Press "Enter" to skip to content

Azerbaycanda böyük biznesin esas 5 daxili problemi

İllərlə komfort zonasında olan, özünü dünyanın aparıcı şirkətləri içində görən Azərbaycan biznesi bu gün hələ də yatır və möcüzə gözləyir. Oyanmaq və vəhşi kimi işləmək zamanı gəldi.

Biznesin idarəedilməsinin müasir problemləri problemləri

Məzunu olduğum “ Biznesin idarə edilməsi ” ixtisası artıq dünyanın dörd bir yanında, minlərlə universitetdə var. Hətta bəzi ölkələrdə bir universitetin tərkibində bir neçə “Biznesin idarə edilməsi” fakültəsi görə bilərsiniz (məsələn, Türkiyədə).

Bir universitetin tərkibində niyə birdən artıq BİE ixtisası olsun ki? Hansı universitetdə olan BİE ixtisasını seçməliyəm? Mənfi və müsbət cəhətləri nədir bu ixtisasın? BİE məzunu olaraq karyeramı necə inkişaf etdirə bilərəm?

Bir neçə il əvvəl, universitet seçimi edərkən yuxarıdakı suallar məni də yatmağa qoymurdu. Aşağıda ilk öncə bu ixtisasın niyə və necə seçilməli olduğunu, qəbul olduqdan sonra nələrə diqqət etmək lazım olduğunu, məzuniyyətdən sonra nə kimi çətinliklərlə üzləşə biləcəyinizi təcrübəmə uyğun olaraq paylaşmağa çalışmışam.

BİE ixtisasından məzun olmağın sizə verəcəyi ən önəmli üstünlük, məzun olaraq biznes və iqtisadiyatla əlaqəli hər bir ixtisasda yetəri qədər bilikli olmağınız və üstəlik, sahibkarlıq bacarıqlarınızı inkişaf etdirməklə, uğurlu bir iş qurmaq şansınızı da yüksəldə bilməyiniz ola bilər.

Mən bakalavr təhsilimi Türkiyənin Akdeniz Universitetində İşletme ixtisasında bitirmişəm və bu ixtisası seçərkən universitetin prestiji və nailiyyətləri ilə yanaşı, həm də fakültənin akademik heyətini, sillabusunu araşdırmışdım. Sillabus tələbənin həmin ixtisasda məzun olmaq üçün müvəffəqiyyətlə bitirməli olduğu kursların siyahısıdır. Təbii ki, hər bir ixtisas fərqli universitetlərdə fərqli sillabuslarla keçirilir. Amma BİE ixtisasının sillabusuna nəzər yetirməklə siz 4 illik təhsil həyatınız boyunca sizin hansı yöndə irəliləyəcəyinizi görə bilərsiniz. Hər semestr orta hesabla 7 dərsiniz olduğunuzu düşünsək, əgər sizin hər semestr məcburi 3 – 4 dənə mühasibat – maliyyə dərsiniz olsa, təhsilinizin sonunda siz artıq bu sahə üzrə ixtisaslaşmış olacaqsınız. Ona görə də, əgər rəqəmlərlə aranız yaxşı deyilsə və məzun olub insan resursları, marketinq sahələrində işləməyi düşünürsünüzsə, bu tərzdə hazırlanmış bir sillabus sizin üçün çətin ola bilər. Bunun tərsi olan situasiya ilə də qarşılaşa bilərsiniz. Yəni bakalavr təhsilinizdən sonra maliyə mütəxəssisi, layihə meneceri, mühasib olaraq karyeranıza başlamağı düşündüyünüz halda, Sosial Elmlər fakültəsinin tərkibində olan BİE ixtisasında 4 il boyunca idarəetmə dərsləri keçib, öz istəyinizə çatmaqda çətinliklə qarşılaşa bilərsiniz. Daha əvvəl qeyd etdiyim bəzi ölkələrdə bir universitet daxilində birdən çox BİE olmasının səbəbi də məhz budur. İxtisasların sillabusunu internet səhifələrindən tapmaq olar. Bu mümkün olmadıqda, özləri ilə əlaqə saxlaya və ya sosial şəbəkələr, forumlar vasitəsilə məzunlardan soruşa bilərsiniz.

BİE ixtisası ümumi olduğu üçün professional karyeranızı qurduğunuz sahəyə fokuslanmış magistr təhsili sizin üçün çox önəmli olacaq, sizə daha çox qapılar açacaq. Buna görə də, 100 üzərindən 90+ ortalama BİE tələbəsinə magistr təhsili üçün ən önəmli üstünlüklərdən biri ola bilər. 4 illik bakalavr təhsilinin son 2 ilini ixtisasınıza fokuslanmağa çalışacağınızı nəzərə alaraq, ilk 2 il ərzində dil biliklərinizi və texniki bacarıqlarınızı inkişaf etdirməyiniz üçün yetəri qədər vaxtınız olacaq. Ümumiyyətlə, bugün ən az B1-B2 səviyyədə ingilis dili və orta səviyyədə kompüter bilikləri olmayan BİE məzununun iş tapmaq şansı demək olar ki, yoxdur.

