Press "Enter" to skip to content

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Orta məktəblərdə kitabxanaya dair tələblər müəyyənləşdi

Nazirlər Kabineti “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib.

APA-nın məlumatına görə, bu Nümunəvi Əsasnamə Azərbaycan ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətini tənzimləyir.

Ümumi təhsil müəssisənin kitabxanası tədris və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların müəllim və şagird kontingenti tərəfindən sistemli istifadəsini təşkil edən sosial institutdur. Kitabxana, minimum kitabxana fondu (azkomplektli ümumi təhsil müəssisəsində 500, tamkomplektli ümumi təhsil müəssisəsində 1000 çap vahidindən az olmamaqla), müvafiq sahə (oxu zalı və fond üçün otaqlar), avadanlıq və kadr potensialı olduqda, müəssisənin struktur bölməsi kimi onun infrastrukturuna daxil edilir. Bu Nümunəvi Əsasnamə hər bir kitabxana üçün fərdi Əsasnamənin hazırlanmasında əsas hesab olunur. Kitabxananın fondundan və informasiya resurslarından bütün oxucular və istifadəçilər tərəfindən tam istifadə edilməsi üçün müvafiq şərait yaradılır.

Kitabxana ümumi təhsil müəssisəsinin təlim-tərbiyə prosesində fəal iştirak edir, müəllim və şagird kontingentinə, valideyn-müəllim assosiasiyalarının üzvlərinə kitabxana xidmətləri göstərir. Kitabxananın fonduna dərsliklər, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat, elmi-pedaqoji ədəbiyyat, bədii ədəbiyyat, universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları, soraq kitabçaları, biblioqrafik nəşrlər), dövri nəşrlər (dövri nəşrlərin sayı ümumi təhsil müəssisəsinin növündən, şagird kontingentinin sayından və milli tərkibindən asılı olaraq müəyyənləşdirilir), müəllim üçün metodik vəsaitlər, elektron resurslar və digərləri daxildir. Kitabxana ümumi təhsil müəssisəsinin direktoruna tabedir və direktor kitabxana xidmətinin təşkilinə və bu xidmətin keyfiyyətli olmasına görə məsuliyyət daşıyır. Kitabxanaya rəhbərlik öz işinə görə məsuliyyət daşıyan kitabxananın müdiri (və ya kitabxanaçı) tərəfindən həyata keçirilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin direktoru tərəfindən qanunla müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad olunur və işlədiyi müddətdə müəssisənin pedaqoji kollektivinin üzvü hesab edilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının tərkibinə daxil edilir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana işinin elmi-metodik təminatı onların elmi-metodik əlaqələndirmə mərkəzi statusuna malik olan Təhsil Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən həyata keçirilir. Kitabxananın kadr təminatında peşə üzrə ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda, müvafiq peşə-ixtisas təhsili olmayan, lakin yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər. Kitabxananın oxuculardan itirilmiş və ya yararsız vəziyyətə salınmış kitabxananın fonduna məxsus çap əsərlərinin və digər materialların müvafiq çap əsərləri və materiallarla əvəz edilməsini, bu mümkün olmadıqda, vurulmuş ziyana görə yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla, onların qiymətinin 10 misli məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ var. Kitabxananın vəzifələri sırasında isə “informasiya günü”, “müəllim günü”, “sinif günü” adlı tədbirləri təşkil etmək və ayda bir dəfə kitabxanada sanitariya günü keçirmək də yer alıb.

Nümunəvi Əsasnaməyə əsasən kitabxananın fonduna daxil olan çap və informasiya resurslarından istifadə qaydaları da müəyyənləşdirilib. Abonement vasitəsilə kitabxananın çap resursları evdə istifadə etmək üçün götürülə bilər. Evə götürülən resurslardan istifadə müddəti aşağıdakı kimi müəyyənləşdirilir:

– dərslik, dərs vəsaiti – bir tədris ili;

-elmi-populyar və bədii ədəbiyyat – bir ay;

– dövri və çox istifadə olunan nəşrlər – 15 gün;

Oxu zalında istifadə üçün nəzərdə tutulan resurslardan, o cümlədən qiymətli və soraq xarakterli informasiya resurslarından yalnız kitabxana daxilində istifadə edilir. Bir kompüterdə eyni zamanda iki nəfərdən artıq istifadəçinin işləməsinə icazə verilmir. İnternetin pullu resurslarından istifadə edilməsinə də icazə verilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

 Transpersonal psixoloq və alternativ təbabət üzrə mütəxəssis, t anınmış şəfaverən, mediator-həkim Xanoğlan Mirzəyevin sehirli enerjisi və intellektual bilgiləri özündə cəmləyən, ana dilimizdə ən sanballı meditasiyası ədəbiyyatı nümunəsi olan bu elmi-kütləvi ensiklopediya insanların sağlam həyat bilgiləri toplusu kimi də qəbul oluna bilər.

Biznes-motivasiya

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

İqtisadi-innovativ məqalələr toplusu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsi çərçivəsində nəşrə hazırlanaraq yayımlanır.

Zəfəri qanınla yazdın qəhrəman

Kitab ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, Azərbaycanda yaşayan xalqların nümayəndələrindən ibarət hərbiçilərin kapitanı İsmayıl Məhəmməd oğlu Səmədovun şərəfli ömür yolundan, hərbi xidməti və müharibə dövründə göstərdiyi igidliklərindən söhbət açılır.

