Press "Enter" to skip to content

Cari planlaşdırma kurikulum

Təlimçilər kurikulumun tələblərini gözəl bilməli, İKT bacarıqlarına yiyələnməli, səbirli və dözümlü, nitqi səlist və inamlı olmalıdır. Təlimçi dinləyicinin verə biləcəyi suallara özünü əvvəlcədən hazırlamalıdır. Onlar təlim prosesini maraqlı, rəngarəng qurmalı, ilk dərsdən kurikulumun qarşıya qoyduğu tələblərin mahiyyətini dəqiq � çatdırmalı, kurikulumun təhsilin keyfiyyətində yarada biləcəyi dönüşləri � aydın şəkildə izah etməlidirlər. Dinləyicilərin gündəlik davamiyyəti, aktivliyi, fəaliyyəti kurikulum materiallarının öyrənilməsinin ən mühüm tərkib hissəsidir və bu zaman əyanilik, sadədən mürəkkəbə doğru prinsipinin gözlənilməsi son dərəcə mühümdür. Kurikulum tələblərini öz üzərində hiss edən, onun tələblərinə cavab verən təlimçi bu tələblərdən doğan şərtləri daha məqsədəuyğun həyata keçirə bilər.

Cari planlaşdırma kurikulum

Hər dövrün dəyişkən, özünəməxsus tələbinə uyğun, istənilən dəyişikliyə (xüsusil ə informasiya dəyişikliyinə) adaptasiya qabiliyyəti yüksək, öz üzərində işləməyi bacaran, öyrənməyi öyrənən, fəaliyyətində müasir texnologiyalar və dövrün tələbinə uyğun mümkün yenilikləri tətbiq edən, yüksək mənəvi keyfiyyətlərə və dünyəvi dəyərlərə malik şəxsiyyət yetişdirmək cəmiyyətin başlıca problemlərindən biridir. Qloballaşmanın vüsət aldığı informasiya cəmiyyətində şəxsiyyətin yetişməsində genetika və mühitlə yanaşı təhsilin də rolu böyükdür. Təhsil nəinki ölkədaxili ziyalı mühitin formalaşmasına xidmət edir, eyni zamanda beynəlxalq aləmdə də ölkənin rolunu müəyyən edən əsas amillərdən biri kimi öz ağırlığını saxlayır. Birləşmiş Millətlər Təşkilatının «Təhsil əsri» kimi elan etdiyi XXI əsrin əsas xüsusiyyətləri təhsilin inkişafına da öz təsirini hiss etdirməkdədir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: «Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır, Təhsil də daim təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın təhsil işçilərinin üzərinə düşən vəzifələrdir». Elə bu fikri rəhbər tutaraq «müasir dövrün tələbinə cavab vermək», «dünya təhsilinə inteqrasiya etmək» və sairə kimi məqsədləri özündə cəmləşdirən Təhsil islahatları həyata keçirilməyə başladı. Bu islahatlarının nəticəsidir ki, ilk əvvəl təhsilin quruluşunda təməlli dəyişikliklər oldu. Təhsil pillələri Məktəbəqədər təhsil pilləsi, Ümumi təhsil pilləsi, Ali təhsil piləsi olaraq

formalaşdırıldı. Müstəqil Azərbaycan Respublikasının təhsil tarixində ilk dəfə 2006-cı ildə «Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)» adlı sənəd hazırlandı və təklif və rəylər nəticəsində yenidən nəzərdən keçiriliən fənn kurikulumları 2007-ci ildə təsdiq olundu. İbtidai təhsil səviyyəsi üzrə ibtidai təlimin məzmunu və təşkili ilə bağlı zəruri məsələləri özündə əks etdirən təsdiq olunmuş konsepsiya artıq tətbiq olumağa başladı. Milli Kurikulumun tərkib hissəsi olub, ənənəvidən fərqli olaraq mövzular yox, ayrılıqda hər bir fənnin məqsədini, məzmununu, siniflər üzrə təlim nəticələrini, təlim strategiyalarını, şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən Fənn Kurikulumunun Ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsində tətbiqinə bu ildən start verildi. Ənənəvi təhsildən şəxsiyyətyönümlü, şagirdyönümlü, inteqrativlik və tələbyönümlü olmağına görə seçilən Müasir kurikulumun ən xarakterik xüsusiyyətlərindən biri onun nəticəyönümlü olmasıdır. Ənənəvi təhsil proqramının əsas məqsədi fənlərin tədrisi idisə, Müasir Kurikulumun əsas məqsədi bacarıq və vərdişlərə malik şəxsiyyət yetişdirməkdir və bu məqsəddə fənlər sadəcə məqsədə çatmaq üçün vasitədir. Həm də kurikulumda şagirdlərin sonda əldə edəcəyi nailiyyətlər əvvəlcədən təlim nəticələri formasında göstərilir və bütün strategiya həmin təlim nəticələrinə çatmaq üçün qurulur. Müasir Kurikulumun əsas məqsədi yaşadığı informasiya bolluğu ilə təchiz olunan cəmiyyətin tələblərinə cavab verən, tənqidi, məntiqi, yaradıcı təfəkkürə malik, özündə istənilən sahə üçün tətbiqi zəruri olan müəyyən bacarıq və vərdişləri formalaşdıran və daim öyrənən, özünü təkmilləşdirən şəxsiyyət formalaşdırmaqdan ibarətdir.

