Press "Enter" to skip to content

Beynəlxalq Təhsil Günü: insanlara sərmayə qoymaq, təhsilə üstünlük vermək

Təhsil insan hüququ, ictimai sərvət və ictimai məsuliyyətdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası təhsilin sülh və inkişaf üçün rolunu qeyd etmək məqsədilə yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.

Beynəlxalq maliyyə instutları Azərbaycanda ilk günəş elektrik stansiyasına 114,2 milyon dollar sərmayə qoyur

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AIB), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (YBOA) və Abu Dabi İnkişaf Fondu (ADIF) tərəfindən 114,2 milyon dollar məbləğində maliyyə paketinin təsdiqlənməsi Azərbaycanın enerji kompleksinin şaxələndirilməsinə böyük təkan verib. Vəsait Azərbaycanın şərqində Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 meqavatlıq (MWt) fotovoltaik (PV) güneş elektrik stansiyasının istismara verilməsinə sərf olunacaq.

AYİB-dən Trend-ə verilən məlumata görə, maliyyələşdirmə “Abu Dhabi Future Energy” şirkətinə məxsus olan Qaradağ Günəş Elektrik Layihəsinin tərtibatçısı “Masdar Azerbaijan Energy” MMC-yə veriləcək. “Masdar” bərpa olunan enerji üzrə qlobal miqyasda fəaliyyət göstərən aparıcı şirkətdir və Bankın, AIB-in, YBOA-nın ve ADFD-nin mövcud müştərisidir. “Masdar”ın günəş enerjisi stansiyası Azərbaycanda ilk özəl, genişmiqyaslı günəş elektrik layihəsidir. Bugünkü razılaşma AYIB tərəfindən siyasət və investisiya səviyyəsində fəal şəkildə dəstəklənən Azərbaycanın bərpa olunan enerji bazarında özəl sektorun gələcək iştirakı üçün presedent yaradır. İstifadəyə verildikdən sonra stansiyanın 230 Megavat/saat (MWh) bərpa olunan enerjisi 558 Gigavat/saata (GWh) qədər elektrik enerjisi istehsalı ile əvəzlənəcək ve bu da illik CO2 emissiyalarının 265.000 tona qədər azalmasına səbəb olacaq.

Bu, tekcə Azerbaycanın dekarbonizasiya gündəmini dəstəkləməyəcək, həmçinin daxili qazın ixrac üçün əlçatanlığını artırmaqla Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Beləliklə, layihə Birləşmiş Millətlər Teşkilatının 2030 Dayanıqlı İnkişaf Məqsədlərində (SDG) müəyyən edilmiş prioritetlərə, yəni təmiz və sərfəli enerji, sənaye, innovasiya və infrastruktur, və iqlim fəaliyyətinə töhfə verəcək.

Beynəlxalq Təhsil Günü: insanlara sərmayə qoymaq, təhsilə üstünlük vermək

Təhsil insan hüququ, ictimai sərvət və ictimai məsuliyyətdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası təhsilin sülh və inkişaf üçün rolunu qeyd etmək məqsədilə yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.

AZƏRTAC xəbər verir ki, bu il Beynəlxalq Təhsil Günü “İnsanlara sərmayə qoymaq, təhsilə üstünlük vermək” mövzusuna həsr olunub. 2022-ci ilin sentyabrında BMT-nin Təhsili Dəyişdirən Sammitinin yaratdığı qlobal sürətə əsaslanaraq, builki gün təhsil ətrafında güclü siyasi səfərbərliyi davam etdirməyə çağıracaq, öhdəliklərin və qlobal təşəbbüslərin fəaliyyətə çevrilməsinin yollarını müəyyənləşdirəcək. Qlobal tənəzzül, artan bərabərsizliklər və iqlim böhranı fonunda bütün dayanıqlı inkişaf məqsədlərinə doğru irəliləyişi sürətləndirmək üçün təhsilə üstünlük verilməlidir.

UNESCO-nun Baş direktoru Odri Azule bu il Beynəlxalq Təhsil Gününü əfqan qız və qadınlarına həsr etmək qərarına gəlib. Bu gün münasibətilə UNESCO BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri və Baş direktorunun iştirakı ilə tədbir keçirəcək. Əfqanıstanda təhsil hüququndan məhrum edilmiş qız və qadınların təhsilə çıxışını məhdudlaşdıran qadağanın dərhal aradan qaldırılmasına çağırmaq məqsədilə birinci panel müzakirəsi bu mövzu ilə bağlı olacaq.