Surələrin fəzilətləri və dualar

İlahiyyatçı xanımın bu yeni kitabı Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunub.

Quranın qısa təfsiri, təcvidi və hərflərinin möcüzələri

İlahiyyatçı Mənzər Ağayevanın “Quranın qısa təfsiri, təcvidi və hərflərinin möcüzələri” kitabı Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunub.

Vətən müharibəsi. Zəfər tarixi

Lənkəranlı pedaqoq, araşdırmaçı-yazar A.Əliyevin bu yeni sənədli kitabı və II Qarabağ müharibəsi, orada gedən mürəkkəb qlobal, regional proseslər, igidliklə vuruşan Milli Ordumuzun hərbişiləri, cənublu qəhrəman döyüşçülər haqqında maraqlı tədqiqat əsəridir.

Əfsanəvi kəşfiyyatçı: Orxan Əkbərov

Kitab 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatında iştirak edərək son nəfəsinədək döyüşüb qəhrəmancasına həlak olan, İkinci Qarabağ müharibəsində qanı ilə tarix yazan oğullarımızdan biri – şəhid polkovnik-leytenant, əslən Biləsuvardan olan Əkbərov Orxan Nadir oğlunun döyüş yolundan bəhs edir.

Vətən həsrəti

Vətənpərvərlik və Qarabağ mövzusunda qələmə alınan kitabda müəllifin ayrı-ayrı vaxtlarda yazdığı şeirlər cəmlənib. Oxucularla ilk görüşü olan müəllif Şahid Astaralının bu kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Talış dağlarının şəhid oğlu

İki dildə talışca və azərbaycanca yazıb-yaradan şair, nasir, tənqidçi, ədəbiyyatşünasın bu yeni kitabında Qarabağ şəhidi Elşən Hümmətova həsr etdiyi “Talış dağlarının şəhid balası” poemasında və şeirlərində vətənpərvər şair olaraq ali hisslərini təsvir, sevgiylə tərənnüm edir.

Sənə məktub yazacağam

Uzun illərdi sahibkar kimi çalışan, xeyirxah insan kimi tanınan və sevilən Xuraman Muradova vətənə, xalqa olan sevgi hisslərini, duyğularını poeziyanın dilində qələmə almağı bacarıb. İncə ruhlu şeirləri ilə oxucu qəlbinə yol tapıb.

Siz mühasirədəsiz, leytenant

Əslən Lerikdən – II Qarabağ müharibəsi iştirakçısının atası, şəhid əmisi olan istedadlı cavan nasirin Vətən müharibəsinin şanlı hadisələrinə həsr olunmuş romanı.

Kitabxana tədbirləri

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-1999, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 167)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi qaydalarını təsdiq etsin;

bu fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair digər müvafiq normativ-hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci və ikinci bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.2. həmin Qanunun 7-ci maddəsinin üçüncü hissəsində, 8-ci maddəsinin beşinci hissəsində, 10-cu maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin dördüncü hissəsində, 17-ci, 18-ci maddələrində, 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

2.3. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində nəzərdə tutulmuş “orqanın (qurumun) kitabxanası” və ikinci bəndində nəzərdə tutulmuş “orqanın (qurumun) kitabxanaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq təsdiq etdiyi kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasında müəyyən edilirlər;

2.4. həmin Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Mədəniyyət və Turizm Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; [3]

2.5. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir. [4]

2.6. həmin Qanunun 28-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir. [5]

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 12 mart 1999-cu il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 24 avqust 2002-ci il tarixli 762 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 482)

2. 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)

3. 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601)

5. 29 yanvar 2021-ci il tarixli 1265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 35 )

6. 03 mart 2023-cü il tarixli 2057 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 23 dekabr 2019-cu il tarixli 890 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1933) ilə 2-ci hissəsinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

23 dekabr 2019-cu il tarixli 890 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1933) ilə 2-ci hissəsinin ikinci‒yeddinci abzasları müvafiq olaraq 2.1‒2.6-cı bəndlər hesab edilmişdir.

[2] 24 avqust 2002-ci il tarixli 762 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 482) ilə 2-ci bəndin ikinci abzasından “14-cü maddəsinin ikinci hissəsində” sözləri çıxarılmışdır.

23 dekabr 2019-cu il tarixli 890 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1933) ilə 2-ci hissəsinin üçüncü və dördüncü abzasları yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü hissəsində, 8-ci maddəsinin beşinci hissəsində, 10-cu maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin birinci hissəsində (ikinci halda), 17-ci maddəsində, 18-ci maddəsində, 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 15-ci maddəsinin birinci (birinci halda) və ikinci hissələrində göstərilən “müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları” dedikdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin kitabxanaları nəzərdə tutulur;

[3] 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə 2-ci bəndinin dördüncü abzasında “Mədəniyyət” sözü “Mədəniyyət və Turizm” sözləri ilə əvəz edilmişdir.

29 yanvar 2021-ci il tarixli 1265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 35 ) ilə 2.4-cü bəndindən “və Turizm” sözləri çıxarılmışdır.

[4] 03 mart 2023-cü il tarixli 2057 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49) ilə 2.5-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

[5] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 2-ci bəndə altıncı abzas əlavə edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.