Press "Enter" to skip to content

Azərbaycan xanlıqları hərəm

Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. 0, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.

…Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır. Heydər Əliyev

Azərbaycan xanlıqları — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası , Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşar ın 1747 -ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasın ın nəzarəti altına keçmişlər.

Xanlıqların yaranması [ redaktə | əsas redaktə ]

Azərbaycan xanlıqları, XVIII – XIX
Qafqaz, XVIII – XIX.

Nadir Şahın öldürülməsilə onun nəhəng imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII yüzilin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dörd dəfə əldən-ələ keçmişdi. Dövlətin paytaxtı altı dəfə dəyişmiş, İsfahandan Qəzvinə, sonra isə Məşhədə, Şiraza, yenidən İsfahana, nəhayət Tehrana köçürülmüşdü.

Xanlıqların yaranması təsadüfi olmayıb Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə qanunauyğun mərhələ idi.

XVII yüzilin gedişində tədricən dövlət müstəqilliyini itirmiş olan Azərbaycanda istiqlal hərəkatı başlandı. Mərkəzi hökumət çıxışları hər dəfə amansızlıqla yatırır, sərt hərbi və inzibati-siyasi tədbirlər həyata keçirirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətçiliyinin bərpası ideyasını məhv etmək mümkün olmadı. Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Azərbaycan İrandan vahid şəkildə ayrılmayıb xanlıqlara parçalandı. Bu, bir sıra səbəblərlə bağlı idi.

Birinci, mərkəzi hakimiyyətin məqsədyönlü siyasəti müstəqil Azərbaycan dövləti yaratmağı öz üzərinə götürə bilən vahid mərkəzin təşəkkülünə imkan vermədi. Səfəvi dövlətinin inzibati quruluşu buna örnək ola bilər. Bu dövlətin quruluşunda hakimlər tərəfindən idarə olunan “ölkələr” mühüm yer tuturdu. Ən mühüm inzibati idarə sistemi də mərkəzdənqaçma meyllərinin daşıyıcısı idi. Belə bir durum vahid dövlətin mövcud olduğu şəraitdə də xanlıqların təşəkkülü prosesinə rəvac verirdi.

İkinci, XVII yüzilin sonlarından davam edən təsərrüfat geriləməsi şəraitində gələcək xanlıqların ərazisini əhatə edən bölgələr arasında əlaqələr six deyildi.

Üçüncü, Beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsi, regionda yeni bir mərkəzləşmiş dövlətin yaranması burada marağı olan İran və Rusiyanın mənafeyinə uyğun gəlmirdi.

Xanlıqların əmələ gəlməsinin ümumi səbəbləri ilə yanaşı bəzi özümlü tərəfləri də var idi.

Cənub Azərbaycan xanlıqları

Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.

Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. 0, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.

Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747-1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747-1786) yaratmışdır.

Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.

Şimali Azərbaycan xanlıqları

Quzey Azərbaycan xanlıqlarının yaranması barədə Abbasqulu Ağa Bakıxanov yazırdı: “Indi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanı da bu ölkənin öz-başına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğiu Məhəmmədhəsən bay Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nobi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Sərkarın oğulları Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxulu Насı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi”.

Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747-1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.

Əski Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq – Qarabağ və Gəncə xanlıqları yarandı. Mirzə Camal Cavanşir Qarabaği yazır: “Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə ilə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.

Qarabağda cavanşir, iyirmi dörd, otuz iki, kəbirli, baharlı və başqa türk boyları yaşayırdı. Bu vilayətin idarəsi XVI yüzilin birinci yarısından qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyad oğlu nəslinin əlində idi. Nadirin “şah seçkisindən” sonrakı cəza tədbirləri nəticəsində Ziyadoğullarının hakimiyyəti zəiflədi, Xəmsə məlikləri isə güclənməyə başladılar. Qarabağ torpaqları üçün belə bir ağır çağda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək müstəqil Qarabağ xanlığının yaradılmasına nail oldu.

O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdu. Mirzə Camal yazır: “Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdiğı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. О cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmişr ad çıxarmı, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərindəki İran-Türkiyə savaşı nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı”. Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, əhalini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy “şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən onu yolda ələ keçirmək ücün ardınca çaparlar göndərdi. Lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər, şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi”.

Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy şah qulluğundan boyun qaçırıb müxalifətə keçmişdi. Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil dövlətin bütün göstəricilərini özündə birləşdirən Qarabağ xanlığı yarandı.

