Ə.elçibəyin ə.tahirzadə ilə söhbətindən elçibəylə 13 saat üz-üzə
Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Əli Abbasov deyir ki, sovet dövründə ölkədəki birinci şəxsin həyat yoldaşlarının heç bir rolu yox idi. İlk dəfə Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova cəmiyyətdə görünməyə başladı və elə də yaxşı qəbul olunmadı. Ancaq sonradan vəziyyət dəyişsə də, müstəqilliyin ilk dövrlərində də Azərbaycanda prezidentlərin həyat yoldaşları cəmiyyətdə çox görünmürdü. Əli Abbasov deyir ki, hazırda Azərbaycanda birinci xanım statusunun ilk daşları qoyulmaqdadır:
Azərbaycanın birinci lediləri
Azərbaycanda «birinci xanımlar» deyəndə, daha çox indiki prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva haqqında danışılır. Müşahidəçilər deyirlər ki, Əliyevaya qədər digər prezidentlərin xanımları bu və ya digər səbəblərdən üzdə olmadıqlarından fəaliyyətləri də gözə dəymirdi.
Keçmiş prezidentlərin xanımları indi nə ilə məşğuldurlar? Həyat yoldaşlarının prezidentlik dövründə hansı rol oynayırdılar?
İLK BİRİNCİ XANIM – ADİLƏ MÜTƏLLİBOVA
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 1991-ci ildən 1992-ci ilə qədər həmin postda olub. Həyat yoldaşı Adilə Mütəllibova ixtisasca həkimdir. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşayır. Keçən ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamır. Keçən il Baklıya gələndə də media ilə əlaqə saxlamamışdı.
Mütəllibovun ailə dostu, Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə deyir ki, Ayaz Mütəllibov prezident olduğu dövrdə Adilə Mütəllibova əsasən xeyriyyəçiliklə məşğul olub. Gəncliyində həkim işləyib. Ayaz Mütəllibov dövlət işinə keçəndən sonra işləməyib. Hazırda da işləmir:
«Ayaz müəllimin həyat yoldaşı Adilə xanım Moskvada, Ayaz müəllimin yanındadır. Əsas işi də Ayaz müəllimə qulluq eləməkdir. Ayaz müəllim ona, o da Ayaz müəllimə qulluq eləyir».
İKİ AYLIQ BİRİNCİ XANIM
1992-ci ildə Əbülfəz Elçibəy prezident seçilməmişə qədər Ali Sovetin ovaxtkı sədri İsa Qəmbər 2 ay – may-iyun aylarında
Aida Qəmbər
prezident səlahiyyətlərini icra edib. İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbər (Bağırova) deyir ki, həmin vaxtda Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışırmış:
«Həmin dövrdə respublikada son dərəcə mürəkkəb bir durum mövcud idi. Həmin bu vəziyyətdə də rəsmi işlər öndə deyildi. Həmin o birinci təmsilçilik statusu kimi birinci xanımın fəaliyyəti çox məhdud idi. Ancaq bir şeyi qeyd etmək istəyirəm – hətta Elçibəy özü prezident olandan sonra xahiş etmişdi ki, mən müəyyən müddət üçün birinci xanım statusunu davam edim. Sonrakı dövrlərdə də ziyafətlərdə, dövlət tədbirlərində birinci xanım statusundakı fəaliyyətimi yenidən davam etdirirdim».
Aida Qəmbər deyir ki, onun bu fəaliyyəti AXCP iqtidarının sonuna qədər davam edib.
Aida Qəmbər 1993-cü ildən Bakı Dövlət Universitetində işləyir. Tarix fakültəsinin dosentidir. Həm tədris, həm də elmi fəaliyyətlə məşğuldur:
«Eyni zamanda müxalifət liderlərinin qatıldığı tədbirlərdə də imkan daxilində yaxından iştirak etməyə çalışıram. Bundan heç vaxt imtina etməmişəm. Çünki mənim üçün müxalifət də dövlət strukturunda təmsil olunan bir institutdur. Bu institutun da daxilində müəyyən fəaliyyət mövcuddur. Bu fəaliyyətlərdən də biri odur ki, həm müxalifət liderinin xanımı kimi təmsil olunaq, həm də Azərbaycanı da təmsil etmək təcrübəsini əldə etmiş olaq».
