rübündə Azərbaycan ərazisində 20 xanlıq, 5 sultanlıq və 5 məliklik fəaliyyət göstərmişdir. Onların çox az bir qismi əvvəllər mövcud idisə, əksəriyyəti əsrin ortalarında təşəkkül tapmış, bəzisi uzun müddət (hətta 1922-ci ilədək), bəzisi isə qısa müddətdə (30 ildən artıq) fəaliyyət göstərmişdir. Sonralar tarixi ədəbiyatda Azərbaycanın Cənub və Şimal xanlıqları kimi tanınan həmin feodal dövlətləri barədə qısa məlumatın şərhi onların ərazisini, hüdudlarını, inzibati-ərazi bölgüsünü müəyyənləşdirməyə imkan verir. Bununla bərabər tarixi ədəbiyyatda Azərbaycan xanlıqlarının ərazisi barədə müxtəlif, həm də bir-birindən fərqli məlumatlar mövcuddur. Çoxcildlik «Azərbaycan tarixi»ndəki (III cild) məlumatın və xəritənin daha elmi olduğunu nəzərə alaraq xanlıqların ərazisinin və hüdudlarının həmin məlumata uyğun müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunmuşdur.

Azərbaycanın cənub xanlıqları

  • Təbriz xanlığı(XVIII əsrin ortaları — 1780) Xoy, Ərdəbil, Qaradağ, Sarab və Marağa xanlıqları və Urmiya gölü ilə həmsərhəd idi. Təbriz, Güney və Mərənd mahallarına bölünmüşdü. Mərkəzi Təbriz şəhəri idi. İlk vaxtlarda Xalxal və Ərdəbil əyalətləri də Təbriz xanlığına tabe olmuşdur. Təbriz xanlığı digərlərinə nisbətən zəif idi. 1780-ci ildə xanlığın fəaliyyətinə son qoyuldu və onun ərazisi Xoy xanlığının tərkibinə qatıldı.
  • Ərdəbil xanlığı(1747-1820) Talış, Qaradağ, Təbriz, Marağa xanlıqları və Gilan vilayəti ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri olan bu xanlığın ərazisinə inzibati baxımdan Ərdəbil, Aşağı Mişkin, Yuxarı Mişkin, Arşaq (Ərşə), bəzi vaxtlarda isə Vilgic, Astara və Ucarrud (Ucarlu) mahalları daxil idi. Əsası şahsevən tayfa başçısı Bədir xan tərəfindən qoyulmuşdur. Xanlıq bir müddət Quba xanlığının, sonra Qarabağ xanlığının vassalına çevrilir. Əsrin əvvəllərində şahsevənlər 4 qola ayrılırlar və Ərdəbil, Mişkin, Talış və Qaradağda ayrı-ayrılıqda fəaliyyət göstərməyə başlayırlar. Xanlığın fəaliyyətinə 1820-ci ildə son qoyulmuşdur.
  • Marağa xanlığı(1747-1826) cənubda Saqqız mahalı, şimalda Təbriz, qərbdən Urmiya, şərqdə Ərdəbil xanlıqları ilə sərhədlənirdi. Mərkəzi Marağa şəhəri olan bu xanlığın tərkibinə Marağa, Təkab, Sayınqala, Əcəbşir, Qaraağac, Binab və Miyandab mahalları daxil idi. Xanlığı Qarabağın Cavanşir elinin bir qolu olan Müqəddəm tayfasının nümayəndələri idarə edirdi. 1826-cı ildə İran qoşunu hücum edərək xanlığın fəaliyyətinə son qoydu və ərazisini öz tərkibinə qatdı.