Bütün bu və ya digər tələblər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)» dövlət sənədində öz əksini belə tapmışdır:

· təhsilin məzmununu təhsilalanların və cəmiyyətin təlabatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq;

· məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;

· təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqlarının aşılanmasını təmin etmək;

· təhsilin məzmununa, şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək.

Dövlət sənədində əksini tapan bütün bu tələblərin tədris prosesində həyata keçməsi üçün müəllimin üzərinə xüsusi məsuliyyət düşür. Standartlara əsaslanan nəticəyönümlü fənn kurikulumunun ugurlu tətbiqi üçün müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bilik və bacarıqlarını sərf etməklə şagirdlərə nəinki bilik verir, eyni zamanda şagirdin gələcək fəaliyyəti üçün zəruri olan bacarıq, vərdiş, dəyər və keyfiyyətləri formalaşdırır. Fənn kurikulumunun strukturu fənnin məqsədi və məzmunu, təlim strategiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirir.

Müəllim, kompetensiyalara (kompetensiya-XXI əsrin tələbinə uyğun şəxsiyyət yetişdirmək üçün, tələb olunan bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyətlərin siyahısı) malik insanlar cəmiyyətini formalaşdırmaq üçün təlim prosesində strategiyasını düzgün müəyyənləşdirməlidir. Təlim strategiyası – məzmun standartlarını ödəməklə məqsədə çatmaq üçün təlim prosesinin məqsədəuyğun təşkili və sonda real nəticələrinin qiymətləndirilməsidir.

Təlim strategiyaları dedikdə təlimin təşkilinə verilən əsas tələblər, təlim fəaliyyətinin planlaşdırlması, üsullar və iş formaları nəzərdə tutulur.

Təlim strategiyasını müəllim əvəlcə təlimin təşkilinə verilən tələblər i müəyyənləşdirməklə qurmağa başlamalıdır.

Pedoqoji prosesin tamlığı – tərbiyə, təhsil və təlim proseslərinin özünəməxsus spesifik xüsusiyyətlərini birləşdirərək ümumi bir məqsədə, yəni şəxsiyyətin inkişafına yönəlməsi prosesidir. Müəllim həm tərbiyə, həm də təlimin üç əsas funksiyalarının – təhsilverici (öyrədici), tərbiyəetdirici və inkişafetdirici funksiyalarının təlim prosesində tətbiqinə diqqət yetirməlidir.

Təlimdə bərabər imkanların yaradılması – irq, cins, millət, hər hansı bir fiziki qüsur və sairə amilləri nəzərə almadan təlim prosesində bütün şagirdlərə, onların potensial imkanlarını nəzərə almaqla bərabər imkanların yaradılması prosesidir. Bu prosesi sinifdə uğurla tənzimləyən müəllim şagirddə özünəinam hissi yaratmaqla bərabər, həm də şagirdlərdə tolerantlıq, fərqlərin dərk edilməsi, təzyiq göstərmədən çoxmədəniyyətli cəmiyyətin həyatında münaqişələri tənzimləmək bacarığı kimi kompetensiyaları formalaşdırır.

Şagirdyönümlülük – şagirdlərin dəyişən və daim inkişaf edən maraqlarını nəzərə almaqla və öyrədici, inkişafetdirici və tərbiyələndirici təlim mühitini yaradaraq tələbatlarını ödəməklə, onların istedad və qabiliyyətlərini üzə çıxarılması, potensial imkanlarının aşkarlanması və müəllim tərəfindən inkişaf etdirilməsi prosesidir. Bu prosesi təlim prosesində uğurla tətbiq edən müəllim, şagirdlərdə tək biliyi formalaşdırmır, eyni zamanda onların potensialına və qabiliyyətlərinə uyğun bacarıqları formalaşdırır ki, bu da şagirdlərdə həm peşə seçimini asanlaşdırır, həm də bir çox həyati bacarıqlara yiyələnməklərinə şərait yaradır.