Son 2 ilinizi ixtisasınıza uyğun kitablar oxumaq, məqalələr yazmaqla keçirməyinizin sizin üçün çox böyük üstünlük olacağını təkrar qeyd etməyin faydalı olduğunu düşünürəm. Yay aylarında təcrübə proqramlarına qatılmaq, özünüzü ixtisasınızın teorik tərəfindən çıxarıb praktiki tərəfində sınamağınız sizin üçün gələcəyinizə dair fikir formalaşdırmaqda çox önəmli olacaq. Çünki, prestijli saydığınız bir sahənin, praktikada sizə uyğun olub-olmadığını məzun olmazdan əvvəl öyrənməlisiniz. Bu müddət ərzində sizin üçün maraqlı olan və mütaliənizin olduğu sahələrə dair yazdığınız bir neçə məqaləni həm yerli, həm də beynəlxalq jurnallarla, dərgilərlə paylaşmağınız həm iş, həm də akademik həyatınız üçün çox böyük önəm kəsb edəcək. Bundan başqa, ixtisaslaşmaq istədiyiniz sahə üçün beynəlxalq təşkilatları tapıb, onlara üzv olmağınız karyeranıza yaxşı bir başlanğıc ola bilər. Bu kimi platformalar və təşkilatlara qəbul olmaq üçün çox vaxt imtahanlardan keçməli ola bilərsiniz.

Bütün bunlarla yanaşı, mütləq şəkildə exchange (erasmus, mevlana, iaestee və digərləri) proqramlarına qatılmağınızı tövsiyyə edirəm.

Valeh Həsənov

Accenture Services şirkətində Junior Web Data Analyst

Azerbaycanda böyük biznesin esas 5 daxili problemi

Uzun illər ərzində dotasiyalar və bank kreditləri üzərində duran Azərbaycan biznesi kritik bir vəziyyətlə üz üzədir. Bu gün biznesimiz üçün, öncəki illərdə atdığı addımların və aldığı qərarların hesabını ödəmə zamanı gəlib.

Azərbaycan iş dünyası və biznesinin son illərdə hansı problemləri bu günə olan vəziyyətə gətirib çıxardı?

1. Peşəkar idarəçilər tərəfindən idarə edilməmə

Ölkəmizdə “idarəçi və peşəkar idarəçi” qədər ucuzlaşmış sözlər yoxdur.

Hərkəsin özündə gördüyü bir istedad varsa, o da idarəçilikdir. Müsahibələrdə “idarəçiyəm” deyənlərə niyə belə düşündüklərini soruşanda əksər hallarda aldığım cavab bu tərzdə olur : “Nə bilim. Oxumamışam da heç. Amma bilirəm ki, idarə edə bilirəm. Eliyərəm. Məndə bu var. Bu mənə verilib.”

İllərdir sürətli, nəzarətsiz inkişafa və böyük gəlirlər ədə etdiklərinə görə biznes sahibləri ancaq bir meyyara görə insanları işə almağa üstünlük verirdilər – şəxsi əlaqələr. Yəni qohumluq, yerlilik, şəxsi tanışlıq.

Şirkətin idarə edilməsi üçün ancaq 2 şöbəyə – satış və muhasibatlıq (pul gətirən və pul sayan) – ehtiyac görən bu tərz insanlar effektivlik, uzun müddətli strategiya, əməkdaşların peşəkar inkişafı, korporativ idarə etmə kimi mövzuları nəinki ikinci dərəcəli, ümumiyyətlə lazımsız fəaliyyət və mənasız xərc olaraq qəbul edirlər.

Təbii ki, bu tərz insanlar ətraflarında heç bir zaman əsl peşəkarı görmək istəməzlər, çünki bu, onların “rifahı” və komfortu üçün əsl təhlükədir.

Nəticə isə göz önündədir : bir neçə çalxantıda “uğurlu” bizneslərimiz çürük alma kimi töküldülər.

2. Korporativ idarə etmənin olmaması

Elmi dildə desək, şirkətlərin fəaliyyətlərinin bütün aspektlərdən şəffaflığının, effektivliyinin təmin edilməsi məqsədi ilə istifadə edilən korporativ idarəetmə çox vacibdir.

Xalq dilində desək, korporativ idarə etmə sayəsində şirkətlər “insan” faktorundan “sistem” faktoruna keçirlər. Artıq şirkətlərdə “parıldayan ulduzlar” yerinə sistem işləyir və 10 rəhbərin hər birinin “mən belə istəyirəm” düşüncəsi yerinə vahid standartlar ön plana çıxır.

Korporativ idarə etmənin əhəmiyyəti haqqında çox yazmaq istəmirəm – bu mövzuda minlərlə kitab və tonlarla məqalələr var. Qısaca olaraq bir məqamı qeyd etmək istəyirəm : korporativ idarə etmə olmadığı müddətcə heç bir şirkət ən vacib məqsədinə – maksimum effektivlik nəticəsində maksimum gəlir əldə etmə şansını itirir.

Dəqiq yazılmış, müəyyən edilmiş və istifadə edilən şirkət daxili qanunlar, qaydalar, standartlar, prosedurlar, əməkdaşarı və idarəçiləri birləşdirən missiya və məqsədlər olmadan qurumlar effektiv fəaliyyət göstərə bilməzlər.

