Press "Enter" to skip to content

Əczaçılığın tarixi

Bu fundamental dərslik 58 bölmədən ibarətdir ki , onun da üçdə bir hissəsi Azərbaycanın əczaçılıq tarixini əhatə edir . Kitabda müxtəlif tarixi dövrlərdə təbabət və dərmanşünaslığın yaranması və inkişaf mərhələləri geniş təhlil olunur . İbtidai icma və qədim dövrə aid məlumatların dərslikdə öz əksini tapması bir daha onu göstərir ki , bəşər övladı yarandığı vaxtdan müxtəlif dövrlərdə qəbilələri, tayfaları, qədim dövlətləri bürüyən kütləvi xəstəliklərlə mübarizə üçün daima müalicə üsullarının, dərmanların axtarışında olmuşdur .

Azərbaycanda əczaçılığın tarixi

Azərbaycan xalqının dərman vasitələrindən istifadə etməsi tarixi ən qədim
dövrlərdən başlayır. Dərman vasitələrinin müxtəlif xəstəliklərdə işlədilməsi, yeni
müalicə vasitələrinin axtarışı və aşkar edilməsi, xəstəliklərə qarşı dərmanlarla mübarizə üsullarının müəyyənləşdirilməsi və s.bu kimi məsələlər uzun müddət sufi fikirlərin və baxışların təsiri altında olmuşdur. Lakin bu maneələrə baxmayaraq təbiətdə yeni müalicə vasitələrinin və eləcədə onların daha əlverişli dərman formalarının və tətbiq üsullarının axtarışı davam edirdi.
Öz coğrafi yerləşməsinə və mövqeyinə görə Azərbaycan tarix boyu başqa xalqların və dövlətlərin,xüsusilə işğalçı dövlətlərin mədəniyyəti, elmi,eləcə də təbabəti ilə təmasda olmaq məcburiyyətində qalmışdır.Bu isə öz növbəsində Azərbaycanda təbabətin inkişafına öz təsirini göstərməyə bilməzdi.
Məsələn, Ərəb xilafətinin hakimiyyəti dövründə ərəblərin inkişaf etmiş mədəniyyəti, elmi və təbabəti xilafətin bütün ərazisində, o cümlədən Azərbaycan ərazisində də qəbul olunmuşdur.
Həmin dövrdə Azərbaycanda təbabət və dərmanşünaslıq sahəsində baş vermiş
əlamətdar hadisələrdən , primitiv də olsa, ilk müalicə-profilaktika ocaqlarının yaradılması olmuşdur. Bunlardan xəstəianaları (dərüş – şəfa),aptekləri (əczaçıxana, tibb tədris müəssisələrini (tibb mədrəsələri) göstərmək olar. Bu dövrlərə aid aşkar edilmiş tarixi məlumatlar və əlyazmaları Azərbaycanda ilk dərmanşünaslıq ocaqlarının meydana gəlməsi ilə iarakterizə olunur. Bu dərmanşünaslıq ocaqlarına əttarlar rəhbərlik edirmişlər.Əttarlar əsasən dərman bitkilərinin toplanması , qurudulması və emalı, eləcədə özlərinin primitiv şəkildə təşkil olunmuş kiçik dükanlarında dərman vasitələrinin satışı ilə məşğul olurmuşlar.
Həmin dövrlərdə fəaliyyət göstərmiş əttarlardan və həkimlərdən qalmış əlyazmalarından məlum olur ki, Azərbaycanın xalq təbabətində bir çox otlardan, müxtəlif bitkilərin çiçəklərindən, köklərindən, toxumlarından, meyvələrindən, qabığından, kökümsov gövdəsindən, yarpaqlarından dərman vasitəsi kimi geniş istifadə edirmişlər, eyni zamanda müxtəlif dərman formaları (dəmləmələr, bişirmələr, aromatik sular, məhlullar və s.) uğurla tətbiq olunurmuş.
Ərəb xilafəti hakimiyyəti dövründə orta əsrlərdə təbabət və dərmanşünaslıq elminin inkişafında bir çox ərəb, fars, tacik və özbək alimləri (İbn Rüşd, Əlkəndi,
İbn-Zöhrəndəlüsi, Səbri-İbn-Səhi, Biruni, İbn-Sina və s.) ilə yanaşı azərbaycanlı
həkimlərindən Fərrabinin, Razinin, Qurqaninin, Hirovinin,Ömər -İbn Osmanın və
digərlərinin də böyük xidmətləri olmuşdur. Bu baxımdan X XI əsrlərdə yaşamış
Zəkəriyyə Razinin və Ömər Osmanın dərmanşünaslığın inkişafında xidmətləri xüsusilə qeyd edilməlidir.
Zəkəriyyə Razi 200-dək əsərin müəllifi olmaqla, bu əsərlərdə kimyaya və
dərmanşünaslığa mühüm yer vermişdir. Razi su hamamının ilk banilərindən biri sayılır. Onun “ Yoxsullar üçün təbabət “, “Həkim olmayanda “ və başqa təbabətə və dərmanşünaslığa aid əsərləri böyük şöhrət tapmışlar.
Azərbaycanlı həkim Ömər Osman tərəfindən bi çox olduqca maraqlı və effektli
dərman reseptləri tərtib edilmişdir. Ömər Osmanın ürək iəstəliklərində təklif etdiyi xüsusi pəhriz rejmi böyük maraq doğurur. Ömər Osman öz xəstələrinə şirin pəhriz təyin edirmiş: şərbətlər, şirin şərablar, bal, bəhməz və s. Böyük xəstəliklərinin müalicəsində Ömər Osman balqabaq və yerkökü bişirmələrini uğurla tətbiq
edirmiş.
XI və XII əsrlərdə Azərbaycanda bir sıra görkəmli və istedadlı alimlər, şairlər,
filosoflar, həkimlər meydana gəlmişlər. Onların bu diyarda mədəniyyətin və elmin
dahada inkişaf tapmasında böyük xidmətləri olmuşdur .Bu dövrün ən məhşur, mərkəzi simalarından biri dahi azərbaycan şairi şeyx İlyas İbn Yusif Nizami Gəncəvi olmuşdur. Hərtərəfli, zəngin, ensiklopedik biliyə malik Nizami Gəncəvi təbiətşünaslıq, fəlsəfə, astranomiya, təbabət elmlərinin bir çox məsələləri ilə yaxşı tanış idi. Şairin təbabətə dair mülahizələri və baxışları demək olar ki, onun bütün əsərlərində öz əksini tapır.
Tibb elminin problemlərinə dair Nizaminin dedikləri müassir dövrdə elə də qeyri-adi və dəyərli görünməsə də , onun özünün yaşadığı zamanda bunlar kifayət qədər əhəmiyyətli olmuşlar. Şairin “ Xəmsə “ əsərində dərmanşünaslıq və səmərəli
qidalanmaya dair çox ağıllı və maraqlı məlumatlara və məsləhətlərə rast gəlinir.
Nizaminin qızılgül suyunun (gülabın) ağrıkəsici xassəsi barədə məlumatları
Onun “ İsgəndərnamə “ əsərində əksini tapmışdır. Belə ki, şair bu əsərində göstərir ki, baş ağrıları zamanı gül suyu, yəni gulab yaxşı müalicəvi təsir göstərir.
