Press "Enter" to skip to content

Feili birləşmələr

Söz birləşmələri ikinci (əsas) tərəfin ifadə vasitəsinə görə iki növə bölünür: ismi birləşmələr, feli birləşmələr.

Soz Birlesmeleri – Wikipedia

Söz birləşməsi — Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir.Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur . Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır.

Mündəricat

  • 1 Söz birləşmələri və sözlər
    • 1.1 Oxşar cəhətlər
    • 1.2 Fərqli cəhətlər
    • 2.1 Oxşar cəhətlər
    • 2.2 Fərqli cəhətlər
    • 4.1 İsmi birləşmələr
    • 4.2 Feili birləşmələr

    Söz birləşmələri və sözlər

    Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var.

    Oxşar cəhətlər

    1. Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl birləşmələri də əşyaların adlarını bildirir.
    2. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.
    3. Hər ikisi də cümlə üzvü olur.
    4. Hər ikisinin də başlanğıc forması olur.

    Fərqli cəhətlər

    1. Sözlər səslərdən, söz birləşmələri isə sözlərdən düzəlir. Məsələn: dərs, kitab, vətən, torpaq, azad, ölkə sözlərini əlaqələndirib söz birləşməsi düzəltmək olur: dərs kitabı, vətən torpağı, azad ölkə və s.
    2. Söz ümumiyyətlə ad bildirir. Məsələn: daş, ağac, su və s. Söz birləşməsinin tərkibində isə sözlərin mənası konkretləşir, dəqiqləşir. Məsələn: çay daşı, alma ağacı, bulaq suyu və s.
    3. Söz birləşmələrinin mürəkkəb sözlərdən iki əsas fərqi var:

    Söz birləşməsi və cümlə

    Söz birləşmələri ilə cümlələr arasında da bir neçə oxşar və fərqli cəhət var.

    Oxşar cəhətlər

    1. İstər söz birləşmələri, istərsə də cümlələr sözlərin birləşməsi yolu ilə yaranır. Məsələn: Yazın gəlişi – Yaz gəldi. Gözəl vətən – Vətən gözəldir və s.
    2. İstər söz birləşmələrində, istərsə də cümlələrdə sözlərin müəyyən sıralanma qaydası var. Məsələn: Sular durulanda – Sular duruldu. Maraqlı kitab – Maraqlı kitabdır. Fəhlələrin iş günü – Fəhlələrin iş günüdür və s.

    Fərqli cəhətlər

    1. Söz birləşmələri bitmiş fikir ifadə etmir və onda intonasiya bitkinliyi olmur. Məsələn: uşaqların səsi, qarlı dağlar, şagirdlərin oxuması və s. Cümlələrdə isə hökmən bitmiş fikir və intonasiya bitkinliyi olur. Məsələn: Uşaqlar gəlirlər. Dağlar qarlıdır. Şagirdlər oxuyurlar və s.
    2. Söz birləşməsi bir sözdən ibarət ola bilmir. Dilimizdə bir sözdən ibarət olan cümlələr isə vardır. Məsələn: Axşamdır. Sakitlikdir. İstidir və s.
    3. Ümumiyyətlə, cümlə söz birləşməsindən daha böyük dil vahididir. Belə ki, söz birləşmələri cümlənin tərkibinə daxil olur.

    Söz birləşmələrində əsas və asılı tərəflər

    Söz birləşməsinin tərkib hissələrindən biri əsas söz, o biri isə asılı söz olur. Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətdən izah edir. Dilimizdə, bir qayda olaraq, əvvəl asılı söz, sonra isə əsas söz işlənir. Məsələn: çalışqan şagird, məktəb həyəti, vətənini sevən birləşmələrindəki birinci tərəflər asılı tərəflərdir. Həmin tərəflər ikinci tərəfə tabe olaraq onları müxtəlif cəhətdən izah edir. Bu xüsusiyyətinə görə asılı söz əvəzinə daha çox birinci tərəf, əsas söz əvəzinə isə ikinci tərəf ifadələri işlənir. Bəzən birinci tərəf əvəzinə tabe tərəf, ikinci tərəf əvəzinə tabeedici tərəf terminləri işlənir.

