Press "Enter" to skip to content

Əbəlfəz rəcəbli

Войти через VK ID

Məqalələr

“Qəməri Bəni-Haşim” ləqəbi ilə tanınmış Həzrət Əbül-fəzl ibn Əli (ə) hicrətin 26-cı ili, şəban ayının 4-də dünyaya gəlmişdir. Islam aləmində Həzrət Əbülfəzl (ə) Qəməri-Bəni-Haşim (yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə məruflaşmışdır. Atası, Allahın hüccəti Həzrət Əli (ə), anası isə öz şücaətləri ilə ad qazanmış “Kilab” qəbiləsindən olan ümmülbənidir. Xanım Fatimə (s.ə) dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) qardaşı Əqilə demişdi ki, onun üçün elə bir tayfadan həyat yoldaşı seçsin ki, onun üçün qeyrətli və şücaətli bir oğlan dünyaya gətirsin. Əqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz ümmülbənini həzrət Əliyə (ə) tövsiyə elədi.
Həzrət Əlidən (ə) tərbiyə alan Həzrət Əbülfəzl bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur. öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər salmışdır. Imam Cəfər Sadiq (ə) belə buyurur: “Bizim əmimiz Həzrət Əbülfəzlin (ə) dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O (ə), Imam Hüseynlə (ə) birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı. O Həzrətin (ə) yolunda canını fəda edib şəhid oldu.”

Imam Səccad (ə) o həzrətin (ə) barəsində belə buyurur: “Həzrət Abbas (ə) təlim görməmiş alimdir. çünki o, ilahi elmin mənbəyi, Həzrət Peyğəmbərin varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır.”

O Həzrətin (ə) şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: “Siffeyn müharibəsində misilsiz şücaəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin (ə) ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl (ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbülfəzl (ə) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl (ə) onu da məğlub edərək öldürdü.” Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundakılardan onunla vuruşmağa heç kim cəsarət etmədi.

Həzrət Əbülfəzin (ə) məqam və fəziləti barəsində sadəcə bir məsələni qeyd etmək kifayətdir ki, o Həzrətin (ə) hənsı məqama sahib olduğunu görək. Belə ki, məsum şəxsə yalnız məsum olan bir şəxs qüsl verib namaz qıla bilər. Həzrəti Muhəmmədə (s) Həzrət Əli (ə) qüsl verərkən ona Fəzl ibn Abbas və ibn Əbdülmttəlib su tökməklə kömək edirdilər. Lakin onlar parça ilə gözlərini bağlayaraq bunu etmişlər ki, Peyğəmbərin (s) mübarək bədənini görməsinlər. çünki qeyri-məsum şəxslər məsum şəxsin bədənini görsələr kor ola bilərlər. Amma Imam Hüseyn (ə) Imam Həsənə (ə), qüsl verərkən Həzrət Əbülfəzl (ə) gözü açıq iştirak etmişdir. Həzrət Əbülfəzl (ə) ömrünü qardaşı Imam Hüseynin (ə) yanında keçirmiş və daim ona sadiq qalaraq atasına verdiyi vədə əməl etmişdir.

Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə ad qazanan Həzrət Əbülfəzl (ə) ömrünün sonuna qədər zalımlara qarşı mübarizədən çəkinməyərək Allahın hüccətinni qəhrəmancasına müdafiə edərkən, Əhli Beyt (ə) xanədanına su gətirərkən Fərat sahilində şəhadətə yetişdi. Hələ Tasua gecəsi qarşı tərəfdən gələn “amannamə”yə yox cavabı verən Həzrət Abbas (ə) bir daha öz vəfasını göstərdi. Imam Səccad (ə) Həzrət Əbülfəzlin məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur: “Allah Təala əmim Abbasa (ə) rəhmət eləsin. O, həqiqətən canından keçib özünü qardaşına fəda elədi, Allah-Təala onun kəsilmiş qollarının əvəzinə əmisi Cəfər Təyyar kimi iki qanad vermişdir ki, mələklər kimi uçaraq cənnətə daxil olsun. Onun Allah Təala yanında elə bir məqamı var ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamını təmənna edərlər.” Imam Sadiq (ə) Həzrət Əbülfəzl (ə) haqqında belə buyurur: “Ilahi haramları sənin haqqında halal bilən və səni öldürməklə islamın hörmətini tapdalayanlara Allah lənət eləsin.”

