Press "Enter" to skip to content

Kəşf olunmamış mənlik karl qustav yunq

12. „Üçlük haqqında mifin psixoloji izahı cəhdi“. „Budur, üç nəfər, bəs dördüncü hardadır?“, Platonun qədim sualını təkrarlayaraq Höte „Faust“ da soruşur. Misirdən xristianlığa qədər üçlük arxetipi. Üçlük və dördlük, dördüncü elementin inteqrasiyası, Allah və İblisin insan qəlbində birləşməsi — Yunqun qoyduğu məsələlər bunlardır.

Karl Qustav Yunq – Wikipedia

Karl Qustav Yunq ( 26 iyul 1875 [1] [2] […] , Kesvil [d] , Turgau [d] , İsveçrə [3] [2] – 6 iyun 1961 [3] [1] […] , Küsnaxt [d] , Sürix kantonu , İsveçrə [3] [2] ) — İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisi. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəlsəfəsi
  • 3 Əsas fəaliyyəti
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir. 26 iyun 1875-ci ildə İsveçrənin Konstans gölü yaxınlığında yerləşən kiçik bir qəsəbə olan Kessvilldə anadan olmuşdur. Atası protestant bir rahib olan Yunqun kiçik yaşlarda özünə qapalı bir uşaq olduğu, xəyallarla dolu bir uşaqlıq keçirdiyi söylənilir.

Ailə keçmişində çoxlu sayda sayda din adamı olan Yunq əvvəlcə din adamı olmağa qərar versə də, sonra Bazel ve Zurix universitetlərinə girdi. 1902-ci ildə universiteti qurtarıb həkim oldu. Bu vaxtı şüuraltı komplekslərə xitab edən sözlü çağrışım testi ilə bir anda tibb dünyasının marağına səbəb oldu. Çağrışım testinə görə terapevt daha öncə hazırladığı bir siyahıdan sözləri oxuyur və xəstədən sözləri eşitdiyi zaman ağlına gələn ilk şeyi söyləməsini istəyirdi. Bu sözlərdən xəstə üçün əhəmiyətli olan önəm daşıyanları şüuraltı kompleksləri hərəkətə gətirərək şüur axımında durğunluq yaradır və saniyəölçən ilə ölçülən çağrışım vaxtı artır.

Yunq 1907-ci ildə Vyanaya gedərək Freydlə ilk dəfə görüşmə fürsəti tapdı. Həyəcanla bir-birlərinə fikirlərini dedikləri aralıqsız 12 saat davam edən bu görüşmədən sonra dostluqları və yaxınlıqları artaraq davam etdi. Yunq Freydi bir ata kimi, Freyd də Yunqu bir oğul kimi sevməyə başladı.

Həmçinin bax: Kollektiv şüursuzluq

Freyd öz əsəri olan psixoanalizi gələcək nəsillərə çatdırmaq üçün özünün varisi kimi gördüyü Yunqa əmanət etməyə hazırlaşırdı. 1909-cu ildə psixoanalizi tanıtmaq üçün dəvət edildikləri Amerikaya getdilər. Bu vaxt bir-birlərinin düşüncələrini analiz edib, bəzi məsələləri müzakirə edərək bütün vaxtlarını bərabər keçirirdilər. Müəyyən vaxtdan sonra aralarında fikir ayrılıqları yaranmağa başladı. 1912-ci ildə Yunq “Şüuraltının psixologiyası” kitabını çap etdirdikdən sonra Freydlə münasibəti sona çatdı. Çünki Yunq Freydin libidonun sadəcə cinsi meyldən gələn bir enerji olaraq dəyərləndirildiyi teorisini dar görüşlü və insana aid bütün gerçəkliyi və zənginliyi əks etdirməkdən uzaq olan bir fikir kimi dəyərləndirdi.

1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi “Psixoloji tiplər” adlı əsərində şüurun başlıca 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davranış modellərinin olduğunu bildirdi. Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edirdi. O, şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima, qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırdı. Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin varolduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət idi.

Əsas fəaliyyəti

Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq, yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika, Arizona, Nyu Meksiko, Keniyaya getdi. Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq, konfranslar verərək keçirdi.