Gəncədən didərgin salınmış Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu. O, Gəncədəki İran qarnizonunu darmadağın etməkdə ona köməklik göstərmiş II İrakliyə 10 min tümən qızıl pul verəcəyini bildirmişdi. Ancaq sözünü yerinə yetirə bilmədi. Onun oğulları Məhəmməd Həsən xan (1760-1778) və sonra onun yerinə keçmiş Məhəmməd xan bu borcu ödəməkdən boyun qaçırmışdır.

Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu.

Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi. Burada idarə işləri hakim-e ölkə ve hakim-e tümənə tapşırılırdı. Şahın ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan müstəqil xanlıq elan edildi.

İrəvan xanlığı Ağrı düzənliyini, Göyçə gölü ətrafı və onunla Dərələyəz arasındakı torpaqları əhatə edirdi. Xanlığın banisi Mir Məhəmməd xan Qacar idi.

Beləliklə, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək sürdü.

Şimal Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı [ redaktə | əsas redaktə ]

1805-ci ildə Qacar İran hakimiyyəti ilə bağlanmış sülh müqaviləsinə əsasən paytaxtı Şuşa olmaqla Qarabağ, eləcə də Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi. 1806-1813-cü illərdə Rusiya İmperiyasının hərbi təcavüzü nəticəsində Bakı xanlığı, Quba xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd xanlığı Rusiya İmperiyasına daxil oldular. [1] Nəhayət 1826-cı ildə Rusiya Naxçıvan və İrəvan xanlıqlarını işğal etdi.

İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini bərkidməyə çalışan Rusiya İmperiyası, ərazilərə Qacar İrandan və Osmanlı Türkiyəsindən köçən xristian erməniləri yerləşdirməyə başlamışdır. Bu siyasətin nəticəsində təkcə 1828-ci ildən 1830-cu ilə dək təxminən 130 min erməni köçkünü (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır.

Xanlıqlar

Şimali Azərbaycan ərazisində

  • Bakı xanlığı
  • Cavad xanlığı
  • Dərbənd xanlığı
  • Gəncə xanlığı
  • İrəvan xanlığı
  • Talış xanlığı
  • Naxçıvan xanlığı
  • Qarabağ xanlığı
  • Quba xanlığı
  • Şamaxı xanlığı
  • Şəki xanlığı
  • Şirvan xanlığı

Cənubi Azərbaycan ərazisində [ redaktə | əsas redaktə ]

  • Ərdəbil xanlığı
  • Marağa xanlığı
  • Maku xanlığı
  • Qaradağ xanlığı
  • Sərab xanlığı
  • Təbriz xanlığı
  • Urmiya xanlığı
  • Xalxal xanlığı
  • Xoy xanlığı
  • Zəncan xanlığı

Xanlıqlar və ellər [ redaktə | əsas redaktə ]

  • Cavad xanlığını Şahsevən eli idarə edirdi.
  • Dərbənd xanlığını Bayat eli idarə edirdi.
  • Gəncə xanlığını Qacar eli idarə edirdi.
  • İrəvan xanlığını Qacar eli idarə edirdi.
  • Naxçıvan xanlığını Kəngərli eli idarə edirdi.
  • Qarabağ xanlığını Cavanşir eli idarə edirdi.
  • Şirvan xanlığını Xançobanlı eli idarə edirdi.
  • Ərdəbil xanlığını Şahsevən eli idarə edirdi.
  • Marağa xanlığını Müqəddəm eli idarə edirdi.
  • Maku xanlığını Bayat eli idarə edirdi.
  • Qaradağ xanlığını Qaradağlı eli idarə edirdi.
  • Sərab xanlığını Şəqaqi eli idarə edirdi.
  • Təbriz xanlığını Dünbili eli idarə edirdi.
  • Urmiya xanlığını Avşar eli idarə edirdi.
  • Xalxal xanlığını Avşar eli idarə edirdi.
  • Xoy xanlığını Dünbili eli idarə edirdi.
  • Zəncan xanlığını Avşar eli idarə edirdi.