İnkişafyönümlülük – şagirdin idrak fəallığının sadədən mürəkkəbə (siniflər üzrə) prinsipi ilə izlənməsi, nailiyyətlərinin təhlil edilməsi, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsinin tənzimlənməsi prosesidir. Təlim prosesində bu tələbə əməl edən müəllim – şagirdin fəaliyyəti səviyyəsində izlənən yüksəliş və enişi izləməklə şagird fəaliyyətinin zəifləmə nöqtəsini müəyyən edir və zəifləmə səbəblərini araşdıraraq şagirdə mənəvi, psixoloji dəstək olaraq irəliləməsinə şərait yaradır.

Fəaliyyətin stimullaşdırlması – şagirdlərdə təlimə marağı artırmaq üçün onların fəaliyyətində bütün irəliləyişlərin qeyd olunması və dəyərləndirilməsi prosesidir. Bu tələbi təlim prosesində reallaşdıran müəllim, şagird nailiyyətlərini izləmək üçün müxtəlif yoxlamalar aparmaqla, şagirdləri ölkədaxili və beynəlxalq müsabiqə və olimpiadalara cəlb etməklə, şagirdlərdə müvəffəqiyyətə inam, nailiyyətləri yüksəltmək məqsədi, daha böyük nailiyyətlərə imza atmaq üçün səy və inamlı cəhd kimi fəaliyyətstimullaşdırıcı keyfiyyətlər formalaşdırır.

Dəstəkləyici təlim mühitinin yaradılması – şagird üçün pedoqoji prosesdə münasib maddi-texniki bazanın təşkili və sağlam mənəvi-psixoloji mühitin yaradılması prosesidir. Təlim prosesində bu prosesi tətbiq edən müəllim, müasir tələblərə cavab verən əşyavi mühit (sinifdə əşyaların, mebellərin şagird istifadəsinə uyğun təşkili) yaratmaqla yanaşı, şagirdlərin müxtəlif öyrənmə vasitə və üsullarından istifadə etmələri üçün əlavə resurslardan, tədris vəsaitlərindən istifadəsini təmin etməklə bir sıra dəyər və mənəvi keyfiyyətlərin formalaşması üçün əməkdaşlıq, ünsiyyət kimi bacarıqları yaratmaqla dəstəkləyici mühiti təmin edir.

Təlim strategiyasının qurulmasının digər şərtlərindən biri də təlim fəlaiyyətinin planlaşdırlmasıdır. Kurikulumda dövlət tərəfindən şagirdin bilik və bacarıına qoyulan tələbə yəni, standarta nail olmaq üçün müəllim təlim fəaliyyətini düzgün planlaşdırmalıdır.

Planlaşdırmanın 2 növü var:
1. Perspektiv (illik) planlaşdırma.
2. Cari (gündəlik) planlaşdırma
Perspektiv planlaşdırma nı tərtib edən müəllim xüsusilə bir neçə məqama diqqət etməlidir.

1). Tədris vahidinin və mövzuların ardıcıllığını düzgün müəyyənləşdirməlidir. (Sadədən mürəkkəbə doğru)

2). İnteqrasiya imkanlarını düzgün müəyyən etməlidir. (Fənndaxili və fənlərarası)
3). Şəraitə və sinfin səviyyəsinə uyğun resursları seçməlidir. (Əlavə vəsaitlər və təchizat)

4).Şagirdlərin inkişaf və qavrayış səviyyələrini nəzərə almaqla mövzulara uyğun vaxt bölgüsü aparmalıdır, yəni mövzuların çətinlik dərəcəsinə uyğun ayrılan vaxt bölgüsünü özü azaldıb, artırmalıdır.

İnformatika fənni üzrə I yarımil üçün perspektiv planlaşdırma nümunəsi:

Ümumi təhsil pilləsində tədris olunan hər bir fənnin özünəməxsus məqsədlərindən əlavə, ümumi məqsədlərindən biri f ə nni m ü asir informasiya c ə miyy ə tinin t ə l ə bl ə rin ə uy ğ un t ə dris etm ə kdir . M ü asir Kurikulum t ə tbiq olunan sinifl ə rd ə fənlərin F ə al ( interaktiv ) t ə liml ə t ə drisi t ə lim prosesini ş agirdl ə rin mara ğı na uy ğ un qurma ğ a xidm ə t edir . Hər bir fənni tədris ed ə n m üə llim – qar şı s ı nda duran v ə zif ə l ə ri yerin ə yetirm ə si , f ə nin m ə qs ə dini ə nail olmas ı v ə n ə inki bu g ü n ü n , h ə tta sabah ı n da t ə l ə bl ə rin ə cavab ver ə n şə xsiyy ə t formala ş d ı rmas ı üçü n h ə r g ü n ü n cari planla ş d ı rma s ı n ı d ü zg ü n qurmal ı d ı r . M ö vzuya uy ğ un d ü zg ü n se ç ilmi ş t ə lim ü sullar ı, i ş formalar ı, Fəal dərsin mərhələlərinə uyğun qurulmuş məqsədli strategiya, şagirddə idrak fəallığı yaradacaq motivasiya, t ə nqidi , m ə ntiqi , yarad ı c ı t ə f ə kk ü r ü n inki ş af ı na y ö n ə ldilmi ş i ş v ə r ə ql ə ri şagird fəaliyyətlərin düzgün izlənilməsi və obyektiv qiymətləndirilməsi ş agirdl ə rin t ə lim n ə tic ə l ə rin ə daha tez ç atmalar ı na imkan yarad ır.