Ümumiyyətlə , qeyd edilməlidir ki, qızılgül ləçəklərindən ilk dəfə Şiraz şəhərində hazırlanmış gülab içkisi , qədim zamanlardan şərq xalqları arasında müalicə vasitəsi kimi çox yayılmışdır. Bu ətirli içki Azərbaycan xalq təbabətində də tez – tez istifadə olunan müalicə vasitələrindən olmuşdur və indi də əhali arasında sevilən və geniş istifadə olunan vasitələrdəndir. Yeri gəlmişkən , gülabın hazırlanma üsulu əczaçılıqda dərmanların alınması prinsiplərinə əsaslanır.
Bir sıra digər şərq ölkələri ilə sərhədə malik Azərbaycanda xalq təbabətinin özünəməxsus cəhədləri olmuşdur. Burada təbabətin, dərmanşünaslığın inkişafında iki istiqamət ayırd etmək olur.
Birinci istiqamət ondan ibarət idi ki, şəhərlərdə, şəhərətrafı və sərhəddə yerləşən
yaşayış ərazilərində yerli dərman vasitələri ilə yanaşı habelə qonşu ölkələrdən və
digər inkişaf etmiş dövlətlərdən gətirilən dərman vasitələrindən də geniş istifadə
olunurmuş.Şəhərlərdə bu işlə xüsusi adamlar, bu sahənin peşəkarları, ərəb təbabətini yaxşı bilən təbiblər və həkimlər məşğul olurmuş. Bunlar ərəb təbabətlərinin nailiyyətlərinə əsaslanmaqla, dərmanşünaslığa və əczaçılığa aid olan ərəb kitablarından (“Qərabəddini “)farmakopeyalarından istifadə edirmişlər.
Əttarlar əsasən dərman vasitələrinin alışı və satışı ilə məşğul olmaqla müalicə
işi ilə nisbətən az məşğul olurdular. Bunlar “ Şərq aptekləri “ adlanan əczaçıxanaların sahibləri olmaqla , el arasında “ nüsxəbəndlər” kimi tanınırdılar (nüsxə resept,məktub kimi başa düşülürdü). Nüsxəbəndlər hazır dərman vasitələrini satmaq və onlardan istifadə etməklə yanaşı, habelə özləri də həkim reseptləri üzrə dəranların hazırlanması ilə məşğul olurdular.
Həmin dövrlərdə tətbiq olunan dərman vasitələtindən bir sıra mədəni şəkildə yetişdirilən bitkilərin (bibər, sumax, zəfəran, cirə , xardal, şüyüd, nar, badam, kamfora, kardamon-hil, darçın və s.) məhlullarını göstərmək olar. Lalə-xaşxaş başcıqlarından tiryəkin alınması və hazırlanması da burada məlum idi.
Xalq təbabətinin ikinci istiqaməti şəhərlərdən uzaqlarda , kənarda ucqar dağlıq
əyalətlərdə inkişaf edirdi. Bu yerlərdə təcrübəli, elmi cəhətdən hazırlıqlı həkimlər,
demək olar ki, olmurdu. Eyni zamanda bu yerlərdə dərman vasitələrini kənardan
da gətirmək çox çətin idi. Ona görədə bu yerlərdə, başlıca olaraq, yerli müalicə vasitələrindən, yəni elə həmin ərazilərdə mövcud olan dərman bitkilərindən və heyvani mənşəlli dərman vasitələrindən müalicəvi məqsədlərlə istifadə olunurdu.
VIII – IX əsrləri əhatə edən ərəb elminin parlaq çiçəklənmə dövründən sonra
ərəb xilafətinin ayrı-ayrı dövlətlərə parçalanması ilə əlaqədar olaraq elmin və təbabətin inkişafında da sönüklük müşahidə olunmağa başlayır. Bununla əlaqədar olaraq Azərbaycanda da dərmanşünaslığın inkişafı nisbətən zəifləyir və sonraki bir
neçə əsr ərzində bu sahədə elə bir nəzərə çarpacaq inkişaf baş vermir.
XII – XIV əsrlərdə Azərbaycan dəfələrlə qanlı və viranedici müharibələr səhnəsinə çevrilir. Çingiz xanın rəhbərliyi ilə monqollar, Cəlaləddinin Xorəzm ordusu,
Teymurləngin qoşunu , qızıl-ordu əsgərləri, osmanlı türk orduları,İran ordusu dəfələrlə Azərbaycana basqınlar etmiş, ölkəni viran qoymuşlar. Bütün bunlar digər sahələrdə olduğu kimi, dərmanşünaslığa da mənfi təsir göstərmişdir. Bu dövrlərdə
də dərmanşünaslıq əvvəllər olduğu kimi həkimlərin, təbiblərin və əttarların ixtiyarında olmaqda idi, lakin onun inkişafı çoi ləng gedirdi. X IV əsrin tarixçisi Rəşadəddinin məlumatlarında göstərilir ki, bu dövrlərdə bir çox təbib və əttarların peşəkarlğının səviyyəsi aşağı düşürmüş. Lakin buna baxmayaraq XVII – XVIII əsrlərdə azərbaycan həkimləri tərəfindən tibbə aid bir sıra kitablar yazılır ki, bu əsərlərdə dərmanşünaslıq məsələlərinə böyük yer verilir. Belə kitablardan Məhəmməd Bərgüşadın “ Tibbi – Nəbati “, Məhəmməd Yusif Şirvaninin “ TibbiNamə”, “Şərq dərmanlarının lüğəti” və digər əsərləri göstərmək olar.
Dərmanşünaslığa və dərman vasitələri ə dair kitablardan Məhəmməd Əli Pişəvarinin “ Məcməül – Gəvamə “ (1829), Səid Məhəmməd Hüseyin Xanın Qrabəddini – Kəbir “ (1830) əsərlərini xüsusi qeyd etmək lazımdır. Bu əsərlərdə bir çox dərman vasitələri , xüsusilə dərman bitkiləri haqqında geniş və ətraflı məlumatlar verilmiş və onların müxtəlif xəstəliklərdə tətbiqinə dair göstərişlər təsvir edilmişdir. Azərbaycan xalq təbabətində dərman vasitələrinin, o cümlədən bitki dərman vasitələrinin tədqiq edilib öyrənilməsində Bakı sakini Əbdül Axundovun böyük əməyi olmuşdur. Əbdül Axundov bitki dərman vasitələrinin botaniki adlarını müəyyənləşdirmiş və X əsrdə Əbu-Mənsur Müvaffaka – BenƏl – Hirovi tərəfindən yazılmış Yaxın Şərqdə fars dilində ilk tibb ədəbiyyatı sayılan kitabı azərbaycan dilinə tərcümə etmişdir. Bu əsərlərdə dərman bitkilərinin qədim adları araşdırılaraq təhlil edilmiş və dəqiqləşdirilmişdir ki, bu da onların elmi cəhətdən daha ətraflı öyrənilməsinə köməklik etmişdir.
Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalq təbabətində istifadə edilən dərman bitkilərinin öyənilib araşdırılması ilə XVIII əsrin sonlarında rus alimləri E. Ştöber və A.Rollov məşğul olmuşlar və bu sahədə böyük maraq doğuran və əhəmiyyətli material əldə etmişlər.

