Milli İncəsənət Muzeyinin direktoru “Avropa Nəşr Mətbuat Evi”nin mükafatına layiq görülüb
cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa
F. Köçərli adına Respublika Uşaq Kitabxanası
I Aparıcı: – Salam dəyərli qonaqlar, tədbir iştirakçıları.
Müəllim və şagirdlərin çoxdan gözlədikləri 15 sentyabr-Bilik
Günü gəldi. Ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəblərində
təqribən üç aylıq tətildən sonra ilk zəng çalındı. Bu gün təkcə
məktəblilərin deyil, həm də onları müşayiət edən valiydenlərin
çöhrəsində sevinc və fərəh hissləri yaşanır.
II Aparıcı: – Üz-gözlərindən sevincqarışıq həyəcan hiss olunan
birinciləri də başa düşmək çətin deyil. Axı ilk dəfə parta arxasinda
oturmaq onların həyatında yeni bir mərhələdir. Biz inanırıq ki, bu
uçaqlar gələcəkdə Azərbaycanın layiqli vətəndaşları olacaqlar.
I Aparıcı: -15 sentyabr həm də Azərbaycan tarixində baş verən
çox əlamətdar bir hadisə ilə bağlıdır. Düz 97 il öncə məhz bu
gündə Azərbaycan və türk əsgərlərindən ibarət Qafqaz-İslam
Ordusu Bakını bolşevik və daşnaklardan azad etmişdir. Eşq olsun
Azərbaycan ordusuna. Eşq olsun Türk əsgərinə.
Bu anda “Bir Millət- İki Dövlət” adlı slayd tamaşaçılara
təqdim olunur.
II Aparıcı: – Elmə, biliyə yiyələnmək bütün dövrlərdə şərəfli iş
hesab olunub. Müəllim əməyinin nəticəsində formalaşan
cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa
malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti dahada inkişaf
I Aparıcı: -Müəllim! Bu ad necə qürur və iftixarla səslənir.
Azərbaycanın görkəmli maarifçisi Həsən bəy Zərdabinin sözlərini
xatırlamaq yerinə düşər. ”Əgər məndən soruşsalar ki, ən şərəfli
peşə hansıdır, mən o zaman iftixarla belə deyərdim- müəllimlik!
Məktəblilər səhnəyə çıxıb müəllim haqqında gözəl kəlamlar
I məktəbli: -Həyatda ən böyük xoşbəxtlik odur ki, insanlara
lazım olasan. Bəs onda müəllimlərdən daha artıq xoşbəxt olan
varmı? Əlbətdə, yox!
Müəllim! Dağ əzmi vardır bu adda,
Bu ada borcluyuq daim həyatda.
II məktəbli: – Yazıçı insanlara öz kitablarını, rəssam əsərlərini
irs qoyur. Bəs müəllim? Müəllim öz şagirdlərinin qəlbində,
onların hərəkət, rəftar və düşüncələrində yaşayır. Müəllimin
ölməzliyi də məhz bundadır!
Mən ucsuz-bucaqsız nurlu Asiman,
Parlayan ulduzum, ayım sizsiniz.
Mən dalğalı dəniz, sahilsiz ümman,
Daima çağlayan çayım sizsiniz!
III məktəbli: – Müəllim ilk dəfə şagirdlərinə “a” hərfini öyrədir.
Hər bir insanın gözünün nuru olan “ana” kəlməsini yazdırır.
Getdikcə öz şagirdlərinin günəş kimi saf qəlbinin əbədi
Alışır ciyərim, yanır ürəyim.
Sizinlə şadlanıb birgə gülməsəm,
Gülməz gözlərimdə xoş gələcəyim.
IV məktəbli: – Müəllim ömrü möcüzələrlə dolu zəngin bir
dünyadır. Bu elə bir dünyadır ki, heç vaxt tükənən deyil. Əksinə
günü-gündən varlanan, nurlanan, hamının ehtiyacı olan mənəvi
Həyatda ümidim, diləyimsiniz,
Gələcəyə baxan gözüm sizsiniz.
Atəşi sönməyən ürəyimsiniz.
Aləmə səs salan sözüm sizsiniz!
I Aparıcı: – Müəllimlərin əməyini üzə çıxaran isə sizin kimi gül
balalardır. Müəllim əməyi cahan süfrəsinə həmişə bəzək verir.
Müəllim günəşdirsə, siz uşaqlar onun zərrəcikləri, nur
parçalarısız. Müəllim təmizlik, saflıq dəryasıdır, şagirdlər isə onun
ləpələri. Müəllim səmadır, şagirdləri onun şölənənən ulduzları.
II Aparıcı: – Bəli, uşaqlar sevinc, xoşbəxtlik rəmzidir. Onların hər
bir insan və ailə üçün nə demək olduğunu sözün qüdrəti ilə
canlandırmaq həqiqətən də çətindir.
I Aparıcı: – Uşaqlarının sosial-mənəvi ehtiyaclarını təmin etmək,
onları müstəqil həyata ləyaqətli vətəndqaş kimi hazırlamaq,
cəmiyyətdə yerini tapmasına yardımçı olmaq hər bir valideynin ən
böyük arzusudur. Elə bu arzu ilə də hər bir azərbaycanlı
uşaqlarının sabahı naminə səylə çalışır, onları məktəbə, ali təhsil
ocaqlarına yola salır, gözəl təhsil alması üçün şərait yaradır, min
bir zəhmətə qatlaşır.
II Aparıcı: – Hər bir ölkənin gələcəyi oradakı təhsilin səviyyəsi ilə
çox bağlıdır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı
həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz
gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Müəllimlərimiz gələcəkdə Azərbaycan xalqının fəxrinə çevriləcək
hələ neçə-neçə gəncin həyat yolunun müəyyənləşməsi üçün öz
ömürlərini bundan sonra da şama çevirəcək və gül balaların həyat
yoluna işıq salacaqlar. Azərbaycan gəncliyiyin düzgün, intelektli,
savadlı yetişməsində biz kitabxanaçıların üzərinə də böyük
məsuliyyət düşür. Gəlin çalışaq ki, bu şərəfli işi layiqincə yerinə
Yeni dərs iliniz mübarək, əziz uşaqlar!
Milli İncəsənət Muzeyinin direktoru “Avropa Nəşr Mətbuat Evi”nin mükafatına layiq görülüb
Mayın 22-də Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev “Avropa Nəşr Mətbuat Evi”nin “İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl medalı və diplomu ilə təltif olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Avropa Nəşr Mətbu Evi” müsabiqə komissiyasının qərarı ilə professor Çingiz Fərzəliyev bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, natürmort janrının mənşəyi, tarixi inkişaf yolu, estetik mahiyyəti, bədii təsvir imkanları sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, dərs vəsaitlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə rəssamlıq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.
Milli İncəsənət Muzeyində keçirilən təqdimat mərasimində “Avropa Nəşr Mətbuat Evi”nin direktoru Şöhrət Səlimbəyli qızıl medalı və diplomu professor Çingiz Fərzəliyevə təqdim edərək, onun Azərbaycan incəsənətinin təbliğ olunmasında, tədqiqi və nəşrində böyük xidmətlər göstərdiyini vurğulayıb.
Tədbirdə çıxış edənlər muzeyin direktorunun cəmiyyətdəki fəal ziyalı mövqeyindən, peşəkar tədqiqatçı və nəcib insan olmasından danışıblar.
Sonda Çingiz Fərzəliyev çıxış edərək, “Avropa Nəşr Mətbu Evi”nin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.