Press "Enter" to skip to content

XXI ƏSR İKT

15 Fikirlərimizi ümimiləşdirərək belə bir nəticəyə gəlirik: İnformasiya prosessləri:İnformasiyanın qəbulu,emalı,saxlanılması və ötürülməsi deməkdir. İnformasiya prosesslərini İnsan həyatda yerinə yetirdiyi kimi kompüterdə də bu prosessləri yerinə yerirə bilər.

İNFORMATİKA Mövzu : İnformasiya və informasiya prosesləri. – презентация

Презентация на тему: ” İNFORMATİKA Mövzu : İnformasiya və informasiya prosesləri.” — Транскрипт:

3 Mövzu : İnformasiya və informasiya prosesləri.

4 Alt Standart: İnformasiyaların qəbul edilməsi üsullarını nümunələrlə şərh edir.

5 Motivasiya Tətqiqat aparılması Məlumat mübadiləsi Məlumat müzakirəsi ÜmumiləşdirməTətbiqetməQiymətləndirmə

6 Dərsin məqsədi İnformasiya və informasiya prosesləri haqqında məlumat toplamaq. İnformasiyaların qəbul edilməsi üsullarını öyrənmək. İnformasiyaların qəbul edilməsi üsullarını nümunələrlə şərh etmək. AnlayışlarInformasiyani qəbul edən duyğu üzvləri,İKT-ilə informasiya prosesslərini icra etmək. Dərsin tipiDeduktiv İş formalarıKiçik qrupla iş ÜsullarDiskussiya,beyin həmləsi. İnteqrasiyaTəsviri incəsənət Resurslarİş vərəqləri,dərslik,İKT, internet.

7 Motivasiya Uşaqlar İnformasiya prosesləri dedikdə nə başa düşürsünüz? İnformasiya qəbuletmə üsulları hansılardır?

8 Tədqiqat sualI: İnformasiya hansı üsullarla qəbul edilir və nə üçün?

9 Şagirdlər 4 qrupa bölünür. Hər qrupa müəyyən tapşırıqlar verilir: Qrup 1. İnformasiyanın alınması haqqında nümunələr hazırlayan. İnformasiyanın qəbulunun nə kimi əhəmiyyəti olduğunu izah edin Qrup2. İnformasiya proseslərini izah edin İnformasiyanın əhəmiyyətini izah edin Qrup 3 Duyğu üzvlərinin informasiyanın alınmasında rolu İnformasiyanın alınmasını izah edin Qrup4 İnformasiyanın biliyə çevrilməsini izah edin İnformasiyanın həyatımızda polunu şərh edin

10 I qrup İnsan informasiyanı duyğu üzvü vasitəsiilə necə qəbul etdiyini yazın. Aşağıdakı şəkil haqqında bildikləinizi söyləyin.

11 II qrup İnformasiya mənbələri haqqında məlumat hazırlayın. İnformasiyanı duyğu üzvləri vasitəsi ilə ötrüldüyünü izah edin. Şəkildə gördüyümüz cihaz hansı informasiya haqqında məlumat verdiyini izah edin.

12 III qrup İnformasiyanı kompüterdə emal edən qurğu haqqında məlumat hazırlayın. Şəkildə gördüyümüz cihaz haqqında məlumat hazırlayın.

13 IV qrup İnformasiyanı kompüterin hansi qurğusunda saxlanıldığını yazın İnformasiyanı hansı duyğu, üzvü vasitəsi ilə emal etdiyimizi yazın Gördüyünüz şəkil haqqında informasiyanı yazın

14 Hər qrup üzrə bir nümayəndə tədqiqatın nəticəsini təqdim edir. Müəllim suallar verir. -Uşaqlar İnformasiya prosessləri dedikdə nə başa düşdünüz? -İnformasiyani qəbul edən duyğu orqanlarımız hansılardır? -İnformasiyani necə yadda saxlamaq olar? -İnformasiyani bir-birinizə necə və hansı üsullarla ötürə bilərsiniz?

15 Fikirlərimizi ümimiləşdirərək belə bir nəticəyə gəlirik: İnformasiya prosessləri:İnformasiyanın qəbulu,emalı,saxlanılması və ötürülməsi deməkdir. İnformasiya prosesslərini İnsan həyatda yerinə yetirdiyi kimi kompüterdə də bu prosessləri yerinə yerirə bilər.