    Söz birləşmələrinin növləri

    Söz birləşmələri ikinci (əsas) tərəfin ifadə vasitəsinə görə iki növə bölünür: ismi birləşmələr, feli birləşmələr.

    İsmi birləşmələr

    İkinci (əsas) tərəfi adlarla (əsasən, isim, sifət, say və isimləşmiş başqa sözlərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir.

    Məsələn: demokratik ölkə, azad seçki, insanların yaxşısı, uşaqların çoxu, gecənin istisi, şagirdlərin oxumağı,Azərbaycanın ordusu və s.

    Dağlardan uca, hamıdan böyük, ürəyi qəmli, gözləri yaşlı və s. söz birləşmələri təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrdir.

    İsmi birləşmələrdə, adətən, birinci tərəflər ikinci tərəfləri təyin (izah) etdiyi üçün həmin birləşmələrə təyini söz birləşmələri də deyilir. Təyini söz birləşmələri formasına və məna xüsusiyyətlərinə görə üç növə bölünür. Birinci növ təyini söz birləşmələri, ikinci növ təyini söz birləşmələri və üçüncü növ təyini söz birləşmələri.

    Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi adlarla ifadə olunur. Bu tipli söz birləşməsinin əsas tərəfi adətən adlarla ifadə olunur.Adlara feildən başqa bütün əsas nitq hissələrini aid etmək olar.İkinci tərəfi isə adətən isimlərlə və isimləşmiş digər nitq hissələrilə ifadə olunur. Birinci növ təyini söz birləşməsi adətən ayrı-ayrı təhlil olunur İstisna bu gün yeni il və s Məsələn:

    gözəl qız, ağıllı oğlan və s.-ni aid etmək olar. Lakin Vəlizadə Zahid və s. tipli sözlər belə sözlər söz birləşmələri hesab olunmur, çünki bu tipli sözlər mürəkkəb adlardır.

    İkinci növ təyini söz birləşməsinin asılı yəni birinci tərəfi qeyri müəyyən yiyəlik hallı isimlə, ikinci tərəfi isə üçüncü şəxsin mənsubiyyət şəkilçisi ilə ifadə olunur. Məsələn, məktəb direktoru, ağac yarpağı.

    Bu sözlər cümlədə birgə təhlil olunur. Bir tərəf cəmlənəndə adətən digər tərəf təkdə qalır istisna elmlər namizədləri qocalar evləri və ilaxır . Əksər 2-ci növ təyini söz birləşmələrini 3-cü növə çevirmək mümkündür. Məsələn, insan əli – insanın əli. Bu söz birləşmələri istisnadır: atalar sözü,

    Üçüncü növ təyini söz birləşmələrinin birinci tərəfi müəyyən yiyəlik halla ifadə olunur ikinci tərəfi isə mənsubiyyət şəkilçili söz ilə ifadə olunur.Hər iki tərəf eyni zamanda cəmlənə bilir. Məsələn: şagirdlərin kitabları, ölənlərin ailələri.Üçüncü növ təyini söz birləşmələrinin digərlərindən fərqli cəhəti tərəfləri arasında istənilən qədər sözün artırıla bilməsidir. Məsələn, məktəbin şagirdi – məktəbin 11-ciləri arasında ən fəal şagirdi.

    Feili birləşmələr

    Əsas (ikinci) tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət və feili bağlama) ilə ifadə olunan söz birləşmələrinə feili birləşmələr deyilir. Məsələn:

    məktubu yazmaq, yaxşı oxumaq, vətəni sevmək (əsas tərəflər məsdərdir); məktubu yazan, yaxşı oxuyan, vətəni sevən (əsas tərəflər feli sifətdir); məktubu yazarkən, yaxşı oxuyanda, vətəni sevəndə (əsas tərəflər feili bağlamadır).