Cari planlaşdırmanın sxemi:

Hər bir sinfin, bütövlükdə desək fənnin ümumi təlim nəticələrinin reallaşdırılmasının həyata keçirilməsi tədris prosesində is formaları və üsullar ın məqsədəuyğun seçilməsindən birbaşa asılıdır. Alt standartın təlim strategiyalarının xüsusi ilə, tədris prosesində forma və üsulların düzgün seçilməsində mühüm rol oynadığını bilirik. Təlim prosesinin bütün mərhələləri üçün səmərəli və vahid təlim forması və üsulu yoxdur. Tədris edəcəyi mövzudan, mövzunu əhatə edən daha dogrusu alt standartın bilik və fəaliyyətini özündə əks etdirən tapşırıqlardan, şəraitdən və sinfin anlaq səviyyəsindən asılı olaraq iş forması olaraq müəllim kiçik və ya böyük qruplarla işin təşkilindən, cütlərlə və ya fərdi işdən istifadə edə bilər. Məsələn, V sinif İnformatika fənninin tədrisində «İnformasiyanın kodlaşdırlması» mövzusunda kiçik qruplarla işləmək daha məqsədəuyğundur. Çünki, informasiyanın kodlaşdırılması üsulları çox olduğundan bu mövzunun araşdırlmasında kiçik qruplarla iş formasından istifadə olunsa hər bir kodlaşdırma üsulu haqqında şagirdlər tədqiqat aparmış olacaqlar və informasiya mübadiləsi prosesində digər qrupları da tanış etmiş olacaqlar. «Şəkilli mətnlər» mövzusunda şəraitdən asılı olaraq cütlərlə işdən istifadə daha effektli ola bilər. Fikrimcə, tətbiqi proqramların mənimsənilməsi və proqram üzərində praktik bacarıqların inkişafı üçün bu iş formasından istifadə daha məqsədəuyğundur, çünki bu proses zamanı hər bir şagird praktiki işdə öz bacarığını formalaşdırmış olur.

T ə lim prosesind ə « M ə nim ş agirdl ə rim n ə yi bilirl ə r ?», « Onlar n ə yi ö yr ə nm ə k ist ə yirl ə r ?», « M ə n ş agirdl ə rimin inki ş af ı n ı t ə min etm ə k üçü n hans ı ü sulu se ç m ə liy ə m » kimi suallarla m üə llim cavab tapmal ı d ı r . M üə llim ü sullar ı el ə se ç m ə lidir ki , ş agirdl ə r yeni bilikl ə r almaqla yana şı, ə vv ə lki bilikl ə rini sistemli şə kild ə t ə krarlam ış olsunlar , ə ld ə etdiyi biliyin t ə tbiq bacar ığı na yiy ə l ə nmi ş olsunlar v ə ə ld ə etdikl ə ri yeni informasiyalar ı m ö hk ə ml ə ndirsinl ə r . M ə s ə l ə n , İ nformatika fənnində bir-biri ilə sıx bağlı 4 məzmun xətti vardır. Bu məzmun xətlərinin tədrisində klaster, söz assosasiyası, auksion, İNSERT, BİBÖ cədvəlindən istifadə şagirdlərin ilkin biliklərini müəyyənləşdirmək üçün effektiv vasitədir, müəllimlər üçün isə bu üsullar diaqnostik qiymətləndirmə üçün də effektivdir. Bu üsullar istifadə sinfin səviyyəsini müəyyənləşdirmək üçün və təlim strategiyalarını təyin etmək üçün şərait yaradır. 3- cü məzmun xəttinin tədrisində Venn diaqramı, semantik sxem, rollu oyun, təqdimat, esse, layihələrin hazırlanması və sairə üsullardan istifadə etmək olar. Əsas şərt həmin üsullardan istifadə zamanı şagirddə hansı bilik, bacarıq və vərdişlərin formalaşmasına müəllimin diqqət yetirməsidir. Məsələn, tədris prosesində Venn diaqramının tətbiqi zamanı şagirdlərin öyrəndikləri tətbiqi proqramları müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirməklə müqayisəli məntiqi təfəkkürü inkişaf etmiş olur və sairə.