Bakı xanlığı

1747-ci ildə yaranıb. Abşeron yarımadasını əhatə edən xanlığının tərkibinə 39 kənd daxil idi. Şamaxı və Quba xanlıqları ilə həmsərhəd idi. 1806-cı il oktyabrın 3-də Rusiya tərəfindən işğal olunub.
Hakimiyyətdə olan xanlar:
1747-1768 I Mirzə Məhəmməd xan
1768- 1784 Məlik Məhəmməd xan
1784-1809 II Mirzə Məhəmməd xan
1791-1792 Məhəmmədqulu xan
1792-1806 Hüseynqulu xan

Cavad xanlığı

XVIII əsrin ortalarında Kür ilə Arazın qovuşduğu yerdə yaranıb. Şamaxı, Qarabağ, Qaradağ, Lənkəran və Salyan xanlıqları ilə həmsərhəd olub. Xanlığın əsasını şahsevən tayfasından Həsən xan qoyub. 1768-ci ildə Quba xanlığından asılı olub və onun tərkibində Rusiya tərəfindən işğal olunub.

Hakimiyyətdə olan xanlar:
1750-1768 Həsən xan Şahsevən

Dərbənd xanlığı

XVIII əsrin ortalarında Azərbaycanın şimal-qərbində yaranan xanlıq Qaraqaytaq usmiliyi, Tabasaran, Qazıqumuq və Quba xanlığı ilə həmsərhəd idi. Xanlıq 1759-cu ildə Quba xanlığına birləşdirilmiş və 40 il ondan asılı olub. 1806-cı ildə Rusiya tərəfindən işğal olunub.

Hakimiyyətdə olan xanlar:
1750-1768 Məhəmmədhüseyn xan

Ərdəbil xanlığı

1747-ci ildə yaranıb. Lənkəran, Qaradağ, Təbriz, Marağa xanlıqları və Gilan vilayəti ilə həmsərhəd olub. Xanlıq inzibati baxımdan Ərdəbil, Aşağı Mişkin, Yuxarı Mişkin, Arşaq, bəzi vaxtlarda Vilgic, Astara və Ucarrud mahallarına bölünürdü. Xanlıq bir müddət Quba xanlığının, sonra Qarabağ xanlığının vassallığı altında olub. Xanlığın fəaliyyətinə 1820-ci ildə Qacarlar dövləti tərəfindən son qoyulub.

Hakimiyyətdə olan xanlar:
1747-1783 Nəzərəli xan Şahsevən

Gəncə xanlığı

Xanlıq 1747-ci ildə yaranıb. Murovdağ silsiləsindən Kür çayına kimi əraziləri əhatə edirdi. Şəki, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları və Kartli-Kaxetiya çarlığı ilə həmsərhəd olub. İnzibati baxımdan Gəncə, Samux, Kürəkbasan, Şəmkir və Ayrım mahallarına bölünürdü. Banisi Ziyadoğlular nəslindən Şahverdi xan idi. 1804-cü il yanvarın 3-də xanlığın ərazisi Rusiyaya tərəfindən işğal olunub.

Hakimiyyətdə olan xanlar:
1747-1760 Şahverdi xan
1760-1780 Məhəmmədhəsən xan
1780-1785 Məhəmməd xan
1785-1786 Rəhim xan
1786-1804 Cavad xan

İrəvan xanlığı

1747-ci ildə yaranıb. Ağrıdağ düzənliyini, Göyçə gölünün cənub və şərq sahillərini, Araz çayının qərbini əhatə edirdi. İrəvan xanlığı Qarabağ, Gəncə, Maku, Naxçıvan xanlıqları, Qazax sultanlığı, Osmanlı imperiyası və Kartli-Kaxetiya çarlığı ilə həmsərhəd olub. İnzibati baxımdan 15 mahala bölünürdü: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Seyidli-Ağsaqqallı, Gərni, Abaran, Dərəçiçək, Göyçə, Sürməli, Dərəkənd-Parçenis, Saatlı, Talın və Sərdarabad. İrəvan xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal olunub.