1961-ci ildə 86 yaşında ikən vəfat etdi. Yunqun olduqca çox danışan, fərqli mövzularda dərin bilgi sahibi, yumoristik, səmimi bir insan olduğu söylənilir. 80 yaşınadək idmanla da məşğul olduğu söylənilir.

“Şərq təfəkkürü ilə Qərb təfəkkürünün fərqi” məqaləsi Karl Qusrav Yunqun “Böyük qurtuluşun Tibet kitabı”na psixoloji şərhlər” əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilmişdir.

İstinadlar

  1. 1234Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.) : açıq məlumat platforması. 2011.
  2. 12345678Anguera J. E.Enciclopedia universal ilustrada europeo-americana (isp.) . Editorial Espasa, 1905.Vol. Suplemento 1961-1962. P. 233–234. ISBN 978-84-239-4500-9
  3. 123456 Юнг Карл Густав // Большая советская энциклопедия (rus.) : [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. ↑https://books.google.es/books?id=fnkrAQAAMAAJ&dq=inauthor%3A%22Gerhard%20Wehr%22&hl=es&source=gbs_book_other_versions.
  5. 12http://www.museum-jung.ru/museum.html.

Xarici keçidlər

260 ms 22.4% MediaWiki\Extension\Scribunto\Engines\LuaSandbox\LuaSandboxCallback::getEntity 240 ms 20.7% MediaWiki\Extension\Scribunto\Engines\LuaSandbox\LuaSandboxCallback::getEntityStatements 100 ms 8.6% MediaWiki\Extension\Scribunto\Engines\LuaSandbox\LuaSandboxCallback::getSiteLinkPageName 100 ms 8.6% MediaWiki\Extension\Scribunto\Engines\LuaSandbox\LuaSandboxCallback::addStatementUsage 60 ms 5.2% (for generator) 60 ms 5.2% type 60 ms 5.2% pairs 40 ms 3.4% old_getmetatable 40 ms 3.4% MediaWiki\Extension\Scribunto\Engines\LuaSandbox\LuaSandboxCallback::gsub 20 ms 1.7% [others] 180 ms 15.5% Number of Wikibase entities loaded: 36/400 –>

Karl Qustav Yunqu necə oxumalı?

Karl Qustav Yunq yaradıcılığının öyrənilməsində bir neçə mübahisəli məqam və versiya mövcuddur. Yunqu oxumağa nədən başlamağı konkret demək çətindir. Bəzilərinə görə, avtobioqrafiyasından, başqa birilərinə görə, «Tavistok mühazirələri»ndən, üçüncülərə görəsə “İnsan və simvolları” kitabından başlamaq lazımdır. Təklif etdiyim oxu sistemi bir neçə dəfə yoxlanıb və oxucunun müəyyən nəticəyə gəlməsinə kömək edəcək.

Yeni başlayanlara Yunqun özündən deyil, ideyalarını populyarlaşdıranların kitablarından başlamağı tövsiyə edirəm. Bu baxımdan Robin Robertsonun «Yunq psixologiyasına giriş» kitabı oxuculara analitik psixologiya haqqında lazımi baza anlayışı əldə etməyə kömək edəcək.

Daha sonra Yunqu aşağıdakı qayda üzrə oxumağı tövsiyə edirəm:
1. İlk növbədə Yunq və ən yaxşı tələbələrinin birlikdə hazırladıqları “İnsan və simvolları” məqalələr toplusunu oxumaqda fayda var. Burada analitik psixologiyanın əsas ideyaları ən sadə üsullarla izah edilib. Bu işlərdə yuxuların təhlilinin əlifbası, kölgə, anima, animus, arxetiplər (hərfi mənası «ilkin modellər») kimi anlayışların izahı verilib, psixikanın şüurun iradəsindən asılı olmayan azad həyatından sübutlar göstərilib.

2. «Tavistok mühazirələri» – Yunq bu mühazirə kurslarında ən sadə sözlərlə təliminin mahiyyətinə aydınlıq gətirir. Psixoloji tipologiya, yuxuların təhlili, aktiv təsəvvür, arxetiplər burada nisbətən başqa, akademik bucaqdan izah edilir, ona görə də kitab biliklərinizin dərinləşməsində əhəmiyyətli rol oynayacaq. Oxucu istəyinə görə, birinci və ikinci kitabların yerini dəyişərək «Tavistoks mühazirələri»ni oxuduqdan sonra “İnsan və simvolları«na keçə bilər.

