Press "Enter" to skip to content

Ə.dəmirçizadə müasir azərbaycan dili

ələm (aləm) yatar – aləm deyil, insanlar yatar. “Sərdar ölsə, ələm yatar // Müxənnət məqsədə çatar. ”;

Azərbaycan miLLİ elmlər akademiyasi

– canlılara məxsus əlamət və keyfiyyətlərin cansız əşyaların üzərinə köçürülməsini ifadə edənlər: “Misri qılınc cövlan vursun havada // Bağırsaq cəmdəyə dolan-maq gərək!” Bəlli olduğu kimi, cövlan vurmaq qılınca deyil, “qartala” aid xüsusiyyətdir. Deməli, qartala aid olan “cövlan vurmaq” qılıncın üzərinə köçürülüb. Burada onu da qeyd edək ki, dastandakı şeirlərdə “cövlan vurmaq” ifadəsi həm də “cövlan qılmaq” şəklində işlənib: “Misri qılınc qılsın cövlan//Boyanmağa qana gəlir”;

“. Bir meşəyə ki, od düşdü // Quru yanar, yaş inildər”: birincisi, bu nümunədə “odun” (ağac) sözü ellip-sisə uğrayıb; ikinci, burada insana aid olan “inildəmək” xüsusiyyətinin “odun”un üzərinə köçürülməsi müşahidə edilir; üçüncüsü, həmin metafora təşbehə asanlıqla çevrilə bilir. Məsələn, belə: yaş odun (ağac) yananda adam kimi inildəyir;

“Hansı igidin sonu yoxdu // ocaq sönər, daş inildər”. Burada insana məxsus olan inildəmək xüsusiyyəti “daş”ın üzərinə köçürülüb: ocaq sönəndə daş adam kimi inildəyir. Bir məqamı da qeyd edək ki, dilimizdəki “inildəmək” feli həm də heyvanlarla bağlı işlədilir: “Dağda maral xoş mələr // Xoş inildər, xoş mələr. ”

– zahiri oxşarlığa görə yaranan metaforalar: dağ başı. “Uzaq-uzaq dağ başında // Tala-tala qar görünür. ” Bu cür metaforalara az təsadüf olunur;

– sadə metaforalar. Dastanın şeir dilində bu cür, yəni “əşya və ya hadisələr arasındakı yalnız bir ümumi əlamət əsasında qurulmuş” (M.Adilov, Z.Verdiyeva, F.Ağayeva. İzahlı dilçilik terminləri. Bakı, 1999, səh.155) metaforalara nümunə kimi bunları göstərmək olar:

pələng (güc, cəsarət). “Mənəm cəzirənin əsil pələngi”;

şir (güc, cəsarət), tülkü (hiyləgərlik). “. Şirnən tülkünün nə işi // Girəydi meydana, Nigar!”;

laçın (sürətli uçuş, cəsurluq). “Çənlibeldən laçın gəlib, qollarını açın gəlib . ” Buradakı “laçın” metaforası Koroğlu obrazını işarələndirir;

bülbül (aşiq), gül (məşuqə). “Mən bülbüləm, gülüm alam // O dərddən saralıb, solam. ”

Göründüyü kimi, yuxarıdakı nümunələrin əksə-riyyəti igidlik, mərdlik semantikasını qüvvətləndirən metaforalardır (bu tip vahidlər ədəbiyyatşünaslıqda həm də simvollar başlığı altında öyrənilir).
Metonimiya
“Koroğlu”nun şeir dilində metonimiyalar üstün mövqedə çıxış etmir. Amma bunu da inkar etmək olmaz ki, “Koroğlu”nun şeir dilinin zənginliyini həm də metoni-miyalar şərtləndirir. Bu cəhət aşağıdakı nümunələrdə özünü qabarıq şəkildə göstərir:

Çənlibelin söhbəti, sazı – Çənlibelin yox, onun adamlarının, dəlilərinin söhbəti, sazı. “Olur Çənlibelin söhbəti, sazı // Gəlir gümrah keçir baharı, yazı. ”;

Çənlibel yasa batır – Çənlibel deyil, orada yaşayan adamlar, dəlilər yasa batar. “. Çənlibelim yasa batar // Gəlmədi, Eyvaz gəlmədi”;