Hakimiyyətdə olan xanlar:
1747-1752 Mir Mehdi xan Əfşar
1752-1755 Xəlil xan Özbək
1755-1759 Həsənəli xan Qacar
1759-1783 Hüseynəli xan Qacar
1783-1784 Qulaməli xan Qacar
1784-1805 Məhəmməd xan Qacar
1796-1797 Əliqulu xan Qacar
1797 iyun-sentyabr Həsən xan Bayat
1805- 1806 Mehdiqulu xan Qacar
1806-1827 Hüseynqulu xan Qacar

Lənkəran xanlığı

1747-ci ildə yaranıb. Əsası səfəvi nəslindən olan ərdəbilli Seyid Abbas tərəfindən qoyulub. Mərkəzi əvvəl Astara, sonra Lənkəran şəhərləri olub. Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları, Xəzər dənizi və Gilan vilayəti ilə həmsərhəd idi. Xanlıq Asalim, Gərqənrud, Astara, Vilgic, Zuvand, Çayiçi, Lənkəran, Driğ, Uluf, Ərkivan, Ucarud və Səfidəşt mahallarına bölünürdü. Xanlıq 1800 ildə Rusiyanın nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdi.

Hakimiyyətdə olan xanlar:
1747-1786 Cəmaləddin Mirzə bəy (Qara xan)
1787-1814 Mir Mustafa xan
1814-1826 Mir Həsən xan

Maku xanlığı

1747-ci ildə yaranıb. Xoy, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə həmsərhəd olub. Xanlıq özündə 30 kəndi birləşdirirdi. Maku əyaləti Çuxursəd bəylərbəyinə tabe olan yarımmüstəqil sultanlıqdan ibarət olub, bayat tayfasından olan hakimlər tərəfindən idarə olunurdu. Maku xanlığına 1922-ci ildə Qacar dövləti tərəfindən son qoyulub.

Hakimiyyətdə olan xanlar:
1747-1783 Əhməd Sultan

Marağa xanlığı

1747-ci ildə yaranıb. Cənubda Saqqız mahalı, şimalda Təbriz, qərbdə Urmiya, şərqdə Ərdəbil xanlıqları ilə həmsərhəd olub. Xanlıq Marağa, Təkab, Sayınqala, Əcəbşir, Qaraağac, Binab və Miyandab mahallarına bölünürdü. Xanlığı Qarabağın Cavanşir elinin bir qolu olan Müqəddəm tayfasının nümayəndələri idarə edirdi. 1826-cı ildə Qacar qoşunu hücum edərək xanlığın fəaliyyətinə son qoydu və ərazini öz tərkibinə qatdı.

Hakimiyyətdə olan xanlar:
1747-1750 Əliqulu xan Müqəddəm

Naxçıvan xanlığı

1747-ci ildə yaranıb. Zəngəzur sıra dağlarından Araz çayına kimi olan əraziləri əhatə edirdi. Mərkəzi Naxçıvan şəhəri olan bu xanlıq Qarabağ, Qaradağ, Xoy, Maku və İrəvan xanlıqları ilə həmsərhəd olub. Naxçıvan, Əlinəçay, Mavazıxatın, Dərəyələyaz, Xok və s. mahallara bölünürdü. Xanlığın ərazisi Türkmənçay müqaviləsinə (1828) əsasən Rusiya tərəfindən işğala məruz qalıb.

Hakimiyyətdə olan xanlar:
1747-1764 Heydərqulu xan Kəngərli
1764-? Hacı xan
? -1770 Rəhim xan
1770-1773 Əliqulu xan
1773-1781 Vəliqulu xan
1781-1783-1787 Abbasqulu xan
1783-1785-1787 Cəfərqulu xan
1785-1787 Şükürəli xan
1787-1820 Kəlbəli xan
1820 (bir neçə ay) Nəzərəli xan
1820-1827 Kərim xan
1822-1823 Hüseyn Mirzə

Qarabağ xanlığı

1748-ci ildə yaranıb. Əsası Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Xanlıq cənubdan Qaradağ xanlığı, cənub-qərbdən Naxçıvan xanlığı, şimaldan Şəki və Şamaxı xanlıqları, şimal-qərbdən Gəncə xanlığı, qərbdən İrəvan xanlığı və şərqdən isə Cavad xanlığı ilə həmsərhəd idi. Xanlığın mərkəzi Şuşa şəhəri idi. İnzibati baxımdan 21 mahala bölünürdü (Çalbayır, Kəbirli, Cavanşir, Zəngəzur, Mehri, Bərgüşat, Qafan, Qaraçarlı və s.). Qarabağ xanı İbrahimxəlil xan Azərbaycan torpaqlarını birləşdirməyə çalışıb. Qarabağ xanlığı 1805-ci ildə Rusiyaya ilhaq edilmiş, 1822-ci ildə xanlıq çar fərmanı ilə ləğv olunub.