  • Maku xanlığı(1747-1922) Xoy, Naxçıvan, İrəvan xanlıqları, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd idi. Mərkəzi Maku şəhəri olan bu xanlıq 30 kəndi birləşdirirdi. Əsası Əhməd sultan (1747-1778) tərəfindən qoyulmuşdur. Maku əyaləti Çuxur-Səəd bəylərbəyliyinə tabe olan yarımmüstəqil sultanlıqlardan ibarət idi və bayat tayfasından olan hakimlər tərəfindən idarə olunurdu. Maku xanlığı ən uzun fəaliyyət göstərmiş xanlıqdır. Onun fəaliyyətinə 1922-ci ildə İran qoşunu tərəfindən son qoyuldu.
  • Qaradağ xanlığı(1748-1813) Kazım xan tərəfindən təsis edilmişdir. Ərazisi Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Əhər şə-həri olmuşdur. Tərkibinə 18 mahal daxil idi (Unqut, Kərmədüz, Çələbiyan, Keyvan, Arazbar, Dizmar, Üzüm-dil, Həsənob, Kələybər, Hüseyneyli, Yaft, Qara curru, Do-dangə, Çardangə, Diklə, Bədbostan, Horat). Qaradağ xanlığı bir müddət Qarabağ xanlığının təsirinə düşür, sonra Kərim xan Zəndə (1761) və Ağa Məhəmmədşah Qacara (1791) tabe olur. 1813-cü il müqaviləsinə görə İranın tərkibinə qatılır və xanlığın fəaliyyətinə son qoyulur.
  • Sarab xanlığı(1747-1828) Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd idi. Ərazisi Həştəri, Gərməli və Sarab mahallarına bölünmüşdü. Mərkəzi Sarab şəhəri idi. Əsası şəqaqi tayfasının başçısı Əli xan tərəfindən qoyulmuşdu. Xanlığın ərazisi əvvəlcə Qacarlar dövlətinin tərkibinə qatıldı və 1828-ci ildə xanlıq ləvğ olundu.
  • Xoy xanlığı(1747-1828) Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları və Türkiyə ilə sərhədlənmişdi. Tərkibində Xoy, Salmas, Avacıq, Qotur, Ələnd, Çaldıran, Çors, Qaraqoyunlu, Sökmənabad, Dərgah mahallarını birləşdirirdi. Mərkəzi Xoy şəhəri idi. Əsasını dümbülü tayfa başçıları qoymuşlar. Xoy xanlığı Türkmənçay müqaviləsinə (1828) görə İranın tərkibində qaldı və fəaliyyətinə qacarlar son qoydular.
  • Urmiya xanlığı(1747- 1797) şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Kürdüstan və Osmanlı imperiyası ilə həmsərhəd olmuşdur. Mərkəzi Urmiya şəhəri idi. İnzibati baxımdan Mərgəvər, Tərkəvər, Bərdəsur, Bəradost, Sumay, Ənzəl, Dəşt, Uşnu, Sulduz, Döl, Nazlı, Bəykişili, Rözə və Urmiya mahallarına bölünmüşdü. Əsası Urmiyanın irsi hakimi olan əfşar tayfa başçısı Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. 1797-ci ildə xanlıq İran taxtına çıxan Fətəli şahın tabeliyinə düşmüş və onun fəaliyyətinə son qoyulmuşdur.

