Azərbaycanın elm korifeyləri: Əbdüləzəl DƏMİRÇİZADƏ
Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dilinin fonetikası” kitabı bu nailiyyətlərin önündə gedən, dilçiliyimizin qızıl fonduna daxil olan əsərlərdəndir. İlk variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif eksperiment əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş və sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir. Bu əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi olaraq bir-birindən doğur. Ona görə də əsərin bölmələri böyük bir zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri kimi bir-biri ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə tərzinin çətinliyin-dən danışılır. Bunlar ifadə tərzində çətinlik deyil, mühakimə və təfəkkür zənginliyidir. Bu xüsusiyyət onun əsərlərinin çoxunda özünü göstərir. Onun 1969-cu ildə çap etdirdiyi “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından orfoepik normalar haqqında kifayət qədər məlumat almaq mümkündür. Ümumiyyətlə tələffüz və xüsusən orfoepik tələffüz, ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri, tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüz və s. haqqında professorun qeydləri yeni və orijinaldır. Vahid tələffüz qaydalarına əməl etməyin zəruriliyi hələ hamıya eyni dərəcədə aydın olmadığından bu əsər yalnız dar ixtisas sahibləri üçün deyil, hər bir mədəni şəxs üçün faydalıdır. Ədəbi və mədəni tələffüz vərdişlərinin yayılma və inkişafında, düzgün tələffüz normalarının təlim və tədrisində bu əsərin mühüm rolu vardır. Ə.Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda imkan və baca-rığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı təkcə elminəzəri məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözə etirazını bildirmədən keçməzdi. Biz “həştad” dedikcə o bizi “səksən”ə öyrətmişdir. O, milli dilə münasibətdə bizim cəmiyyətin, bizim quruluşun verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi. Ə.Dəmirçizadə həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət tərkibinin tədqiqi məsələləri ilə məşğul olmuşdur. “Dilin lüğət tərkibi haqqında. “(1952), “Müasir Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik quruluşu” (1965), “Azərbaycan dilinin üslubiyyatı” (1962) adlı kitablarının müəyyən bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr etmişdir. O, bu əsərlərində söz və məna, sözün lüğəvi və qrammatik mənası, lüğət tərkibi, lüğət tərkibinin əsas və əlavə hissələri, onların hər birinin ümumi zəruri və xususi xarakter əlamətləri barədə fikirlərini diqqətlə ümumiləşdirməyə çalışmışdır. Lüğət tərkibinin inkişaf və zənginləşmə qaydalarını öyrənmək üçün bu əsərlərdən kifayət qədər məlumat almaq mümkündür. O, dilin qrammatik quruluşu – morfologiya və xüsusən sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsində böyük iş görmüşdür. Digər sahələrdə olduğu kimi, burada da fikir və mülahizələri orijinaldır. Dilimizin sintaktik quruluşunun tədqiqinə aid yazılarında onun orijinal dəst-xətti daha aydın görünür. O, qrammatik quruluşun ümumi məsələləri ilə ayrıca məşğul olmuş, dilin qrammatik quruluşunun təşəkkülü, morfem – morfologiya, sözün tərkibi və quruluşu kimi məsələləri ətraflı şərh etmiş, dilin milli orijinallığının qorunub saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək onu dilin əsəb sistemi kimi qiymətləndirmişdir. Ə.Dəmirçizadənin sifət haqqında qeyd və mülahizələri öz orijinallığı ilə diqqəti cəlb edir. Onun bu barədə fikri prinsip etibarilə dilçiliyimizdə sifət haqqında yazılmış bütün əsərlərdən, demək olar ki, fərqlənir. Leksik-qrammatik mənanı və morfoloji əlaməti birinci, sintaktik vəzifəni ikinci plana çəkməklə, o, sifətə, bir nitq hissəsi kimi, daha sabit mövqedən yanaşmışdır. İndi onun mövqeyi çoxları tərəfindən təqdir edilməkdədir. Bu hal sifət dərəcələrinin bölgüsünə münasibətdə də özünü göstərir. Onun müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif sahələrinə dair əsərlərini bir yerə yığsaq, böyük bir kitab alınar: “Müasir Azərbaycan dilində sadə cümlələr” (1950), “Qovuşuq cümlələr” (1947), “Azərbaycan dilində uzlaşma” (1950), “Mübtədanın sualları haqqında”(1955), “Mürəkkəb cümlələr” (1-ci məqalə 1947, 2-ci məqalə 1948) və s. məqalələrinin hər biri kiçik bir monoqrafiyanı andırır. “Müasir Azərbaycan dili (cümlə üzvləri)” (1947) kitabını da bura əlavə etsək, ümumi mənzərə tamamlanmış olur. Bu əsərlərdə sintaksisin, demək olar ki, bütün əsas məsələləri əhatə edilmişdir. O, cümlənin məqsəd və intonasiyaya görə növlərini ilk dəfə geniş şəkildə işləyərək, prinsip kimi məqsədlə avazlanmanı birgə götürməyi məsləhət görmüşdür. “Qovuşuq cümlələr” adı altında həmcins üzvlü cümlələri tədqiq etmişdir. Ə.Dəmirçizadə ilk dəfə tabesiz və tabeli mürəkkəb cümlələrin oxşar və fərqli cəhətlərini nəzərdən keçirərək, budaq cümlələri çevrilmiş və müstəqil cümlələr adı altında iki növə ayırmışdır. Burada bəzi budaq cümlələr (nəticə b. c. və s.) haqqında məlumat tama-milə yenidir, bəzi budaq cümlələr isə ilk dəfə dərinləşdirilmiş və genişləndirilmişdir.
Azərbaycan dilinin fonetikası
Fonetika danışıq səslərindən bəhs edir. Danışıq səsləri danışıq üzvləri vasitəsilə həyata keçirilir. Onlar aşağıdakılardır:
1-ağciyərlər, 2-nəfəs borusu, 3-qırtlaq və səs telləri, 4-ağız boşluğu, 5-dil, 6-dodaqlar, 7-dişlər, 8-burun boşluğu.
Danışıq səsləri iki cür olur: 1) sait səslər, 2) samit səslər.