Azərbaycan 1920 – ci ildə sovetləşdirildikdən sonra respublikada dərmanşünaslığın və əczaşılığın inkişafı SSRİ dövlətinin siyasətinə uyğun inkişaf etməklə, əczaçılığın bütün sahələrində elmi əsaslarla inkişafı davam etmişdir. Əczaçılığıın cəmiyyət üçün olduqca vacib və zəruri bir sahə olmasını nəzərə alaraq 1937-ci ildə Azərbaycan SSR-da əczaçılıq üzrə ilk ali təhsil müəssisəsi yaradılır
(Azərbaycan Dövlət Əczaçılıq İnstitutu). 1941 –ci ildən etibarən bu institut Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsi kimi fəaliyyət göstərməklə, respublikamızda əczaçılıq elminin və təhsilinin inkişafına böyük təkan vermişdir. Əczaçılıq fakültəsi hazırda da Azərbaycan Dövlət Tibb Universitetinin tərkibində fəaliyyət göstərməklə, əczaçılıq elmi və təhsili sahəsində aparıcı rol oynayır, respublika üçün yüksək ixtisaslı əczaçı kadrların hazırlanmasını həyata keçirir.
Müasir dövrdə də təbabət, əczaçılıq, baytarlıq, kimya, biokimya və digər təbiət elmlərinin nailiyyətləri sayəsində əldə edilmiş müvəffəqiyyətlər, kimya-əczaçılıq sənayesinin gündən – günə inkişaf etməsi, yeni dərman maddələrinin və dərman formalarının məqsədyönlü sintezi sahəsində həyata keçirilən elmi – tədqiqat işləri, elmi axtarışlar respublikamızda uğurla davam etdirilməkdədir.