    Feili birləşmələrin əsas (ikinci) tərəfləri feillə ifadə olunur, buna görə də hərəkət bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah edir və əsasən, aşağıdakı mənaları bildirir:

    1. Hərəkətin subyektini (iş görəni): biz gələndə, o danışdıqca, uşaq gülərkən və s.
    2. Hərəkətin obyektini (üzərində iş görülən əşyanı): qonaqları qarşılamaq, sərgiyə baxmaq, kitabdan öyrənmək və s.
    3. Hərəkətin yerini: şəhərdə yaşamaq, kəndə getmək və s.
    4. Hərəkətin kəmiyyətini: çox oxumaq, dəfələrlə təkrar etmək və s.
    5. Hərəkətin tərzini: gülə-gülə demək, ucadan gülmək və s.

    Feli birləşmələr

    Əsas tərəfi fellərdən ibarət olan birləşmələrə feli birləşmələr deyilir.
    Feli birləşmə dedikdə, əsas tərəfi feli sifət, feli bağlama və ya məsdərdən ibarət olan birləşmələr nəzərdə tutulur. Məsələn: məktubu oxuyan, film izləyən; məktubu oxuyanda, film izləyəndə; məktubu oxumaq, film izləmək.
    Göründüyü kimi feli birləşmə müstəqil sözlərin feli sifət, feli bağlama və ya məstərə tabe olur.
    Feli birləşmələr cümlə daxilində tərkib əmələ gətirir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır və üç növə ayrılır:

    1. məsdər tərkibləri
    2. feli sifət tərkibləri
    3. feli bağlama tərkibləri

    Tərkiblərdə sözlərin miqdarı adətən çox olur. Birləşmə üçün iki, tərkib üçün çox söz səciyyəvi hesab olunsada, tərkib və birləşmə əslində sinonim terminlərdir.

    Məsdər, feli sifət və feli bağlama tərkibləri

    Məsdər tərkiblərinin əsas tərəfi məsdərdən ibarət olur. Məsələn: Sən olnara tatarca yazmaq öyrədirsən? – cümləsində tatarca yazmaq məztər tərkiblidir və tatarca sözünün yazmaq məstərinə tabe olması yolu ilə yaranmışdır.
    Məsdər tərkibləri əksərən cümlənin mübtəda və tamamlığı vəzifəsində işlənir. Məsələn: Çox irəli getmək təhlükəli idi. İnsanı sevməyə ixtiyarım var – cümləsində çox irəli getmək mübtəda, insanı sevməyə birləşməsi tamamlıqdır.
    Feli sifət tərkibinin əsas tərəfi feli sifətdən ibarət olur. Məsələn: Onun yeri hər bahar qızıl lalələrlə örtülən düzənlik oldu – cümləsində hər bahar qızıl lalələrlə örtülən sözləri feli sifət tərkibidir və əsas tərəfi örtülən – feli sifətdir.
    Feli sifət tərkibləri cümlədə əksərən təyin vəzifəsində işlənir. Məsələn: Meşəyə gedənlər geri qayıtdılar. Yarışda birincilik qazananları təbrik etdilər – cümlələrində meşəyə gedənlər mübtəda, yarışda birincilik qazananları tamamlıqdır.
    Feli bağlama tərkibinin əsas tərəfi feli bağlamadan ibarət olur. Məsələn: Məhəmməd atı dirəyə bağlayıb, ağanın yanına gəldi – cümləsində atı dirəyə bağlayıb feli bağlama tərkibində, bağlayıb əsas tərəf, atı dirəyə sözləri əsas tərəfdir.
    Feli bağlama tərkibləri cümlədə əksərən zərflik (zaman, tərzi-hərəkət, səbəb zərflikləri və s.) vəzifəsində işlənir. Məsələn:
    Akif həyətdən çıxanda anası dalınca su atdı – cümləsində Akif həyətdən çıxanda feli bağlama tərkibi zaman zərfliyidir.

    • Teqlər:
    • söz birləşmələri

    İsmi və feli söz birləşmələri

    Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsidir: daş hasar.

    Müstəqil sözlə köməkçi söz, söz birləşməsi yaratmır: evə tərəf.

    SÖZ, SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ

    Söz: səslərdən ibarətdir, leksik vahiddir, ümumi və geniş mənaya malikdir.