Saitlərin tələffüzündə hava axını ağızdan sərbəst çıxır, yəni heç bir maneəyə rast gəlmir və saitlər çox aydın səslənir.
Tələffüz zamanı hava axınının ağızda müxtəlif maneələri dəf etməsindən yaranan səslər samit səslər adlanır.
Fonetika iki yerə ayrılır:
- orfoqrafiya — düzgün yazı qaydaları
- orfoepiya — düzgün tələffüz qaydaları
ƏLİFBA
Hərflərin müəyyən sıra ilə düzülüşü ƏLİFBA adlanır. Dilimizin əlifbasında 32 hərf var.
Hərflərdən 9-u sait, 23-ü isə samit səsi bildirir. Biz hərfləri yazır və görürük, səsləri tələffüz edir və eşidirik.
Ensiklopediyalarda, lüğətlərdə, mobil telefonlarda, məlumat kitabçalarında sözlər əlifba sırası ilə verilir.
«K» hərfi iki əsas səsi ifadə edir: k (iki) və k’ (k’yöok’) Bəzən tələffüzdə [q] səsi [k’] səsinə çevrilir: [dok’quz]. Bəzən isə [k] səsi [x’] səsini yaradır: (ələx’)
SAİT SƏSLƏRİN NÖVLƏRİ
Sait səslər aşağıdakı kimi təsnif olunur:
1. Dilin arxa və ön hissəsində deyilməsinə görə:
1) qalın saitlər ([a], [ı], [o], [u]);
2) incə saitlər ([ə], [e], [ö], [i], [ü]).
2. Dodaqların vəziyyətinə görə:
1) dodaqlanan saitlər ([o], [ö], [u], [ü]);
2) dodaqlanmayan saitlər ([a], [ə], [e], [i], [ı]).
Dodaqlanan saitlər bununla fərqlənir ki, onların tələffüzündə dodaqlar bir qədər irəli gələrək dairəvi şəkil alır.
3. Dilin üst damağa doğru qalxması və nisbətən aşağı enməsi vəziyyətinə görə:
1) qapalı saitlər ([ı], [i], [u], [ü]);
2) açıq saitlər ([a], [ə], [o], [ö], [e]).
SAMİT SƏSLƏRİN NÖVLƏRİ
Samit səslər cingiltili və kar olur.
Cingiltili samitlərin əmələ gəlməsində səs telləri iştirak edir, buna görə onlar səsdən və küydən ibarət olur. Cingiltili samitlər: [b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z]
Kar samitlər yalnız küydən əmələ gəlir.
Kar samitlər: [p] [ç] [t] [k] [x] [ş] [k’] [f] [x’] [s] [h]
Cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir, bununla yanaşı [l], [m], [n], [r] samitlərinin kar qarşılığı, [h] samitinin isə cingiltili qarşılığı yoxdur:
[b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z] –
[p] [ç] [t] [k] [x] [ş] [k’] — – — – [f] [x’] [s] [h]
SAİT SƏSLƏRİN TƏLƏFFÜZÜ
1. Eynicinsli qoşa saitlər bir uzun sait kimi tələffüz olunur:
saat [sa:t], təəssüf [tə:ssüf], bədii [bədi:].
2. Müxtəlifcinsli qoşa saitlərin arasına [y] səsi daxil olur:
radio [radiyo], ailə [ayilə], zəif [zəyif]
3. Sözdə əa, üə, üa saitləri yanaşı gəldikdə birinci düşür, ikinci uzanır:
fəaliyyət [fa:liyət], müəllim [mə:llim], müavin [ma:vin]
4. Sözdə yanaşı gələn ea saitləri [iya] kimi tləffüz olunur:
teatr [tiyatr], okean [okiyan], ideal [idiyal]
5. Sözdə o və ö saitlərindən sonra [v] səsi gələrsə, v düşür o və ö saitləri uzanır: dovşan [do:şan]
6. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda, tələffüz zamanı həmin saitlər ahəng qanununa uyğun olaraq qapalı saitlərə ([ı], [i], [u], [ü]) səslərindən birinə çevrilir:
saxlayın [saxlıyın], nənəyə [nəniyə], babaya [babıya]
7. Dilimizdə uzanan saitlər də vardır:
dahi [da:hi], Füzuli [füzuli], vəsiqə [vəsiqə]
Yaxud: Çempion Adil [mədəni] oğlandır.
Uzaqdan neft [mə:dəni] görünürdü.
QEYD: ı və ü saitləri uzanmır.
SAMİT SƏSLƏRİN TƏLƏFFÜZÜ
1. Söz ortasında qq, pp, tt, kk samitləri yanaşı gələrsə, tələffüz zamanı onlardan biri dəyişir:
doqquz [dok’quz], tappıltı [tapbıltı], hətta[hətda], səkkiz [səkgiz]
2. Şəkilçinin tərkibində gələn qoşa yy samitlərindən biri tələffüz zamanı düşür:
ədəbiyyat — [ədəbiyat], fəxriyyə — [fəxriyə], cəmiyyət -[cəmiyət]
3. Söz sonunda qoşa samit işlənərsə, ona samitlə başlayan şəkilçi artırıldıqda qoşa samitin biri yazılır, biri isə düşür:
xətt [xətdən], sirr [sirlər], hiss [hislər]
4. Söz ortasında iki kar samit yanaşı gələrsə, tələffüzdə ikincisi öz cingiltili qarşılığına çevrilir:
Avesta [avesda], istiqamət [isdiqa:mət]
5. Söz ortasında k səsindən sonra istənilən samit gələrsə, tələffüzdə k= x’ olur:
Məktəb [məx’təb], məktəbli [məx’təbli]
6. Söz sonunda b, d, g, c+q, k, z səsləri gələrsə, tələffüz zamanı onlar dəyişilir:
Palıd, tüfəng, ağac, qonaq, çiyələk, almaz
[Palıt, tüfənk, ağaç, qonax, çiyələx’, almas]
QEYD: Belə sözlərdə son samitin düzgün yazılışı üçün ona saitlə başlayan şəkilçi artırmaq lazımdır: palıd-a, tüfəng-ə, ağac-a.