16 Uşaqlar,siz kompyuterdə informasiya prosesslərini uyğun şəkilləri hazırlayın.

17 MeyarlarYaxşıOrtaZəif 1İnformasiya prosessləri haqqında məlumatı var 2Duyğu üzvlərinə əsasən informasiyanı şərh edir 3İnformasiyanı müxtəlif üsullarla toplanması haqqında misallar gətirir. 4Yaradıcılığı var

18 Dəyanət Fərzəliyev, Ağcabədi rayonu Hindarx qəs.1li məktəbin informatika müəllimi

XXI ƏSR İKT

“İNFORMATİKA” ELMİNİNN TARİXİ, PREDMETİ, MƏQSƏDİ VƏ ONUN CƏMİYYƏTDƏKİ ROLU VƏ VƏZİFƏLƏRİ

Anonim 07-06-2015 08:22 +1 -0
2147

“İnformatika” kursuna giriş

Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompyuterləşdirilməsi və iformasiyalaşdırılmasıdır. Təsadüfi deyildir ki, BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi Ücüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, informasiya-kommunikasiya texnologiyalarından (İKT) bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur. Hal-hazırda İKT-nin əhatə dairəsi hökümət təşkilatlarını, qeyri-hökümət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə edir. Cəmiyyətin lazımı informasiyalarla təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur. İKT-nin inkişafı “biliklər iqtisadiyyatının”, başqa sözlə neftsiz iqtisadiyyatın qurulmasına təkan verir. Ona görə də Azərbaycanda neft sahəsinə alternativ İKT sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən hesab olunur.

Hazırda Azərbaycanda bu sahədə çox ciddi tədbirlər işlənməkdə və həyata keçirilməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı (İP) arasında imzalanmış proqram-layihəyə müvafiq olaraq hazırlanmış “Aərbaycan Respublikasının ikişafı naminə İKT üzrə Milli strategiya (2003-2012-ci illər)’’-sı Azərbaycan Respublkası Prezidenti tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşıdakı onillik dövr üçün hökümət proqramı statusu almışdır. Bu proqramın – İKT üzrə Milli Strategiyanın (İKTMS) yerinə yetirilməsi işi ümumdövlət, ümumxalq əhəmiyyətinə malik olmaqla cəmiyyət həyatının bütün sahələrində İKT-nin tətbiqini və onunla əlaqədar yarana biləcək bütün müsbət və mənfi nəticələrin həllini nəzərdə tutur.

“İnformatika kursunun məqsədi

İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompyuterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır.

“informatika” elminin predmeti haqqinda ümumi məlumat [ redaktə ]

İnsanın informasiyaya münasibəti informasiya emalının avtomatlaşdırılması mümkünlüyündən sonra kökündən dəyişməyə və inkişaf etməyə başlamışdır. Bunun da nəticəsində yaradıcı və mütəxəssis insanların intelektual fəaliyyətinin məhsulu kimi informasiya ehtiyatları sürətlə çoxalmağa başlanmışdır.

İnformatika – kompyuterlərdən və şəbəkələrdən, xüsusən İnternetdən istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir. “İnformatika” fənn və elmi istiqamət kimi kompyuterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənir.

İnformatikanın fundamenti (əsası) – hesablama prosesləri və hesablama maşınları, sistemləri, şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir. Akademik B.M.Qluşkovun və B. S. Mixaleviçin fikrinə görə informatika kompyuterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələşdirilməsinin, işlənilməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir.

“İnformatika” bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır. İnformasiya və avtomatika sözlərindən yaranmış İnformatika (ingiliscə Informatics) terminini ilk dəfə fransızlar (1960-ci il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. “İnformatika” termini bəzi hallarda “Kompyuter elmləri” (Computer science) termini ilə eyniləşdirilir. Hazırda “İnformatika” elmi informasiya emalı proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması, dəyişdirilməsi, ləğvi və s.) kompyuter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır. İnformasiya (latınca informatio) ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir Biliklər isə müəyyən faktlar və onlar arasındaki asılılıqlar şəklində ifadə olunur. İnsanlar min illər ərzində çox boyük həcmli informasiyalar toplamış və onları müxtəlif üsul və vasitələrlə saxlamışlar.

  • İnformasiyanın 1) faydalılıq, 2) tamliq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.
  • İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər.
  • İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar.

İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur. “Verilənlər” (ingiliscə data) texniki vasitələrlə qəbul edilməsi, saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary digit sözundən) qəbul edilmişdir. Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:

İnformasiya prosesləri və onların avtomatlaşdırılması

Kompyuter texnikasının yaranması və inkşafı nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da sürətlənmişdir.

  • İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, simli və ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.
  • İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra müasir kompyuterlərdə istifadə olunan daşıyıcılarlda – maqnit və lazer disklərində və qurğularıında saxlanır.

