Press "Enter" to skip to content

Komputer şəbəkəsi kitab

Ölçüsünə görə şəbəkələr qlobal, lokal, və şəhər (regional) şəbəkələrə bölünür:

Kompüter şəbəkələri haqqında qısa məlumat

İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir birinə qoşulduqda kompüter şəbəkəsi yaranır. Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir.

Bundan əlavə, lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.

Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirən kompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway) adlanır.
Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.

Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol – TCP/IP (Transmission Control Protocol / Internet Protocol) – verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.

İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.

Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. agilli.com

« Şəkil şifrələmə v1.5 | Windows-da xüsusi redaktə əməliyyatları »

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok

Azeri Forum sitemiz Azerbaycan, Türkiye, İran, Rusiya ve diğer tüm dünya devletlerinde yaşayan tüm Azerbaycan Türklerini biraraya getirmek amacı ile kurulmuştur. Azerbaycan hakkında – Azerbaycan coğrafi isimdir. Anlamı Odlar Yurdu yani Ateşler Yurdu demektir. Bu isim bir yandan bu bölgede milattan çok önce yaşayan nüfusun çoğunluğunun ateşperest olması ile ilgilidir. Yani bu bölgede yaşayan nüfus ateşi Tanrı sayıyorlardı, oda tapıyorlardı. “Azer” – ateş, ateş demektir. Öbür taraftan, Azerbaycan’da eski zamanlarda Türk soylu “Azer” sözündendir. “Azer” – “az” ve “er” terkibinden ibarettir. Türk dillerinde “az” ın iyi niyet, başarılı kader gibi anlamları var. “Azer” – yani “er kişi”, “er oğlu”, “ateş koruyan” demektir. Demek ki “Azerbaycan” bu bölgede yaşayan eski Türk dilli kabilenin adına oluşmuştur. Azerbaycan dünyanın en eski insan yaşam alanlarından biridir. İnsanlık tüm gelişme dönemlerinde bu topraklarda kendi tarihini yaşamıştır. İnsanlığın ilk çağlarında Azerbaycan’da insan meskenleri olmuştur. Bugünkü insanlık kültürünün oluşması, kalkınması ve dialektikasında Azerbaycan’ın kendi yeri, kendi payı vardır. Zaman uzun geçmişlerin bir çok arkeolojik ve mimari eserleri bizim için korumuştur. Eski taş kitabeler, yazılar, asırların derinliklerinden yadigar kalmış halı desenleri, onları okumayı bilenlere, başlıcası ise okumak isteyenlere çok şey konuşabilir. Azerbaycan’ı tanımak, onun hakkında gerçeği bilmek için bu toprağa, onun adamlarına dost gözüyle bakmak gerekir. Azerbaycan eski kültür ülkesidir. Buraya göç gelmiş oğuz boyları o bölgede yüzyıllardır kuruldu stabilize, derin köklere sahip kültürle karşılaşarak, kendi növbelerinde bu kültürü ümumtürk kültürel gelenekleri ile zenginleştiren. Halkımızın yetenek ve yaratıcılık kudreti “Kitab-ı Dede Korkut”, “Oğuzname”, “Köroğlu” ve birçok başka epik eserlerde tecessüm etmiştir.

Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 12:46 PM .

Bu sistem vBulletin® alt yapısına sahiptir, Version 4.2.0 kullanılmaktadır.
Telif hakları, Jelsoft Enterprises Ltd’e aittir. Copyright © 2023

Komputer şəbəkəsi kitab

Kompüter şəbəkələri aralıq daşıyıcı istifadə etmədən informasiya mübadiləsi və resusrların (printer, modem, disk yaddaşı və s.) birgə istifadə olunması üçün kompüterlərin kommunikasiya vasitələri ilə əlaqələndirilməsidir. Kompüter şəbəkələri yaratmaq üçün şəbəkə avadanlıqları və prorqam təminatı istifadə olunur.

Nil-modem adlanan (modem istifadə etməyən) xüsusi kabel vasitəsi ilə kompüterin ardıcıl (COM) və ya paralel (LPT) portlarını birbaşa birləşdirərək süni (s adə) kompüter şəbəkəsi yaratmaq olar.

Real stasionar kompüter şəbəkəsi təşkil edilən zaman kabeli kompüterə birləşdirmək üçün şəbəkə kartı (şəbəkə adapteri , NIC – Network Interface Card) adlanan xüsusi plata və müxtəlif növ kabellər istifadə edirlər.

Şəbəkə kartı sistem platasının genişlənmə slotuna yerləşdirilərək kompüter və rabitə xətti (şəbəkə kabeli) arasında fiziki interfeys kimi aşağıdaki funksiyaları yerinə yetirir:

1) mübadilə etmək üçün informasiyanı şəbəkə kabelinə daxil edir.

2) informasiyanı başqa kompüterə göndərir.