7. Sonu q ilə qurtaran sözə saitlə başlayan şəkilçi artırdıqda
q = ğ olur: qonağ-a.
8. Söz ortasında q səsindən sonra kar samit gələrsə, q səsi dəyişir, cingiltili samit gələrsə, dəyişmir:
iqtisadiyyat [ik’tisadiyat] istiqlaliyyət [istiqla:liyət]
9. Sonu k samiti ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırıldıqda
k = y olur: çiçək; çiçəy-in, çiçəy-ə, çiçə-yi (bu, adətən, ismin yiyəlik, yönlük, təsirlik hallarında baş verir.)
10. Sözün birinci hecasında işlənən c səsindən sonra sammit işlənsə,c = j və yaxud c = ş olur:
əcdad [əjdat], ictimaiyət [iştimaiyət]
11. Üzv, üzr, hökm, rəhm, sədr kimi sonu iki samitlə bitən təkhecalı sözlərdən üzrlü, üzrsüz, rəhmli, rəhmsiz, sədrlik kimi sözlər düzəltdikdə üç samit yanaşı gəlir. Buna görə həmin sözlərdə iki samit arasına bir sait əlavə edilir və [üzürrü], [üzürsüz], [rəhimli], [rəhimsiz], [sədirrik’] kimi tələffüz olunur.
12. Sonu iki kar samitlə bitən sözlərə samitlə başlanan hər cür şəkilçi artırdıqda isə həmin samitlərdən ikincisi tələffüz olunmur: dostluq — [doslux], neftçi — [nefçi], turistlər -[turislər], sərbəstlik — [sərbəslix’], süstlük — [süslüx’], poçtdan -[poşdan], üstdə — [üsdə]
AHƏNG QANUNU
Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa tabe olanlar: «qalın», «incə», «qanun»
Ahəng qanununa tabe olmayanlar: «ahəng»
Ahəng qanunu morfouoloji hadisədir, yəni həm fonetikaya, həm də morfologiyaya aiddir.
HECA
Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir:
A-zər-bay-can, sə-ya-hət-çi-lər, qəh-rə-man-lıq, i-yir-mi Sözdəki hecaların sayı onda işlənən saitlərin sayı qədər olur. Heca yalnız bir saitdən də ibarət ola bilər:
A-i-lə, a-ta, u-şaq-lar
Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: i-nək, sün-i.
Qoşasamitli sözlər sətirdən sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir
VURĞU
Sözdəki hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli tələffüzünə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.
Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasına düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil: traktor, kombaynçı, kosmos və s.
Vurğu qəbul etməyən şəkilçilər:
1) İsmin xəbərlik (şəxs) şəkilçiləri:
-am 2 , -san 2 , -dır 4 , -ıq 4 ,- sınız 4 , -dırlar 4 .
2) Soyad əmələ gətirən şəkilçilər: -ov, -yev, -ova, -yeva.
3) İsim düzəldən -gil şəkilçisi.
4) Felin inkar şəkilçisi: -ma 2
5) Felin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçiləri:
6) idi, imiş, isə hissəciklərinin ixtisar forması.
7) Feli bağlama şəkilçiləri: -madan 2 və -arkan 2 şəkilçisinin 2-ci hecası.
8) Felin əmr şəkli II şəxs cəmin şəxs şəkilçisi: -ın 4
9) Şəxs-kəmiyyət şəkilçisi: -lar 2 .
İSTİSNA: Şühudi keçmiş zamanda və əmr, şərt şəkillərində -lar 2 vurğu qəbul edir.
FONETİK TƏHLİL
Təhlil zamanı aşağıdakılar müəyyənləşdirilir:
- Sözün səs və hərf tərkibi.
- Sözün hecaları və vurğusu.
- Sait səslər (qalın, incə; dodaqlanan, dodaqlanmayan; açıq, qapalı).
- Samit səslər (kar, cingiltili).
QEYD: Təhlil zamanı; hərf, ahəng, heca, vurğu yazılışa, səs, sait, samit isə oxunuşa əsasən müəyyən olunur.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
- Teqlər:
- fonetika
- , Azərbaycan dilinin fonetikası
Azərbaycanın elm korifeyləri: Əbdüləzəl DƏMİRÇİZADƏ
“. Mən professor Bəkir Çobanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir, Abdulla Şaiq kimi görkəmli şəxslərin tələbəsi olmuşam, ədəbiyyat, incəsənət və elm sahəsində bir sıra məşhur şəxsiyyətlərlə – Səməd Vurğun, Süleyman Rüstəm, Əbülhəsən, Sabit Rəhman, akademik Həmid Araslı, professor Cəfər Xəndan, xalq rəssamı S.Salamzadə və başqaları ilə sinif yoldaşı olaraq təhsil almışam. Dilçilik sahəsində əsl tədqiqat aparmaq zərgərlikdir” – deyən Əbdüləzəl Dəmirçizadənin başlıca idealı Azərbaycan dilinin məna gözəlliklərini qorumaq və zənginləşdirmək idi.
“Müasir Azərbaycan dili”nin müəllifi, yazdıqları hər birimizin stolüstü kitabına çevrilən, ana dilimizin qayda-qanunlarını, fonetikasını, gözəlliklərini, incəliklərini oxuyub-öyrəndiyimiz böyük ziya adamının – alimimizin həyat yoluna bir daha nəzər salaq:
Əbdüləzəl Məmmədoğlu Dəmirçizadə 8 iyul 1909-cu ildə Şəkidə anadan olmuşdur. O, ibtidai və orta təhsilini Şəkidə almış, əvvəlcə “Həqiqətül- maatif” adlanan yeni tipli məktəbdə, sonra isə “Şəki nümunə zəhmət” məktəbində oxumuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrından 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə “Yeni Məktəb” məcmuəsində dərc edilmişdir. Dəmirçizadə gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra şerlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi təhqiqat sahəsinə istiqamətləndirmişdir.
O, 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU pedaqoji fakultəsinə daxil olmuşdur. Burada B. Çobanzadə, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, A.Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır. Həmin fakultəni bitirdikdən sonra Şəkiyə qayıdıb, böyük rəğbətlə yanaşdığı müəllimliyini davam etdirmişdir.