ƏBÜLFƏZ ELÇİBƏYİN HƏYAT YOLDAŞI HƏLİMƏ ƏLİYEVA
1992-ci ildən 1993-cü ilə qədər Azərbaycanın ikinci prezidenti olmuş Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva isə Elçibəyin prezidentliyi dövründə onun yanında görünmürdü.
Aida Qəmbər deyir ki, bu, həmin vaxt Həlimə Əliyevanın azyaşlı uşaqlarına baxması ilə bağlı olub.
Yazıçı Ədalət Tahirzadə «Elçibəylə 13 saat üz-üzə» adlı kitabında bu haqda Elçibəyə sual verib. Elçibəyin cavabı belə olmuşdu:
«Bir çox adamlar məni tənqid edir ki, niyə uşaqları (həyat yoldaşı Həlimə xanımı nəzərdə tutur – Ə.T.) xarici ölkələrə, yaxud hansısa yığıncağa, tədbirə aparmadın? Bilirsiniz, ölkənin vəziyyəti ağır olanda, xalq belə işlərə xüsusən pis baxır və onun buna haqqı var. Ölkənin belə günündə, üzr istəyirəm, arvadını qoltuğuna vurub Avropanı, Amerikanı gəzmək nə deməkdir? Mən düşünürdüm ki, xalq xoşbəxt olsun, sonra biz də istədiyimiz kimi sərbəst yaşayarıq».
Hazırda Həlimə Əliyeva mətbuatla əlaqə saxlamır. Elçibəyin ailəsinə yaxın mənbənin dediyinə görə, o, evdar, qonaqpərvər və sadə qadındır. Heç vaxt işləməyib, hazırda da işləmir. İki nəvəsinin tərbiyəsi ilə məşğul olur.
BİRİNCİ XANIM İNSTİTUTUNUN İLK DAŞLARI
Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Əli Abbasov deyir ki, sovet dövründə ölkədəki birinci şəxsin həyat yoldaşlarının heç bir rolu yox idi. İlk dəfə Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova cəmiyyətdə görünməyə başladı və elə də yaxşı qəbul olunmadı. Ancaq sonradan vəziyyət dəyişsə də, müstəqilliyin ilk dövrlərində də Azərbaycanda prezidentlərin həyat yoldaşları cəmiyyətdə çox görünmürdü. Əli Abbasov deyir ki, hazırda Azərbaycanda birinci xanım statusunun ilk daşları qoyulmaqdadır:
Mehriban Əliyeva
«Azərbaycanda bu ənənə təzədir. Bu, çox müsbət bir haldır. Ümumiyyətlə, birinci ledilər siyasətlə yox, humanitar işlərlə məşğul olur. Bizdə isə birinci xanım həm humanitar fəaliyyətlə, həm də deputat kimi siyasi işlərlə məşğul olur. Bəzi ölkələrdə bu praktika da var. Ona görə də nəinki bizdə, UNESCO, ISESCO kimi beynəlxalq təşkilatlarda da bu fəaliyyət müsbət qəbul olunur. Demək olar ki, birinci ledinin reytinqi bizim cəmiyyətdə böyükdür».
SON 10 İLİN BİRİNCİ LEDİSİ.
Mərhum Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə, onun həyat yoldaşı Zərifə Əliyeva artıq vəfat etmişdi. Heydər Əliyev prezidentliyinin ilk dövründə tədbirlərdə qızı Sevil Əliyeva ilə birlikdə görünürdü. Sonradan isə əsasən oğlu İlham Əliyev, gəlini Mehriban Əliyeva nəvələri ilə görünməyə başladı.