3. Yuxarıdakı iki bənddə verilmiş kitablardan sonra oxucu analitik psixologiyaya nə qədər yaxın olduğunu anlayacaq. Öyrənməyə „İndividuasiyanın altı arxetipi“ kitabı ilə davam etmək lazımdır. Bu kitabda nəzəriyyədən praktikaya keçəcəksiniz. Yunq arxiteplərə aid insanların inandırıcı portretlərini verir. Yunqun təsvir etdiyi çoxsaylı arxetiplərin sırasında Şəxsiyyət, Kölgə, Günəş Allahlığı, Allah, Ölüm, Ana Uşaq, Qəhrəman, Müdrik İnsan və s. var. Bunlardan ən vacib arxetip Ana Uşaq və Mənlikdir. Sonuncu arxitep transformasiya arxitepidir. Transformasiya – azadlıq axtaran üçün açar sözdür, psixikanın bir vəziyyətindən başqa vəziyyətinə keçiddir. Reinkarnasiya, metempsixozis, təşəbbüs, enantiodromiya, bir sözlə, bu məqalədən sonra bir sıra əhəmiyyətli ideyalar açılır.

4. Bir qədər daha mürəkkəb sayılan „Dövrümüzün mənəvi problemləri“ məqalələr toplusu ilə daha sonra tanış olmağı məsləhət görürük. Hər məqalə konkret sualı cavablayır, buna görə də əlavə şərh tələb olunmur. „Müasir insanın mənəvi problemi“, „Müasir psixiatriyanın problemləri“, „Freyd və Yunq qarşıdurması“, „Psixoloji tipologiya“, „Ruh və torpaq“, „Arxaik insan“, „Həyat sərhədi“, „Analitik psixologiya və dünyagörüşü“, „Kompleks və mif“, „Ruhun quruluşu“, „Nikah psixoloji münasibət kimi“ məqalələrin adları özləri haqqında danışır. Məqalələri oxumaqla tədricən Yunq təliminin ürəyinə yaxınlaşmış oluruq.

5. Yuxarıda göstərilən dörd bənddəki materialları oxuduqdan sonra Yunq bioqrafiyasını „Xatirələr, yuxular, düşüncələr“i öyrənməkdə fayda var. Bu kitabın oxunması hətta hazırlıqlı oxucu üçün sarsıntı gətirə bilər. Yunqun təsvir etdiyi xəyallar faktik olaraq psixologiya və magiya, kimyaçılar və Yunq individuasiyası arasındakı körpü yaradır. Kitab Yunq təlimi sarayına daxil olmaq üçün körpü rolunu oynayır, onu oxumaqla qnostisizm tədqiqatlarını qəbul etməyə hazır olursunuz. Çox vacibdir ki, oxuduğunuz avtobioqrafiya variantında Yunqun şəxsi kəşfi, təliminin simvolik kvintesensiyası „Ölülərə yeddi nəsihət“ olsun. Yunqçuların bəziləri bioqrafiyadan başlamağı tövsiyə edirlər, amma bu yol mənə səmərəli görünmür, çünki hazırlıqsız oxucuya bəzi ideyalar anlaşılmaz qalacaq.

6. Yunq qnosizmi ilə bağlı əsas işləri öyrənməyə başlamazdan əvvəl iki kitabını öyrənməkdə fayda var. Kitablardan biri „Transformasiya simvolları“ adlanır. Bu kitab Yunqun özü üçün də dönüş nöqtəsi olub, həm də Freydlə münasibətlərinin pozulmasına səbəb olan kitabdır. Ancaq kitabda qeyd edilən bəzi ideyalar Yunq tərəfindən təkzib edilib, kitabın ehtiyatlılıq ölçüsü böyükdür. Yunq xəbərdar edir ki, „uşağın qurban edilməsi“ – yəni, arxetip dünyasında daxil olmazdan əvvəl eqonun infantil quruluşunu tamamilə dağıdıb özünü qurban verməsi vacibdir. Əks halda infantil şüurla şüursuzluq qüvvələri qarşısında dəli olmaq təhlükəsi böyük olur.

