Press "Enter" to skip to content

KİTAB oxumaq mədəniyyətdir! Sizdə KİTAB OXUYUN

“Ağıllı olmaq üçn 10 kitab oxumaq kifayət edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır”.

Kitab oxumağın bizə bəxş etdiyi möhtəşəm faydalar

Kitab sehrli bir əşya kimidir. Əlimizdəki səhifələrin üzərinə işlənmiş 32 hərfdən ibarət kombinasiyaları oxuyaraq getmədiyimiz yerlərə gedib, başqaları kimi düşünüb, hətta fərqli zamanlara səfər belə edə bilərik. Kitabların insanlara qatdığı dəyər olduqca çoxdur. Hər şeydən əvvəl kitablar daha yaxşı bir şəxsiyyət olmağımızı təmin edir.
Bu siyahımızda kitab oxumağın bizlər üçün faydalarını sıralamışıq. Kitab oxumağın bir insana qatacağı 13 möhtəşəm özəllik:
1.Oxumaq stresi azaldır.
Sussex Universitetinin etdiyi bir araşdırma, stressi azaldan ən təsirli yolun kitab oxumaq olduğunu göstərir.
2.Yuxusuzluq problemimdən əziyyət çəkənlər üçün ən yaxşı üsul oxumaqdır.
Sakitləşmək və yaxşı bir yuxuya dalmaq üçün ən ideal həll kitab oxumaqdan keçir.
3.Oxumaq insanların empati duyğusunu gücləndirir.
Kitab oxuyarkən, kitablardakı qəhrəmanların yerinə özümüzü qoyuruq. Qəhrəman fantastikadan ibarət olsa belə onunla empati qururuq.

4.Oxumaq beyin funksiyalarımızı sürətləndirir.
Emory Universitetində edilən elmi bir araşdırma kitab oxumağın bizi daha ağıllı etdiyini sübut edir.

5.Depressiyadan xilas olmaq üçün ən yaxşı yolllardan biri kitab oxumaqdır.
Bir müddət əvvəl edilən bir araşdırma, fərdi inkişaf kitablarının depresiyadakı insanlar üçün faydalı olduğunu göstərir.
6.Oxumaq bizi daha cazibədar edir.

Ağıllı olmaq cazibədar olmağın ən əhəmiyyətli faktorlarından biridir. Oxumaq da insanı daha ağıllı etdiyinə görə…

7.Kitab oxumaq həyatdakı çətinliklərlə daha yaxşı mübarizə aparmağımızı təmin edir.

Ohio Dövlət Universitetinin etdiyi bir araşdırma, kitab oxuyan insanlarkn fərqindəlik səviyyələrinin yüksəldiyini, beləcə qarşılaşdıqları çətinliklərə daha yaxşı qalib gələ bildiklərini göstərir.
8.Kitab oxuyan insanlar daha sosialdırlar.
Aparılan bir araşdırma, kitab oxumağı sevən insanların fərqli mədəniyyətlərə aid insanlarla daha yaxşı ünsiyyət qura bildiklərini göstərir.
9.Oxumaq yaddaşı gücləndirir.
Kitab oxuduğumuz hər an əslində beynimizi də inkişaf etdirirk. Edilən bir araşdırma kitab oxumağın beyindəki reaksiyların yavaşlamağı azaltdığını sübut edir.
10.Oxumaq daha yaxşı yaza bilməyimizi təmin edir.
Fərqli yazarların kitablarını oxuduğumuz zaman fərqli yazı stilləri görürük. Nə qədər çox şey oxusaq, yazı yazma mövzusunda o qədər çox şey öyrənirik. Bu da yazı yazma qabiliyyətimizin güclənməsini təmin edir.
11.Oxumaq bizi açıq fikirli və dost canlısı edir.

The Creativity Research jurnalında nəşr edilən bir məqalədə, kitab oxuyan insanların daha açıq fikirli olduğunu və beləcə daha çox insanla dostluq qura bildiklərini qeyd edirlər.

12.Oxumaq bizə daha yaxşı dinləməyi öyrədir.