3. Effektivliyin olmaması.

Əksər dövlət qurumlarında və özəl bizneslərimizdə effektivlik olmayıb. Alınan avadanlıqlar, əməkdaşlar və idarəçilər, biznesdə olan proseslər, şirkətlərin sərmayəsi və inventarında effektivliyin olmaması uzun müddətdə şirkətlər üçün böyük təhlükədir.

Bunu sadə bir misal ilə nümayiş edirəm. “Uğurlu” bir Azərbaycan şirkətini düşünün.

Əməkdaşları. Hər gün iş yerində 8 saat keçirən əməkdaşlar, bu zamanın bir hissəsini işləyirlər, geri qalanını isə işə aid olmayan işlərə xərcləyirlr. Əgər bir şitkətin maaş büdcəsi aylıq 50.000 manatdırsa və işçilər günlərinin 30 %.ni qeyri effektiv keçirirlərsə, bu o deməkdir ki, şirkət hər ay 15.000, bir ildə isə 180.000 manat pulu boşa xərcləmiş olur.

İdarəçiləri. Məşhur və “uğurlu” böyük şirkətdə bir dəfə hesablama aparmışdım : idarəçilər, günün 90 %-ı öz “obyektlərin” idarəçiliyinə xərcləyirdilər. Geri qalan 10 %, yorğun və gərgin zamanlarını rəhbərlik etdikləri şirkətə xərcləyirdilər.

Heç bir sahədə effektiv olmayan bir şirkətin uzun müddətdə ayaqda qalması ancaq möcüzə nəticəsində mümkündür, çünki ən bəsit riyazi hesablama bu qurumların sonunu sübut edəcək.

4. Oğurluq və daxili korrupsiya.

Sirr deyil ki, biznesimizdə oğurluq, otkat və korrupsiya var. Çox böyük həcimlərdə. Hansı şirkət rəhbərlərinin və idarəçilərinin hardan necə qazandığını və oğurladığını hərkəs açıq şəkildə bilir.

Bu hallar bal kimi də çiçəklənir. 700 manat rəsmi maaşı olan bir insanın 40.000 manatlıq avtomobil idarə etməsi, mənzillər alması və çox bahalı siqaret çəkməsi heç bir riyazi düsturlara sığmır.

Keçirilən “şəffaf” tenderlərdə dost tanış şirkətlərin udması, reklam və digər xərclərin şişirilməsi haqqında hər bir Azərbaycanlının bildiyi bir hekayə var.

Otkat və bənzəri iyrənc vəziyyətlər o qədər “normal” hala çevrilib ki, artıq xarici şirkətlər belə, onlarla ünsiyyətdə olan insanın “maraqları” haqqında sual verirlər.

Rəhbərlər bilmirlər mi? Bilirlər. Onlarla şirkət sahibi və rəhbəri tanıyıram ki, oğruluqları və yeyintiləri bilərək səslərini belə çıxarmırlar. Kimisi öz adamı olduğunda görə dinmir, kimisi elə özü də öz miqyasında bunu edir. Hərkəs biri birini bir təhər yola verir və bütün bu şərəfsizliklərin örtüyü də var : “bacarana can qurban”.

5. Uzun müddətli və stratejik düşünməmə.

Uzun illər boyunca məqsədlər ancaq satış etmək və sürətli genişləmə olan biznes çox nadir hallarda uzun müddətli planlar üzərində işləyib. Çox az şirkətdə uzun müddətli marketinq, reklam, satış, əməkdaş və idarəçilərin yetişdirilməsi, maliyyə planları və strategiyaları olub.

Işəgötürənin imicinin formalaşdırılması, gənc idarəçilərin yetişdirilməsi, təhsil ocaqları ilə uzun müddətli əməkdaşlıq, şirkətin ümumi reputasiyası, müştərilərlə uzun müddətli əlaqələrin qurulması lazımsız xərclər kimi qəbul edilirdi.

Bu məqaləni oxuyan hər bir insan strategiya haqqında vəziyyəti əyani olaraq görməsi üçün işlədiyi və ətrafında gördüyü 10 şirkət rəhbərinə bu sadə sualları versin :

  • İllik fəaliyyət planınız var mı? (aylara və fəaliyyət sahələrinə görə bölünmüş çox ümumi plan)
  • Şirkətinizin imicinin formalaşdırılması üçün strategiya var?
  • Şirkət əməkdaşları və idarəçilərinin inkişafı strategiyası var?

NƏTİCƏ?

Keyfiyyəsiz məhsul, oğrular, korrupsiya və otkatlarla dolu biznes, rəqabət gücü olmayan xidmətlər, narazı müştərilər, ilk böhran çalxantısında dağılan bizneslər, iş dünyasında pessimistik düşüncələr.

İllərlə komfort zonasında olan, özünü dünyanın aparıcı şirkətləri içində görən Azərbaycan biznesi bu gün hələ də yatır və möcüzə gözləyir. Oyanmaq və vəhşi kimi işləmək zamanı gəldi.

Biznesi alverdən fərqləndirən yeganə xüsusiyyət odur ki, biznesdə elmi-analitik yanaşma var. Alverdə bu yoxdur. Ölkədə biznesi biznes edən meyyarlar, amillər yox idi və bu gün də yoxdur.