Müəllim, dərs prosesində psixoloji mühiti lazımi səviyyədə qurmasıyla, müəllim-şagird, şagird-şagird arasında qarşılıqlı hörmət, müzakirə zamanı irəli sürdükləri fikirlərə hörmətlə yanaşılacağına inam yaratmaqla və hər bir fənnin özünəməxsus təlim nəticələrinə nail olmaq üçün təlim strategiyalarınnı düzgün qurmaqla cəmiyyətimizin etibarlı gələcəyi üçün şəxsiyyət yetişdirmək kimi şərəfli missiyanı yerinə yetirmiş olur.

Planlaşdırma

1. Planlaşdırma funksiyası, onun məqsədi və vəzifələri.
2. Strateji planlaşdırma.
3. Taktiki planlaşdırma.
4. Cari planlaşdırma.

Planlaşdırma funksiyası menecmentin ən zəruri funksiyalarından biridir.
Menecmentin bütün sahələri üçün aşağıdakı 3 planlaşdırma funksiyası xarakterikdir:
1. İstehsalın planlaşdırılması.
2. İşçi qüvvəsinin (kadrların) planlaşdırılması.
3. Maliyyənin planlaşdırılması.
İstehsalın icrası üçün maddi ehtiyatlar elə planlaşdırılmalıdır ki, işi görmək üçün pul vəsaitləri çatdırıla bilsin və işçi qüvvəsi yetərincə olsun. Məhz bu səbəbdən də hər üç funksiyanın yerinə yetirilməsi üçün qabaqcadan planlaşdırma zəruridir. Vaxta görə təsiri nəzərə alınmaqla, planlaşdırmanı 3 mərhələyə ayırmaq olar: a) strateji; b) orta müddətli; v) cari (operativ).
Strateji plan – (strategiya – latınca “sərkərdənin məharəti”, uzaqgörmə deməkdir) görüləcək işin əvvəlcədən uzun müddətli planlaşdırmasıqdır. Bu plan olmasa, orta və cari planların hazırlanması və həyata keçirilməsi mümkün olmaz. O, idarəetmənin təşkili və planlaşdırılmasının əsasıdır. Strateji planlaşdırmanın ardıcıllıq mərhələləri aşağıdakı sxemdə verilmişdir (Şəkil 10).

Daxili zəif və güclü tərəflərin təhlili

Şəkil 10. Strateji planlaşdırmada ardıcıllıq

Sxemdə verilmiş ardıcıllıqla müəssisənin strategiyasının müəyyənləşdirilməsini izah edək:
1.Missiya – ali məqsəddir. Ali məqsəd 2 istiqamətə yönələ bilər: a). İstehsalla məşğul olmaq; b). Kommersiya işi ilə məşğul olmaq.
İstehsal fəaliyyəti üçün xammal, avadanlıq, texnologiya və. s lazımdır. Kommersiya fəaliyyəti üçünsə bunlar yox, digər amillər – bazar, bank, biznes və s. vacibdir.
Missiyanın müəyyən olunmasında aşağıdakı amillər zəruridir:
– Məramın nəzəri əsaslandırılması.
– İqtisadi təhliletmə: işi təşkil etmək üçün iqtisadi mühitin yararlı-yararsız olması və iqtisadi mühitin nəzərə alınmasının vacibliyi.
– Siyasi mühitin nəzərə alınması.
– Sosial vəziyyətin öyrənilməsi.
– Estetik və intelektual mühit.
– Dini və milli xüsusiyyətlər.
2.Məqsəd – missiyadan yaranır və onu həll etmək üçün qarşıya qoyulur.
3.Mühit – xarici və daxili təsir amilləri kimi mövcuddur. Məqsədə çatmaq üçün mühiti öyrənmək lazımdır, çünki o, məqsədə nail olmağa kömək edir.
4.Zəif və güclü amillərin tədqiqi. Öz vəziyyətimizi yoxlayırıq, zəif və üstün cəhətləri araşdırırıq. Zəifi aradan götürmək, üstünü daha da yaxşılaşdırmaq lazımdır.
5.Strateji alternativin təhlili.
Çatışmamazlığı aradan qaldırmaq üçün alternativ variant seçmək. Alternativ – hər hansı bir tədbirdə variantların olmasıdır. Burada seçim imkanı vardır.
6.Strategiyanın seçilməsi.
7.Strategiyanın həyata keçirilməsi
8.Strategiyanın qiymətləndirilməsi.
Strategiyanın həyata keçirilməsi üçün bəzi addımlar vacibdir (Şəkil 11):
Strategiyanın qiymətləndirilməsi görülən işin müzakirə və müqayisə edilməsidir. Əgər qiymətləndirmə müsbətdirsə razılıq əsasında iş davam etdirilir, əks halda isə, ya işin icrası, yaxud da tutulmuş plan dəyişdirilir.