2003-cü ildən ölkənin birinci xanımı olan Mehriban Əliyeva isə həm parlament üzvü, həm də Heydər Əliyev Fondunun prezidentidir. Bundan başqa o, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir.
Ə.elçibəyin ə.tahirzadə ilə söhbətindən elçibəylə 13 saat üz-üzə
Çər. axşamı 19 iyun 2018 14:26:34
NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…
ETSN bu özbaşınalığı GÖRMÜRMÜ? – VİDEOFAKT
Dövlət Agentliyində kök salmış Qasımovlar klanı – TƏFƏRRÜAT
Gömrük Komitəsi ilk dəfə deyil ki, Azərbaycanı HƏDƏFƏ ÇEVİRİR. – BU DA FAKT.
Zaur Mikayılovun bu kadrından xəbəri varmı? – İLGİNC İDDİALAR.
İnam Kərimov vəzifəsindən alına bilər – Ona vaxt verilibmiş.
“Azərlotereya”nın xalqa bəxş etdiyi xroniki azar – Zəfər Rəisoğlunun “Misli” cadusu!
Ədalət Tahirzadə: “Əbülfəz Elçibəylə dostluğum bütün sonrakı həyatımı dəyişdi” – MÜSAHİBƏ
23-05-2016, 11:50
Ədalət Tahirzadənin 65 illiyinə
O, yaşca məndən az qala üç dəfə böyükdür. Ancaq bu, dostluğumuza qətiyyən əngəl törətmir. İlk baxışdan quru, qapalı, adamayovuşmaz kimi görünsə də, “sarı siminə toxunanda” çox söhbətcil, ünsiyyətsevər və zarafatcıl olduğuna inanırsan. Əsas məsələ isə o “sarı sim”ini tutmaqdır. Azərbaycan siyasi mühacirətinin taleyi ilə bağlı araşdırmalarım, bir çox sənədləri əldə etməyim onda da ciddi maraq doğurdu və bu, yaxınlaşmağımıza əsas səbəb oldu. Ümumiyyətlə, Azərbaycanın 1918-1920-ci illər tarixi ilə bağlı hər bir mövzu professor Ədalət Tahirzadənin “sarı sim”i ola bilər. Deyəsən, mən artıq bu “sim”i çalmaqda ustalaşmışam – onunla son vaxtlar xeyli maraqlı görüşlərim, söhbətlərim olub. Bugünlərdə 65 yaşının tamam olduğunu bildiyimə görə növbəti görüşümüzü bir jurnalist kimi bu əlamətdar hadisəyə başlamağı qərara aldım. Onunla bu dəfə Bakı Avrasiya Universitetində – həyatının 23 ilini həsr etdiyi ali məktəbdə söhbətləşdim.
– Ədalət bəy, 50 illiyinizdə demişdiniz ki, Məşədi İbad yaşına çatdım. Bəs indi kim yaşındasınız?
– İndi Ömər Faiq Nemanzadə yaşındayam. O, 1937-də 65 yaşında güllələnib.
– 65 yaşı 50 yaşdan fərqləndirən nədir, yaxud nələrdir?
– Hər şeydən qabaq odur ki, 65 yaş 50 yaşdan 15 il çoxdur. (Gülür). Doğrusu, bu haqda heç fikirləşməmişəm. 50 yaşda 7-ci mərtəbəyə piyada asanlıqla çıxırsan (özü 7-ci mərtəbədə yaşayır – D.Ə.), 65 yaşda isə iki-üç yerdə dayanıb nəfəsini dərməli olursan. Bu, bir. 50 yaşda sənə “əmi”, “dayı” deyənlər çoxdursa 65 yaşda yalnız “ağsaqqal”, yaxud “baba”san. Bu, iki. 50 yaşda həkim qapısını təpiklə açırsan, 65 yaşda isə həkimin qəbuluna belinin ağrısından ikiqat olub girirsən. Bu da üç. (Gülür). Ciddi desək, 50 yaş insanın ağıl və savadca kamilliyə yüksəldiyi önəmli bir nöqtədir. 65 yaşda isə bunun üzərinə çox zəngin həyat təcrübəsi də gəlir. Şəxsən mən bu gün özümü Azərbaycanın bir əsr öncəki tarixinə dair ən ciddi əsərlər yazmağa tam qadir hiss edirəm və düşünürəm ki, nəzərdə tutduğum işləri məndən yaxşı görə bilən olmaz.