    Söz birləşmələri: sözlərdən yaranır, sintaktik vahiddir və mənanı konkretləşdirir.

    Söz və söz birləşmələrinin oxşar xüsusiyyətləri:

    • cümlə üçün tikinti materialı olması
    • əşya və hadisələri adlandırması

    Cümlələrlə bağlı xüsusiyyətlər:

    • Bitmiş bir fikri ifadə edir.
    • Ünsiyyətin əsas vahididir.
    • Söylənilən fikrə münasibət bildirilir.
    • Bir sözdən də ibarət ola bilir.

    Söz birləşməsi və cümlə:

    a) oxşar xüsusiyyətlər:

    • sözlərin müxtəlif şəkildə birləşməsi
    • eyni nitq hissələrindən yaranması
    • eyni sintaktik əlaqələrlə formalaşması
    • söz sırasının eyniliyi

    b) fərqli xüsusiyyətlər:

    • söz birləşməsi bitkin fikir ifadə etmir.
    • söz birləşməsi bir sözdən ibarət ola bilməz.
    • söz birləşməsinin xüsusi intonasiyası yoxdur.

    Söz birləşmələri iki cür olur: sabit və sərbəst. Sərbəst söz birləşmələri də iki yerə bölünür: ismi və feli birləşmələr.

    İSMİ BİRLƏŞMƏLƏR

    Təyini söz birləşmələri = Əsas tərəfi isimlərlə (adlarla) ifadə olunan birləşmələrdir.

    Təyini söz birləşmələri üç yerə ayrılır:

    1. — birinci növ,
    2. — ikinci növ,
    3. — üçüncü növ təyini söz birləşmələri.

    1. Birinci növ təyini söz birləşmələri (yaxşı şagirdlər):

    • Əsas tərəfi isimlərlə və isimləşmiş sözlərlə ifadə olunur.
    • Tərəfləri ayrı-ayrılıqda bir cümlə üzvü olur.
    • Birinci tərəfi cümlədə təyin olur.
    • İkinci tərəfi mübtəda, xəbər, tamamlıq və zərflik olur.

    2. İkinci növ təyini söz birləşmələri (nar çiçəyi):

    • Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrdir.
    • Əsas tərəfi isimlərlə və isimləşmiş sözlərlə ifadə olunur.
    • Tərəfləri birlikdə bir cümlə üzvü olur.
    • Əksər vaxtlarda tərəfləri ayrı-ayrılıqdacəmlənir.

    3. Üçüncü növ təyini söz birləşmələri (meşələrin ağacları):

    • Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrdir.
    • Tərəfləri isim, əvəzlik, məsdər və isimləşmiş başqa nitq hissələri ilə ifadə olunur.
    • Tərəfləri arasına istənilən qədər söz artırmaq olar.
    • Tərəfləri ayrı-ayrılıqda cəmləndiyi kimi, birlikdə də cəmlənə

    FELİ BİRLƏŞMƏLƏR

    Əsas tərəfi felin təsriflənməyən formaları ilə ifadə olunur.

    Feli birləşmələr üç cürdür: məsdər, feli sifət və feli bağlama tərkibləri.

    1. Məsdər tərkibi

    1) Əsas tərəfi məsdərdən ibarət olur.

    2) Əsasən, cümlənin mübtəda və tamamlığı vəzifələrində işlənir:
    Vətəni sevmək şərəfdir.
    O, sahildən uzaqlaşmağı tələb etdi.

    2. Feli sifət tərkibi

    1) Əsas tərəfi feli sifətdən ibarət olur.

    2) Əsasən, cümlənin təyini vəzifəsində işlənir:
    İnsanı heyrətdə qoyan yamaclar göz oxşayırdı.

    3. Feli bağlama tərkibi

    1) Əsas tərəfi feli bağlamadan ibarət olur.

    2) Əsasən, cümlədə zərflik vəzifəsində işlənir:
    Biz kəndə çatanda yağış kəsdi.

    Müəllif: KAMRAN ƏLİYEV
    Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Comments are closed, but trackbacks and pingbacks are open.