Elmə olan həvəs heç vaxt Ə.Dəmirçizadəni rahat qoymudu. O, 1933- cü ildə yenidən Bakıya gəlib, APİ-nin “Dillər” kafedrasına aspirat qəbul olunmuşdur. 1936-cı ildə “Türk dili” adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra isə, yəni 1938-ci ildə “Azərbaycan ədəbi dili tarixinin xülasələri” adlı ikinci kitabı işıq üzü görmüşdür. Dövrün görkəmli alimləri Y.E. Bertels, S.E.Malov və İ.K. Dmitriyev sonuncu kitabın namizədlik dissertasiyası kimi müdafiəyə layiq olduğunu bildirmişlər. 1940-cı ildə Ə.Dəmirçizadəyə filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
Dil tarixi sahəsində elmi təhqiqatlarını davam etdirən təhqiqatçı 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” adlı əsəri müdafiə edib. 1945-ci ildə isə professor elmi adına layiq görülmüşdür. Ə. Dəmirçizadə 1940-cı ildən 1943-cü ilə qədər ADU-da, 1943-cü ildən ömrünün sonuna qədər isə APİ-də “Azərbaycan dilçiliyi” kafedralarına rəhbərlik etmişdir. 1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi- metodik məqaləsi çap olunmuşdur. Bu əsərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılmışdır. Alimin “Azərbaycan dili tarixi xülasələri” (1938), “M.F. Axundov dil haqqında və Axundovun dili” (1941), “Azərbaycan dilinin tarixi” (1948), “Azərbaycan ədəbi dilinin inkişaf yolları” (1959), “”Kitabi-Dədə Qorqud” dastanının dili” (1959), “Azəri ədəbi dilinin tarixi” (1967), “Azərbaycan dilinin tarixi qrammatikası”(1967) və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)” kitabları yalnız Azərbaycan dilçiliyinin deyil, türk aləminin xəzinəsini zənginləşdirmişdir.
Dəmirçizadə nəzəri dilçilik məsələləri ilə yanaşı, təbliği dilçilik problemlərini də həll etməyə çalışmış, “Azərbaycan dili orfoepiyasının əsasları” (1969) kitabını ədəbi tələffüz, onun mənbələri, pozulma səbəbləri, fonetik, qrafik və qrammatik şəraitdə təfəffüz məsələlərinə həsr etmişdir. O, etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə “50 söz” adlı orjinal kitab nəşr etdirmişdir. Azərbaycan dilçiliyi üzrə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında prof. Dəmirçizadənin böyük rolu olmuşdur. O, 50-dən çox elmlər namizədi və doktoru hazırlamışdır.
Dəmirçizadə 1979-cu ildə vəfat etmişdir.
Paytaxt küçələrindən biri onun adınadır.
Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dilinin fonetikası” kitabı bu nailiyyətlərin önündə gedən, dilçiliyimizin qızıl fonduna daxil olan əsərlərdəndir. İlk variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif eksperiment əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş və sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir. Bu əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi olaraq bir-birindən doğur. Ona görə də əsərin bölmələri böyük bir zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri kimi bir-biri ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə tərzinin çətinliyin-dən danışılır. Bunlar ifadə tərzində çətinlik deyil, mühakimə və təfəkkür zənginliyidir. Bu xüsusiyyət onun əsərlərinin çoxunda özünü göstərir. Onun 1969-cu ildə çap etdirdiyi “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından orfoepik normalar haqqında kifayət qədər məlumat almaq mümkündür. Ümumiyyətlə tələffüz və xüsusən orfoepik tələffüz, ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri, tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüz və s. haqqında professorun qeydləri yeni və orijinaldır. Vahid tələffüz qaydalarına əməl etməyin zəruriliyi hələ hamıya eyni dərəcədə aydın olmadığından bu əsər yalnız dar ixtisas sahibləri üçün deyil, hər bir mədəni şəxs üçün faydalıdır. Ədəbi və mədəni tələffüz vərdişlərinin yayılma və inkişafında, düzgün tələffüz normalarının təlim və tədrisində bu əsərin mühüm rolu vardır. Ə.Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda imkan və baca-rığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı təkcə elminəzəri məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözə etirazını bildirmədən keçməzdi. Biz “həştad” dedikcə o bizi “səksən”ə öyrətmişdir. O, milli dilə münasibətdə bizim cəmiyyətin, bizim quruluşun verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi. Ə.Dəmirçizadə həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət tərkibinin tədqiqi məsələləri ilə məşğul olmuşdur. “Dilin lüğət tərkibi haqqında. “(1952), “Müasir Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik quruluşu” (1965), “Azərbaycan dilinin üslubiyyatı” (1962) adlı kitablarının müəyyən bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr etmişdir. O, bu əsərlərində söz və məna, sözün lüğəvi və qrammatik mənası, lüğət tərkibi, lüğət tərkibinin əsas və əlavə hissələri, onların hər