Azərbaycanın şimal xanlıqları

  • Qarabağ xanlığı(1748-1822) Kür və Araz çayları arasında mövcud olmuşdur. Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Şuşa şəhəri idi. İnzibati baxımdan 21 mahala bölünmüşdü (Çalbayır, Kəbirli, Cavanşir, Zəngəzur, Mehri, Bərgüşad, Qafan, Qaraçarlı və s.). Pənahəli xan Cavanşir tərəfindən təsis olunmuşdur. Onun dövründə Bayat, Şahbulaq qalaları tikilmiş, Əsgəran qalası möhkəmləndirilmiş,Şuşa (Pənahabad) şəhərinin əsası qoyulmuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın himayəsinə keçmiş və 1822-ci ildə çar fərmanı ilə ləğv edilmişdir. Qarabağ xanlığı Azərbaycan xanlıqlarının ən qüdrətlilərindən olmuşdur.
  • Şəki xanlığı(1743-1819) Azərbaycanın şimal-qərbində yerləşirdi. Gürcüstan, Dağıstan, İlisu sultanlığı, Quba, Qarabağ, Gəncə və Şamaxı xanlıqları ilə həmsərhəd olmuşdur. Mərkəzi Şəki idi. Təsisçisi Hacı Çələbi xan olmuşdur. Şəki xanlığı Azərbaycanın ən iri xanlıqlarından olmuş və onun ərazisi 8 mahala — Şəki, Ərəş, Ağdaş, Alpaut, Padar, Qutqaşen, Xaçmaz və Bum mahallarına bölünmüşdür. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Şəki xanlığı 1805-ci ildə Kürəkçay müqaviləsinə görə rəsmən Rusiyaya birləşdirilmişdi və 1819-ildə çar fərmanına əsasən ləğv olunaraq ərazisi Rusiyanın əyalətinə çevrildi.
  • Quba xanlığı(1726-1806) Azərbaycanın şimali-şərqində mövcud olmuşdur. Hələ 1724-cü ildə Quba əyaləti Rusiyanın tərkibinə daxil edilmişdi və Hüseynəli xan onun hakimi təyin olunmuşdu. Əyalətin paytaxtı əvvəl Xudat, 1735-ci ildən isə Quba şəhəri olmuşur. Hüseynəli xan əsrin ortalarında Quba əyalətini müstəqil xanlıq elan etdi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Xınalıq, Bərmək və s. mahallar vardı. Gülhan, Altıpara, Doqquzpara, Şabran və s. torpaqlar Quba xanlığının mülkləri idi. Quba xanlığı öz qüdrəti ilə seçildiyindən bəzən Dərbənddən Salyana (əsrin 60-cı illərində) kimi ərazilər onun nüfuz dairəsində olmuşdur. Quba xanlığı 1806-cı ildə Rusiyaya ilhaq olundu və Quba əyalətinə çevrildi.
  • Bakı xanlığı(1747-1806) Abşeron yarımadasında mövcud idi və onun tərkibinə 39 kənd daxil idi. Ərazisi çox kiçik (eni 30-40, uzunluğu 75 verst) olmuşdur. Şamaxı və Quba xanlıqları ilə sərhədə malik idi. Paytaxtı Bakı şəhəri olmuşdur. Onun əsasını 1 Mirzə Məhəmməd qoymuşdur. 1806-cı ilin oktyabrın 3-də Rusiyaya birləşdirilmiş və sonra ləğv edilmişdir.
  • Dərbənd xanlığı(XVIII əsrin ortaları — 1806) Azərbaycanın şimali-şərqində fəaliyyət göstərmişdir. Qaraqaytaq usmiliyi, Tabasaran, Qazıqumuq və Quba xanlığı ilə sərhədlənirdi. Paytaxtı Dərbənd şəhəri olmuşdur. Xanlığın əsasını Məhəmməd Hüseyn xan qoymuşdur. Xanlığın ərazisi, xüsusilə Dərbənd şəhəri əlverişli coğrafi-strateji mövqedə yerləşirdi. Xanlıq 40 il Quba xanlığından asılı olmuşdur. Onun fəaliyyətinə 1806-cı ildə son qoyulmuş və Rusiyanın əyalətinə çevrilmişdir.
  • Gəncə xanlığı(XVIII əsrin ortaları — 3.01.1804) Murovdağ silsiləsindən Kür çayına kimi olan əraziləri əhatə edirdi. Şəki, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları və Gürcüstanla həmsərhəd idi. Paytaxtı Gəncə şəhəri olmuşdur. İnzibati baxımdan Gəncə, Samux, Kürəkbasan, Şəmkür və Ayrım mahallarına bölünmüşdü. Banisi ziyadoğlular nəslindən II Şahverdi xan idi. Görkəmli xanlarından olan Cavad xan 1804-cü il yanvarın 3-də Sisianovla döyüşdə öldürüldükdən sonra xanlığın ərazisi Rusiyaya ilhaq olundu.