Artıq, məhsuldarlıq və insanların inkişafı haqqında bar-bar bağıran insan resursları peşəkarları, yaradıcılıq, müasir marketinq alətlərin və texnikaları haqqında durmadan danışan marketoloqları, insanları və biznes prosesləri idarə edəcək peşəkarları dinləmə zamanı gəldi.

Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın

Rəhbərlər üçün İDARƏÇİLİK TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

Azerbaycanda böyük biznesin esas 5 daxili problemi
http://agaev.az/wp-content/uploads/2016/11/corporate-management-150×150.jpg

Uzun illər ərzində dotasiyalar və bank kreditləri üzərində duran Azərbaycan biznesi kritik bir vəziyyətlə üz üzədir. Bu

Məlumatlandırma

Biznesin idarəedilməsinin müasir problemləri problemləri

Qlobal iqtisadi proseslərin dərinləşdiyi bir dövrdə hər bir ölkənin innovasiya proseslərinin və bununla bağlı fəaliyyət istiqamətlərinin idarə edilməsinin səmərəlilik problemləri mühüm əhəmiyyət kəsb edir. Belə ki, qlobal təhdidlər artdıqca, innovasiyayönlü iqtisadi inkişaf mexanizmləri, başqa sözlə, innovatik inkişaf modeli xeyli aktual görünür. Bunun üçün, ilk növbədə, milli innovasiya sisteminin yaradılması və onun strukturunun təkmilləşdirilməsi vacib şərtlərdəndir. Milli innovasiya sisteminin əsas mexanizmləri və struktur elementləri innovasiya proseslərinin və idarəetmə funksiyalarının başlıca prinsiplərini özündə əks etdirməlidir [1]. İnnovasiya proseslərinin sistem əhəmiyyətli komponentlərinin təmin olunması, ölkədə dünya təcrübəsinə adekvat olan innovasiya infrastrukturun formalaşdırılması məsələlərinə daha çox önəm verilməlidir. Bu problemlərin həlli ilə bağlı məsələlərdə strateji innovatik idarəetmə mexanizmlərinin maksimum çevik və səmərəli şəkildə tətbiq edilməsi və ölkənin iqtisadi inkişaf hədəflərinə uyğun şəkildə praktiki fəaliyyət alətlərinin müəyyənləşdirilmsəsi mühüm əhəmiyyət kəsb edir [2]. Milli innovasiya sisteminin tərkib elementlərini, strukturunu, mühüm fəaliyyət istiqamətlərini, bunlarla bağlı strateji yanaşmaları müəyyənləşdirərkən qlobal təsirdən yaranan daxili və xarici amillər, innovasiyaların tələb olunma səviyyəsi, innovasiyalar və texnologiyalar bazarının inkişaf etdirilməsi problemləri mütləq şəkildə nəzərə alınmalıdır. Ölkədə innovasiya proseslərinin və idarə edilməsinin səmərəliliyinin təmin olunması və ümumilikdə innovasiya sisteminin inkişaf prioritetlərinin reallaşdırılması ilə bağlı strateji vəzifələrin həyata keçirilməsi üçün bir qrup məsələlərə xüsusi önəm verilməlidir: 1) dövlətin qlobal tendensiyalar kontekstində əsaslandırılmış innovasiya siyasətinin prioritetlərinin və strategiyasının hazırlanması, onun məqsədlərinin və vəzifələrinin optimal olaraq, müəyyənləşdirilməsi, innovativ inkişafın milli prioritetlərinin seçilməsi, innovasiya fəaliyyətinin xüsusiyyətlərin dərindən öyrənilməsi və qiymətləndirilməsi; 2) real şəraitdə innovasiya fəaliyyətinin inkişafı və stimullaşdırılmasının normativ-hüquqi bazasının yaradılması, zəruri olan qanunların qəbul edilməsi, innovasiya fəaliyyəti cəlbediciliyinin yüksəldilməsi; 3) milli innovasiya sisteminin dinamik inkişafının təmin olunması və bununla əlaqədar maddi-texniki bazanın, müvafiq innovasiya infrastrukturunun yaradılması; 4) ölkədə bilik iqtisadyyatının yaradılması və yayılması sisteminin dünya təcrübəsinə uyğunlaşdırılması, təhsil sistemində islahatların dərinləşdirilməsi və intellektual resursların üzə çıxarılması şəraitinin formalaşdırılması; 5) ölkədə innovasiya fəaliyyəti üzrə müəssisələr şəbəkəsinin formalaşdırılması tədbirlərinin görülməsi, bununla əlaqədar dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi, ixtisaslaşdırılmış innovatik elmi-sənaye korporasiyaları, yüksək texnologiyalı sənaye istehsalı da daxil olmaqla ixtisaslaşdırılmış innovasiya müəssisələrinin təşkili; 6) innovasiyaların mənimsənilməsi, bu sahədə müvafiq biliklərə yiyələnmiş mütəxəssislərin hazırlanması, təhsil və ixtisaslı təlim sahəsinin səmərəliliyinin yüksəldilməsi, innovasiyalar sferasının təşkili və idarə edilməsi üzrə yüksək peşəkarlığa malik kadrların hazırlanması; 7) ölkədə innovasiyaların işlənməsi, hazırlanması və tətbiqinə təkan verən bazar iqtisadiyyatı şəraitinin və rejiminin formalaşdırılması; 8) innovasiyaların inkişafı və innovasiya məhsulların çeşidinin artırılması məqsədilə bu proseslərin dayanıqlı maliyyə təminatı mexanizmlərinin yaradılması, innovasiya müəssisələrinin ucuz kredit və maliyyə resurslarına çıxışının təmin edilməsi, bu sahələrin investisiya cəlbediciliyinin yüksəldilməsi; 9) dünya texnologiyalar və innovasiyalar bazarlarına fəal çıxışın təmin olunması, onların transferi istiqamətində strateji fəaliyyətin təmin edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq elm və texnologiyalar layihələrində ölkə mütəxəssislərinin iştirakına nail olunması və 10) innovasiya proseslərinin qlobal təsirlərə uyğun şəkildə səmərəli idarəetmə mexanizmlərinin təşkili, onun bütün elementləri arasında qarşılıqlı əlaqələr sistemini əks etdirən innovativ inkişaf mexanizminin yaradılması və s. Bütün bu məsələlərə strateji yanaşmaların təmin edilməsi ölkədə innovasiya sisteminin inkişafını sürətləndirməyə və innovasiya proseslərinin səmərəliliyini artırmağa əlavə stimullar yarada bilər [3; 4].