– Bu yaşda ömür şirindirmi?
– “Şirinlik” deyəndə çox yaşamaq istəyini nəzərdə tutursunuzsa, mənim üçün ömrün uzun-gödəkliyinin heç bir önəmi yoxdur. Bu gün Əhməd Cavaddan 20 yaş, Səməd Vurğun və Nəcəf Nəcəfovdan 15 yaş, Salman Mümtazdan 8 yaş, Hüseyn Caviddən 6 yaş, Əbdürrəhim bəy Haqverdiyev və Əbülfəz Elçibəydən 2 yaş böyüyəm. Ömrü verən də, alan da Allahdır və Onun verdiyi ölüm əmri də gözüm üstədir. Yalnız görmək istədiyim, millətim, xalqım üçün faydalı olacağını düşündüyüm, ancaq hələ ortaya qoya bilmədiyim bəzi işlərimi başa vurmaq üçün Ondan möhlət istəyirəm – versə də xoşdur, verməsə də!
– 65 illik bir ömür yolu keçmisiniz. Geriyə boylananda bu yolda buraxdığınız izlərdən razısınızmı?
– Mən yetərincə təvazökar adamam, ancaq bu, o demək deyil ki, gerçəyi söyləməkdən çəkinim. Bəli, yaşadığım 65 ildən razıyam və bu ömürlə fəxr edirəm, çünki onu şərəflə yaşamışam! Buraxdığım izlərə gəlincə, məndən sonra bu millətə 22 kitabım, yüzlərcə məqaləm, redaktoru olduğum qəzet-jurnallar, müstəqil Azərbaycanın orta məktəbləri üçün mənim rəhbərliyim altında yaradılmış 82 adda dərslik, adlarını kommunistlərin tarixdən sildiyi, ancaq ilk dəfə mənim arxiv materiallarına əsasən üzə çıxardığım onlarca ziyalımız, Cümhuriyyətimizin 1920-də xaricə oxumağa göndərdiyi 102 tələbəmiz, dərs deyərək savad verdiyim yüzlərcə şagird və tələbə… məndən xalqıma yadigar qalacaq.
– Bayaq hələ ortaya qoya bilmədiyiniz işlər oldunu dediniz…
– Bundan sonra da yaşamağı Allah mənə nəsib edərsə ən böyük arzum 1918-1920-ci illərdə mövcud olmuş ilk Azərbaycan Cümhuriyyətinin Parlamenti və onun üzvləri haqqında kitabımı yazaraq Cümhuriyyətin 100 illiyinə ərməğan etməkdir.
– Evinizdə bu mövzu ilə bağlı qalın-qalın qovluqlar dolusu sənədləri görmüşəm və bilirəm ki, o qədər zəngin sənədlər əsasında yazılmış bir əsər həqiqətən çox qiymətli olacaq. Bəs onu yazıb ortaya qoymaq üçün Sizə daha nə lazımdır?
– (Gülür). Sponsor, Dilqəm bəy, sponsor. “Cümhuriyyət tələbələri”ni yazanda bir xeyirxah cəmiyyət sponsorluq etdi və mən bütün işlərimi bir qırağa qoyub oğlumla birgə 1600 səhifəlik kitabı 9 aya tamamlayaraq təhvil verdim. Parlament kitabı isə həcmcə ondan da geniş olacaq və onu yazmağa başqa işlərlə məşğul olmadan ən azı bir il – il yarım vaxt gedəcək. Belə işi isə sponsorsuz görmək mümkün deyil.