birinin ümumi zəruri və xususi xarakter əlamətləri barədə fikirlərini diqqətlə ümumiləşdirməyə çalışmışdır. Lüğət tərkibinin inkişaf və zənginləşmə qaydalarını öyrənmək üçün bu əsərlərdən kifayət qədər məlumat almaq mümkündür. O, dilin qrammatik quruluşu – morfologiya və xüsusən sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsində böyük iş görmüşdür. Digər sahələrdə olduğu kimi, burada da fikir və mülahizələri orijinaldır. Dilimizin sintaktik quruluşunun tədqiqinə aid yazılarında onun orijinal dəst-xətti daha aydın görünür. O, qrammatik quruluşun ümumi məsələləri ilə ayrıca məşğul olmuş, dilin qrammatik quruluşunun təşəkkülü, morfem – morfologiya, sözün tərkibi və quruluşu kimi məsələləri ətraflı şərh etmiş, dilin milli orijinallığının qorunub saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək onu dilin əsəb sistemi kimi qiymətləndirmişdir. Ə.Dəmirçizadənin sifət haqqında qeyd və mülahizələri öz orijinallığı ilə diqqəti cəlb edir. Onun bu barədə fikri prinsip etibarilə dilçiliyimizdə sifət haqqında yazılmış bütün əsərlərdən, demək olar ki, fərqlənir. Leksik-qrammatik mənanı və morfoloji əlaməti birinci, sintaktik vəzifəni ikinci plana çəkməklə, o, sifətə, bir nitq hissəsi kimi, daha sabit mövqedən yanaşmışdır. İndi onun mövqeyi çoxları tərəfindən təqdir edilməkdədir. Bu hal sifət dərəcələrinin bölgüsünə münasibətdə də özünü göstərir. Onun müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif sahələrinə dair əsərlərini bir yerə yığsaq, böyük bir kitab alınar: “Müasir Azərbaycan dilində sadə cümlələr” (1950), “Qovuşuq cümlələr” (1947), “Azərbaycan dilində uzlaşma” (1950), “Mübtədanın sualları haqqında”(1955), “Mürəkkəb cümlələr” (1-ci məqalə 1947, 2-ci məqalə 1948) və s. məqalələrinin hər biri kiçik bir monoqrafiyanı andırır. “Müasir Azərbaycan dili (cümlə üzvləri)” (1947) kitabını da bura əlavə etsək, ümumi mənzərə tamamlanmış olur. Bu əsərlərdə sintaksisin, demək olar ki, bütün əsas məsələləri əhatə edilmişdir. O, cümlənin məqsəd və intonasiyaya görə növlərini ilk dəfə geniş şəkildə işləyərək, prinsip kimi məqsədlə avazlanmanı birgə götürməyi məsləhət görmüşdür. “Qovuşuq cümlələr” adı altında həmcins üzvlü cümlələri tədqiq etmişdir. Ə.Dəmirçizadə ilk dəfə tabesiz və tabeli mürəkkəb cümlələrin oxşar və fərqli cəhətlərini nəzərdən keçirərək, budaq cümlələri çevrilmiş və müstəqil cümlələr adı altında iki növə ayırmışdır. Burada bəzi budaq cümlələr (nəticə b. c. və s.) haqqında məlumat tama-milə yenidir, bəzi budaq cümlələr isə ilk dəfə dərinləşdirilmiş və genişləndirilmişdir.
Professor bu vəfasız dünyaya göz yummazdan bir neçə gün əvvəl 40 ildən artıq bir müddətdə üzərində yaradıcılıq işi apardığı monumental “Azərbaycan ədəbi dili tarixi” (1979) kitabını ortaya qoydu. Bu kitab ədəbi dilimizin həqiqi tarixini üzə çıxarmaq sahəsin-də ən qiymətli bir kitab olub, bütün türk xalqları, bütün türkologiya üçün bir nümunə sayıla bilər. Professor bu kitabda dilimizin tarixini xalqımızın tarixi ilə vəhdətdə öyrənmiş və öz dərin biliyi, zəngin təcrübəsi ilə hər iki sahəni obyektiv şəkildə işıqlandıra bilmişdir. Onun dilimizin tarixi ilə bağlı fikirləri daim yeni faktlarla özünü doğrultmaqda və yalançı müddəaları təkzib etməkdədir.
Nəzəri dilçiliyin əsrlər boyu inkişafı əsasında onun bir sıra şöbələri yaranıb müəyyənləşmişdir
Dilin səs sistemindən bəhs edən dilçilik şöbəsi Fonetika adlanır. Fonetika dilçiliyin ən çox işlənmiş sahələrindəndir. Fonetika termini yunan mənşəlidir. Yunan dilində fone (phone) səs deməkdir. Bu sözdən yaranmış fonetika isə danışıq səsinə məxsus olan təlim anlayışını bildirir. Fonetikanın mövzusu danışıq səsləri olduğundan dilin səs sistemini müəyyənləşdirmək , fonem və fonem variantlarının akustik-fizioloji xüsusiyyətlərini öyrənib geniş fizioloji xarakteristikasını vermək, fonetik qanunların, hadisələrin mahiyyətini aydınlaşdırmaq onun başlıca vəzifəsidir. Fonetikanin yaranma ve inkişaf tarixi çox qədimdir. Fonetika anlayışı hələ eradan əvvəl hind dilçiliyində təşşəkkül tapmışdır.Qədim hindlilər dini abidələrin dilinə muraciət edərkən fonetika hadisələrinə biganə qalmamışlar.
Fonetikanın dilçilikdə əhəmiyyəti böyükdür. Belə ki, hər hansı bir dilin qrammatik quruluşunu yaxşı mənimsəmiş bir adam əgər səsləri düzgün tələffüz etmirsə, onun orfoepik normalarını pozursa, nitqi anlaşılmaz olar. Bu səbəbdən hər hansı bir dili öyrənərkən onun səs sistemindən başlamaq lazımdır. Dilin qrammatikasını da öyrənərkən də fonetikadan istifadə olunur. Sintaksisdə fonetik vasitələrin, fonetik ritmin əhəmiyyətli dərəcə də rol oynadığını da bura əlavə etsək, dilin səs sistemini öyrənməyin nə qədər lazımlı olduğunu asanlıqla başa düşmək olar.