İnformasiya axtarışı və emalı. İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. Avtomatlaşdırılmış üsulla kompyuterdə emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xarici qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.

Qeyd olunmalıdır ki, son illərdə “İnformatika” termini əvəzinə “Kompyuter texnologiyası” və ya “İnformasiya texnologiyası” terminlərindən daha çox istifadə olunur.

“Texnologiya” yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən kompyuter texnologiyası baxılan sahədə kompyuter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.

İnformasiya texnologiyası – informasiya ehtiyatlarından istifadə olunması proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.

İnformatika, eləcə də İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-video konfrans, telekonfrans, axtarış serverləri, relevant informasiya, spam, provayder, host, çat, meynfreym, LAN, WAN, XML, HTTP və s. göstərmək olar.

İnformatikanin və IKT-nın yeni elm sahəsi kimi inkişafi. Hazırda İKT müstəqil və yeni elm sahəsi kimi formalaşır. İT-ın tədqiqat obyekti informasiya proseslərinin səmərəli təşkili üsullarıdır, tədqiqat pedmeti isə İT-ın nəzəri əsasları və yaradılması üsullarıdır. İT təbiət elmlərinin tərkibinə daxil olmaqla texniki elm kimi xarakterizə olunur və fundamental informatikanın bir bölməsidir. Onun nəzəri əsaslarını nəzəri informatika və ümumi informasiya nəzəriyyəsinin nailiyyətləri təşkil edir.

Kompyuter qrafikası, rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya sistemləri, intellektual korporativ şəbəkələr, neyroşəbəkə texnologiyaları, tərcümə proqramları, virtual sistemlər və s. kimi bir çox aktual elmi-praktik problemlər İKT elminin perspektiv fundamental və tətbiqi tədqiqat istiqamətləridir.

“İnformatika” fənninin əhəmiyyəti və vəzifələri

Informatikanın ən mühüm və vacib fənlərdən biri kimi əksər dünya ölkələrinin təhsil sistemlərində öyrənilməsinə xüsusi diqqət yetirilir. Informatika insanın zehni inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində əhəmiyyətli rol oynayır. İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. İnformatika insanların elmi, praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır.

İnformatika fənni insanları informasiyalaşmış cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır. O, dünyadakı elektron informasiya resurslarını təhlil etmək bacarıqlarını formalaşdırır. İnsanların praktiki fəaliyyətə, əməyə və öz təhsillərini fasiləsiz davam etdirmələrinə hazırlanması informatikanın, kompyuter savadlılığının və informasiya mədəniyyətinin aparıcı rol oynamasından, gənclərrin İnformasiya cəmiyyətinə nəzəri və praktiki hazırlığından, onlara müasir şəraitdə dərketmə üsulları və vasitələrindən istifadə etməyə şərait yaradılmasından bilavasitə asılıdır. İnsanlar informasiya mədəniyyətinə, kompyuter savadına yiyələndikcə əmək bacarıqlarını müəyyənləşdirir, gələcəkdə həyat şəraitini daha səmərəli qurmaq imkanı əldə edirlər.

“İnformatika” fənninin əsas tərkib hissələri

İnformatika fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün fənnin əsas məzmununun zəruri hesab edilən aşağıdakı tərkib hissələri mövcuddur: a)İnformasiya və informasiya prosesləri. İnformasiya öyrənilən obyektlər və hadisələr haqqında olan bilik və məlumatları göstərir. Həmin biliklər müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.

İnformasiya prosesləri informasiyalar üzərində yerinə yetirilən müxtəlif proseslərin məcmusu kimi başa düşülür. İnformasiya proseslərinə müxtəlif təlim prosesində, idarəetmədə qərar qəbul etmədə texniki layihələrin işlənməsi və s. zamanı baş verən informasiya çtvrilmələri də aiddir. İnsan öz fəaliyyəti prosesində ətraf aləmdən informasiya almadan keçinə bilməz və bu əsasda onu əhatə edənlərlə informasiya mübadiləsində olur, həmin proseslərə şüurlu, hərtərəfli və məntiqi yanaşır.