Bayazidin elinə – Bayazid əhalisinə mənasındadır. “Xəbər olsun Bayazidin elinə // Aparram Eyvazı, qala qoymaram. ”;

Ərzrumdan xərac almaq – Ərzrumdan yox, onun paşasından xərac almaq. “Ərzrumdan xərac alıb gəlmişəm // Ərzrumda arzumanın qalmadı. ”;

Polad geymək – polad yox, polad libas geymək. “Polad geyib Çənlibeldən gəlirəm”;

Badə içmək – badəni yox, onun içərisindəkini içərlər. “Qırata xələt biçəndə // Üstündə badə içəndə. ”

İçki qurmaq – içki yox, məclis qurular. “Toplanır bir yerə, içki qurulur. ”. Maraqlıdır ki, dastanın şeir dilində “məclis qurmaq” ifadəsi də işlənib: “Koroğluyam, məclis quram // Səflərin başında duram. ”;

ələm (aləm) yatar – aləm deyil, insanlar yatar. “Sərdar ölsə, ələm yatar // Müxənnət məqsədə çatar. ”;

ellər bəzər – ellər yox, adamlar bəzəyər. “Qarşı bəri duran dağlar // Ellər səni bəzər bir gün. ”.

bu tip nümunələrlə yanaşı, at, qılınc və dağ kimi varlıqların “qardaş” hesab olunmasına da rast gəlinir ki, bunlar da metonimiyaların ən gözəl nümunələri hesab oluna bilər: “Bir at, bir qılıncım qardaşım, dağlar”; “Bir zamanlar səfa sürüb gəzərdim // Onda səndin mənim qardaşım, dağlar. ” Bu cür nümunələr cərgəsinə dağın sirdaş hesab olunmasını da əlavə etmək olar (dağ yox, insanlar bir-birinə sirdaş, qardaş olar): “Açmadın sirrimi, sirdaşım dağlar!”

Göründüyü kimi, bu metonimiyaların hər biri poetik siqlətlidir, hər biri obrazlılığı qüvvətləndirən vasitələrdir. Burada R.Yusifoğlunun bir fikri yada düşür: “Bu kitablarda – (ədəbiyyatşünaslığa dair çap olunmuş kitablar nəzərdə tututlur – Ə.T.) metonimiyaya nümunə gətirilənlər aqşağıdakılardır: “Sabiri oxumaq”, “Oxuyardı həvəslə O Apuleyi”, “Mən iki boşqab yedim”. “Dünən Moskva ilə danışdım”, “Universitet nümayişə gəldi”, “Danışır Bakı”, “Sabiri oxudum” – vəssalam. Özü də, göründüyü kimi, bu nümunələrin çoxu bədii əsərlərdən götürülməyib, nəzəri müddəaya uyğun quraşdırılıb. Burda belə bir sual ortaya çıxır: əgər metonimiyaya bədii əsərdən nümunə gətirmək mümkün deyilsə, bir bədii təsvir və ifadə vasitəsi kimi ondan danışmağa dəyərmi?” (Ədəbiy-yatşünaslığın əsasları. Bakı, 2009, səh.129). Müəllif bu qeydlərdən sonra S.Vurğun, M.Müşfiq, S.Rüstəm, H.Arif kimi şairlərdən bir sıra metonimiyalar təqdim edib. R.Yusifoğlu haqlıdır. Onun “. bir bədii təsvir və ifadə vasitəsi kimi ondan (metonimiyadan – Ə.T.) danışmağa dəyərmi” – sualına isə belə cavab vermək olar: Bəli, metonimiyalardan danışmaq olar. Çünki Sizin təqdim etdiyiniz poetik siqlətli metonimiyalardan başqa, ədəbiyyatımızda külli miqdarda metonimiya mövcuddur. Heç şübhəsiz ki, bu cərgədə XVII-XVIII əsrlərdə formalaşmış “Koroğlu” eposunun şeir dilində işlənmiş metonimiyaların öz yeri var.