Müəllif: Azərbaycan Dövlət Aqrar Universiteti, Əczaçılıq və morfologiya kafedrasının dosenti Akif Əliyev

Ə D Ə B İ Y Y A T
1. İsmayılov Ə., Təhməzov F., Tağıyev S. – Dərman formalarının teinologiyası. Bakı, 1989.
2. Hüseynov D. Ümumi və xüsusi reseptura. Bakı, 1986.
7. Əliyev H. Əczaçılıq kimyası. Bakı, 1989.
8. Dəmirov İ., Manafov Ə. Farmakoqnoziya. Bakı, 1984.
9. Дамиров И., Прилипко Л. – Лекарственные растения Азербайджана. Баку, 1988.
10. Сорокина Т. История медицины. Москва, 1992.

Əczaçılığın tarixi

Azərbaycan səhiyyəsinin ayrılmaz tərkib hissəsi olan əczaçılıq sahəsi üçün milli kadrlar hazırlayan ali əczaçılıq təhsilinin 80 yaşı tamam olur. Bu təhsil istiqaməti 1941 – ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində fakultə kimi yaradıldığı dövrdən başlamış və indiyə qədər böyük yol keçmişdir. Bununla belə ölkəmizdə təbabət – dərmanşünaslıq elminin formalaşması və sonradan dərmanşünaslığın əczaçılıq elmi kimi müstəqil fəaliyyət dövrü orta əsrlərə təsadüf edir. Hələ o zamanlar Azərbaycanda xeyli akademiyalar, elm evləri, mədrəsələr fəaliyyət göstərmiş və çoxlu sayda təbib – əczaçılar hazırlanmışdır. Lakin təhsilin formalaşması və intibah dövrü XX əsrə təsadüf edir. Azərbaycan tarixində ilk dövlətçilik qurumları 1918-ci ildə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış və bununla da səhiyyə sisteminin, o cümlədən əczaçılıq sahəsinin əsası qoyulmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Xalq Səhiyyə Nazirliyi tibbi – əczaçılıq şöbəsinin müdiri, provizor J.P.Punko Azərbaycan tarixində ilk dəfə dövlət apteki, analitik və bakteroloji laboratoriya, halen preparatları laboratoriyası, mərkəzi aptek anbarı və əczaçılıq kurslarının yaradılması qeyd olunmuş müəssisələrin təchiz və saxlanması üzrə geniş, hərtərəfli bir sənəd hazırlamış, xalq Səhiyyə nazirinə məruzə etmişdir. Həmin məruzədə Azərbaycanda və ümumən, müsəlman Şərq aləmində əczaçı kadrların olmaması ilə əlaqədar, Bakı şəhərində nümunəvi dövlət aptekinin yaradılması və onun nəzdində əczaçılıq elmi – praktik kurslarının təsis olunması təklif edilir. Təqdimatda göstərilən bir çox müddəalar sonradan Sovet hakimiyyəti dövründə, respublikada əczaçılığın bir çox sahələrinin yaradılması və inkişafında öz təsdiqini tapmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, hələ 1918 – ci il oktyabrın 8 – də 283 saylı “Bakı şəhərində dövlət apteki və əczaçılıq kursları açılması haqqında” sərəncam vermişdir. Təsis olunmuş əczaçılıq kurslarında dərs deyən müəllimlərə saatına 25 rubl məbləğində zəhmət haqqı kəsilmişdir. Həmin illərdə respublikada əczaçılıq fəaliyyətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi üçün milli əczaçı kadrların hazırlanmasına böyük ehtiyac var idi.

1919 – cu ildə Bakı Dövlət Universitetinin yaranması respublikada səhiyyəni, o cümlədən əczaçılığı da inkişaf etdirdi. Sonrakı illərdə apteklərdə milli əczaçı kadrların olmaması üzündən, tibb işçiləri həmkarlar komitəsinin təşəbbüsü ilə apteklərdə işləyən, lakin əczaçı olmayan şagirdlər üçün qısa müddətli 6 aylıq kurslar açıldı, 1924-cü ilə qədər davam edərək, 52 nəfər milli kadrlardan ibarət əczaçı köməkçisi hazırladı.