Fonetika yalnız insan səslərini, ictimai ünsiyyət elementi olan səsləri öyrənir. Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səslərini öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
A.Axundova görə Fonologiya (Fonetika) dilçilik elminin sahələrindən biri olmaq etibarilə dilin fonoloji sistemi ilə məşğul olur.Başqa sözlə,o, nitq səslərini söz və morfemlərin səs cildini fərqləndirən bir vasitə kimi öyrənir, səslərin,səs birləşmələrinin və prosodic vasitələrin semioloji relevantliğini və funksional xüsusiyyətlərini tədqiq edir. Fonologiyanın vahidi fonemdir.Fonem dilin ən kiçik vahidi olub, müəyyən fərqləndirici əlamətlər məcmuyudur.O,söz və morfemlərin səs cildini fərqləndirməyə xidmət edir. Muasir dövrün dilçiliyində geniş şəkildə işləndiyinə baxmayaraq,fonem yenə də mübahisəli olan mühüm problemlərdən biridir.Təxminən yarım əsrlik tədqiqat tarixinə malik olsa da bu problem istər bizdə,istərsə də xaricdə dilçilərin diqqət mərkəzində durmuş,saysız-hesabsız tədqiqatların mövzusu olmuşdur.Dilçiliyin yeni tədqiqat üsulu kimi meydana çıxan və artıq qısa,lakin zəngin bir inkişaf yolu keçən strukturalizm,birinci növbədə,məhz fonem nəzəriyyəsi əsasında formalaşmiş və öz tədqiqat metodlarını dilçiliyin başqa sahələrinə də tətbiq etməyə başlamışdır.Müasir dövrdə istər Praqa funksional dilçiliyi,istər Danimarka qlossematikası,istərsə də Amerika deskriptiv dilçiliyi formalarında təzahur edən strukturalizmdə,istərsə də boyük inkişaf yoluna malik olan və dillərin tədqiqində böyük müvəffəqiyyətlər qazanmış ənənəvi dilçilikdə fonem oz layiqli yerini tutan mühüm məsələlərdən biridir. Fonem probleminin tarixi rus dilçisi İ.A.Boduen de Kurtenedən başlayır.İndi işlənən mənada fonem məsələsini ilk dəfə o, dilçiliyə gətirmiş və onun ilk izahını vermişdir.Boduen fonemi ilk dəfə etimoloji-morfoloji bir hadisə kimi izah etmişdir ki,bu fikir də onun şagirdi N.V.Kruşevski tərəfindən inkişaf etdirilmişdir.”Morfemin komponentləri kimi fonemin bir fonemdə ”səs haqqında ümumi anlayışda” birləşən səslərin çoxcəhətliliyinin,fonemlərin dəyişmələri(divergensiya) və əvəzlənmələrinin(alternasiyanın) əsas məsələləri bu alimlər(xüsusən Boduen de Kurtene)tərəfindən işlənmişdir.Boduenin psixoloji izahatının qəbul oluna bilməməsinə baxmayaraq, onun linqvistik təhlilləri fonologiyanın mohkəm bünövrəsini qoymuşdur. Fonemin ilk tədqiqatçisi Boduen 1917-ci ildə çap olunmuş “Введение в языкознание”(Dilçiliyə giriş) adlı əsərində yazmışdır:”Biz psixikamızda mövcud olan səsin anlayışını,yəni təlləfüz əməlinin eyni zamanlı mürəkkəb kompleksini və bundan alınan təəssüratı fonem adlandıracağıq.”
Deməli Dilçiliyin şöbələrindən biri olan Fonetika özüdə məzmunca geniş və çoxsahəlidir. Müstəqil işin davamında Fonetikanın əhatə etdiyi sahələr daha ətraflı qeyd edilmişdir.
Səs və Fonem anlayışı
Danışıq səsləri və fonem anlayışlarının bir –birindən fərqli və oxşar cəhətləri, onların ayrı –ayrılıqda dildə oynadığı rol və təzahür formaları, fonem anlayışının konkret izahına dair dünya dilçiliyində çox müxtəlif fikirlər irəli sürülmüşdür. Bu sahədə Boduen de Kurtene, L.V.Şerba, A.A.Reformatskinin fikirləri daha maraqlı elmi nəticələr vermişdir.
Şerba ilk dəfə olaraq fonemin əsl real təbiətini açmağa nail olmuşdur. O, göstərir ki, canlı danışıqda tələffüz olunan müxtəlif cür səslərdən fərqli olaraq fonem mənaları fərqləndirmələrə xidmət edir.
Həqiqətən danışıq səsləri öz funksiyasına görə dildə 2 şəkildə özünü göstərir:
- Səs variantları şəklində
- Fonem şəklində
Lakin bunlar dilin leksik və qrammatik quruluşunda aparıcı rol oynamır. Məsələn, Azərbaycan dilində səadət, həyat, alim, aygün, yaşayış və s sözlərin tərkibində tələffüz edilən a saiti, fizioloji –akustik cəhətdən müxtəlif cür tələffüz olunur.Dilin Fonetik sistemində mövcud olan bütün sait və samitlərin bu cür keyfiyyətdə müxtəlif variantları mövcuddur. Bu dil hadisəsi digər dillərdə də ,ərəb ,fars, rus, fransız, alman və s. aydın şəkildə özünü göstərir.
- atam –adam, yaşat –yarat ; 2) dəftəri –dəftərə, evim –evin və s.
Evim -1 şəxs mənsubiyyəti
Evin -2 şəxs mənsubiyyəti
Dildə mövcud olan səs variantlarının hamısı əlifbada öz əksini tapmır. Lakin bütün fonemlər isə əlifbada, yazıda əks olunur.
Fonemlərin əlamətlərindən danışarkən Ə.M.Dəmirçizadə Moskva fonoloji məktəbinin konsepsiyasını qəbul edir, buna görə də o Fonemin əlamətlərini aşağıdakı kimi göstərir:
1.Fonem dilin müstəqil bir həlqəsidir
- Fonem sözdən ayrı deyil,ancaq söz daxilində olan mənalı dil vahididir.
- Fonem dilin məna yaradan ən kiçik vahididir.
- Fonemlər sistemi hər bir dilin məxsusi əlamətlərinə görə müəyyənləşir.
- Bir Fonem 1, 2 hətta 3 səsdən ibarət ola bilər.
- Sözdən, ifadədən və bir sıra amillərdən asılı olaraq bir fonem digər fonem çalarlığında işləndikdə yeni bir fonem formalaşması mümkündür.
- Fonemlər silsiləsi qarşılıqlı cütlükdən ibarətdir.
HECA
Dildə heca ən mürəkkəb fonetik vahidlərdəndir.Dilçilikdə heca haqqında müxtəlif baxışlar mövcuddur. Bunların içərisində ən obyekiv mülahizə budur ki, heca danışıq nitqində ən kiçik fasilələrlə ayrılan fonetik vahiddir.Hər bir hecanın tərkibindəki səslərdən biri yüksək tonla tələffüz olunur. Həmin səs heca əmələ gətirən səs hesab olunur.Dillərin əksəriyyətində heca saitlərin iştirakı ilə əmələ gəlir. Belə ki sözdə neçə sait varsa o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz .Lakin dünyanın bir çox dillərində samitlərlə də (l,m,p,y) heca əmələ gəlir.