Mübaliğə və litota
Bədii ədəbiyyat üçün xarakterik cəhətlərdən biri də əşya, hadisə və obrazların şişirdilmiş, mübaliğəli şəkildə təqdimidir. Bu baxımdan “Koroğlu” kimi bir qəhrəmanlıq eposunun şeir dilində qəhrəmanların, eləcə də onlarla bağlı olan əşya və hadisələrin mübaliğəli şəkildə verilməsi təbii qarşılanır. Hətta bəzən elə mübaliğələrə təsadüf olunur ki, təkcə “Koroğlu eposu yox, ümumən ədəbiyyatımız üçün zəngin mübaliğələr hesab oluna bilər: “. Yüz min tülkü bir aslana neyləyər?” – Dəmirçioğlunun dilindən verilmiş bu misradakı mübaliğə bütün parametrlərinə görə gözəldir: birincisi, ona görə ki, mübaliğə daxilində “hiyləgər” simvollu “tülkü” metaforası işlənib (yüz min tülkü), ikincisi, “yüz min tülkü” mübaliğəsi “cəsur” simvollu “aslan” metaforası ilə qarşılaşdırılıb ki, bu da antitezadır; üçüncüsü, həm mübaliğə (yüz min tülkü), həm “tülkü” və “aslan” metaforaları, həm də tərəfləri metaforalardan ibarət antiteza (tülkü-aslan) sual cümləsi,daha dəqiqi, ritorik sual daxilində sintez şəklindədir.

Araşdırmalar dastanın şeir dilindəki mübaliğələrin daha çox Koroğlu obrazı ilə bağlı olduğunu göstərir ki, bu da təəccüblü qarşılanmır. Çünki bütün hadisələrin mərkəzində məhz eposun baş qəhrəmanı – Koroğlu obrazı dayanır. Bu cəhət aşağıdakı nümunələrdə daha aydın görünür:

. Qaçıb çıxar olsan göyə,

Kəmənd tullayıb tutaram.

. Telli xanım, inan səni almasa,

Çəkər, yıxar dağı-daşı Koroğlu.

. Misir, İstambul, Şam tamam yerisə,

Tək qabaqda duran qoç Koroğludur.

. Koroğluyam, at minmişəm,

Ə.dəmirçizadə müasir azərbaycan dili

Müasir azərbaycan dili [Текст]. – 3-е изд. – Bakı : Şərq – Qərb, 2007. – 22 см. – (Lüğət və ensiklopediyalar).
Ч. 1: Fonetika, orfoepiya, orfoqrafiya. Ч. 1 / Əbdüləzəl Məmmədoğlu Dəmirçizadə. – 253 с.; ISBN 978-9952-34-153-9

Ч. 1: Fonetika, orfoepiya, orfoqrafiya. Ч. 1 / Əbdüləzəl Məmmədoğlu Dəmirçizadə. – 253 с.
(Lüğət və ensiklopediyalar)
Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Фонетика
Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Письмо — Орфография
Шифр хранения:
CVL ЗВ 58-02/5

Marc21

LDR 01900nam#a2200301#i#4500
001 006683391
005 20220409193401.0
008 120411s2007####ai###########|000#||aze#d
017 ##
$a ЗВ-839-13
$b RuMoRGB
$2 CVL
020 ##
$a 978-9952-34-153-9
040 ##
$a RuMoRGB
$b rus
$e rcr
041 0#
$a aze
044 ##
$a ai
084 ##
$a Ш163.11-1
$2 rubbk
084 ##
$a Ш163.11-81
$2 rubbk
242 00
$a Современный азербайджанский язык : фонетика, орфоэпия, орфография
$y rus
245 00
$a Fonetika, orfoepiya, orfoqrafiya
$c Əbdüləzəl Məmmədoğlu Dəmirçizadə
$n Ч. 1
300 ##
$a 253 с.
336 ##
$a текст
$b txt
$2 rdacontent
337 ##
$a неопосредованный
$b n
$2 rdamedia
338 ##
$a том
$b nc
$2 rdacarrier
650 #7
$a Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Фонетика
$2 rubbk
650 #7
$a Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Письмо — Орфография
$2 rubbk
700 1#
$a Dəmirçizadə, Əbdüləzəl
$d 1909-1979
700 1#
$a Axundov, Ağamusa
$e ред.
$4 edt
773 08
$7 nnam
$t Müasir azərbaycan dili [Текст]
$b 3-е изд.
$d Bakı : Şərq – Qərb, 2007
$h 22 см
$g Ч. 1
$k (Lüğət və ensiklopediyalar)
$w 006683386
852 ##
$a РГБ
$b CVL
$j ЗВ 58-02/5
$x 81
LKR ##
$a UP
$b 6683386
$l RSL01
$m Fonetika, orfoepiya, orfoqrafiya
$n Müasir azərbaycan dili