Hakimiyyətdə olan xanlar:
1748-1763 Pənahəli xan
1763-1806 İbrahimxəlil xan

Quba xanlığı

1724-cü ildə Quba əyaləti Rusiyanın tərkibinə daxil edilmiş və Hüseynəli xan onun hakimi təyin olunmuşdu. Hüseynəli xan əsrin ortalarında Quba əyalətini müstəqil xanlıq elan etmişdi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Xınalıq, Bərmək və s. mahallar vardı. Qubalı Fətəli xanın dövründə bu xanlıq bütün Azərbaycanı birləşdirməyə böyük səy göstərmişdi. Dərbənddən Salyana qədər ərazilər onun nüfuz dairəsində idi. Xanlığın mərkəzi əvvəl Xudat, sonra isə Quba oldu. 1806-cı ildə Rusiya tərəfindən işğal olunmuş və onun əyalətinə çevrilmişdi.

Hakimiyyətdə olan xanlar:
1722-1758 Hüseynəli xan
1758-1789 Fətəli xan
1789-1791 Əhməd xan
1791-1810 Şeyxəli xan

Salyan xanlığı

Xanlıq 1747-ci ildə yaranıb. Kür çayının mənsəbində kiçik xanlıq olub. Şərqdə Xəzər dənizi, şimalda Şamaxı xanlığı, qərbdə Cavad xanlığı və cənubda Lənkəran xanlığı ilə sərhədlənirdi. 1757-ci ildə Quba xanlığına birləşdirilmiş və uzun illər bu xanlığın tərkibində qalıb.

Hakimiyyətdə olan xanlar:
1747-1757 İbrahim xan Rübdəri

Şamaxı xanlığı

1747-ci idə Məhəmmədsəid xan Köhnə Şamaxıda, 1748-ci ildə isə Hacı Məhəmmədəli xan tərəfdarları ilə Yeni Şamaxıda (Ağsu) xanlıq yaratmışdılar. Onlar arasında uzun sürən mübarizə 1763-cü ildə Məhəmmədsəid xanın Yeni Şamaxını ələ keçirməklə nətijələndi. Şamaxı xanlığı şimaldan Quba xanlığı, cənubdan Qarabağ, Cavad və Salyan xanlıqları, şərqdə Bakı xanlığı və Xəzər dənizi, qərbdə isə Şəki xanlığı ilə həmsərhəd idi. Paytaxtı əvvəl Ağsu (Yeni Şamaxı), sonra isə Şamaxı şəhəri olub. 1768-ci ildən 1789-cu ilə kimi Quba xanlığının tərkibində olan Şamaxı xanlığı üçün 1789-1792-cu illər hakimiyyət uğrunda mübarizə dövrü kimi xarakterizə olunur. Bu xanlıq 1805-ci ildə Rusiyaya ilhaq edilmiş və 1820-ci ildə çar fərmanına əsasən ləğv edilmişdir.

Hakimiyyətdə olan xanlar:
1747-1763 Hacı Məhəmmədəli xan
1748-1768 Məhəmmədsəid xan, Ağası xan
1792-1820 Mustafa xan

Sərab xanlığı

1747-ci ildə yaranıb. Əsası Şəqaqi tayfasının başçısı Əli xan tərəfindən qoyulub. Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd olub. Ərazisi Həştəri, Gərməli və Sərab mahallarına bölünürdü. Qacarlar dövlətinin tərkibinə qatılan Sərab xanlığı 1828-ci ildə ləğv olunub.

Hakimiyyətdə olan xanlar:
1747-1786 Əli xan Şəqqaqi

Şəki xanlığı

Xanlıq 1747-ci ildə yaranıb. Şəki xanlığı qərbdə İliusu sultanlığı, şərqdə Şamaxı xanlığı, cənubda Qarabağ və Gəncə xanlıqları, şimaldan isə Dağıstan və Quba xanlığı ilə həmsərhəd idi. Onun banisi Hacı Çələbi Qurban oğlu idi. Xanlığın ərazisi 8 mahala- Şəki, Ərəş, Ağdaş, Alpaut, Padar, Qurtqaşen, Xaçmaz və Bum mahallarına bölünmüşdür. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Şəki xanı Hacı Çələbinin dövründə Azərbaycanıın birləşdirilməsinə cəhd olunub. Xanlıq 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Rusiyaya ilhaq edilmiş, 1819-cu ildə çar fərmanına əsasən ləğv olunub.