Heca haqqında çox deyilmiş,çox da yazılmışdır. Dilçilikdə heca haqqında çoxlu nəzəriyyələr vardır. Məsələn, Ekspirator nəzəriyyəsi, hecanın sonor nəzəriyyəsi, əzələ gərginliyi nəzəriyyəsi və s.
Ekspirator nəzəriyyəsi hecanı bir nəfəsvermə zamanı tələffüz edilən səs birləşməsi hesab edir.Bu nəzəriyyə çoxlu tənqidə məruz qalmışdır.Lakin amerikalı alim Stetsonun fəaliyyəti sayəsində yenidən dirçəlmişdir.O, heca tərkibində saitin olmasını labüd hesab edir.
Hecanın sonor nəzəriyyəsinin əsasını O.Cespersonqoymuşdur. O belə hesab edir ki, heca daha çox səslənənin az səslənənlə birləşməsi deməkdir.O, heca tərkibi üçün saitin varlığını qəbul etmir.
- Gərginliyin güclənməsi
- ən yüksək nöqtəsi
- əzələnin zəifləməsi.
Azərbaycan dilçiliyində həmişə ekspirator nəzəriyyəsi əsas götürülmüşdür.
Sözdə nə qədər sait səs varsa, bir o qədər də heca olur:
Məs.: ya-şıl-laş-dı-rıl-mış.
Bu sözdə 6 sait səs olduğu üçün 6 heca vardır. Bundan başqa,
bir neçə hecalı sözləri də göstərmək olar: Məs.: qu-ru-cu-luq-la-rın,
Dilçilikdə hecanın quruluşun təsvir etmək üçün burda V və C işarələrindən istifadə olunur. V işarəsi latınca sait (Vocal) sözünün, C isə samit (Consonant) sözünün ilk hərfləridir.
Azərbaycan dilində sözlərimizin 6 heca quruluşu vardır:
1. V: (o), (i)+nək = inək, (a)+na = ana 2. VC: (on), (or)+(ta) = orta, (ar)+tıq = artıq 3. VCC: (alt), (üst) 4. CV: (nə), (bu), o+dun+(çu) = odunçu 5. CVC: (daş), (qar)+(maq) = qarmaq, ar+(tıq) = artıq 6. CVCC: (bərk), (dörd), (dinc)
Dilimizdə başqa dillərdən keçən sözlərin bir qismində CCVC, CCVCC, CCV, CCVCCC və s. Heca quruluşuda vardır, məsələn: (plan), (sport), (pro)+fes+sor = professor və s.
Samitlə başlanan heca örtülü, sayitlə başlanan heca örtüsüz adlanır:
Örtülü heca: CV, CVC, CVCC, CCV, CCVCC Örtüsüz heca: V, VC, VCC
Azərbaycan dilində hecanın aşağıdakı növləri vardır.
1. Sadə heca – tək bir saitdən ibarət olub nə özündən əvvəl, nə də özündən sonra samitlə birləşir. Məs: o-xu, a-ta, a-na. Bu sözlərdəki birinci sait sadə hesab olunur.
2. Açıq heca: Əgər heca saitlə qurtararsa, belə heca açıq hesab olunur. Məs: ba-ba, nə-nə, xa-la, bi-bi və s.
3. Qapalı heca – samitlə qurtaran heca qapalı hesab olunur.
Məs qar-daş, baş, əl, ət, üz və s.
4. Hecaların örtülü və örtüsüzlüyü isə onların samitlə başlanması ilə bağlıdır. Samitlə başlayan heca örtülüdür. (məs: bi-li-rəm,), saitlə başlayan heca isə örtüsüz hesab olunur (məs; at, ot, ət) və s.
5. Azərbaycan dilində çoxhecalı sözlərə, habelə çoxfonominli – çox səsli hecalara az təsadüf edilir. .
Məs; şpris, ilyaj, çariz, Marks, kənd, qənd və s. bu kimi çoxsəsli sözlər bir hecadan ibarət olub dilimizə gəlmə sözlərdi.
Heca bölgüsündə də dünya dillərində fərqli cəhətlər özünü göstərir.Məsələn, Azəbaycan dilində qoşa samitli sözlərdə heca bölgüsü qoşa samitlərin arasına düşür. Məsələn:qüs-sə,bən-na,tə-sər-rü-fat,saq-qal,baq-qal,mü-əl-lim və s. Ancaq rus,fransız dillərində qoşa samitlər heca bölgüsündə bir hecanın tərkibində qalır .Məsələn:Rus dilində a-kter,o-kno,pa-tron və s.
Çox vaxt saitlərlə samitləri fərqləndirərkən əsas əlamətlərdən biri kimi, onların heca əmələ gətirməsi qabiliyyəti nəzərdə tutulur.Bir hecadan ibarət olan sözlərdə, əlbəttə,heca əmələgətirmə funksiyasını sait yerinə yetirir.Bəzi hallarda samit səslər də heca əmələ gətirə bilir.Məsələn: alman dilində çox hecalı sözlərdə (m,b,n) sonorları sait düşməsi nəticəsində heca əmələ gətirir.