Formallaşdirma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma. Kompyuterlərdən istifadə etməklə obyektin modelinin qurulması bir neçə zəruri mərhələləri əhatə edir. Formallaşdırma mərhələsində tədqiqat obyekti haqqında olan nəzəri fikirlər, müvafiq anlayışlar, əsas təsiredici amillər, inkişaf göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli qurulur. Konseptual modelin izahı riyazi simvolların dilinə çevrilir: yəni obyektin riyazi modeli yaradılır. Riyazi modelin reallaşdırılması üçün həll alqoritmi işlənilir və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə kompyuter proqramına çevrilir. Alınmış kompyuter modelinə tədqiqat obyektinə aid real informasiyalar daxil edilir və nəticədə obyektin informasiya modeli alınır. Məhz bu model imkan verir ki, müəyyən dəqiqliklə obyektin vəziyyəti haqqında real situasiya öyrənilsin, onun nəticələri proqnoz edilsin və müəyyən eksperimentlər aparılsın. Proqramlaşdırma dillərinin köməyilə intellektual xüsusiyyətlərə malik olan bütün kompyuter proqramlarının yaradılması da riyazi üsul və vasitələrdən istifadə etməklə həyata keçirilir. Məhz bu cür proqramların meydana gəlməsi ilə də süni intellekt anlayışı formalaşır. Bu istiqamətdə yaranan intellektual sistemlər insanın yaradıcı fəaliyyətinin, təxəyyülünün nəticəsi olan biliklərin emalına əsaslanır. Qeyri-səlis məntiq və çoxluq əsasında qurulan həmin modellər, demək olar ki, bütün sahələrdə tətbiq olunur. Qeyri-səlis modelin giriş informasiyaları qeyri-dəqiq qiymətlər çoxluğudur. Ona gürə də həmin modellər mürəkkəb və qeyri-müəyyən şəraitdə özünü yaxşı apara bilir və bir çox sahələrdə tətbiq olunur.

Qeyd edilənlər onu deməyə əsas verir ki, ətraf aləmdəki müxtəlif tipli, formalı proseslərin formallaşdırıla bilməsi və onun əsasında obyektin kompyuter modelinin qurulması, müəyyən proseslərin başvermə ardıcıllığının öyrənilməsi, məsələlərin həlli ardıcıllığının müəyyənləşdirilməsi vacibdir və onsuz kompyuter vasitəsi ilə yeni məsələlərin həlli mümkün deyildir.

Kompyuter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri. Müasir kompyuterlər bir-birini tamamlayan iki – texniki təminat hissəsindən (qurğulardan) və proqram-informasiya təminatından ibarətdir. Kompyuter hər hansı işi özünün texniki qurğuları vasitəsi ilə proqram əsasında yerinə yetirir. Onun proqram təminatı kompyuterin yaddaş qurğularında saxlanılan və kütləvi istifadə olunan proqramlar toplusundan ibarətdir.

İKT kursuna mətn və qrafiki redaktorlar, elektron cədvəllər, verilənlər bazası, telekommunikasiya vasitələri, multimedia texnologiyaları, audio-video konfrans, Internet, informasiya sistemləri və s. daxildir və onların öyrənilməsi praktik istifadə baxımından böyük əhəmiyyət kəsb edir.

Cəmiyyətin informasiyalaşdırılması. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir İKT ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır.

İnformasiya cəmiyyəti (İC) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.

Elmi tədqiqat işlərinin yerinə yetirilməsində IKT-nin rolu və yeri

Elmi sahələrdə informasiyalaşdırma, kompyuter, telekommunikasiya texnologiyalarının və müasir informasiya sistemlərinin tətbiqi yeni səviyyədə və keyfiyyətdə biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını və istifadəsini təmin edir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi elmin və sənayenin inkşaf tempinin düşməsinə apara bilər. Bunun qarşısı isə yalnız ən yeni İKT-dan istifadə etməklə, informasiya fondlarını elektronlaşdırmaqla almaq olar.

Hazırda Azərbaycanda ETİ-nin informasiyalaşdıralması, eletron nəşrlər, bir çox elmi-kütləvi, təhsil, mədəni-maarif və s. tipli saytlar-portallar, tədris proqramları, informasiya sistemləri, elektron dərsliklər, distant tədris texnologiyaları yaradılır və istifadə edilir. Əksər sahə və akademik elmi tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivləri kompyuterləşdirilmiş və İnternetə qoşulmuşdur. Bununla yanaşı bir çox məsələlərin həlli də həyata keçirməlidir:

  • İnformasiya resuslarının elektronlaşması;
  • Müasir informasiya resuslarından alim və mütəxəssislərin sərbəst istifadə imkanı;
  • Rəqəm kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi;
  • ET-da kompyuter modelləşdirmənin, statistik təhlil və s. kimi müasir tədqiqat metodlarının tətbiqi;
  • Elmi verilənlər bazasına girişin təmini;
  • Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi;
  • İnformasiya mərkəzləri və fondları arasında səmərəli əlaqənin qurulması;
  • Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;
  • Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi və s.