Əbülfəzlin (ə) Kərbəladakı qəhrəmanlığı barəsində Təbəri belə yazır: “Məhərrəm ayının 7-də Imam Hüseyn (ə) ordusunu mühasirəyə alaraq suyu onların üzünə bağladılar. Əbülfəzl (ə) su gətirmək üçün Imam Hüseyndən (ə) icazə alaraq 30 atlı, 20 piyada və 20 su tuluğu ilə Fərat çayına tərəf yollandı. çaya yetişdikdə suyun qarşısını kəsən düşmən qoşunu ilə rastlaşdılar. Bir dəstə onlarla vuruşduğu halda digər dəstə tuluqları su ilə doldurub oranı tərk etdilər. Döyüşçülər arasında öz şücaəti ilə Həzrət Abbas (ə) düşmənin gözünü elə qorxutmuşdu ki, heç kim ona yaxınlaşıb döyüşmək istəmirdi.

Aşura gecəsi Imam Hüseyn (ə) öz xeyməgahında ibadətlə məşğul olarkən Həzrət Əbülfəzl (ə) onu mühafizə etmiş və daim Əhli Beytin (ə) xidmətində durmuşdur. O gecə Həzrət Əbülfəzl (ə) qardaşlarına xitab edərək buyurdu: “Bu gün elə bir gündür ki, gərək cənnəti satın alaq və canımızı Imam Hüseynə (ə) fəda edək. Bunu ona görə etmirik ki, biz onun qardaşlarıyıq, bunu ona görə edirik ki, Imam Hüseyn (ə) Allahın yer üzündəki hüccətidir.” Bunu eşidən Imam Hüseyn (ə) buyurdu: “Ey qardaş, aləmlərin Rəbbi sənə əcr versin.”

Aşura günü haqqın bayraqdarı olan Əbülfəzl (ə) Imamın göstərişi ilə meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getmək üçün Imam Hüseyndən (ə) icazə alaraq növbə ilə meydana getdiyi halda Həzrət Əbülfəzl (ə) Imam Hüseynin (ə) əmrini gözləyirdi. Sonda o, Imam Hüseyndən (ə) icazə alaraq su gətirmək üçün Fərata yollandı. Zalımlarla üzləşən Həzrət Əbülfəzl (ə) ilk növbədə onları haqqa tərəf səslədi, lakin onlar buna etina etməyərək öz zülmlərindən əl çəkmədilər. Həzrət Əbülfəzl (ə) tuluğu ilə su doldurub qayıdarkən Onun (ə) sağ əlini kəsdilər. Bir müddət sol əli ilə vuruşduqdan sonra Həzrətin (ə) sol əlini də kəsdilər. Ancaq Kərbəla ələmdarı bayrağın yerə düşməsinə imkan verməyərək onu sinəsinə sıxaraq saxladı. Hər tərəfdən o Həzrəti (ə) ox və nizə ilə yaraladılar. Həzrət (ə) fəryad edərək buyurdu: “Məndən sənə salam olsun ey əba Əbdullah.” Bunu eşidən Imam Hüseyn (ə) onun yanına gələrək Həzrətin (ə) mübarək başını qucaqlayaraq buyurdu: “Indi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı.”

Həzrət Əbülfəzl (ə) Kərbəlada Imam Hüseynin (ə) hərəminin yaxınlığında dəfn olunub.

O Həzrəti vasitə bilib sidq ürəklə Allah Təaladan istənilən hacətlər tezliklə qəbul olur. Elə bu səbəbə görə o Həzrəti (ə) “Hacətlər qapısı” daadlandırırlar.
tovuzumdu.azersayt.com

Əbəlfəz rəcəbli

Войдите в ОК, чтобы видеть больше.