Şəkil 11. Strateji icra mexanizminə daxil olan amillər

Taktika – qısa müddətli və strategiyaya uyğun olaraq tətbiq edilmiş tədbirdir.
Siyasət – taktikanın necə icrası üçün atılan addımdır, seçilən yoldur.
Proses – bilavasitə işin icrasıdır, işin mərhələlərlə, texnologiyaya və vaxta görə ardıcıllıqla yerinə yetirilməsidir.
Qayda – prosesin həlli üçün müəyyən edilmiş normativ və hüquqi aktdır. Qabaqcadan qoyulmuş qaydaları özbaşına dəyişdirmək və ya pozmaq olmaz. Əks halda, həm inzibati, həm də istehsal rejimi pozula bilər və istənilən nəticəni əldə etmək olmaz.
Strateji planlaşdırma adətən qlobal məsələlərin uzunmüddətli həllini nəzərdə tutur. Burada, əsasən maddi ehtiyatların, kadrların, istehsal vəsaitlərinin, texnika və texnologiyanın son məqsədə çatmaq üçün birgə istifadəsinin alqoritmi başa düşülür.
Strateji planlaşdırma məqsədə çatmaq üçün təyin olunmuş spesifik strategiyanın hazırlanmasına doğru aparan, rəhbərlik tərəfindən əvvəlcədən qəbul edilən qərar və ideyaların məcmusudur. Strateji planlaşdırma idarəetmə qərarların qəbul edilməsində istiqamətverici alətdir. Onun vəzifəsi – təşkilatda yenilikləri və dəyişiklikləri lazımi səviyyədə təmin etməkdir. Daha doğrusu, o, strateji planlaşdırma prosesi çərçivəsində idarəetmə fəaliyyətinin 4 əsas növünü özündə əks etdirir: ehtiyatların bölüşdürülməsi, ətraf mühitə uyğunlaşma, daxili əlaqələndirmə və təşkilati – strateji qabağıgörmə.
– Ehtiyatların bölüşdürülməsi – bu proses özündə fond, idarəçilik, kapital, kadrlar və texnoloji təcrübə kimi məhdud ehtiyatları əks etdirir.
– Ətraf mühitə uyğunlaşma. Bu uyğunlaşma geniş mənada izah edilməlidir. Ətraf mühitə uyğunlaşma, təşkilatın ətraf mühitlə münasibətlərini yaxşılaşdıran strateji xarakterli bütün fəaliyyəti özündə əks etdirməlidir. Belə ki, təbiətin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, flora və faunanın qorunması, əhalinin sağlamlığının mühafizə olunması və digər bu kimi vacib amillər nəzərə alınmalıdırlar.
– Daxili əlaqələndirmə – daxili əməliyyatları effektiv birləşdirməyə nail olmaq məqsədilə firmanın zəif və güclü cəhətlərini ifadə etdirmək üçün strateji fəaliyyətin əlaqələndirilməsini özündə əks etdirir.
– Təşkilati – strateji qabağıgörmənin dərk edilməsi, təşkilatın formalaşması və yaşadılması üçün menecerlər tərəfindən onun müntəzəm və dinamik inkişafının həyata keçirilməsini nəzərdə tutur.
Strategiyanın mahiyyəti. Strategiya, təşkilatın tapşırıqlarının həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərdən deyil, bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır. Strateji plan, geniş tədqiqatlara və real faktiki verilənlərə (göstəricilərə) əsaslanmalıdır. İndiki biznes dünyasında effektiv rəqabət aparmaq üçün firma müntəzəm olaraq bazar, rəqabət və başqa amillərə görə də çoxlu informasiya toplamaqla və onları təhlil etməklə məşğul olmalıdır. Strateji plan firmaya müəyyənlik (fərdilik) verir ki, bu da işçilərin müəyyən qrupunu cəlb edir və eyni zamanda marağı olmayan işçiləri firmadan uzaqlaşdırır. Nəhayət, strateji planlar elə hazırlanmalıdır ki, uzun müddət ərzində dəyişməz qalmaqla kifayətlənməsinlər, həmçinin lazım gəldikdə firmanın fəaliyyətini təkmilləşdirmək və yenidən istiqamətləndirməklə dinamikliyi və elastikliyi təmin etmiş olsunlar.
Ümumi strateji plana firmanın uzunmüddətli dövr üçün fəaliyyətini istiqamətləndirən kompleks tədbirlər proqram kimi baxmaq lazımdır.
Strategiyanın seçilməsi. Rəhbərlik, mövcud strateji alternativlərə baxdıqdan sonra konkret strategiyaya diqqət yetirib onu seçə bilər. Strategiyanın seçilməsində məqsəd, təşkilatın (firmanın) uzunmüddətli effektiv fəaliyyətini maksimum artırmaqdır. Strateji seçmə müəyyənləşdirilərkən bu seçim birmənalı olmamalıdır. Hər hansı konkret seçimə bağlılıq, gələcək strategiyanı məhdudlaşdıra bilər, buna görə də, qərar qəbul edərkən əsaslı tədqiqatlara və qiymətləndirməyə əsaslanmaq lazımdır. Bu zaman strateji seçməyə təsir göstərən aşağıdakı müxtəlif amillər mütləq nəzərə alınmalıdırlar: risk; təcrübə; rəqabət; vaxt.
Risk – qazanc və yaxud itki verə bilən fəaliyyətdir. Kifayət qədər ölçülüb-biçilməmiş və əsaslandırılmamış yüksək dərəcəli risk təşkilatı müflisləşdirib dağıda bilər.
Əvvəlki strategiyalar haqqında bilik və təcrübənin olması və onların təsirlərinin nəzərə alınması zəruri amildir. Çünki, çox tez-tez rəhbərlik şüurlu və ya şüursuz surətdə keçmiş strateji alternativlərin təsiri altında olur və istər-istəməz onlara istinad etməli olur.
Rəqiblərə və rəqabətə reaksiya. Firmalar çox tez-tez konkret strateji alternativin seçilməsində rəqiblərin münasibətlərini və rəqabət mühitini öyrənməli olurlar. Çünki yalnız belə olduqda rəhbərlik, bazarın tələb-təklif elastikliyinə cavab verə bilən müvafiq addımlar ata bilər.
Vaxt amili. Qərar qəbul edilməsi zamanı vaxt amili müvəffəqiyyətə və ya müvəffəqiyyətsizliyə səbəb ola bilər. Dar macalda, hətta yaxşı qərarın pis həyata keçirilməsi təşkilatın ziyana düşməsinə, bəzi hallarda isə hətta dağılmasına gətirib çıxara bilər.
Orta müddətli planlaşdırma strateji planlaşdırmadan törəyir və onun icrasına yönəlir. Orta planlaşdırma həm real işlərin nəticəsinə görə, həm də norma və normativlərin müqayisəli tutuşdurulmasına görə qurula bilər.
Cari planlaşdırma bilavasitə işlərin icrası ilə bağlıdır və gündəlik işlərin gedişinə mütənasib qurulmalıdır.