  • Irəvan xanlığı(XVIII əsrin ortaları — 1828) Ararat düzənliyini, Göycə gölünün cənub və şərq tərəflərini, Araz çayının qərbini əhatə edirdi. Gəncə, Qarabağ, Naxçıvan, Maku xanlıqları, Qazax sultanlığı, Osmanlı imperiyası və Gürcüstanla həmsərhəd olmuşdur. Mərkəzi İrəvan şəhəri idi. İnzibati baxımdan 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Suran, Dərək, Saatlı, Tala, Seyidli-Axaclı, Sərdarabad, Gərni, Abaran, Dərəçiçək və Göycə. Təsisçisi Həsənəli xan olmuşdur. Bir müddət Kartli-Kaxeti çarlığının təsirinə düşmüş, sonra Qacarın, Gülüstan müqaviləsinə görə İranın, Türkmənçay müqaviləsinə əsasən Rusiyanın tərkibinə qatılır və onun əyalətinə çevrilir.
  • Lənkəran (Talış) xanlığı(XVIII əsrin ortaları — 1826) Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları, Xəzər dənizi və Gilan vilayəti ilə hüdudlanmışdı. Mərkəzi əvvəl Astara, sonra Lən-kəran şəhərləri olmuşdur. Tərkibində 11 mahal — Asalim, Gərqənrud, Astara, Vilgic, Zuvand, Çayiçi Lənkəran, Driğ, Uluf, Dəştvənd (Ərkivan), Ucarud və Səfidəşt mahalları vardı. Lənkəran, Astara, Qızılağac kimi ticarət mərkəzlərinə malik idi. Xanlığın əsasını səfəvi nəslindən olan ərdəbilli Seyid Abbas qoymuşdur. Xanlıq 1800-cü ildə Rusiyanın nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdir.
  • Naxçıvan xanlığı(1747-1828) Zəngəzur sıra dağlarından Araz çayına kimi olan əraziləri əhatə edirdi. Mərkəzi Naxçıvan şəhəri olan bu xanlıq Qarabağ, Qaradağ, Xoy, Maku və İrəvan xanlıqları ilə həmsərhəd olmuşdur. Tərkibində Naxçıvan, Əlincəçay, Mavazıxatın, Dərələyər və s. mahallar vardı. Xanlıq Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən təsis edilmişdir.Xanlığın ərazisi Gülüstan müqaviləsinə görə (1813) İranın tərkibində qalsa da, Türkmənçay müqaviləsinə (1828) əsasən Rusiyaya birləşdirildi və onun əyalətinə çevrildi.
  • Salyan xanlığıson vaxtlara qədər «Salyan sultanlığı» kimi tanınırdı və qonşu xanlıqların tərkibində göstərilirdi. Lakin son tarixi ədəbiyyatda onun Kür çayının mənsəbində kiçik xanlıq olduğu bildirilir. Xanlıq şərq tərəfdən Xəzər dənizi, şimaldan Şamaxı xanlığı, qərbdə Cavad xanlığı və cənubda Talış xanlığı ilə sərhədlənirdi.
  • Cavad xanlığı(XVIII əsrin ortaları — 1813) Kür ilə Arazın qovuşduğu yerdə mövcud olmuşdur. Şamaxı, Qarabağ, Qaradağ, Lənkəran və Salyan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Cavad şəhəri (iki çayın birləşdiyi yerdə) olmuşdur. Xanlığın əsasını şahsevən tayfasından Həsən xan qoymuşdur. Quba xanlığından asılı olmuş (1768) və onun tərkibində Rusiyaya birləşdirilmişdir.
  • Şamaxı xanlığı(1748-1820) Bakı, Quba, Şəki, Qarabağ,Cavad və Salyan xanlıqları ilə həmsərhəd idi. Paytaxtı bir müddət Ağsu (Yeni Şamaxı) və sonra Şamaxı şəhəri olmuşdur. Əsasını Hacı Məhəmməd xan qoymuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın nüfuzuna düşmüş və 1820-ci ildə çar fərmanına əsasən ləğv edilmişdir. Şamaxı xanlığı həm də Şirvan xanlığı kimi tanınır. Bir müddət Şamaxı xanlığı ərazisində 2 xanlıq — mərkəzi Ağsu olan Yeni Şamaxı və mərkəzi Şamaxı olan Köhnə Şamaxı fəaliyyət göstərmişdir.
  • Qazax sultanlığıAzərbaycanın şimal-qərbində mövcud olmuş və səfəvilər dövründə Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibində idi. Qazax sultanlığında qazax (qazaxlar) tayfası yaşayırdı. Onlar bu ərazidə irsi hakimiyyətə malik idilər. Qazax sultanlığı Nadir şah tərəfindən Kartli çarı Teymuraza verilmiş, sonralar bir müddət Şəki xanlığının tərkibində olsa da (1752) əsrin sonlarında gürcü çarı II İraklinin vassallığına keçdi və 1801-ci ildə Gürcüstanın tərkibində Rusiyaya birləşdirildi. Sultanlıq 1819-cu ildə ləğv edildi və ərazisində Qazax məntəqəsi yaradıldı.