Hakimiyyətdə olan xanlar:
1747-1755 Hacı Çələbi
1755-1759 Ağakişi xan
1759- 1779 Hüseyn xan
1779-1781 Əbdülqadir xan
1781-1795 Məhəmmədhəsən xan
1795-1806 Səlim xan
1806-1814 Cəfərqulu xan Xoylu
1814-1817 İsmayıl xan

Təbriz xanlığı

XVIII əsrin ortalarında yaranıb. Xoy, Ərdəbil, Qaradağ, Sarab və Marağa xanlıqları və Urmiya gölü ilə həmsərhəd olub. Təbriz, Güney və Mərənd mahallarına bölünürdü. İlk vaxtlar Xalxal və Ərdəbil əyalətləri də Təbriz xanlığının tabeliyində olub. Digər xanlıqlara nisbətən daha zəif idi. 1780-ci ildə xanlığın fəaliyyətinə son qoyulub və onun ərazisi Xoy xanlığının tərkibində qatılıb.

Hakimiyyətdə olan xanlar:
1745-1780 Nəcəfqulu xan

Urmiya xanlığı

1747-ci ildə yaranıb. Xanlıq şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Osmanlı imperiyası ilə həmsərhəd olub. İnzibati quruluşuna görə Mərgəvər, Tərkəvər, Bərdəsur, Bəradost, Sumay, Ənzəl, Dəşt, Uşnu, Sulduz, Döl, Nazlı, Bəykişili, Rözə və Urmiya mahallarına bölünürdü. Əsası Əfşar tayfa başçısı Fətəli xan Əfşar tərəfindən qoyulub. Fətəli xan Azərbaycan torpaqlarını birləşdirmək siyasətindən çıxış edərək, xeyli ərazini öz xanlığına birləşdirə bilmişdi. 1797-ci ildə Qacar şahı Fətəli şahın tabeliyinə düşüb və fəaliyyətinə son qoyulub.

Hakimiyyətdə olan xanlar:
1747-1763 Fətəli xan Əfşar

Xoy xanlığı

1747-ci ildə yaranıb. Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları, habelə Osmanlı imperiyası ilə həmsərhəd olub. Xoy, Salmas, Avacıq, Qotur, Ələnd, Çaldıran, Çors, Qaraqoyunlu, Sökmənabad, Dərgah mahallarına bölünürdü. Əsası Dünbülü tayfa başçıları tərəfindən qoyulub. Xoy xanlığı Türkmənçay müqaviləsinə əsasən Qacar dövlətinin tərkibində qalıb.

Hakimiyyətdə olan xanlar:
1747-1763 Şahbaz xan
1763-1786 Əhməd xan
1786-1804 Cəfərqulu xan

Qaradağ xanlığı

1748-ci ildə yaranıb. Ərazisi Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə həmsərhəd olub. Mərkəzi Əhər şəhəri olan xanlıq Unqut, Kərmədüz, Çələbiyan, Keyvan, Arazbar, Dizmar, Üzümdil, Həsənob, Kələybər, Hüseyneyli, Yaft, Qaracurru, Dodangə, Çardangə, Diklə, Bədbostan, Horat mahallarına bölünürdü. Qaradağ xanlığı bir müddət Qarabağ xanlığının siyasi asılılığına düşüb. 1761-ci ildə Kərim xan Zəndə, 1791-ci ildə Ağa Məhəmməd xan Qacara tabe olub. 1813-cü il müqaviləsinə görə Qacar dövlətinin tərkibinə qatılıb. 1828-ci ildə xanlıq ləğv olunub.

Hakimiyyətdə olan xanlar:
1748-1752 Kazım xan

HƏRƏM

Qardaşlar, niyə gözləyirsiniz, bu qədər zülmə dayanmaqmı olar? Zor ilə mənim hərəmimi aldılar, apardılar. C.Cabbarlı.

2. Hərəmxana qadınlarından hər biri.
Hərəmxanada cümlə hərəmlər şahın fərmayişi ilə otağa hazır olub müntəzir idilər. M.F.Axundzadə.

[2-ci məhbus:] …Şah Abbas öz sarayında gözəl-göyçək hərəmləri ilə eyş-işrətlə məşğuldur. Ü.Hacıbəyov.