Müəllif: Ağasəf İmran
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007

Cari planlaşdırma kurikulum

Kurikulum təlimləri zamanı qarşıya çıxan problemlər həll olunur

Ulu öndər � Heydər Əliyev tərəfindən başlanmış təhsil islahatları öz nəticələrini verməkdədir. Təhsil sektorunun inkişafı üçün qəbul olunmuş dövlət proqramları son illər uğurla həyata keçirilir.

Artıq 6 ilə yaxındır ki, məktəblərdə tədris prosesi kurikulumun tələblərinə uyğun təşkil olunur. Bu müddət ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin qarşısında kurikulumun tətbiqi ilə əlaqədar nəinki orta məktəb müəllimlərini məlumatlandırmaq, həm də həmin müəllimləri hazırlamaq üçün təlimçilər yetişdirmək başlıca vəzifə kimi dururdu. Uzun müddətdir ki, respublikamızda böyük təlimçilər ordusunun fəaliyyət göstərməsinə baxmayaraq, kurikulumun tətbiqi ilə bağlı təlimçilər, demək olar ki, kifayət qədər deyildi. Bu işin həyata keçirilməsi üçün Təhsil Nazirliyinin qarşısında üç mühüm məsələ dururdu: orta məktəb müəllimlərinə təlim keçmək, kurikulum təlimçiləri hazırlamaq və həmin təlimçiləri hazırlayacaq kadrlar yetişdirmək. Bunun üçün kurikulum tətbiq olunanadək təlimçilik təcrübəsi olan bütün müəllimlər bu işə cəlb olundu ki, bu da kurikulum kurslarının respublika səviyyəsində həyata keçirilməsində böyük rol oynadı.

Təhsil Nazirliyi və YUNİSEF birgə kurslar təşkil etdilər. İlk anlarda müəyyən çətinliklər olsa da, təcrübəli � müəllimlər bu işdə yardımçı oldu.

Təlimçilər kurikulumun tələblərini gözəl bilməli, İKT bacarıqlarına yiyələnməli, səbirli və dözümlü, nitqi səlist və inamlı olmalıdır. Təlimçi dinləyicinin verə biləcəyi suallara özünü əvvəlcədən hazırlamalıdır. Onlar təlim prosesini maraqlı, rəngarəng qurmalı, ilk dərsdən kurikulumun qarşıya qoyduğu tələblərin mahiyyətini dəqiq � çatdırmalı, kurikulumun təhsilin keyfiyyətində yarada biləcəyi dönüşləri � aydın şəkildə izah etməlidirlər. Dinləyicilərin gündəlik davamiyyəti, aktivliyi, fəaliyyəti kurikulum materiallarının öyrənilməsinin ən mühüm tərkib hissəsidir və bu zaman əyanilik, sadədən mürəkkəbə doğru prinsipinin gözlənilməsi son dərəcə mühümdür. Kurikulum tələblərini öz üzərində hiss edən, onun tələblərinə cavab verən təlimçi bu tələblərdən doğan şərtləri daha məqsədəuyğun həyata keçirə bilər.