  • Şəmşəddil sultanlığıZəyəm mahalı və ondan qərbdəki ərazilərdə — sonralar Şəmşəddil mahalı adlanan ərazidə mövcud olmuşdur. Həmin ərazi I Şah İsmayılın dövründən Zülqədər tayfasının bir qolu olan Şəmşəddil (Şəmsəddin) tayfasının irsi vilayəti hesab olunurdu. 1743-cü ildə sultanlıq Qazax və Borçalı əraziləri ilə birlikdə Qarabağ bəylərbəyliyindən alınıb Kartli çarı Teymuraza verildi. Sonralar onun ərazisi Qazax ilə birləşdirildi və Qazax-Şəmşəddil sultanlığı adlandı və bu tərkibdə Rusiyaya ilhaq edildi (1801, Gürcüstanın tərkibində). 1819-cu ildə ləğv olundu və Şəmşəddil məntəqəsinə çevrildi.
  • Ərəş sultanlığıtəqribən indiki Yevlax və Ağdaş rayonlarının bir hissəsini, Mingəçevir şəhərinin ərazisini əhatə edirdi. XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrilmiş və 1795-ci ildə Ərəş sultanlığı ləğv edilərək mahal kimi Şəki xanlığına qatılmışdır.
  • Qəbələ sultanlığıAzərbaycanın şimalında mövcud olmuş, onun ərazisi şimaldan Böyük Qafqazın cənub yamacı, şərqdə Göyçay, qərbdə Əlican çayı ilə əhatə olunurdu. Şəki xanlığına daxil idi. XVIII əsrin sonlarından Qəbələ mahalı adlanırdı və mahal Şəki xanlığının naibləri tərəfindən idarə olunmuşdur.
  • Ilisu sultanlığıXVI əsrin II yarısından — XIX əsrin ortalarına kimi (təx. 300 il) fəaliyyət göstərmişdir. Mərkəzi İlisu (Qax rayonunda) idi. Sultanlıq şimaldan və şərqdən Qafqaz dağları, qərbdən Qanıq çayı, cənubi-şərqdən Şəki xanlığı ilə həmsərhəd idi. Əhalisi azərbaycanlılar, saxurlar, avarlar, muğallar, yengiloylar və s. ibarət idi. 1807-ci ildə Rusiyaya birləşdirildi və 1830-cu ildə Car-Balakən inzibati dairəsinə qatıldı. Daha sonralar (1840-cı illərdə) İlisu sultanlığının ərazisi Gürcüstan-İmeretiya quberniyasına daxil edildi və nəhayət, 1844-cü ildə sultanlıq ləğv olundu.
  • Car-Balakən camaatlığı —Azərbaycanın şimali-qərbində ata xətti ilə qohum nəsillərdən -toxumlardan olanların ittifaqından ibarət idi. Tərkibinə Car, Balakən, Katex, Tala, Muxax və Cənik camaatlıqlarında birləşən kəndlər daxil idi. Camaatlıq 1803-cü ildə Rusiyaya birləşdirildi və ərazisində Car-Balakən vilayəti təşkil olundu.
  1. Dizaq məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində kiçik feodal hakimliyi olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarından Qarabağ xanlığının vassalı idi. 1813-cü ildə Qarabağın tərkibində Rusiyanın nüfuzuna keçirilmişdir.
  2. Vərəndə məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmışdı və səfəvilər dövründə Qarabağ bəylərbəyliyinə daxil idi. XVIII əsrin ortalarında Qarabağ xanlığının vassalına çevrilir.
  3. Xaçın məlikliyihələ XII əsrdə Qarabağın dağlıq hissəsində yaranmışdı və yerli alban hakimləri tərəfindən idarə olunurdu. Səfəvilər dövründə Qarabağ (Gəncə) bəylərbəyliyinə daxil olan Xaçın məlikliyi XVIII əsrin ortalarında Qarabağ xanlığının vassalına çevrilir və 1813-cü ildə həmin xanlığın tərkibində Rusiyaya birləşdirilir.
  4. Gülüstan məlikliyiXVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. Sə-fəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya ilhaq olundu.
  5. Crabert (Carabert, Cerabert, Çilləbürt) məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmış kiçik feodal hakimliyi idi. Mərkəzi Crabert qalası olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin II yarısında Qarabağ xanlığının vassalına çevrilmişdir və sonuncunun tərkibində Rusiyaya ilhaq edilmişdir (1813).