Войти через

Войти через VK ID

Войти через Почту

Войти с помощью Google

Войти через Яндекс

Войти через Apple

14 мар 2016

Əbəlfəz Abbas ağa haqqında çox qısa və ətraflı məlumat. oxumayan qalmasın
Hicri təqvimi ilə 26-cı il, rəcəb ayının dördüncü günü Kərbəla ələmdarı, Neynəva saqi, Bəni-Haşimin Qəməri həzrət Əbülfəzl Abbas dünyaya göz açdı. (. (Vəqaye və həvadis, c. 3, səh. 30)
O həzrətin əziz atası təqvalılar mövlası, Əmirəlmöminin Əli (ə), uca məqamlı anası isə Ümmi-bəni ləqəbli, Fatimə Kəlabiyədir. O mübarək doğulmuş uşağın qundağının əziz atası Əmirəlmömininin əlinə (ə) verdilər. İmam onu görəndə mübarək gözərində gözləri yaşla doldu. Sonra peyğəmbərin (s) sünnəsinə uyğun olaraq onun sağ qulağına azan, sol qulağına iqamə oxudu. Sonra Ümmil-bənindən soruşdu: “Onu necə adlandırdınız?”O dedi: Mən heç bir işi sizdən öncə yerinə yetirməmişəm. Bəyəndiyiniz hər hansı adı ona seçin. Əmirəlmöminin buyurdu: “ Bu uşağı əmimin adı ilə – Abbas adlandırıram.”
Həzrət Abbasın künyəsi Əbülfəzldir. Çünki o həzrətin həyatı başdan-başa fəzilət və ütsünlükdən ibarətdir. Onun ən məşhur ləqəbləri:
Qəməri-bəni-haşim, Babül-həvaic, Babül-Hüseyn (ə), Səqqa, Əbdü Saleh, Əl-Həvasi (fədakarlıq edən), Sədiq, Sahibül-ləva (bayraqdar). (Çehreye-derəxşane- qəməre bəni- haşim, Əbülfəzlil-Əbbas: c. 1, səh. 147).
Həzrət Abbas (ə), xoş simalı və gözəl idi. Ona görə də onun ləqəbi “Bəni-Haşimin Ayı”- dır. Uca qamətli güclü qollara sahib idi. Ata süvar olanda o həzrətin dizi, atın boğazına çatardı. Allahın Cəlal və Cəbərutun məzhəri idi. Şücaət və (gözəl) sifətlərdə İmam Hüseyndən (ə) sonra Əmirəlmöninin (ə) ölvadlarının öncülü idi.
O həzrət bir parça iman və bəsirət idi. İmam Sadiq (ə) onun ziyarətnaməsində belə buyurub: “Şəhadət verirəm ki, sən, bir an da olsa, süstlük göstərməyib, qayıtmamısan. Sənin addımların dinin iman və bəsirətində0 iz qoyub. ( Kamilül-ziyarat, səh. 786.) Başqa bir yerdə buyurub: “ Bizim əmimiz Əbbas (ə), iti (açıq) gözlü və möhkəm imanı var idi. Qardaşı ilə birgə cihad edib, Allahın imtahanından qalib çıxıb və şəhadətlə həyat köçünü yığdı.” (Ə`yanüş-şiə, səh. 786)Sonda o həzrətin məqamı haqqında İmam Baqirin (ə) buyurduğu (ə) rəvayəti sizə təqdim edirik:
Qiyamət qopanda Peyğəmbəri-əkrəm (s), Əmirəlmömininə (ə) buyurucaq: Fatiməyə de, ümmətin şəfaəti üçün Allahın dərgahına nəyi (ərz) təqdim edirsən? Həzrət Əli (ə) onun sözünü çatdıracaq və cavabında o böyük xanım buyuracaq: “ Oğlum Abbasın kəsilmiş iki əli, bu məqam üçün kifayətdir. ( Məalüyül-Sibtəyn, c. 2, səh. 452).

Əbəlfəz

Группой крупнейших российских правообладателей авторских и смежных прав, а именно: ООО «НЦА», ООО «ЛенГрад», ООО «Креатив Медиа», ООО «Новый мир», ООО «Медиалайн», ООО «Диджитал Прожект» и другими, в рамках заключенных с ООО «АдвМьюзик» лицензионных соглашений, вэб-сайту https://lightaudio.ru предоставлены разрешения на использование музыкального контента, принадлежащего данным Правообладателям, способом доведения до всеобщего сведения в цифровой форме через Интернет.
Вместе с тем, ООО «АдвМьюзик» не является владельцем, администратором или хостинг-провайдером сайта, не размещает, и не влияет на размещение на сайте любых авторских произведений и фонограмм.
По вопросам, связанным с использованием контента заявленных выше Правообладателей, просьба обращаться на support@advmusic.com.
По вопросам, связанным с использованием контента Правообладателей, не имеющих Лицензионных Договоров с ООО «АдвМьюзик», а также по всем остальным вопросам, просьба обращаться в службу технической поддержки сайта на mail@lightaudio.ru

© 2023 lightaudio.ru
Правовая информация
Описание услуг

Comments are closed, but trackbacks and pingbacks are open.