Kurikulumu dərslərində tətbiq edən hər bir müəllim bilməlidir ki, burada əsas məsələ təlim kurslarını kurikulumun tələblərinə uyğun təşkil etməkdir. Belə ki, kursun təşkili üçün cari planlaşdırma hazırlamalı, bu zaman interaktiv təlim metodlarından yerində istifadəni nəzərdə tutmalı və müdavimlərin kurikulum üzrə əldə etdikləri bilik və bacarıqları qiymətləndirmək üçün məqsədəuyğun qiymətləndirmə üsulu və vasitəsi seçməlidir.

Beləliklə, müdavimlər cari və illik planlaşdırmanı düzgün hazırlamaq, interaktiv təlim metodlarından düzgün istifadə etmək və qiymətləndirməni düzgün həyata keçirmək bacarıqlarına təcrübə vasitəsilə daha yaxşı yiyələnəcəklər.

Fəal təlimin təşkili zamanı müəllimlərin qarşısında duran əsas vəzifə düzgün təlim strategiyası ilə yanaşı müvafiq təlim üsulu seçməkdir. Bunun üçün � müdavimlərdə bu üsulların dərsin hansı mərhələsində və hansı iş forması ilə həyata keçirilməsinin daha məqsədəuyğun � olduğunu seçmək bacarığı formalaşdırmaq vacib şərtdir.

Dərsliklərdən istifadə bacarığına � yiyələnmək üçün müdavimlərə dərslik komplektinin əhəmiyyətini aşılamaq da mühüm məsələdir. Bununla yanaşı, müdavimlər bilməlidirlər ki, dərslik müəllimin tədris prosesini təşkil etməsi üçün vasitədir. XXI əsrin xüsusiyyətlərindən doğan kompitensiyalara yiyələnmiş hər bir müəllim tədris prosesinə yaradıcı yanaşaraq istər dərslikdən, istərsə də metodik vəsaitdən istifadə etməklə yanaşı digər mənbələrə, əyani vasitələrə və kompüter proqramlarına da müraciət etməlidir. Bunun üçün də müəllim illik və cari planlaşdırmanı mükəmməl qurmağı bacarmalıdır. Müdavimlər bilməlidirlər ki, cari planlaşdırma qeyri- rəsmi olsa da, onlara işlərində yaxından kömək edəcək.

Müəllimlər cari planlaşdırma sayəsində tədris prosesində qarşıya çıxan problemlərin həllini əvvəlcədən hazırlamış olurlar.

Təlimlər zamanı müdavimlərin daha çox qiymətləndirmə ilə bağlı çətinlikləri olur. Yeni qiymətləndirmə sisteminə alışmamış müəllimlər bunu həyata keçirməyin çox çətin olduğunu düşünürlər. Bu çətinlikləri aradan qaldırmaq məqsədilə təlimlər zamanı müdavimlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün yeni qiymətləndirmə standartlarından və mexanizmlərindən istifadə edilir. � Müdavimlər qiymətləndirmənin istiqamətlərini, formalarını və növlərini mənimsəməklə yanaşı anlayırlar ki, sinif jurnalından fərqli olaraq, formativ jurnal qeyri- rəsmi sənəd olsa da, onlara işlərində yaxından kömək edəcək. Belə ki, müəllimlər � uşaqların zəif tərəfini tanıyaraq tədris prosesini bu istiqamətdə qura bilərlər.

Formativ jurnaldakı qiymətlərin olduğu kimi məktəbli kitabçasına köçürülməsi valideynlər üçün də əhəmiyyətlidir.

Təlimlər zamanı rastlaşdığımız ən mühüm çətinlik uzun illərin təcrübəsinə yiyələnmiş və indiyə qədər ənənəvi sistemlə işləmiş müəllimlərə öyrədilənləri qəbul etdirməkdir. Bu problemin həllində fasilitasiya qaydalarını bilmək vacib məsələdir. Müdavimlər, fasilitasiya qaydalarını nəzəriyyədə deyil, � onlara qarşı olan münasibət vasitəsilə mənimsəyirlər. Təlimlər zamanı � �Gəlin bir- birimizdən öyrənək! � prinsipinə üstünlük verilməsi müdavimlərlə səmimi münasibət qurmağa � zəmin yaradır.

Nüşabə MEHTİYEVA,

Bakıdakı 35 nömrəli tam orta

məktəbin ingilis dili müəllimi

Xalq qəzeti.- 2013.- 14 fevral.- S. 5.

Comments are closed, but trackbacks and pingbacks are open.