Azərbaycan tarixi 1 cild

Çin dilinə yiyələnərək gələcəyə böyük yatırım etmiş olursuz. Azərbaycanda BDU-da təhsil almışam, Çində isə Mərkəzi Çin Universitetində, Çin, Türk və İngilis dillərinə mükəmməl dərəcədə yiyələnmişəm. Altı ildən daha

Çin dilinə yiyələnərək gələcəyə böyük yatırım etmiş olursuz. Azərbaycanda BDU-da təhsil almışam, Çində isə Mərkəzi Çin Universitetində, Çin, Türk və İngilis dillərinə mükəmməl dərəcədə yiyələnmişəm. Altı ildən daha

Azərbaycan dili və ədəbiyyatdan online hazırlıq. Dərslər təcrübəli müəllim tərəfindən həyata keçirilir. Müəllim BDU-nun bakalavr pilləsini və ADPU-nun magistr dərəcəsini qazanmış uzun müddət repetitorluqla məşğul

Baharın və Novruz bayramının gəlməsi münasibətilə kursumuzda yenidən bahar endirimlərinə start verdik. İstəniln dərsə 10 % endirim olunacaq. Kursumuzda hal-hazırda fəaliyyət göstərən dərslər

Gold Time Academy təhsil sahəsində alacağınız nəticələr və keyfiyyətli tədris ilə fərqlənmək istəyən hər birinizi mərkəzimizə dəvət edirik. Xidmətlərimiz: Məktəbəqədər hazırlıq (5-6yaşlı uşaqlar) İbtidai sinif

Ərəb dilini öyrənmək istəyirsiz? Təcrübəli müəllim axtarırsınız? O zaman artıq vaxt itirmədən bizə müraciət edin. Çünki yalnız bizimlə birgə siz qısa bir müddətdə və ən əsası keyfiyyətli bir şəkildə dünyanın ən qədim