7. İkinci diqqətlə öyrənilməsi lazım gələn kitab „Eqo və şüursuzluq arasındakı əlaqə“dir. Bu kitab arxetipin güclü təsirinə məruz qalan şüurun mümkün fəsadından qorunmaq üçün yaxşı mənbədir. Burada şüursuzluqla qarşılaşdıqda eqonu gözləyən təhlükələr, eləcə də individuasiya adlanan şüur və şüursuzluğun qarşılıqlı təsirinin yeganə modeli çox yaxşı təsvir edilib. Həmçinin məhz bu kitabda Yunq Freyd və Adlerin mövqeyini tamamilə rədd edir.

8. „Sinxronluq“. Yunqun Fizika üzrə Nobel mükafatı laureatı Volvqand Paulla birlikdə keçirdiyi təcrübələr şok yaratmaq qüvvəsinə malikdir. Təcrübələr nəticəsində sadəlövh materializm devrildi – hadisələr arasında marksizmin öyrətdiyi kimi yalnız qarşılıqlı səbəb-nəticə əlaqəsi mövcud deyil, daha başqa – dərin və gizli məna əlaqəsi mövcuddur. Bu kəşf hər şeyi alt-üst edir. Yunq qeyri-mümkün olana müvəffəq oldu, elmi şəkildə Daonun mövcudluğunu, astrologiyanın riyazi həqiqiliyini sübut etdi.

9. Bu biliklərlə silahlandıqdan sonra risk edib ziddiyylətli münasibətlərin mürəkkəb problemlərinə diqqəti artıra bilərsiniz. Söhbət Yunqun ən mürəkkəb işlərindən olan „Aion“ kitabından gedir. Burada hər şey var: qnostik simvolizm, Məsih və Antiməsih birliyi, insanlıq tarixində baş verən hadisələrdə astroloji dövrlərin paradoksal asılılığı. „Aion“ — əgər onu analamağa gücümüz yetərsə, gerçəklik haqqında təsəvvürləri sökən kitabdır. Çox mürəkkəb olduğu üçün, əvvəl Edvard Edinqerin „Eqo və Arxetip“ kitabını oxumağı tövsiyə edirəm. Nisbətən daha asan dildə yazılıb, „Aion“nun mürəkkəb sistemini anlamaq üçün zəmin hazırlayır.

Əgər magiya, okkultizm ənənələriylə kifayət qədər yaxşı tanışsınızsa, onda bu kitabdan sonra dərhal Yunqla yaxından tanış olmağa başlaya bilərsiniz.

10. „Psixologiya və kimyagərlik“. Burada kimyagərliyin qədim simvollarının müasir insan yuxusunda necə təzahür etməsi, kimyaçılıqla dinin hansı münasibətdə olmasını öyrənəcəksiniz. Yunq bu əsərində mənliyi tapmaq üçün kimyagərlik, qnostisizm xəzinəsinə müraciət edilməli olduğunu sübut edir. Kimyagərlik haqqında mənfəətin qızı, kimyanın anası təsəvvürləri bu işlə yıxılır.

Beləliklə, Yunqun „kimyaçılıq“ kitablarını oxumazdan əvvəl tələbəsi olmuş Luiza Fon Fransın „Kimyagərlik“ kitabını oxumağı tövsiyə edirəm. Bu kitab son dərəcə sadə dillə yazılıb, kimyaçılıq simvolları konkret nümunələrlə izah edilib.

10a. Kimyagərlik simvolizmi məsələləri sizdə çox maraq oyadıbsa, Yunqun bu mövzuda digər qısa kitablarını da oxuya bilərsiniz: „Merkurinin ruhu“ və „Parasels“. Vacib olan budur ki, kitabları oxuyarkən, kimyaçılğın hansısa keçmiş, arxaikləşmiş yalançı elm olduğunu deyil, psixoloji dinamikanın canlı, ən təmiz əks olunması kimi başa düşmək lazımdır.

11. „Psixologiya və din“. Karl Yunqun ən əhəmiyyətli əsərlərindəndir. Bu əsərində Yunq inqilabi ideyaları üçün zəmin hazırlayır.