İnformatikanin və IKT-nin digər elm sahələrində tətbiqi

İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fənndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi. İnformatika həmçinin elmlər sistemində birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur. İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox informasiyaların emalına xüsisi ehtiyac yarandığından informatika ilə iqtisadiyatın çox cəhətli qarşılıqlı əlaqələrinin öyrənilməsi digərlərindən daha nümunəvi xarakter daşıyır. Ona görə də burada iqtisadiyyat elminin nümunəsində İnformatikanın tətbiqi məsələlərinin təhlilinə baxılır. Riyaziyyatın iqtisadiyyata tətbiqi ilə bağlı iqtisadi-riyaziyyatın, iqtisadi-riyazi üsul və modellərin inkişafı da informatikanın iqtisadiyyatda tətbiqinə geniş yol açdı və informatikanın xüsisi bölməsi kimi iqtisadi informatika formalaşdı.

İnformatika və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakter alır. Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan verir və iqtisadi informatika yaranır.

Bundan başqa, informatika elmi və müasir informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat özü də bir elm olaraq dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir. Belə ki, informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni iqtisadi mühitin yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni forma və məzmun kəsb etmişdir. Bu sahə artıq bazar iqtisadiyyatı anlayışlarına müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır. Bunlarla yanaşı iqtisadiyyat özü informatikaya təsir edir, onu öyrənir, ona iqtisadi obyekt kimi baxır. Bununla bağlı yaranan problemlərin öyrənilməsi isə informatikanın iqtisadiyyatı bölməsinin üzərinə düşür.

Son illərdə isə informatika və ya informasiya texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi şəkildə tətbiq olunmağa başlandığından onun sahələr üzrə tətbiqi informatika bölmələri formalaşmağa başlamışdır. Nəticədə riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi informatika, pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi sahələr əmələ gəlmiş və inkişaf etmişdir.

Bununla yanaşı əks proses də baş verməkdədir. Yəni informatika müxtəlif sahələrə tətbiq olunaraq həmin sahənin yeni inkişaf xüsusiyyətlərini, problemlərini meydana çıxardığı kimi, həmin sahələr də öz növbəsində informatikanın qarşısında ona xas olan yeni problemləri yaradır. Misal üçün informatikanın cəmiyyətin bir çox sahələrində, o cümlədən hüquq-mühafizə orqanlarında, hüquqşünaslıqda, hüquqi proseslərdə geniş tətbiqi informasiya texnologiyalarının özünün hüquqi problemlərini yaratmışdır.

İnformatikanin, hesablama texnikasi və ikt-nin meydana gəlməsi, təşəkkül tarixi və azərbaycandaki müasir vəziyyəti

Bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab yazının, ikinci – kitab çapının, üçüncu – elektrikin, teleqrafin, telefonun, radio-televiziyanin, dördüncü – mikroprosessorların, fərdi kompyuterlərin, İnternetin meydana gəlməsi ilə əlaqədardır. Bunları ümumləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı (aqrar), 2) sənaye dövrlərindən keçərək informasiya mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayir. İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaca nəzər salaq.

  • İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;
  • 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır;
  • 1830-su ildə Çarlz Bebic (İngiltərə) praqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstmişdır. Bebicin ideyaları sonralar universal kompyuterlərin yaradılmasının əsasını qoymuşdur;
  • 1930-su ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompyuterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir;
  • XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldşteyn və A.Beris tərəfindən müasir kompyuterlərin əsas iş prinsipləri verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ–da ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix də müasir kompyuter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompyuter texnikası və texnologiyası yüksək surətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
  • I nəsil (1946-1958-ci illər) – elektron lampalı hesablama maşınları. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.
  • II nəsil (1958-1964-cü illər) – element bazası əsasən yarımkeçiricilərdən ibarət olan hesablama maşınları. Onların funksional imkanları xeyli artıq idi. Məs: BESM-4, Minsk-22, Ural-14 və s.
  • III nəsil (1970-1985-ci illər) – element bazası mikro elektronika və inteqral sxemlərdən ibarət olan hesablama maşınları. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu nəsil hesablama maşınlarının bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompyuterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.
  • IV nəsil (1972-ci ildən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİC, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompyuterlər. Bu nəslin ayrıca sinfi fərdi kompyuterlərdir(FK – PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.

Yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və sonrakı kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompyuterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompyuterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Qeyd edək ki, adi kompyuterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən bir çox super kompyuterlər də yaradılmışdır. Onlar çox baha başa gəldiyindən, dünya üzrə sayları da çox azdır və ona görədə son zamanlar virtual super kompyuterlərin yaradılması istiqamətində işlər də aparılır.

Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri də yuxarıda təhlil etdiyimiz kompyuter texnikasının inkişaf tempinə uyğundur. Ona görə də 1960-cı illərdən sonrakı dövrlərdə informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Bundan başqa bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.

Azərbaycanda da informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır. Məhz həmin illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci illərdən başlayaraq keçmiş SSRİ məkanında olduğu kimi respublikada bütün nazirliklərin, iri müəssisələrin hesablama mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır. 1980-ci illərdən başlayaraq isə Respublika üzrə “RAİS-Azərbaycan”-in yaradılması AEA-nın AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda bütün nazirliklər də sahə AİS-i yaratmağa başlamışdılar. Ölkənin bir çox ali məktəblərində ADU-da, ADİU-da, ADNA-da, ATU-da informatika profilli kadrlar hazarlanmağa başlanılmışdır. Sonrakı illərdə kompyuter texnikası sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda davam etdirilmişdir. Son illərdə Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun yaradılması respublikada informasiya texnologiyalarının tətbiqi ilə bağlı problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksək ixtisaslı kadrlara olan böyük tələbatdan irəli gəlmişdir. İnstitutda informasiya texnologiyalarının ən aktual problemləri tədqiq edilir, onların Azərbaycan şəraitində istifadəsi imkanlarını öyrənilir, həmçinin yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilir.

Hazırda respublikada İnternet mühitində virtual iş, təhsil, elektron–kommersiya, elektron biznes və s. kimi şəbəkə texnolgiyalarının müasir imkanları daim araşdırılır. Respublikada İKT bazarının inkişaf perspektivləri, İC-in və biliklər iqtisadiyyatının formalaşması məsələləri təhlil edilir, müəyyənləşdirilir, mətnlərin avtomatlaşdırılmış maşın tərcüməsi istiqamətində elmi tədqiqat işləri görülür. İnternetin Azərbaycan qovşaqlarının infrastrukturunun genişləndirilməsi, onların funksional imkanlarının və səmərəliliyinin artırılması, Web texnologiyası əsasında müxtəlif təyinatlı informasiya resurslarının yaradılması, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması problemlərinin həlli istiqamətində məqsədyönlü işlər aparılır.

2003-cü ildə İKTMS-in qəbulu, həmin ilin dekabrında Cenevrədə İC məsələləri üzrə Dünya Sammitinin (İCDS – WSIS) ölkə rəhbərliyinin iştirakı, 2004-cü ildə Rabitə və İT Nazirliyinin yaradılması, 2005-ci ildə RİT üzrə Dövlət Proqramının işlənməsi, həmin ilin noyabrında Tunisdə İC məsələləri üzrə DS-nin 2-ci hissəsində (WSIS) iştirak, kompyuter texnikası istehsalı sahəsində işlərin həyata keçirilməsi, təhsil, pensiya, vergi, gömrük, İnternetin inkişafı və s. kimi sahələrdə bir çox iri İKT layihələrin işə başlaması, ölkədə müntəzəm olaraq beynəlxalq səviyyəli İKT sərgilərin, forumların, konfransların keçirilməsi, İKT-in tətbiqi sahəsində mühüm qanun və qərarların qəbulu, İKT sahəsində mütərəqqi islahatların aparılması, ölkənin İKT sahəsində bütün beynəlxalq tədbirlərdə iştirakı ümumilikdə informatika və informasiya texnologiyaları elminin və sahəsinin ölkədə sürətlə inkişaf etdiyini göstərir.