İngilis dilini öyrənmək istəyirsiz? Təcrübəli müəllim axtarırsınız? O zaman artıq vaxt itirmədən bizə müraciət edin. Çünki yalnız bizimlə birgə siz qısa bir müddətdə və ən əsası keyfiyyətli bir şəkildə dünyanın aparıcı

Azərbaycan dili Riyaziyyat ingilis dili fənlər üzrə paket olaraq Abituriyent hazırlığına start verdik. Bizimlə hədəfimiz çatmaq istəyirsinizsə vaxt itirmədən onlayn dərslərimizə qatılın sizdə zirvəyə iri addımla

Sürücülük kursları #Suruculuk kurslari Hər bir kəsin sürücülük vəsiqəsi almaq hüququ var. Vəsiqəni almaq üçün nəzəri və praktiki imtahan vermək peşəkar hazırlaşmaq lazımdır. Home Education sürücülük məktəbi Dövlət Yol

C, C+, C#, Java SE, Java EE və Python proqramlaşdırma dillərini və Oracle VBİS 19c (azərbaycan, ingilis, rus dillərində) əyani və ya Skype-la online tədris edirəm. Tələbə olanlara gündəlik tapşırıqların və layihələrinin

Göktürk Azərbaycan Kursumuzda Türkiyə Dövlət Univeristetlərinə Yös Hazırlıq Dərslərinə Professional Türk Müəllimlərlə hazırlaşın

1c 7.7, 8.2 və 8.3 kursları Təcrübəli mühasib tərəfindən mühasibat işinin fərdi qaydada mükəmməl tədrisi. Gələcəkdə mühasib işləyəcək və ya yeni qanunvericiliklə işini təkmilləşdirəcək mühasiblər müraciət edə bilərlər

Zinyət Tədris Mərkəzində Xanımlarımız üçün Dərzilik kursları. Əziz xanımlar! Dərzilik peşəsinə yiyələnmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz! Kursda təhsil aldığınız müddətdə Sizə istənilən formada yubkaların,

Zinyət Tədris Mərkəzində Çin dili kursları. Əgər Siz Çin dilini öyrənmək istəyirsizsə o zaman Zinyət Tədris Mərkəzi təcrübəli müəllimlərin köməyilə Çin dili dərsini 2 dəfə 1saat 30 dəqiqə keçiriləcək. İlk dərs yoxlama

İngilis dilini öyrənmək istəyirsiz? Təcrübəli müəllim axtarırsınız? O zaman artıq vaxt itirmədən bizə müraciət edin. Çünki yalnız bizimlə birgə siz qısa bir müddətdə və ən əsası keyfiyyətli bir şəkildə dünyanın aparıcı

Alman dilini öyrənmək istəyirsiz? Təcrübəli müəllim axtarırsınız? O zaman artıq vaxt itirmədən bizə müraciət edin. Çünki yalnız bizimlə birgə siz qısa bir müddətdə və ən əsası keyfiyyətli bir şəkildə dünyanın aparıcı

Fransız dilini öyrənmək istəyirsiz? Təcrübəli müəllim axtarırsınız? O zaman artıq vaxt itirmədən bizə müraciət edin. Çünki yalnız bizimlə birgə siz qısa bir müddətdə və ən əsası keyfiyyətli bir şəkildə dünyanın aparıcı

Fizika fənnindən hazırlıq Azərbaycan və rus bölmələri *Abituriyent *Aşağı siniflər *MİQ *Sertifikasiya Online şəkildə və ya Xətai və Q. Qarayev metroları yaxınlığında kursda Bir pulsuz sınaq dərsi.