– Siz ixtisasca dilçi-filoloqsunuz, ancaq çoxları Sizi “tarixçi alim” adlandırır…
– (Gülümsəyir). Hələ bu harasıdır? 1992-93-cü illərdə Prezident Əbülfəz Elçibəyə mətbuatda şikayət yazırdılar ki, sən jurnalisti təhsil nazirinin müavini təyin etmisən…
Bəli, mən filoloqam. Diplomumda “Filoloq. Azərbaycan dili və ədəbiyyat müəllimi” yazılıb. 5 ilə yaxın müəllim işlədikdən sonra Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında oxumuşam, orada müdafiə edib baş elmi işçiyədək yüksəlmişəm. 1985-ci ildə məni “Elm” qəzetinin redaktoru təyin etdilər. Yeri gəlmişkən, mən Sovetlər Birliyində kommunist olmadan qəzet redaktoru təyin edilmiş bəlkə də yeganə adam idim. İki il sonra qəzetdən çıxıb Əlyazmalar İnstitutunda şöbə müdiri kimi çalışmağa başladım və tale məni burada Əbülfəz Elçibəylə qovuşdurdu. 1989-un sonunda Nəcəf Nəcəfovun redaktorluğu altında yenicə nəşrə başlayan “Azadlıq” qəzetinə Bəyin istəyi ilə redaktor müavini təyin edildim. Ta 1992-ci ilə kimi. Rəhmətlik Bəy prezident olarkən məni təhsil naziri Firidun Cəlilovun müavini görmək istədi. Deməli, o vaxt məni “jurnalist” adlandıranlar o qədər də yanılmamışdılar. 1992-1993-də yeni proqram və dərsliklərin yaradılmasındakı işim isə mənim təhsil sahəsində təsadüfi adam olmadığımı göstərdi. 1993-dən ozamankı Ali Diplomatiya Kollecində, indiki Bakı Avrasiya Universitetində və eyni zamanda “Şirvan” hazırlıq kursunda müəllimliyə başladım. Dərs prosesində gördüm ki, kommunistlər Azərbaycan tarixini o qədər baş-ayaq yazıblar, görkəmli şəxsiyyətlərimizi özümüzə o qədər düşmən kimi tanıdıblar ki, tarixçilərimiz hələ də onlardan yazmağa çəkinirlər. Mən ilk iş olaraq yoldaşım Nailə xanımla birgə testlər toplusundan ibarət “Tarixi öyrənənlərə kömək” adlı kitab nəşr etdirdim. Sonra “Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı” kitabım çıxdı. 2000-ci illərin başlarında “Azərbaycan imperatorları” silsiləsindən “Nadir şah Əfşar” və “Ağaməhəmməd şah Qacar” kitabçalarını ortaya qoydum. Qacar haqqındakı kitaba mənim xahişimlə rəhmətlik Bəxtiyar Vahabzadə çox dəyərli bir ön söz yazdı. Bu iki azman hökmdarımız haqqında ictima rəydə yüz ildən artıq bir dövrdə formalaşdırılmış mənfi rəyin sındırılmasında o kitabçaların, özəlliklə Bəxtiyar müəllimin ön sözünün önəmli rolu oldu və sonrakı araşdırmalar üçün sanki yol təmizləndi.
Mən hələ 1980-ci illərin sonundan repressiya mövzusunda çox yazmışam. Daha sonra 1920-ci ilədək ali təhsil almış azərbaycanlılar mövzusuna maraq göstərdim və bir çox arxivlərə baş vurdum. Cümhuriyyət mövzusu məni arixlərlə daha da doğmalaşdırdı. Bu gün də özümü arxivsiz təsəvvür edə bilmirəm. Belə durumda, təbii ki, yazdıqlarım da tarixdən olacaq. Son illərdəki bütün beynəlxalq simpozium və konfranslardakı çıxışlarım tarixə aiddir. Beləliklə, mən universitetdə professor olaraq dildən dərs deyirəm, ancaq demək olar ki, bütün elmi araşdırmalarım tarixlə bağlıdır.