1925 – ci ildə Xalq Səhiyyə Komissarlığının əmri ilə (şəxsən nazir Möhsüm Qədirlinin təşəbbüsü ilə) Bakıda Əczaçılıq texnikumu yarandı. Onun ilk direktoru Y.Haşımlı olmuş və orada professorlar J.Qolberq, H.Şahtaxtinski, C.Sultanov kimi görkəmli pedaqoqlar dərs demişlər. Bu texnikumun yaranması sayəsində hazırda müstəqil respublikamızda 5 minədək orta təhsilli əczaçı kadrlar fəaliyyət göstərir.

Bakı Dövlət Universiteti nəzdində olan tibb fakultəsinin uğurlu fəaliyyəti o zaman tibb elminin və səhiyyənin inkişafında böyük rol oynadı və sonralar – 1930 – cu ildə həmin fakultənin sərbəst Tibb İnstitutuna çevrilməsinə təkan verdi. Beləliklə, əczaçılığın da gələcək inkişafı üçün böyük zəmin yarandı və maddi – texniki bazanın, yüksək ixtisaslı həkim və əczaçı kadrların hazırlanması üçün əsas oldu.

Nəhayət, keçmiş SSRİ – nin türkdilli respublikaları arasında, həmçinin İran, Türkiyə də daxil olmaqla, Yaxın Şərqdə ali əczaçılıq təhsili sahəsində ilk ali təhsil müəssisəsi 1938 – ci ildə Azərbaycan Xalq Komissarlığının qərarı ilə sərbəst Əczaçılıq institutu yarandı. Bu institutun təşkilində professorlardan Ə.Əliyevin, M.Əliyevin, B.Eyvazovun, C.Qolberqin, Ə.Həsənovun, A.Sultanovun böyük xidmətləri olmuşdur. İnstitutun ilk rektoru görkəmli şəxsiyyət və böyük siyasi – ictimai xadim, professor Ə.Əliyev, prorektoru professor Ə. Həsənov, dekanı isə C.Qolberq olmuşdur.

Yarandığı zamandan etibarən institutda mükəmməl əczaçı kadrların hazırlanması istiqamətində bir sıra önəmli işlər görülməyə başladı. Lakin II Dünya müharibəsinin (1941– 1945 – ci illər) başlanması ölkədə bütün sahələrdə olduğu kimi, əczaçılıq sahəsində də böyük çətinliklər yaratdı. İnstitutun kadrlarının çox hissəsinin cəbhəyə aparılması kadr çatışmazlığına səbəb oldu. Bununla əlaqədar 1941 – ci ildə Əczaçılıq instutu əczaçılıq fakultəsinə çevrilərək, Azərbaycan Tibb İnstitutunun tərkibində öz fəaliyyətini davam etdirməyə və yeni istiqamətdə inkişaf etməyə başladı. 1945 – ci ildə fakültənin 220 tələbəsi olmuşdur. 1957 – ci ildən əczaçılıq fakultəsinin qiyabi şöbəsi də fəaliyyətə başlamışdır. Lakin sonralar ali əczaçılıq təhsilinin qiyabi tədrisinin məqsədəuyğun olmadığı nəzərə alınaraq, bu şöbə 1969 – cu ildə bağlandı. Ötən illər ərzində bu şöbədə 240 nəfər orta təhsilli əczaçı ali təhsil almışdır. 1966 – cı ildə əczaçı kadrların ixtisasını artırmaq məqsədilə fakultənin nəzdində təkmilləşdirmə kursu yaradıldı. Bu işdə Azərbaycan əczaçılıq elminin banilərindən sayılan, bu sahədə ilk əczaçı azərbaycanlı alim, professor Rüstəm Qambay oğlu Əliyevin böyük xidməti olmuşdur. Bakı şəhər 1 nömrəli tibb məktəbi hazırda onun adını daşıyır. Bu kurslarda əczaçılıq işinin təşkili üzrə 533 nəfər, əczaçılıq texnologiyası üzrə 351 nəfər, aptek işi üzrə 207 nəfər (cəmi 1091 nəfər) ixtisaslaşma kursu keçmişdir.

Universitetin əczaçılıq fakultəsi respublikamızla yanaşı, keçmiş SSRİ – nin Türkmənistan, Qazaxıstan, Ermənistan respublikaları üçün də ali təhsilli əczaçı kadrlar hazırlamışdır. Fakultə məzunları arasında Türkiyə, İran, Suriya, Anqola, Nigeriya, Sudan, İraq, Əfqanıstan və başqa ölkələrin vətəndaşları da vardır.

Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də aparılan islahatlarla əlaqədar olaraq, ali əczaçılıq təhsili sahəsində də yeni nailiyyətlər əldə olundu. “Əczaçılıq fəaliyyəti haqqında” (1996 – cı il) və “Dərman vasitələri haqqında” (2007 – ci il) qanunlar əczaçı kadrların hazırlanmasına mühüm yer verilməsi, əczaçılıq təhsili sahəsində yeni addımların atılmasına zəmin yaratdı.