Əziz xanimlar sizi təbii kosmetik vasitələrinin hazırlanması kursuna dəvət edirəm . Bu kurslardan keçərək Öz markanızı yarada bilərsiniz . Eğitime Kimler Katılabilir ? Sağlık profesyonelleri (Hekim, eczacı, psikolog,

İbtidai sinif hazırlıq 3 fenn paketi Dərslərə daxildir: • Azərbaycan dili • Riyaziyyat • İngilis dili Ay sonu keçirilən mövzular üzrə sınaq imtahanı İstəyə uyğun digər sinif fənnlərinin keçirilməsi Sınaq

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında azərbaycan dili üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1

Tarix əməllərimizin xəzinəsidir, keçmişin şahididir, bu günümüzə nümunə və dərsdir, gələcəyə xəbərdarlıqdır. Ayan Edu Center təhsil mərkəzində siz tarixin bütün incəliklərinə dəqiqliklə bələd olmaq şansı qazana

Lazer epilyasiyası kursu haqqında məlumat: ●Dərinin rənginə və növlərinə görə dozalarin seçilməsi ●Dəridəki tüklərin rənginə və qalınlığına görə dozalarin seçilməsi ●Aparatın iş prinsipi ilə tanışlıq ●Seçiminizə

Ofis proqramları kursu haqqında məlumat Kursun müddəti 3-4 aydır. 3 aya sertifikat, 4 aya diplom verilir. Diplom və sertifikat ingilis və azərbaycan dillərində yazılır. Həftədə 2 dəfə 1,5 saat (90 dəqiqə) və ya

Yeni başlayanlar üçün İvrit dili kursu İsraildə təhsil almaq istəyirsən? İsraildə işləmək arzusundasan? Qədim tarixi qaynaqları araşdırırsan? Bunları etməyə sənə İVRİT DİLİNİ (İbri dilini) bilməməyin mane olur? Sənin

Azərbaycan dili Ədəbiyyat Ingilusdili mektebeger hazirlig cemi 20m

Aprel ayında keçiriləcək dövlət qulluğu imtahanında iştirak etmək istəyən namizədlərin nəzərinə. BA və ya BB sertifikatı alıb istədiyiniz dövlət orqanında işləmək xəyalınız varsa, o zaman bizə müraciət edin.

Azərbaycan dilini öyrənmək istəyirsiz? Təcrübəli müəllim axtarırsınız? O zaman artıq vaxt itirmədən bizə müraciət edin. Çünki yalnız bizimlə birgə siz qısa bir müddətdə və ən əsası keyfiyyətli bir şəkildə dünyanın

Digər elanlar

azərbaycan tarixi 1 cild

azərbaycan tarixi 1 cild kurslari 2023 , Bakida azərbaycan tarixi 1 cild kurslar, azərbaycan tarixi 1 cild dərsləri ucuz qiymete azərbaycan tarixi 1 cild kurslar keçirilir . azərbaycan tarixi 1 cild xidmeti. Azerbaycanda ucuz qiymete azərbaycan tarixi 1 cild . Online hazirliq kurslari.

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Похожие статьи

  • Azerbaycan tarixi 7ci cild

    Mumi tarix 7-ci sinif Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı günüdür. Uşaq ədəbiyyatının məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Aprelin…

  • Azərbaycan tarixi üzrə qaynaqları

    Kollektiv. Azərbaycan tarixi üzrə qaynaqlar (1989) Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq…

  • Azərbaycan tarixi üzrə qaynaqlar

    Azərbaycan tarixi üzrə qaynaqlar 3.Dərbənd şəhərini ərəblər “Bab-ül əl-Bab”adlandırmışlar. Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat…

  • Azərbaycan tarixi 7 cilddə 5-ci cild

    TƏSDİq ediRƏM” azərbaycan tariXİ Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi….

  • Azərbaycan tarixi kurikulumla 6-11

    Azərbaycan tarixi kurikulumla 6-11 9. 1863-cü il Zaqatala üsyanına aid deyil: Azərbaycan tarixi. XI sinif. KSQ №2 1.Rusiyada təhkimçilik hüququ ləğv…

Comments are closed, but trackbacks and pingbacks are open.