3) şəbəkə kabelindən informasiyanı qəbul edib, kompüterin işlədəcəyi formata çevirir.

Şəbəkə adapteri şəbəkənin cari vəziyyətini təhlil edir və imkan düşən göndərilməli məlumatı şəbəkəyə daxil edir (şəbəkəyə daxilolmaları idarə edir).

Kommunikasiya (rabitə) üçün lazım olan avadanlıqlar kompüterin sistem platasında yerləşdirildiyi halda şəbəkə kabeli sistem blokunun arxa hissəsindəki porta birləşdirilir.

Kompüterlərin əlaqələndirən kabelin uzunluğu üzərinə qoyulmuş məhdudiyyət onda yayılan siqnalın zəifləşməsi ilə bağlıdır. Məlumdur ki, istənilən mühitdə siqnal yayılarkən zəifləyir.

Kompüter şəbəkələrinin təşkili üçün istifadə olunan sadə k ommunikasiya avadanlıqlarından biri təkrarlayıcı (repeater) hesab edilir. Repeater şəbəkənin ümumi miqyasının genişləndirilməsi məqsədilə müxtəlit şəbəkə seqmentlərinin fiziki olaraq əlaqələndirilməsi üçün istifadə edilir. Təkrarlayıcı bir seqmentdən gələn siqnalı digərinə çatdırır.

Təkrarlayıcı ötürülən siqnalın keyfiyyətini yüksəldərək (onun gücünü və amplitudunu bərpa etməklə) rabitə xəttinin üzərinə qoyulmuş məsafə məhdudiyyətini aradan qaldırır.

Konsentrator müxtəlif sayda (adətən 8-dən 32-ə qədər) əlaqə (birləşmə) repeater (təkrarlayıcı) portuna malik olur.

K onsentratorun iş məntiqinə görə onun bir oyuğuna (portuna) daxil olmuş məlumat (kadr) budaqlanmış strukturla əlaqələnmiş işçi stansiyaların (kompüterlərin) hər birinə göndərilir. Böyük və orta saylı k ompüter şəbəkələrinin konsentrator bazasında yaradılan fiziki strukturu məsafənin və etibarlılığın artırılması üçün faydalı olsa da müxtəlif seqmentlərdə trafikin bircins olmaması, eləcədə məlumatın (kadrın) təyin olunduğu ünvana çatdırılana qədər digər kompüterlərin informasiya mübadilə etmək imkanından məhrum edilməsi şəbəkənin məntiqi strukturlaşdırılması zərurətini yaradır.

K ompüter şəbəkələrinin məntiqi strukturlaşdırılması üçün körpü , şlüz, kommutator, marşrutizator kimi kommunikasiya avadanlıqlarından istifadə olunur.

Körpü (Bridge) şəbəkənin rabitə mübadilə məkanını elə hissələrə (məntiqi seqmentlərə) bölür ki, bir seqmentin məlumatı digər hissələrə yalnız vacib hesab olunduqda (ünvanlandıqda) mübadilə olunur. Bununla da körpü bir seqmentin trafikini digərlərindən təcrid etmiş olur. Trafikin bu cür lokallaşdırılması rabitə vasitələrinin (kabellərin) buraxıcılıq qabiliyyətinə qənaət etməklə yanaşı, məlumatların təhlükəsizlik problemlərinin həll olunmasını da asanlaşdırır.

Körpü tr afiki kompüterlərin aparat ünvanları hesabına lokallaşdırdığı üçün onların hansı seqmentə aid olunması təyinetmə prosesini çətinləşdirir. Bu isə seqmentlərə ayrılmış fiziki strukuru bəsitləşdirməklə yanaşı, şəbəkənin konfiqurasiyasını məhdudlaşdırır.

Kommutator (switch, switching hub) iş prinsipinə görə hər bir portu məlumatları digərləri ilə paralel olaraq körpü alqoritmi ilə emal edir.

Marşrutizator (router) kompüter şəbəkəsində məlumatın mübadilə olunacaq yolunun təyin edilməsi prosesini yerinə yetirir.

Marşrutizator şəbəkə strukurunun seqmentlərə ayrılmasında kompüterlərin aparat ünvanlarından deyil aşkar ədədi ünvandan istifadə edilir. Bir neçə hissədən ibarət həmin ünvanlarda altşəbəkə (subnet) adlandırılan seqmentlərin nömrələri əks etdirilir və bu nömrələri eyni olan kompüterlərin bir altşəbəkəyə mənsubluğu aşkar olunur. Ona görə də marşrutizator tr afikin lokallaşdırılması üçün daha effektli və etibarlı hesab olununur . Marşrutizatorun vacib funksiyalarından biri də müxtəlif şəbəkə texnoligiyaları ilə yaradılan altşəbəkələrin vahid şəbəkədə qarşılıqlı əlaqələrini təmin etmək imkanına malik olmasıdır.