Qeyd edək ki, innovasiya proseslərinin maksimum səmərəli təmin olunması üçün strateji yanaşmaların və mexanizmlərin əsalandırmış formada seçilməsi və tətbiq edilməsi, onların xüsusiyyətləri ilə bağlı məsələlərin nəzərə alınması vacib şərtlərdəndir [5; 6]. Bu proseslərdə sistemli yanaşmanın təmin olunması innovasiya strategiyasının hazırlanmasında, innovasiya proseslərinin və idarə edilməsinin səmərəlilik problemlərinin artırılmasında əlavə imkanlar formalaşdırır və bunlarla bağlı bir sıra məsələləri, elementləri ayrıca nəzərə almağa imkan verir:
– buraxılan innovasiya məhsullarının və tətbiq olunan texnologiyaların təkmilləşdirilməsi üçün tədbirlər sisteminin formalaşdırılması;
– qlobal innovasiya bazarlarına uyğun yeni növ məhsulların və mütərəqqi texnologiyaların yaradılması və mənimsənilməsi;
– innovasiya sahəsində tələb olunan səviyyədə kadr potensialından və informasiyalardan daha səmərəli istifadə edilməsi;
– innovatik inkişafa imkan verən texniki-texnoloji, elmi-tədqiqat və layihə-konstruktor bazasının keyfiyyətcə təkmilləşdirilməsi və yeni qlobal səmtlərə uyğunlaşdırılması;
– innovasiya proseslərinin idarəetmə mexanizmlərinin və bütünlüklə, ölkədə innovasiya fəaliyyətinin mövcud yanaşmalarının, təşkili alətlərinin təkmilləşdirilməsi;
– innovasiya proseslərinin sabit və səmərəli inkişafına imkan verən maddi-texniki bazanın formalaşdırılması, innovatik resurs bazasının möhkəmləndirilməsi;
– daxili və xarici bazarda analoji təyinatlı məhsulla müqayisədə innovasiya məhsulunun rəqabət üstünlüyünün təmin edilməsi, innovatik məhsullara sifarişlərin dairəsinin genişləndirilməsi, innovasiyayönlü müəssisələrinin fəaliyyətinin stimullaşdırılması üzrə dövlət dəstəyi mexanizmlərinin strateji səviyyədə baxılması və təkmilləşdirilməsi;
– ölkə səviyyəsində innovasiya proseslərinin inkişafına konseptual yanaşmaların təmin olunması və idarəetmə mexanizmlərinin maksimum yenilənməsi və s.
Qeyd edək ki, müasir dövrdə innovasiya proseslərinin səmərəliliyinin yüksəldilməsi və bununla əlaqədar olaraq, dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi bir qrup məqamlara xüsusi önəm verilməsini şərtləndirir. Bunların içərisində elm və texnologiyaların prioritetliyi, ixtiraların və kəşflərin əhatəsinin genişləndirilməsi şəraitinin formalaşdırılması, milli innovasiya mühəndislərinin və konstruktorlarının yetişdirilməsi daha çox fərqlənirlər [7;8]. Ümumilikdə isə, dövlətin innovasiyalara dəstək sahəsində rolunu bir qrup məsələlər üzrə baxmaq mümkündür: 1) dövlət elmin, o cümlədən, tətbiqi elmin inkişafına və innovasiya ideyalarının əsas mənbəyi olan mühəndis və elmi kadrların hazırlanmasına şərait yaradır; 2) dövlət idarələri çərçivəsində biznesin innovasiya fəallığının yüksəldilməsi istiqamətində müxtəlif proqramlar işlənib hazırlanır və reallaşdırılır; 3) elmi-texnoloji tədqiqat layihə işlərinin aparılması üzrə müqavilə formasında dövlət sifarişlərinin formalaşdırılması və bir sıra yeniliklərə ilkin tələbi təmin olunması, nəticədə sonrakı proseslərdə bu yeniliklər ölkə iqtisadiyyatının müxtəlif sahələrində geniş tətbiq edilməsi, 4) innovasiyaların inkişafı və daha geniş marağın yaradılması məqsədilə bu sahədəki fəaliyyətin maliyyə təminatı mexanizmlərinin gücləndirilməsi, fiskal və digər dövlət tənzimləmə alətləri vasitəsilə stimullaşdırıcı tədbirlərin görülməsi; 5) akademik və tətbiqi elm arasında səmərəli qarşılıqlı əlaqənin təşkil edilməsində dövlətin vasitəçi kimi çıxış etməsinin müasir mexanizmlərinin yaradılması, elmi-texnoloji tədqiqat layihə işlərinin yerinə yetirilməsində sənaye korporasiyaları və universitetlər arasında kooperasiyanın gücləndirilməsi, bu sahədəki fəaliyyətin “elm-universitet-istehsalat” sxemi əsasında davamlı şəkildə təşkili, təkmilləşdirilməsi və s. Digər tərəfdən, innovasiya fəaliyyətinin dövlət tənzimlənməsini tədqiq edərkən innovasiya mexanizmlərinin mühüm komponentlərini, o cümlədən, innovasiya proseslərinin idarəetmə mexanizmlərinin səmərəlilik problemlərinin ciddi şəkildə qiymətləndirilməsi vacibdir. İnnovasiya mexanizmi dedikdə, innovasiya fəaliyyətinin həyata keçirilməsinin iqtisadi-təşkilati forması, innovasiya qərarlarının axtarışı, innovasiya fəaliyyətinin stimullaşdırılması və idarə edilməsi mexanizmi ilə bağlı fəaliyyət prosesləri və mexanizmləri başa düşülür [9].
Qeyd edək ki, dünya təcrübəsində innovasiya proseslərinin və idarə edilməsinin səmərəlilik problemlərinin həlli istiqamətində uzun onilliklər ərzində mütərəqqi təcrübə formalaşmış və özünü doğruldan idarəetmə mexanizmləri, fəaliyyət modelləri yaradılmışdır. Şübhəsiz, bunlar, ilk növbədə, hər bir ölkənin iqtisadi inkişaf xüsusiyyətləri və prioritetləri, milli resursları, intellektual bazası və s. nəzərə alınmaqla mümkün olmuşdur. Əgər, 20-30 il bundan əvvəl analoji proseslər əsasən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə aid idisə, son 10 ildə bir qrup inkişaf etməkdə olan ölkələrdə də innovasiya proseslərinin intensivləşdirilməsi, innovasiyalar və texnologiyalar bazarının inkişafının sürətləndirilməsi, daha səmərəli innovatik mexanizmlərinin hazırlanaraq dövriyyəyə cəlb edilməsi, milli innovasiya sisteminin səmərəli modelinin formalaşdırılması, innovasiyalarının