3. bax hərəmxana .
// Keçmişdə müsəlman evlərində qadınlara məxsus hissə, otaqlar.

Digər lüğətlərdə

hərəm

hərəm Tam oxu »

HƏRƏM

[ər.] сущ. куьгьн. 1. паб; 2. гьеремханадин папарикай гьар сад; 3. кил. hərəmxana; // виликра мусурманрин кӀвалера дишегьлийриз махсус тир пай, кӀвале Tam oxu »

hərəm

is. femme f ; épouse f ; conjointe f ; harem \arεm\] m Tam oxu »

HƏRƏM

HƏRƏM1 ə. 1) Misirdə qədim zamanlardan qalmış ehramlardan hər biri; 2) həndəsədə: piramida. HƏRƏM2 ə Tam oxu »

HƏRƏM

i. harem; wife Tam oxu »

HƏRƏM

1 сущ. устар. 1. жена, супруга. Xanın hərəmi жена хана 2. наложница 3. см. hərəmxana; гарем 4. в прошлом: комнаты, отведенные для женщин 2 сущ Tam oxu »

HƏRƏM

(Hamamlı, Qazax) qəbrin, qəbiristanlığın ətrafına çəkilən hasar. – Hasan dədəsinin qavrının qıra:na hərəm çəx’dirif (Hamamlı); – Bu qəvirsannığın hərə Tam oxu »

Mövzu: Qərbi Azərbaycan xanlıqları

XVIII əsrin II yarısına aid mənbələri təhlil edir,nəticələrini təqdim edir.

Azərbaycan xanlıqları haqqında mənbələrə və xəritələrə əsasən sxem və cədvəllər tərtib edir.

Təlim forması: kollektiv və qrup işi

Təlim üsulu: beyin həmləsi,Venn

Azərbaycan ərazisində xanlıqlar nə vaxt yarandı?

Azərbaycan ərazisində xanlıqlar nə vaxt yarandı?

Xanlıqların yaranmasının səbəbi nə idi?

Azərbaycanın şimal və cənub hissəsində yaranmış hansı xanlıqları tanıyırsız?

( Xəritədə göstərin)

Şimali Azərbaycanın qərb

bölgəsində hansı xanlıqlar

yaranmışdı?( Xəritə

əsasında müəyyən edin )

QƏRBİ AZƏRBAYCAN

XANLIQLARI?

İRƏVAN XANLIĞI

NAXÇIVAN XANLIĞI

BİBÖ cədvəli

İrəvan xanlığı:

xanlığın əsasını qoyan sülalə və bu sülalənin nümayəndəsi

xanlığın siyasi vəziyyəti

xanlığın əhalisinin əsas tərkibi

– əhalinin məşğuliyyəti

xanlığa olan hücumlar

“ Mənbələrin məlumatına görə,

“ Mənbələrin məlumatına görə,

XVIII əsrdə ermənilər İrəvanda

əhalinin cüzi bir hissəsini,azər-

baycanlılar isə böyük əksəriyyəti-

ni təşkil edirdi”.

Erməni tarixçisi A.İoannisyan

“ Biz ( yəni ermənilər) türklərə məxsus torpaqları ya satın alır,ya zəbt edir,ya

“ Biz ( yəni ermənilər) türklərə məxsus torpaqları ya satın alır,ya zəbt edir,ya

bəxşiş kimi əldə edir və yaxud da zorla ələ keçiririk.

Matenadaranda saxlanılan

1687-ci il tarixli sənəd.

Naxçıvan xanlığı:

Naxçıvan xanlığı:

Xanlığın əsasını kim qoyub və o, hansı tayfadan idi?

Ərazisi və təsərrüfatı

Siyasi vəziyyəti(daxili və xarici siyasəti)

“ Susuz şoran çöllər,müxtəlif formada olan dağ qayalıqları,dərə təpəli sahələr,gözəl otlaq yerləri,düzənliklər,saysız hesabsız vadilər və dərələrdən axan və yayda tamamilə quruyan dağ çayları Naxçıvanın xarici aləmini özündə əks etdirir”.

“ Susuz şoran çöllər,müxtəlif formada olan dağ qayalıqları,dərə təpəli sahələr,gözəl otlaq yerləri,düzənliklər,saysız hesabsız vadilər və dərələrdən axan və yayda tamamilə quruyan dağ çayları Naxçıvanın xarici aləmini özündə əks etdirir”.