Iqtisadi informasiyanın komputerd işlnmsi

Informasiya iqtisadiyyatı

1980-ci ilin ortalarından informasiya və telekommunikasiya texnologiyalarında (İKT) baş verən inkişaf iqtisadi həyatda radikal dəyişikliklərə səbəb olmuşdur. 1990-cı ilin ikinci yarısından İKT-dəkı irəliləyişə bağlı olaraq, ABŞ-da aşağı səviyyəli inflyasiya və artan əmək məhsuldarlığı ilə birləşən güclü bir iqtisadi artım tendensiyası yaşanmışdır. İnformasiya texnologiyalarındakı sürətli inkişaf və bunun informasiya cəmiyyətinin formalaşmasında rolunun təhlili, demək olar ki, ilk dəfə ABŞ-da iqtisadçıları bu yeni sahəni araşdırmağa yönəltdi. İqtisadçılar yeni iqtisadiyyatın doğuşunu ABŞ-da informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqələndirirlər. İqtisadiyyatı dəyişdirən və yeniləşdirən bilgi və ya informasiyadakı dəyişiklikdir. Bir başqa şəkildə, Yeni İqtisadiyyat – informasiya iqtisadiyyatıdır.
İstanbul Universitetinin Doktorantı, iqtisadçı Əkbər Eldaroğlunun yeni iqtisadiyyat haqqında verdiyi açıqlamasına görə bir çağdan başqa bir çağa keçmək, insanlıq tarixi üçün hər zaman ağrılı bir mərhələ olmuşdur. Bu gəlməkdə olanın pis olmasından deyil, çağ dəyişərkən insanların hər zaman yeni mərhələyə uyğunlaşmaq çətinliyindən ortaya çıxır. Əkinçilik çağında torpaq üzərində hegemonluq zənginliyin əsas mənbəyi sayılırdı. Bu çağda qumdan sadəcə qum olaraq istifadə edilir və bir kiloqramı da 5 sentə satılırdı. Sənaye çağında isə insan təbiət üzərindəki hegemonluğunu artırınca, qumu yüksək temperaturda əridərək, içindən silisiumu çıxardıb şüşə istehsal edirdi. Bunun da kiloqramı 1,7 dollara satılırdı.
Sənaye iqtisadiyyatında investisiyaların əsasını avadanlıqlar, fabrik və zavod binaları təşkil edərkən, yeni iqtisadiyyatda investisiyalar əsasən informasiyanın artırılması, yayılması və insan zəkasının geniş şəkildə istehsal prosesinə cəlb edilməsinə istiqamətlənir. İnformasiya çağında qumdan təkcə şüşə deyil, kompüterlərin mikro çipləri də istehsal edilir. Bir kiloqramlıq kompüterlərin qiyməti isə min yeddi yüz dolardır. Əslində bunların hamısının xammalı eynidir, yəni qumdur. Dəyişən isə bilgidir.
İnformasiya cəmiyyətinə keçid iqtisadi inkişafı sürətləndirməkdə və bu proses ənənəvi istehsal faktorlarında dəyişikliklərə də yol açmaqdadır. XIX əsrdə istehsalın əsas amillərinə torpaq, kapital və əmək daxil idi. XX əsrin əvvəllərində təşəbbüskarlıq bu sıraya qoşuldu. XX əsrin sonlarında isə istehsalın beşinci və həm də əsas amili rolunda informasiya çıxış edir. Bilgi, XXI əsrdə xalqların qarşısında duran ən böyük rəqabət mənbəyi olacaqdır. İnformasiya Çağında bilgiyə investisiya qoyaraq, yenilik yarada bilənlər rəqabət edə biləcəklər.
“Yeni İqtisadiyyat” informasiyanın əldə edilməsi, emalı və yayılması proseslərini əhatə edir. Yeni iqtisadiyyata aid mal və xidmətlər, informasiya və telekommunikasiya texnologiyalarına aid olan mal və xidmətlərdir. Kompüterlər, proqramlar, telekommunikasiya, internet, biotexnologiya və genetika kimi sahələr yeni iqtisadiyyata aid olan sahələrdir.
Dünyada mal və xidmət istehsalında informasiya və telekommunikasiya sektorunun payı hər il sürətlə artmaqdadır. 2000-ci ildə aparılan bir araşdırmaya görə informasiya və telekommunikasiya texnologiyalarına qoyulan investisiyaların həcmi dünyada istehsal edilən mal və xidmətlərin 6 faizinə bərabər olmuşdur. Bununla bərabər 1999-cu ildə 2.1 trilyon qlobal İnformasiya və Telekommunikasiya xərclərinin 2010-cu ildə 15 trilyon dolara çıxacağı ehtimal edilməkdədir.