12. „Üçlük haqqında mifin psixoloji izahı cəhdi“. „Budur, üç nəfər, bəs dördüncü hardadır?“, Platonun qədim sualını təkrarlayaraq Höte „Faust“ da soruşur. Misirdən xristianlığa qədər üçlük arxetipi. Üçlük və dördlük, dördüncü elementin inteqrasiyası, Allah və İblisin insan qəlbində birləşməsi — Yunqun qoyduğu məsələlər bunlardır.

13. „Kütlədə transformasiya simvolları“. Maya sivilizasiyasından katolik kilsəsinə qədər ayin arxitepindən bəhs edir.

14. „Misteriya birləşməsi“. Bütün tarix boyu kimyaçılıq simvolizminin ən ətraflı tədqiqatı.

15. „İovaya cavab“. Ölümündən bir neçə ay əvvəl Yunq heyrətamiz ifadə işlətdi: „Əgər bütün həyat boyu yazdıqlarımı yenidən yazmaq imkanım olsaydı, bunu edərdim, təkcə “İovaya cavab»ı dəyişməzdim”. Bu kitab Yunq metafizikasının zirvəsidir. Yunq insan mövcudluğunun mənası haqqında suala çox sərt, qeyri-standart cavab verməyə risk edir.

“İovaya cavab” kitabındakı ideyaları daha ətraflı Edvarq Edinqerin “Şüurun yaranması” kitabından öyrənə bilərsiniz.

Yunqun digər köməkçi və xüsusi işləri:
1. Yunqun erkən (Freyddən ayrılmadan qabaq) şizofreniya tədqiqatı

2. «Yoqa və Qərb» — bu məqalələr toplusu özündə Şərq fəlsəfəsinin cazibədarlığını hiss edən oxuculara maraqlı olacaq. Yunq Qərb adamının Şərq təcrübəsini mənimsəməsini rəsmi inkar etsə də, Şərq hər zaman öz sirriylə onu cəlb edib. Yoqa və Qərb, ölülərin Tibet kitabına şərh, hind müqəddəsi haqqında, şərq meditasiyası psixologiyası, «qızılgül sirri»nə şərh…

3. «Psixoterapiya» toplusunda «Psixoterapiyanın məqsədləri», «Psixoterapiya haqqında bəzi prinsipial fikirlər», «Psixoterapiyanın əsas məsələləri» adlı məqalələr var.

4. «Psixologiya və incəsənət» kitabı Yunqun bədii yaradıcılığın dərk edilməsinə həsr olunmuş əhəmiyyətli işlərinin yekunudur. Arxetip incəsənət əsərlərində necə yaranır? İncəsənət əsərlərini hansı kateqoriyalara bölmək olar? Dahi Pikasso və Coysun təbiəti necədir?

5. “Şüursuzluq məsələlərinə dair” məqalələr toplusunda Yunqun yuxu nəzəriyyəsini mənimsəmək, şüursuzluq nəzəriyyəsi haqqında bəzi dəqiqləşdirmələrini öyrənmək mümkündür. Yuxular haqqında hansı yanaşmalar var, yuxu şüurlu ağıla necə təsir edir, bunlar toplunun əsas ideyalarıdır. «Yuxuların mənası», «təhtəlşüurda keçmiş və gələcək», «yuxuların funskiyası», «yuxuların təhlili», «tiplərin problemi», «yuxu simvolizmində arxetiplər», «insanın ruhu», «simvolların mənası», «bölünmənin müalicəsi», «yuxu təhlillərinin praktikada istifadəsi», «psixoterapiya və dünyagörüşü», “əqli və psixi pozuqluq”.

6. «Transsendent funksiya» məqalələr toplusu Yunqçuluq dünyagörüşünü daha da genişləndirir. «Transsendent funksiya» ziddiyyətlərin birləşməsini, «Kəşf olunmamış mənlik» individuasiya fenomenini, «Votan» və «Kölgə ilə mübarizə» narsizm fenomenini kollektiv şüursuzluq dinamikası baxımından təsvir edir.

Tərcümə: Ceylan MUMOĞLU
Mənbə: castalia.ru

  • Teqlər:
  • psixologiya
  • , psixoloq
  • , psixoloq-alim
  • , Karl Qustav Yunq

Karl Qustav Yunq

Analitik nəzəriyyə. Yunqa görə şəxsiyyət 3 ayrı-ayrı, lakin bir-birilə qarşılıqlı əlaqədə olan strukturdan ibarətdir: eqo, şəxsi şüursuzluq və kollektiv şüursuzluq.