hazırlanması, işlənməsi və tətbiqi problemlərinə daha çox məqsədli investisiyalarının yönəldilməsi və maliyyə resurslarının ayrılması diqqət çəkir. Milli innovasiya sistemlərinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı problemlərin biznesin inkişafı kontekstində baxılması prioritetləri də innovasiya bazarlarının inkişaf etdiyi ölkələr üçün xeyli xarakterikdir [10]. Şübhəsiz, milli innovasiya sisteminin inkişafında, innovasiya proseslərinin səmərəliliyinin yüksəldilməsində və idarəetmə mexanizmlərinin daha optimal modellərinin formalaşdırılmasında ABŞ-da əldə olunmuş təcrübə daha çox diqqətə layiqdir [11]. Bu ölkədə innovasiyaların inkişafına mane olan baryerlərin aradan qaldırılması problemlərinə strateji yanaşmalar kifayət qədər prioritetlik təşkil edir. Milli innovasiya sisteminin və onun idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi proseslərinə güclü maliyyə resursları yönəldilir, infrastruktur şəbəkəsi yaradılır [12]. Analoji yanaşmalar Avropa Birliyi ölkələri üçün də xarakterikdir və burada innovasiyaların yeni nəslinin, qlobal iqtisadi çağırışlara adekvat olan müasir innovatik məhsulların formalaşdırılması prioritetlərinə daha çox üstünlük verilməkdədir [13; 14]. Böyük Britaniyada isə milli innovasiya sisteminin bütün elementləri, o cümlədən, idarəetmə məsələləri dövlət tərəfindən ən yüksək səviyyədə – strateji səviyyədə baxılır və zəruri tədbirlər görülür, innovasiyalar üçün dövlət sifarişləri verilir və nəzarətedici orqanların sayı azaldılır, vergi güzəştləri müəyyənləşdirilir [15]. Fransada Milli İnnovasiya Agentliyi fəaliyyət göstərir və onun il ərzində koordinasiya etdiyi fərdi innovasiya proqramlarının sayı 4 mindən çoxdur. Bu Agentliyin özünün illik fəaliyyət büdcəsi təxminən 300 mln. avro həcmindədir. Ölkənin 45 universiteti və ali texniki məktəbləri 14 texnologiyalar və innovasiyalar mərkəzində davamlı şəkildə innovasiya fəaliyyəti ilə məşğul olurlar [16]. Almaniyada dövlətin innovasiya siyasətinin əsasında bu sahəyə güclü maliyyə dəstəyinin göstərilməsi yer almışdır. Ölkədə 220 innovasiya müəssisəsi və 14 innovasiya mərkəzi fəaliyyət göstərir [17]. Həyat səviyyəsi və əhalinin yaşayış şəraiti yüksək olan ölkə kimi İsveçdə iqtisadiyyatın və cəmiyyətin bütün sahələrində innovatik yanaşmalar və mexanizmlər mütləq şərtlərdən biri kimi qəbul olunmuşdur [18]. Son illərdə iqtisadi gücünə görə sürətlə inkişaf edən və dünya ikincisi kimi möhkəmlənən Çində il ərzində innovasiyaların və texnologiyaların inkişafı proseslərinə 700-800 mlrd. dollar səviyyəsində vəsait xərclənir [19]. Bu ölkələrlə bərabər, Azərbaycanla elmi-texniki və iqtisadi inkişaf amilləri baxımından xeyli oxşar cəhətlərə malik olan postsovet respublikalarında – Rusiya və Qazaxıstanda da milli innovasiya sisteminin inkişaf etdirilməsi, innovasiya proseslərinin və idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində milli konsepsiyaların və strategiyaların hazırlanmasına, reallaşdırılmasına diqqət son 10 ildə xeyli artmışdır [20; 21].
Qlobal təsirlərin genişləndiyi bir şəraitdə Azərbaycanda innovatik inkişafın təmin edilməsi, innovasiya proseslərinin və idarə edilməsinin səmərəlilik problemlərinin həll olunmasının vacibliyi diqqət çəkir. Bir tərəfdən, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması istiqamətində qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması prosesləri intensivləşibsə, digər tərəfdən, ölkə iqtisadiyyatının yüksək texnologiyalar əsasında inkişafının təmin olunması strateji vəzifə kimi qarşıda durmuşdur. Belə ki, inkişaf etməkdə olan digər ölkələr kimi, Azərbaycan iqtisadiyyatının da gələcək inkişafı innovasiya yönümlü iqtisadiyyata yönəldilməlidir [22, s.13]. Bundan əlavə, ölkəmizdə innovasiya proseslərinin və idarə edilməsinin dünya təcrübəsi kontekstində təşkili iqtisadiyyatımızın əsas aparıcı sahələrindən biri kimi sənaye sektorunun yüksək texnologiayalar bazasında inkişafına güclü təkan verə bilər. İnnovasiyaların inkişafı üçün əlverişli şəraitin yaradılması Azərbaycan iqtisadiyyatının texnoloji bazasını modernləşdirilməyə imkan yaradar və milli məhsullarımızın rəqabət qabiliyyətini yüksəldər [23]. Eyni zamanda, ölkə iqtisadiyyatının inkişaf tempinin təmin edilməsi və dayanıqlılığının gücləndirilməsi baxımından milli iqtisadiyyat sahələrinin innovasiyalaşdırılması prosesləri sürətləndirilməlidir [24]. Bunun üçün artıq əsaslı zəmin də formalaşmaqdadır. Artıq İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənmişdir və bu Agentliyin fəaliyyəti ilə bağlı dövlət büdcəsindən vəsait də ayrılmışdır. Əsas məqsəd – müasir texnologiyalarının və texnoloji həllərin əldə olunması, ölkədə innovasiya sahibkarlığının inkişafına təkan verilməsidir [25].
Yaxın perspektivdə ölkəmizdə innovasiya proseslərinin daha strateji səviyyəyə qaldırılması və onun səmərəlilik problemlərinin həlli üçün optimal mexanizmlərin işlənib hazırlanması, tətbiq edilməsi tədbirləri intensiv xarakter alacaqdır. Bu sırada əsas məsələlər kimi ölkədə innovasiyayönlü iqtisadiyyatın qurulması, innovasiya müəssisələri şəbəkəsinin yaradılması, innovasiya proseslərinin idarə edilməsi mexanizmlərinin səmərəliliyinin artırılması daha çox diqqət çəkəcəkdir və s.