Son zamanlar yeni texnologiyalar xammal ixrac edən ölkələri sənayeləşmiş ölkələrdən təcrid etməyə başlayıb. İstehsal edilən hər parça sənaye malı üçün lazım olan xammal miqdarı hər keçən gün azalmağa davam etməkdə, bu da xammal ixrac edən ölkələrin inkişaf şanslarını da azaltmaqdadır. XX əsrin əvvəllərində hər parça sənaye malı başına düşən xammalın payı 40 faiz idi. Bu gün isə qlobal iqtisadiyyat artan nisbətdə yüksək texnoloji məhsullara, xüsusilə də özəl xidmətlərə ehtiyac hiss etməkdədir. 1920-ci ilin əsas istehsalı olan avtomobildə xammal və enerjinin payı 60 faiz olduğu halda, günümüzdə informasiya cəmiyyətinin mühüm istehsalı olan mikro çiplərdə xammal və enerjinin payı 2 faizin altındadır.
Hər çağın öz ruhu vardır. İnformasiya çağının ruhu da sürətə dayanır. İnkişaf etməkdə olan ölkələrin elektrik, dəmiryolları, telefon kimi texnologiyalardan istifadə edə bilməsi üçün on illərin keçməsi lazım olmuşdur. Ancaq XX əsrin sonlarından internetdən istifadə Şərqi Asiyada, Latın Amerikasında və Şərqi Avropada böyük sürətlə yayılmaqdadır. “Microsoft”un apardığı bir araşdırmaya görə əgər avtomobil və fəza texnologiyası kompüter və bilgi texnologiyaları ilə eyni sürətlə inkişaf etsəydi; yeni bir avtomobili 2 dollara ala biləcək və haradasa 1 litr benzinlə 600 mil gedə biləcəkdik. Bir pizza qiymətinə isə bir “Boeng 747” təyyarəsi satın alına bilərdi.
Dünyadakı transformasiyaya İsveçdən örnək versək “Volvo” dünənin, “Ericsson” isə bu günün şirkətidir. “Volvo” bir zaman sonra orada qala bilməyəcək, istehsalı başqa bir Azərbaycan kimi inkişaf etməkdə olan ölkəyə buraxılacaq. “Ericsson” isə yeni çağın məhsulu kimi orada hələ bir müddət qalmaq imkanına sahibdir. Necə ki, qumdan kompüter çipləri (chip) istehsal etməyi bacaran cəmiyyətlər, beynəlxalq əmək bölgüsündə qumdan şüşə istehsal etməyi, çiplərini satmaq istədikləri bir alt qrupdakı cəmiyyətlərə buraxırlar. Amma bunun fərqinə varan və beyin gücü kapitalına yatırım yapan alt qrupdakı cəmiyyətlər üst qrupa sıçrama imkanına yiyələnirlər.
Statistik göstəricilər informasiya sahələrindəki beynəlxalq ticarətin təbii resurslar beynəlxalq ticarətindən 5 dəfə daha sürətlə inkişaf etdiyini göstərir. Ayrıca da kommunikasiya, software, biotexnologiya kimi sahələrdə fəaliyyət göstərən şirkətlərin əsas fondlarının dəyəri həmin şirkətlərin bazar dəyərinin 5-10 faizini təşkil etməkdədir.
Kompüter proqramlaşdırma sahəsində fəaliyyət göstərən “Microsoft”un bazar dəyəri, dünyanın ən böyük şirkəti olan “General Motors”un bazar dəyərindən 8 dəfə çoxdur. “Microsoft” 2 milyard dollar miqdarında olan fiziki mülkiyyəti ilə 500 milyard dolar miqdarında bazar dəyərinə sahibdir. Demək olar ki, şirkətin zənginliyi və dəyər mənbəyi informasiya, yəni intellektual sərmayədir.
Yeni iqtisadiyyatın əlamətləri dünya birjalarında daha yaxşı hiss olunmaqdadır. 10 il bundan əvvəl dünyanın ən böyük bazar dəyərinə malik 20 şirkətinin arasında informasiya sahəsində fəaliyyət göstərən 2-3 şirkət var idi. Bu gün isə tamamən fərqli vəziyyət yaranıb. İndi artıq bu siyahının başında “Microsoft”, “Intel”, “Oracle” kimi yeni iqtisadiyyatın əsas şirkətləri yerləşib və 20 ən böyük dəyərə malik şirkətlərin 17-si informasiya sahəsində fəaliyyət göstərən şirkətlərdir.
Dünya sürətlə yeni iqtisadiyyatın qanunlarına uyğunlaşmaqdadır və şirkətlər bu istiqamətdə özlərini yeniləməkdədirlər. Artıq rəqiblərindən bir addım önə keçmək üçün şirkətlər informasiyanın əldə edilməsi, emalı və ötürülməsi ilə daha sıx əlaqədə olmalıdır.
Son illərdə yeni iqtisadiyyat ilə bağlı çoxlu sayda araşdırmalar aparılmış, bu sahədə çoxlu kitablar yazılmış və bu sahədə araşdırmalar hələ də davam etməkdədir. Bəzi iqtisadçıların araşdırmalarında “yeni iqtisadiyyatda əslində yeni bir şey yoxdur” fikri hakim olduğu halda, başqa bir qrup iqtisadçılar isə araşdırmalarında “yeni iqtisadiyyat həqiqətən də yenidir” prinsipini irəli sürməkdədir.

Порядок вывода комментариев:

Comments are closed, but trackbacks and pingbacks are open.