Qadınların təhsildən geri saxlanılması ilə bağlı problem bir çox ölkələrdə müşahidə olunmaqdadır. Təhsil ümumbəşəri insan hüququdur və ona hörmət edilməlidir. Dünyanın heç bir ölkəsi qadınların və qızların təhsilinə mane olmamalıdır. Hazırda 80 faiz (2,5 milyon) əfqan qız məktəbdən kənarda qalıb.

Təhsil uşaqlara yoxsulluqdan çıxaracaq nərdivan və perspektivli gələcəyə aparan yol təklif edir. UNESCO-nun hesabatına görə, dünyada təxminən 244 milyon uşaq və yeniyetmə məktəbə getmir. 617 milyon uşaq və yeniyetmə əsas riyazi biliklərdən məlumatsızdır, 771 milyon yaşlı isə savadsızdır. Afrikada qızların 40 faizindən az hissəsi orta məktəbi bitirə bilir. Dörd milyona yaxın qaçqın düşən uşaq və gənc məktəb həyatından mərhumdur.

Təhsil hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində yer alır. Bəyannamədə pulsuz və icbari ibtidai təhsil tələb olunur. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası daha da irəli gedir ki, ölkələr ali təhsili hamı üçün əlçatan etsin.

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.

Azərbaycanda həyata keçirilən təhsil islahatları ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm göstərilməsindən, elmin, təhsilin dəyərlərinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən işlərin uğurlu nəticəsindən xəbər verir. Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələr və nəzərdə tutulan proqramların zaman-zaman reallaşması böyük müəllimlər ordusu olan Azərbaycanı qloballaşan dünyanın dəyərlərinə təhsil və elm sayəsində qovuşduracaq. Təhsilə göstərilən yüksək diqqət və qayğı müstəqil dövlətimizin xoşbəxt gələcəyinə böyük zəmin yaratmaqla Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirəcək.

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

Azərbaycana növbəti beynəlxalq tanıtım gətirən şirkət Azercell oldu!

Lider mobil operator İnsana Sərmayə Standartı üzrə MDB-də ilk Platin sertifikata layiq görüldü

Ölkənin ən qabaqcıl mobil rabitə təminatçısı “Azercell Telekom”-un həm telekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanların inkişafı sahəsində fəaliyyəti uzun müddətdir ki, beynəlxalq qurum və təşkilatların diqqət mərkəzindədir. Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, eləcə də, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) – İnsana Sərmayə Standartının əsas 9 fəaliyyət göstəricisi üzrə dəyərləndirilərək bu dəfə ən yüksək pillə hesab edilən PLATİN sertifikatına layiq görüldü. “İnsana Sərmayə” standartı şirkət perfomansının inkişafı, işçilərin müasir inkişaf imkanları ilə təmin edilməsi, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi, işçi potensialına fokuslanan effektiv idarəetmə kimi prinsipləri ölçür və daha da inkişaf etdirməyə təşviq edir. Azercell ölkəmizdə Platin sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında da belə bir uğura imza atan yeganə şirkətidir. Qeyd etmək lazımdır ki, Platin sertifikatı adıçəkilən akkreditasiya mərkəzinin ən yüksək dəyərləndirmə səviyyəsidir və hal-hazırda dünyada fəaliyyət göstərən şirkətlərin yalnız 2% bu statusa layiq görülüb.

“Azercell Telekom” yarandığı ilk gündən etibarən həm bütövlükdə korporativ idarəetmə sahəsində, həm də İnsan Kapitalının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər,prosedurlar və mövcud idarəçilik sistemi ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə həmin Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş, 2018-ci ildə isə Qızıl Sertifikata layiq görülüb. Ötən il keçirilən sertifikasiya zamanı isə Azercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini beynəlxalq səviyyədə bir daha sübut edərək, Platin Sertifikatına layiq görüldü. Onu da vurğulayaq ki, 1996-2020-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 25,886,353 ABŞ dolları həcmində sərmayə yatırılıb.

Qeyd edək ki, İnsan Resurslarının İdarə Edilməsi üzrə “Investors in People” Sandart ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 30 illik fəaliyyəti nəticəsində dünya üzrə 66 ölkə və 50.000-dən çox təşkilatı əhatə edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

Comments are closed, but trackbacks and pingbacks are open.