Dil vahidlərindən olan səsin, hecanın və ya sözün tələffüz prosesində daha qabarıq nəzərə çatdırılması üçün onların qüvvətli, yüksək tonla səslənməsi Vurğu adlanır. Məşhur rus alimi Trubetskoy haqlı olaraq səsin tonundan qeyri-bərabər şəkildə istifadə edir .Dünya dillərinin bir qismində, məsələn, çex, latın, macar dillərində vurğu bir qayda olaraq sözün ilk hecalarına düşür. Türk dillərinin əksəriyyətində, Avropa dillərindən fransız dilində vurğu əsasən sözün sonuncu hecasına düşür.Dilçilikdə müxtəlif prinsiplərinə görə vurğu növləri göstərilir. Bunlardan biri obyektə görə vurğu növləridir: a)HECA VURĞUSU, b)SÖZ VURĞUSU, c)İBARƏ VURĞUSU.Heca vurğusu bir söz daxilində bir hecanın o birinə nisbətən qüvvətli tələffüzünə deyilir.Söz vurğusu bütövlükdə bir sözün yüksək tonla tələffüzünə deyilir. Belə halda eyni bir sözdə həm heca vurğusu, həm də söz vurğusu birləşir.İbarə vurğusu müəyyən bir ibarəni daha qabarıq nəzərə çatdırılması zamanı istifadə olunan fonetik vasitəyə deyilir. Bunlardan başqa, dilçilikdə vurğunun işlənmə yerinə görə də iki növü var: sərbəst vurğu, sabit vurğu.Elə dillər var ki, orada vurğu sabit şəkildə özünü göstərir.Yəni vurğu bir qayda olaraq ya sözün ilk hecasında, ya da son hecasında işlənir. Elə dillər də vardır ki, sözdə vurğu müxtəlif hecalar üzərinə düşür.Məsələn, rus dilində sərbəst vurğu geniş yayılmışdır. Azərbaycan dilində vurğu, əsasən, söz sonundakı heca üzərində olur.Rus dilində müxtəlif hecaya düşür. Rus, fars və başqa dillərdə vurğu sözün mənasını dəyişir. Məntiqi vurğu isə cümlədə hər hansı sözü xüsusi tonla nəzərə çatdırmaq üçündür. Məsələn: Mən dünən Günayı gördüm, yəni başqası yox, mən dünən Günayı görmüşəm. Mən dünən Günayı gördüm, yəni mən iki gün əvvəl deyil, məhz dünən Günayı görmüşəm. Mən dünən Günayı gördüm, yəni mən dünən başqasını yox, məhz Günayı görmüşəm və s.
Azərbaycan dilində vurğunun yeri sabitdir, o son hecanın üzərinə düşür. Məsələn; Azərbaycan, yaşamaq, qapıçı, dəmirçi və s. Bəzi alınma sözlərdə vurğu sözün əvvəlki hecasının üstünə düşür. Məsələn; opera, sola, Çexov, Tula, Korpus, ekspert və s.
Türk mənşəli sözlərdə vurğu əsasən sözün son hecasına düşür. Məs: sarı’, danla’, danışıq’, Eldəni’z və s. İstisna olaraq vurğusu əvvələ düşən əsl Azərbaycan sözləri də var:
Azərbaycan dilində vurğunun yeri sabitdir, o son hecanın üzərinə düşür. Məsələn; Azərbaycan, yaşamaq, qapıçı, dəmirçi və s.
Bəzi alınma sözlərdə vurğu sözün əvvəlki hecasının üstünə düşür. Məsələn; opera, sola, Çexov, Tula, Korpus, ekspert və s.
Deməli, sözdə bir hecanın başqalarına nisbətən yüksək, ifadəsinə vurğu deyilir.
Vurğulu heca isə üzərinə vurğu düşən, yəni yüksək ifadə olunan heca deməkdir. Azərbaycan dilində vurğu çox zaman sözlərin son hecasının üzərinə düşür. Buna görə də bir çox şəkilçisi qəbul etdikdə vurğu şəkilçinin üzərinə düşür.
Məs: oxu-oxuyur, bil-bilər, çalış-çalışqan, yaxşı-yaxşılıq, hörmət,
Onu da qeyd etmək lazımdır ki, söz kökünə artırılan hər bir şəkilçinin üzərinə vurğu düşmür. Azərbaycan dilində bir sıra şəkİlçilər vardır ki, onlar heç bir zaman vurğu qəbul etmir.
İntonasiya
İntonasiya tonlar məcmusu, melodika, ritmomelodikadır.Əgər geniş mənada yanaşsaq, intonasiya cümlənin fonologiyasıdır. İntonasiya cümlənin quruluşundan, danışanın nitqinə münasibətindən, cümlə qurulma məqsədindən və s. Bu kimi melodik komplekslərdən ibarət mürəkkəb anlayışdır.Danışan situasiyadan, qurduğu cümlənin xarakterindən asılı olaraq öz nitqinin tempini, surətini, intensivliyini öz məqsədinə muvafiq sürətdə tənzimləyir ki, bu tənzimləmə intonasiyanı yaradır.Ə.Dəmirçizadə intonasiyanı avazlanma adlandırır.Avazlanmadan danışarkən onun arzu, xahiş, əmr-hökm, sual-təəccüb, təsdiq-xəbər, şübhə-kinayə, sadalama, həmcins avazlanma,qarşılaşdırma və s.növlərini göstərir. Əlbəttə, bu, intonasiyanın bütün növləri deyil.İntonasiyanın yüksələn, alçalan ikizirvəli, ikiüzvlü, çağırış, məntiqi və s. növlərini əlavə etmək olar. Nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu və s. kimi hadisələrin məcmusuna intonasiya deyilir.
İntonasiya cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, sadə və mürəkkəb cümlələrin, habelə tabesizlik və tabelilik əlaqələrinin şərtləndirilməsinə xidmət edir. Həmçinin məntiqi vurğunun, ara sözlərin müəyyənləşdirilməsinə imkan yaradır. İntonasiya danışanın məqsədi, istək və arzuları ilə əlaqədar olduğundan, modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyalarını fərqləndirirlər. Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir İntonasiyanın bəzi növlərinə nəzər salaq:
Əmr intonasiyası: Bahar- Onda salamat qal!
Həyəcan intonasiyası:Bahar- Mahmud!
Sual intonasiyası:Nə deyirsən?
Sadalama intonasiyası: Mahmud: – Xeyr,olmaz!
Həmcins üzvlərin bölüşdörmə intonasiyası: Mahmud: Yox, yox , yox! Bir az sakit ol, mənim yuxum gəlir, yatacağam. Bəyin getməyinə bir saat qalır.(Ə.H)
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
- Afad Qurbanov . Ümumi Dilçilik ( 1 cild), Bakı 2004.
- Adil Babayev . Dilçiliyə Giriş, Maarif , Bakı 1992
- Ağamusa Axundov Dilçiliyə Giriş
- Adil Babayev Azərbaycan dili və nitq mədəniyyəti, Bakı 2008.
- Ə.Dəmirçizadə Müasir Azərbaycan dilinin fonetikası, Bakı 1960.
Comments are closed, but trackbacks and pingbacks are open.