ƏDƏBİYYAT:
1. Красноперова Т.Я. Национальная инновационная система: структура, роль финансовой составляющей // Научно-технический вестник информационных технологий, механики и оптики. 2013. №6 (88), С. 46-54.
2. Давлетов, И.И., В.П. Черданцев, М.В. Тронина. Стратегическое управление инновационными процессами в организации. ФГБОУ ВО «Пермская ГСХА». – Пермь, 2015. – 290 с.
3. Третьяк В.В., Середа О.О. Национальная инновационная система как основа экономики инновационного типа // Вестник экономической науки Украины. 2010. №1 (17), с.115-118.
4. Вольчик В. В., Кривошеева-Медянцева Д. Д. Институты, ресурсы и национальная инновационная система или почему не получается инновационный суп // Journal of Institutional Studies, 2014. – С. 51-64.
5. Модели формирования национальных инновационных систем – http://kapital-rus.ru.
6. Гузырь В.В. Национальная инновационная система как основа экономики качества жизни. Дисс. канд. экон. наук. Томск, 2007, 171с.
7. Золотых И.Б. Национальная инновационная система как составляющая экономики знаний: проблемы и перспективы // Технологический аудит и резервы производства. № 2/6(22), 2015, С.94-99.
8. Шумилин А.Г. Сущность и функции национальной инновационной системы // Вестн. Том. гос. ун-та. Экономика. 2016. №1 (33), С.28-39.
9. Астапенко М. С. Общая характеристика теоретико-методологической основы национальной инновационной системы России // Интернет-журнал Науковедение. 2014. №4 (23), С. 67-79.
10. Гавловская Г.В. Национальные инновационные системы: зарубежный опыт // Бизнес в законе. 2013. №3, C. 37-49.
11. Национальная инновационная система США – https://habr.com/ru/post/405577/
12. Фролов А.В. Национальная инновационная система США: институциональные аспекты // Актуальные проблемы экономики и права. 2011. №4 (20), C.51-63.
13. Смирнов Е.Н.. Феномен наднациональной инновационной системы Европейского Союза // Вестник Университета, № 9, 2013, С. 208-214.
14. Шаров В.Ф. Опыт стран Европейского союза по созданию условий, повышающих конкурентоспособность и эффективность национальных инновационных систем // Экономические науки, 2012, 10(95). С.205-213.
15. Махортова В.К. Национальная инновационная система Великобритании // Вестник БГУ. 2014. №3. C.39-48.
16. Варламов М.Г. Инновационная среда Франции, Германии, России: сравнительный анализ // Вестник Казанского технологического университета. 2013. №9. C.43-52.
17. Романова Е.В. Национальная инновационная система ФРГ региональные исследования // Региональные исследования. 2 (48), 2015, С.98-108.
18. Удальцова Н.Л., Чирухина К.С., Федорова А.А. Национальная инновационная система Швеции: стратегия развития и факторы успеха // Вопросы экономики и права. 2015. № 2. – С.97-100.
19. Файзуллина Н.Г. Национальная инновационная система Китая // Фундаментальные исследования. – 2015. – № 6-3. – С. 628-631.
20. Еремина О. С., Демина Н. В. К вопросу о развитии национальной инновационной системы России // Научно-методический электронный журнал «Концепт». – 2015. – Т. 8. – С. 36–40.
21. Ситенко Д.А. Национальная инновационная система Казахстана: анализ и перспективы развития // Вестник КарГУ. 2010, №2, С.33-39.
22. Tağıyev A.H. İnnovasiya (nəzəri və tətbiqi səpkidə). Bakı, Təknur, 2018, 552 s.
23. Aslanzadə İ.A. Dövlət innovasiya siyasətinin formalaşması və sənaye sektorunun rəqabət qabiliyyətliyinin yüksəldilməsi problemləri. İ.e.d. dissertasiyasının Avtoreferatı. Bakı, 2013, 56 s.
24. Əliyev Ş.T. Azərbaycan iqisadiyyatı. Sumqayıt. SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2018-376 s.
25. İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib. 22.02.2019. https://azertag.az/print/1249972.