– Həyatdakı uğurlarınız üçün daha çox kimə borclusunuz?
– İlk növbədə atama və anama. Onlar mənim “adam olmağım” üçün əllərindən gələn hər şeyi ediblər. Daha sonra həyat yoldaşıma. Mənim aspirantura, elmi işçilik və jurnalistlik dönəmim dəhşətli maddi və psixoloji sıxıntı içində keçib. O ağır dönəmdə məni sınaraq sıradan çıxmağa qoymayan həyat yoldaşımın sonsuz qayğısı və müdrikliyi oldu. O, sözün əsl mənasında fədakarlıq göstərdi.
– Bu yaxında Feysbukda bir nəfərə cavabınızı oxudum ki, mən həyat yoldaşıma indiyədək xəyanət etməmişəm.
– Gerçəkdən də belədir. Həmin adam da mənə zarafatla yazdı ki, Allah bəkarətini qorusun. Mən isə ona cavab verdim ki, kişinin bəkarəti qadının bəkarətindən daha şərəflidir. Şəxsən mən belə düşünürəm. Həyatını sənə və ailəsinə fəda etmiş bir qadına xəyanət etməyi mən şərəfsizlik sayıram. Qoy məni kim qınayır qınasın.
– Yəni yoldaşınızla heç probleminiz olmayıb?
– Dilqəm bəy, Siz çox gənc və üstəlik subaysınız. Məni nə qədər anlayacağınızı bilmirəm. Əlbəttə, problemsiz ailə ola bilməz. Hətta peyğəmbərimizin də ailəsində söz-söhbət olub. Ancaq əsl məharət bu problemi, söz-söhbəti ürəkləri qırmadan həll etməkdədir. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, 38 illik ailə həyatımızda yoldaşımla mənim aramda indiyədək bir kəlmə də aşağılayıcı söz işlədilməyib. Doğrudur, bəzən mən əsib-coşmuşam, o susub, bəzən də o əsib-coşub, mən susmuşam, beləliklə də, məsələni böyüməyə qoymamışıq.
– Bəlkə mən subaya deyəsiniz: ailə Sizin üçün nədir?
– Ailə mənim cənnətimdir. Burada mən bütün dünya qayğılarımı unudur, özümü hədsiz xoşbəxt hiss edirəm.
– Övladlarınızdan razısınızmı?
– Çox. Üçü də vicdanlı, xeyirxah və tərbiyəlidir. Yaxşı savad alıblar. Valideynlərinə dərin sayğıları var. Bu yaxınlarda yoldaşım xəstələnmişdi, üçü də başına fırfıra kimi fırlanırdı. Maşallah, gəlinlərim də çox yaxşı balalardır. Nəvələrim isə şokolad kimi şipşirindirlər!
– Ədalət müəllim, həyat yolunuzun müəyyənləşməsinə təsir edən insanlar olubmu?