Eqo. Şüur sferasının mərkəzində durur. O, özündə fikir, hiss, təəssürat və duyğuları birləşdirən,”psyche” komponenti vasitəsilə çıxış edir. Elə buna görə də biz özümüzü tam, daimi hiss edirik və insan kimi qavrayırıq. Eqonun hesabında biz öz şüur fəaliyyətimizin nəticəsini görə bilirik.

Şəxsi şüursuzluq. Özündə indi unudulmuş, amma vaxtilə baş verən konflikt və təəssüratları birləşdirir. Yunq Freyddən daha irəli gedərək bildirir ki, şəxsi şüursuzluq fərdin keçmiş yaxud anadan gəlmə, nəsli təcrübəsindən gələn kompleksləri, yaxud emosional fikirləri: hiss və təəssüratları birləşdirir. Yunqun təsəvvürlərinə görə bu komplekslər fərdin davranışına güclü təsir göstərə bilər. Məs: hakimlik kompleksi olan insan birbaşa yaxud simvolik olaraq hakimiyyət mövzusu ilə əlaqədar olan işlərə əhəmiyyətli dərəcədə psixi enerji sərf edə bilər. Bir dəfə formalaşmış kompleks insanın davranışına və onun hisslər aləminə təsir etməyə başlayır. Nəticədə kompleksin komponentləri, yaxud bütün kompleks dərk edilə və fərdin həyatına güclü təsir edə bilər.

Kollektiv şüursuzluq. Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və şəxsi şüursuzluğu ört-basdır edir. Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insan təkamülünün ruhi səltənəti durur. Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir. Onu da qeyd etməliyəm ki, Yunqun və Freydin fikir ayrılığının əsas səbəbi kollektiv şüursuzluq konsepsiyası oldu.

Atxetiplər. Yunq belə bir fərziyyə irəli sürdü ki, kollektiv şüursuzluq ilkin psixi obrazlar olan arxetiplərdən ibarətdir. Arxetip — bu əhəmiyyətli emosional elementə malik universal fikir formasıdır. Arxetiplər -anadangəlmə fikir və təəsüratlardır. Anadangəlmə burada konkret situasiyalara emosional, koqnitiv və davranış baxımından cavab vermə tendensiyası kimi başa düşülür. Misal üçün, valideynlərlə, sevdiyin insanla, ilanla yaxud ölümlə qəfil qarşılaşma olduqda. Yunq tərəfindən göstərilən arxetiplər arasında ana, uşaq, qəhrəman, müdrik, Allah və ölüm daxildir.

Yunq belə hesab edirdi ki, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kütləvi şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır.

Persona. (latınca “persona” – maska dem.) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur.

Anima və animus. Bir çoxları tərəfindən qəbul olunmuşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Homoseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan bioseksuallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxetipi anima, qadında maskulin arxetipi isə animus adlanır. Bu arxetiplər xromosomlar və cinsi maddələrlə şərtlənsələr də kişilərin qadınlarla bağlı olaraq və qadınların kişilərlə bağlı olaraq keçirdikləri təəsüratlаrın nəticəsidir.

Kölgə. Persona arxetipinə əks mövqedə, şəxsiyyətin qaranlıq, qarışıq və heyvani tərəfi olan kölgə dayanır. Kölgə özündə sosial cəhətdən qəbul olunmayan seksual və aqressiv impulsları, əxlaqsız fikir və ehtirasları özündə birləşdirir. Lakin kölgənin həm də müsbət tərəfləri də var. Yunq kölgəyə həyatın mənbəyi, fərdin həyatının spontаn və yaradıcılığının başlanğıcı kimi baxırdı. Оnun fikrinə görə, eqonun funksiyası kölgənin enerjisini düzgün cərəyana yönəltsin.

Özəllik. Yunqun nəzəriyyəsində daha vacib xarakter daşıyır. Bu arxetip ətrafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir. Belə olan halda Yunqa görə özəllik bu insan həyatının başlıca məqsədidir.

Comments are closed, but trackbacks and pingbacks are open.