Описание

Заглавие Müasir azərbaycan dili [Текст]
Дата поступления в ЭК 11.04.2012
Каталоги Книги (изданные с 1831 г. по настоящее время)
Издание 3-е изд.
Выходные данные Bakı : Şərq – Qərb, 2007
Физическое описание 22 см
Серия (Lüğət və ensiklopediyalar)
Том Ч. 1: Fonetika, orfoepiya, orfoqrafiya. Ч. 1 / Əbdüləzəl Məmmədoğlu Dəmirçizadə. – 253 с.
ISBN ISBN 978-9952-34-153-9
Тема Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Фонетика
Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Письмо — Орфография
BBK-код Ш163.11-1
Ш163.11-81
Язык Азербайджанский
Места хранения CVL ЗВ 58-02/5

Əbdüləzəl Dəmirçizadə

Bu alimin yaradıcılıq irsi haqda çox danışmağa ehtiyac yoxdur. Bu gün onun “əsl fədakar” təyinatı ilə ifadə olunan tərcümeyi-halını, elmi-metodoloji, poetik-estetik mizan-düzənli mühazirələrini xatırlayanlar da kifayət qədərdir. Və yəqin ki, onların arasında, o dövrün belə bir deyimini də yad edənlər var: “Lalın dilini anası, dilin dilini Dəmirçizadə bilər”.
Sovetlər dönəmində görkəmli dilçilərimizin köklü-köməcli tədqiq-təhqiqatları sayəsində (bir az da “ikinci ana dilimiz”in acığına!) Azərbaycan dilçiliyinin elmin digər sahələrinə nisbətən daha mükəmməl inkişaf səviyyəsinə yetməsi faktı az-çox milli-vətəndaş duyğusu olan hər kəsə bəllidir. Bu qəbil səviyyə-düşüncədə olanlar, təbii ki, dilin dövlət və dövlətçiliyin əsas atributlarından biri olduğunun da fərqinə varmamış deyillər və belədə bu yazı qəhrəmanımızın qədir-qiyməti bəlli.
Bu an nədənsə, nitqimizdə tez-tez işlənən “dil pəhləvanı” ifadəsi ilə yazı-pozularda vaxtaşırı rastlaşdığımız “yazı qəhrəmanı” təyini söz birləşmələrini xatırladım. Ardınca da, “şəxsi” lüğət fondumdakı sözləri bir xeyli “çak-çuk” edib, zaman-zaman bütün filologiya fakültələri tələbələrinin bir-birilə “cıq-cuq”, “acaq-əcək, yacaq-yəcək” zarafatlaşmalarını xatırladım və sovet Azərbaycanı dilçiliyimizin pəhləvanı hesab etdiyim bu alimin həyat və yaradıcılıq tərcümeyi-halını belə bir yarımbaşlıq altında verməyi qərarlaşdırdım –