Rus tarixçisi S.Zelinski

Xanlığın siyasi tarixini 2 dövrə bölmək olar:

Xanlığın siyasi tarixini 2 dövrə bölmək olar:

“ Belə hesab edirəm ki,Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir.Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəşt edərsiniz.Gəncəni, İrəvanı və Naxçıvanı mənə tabe edin”

“ Belə hesab edirəm ki,Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir.Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəşt edərsiniz.Gəncəni, İrəvanı və Naxçıvanı mənə tabe edin”

Gürcü çarı II İraklinin Rusiya hakim dairələrinə göndərdiyi məktublardan.

“ Naxçıvan xanlığı” kitabı

( Tərtibçi Əli Həsənov )

Tədqiqat sualı

Tədqiqat sualı

İrəvan və Naxçıvan xanlıqlarında bu zaman siyasi və iqdisadi vəziyyət necə idi?

“Cavanşir qalası “ qrupu

MÜƏYYƏN EDİN:

– İrəvan xanlığı nə vaxt və harada

yaranmışdı?

– Xəritəyə əsasən hansı xanlıqlarla

sərhəd idi və Səfəvilər dövlətində Qərbi Azər-

baycan torpaqları hansı bəylərbəy-

liklərin tərkibində idi?

– Tez-tez baş verən hakimiyyət dəyişikliyinin səbəbini nədə görürsüz?

“Qız qalası” qrupu

MÜƏYYƏN EDİN:

-İrəvan xanlığının əhalisinin əksəriyyəti kimlər idi?

– İrəvan xanlığının o dövrki əhalisini müasir

dövrlə müqaisə edin.Əhali dəyişikliyinin səbəblərini izah edin.

“Girdiman qalası “ qrupu

İrəvan xanlığı nə üçün xarici hücumlara məruz qalırdı?

İrəvanda sənətkarlıq və ticarətin inkişafının səbəbi nə olmuşdu?

Müxtəlif pullardan istifadə edilməsi nəyi göstərirdi?

“Qasımxan qalası” qrupu

Müəyyən edin:

– Naxçıvan xanlığı nə vaxt və kim tərəfindən yaradıldı?

– Hansı ərazini əhatə edirdi?Hansı xanlıqlarla sərhəd idi?

– Xanlığın təbii-coğrafi şəraiti onun təsərrüfatına necə təsir göstərirdi?

“ Haram qalası “qrupu

Müəyyən edin:

Naxçıvan xanlığının siyasi tarixini hansı dövrlərə bölmək olar?

Heydərqulu xan nə üçün qonşu xanlıqlarla müttəfiqlik siyasəti yürüdürdü?

Naxçıvan xanlığı hansı dövlətlərin hücumlarına məruz qalmışdı?

QİYMƏTLƏNDİRMƏ MEYARLARI

EV TAPŞIRIĞI

Vaxtilə İrəvan və Naxçıvan

xanlıqlarının əhatə etdiyi

torpaqlarda hal-hazırda

yaşayan əhalinin milli tərkibi

haqqında məlumat toplayın.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

Похожие статьи

  • Azərbaycan tarixi xanlıqları yüklə

    Azərbaycan xanlıqları XVII yüzilin gedişində, Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən…

  • Azərbaycan xanlıqları oğlanbazlıq

    Azərbaycan xanlıqları oğlanbazlıq Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin…

  • Azərbaycan xanlıqları

    Azərbaycan xanlıqları: Quba xanlığı Fətəli xan Əfşar 1759-cu ildə Qarabağ xanlığını asılı vəziyyətə saldıqdan sonra Azərbaycanın daxili işləri ilə məşğul…

  • Azərbaycan xanlıqları oğlanlar

    Tən ay Azərbaycanda uşaqlara ən çox bu adlar verilib – SİYAHI PLA N I.Azərbaycanda xanlıqların meydana gəlməsinin səbəbləri və xüsusiyyətləri….

  • Azərbaycan tarixi xanliqlar

    Azərbaycan xanlıqları 1725-ci ildə I Pyotrun ölümündən sonra Rusiyanın Xəzəryanı əyalətlərə marağı zəiflədi. 1747-ci ildə Nadir ali hakimiyyəti zəbt…

Comments are closed, but trackbacks and pingbacks are open.