Açar sözlər: strateji innovasiya prosesləri, innovasiya proseslərinin idarə edilməsi, innovativ inkişaf istiqamətləri, milli iqtisadiyyatın innovasiyalaşdırılması problemləri, innovasiya proseslərinin idarəetmə mexanizmlərinin səmərəliliyi, iqtisadiyyatın innovasiyalaşdırılması prioritetləri.
Ключевые слова: стратегические инновационные процессы, управление инновационными процессами, направления инновационного развития, проблемы инноватизации национальной экономики, эффективность механизмов управления инновационных процессов, приоритеты инноватизации экономики.
Key words: strategic innovative processes, management of innovative processes, directions of innovative development, problem of innovatization of national economy, efficiency of mechanisms of management of innovative processes, innovatization priorities of economy.

Резюме
Проблемы эффективности инновационных процессов и управления инновациями
В статье исследованы стратегические подходы к проблемам эффективности инновационных процессов и управления инновациями. Раскрыта сущность и важность существующих проблем в управлении инновационными процессами. Обоснована необходимость ускорения основных направлений инновационного развития. Обоснована важность интенсификации совершенствования процессов инноватизации национальной экономики Азербайджана в ближайшей перспективе. Обобщены ключевые моменты по проблемам эффективности инновационных процессов и управлению инновациями в современных условиях.

Summary
Problems of efficiency of innovative processes and innovation management
Strategic approaches to problems of efficiency of innovative processes and innovation management are investigated in the article. The essence and importance of the existing problems in innovation management is disclosed with this purpose. Need of acceleration of the main directions of innovative development is improved too. Importance of an intensification of improvement of processes of an innovatization of national economy of Azerbaijan is improved too. The key moments on problems of efficiency of innovative processes and innovation management in modern conditions are generalized in the end of the article.

“GEOSTRATEGİYA” jurnalı №02 (50) MART-APREL 2019

Comments are closed, but trackbacks and pingbacks are open.