– Əlbəttə. Öncə müəllim atama baxıb özüm də müəllim olmaq istəmişəm, o da universitetdə və aspiranturada oxumağım üçün əlindən gələni edib. Universitetə imtahan verdiyim zaman qəbul komissiyasında çalışan Bilqeyis Dadaşzadə göydən xilaskar mələk kimi enərək xarici dildən “4” almağıma və bununla da tələbə olmağıma təmənnasız yardım göstərib. Professor Xalid Əlimirzəyev məni universitetdə qrup başçısı təyin etdirib və bunun müsbət təsirini 5 il görmüşəm. İsmayıllının Topçu kənd məktəbində müəllim işlədiyim zaman direktor Şükür Rəhimov mənə həyat dərsi keçib. Aspiranturada oxuduğum və Dilçilik İnstitutunda çalışdığım dövrdə Əlyazmalar İnstitutunun direktoru Cahangir Qəhrəmanovun adı başımın üstündə qalxan olaraq məni yersiz təzyiqlərdən qoruyub. Dilçilik İnstitutunda şöbə müdirim Aydın Məmmədov mənim “Elm” qəzetinin redaktoru olmağımda və jurnalistikaya bağlanmağımda həlledici rol oynayıb. Həmin qəzetdə işlədiyim zaman birbaşa tabe olduğum şəxs Akademiyanın partkomu Fatma Abdullazadə idi. O, məni Əlyazmalar İnstitutunda şöbə müdiri təyin etdirməklə həyatımda yeni bir yol açıb. Əbülfəz Elçibəylə buradakı tanışlığım və dostluğum isə bütün sonrakı həyatımı dəyişib. “Azadlıq”da Nəcəf Nəcəfovdan idarəçiliyi öyrənmişəm. Nazir Firidun Cəlilov mənə tam sərbəstlik verməklə nəyə qadir olduğumu göstərməyə, öz gücümə inanmağa imkan yaradıb. Rektor Nazim Hüseynli isə məni öz ali məktəbinə işə götürməklə və sonrakı qasırğalardan qorumaqla bugünkü elmi-pedaqoji karyeramı qazanmağıma ciddi yardımda bulunub. Bu insanlardan hansısa biri həyatda qarşıma çıxmasaydı, bəlkə də indi Sizə müsahibə vermirdim. Bu gün onların çoxu Haqq dünyasına qovuşub. Ölənlərə Allahdan rəhmət diləyir, yaşayanlara isə ən dərin minnətdarlığımı bildirirəm!
– Sizin yaradıcılığınızda maraqlı bir məqamla qarşılaşdım – son illərdə yazılarınızı yalnız “525-ci qəzet”də verirsiniz. Bunun bir özəl sirri varmı?
– “525-ci qəzet”də 2004-cü ildən “Bismillah” rubrikası açmışam və yazılarımı orada verirəm. “525”-i seçməyimin ilk səbəbi budur ki, o, Azərbaycan ziyalılarının ən çox oxuduğu qəzetdir. İkinci və ən önəmli səbəb isə bu qəzetin mənim yazılarıma dərin hörmətlə yanaşması və nöqtə-vergülümə belə toxunmamasıdır, halbuki başqa qəzetlərdə isə həmin münasibəti görmürəm. Ancaq bunu da deməliyəm ki, Misir Mərdanov təhsil naziri olan zaman – 2012-ci ildə onun təklifi ilə “Azərbaycan müəllimi” qəzetində də təhsil tariximizlə bağlı xeyli yazım çıxıb.
– Siz millətçi birisisiniz. Nə əcəb soyadınızı milliləşdirməmisiniz?
– Mənim soyadım öncə “Tahirov” idi. Universitetdə oxuyanda Bəxtiyar Vahabzadə ən çox hörmət etdiyim müəllimlərimdəndi, ona görə də soyadımı onunkuna uyğunlaşdırıb jurnallarda “Tahirzadə” yazmağa başladım. Sonra pasportumda da “Tahirzadə” getməsinə nail oldum. Sovet dönəmində bunun necə çətinliklə başa gəldiyini yazsam bir kitab olar. İndi isə daha gecdir – hamı məni Tahirzadə kimi tanıyır. Kiçik oğlum şəxsiyyət vəsiqəsi alanda soyadını “Tahirli” yazdırdı və bu, məni sevindirdi.
– Oxucuları bir qədər də özəl həyatınızla tanış etmək istəyirəm. Dostlarınız və düşmənləriniz varmı?
– Dostlarım sayca çox deyil. 65 il boyunca həyat ələyimdən keçən çox az dost qalıb. Bir uşaqlıq dostum var – Bəhram Zeynalov. Heç bir vəzifəsi, titulu olmayan, ancaq 1968-ci ildən üzübəri min sınaqdan çıxmış ən sədaqətli və təmənnasız dostumdur. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Avropada olan dostlarımın adını çəkməyəcəyəm, çünki belə etsəm “məni niyə yaddan çıxardın?” deyə inciyib küsənlər olar. Təkcə onu deyə bilərəm ki, dostlarımın, demək olar ki, hamısı ziyalıdır və yazı-pozu adamıdır. Düşmən məsələsinə gəlincə, mənim şəxsi düşmənim yoxdur, çünki həyatım boyunca kimsəyə pislik etməmişəm, özümə edilən pislikləri isə unutmuşam.