Yeni Təhsil Qanununda təsdiq olunmuş çoxpilləli təhsil proqramına müvafiq olaraq, Azərbaycanda ali əczaçılıq təhsili çoxpilləli təhsil sisteminə (bakalavr, magistr) keçməyə başladı. İlk dəfə olaraq 1997 – ci ildə 78, 1998 – ci ildə isə 67 məzuna əczaçı bakalavr diplomu verildi. Fakultədə 5 illik təhsil müddəti 2004 – ci ildən etibarən 4 ilə endirildi və tədris planları, fənnlər, onların proqramları yenilənməyə başladı. Magistr təhsili 2 ildir.

Hazırda Azərbaycanda 6000 – dən artıq ali təhsilli əczaçı bakalavr və magistr vardır. Bunların demək olar ki, hamısı ATU – nun əczaçılıq fakültəsinin məzunlarıdır. İndiyədək fakültənin ixtisas kafedralarında 11 nəfər doktorluq, 45 nəfərdən artıq əməkdaş əczaçılıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. AMEA – da çalışan bir çox aparıcı kimya və biologiya elmləri doktorları da bu təhsil ocağının məzunlarıdır.

Ali əczaçılıq təhsilinin yeni istiqamətdə inkişaf edib formalaşmasında, həmçinin Beynəlxalq miqyasda əlaqələrin inkişafı da mühüm rol oynamaqdadır. Son illərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNESKO, Beynəlxalq Əczaçılıq Federasiyası (BƏF) – İnternathional Pharmaceutical Federation, Federation İnternathionale Pharmaceutique (FİP) kimi qurumlarla olan əlaqələr, əczaçılıq təhsilinin inkişafına mühüm təsir göstərmişdir. Belə ki, ÜST və BƏF tərəfindən hazırlanan “Keyfiyyətli əczaçılıq təhsili təcrübəsi” (Good Pharmacy Education Practice –GPEP) sənədində əczaçının yeddi istiqamətdə fəaliyyəti müəyyən edilmiş ( “the seven stars” pharmacist – əczaçının “yeddi ulduzu”) və bu sənəd Yeni Orleanda əczaçılıq təhsilinə aid keçirilən Birinci Ümumdünya Konqresində təsdiq olunmuşdur. Bu konqresdə, həmçinin əczaçının həm diplomaqədər, həm də diplomdan sonrakı fasiləsiz təhsili haqqında da qərar qəbul edilmişdir.

Hazırda dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, müasir dövrün tələblərinə uyğun olaraq, əczaçılıqda tədris olunan təhsil proqramına əsas ixtisas fənnlərilə yanaşı, tibb və bioloji fənnlərdən – kliniki farmakologiya, farmakoterapiya, əczaçılıq biotexnologiyası, toksikoloji kimya, farmako – iqtisadiyyat, farmako – epidemiologiya, əczaçılığın tarixi və deontologiyası və s. kimi fənnlər daxildir. İxtisas fənnlərinə isə əczaçılığın texnologiyası, əczaçılığın idarəçiliyi və iqtisadiyyatı, farmakoqnoziya, əczaçılıq kimyası fənnləri aiddir.

Əczaçılıq fakultəsinin ixtisas kafedralarında çalışan professor müəllim heyəti, yüksək ixtisaslı əczaçı kadrlar hazırlamaqla yanaşı, həmçinin elmi-pedaqoji kadrların hazırlanmasında da yaxından iştirak edirlər. ATU – nun əczaçılıq fakultəsinin elmi – pedaqoji potensialı və kafedraların son illərdə genişləndirilmiş maddi – texniki bazası imkan verir ki, diplomaqədər və diplomdan sonrakı pillələrdə fasiləsiz əczaçılıq təhsili müasir tələblərə uyğun inkişaf etdirilsin.

Hazırda müstəqil Azərbaycanda elmi – texniki tərəqqinin nailiyyətlərinin xalq təsərrüfatının bütün sahələrinə sürətlə tətbiq edilməsi, respublikanın kadr potensialının keyfiyyətinin yaxşılaşdırılması, mütəxəssislərin peşəkarlığının yüksəldilməsi vacib məsələ kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə 2008 – ci ildə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ölkənin ali məktəblərinin Avropa ali təhsil məkanına inteqrasiyasını və Boloniya prosesinə qoşulmasını vacib bir amil kimi şərtləndirmişdir. Təsadüfi deyil ki, Avropanın 45 ölkəsi bu prosesə qoşularaq vahid bir təhsil sistemi üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayırlar.

Avropa Kredit Transfer Sistemi (AKTS) adlanan bu təhsil proqramı tədrisin keyfiyyətinin yüksəlməsini, tələbə və müəllimlərin məsuliyyətinin artmasını, obyektivliyi və ədaləti təmin etməklə yanaşı, fənlərin və müəllimlərin seçilməsində tələbələrə müstəqillik verir və onlara təhsilinin müəyyən bir mərhələsini xarici ölkələrin aparıcı universitetlərində davam etdirməsinə imkan yaratmaqla, tələbələrin həmin ali məktəblərin təhsil məkanına daxil olmasını, tədris prosesinə qoşulmasını təmin edir.