Aparılan araşdırmalar kitab oxuyan insanların oxumayanlarla müqayisədə daha yaxşı dinləyici olduqlarını göstərir.
13.Oxumaq dünyanı daha yaxşı bir yer etmək üçün bizə güc verir.
Daima kitab oxuyan insanların cəmiyyətə faydası, kitab oxumayanlarla müqayisədə 3 dəfə çoxdur. Bu da kitab oxumağın bizləri daha yaxşı insanlar etdiyinin bir digər dəlilidir.







Mənbə: azedu.az

  • Teqlər:
  • kitab
  • , kitab oxumaq
  • , kitab oxumaqın faydaları
  • , kitab oxumağın xeyirləri
  • , mütaliə
  • , mütaliə etmək

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Hər hansı bir mədəniyyət formasını inkişaf etdirmək zaman və zəhmət tələb edir, oxumaq mədəniyyəti bunun bir hissəsidir. Türkiyəli yazar Murat Menteş deyir: ’’Hər fel bizə bir bir şey öyrədir. Yerimək məsafə haqqında bizə bir fikir verir, məsafə duyğumuzu inkişaf etdirir. Və yaxud mənzərə seyr etmək bizə bir şey qatar . Oxumaq da bizə bir çox şey öyrədir. Oxumağın dəyəri onun bizə bir çox şeyi bir arada qavradan proses olmasındadır. Xatırlamaq duyğusunu misal göstərə bilərik, məsələn, 23 – cü səhifədə oxuduğumuz şeyin 273-cü səhifə ilə bir bağlantısı olması gözləni-lir, oxuduqca xatırlama qabiliyyətimiz güclənir. Oxumaq həmçinin zehni hərəkətə keçirir. Oxumaq bizə vəfa duy-ğusu haqqında fikir verir.Tutaq ki, 3 ay əvvəl bir kitaba başladıq, bu gün biz ona geri dönürük. Bir şeyə geri dön-mə , kənarda buraxmama , vaz keçməmə kimi hislərə sövq edir bizi. Oxumağın çox ayırıcı, yüksəldici tərəfləri vardır. İnsanlara bunu qavratmaq lazımdır. Kitablardan öyrəndiyimiz nəyisə unutmarıq, oxuyaraq öyrənmək izlə-yərək öyrənməkdən çox fərqlidir, bir şeyi oxuyaraq izlədiyimizdə içimizdə dərin hiss buraxır. Yerinə başqa heç bir şey qoyula bilməyəcək bir varlıqdır kitab. Kitab rəngi, səhifələri, qoxusu ilə çox özəl, dəyərli bir kombinasiyadır’’.

Kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rola malikdir. Kitabların insanlara verdiyi töhfələr onun satış qiymətindən qat-qat üstündür. Kitab oxuma insanlar arasında əlaqəni gücləndirir. Həm yazı-oxunu bildiyimiz, həm də daha çox qaynaq oxuduğumuz zaman danışacağımız, anlaşacağımız mövzular artacaqddır. Oxumanın insana qazandırdıqlarından biri də estetik bilgidir. Ədəbiyyatın gözəlliklərini və zənginliklərini görən biri dünyaya estetik gözlə baxacaqdır. Yaşamı daha da gözəlləşəcək və dünyanı bağçası kimi görəcəkdir. Kitab oxumaq bizim söz ehtiyatımızı artırır. Daha çox kəlmə öyrənərək insan daha gözəl danışır, demək istədiklərini, duyğularını daha yaxşı ifadə edir. Həmçinin nitq qabiliyyətini formalaşdırır, gözəl nitq qabiliyyəti olan insan daha çox diqqəti cəlb edir və auditoriyanı daha yaxşı ələ ala bilir. Kitab oxumaqla dünyanın hər nöqtəsinə, hətta keçmişə, gələcəyə belə səyahət edə bilərik. Özümüzü 100 il öncəyə səyahət edərkən görə bilərik . Bir çox insan ” Bir kitab oxudum həyatım dəyişdi və ya mənə çox təsir etdi “ deyə bilir , elə bütün bunlar kitabın insan həyatındakı rolunu ifadə etməyə kifayət edir. Oxumaq həm də beynin gimnastikasıdır. Məsələn, bir roman oxuyuruq, burada yazıçı tərəfindən təsvir olunan obrazları, mühiti və s. öz beynimizdə canlandırırıq. Bu baxımdan kitab oxumaq filmə baxmaqdan da fərqlənir, kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur. Film rejissor tərəfindən çəkilirsə, kitab oxuyarkən bu iş oxucuya həvalə olunur. Kitablar zənginlikdir. Evində kitab rəfi olan insan ən zəngin insandır. Onları heç bir bahalı aksessuar əvəz edə bilməz. Hətta ekspertlərin fikrincə müxtəlif çay evləri, restoranlarda kitabların cəm olduğu rəf və ya bölmələrin olması da insanlar üçün faydalıdır. Mütaliə elə bir prosesdir ki, bir neçə kitab oxuyandan sonra yeni kitablara ehtiyac duyursan: “Oxuma uzun bir səyahətdir beşiklə başlar məzarla bitər’’.