Dilçilik azmanı

1909-cu il iyulun 8-də Şəkidə anadan olmuş Ə.Dəmirçizadənin dilçiliyə meyllənməsində (mənə elə gəlir ki,) orada təhsil aldığı məktəblərin adları da az rol oynamayıb; əvvəlcə “Həqiqətül-maarif”, sonra “Şəki nümunə zəhmət” məktəbləri. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra (1925) şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamaqla yanaşı, bədii yaradıcılığa da böyük həvəs göstərən Ə.Dəmirçizadə “Yeni məktəb” məcmuəsində məqalə, şeir, hekayə və oçerklərlə çıxış edir. Ancaq elmi iş onun maraq dairəsinin nüvəsi imiş deyə, 1929-cu ildə Bakıya gəlib, ADU-nun Pedaqoji fakültəsinə daxil olur.
Sonralar qələmə aldığı yazılarından, müsahibələrindən də bəlli olduğu kimi, paytaxt mühiti, B.Çobanzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq kimi görkəmli simalarla yaxın tanışlıq, müəllim-tələbə münasibətləri onun psixolojisində böyük təbəddülat yaradır.
Universiteti bitirdikdən sonra Şəkiyə qayıdıb, böyük həvəslə müəllimlik edən gənc elmi yaradıcılıq eşqilə yenidən (1933) Bakıya dönüb, APİ-nin aspiranturasına daxil olur. 1936-cı ildə “Türk dili”, iki il sonra “Azərbaycan ədəbi dili tarixinin xülasələri” kitablarını çap etdirir. Dövrün məşhur alimləri (Y.E.Bertels, S.E.Malov, İ.K.Dmitriyev) bu gəncin ikinci kitabını namizədlik dissertasiyası kimi müdafiəyə layiq olduğunu bildirirlər və o, 31 yaşında filologiya elmləri namizədi olur. Elə həmin çağlardan həmkarları arasında “gənc qoca” çağırılan Əbdüləzəl dil tarixi sahəsində elmi təhqiqatlarını davam etdirərək 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” adlı əsərini müdafiə edib elmlər doktoru, bir il sonra professor adına layiq görülür, 1955-ci ildə Elmlər Akademiyasının müxbir üzvü seçilir.
İyirmidən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi ilə daha çox, Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrini (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırmış alimin “Azərbaycan dili tarixi xülasələri”, “M.F.Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azərbaycan dilinin tarixi qrammatikası” və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)” kitabları yalnız Azərbaycan dilçiliyini deyil, türk aləmi xəzinəsini də zənginləşdirən nümunələr hesab edilir.
Etimoloji tədqiqatlar sahəsində də araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə “50 söz” adlı orijinal kitab nəşr etdirmiş Ə.Dəmirçizadə 50-dən çox elmlər namizədi və doktorunun elmi rəhbəri olmaqla, bu sahə kadrlarının hazırlanmasında diqqətəlayiq fəaliyyət göstərmişdir.
Vurğulayaq ki, “Ə.Dəmirçizadə nailiyyətləri”nin fövqündə duran bir əsər kimi qiymətləndirilən “Müasir Azərbaycan dilinin fonetikası” kitabı dilçiliyimizin qızıl fonduna daxil edilib. Dilçi mütəxəssislər arasında bu əsərin bölmələrini “Böyük məntiq zəncirinin ayrılmaz həlqəcikləri” kimi qiymətləndirənlər olub. Onlar professorun “ifadə tərzinin çətinliyindən” danışanlara cavab olaraq qeyd edirlər ki, bu, əslində, mühakimə və təfəkkür zənginliyidir. Onun “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından günü bu gün də orfoepik normalar haqqında kifayət qədər məlumat almaq mümkündür. Bütün yaradıcılığı boyu dilimizin lüğət tərkibinin sağlam yolla inkişafı və zənginləşməsi istiqamətində imkan və bacarığını əsirgəməmiş Ə.Dəmirçizadənin bu sahəyə qayğısı tək elə elmi-nəzəri məqalə və kitabları ilə məhdudlaşmır. Əbdüləzəl müəllim geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözlərə etirazını bildirmədən keçməz, biz “həştad” dedikcə, o bizi “səksən”ə çəkər, milli dilə münasibətdə cəmiyyətin, bizim quruluşun verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi.
Bir vaxtlar dilimizin milli orijinallığının qorunub-saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək, onu “dilin əsəb sistemi” kimi qiymətləndirən Ə.Dəmirçizadəni “xaotik dilçi” kimi “qiymət”ləndirənlər də olub. Lakin ötən zamanların məntiqi həmin “dillər”ə də bu alimin elmi münasibət və özgür mövqeyini etiraf etdirib.
. Bu gün geninə-boluna işlətdiyimiz, dünya dilləri içərisində səlisliyinə, gözəlliyinə, zərifliyinə görə fəxarətləndiyimiz dilimizin bu “araya-ərsəyə” gəlməsində ayrıca xidmətləri olmuş professor Ə.Dəmirçizadə dünyaya göz yummazdan bir neçə gün əvvəl (1979), üzərində 40 ildən artıq yaradıcılıq işi apardığı monumental “Azərbaycan ədəbi dili tarixi” kitabını ortaya qoydu. Bu, ədəbi dilimizin həqiqi tarixini üzə çıxarmaq sahəsində ən qiymətli bir kitab kimi dəyərləndirildi, bütün türk xalqları, ümumən türkologiya üçün bir nümunə sayıldı.

Tahir Abbaslı

Bu kateqoriyaya aid digər yazılar

Comments are closed, but trackbacks and pingbacks are open.