Beləliklə, diplomların beynəlxalq miqyasda tanınmasına zəmin yaradır. Elə bu baxımdan da Azərbaycan Tibb Universitetinin bütün fakultələrində olduğu kimi, zamanın və həyatın tələblərinə cavab verə bilən, yüksək ixtisaslı əczaçı kadrlar hazırlayan və 80 illik yubilleyini qeyd edən əczaçılıq fakultəsi də, respublikamızda bu istiqamətdə imzalanan əmr və sərəncamlardan irəli gələn vəzifələrin həyata keçiriliməsində fəal iştirak edərək, ali təhsilin modernləşdirilməsi yolunda hazırlanan mütəxəssislərin peşəkarlığının Avropa və Dünya standartlarına uyğunlaşdırılması işində əzmlə çalışmaqla, bir sıra uğurlu nəticələr əldə edir.

Aidə BƏNDƏLİYEVA,

ATU-nun “Əczaçılığın texnologiyası və idarəçiliyi” kafedrasının baş müəllimi,

UNESKO Beynəlxalq Müəllimlər Forumunun üzvü

Əczaçılığın tarixi

�������������������� ������ ���� ƏCZAÇILIĞA TARİXİ BAXI Ş

Təbabətin tərkib hissəsi olan əczaçılığın tarixi olduqca az işlənilmiş mövzulardandır.

Azərbaycanın zəngin təbiəti, bitki florası qədimlərdən imkan vermişdir ki , təbiblərimiz paralel olaraq bu sahəni də daim diqqət mərkəzində saxlasınlar. Tarixdən yaxşı məlumdur ki , eramızdan əvvəl 65-ci ildə məşhur Roma sərkərdəsi Qney Pompey Azərbaycanda olarkən onun qoşununda yaralı döyüşçülərə yardım etmək üçün təbiblər də vardı. Məmləkətimizin dərman bitkiləri ilə zənginliyi onların diqqətini cəlb etməyə bilməzdi. Məhz bu səbəbdən də Roma imperatoru Alban çarı Oroyza məktubla müraciət edərək Roma təbiblərinin bu ərazidəki dərman bitkilərini toplamasına icazə verməsini xahiş etmişdi . Bu fakt təsdiqləyir ki , məmləkətimiz dərman bitkiləri ilə zəngin olduğundan xalqımız həmin xammaldan müxtəlif məlhəmlər də hazırlamağı bacarırdı.

Əczaçılıq tariximizə dair faktları, məlumatları toplamaq , tədqiq etmək, öyrənmək baxımından bu günlərdə işıq üzü görmüş Azərbaycan Tibb Universitetinin professoru Məhbubə Vəliyeva və baş müəllim Aida Bəndəliyevanın �Əczaçılığın tarixi � adlı dərs vəsaiti təqdir olunmalıdır . Fikrimizcə, bu dərs vəsaitini mükəmməl tədqiqat əsəri də hesab etmək olar .

Müəlliflər əsərin müqəddiməsində doğru olaraq qeyd edirlər ki, hazırda əczaçılıq elmində və tibb institutlarının əczaçılıq fakültələrində elm tarixinin tədrisinə kifayət qədər diqqət yetirilmir. İxtisas üzrə tədris planında əczaçılıq tarixi üzrə kurslar mövcud deyildir . Oxşar vəziyyət əczaçılıq tarixi üzrə monoqrafiyaların, elmi dərsliklərin və digər materialların nəşri sahəsində də yaranmışdir.

Bu fundamental dərslik 58 bölmədən ibarətdir ki , onun da üçdə bir hissəsi Azərbaycanın əczaçılıq tarixini əhatə edir . Kitabda müxtəlif tarixi dövrlərdə təbabət və dərmanşünaslığın yaranması və inkişaf mərhələləri geniş təhlil olunur . İbtidai icma və qədim dövrə aid məlumatların dərslikdə öz əksini tapması bir daha onu göstərir ki , bəşər övladı yarandığı vaxtdan müxtəlif dövrlərdə qəbilələri, tayfaları, qədim dövlətləri bürüyən kütləvi xəstəliklərlə mübarizə üçün daima müalicə üsullarının, dərmanların axtarışında olmuşdur .

Müəlliflər kitabda Amerika , Avropa ölkələrində tarixin müxtəlif dövrlərində təbabəti, dərmanşünaslığı nəzərdən keçirərkən onlara qədim şərq təbabətinin güclü təsirini də haqlı olaraq diqqətə çatdırırlar. Qədim Misirdə, Mesapatomiyada , Çində, Tibetdə, Azərbaycanda, Orta Asiya xalqlarında təbabətdə, dərmanşünaslıq sahəsində loğmanlar elə naliyyətlər əldə etmişdilər ki , bu , Avropa təbiblərinin diqqətini çəkməyə bilməzdi.