– Filoloq olduğunuz üçün soruşuram: ən çox sevdiyiniz Azərbaycan şairi kimdir?
–Azərbaycanda adı əbədi yaşayacağına inandığım üç şair var: Məhəmməd Füzuli, Hüseyn Cavid və Ramiz Rövşən. Sabiri və Bəxtiyar Vahabzadəni də çox sevirəm.
– Bəs yazıçılardan?
– Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev və İsmayıl Şıxlı.
– Azərbaycan televiziyalarına və mətbuatına münasibətiniz?
– Mən Türkiyənin təkcə “Əsra Erolla” verilişini bütün Azərbaycan televiziyalarına dəyişmərəm. Mətbuatımızdan isə danışmağa dəyməz. Buna görə də mən Azərbaycan kanallarına baxmıram və Azərbaycan mətbuatını oxumuram, çünki onlarda peşəkarlıq səviyyəsi mümkün olan ən aşağı həddədir.
– Sizə son sualım: həyatda ən böyük arzunuz?
– Millətimizin yenidən “TÜRK” adlandırılmasını, Qarabağın qaytarılmasını və Azərbaycanın birləşməsini görmək!
– Müsahibəyə vaxt ayırdığınıza görə minnətdaram!
Cumhuriyyet.az
ELÇİBƏYİN VƏFATINDAN 21 İL ÖTÜR – O, təkcə Milli Azadlıq Hərəkatının öndəri yox, həm də.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib.
1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.
Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib (16.07.1992-ci ilədək).
Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yayıb. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib.
1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edilib (18 oktyabr 1991).
Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın çarçısı olub.
8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.
Əbülfəz bəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq olub . Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edilib. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırılıb. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atılıb. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyulub. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizlənib. İşğal altında oluan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edilib.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə rus ordusunun Azərbaycandan çıxarılıb. Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Ləl-Cəvahirat Fondu təşəkkül tapıb. Onun dövründə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradılıb. Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edilib.
Əbülfəz Elzibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşdıqdan sonra doğma Kələki kəndinə yollanıb və burada 4 il 4 ay yaşayıb.
Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevirilib . Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaradıb və ona başçılığı öz üzərinə götürüb. Marqaret Tetçerin “Qafqazda ən böyük demokrat” adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçilib (1997).
Əbülfəz Elçibəy “Bu mənim taleyimdir” (Bakı, 1992), “Deyirdim ki, bu quruluş dağılacaq” (Bakı, 1992), “Demokratiya və azadlıq” (İstanbul, 1992), “Bütöv Azərbaycan yolunda” (İstanbul, 1998), “Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!” (Bakı, 2002), “Elçi düşüncələri” (Bakı, 2002) kitablarının müəllifidir. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun “Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy” (İstanbul, 1992), A.Səmədoğlunun “Elçibəy və Azərbaycan” (İstanbul, 1994), Fazil Qəzənfəroğlunun “Əbülfəz Elçibəy. Tarixdən gələcəyə” (İstanbul, 1995), Ədalət Tahirzadənin “Elçi Bəy” (Bakı, 1999), “Elçibəylə 13 saat üz-üzə” (Bakı, 1999; İstanbul, 2001), “Prezident Elçibəy” (Bakı, 2001), O.Məmmədovun “Elçibəy ilə birlikdə otuz il” (İstanbul, 1999) və b. yazılıb.
Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 62 yaşında Ankarada xərçəng xəstəliyindən vəfat edib. Mərhum prezident I Fəxri Xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!
Şərhlər
Niyaməddin 2021-08-23 00:00:09
Allah rəhmət eləsin, nur içində yatsın!
Comments are closed, but trackbacks and pingbacks are open.