“Mütəxəssislərə görə kitab oxumaq yaddaşı qüvvətləndirərək Alzhemier risqini ciddi nisbətdə aşağı salır”. Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə oxucular daha çox elektron kitablara üstünlük verirlər. Belə kitabları çap etmək, elektron poçt vasitəsilə yaxınlara göndərmək olar. Təcrübələr göstərir ki, kitabla canlı təmasda olmaq həm gözlərimiz, həm də zehnimiz üçün komputer ekranından daha xoş və rahatdır. Kitab oxumaq televizor izləməkdən də çox-çox fərqlidir. Belə bir deyim də vardır ki, ” Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcək”. Psixoloqlar hesab edirlər ki, kitab oxuma vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşaqlara tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edir ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir. “Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi içində qısa maraqlı hekayələri olan kiçik kitablar alın çünki onlar məhz belə kitabları sevir”.

“Ağıllı olmaq üçn 10 kitab oxumaq kifayət edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır”.

KİTABLAR

İndi kitab almaq ya da satmaq üçün mağaza-mağaza gəzmək ehtiyac yoxdur! Bizim sayt vasitəsilə siz tez və rahat kitab satışı elanları yerləşdirib istədiyiniz effekti əldə edə bilərsiz. Hər gün müxtəlif mövzularda o cümlədən Kİtabların alqı satqısı elanları bizim sayta əlavə olunur. Istədiyinizi rahat tap az vaxt sərf et – sabaha saxlamayın, elə indi başlayın!

KİTABLAR BÖLMƏSİNDƏ UĞURLU ELANIN SİRRİ

Kitab satışı elanı yerləşdirib tez bir zamanda effekt əldə etmək üçün nə etmək lazımdır? Bunun üçün sadə qaydalara riayət etməlisiniz:

– elana uyğun kateqoriya seçin

– bütün sahələri lazımi məlumatlarla doldurun

– “Təsvir” sahəsindəki alqı-satqı obyektini mümkün qədər ətraflı təsvir edin

– “Videoya keçid”-də videosunu göstərin

– alqı-satqı obyektinə aid olan mümkün qədər çox keyfiyyətli şəkillər yükləyin.

– düzgün əlaqə məlumatlarını daxil edin

Kitabların satışı elandan effekti daha da artırmaq üçün ödənişli alətlərdən istifadə edə bilərsiniz – bunun sayəsində:

1. Elanın prioritetini artıraraq, onu son elanlar bölməsində və axtarış nəticələrində birinci yerə qaldırırn

2. Elanı saytın ana səhifəsində xüsusi ayrılmış blokda digər elanlarla yanaşı və eyni zamanda VIP blokun içərisinidə təsadüfi qaydada aktivlik müddətlərinin sonunadək görsədin

3. Elanlarınızı baku.ws , oxu.az , azxeber.com , media.az , olke.az kimi populyar xəbər saytlarında 5 gün müddətinə yerləşdirin.

Hər hansı bir sualınız var? Müştəri Dəstək Xidməti 24/7 onlayn çat və (012) 525-83-08 Telefon Qaynar Xətt vasitəsilə xidmətinizdədir.

Comments are closed, but trackbacks and pingbacks are open.