Kitabın böyük maraq kəsb edən cəhətlərindən biri də budur ki , müəlliflər, orta əsrlərin təbabətində və dərmanşünaslığında islamın rolu , Qurani-Kərim və təbabət kimi məsələlər üzərində xüsusi dayanır. Kitabda yazılır: � Quran yalnız halal və haramı göstərən bir kitab deyildir . O, əxlaqı dünya və axirətlə bağlı məlumatları, Allah qorxusu və sevgisini , insan hüquqlarını, qadının cəmiyyətdəki rolunu , riyazi hesablamaları, yerin cazibə qüvvəsini, kimyəvi elementləri, insanın ana bətnindəki rüşeym halından ta doğuluşuna qədərki inkişafını, tibb al əminə hələ məlum olmayan xərçəng, talassemiya , QİÇS və s . kimi xəstəliklərin müalicəsini özundə əks etdirən bir kitabdır�. Qurani-Kərimin əvəzsiz bir dəyər olduğunu qeyd edən müəlliflər daha sonra qeyd edirlər ki , � Sağlam bədəndə sağlam ruh olar � prinsipi Qurani-Kərimdə öz əksini tapmışdır. İslam inancında şəfası olmayan bir xəstəlik yoxdur . Məhəmməd peyğəmbər (s.ə.s.) belə buyurur : � Uca Allah yaratdığı hər bir dərdin şəfasını da yaratmışdır�. Qurani-Kərimə söykənən orta əsr Şərq təbibləri zaman-zaman məhz bu şəfanın yollarını və vasitələrini axtarmışlar. Şərqin görkəmli təbib alimləri Sabir İbn-Kəyan, Zəkəriyyə Əl Razi , İbn Sina və digərlərinin təbabət və dərmanşünaslığa aid əsərlərind ən Avropa alimləri uzun müddət bəhrələnmişlər.

Məhbubə xanım və Aida xanımın müştərək yazdıqları bu kitabda Azərbaycan əczaçılığının inkişafı tarixinə xüsusi yer ayrılmışdır. Müəlliflər doğru olaraq qeyd edirlər ki , ölkəmizdə təbabətin tarixi çox-çox qədimlərə söykənir. Bu da məmləkətimizin zəngin təbiəti, florası, dərman bitkilərinin çoxluğu ilə bağlı olmuşdur . İbtidai icma dövrünün müxtəlif mərhələlərində, xüsusən də qədim dövrdə arxeoloqlarımız təbabətlə bağlı dəyərli məlumatlar əldə ed ə bilmişlər. Atropatenada və Albaniyada təbabətlə və dərmanşünaslıqla bağlı məlumatlar oxucuda böyük maraq yaratmaya bilməz.

Kitabda � Avesta � da təbabətlə bağlı maraqlı məlumatlara da toxunulur . Bu məlumatlar qədim Azərbaycanda təbabətin qismən də olsa mənzərəsini yarada bilmişdir . Təbiətdə əşyaların mənşəyi, həyatın mahiyyəti, sağlamlığı, xəstəlikdən qorunma , müxtəlif dərmanların hazırlanması və qəbulu haqqında ilkin fəlsəfi düşüncələrə � Avesta � da çox rast gəlinir. Onun qədim Hindistan , Misir , Yunanıstan, ərəb təbabətinə və əczaçılığına çox böyük təsirini müəlliflər xatırladırlar. Onlar qeyd edirlər ki , dahi ərəb filosofu və həkimi İbn Rüşt təbabətlə, ümumən sağlamlıqla bağlı Avestadakı fikirlərə çox böyük əhəmiyyət vermişdir . O da təbiətin yaranmasını ilahi qüvvələrin qanunauyğunluqları ilə izah edirdi və ruhu bədəndən ayırmırdı.

Müəlliflərin qeyd etdiyi kimi , Azərbaycanda təbabət, dərmanşünaslığın inkişafı islam mədəniyyətinin geniş yayıldığı bir dövrə təsadüf edir . Təsadüfi deyil ki , dünya mədəniyyətinin klassikləri Xəqaninin, Nizaminin , Nəsiminin, Füzulinin əsərlərində müxtəlif xəstəliklər, onların müalicə vasitələri, dərman bitkiləri, minerallar və s . haqqında son dərəcə dəyərli məlumatlar vardır. Kitabda Azərbaycanın məşhur təbibləri, onların dərmanşünaslıqla bağlı dəyərli fikirləri də yer almışdır.

Məlumdur ki , əczaçılıq-dərmanşünaslıq Azərbaycanda keçmiş sovet dönəmində, xüsusən, dövlət müstəqilliyinin bərpasından sonra daha da inkişaf etmişdir . Bununla bağlı dərslikdə olduqca dəyərli məlumatlar verilir . Müəlliflər respublikamızda ilk dəfə olaraq , tələbələrin, magistrantların, rezidentlərin, aspirantların, həkimlərin, təbabət tarixi ilə maraqlanan oxucuların böyük marağına səbəb ola billəcək �Əczaçılığın tarixi�nə həsr olunmuş orjinal bir dərslik yazıb ərsəyə g ətirmiş, bununla onlar təbabət tariximizin yaddaşına yeni işıq sala bilmişlər.

Fəxrəddin MƏmmƏdov ,

professor .

Respublika.-2014 .- 11 yanvar .- S.4.

Comments are closed, but trackbacks and pingbacks are open.