Şlüz (gateway) müxtəlif növ sistem və proqram təminatına malik şəbəkələrin əlaqələndirilməsi üçün istifadə edilir. Bu məqsədlə şlüz müxtəlif formatlı verilənləri və nəqliyyat protokollarını translyasiya edir.

Protokol informasiyanın kompüter şəbəkəsi üzrə mübadiləsi üçün çevrilməsi üsulunu və formatını təyin edən qaydadır.

Bütöv bir ərazin əhatə edən şəbəkə digərləri ilə kəsişməyə bilər. Bir və ya bir neçə şəbəkə kəsişdiyi halda onların əlaəqləndirilməsi üçün xüsusi kommunikasiya avadanlığı tələb olunur. Əgər kəsişən şəbəkələr eyni protokol istifadə edirsə onları əlaqələndirən kommunikasiya vasitəsi körpü adlanır. Müxtəlif protokollu şəbəkələrin əlaqələndirilməsi üçün məlumatların bir formatdan digər formata çevrilməsi tələb olunur. Bu funksiyanı yerinə yetirən kommunikasiya vasitəsi şlüz adlanır. Şəbəkə sahibləri şəbəkənin imkanlarını artırmaq üçün müxtəlif miqyaslı (WAN, MAN, LAN) şəbəkələr qoşulsada, kənar istifadəçilərin öz şəbəkələrinə daxil olmasının qarşısını almalıdırlar. Bu halda şlüz mühafizə fuksiyasını yerinə yetirirsə brandmauer adlanır.

Kompyuter Sebekesi – Wikipedia

Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.

Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır:

  • kompüterlər;
  • kommunikasiya avadanlıqları;
  • şəbəkə əməliyyat sistemləri;
  • şəbəkə tətbiqləri (network applications);
  • əlaqə kanalları.

Mündəricat

  • 1 Kompüter şəbəkəsi: əsas anlayışları
  • 2 Şəbəkələrin arxitekturaları və təsnifatı
  • 3 Kommutasiya üsulları
  • 4 Şəbəkə protokolları
  • 5 OSI modeli
  • 6 Ədəbiyyat
  • 7 Xarici keçidlər

Kompüter şəbəkəsi: əsas anlayışları

Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır:

  • Server — şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer,kartic, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir.
  • Kliyent kompüteri — (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir.
  • Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır.
  • Proqram-kliyent — uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer).
  • Konsentrator — bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.
  • Təkrarlayıcı — siqnalın verilmiş ötürücü fiziki mühitində nəzərdə tutulmuş məsafədən böyük məsafəyə ötürüldüyü zaman, onun formasının və amplitudasının saxlanmasını təmin edən qurğudur.
  • Hab (hub) — kompüterləri şəbəkəyə birləşdirməyə imkan verən qurğudur.
  • Modem — rəqəmsal siqnallarının telefon xətləri vasitəsilə ötürülməsi üçün onları analoq formasına və əksinə çevirən qurğudur. Bu zaman modemdə informasiya siqnallarının modulyasiyası və demodulyasiyası həyata keçirilir.
  • Verilənlərin ümumi istifadəsi — müxtəlif iş yerlərindən digər kompüterlərdə olan fayllara girişə imkan verir.
  • Proqram vasitələrinin ümumi istifadəsi — istifadəçilərə digər kompüterlərdə qurulmuş proqramları istifadə etməyə imkan verir.
  • Paket — kompüter şəbəkələrində informasiyanın əsas vahididir. Verilənlərin paketlərə bölünməsi zamanı şəbəkədəki hər bir kompüter praktiki olaraq verilənlərin digər kompüterlərlə eyni zamanda qəbulu və ötürülməsi imkanını əldə edir.
  • Protokol – kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün qaydalar və razılaşmalar toplusudur.
  • Şəbəkə protokolları – şəbəkədə məlumatların təqdimat formalarını və ötürülmə üsullarını, müxtəlif avadanlıqların birgə işləmə qaydalarını müəyyən edən standarlardır.

Şəbəkələrin arxitekturaları və təsnifatı

Kompüter şəbəkələri aşağıdakı təsnifat əlamətlərinə malikdirlər:

  • Topologiya;
  • Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkili;
  • Ötürmə mühiti;
  • İnformasiyanın ötürülmə sürəti;
  • Ölçüsü.

Şəbəkənin topologiyaya görə təsnifatı

Kompüter şəbəkələri

Şəbəkənin topologiyası kompüterlərin əlaqə kanalları vasitəsi ilə birləşdirilməsinin məntiqi sxemidir.

Tam əlaqəliqeyri-tam əlaqəli topologiyalar mövcuddur.

Ən çox yayılmış şəbəkə topologiyaları:

Tam əlaqəli topologiya. Şəbəkənin hər bir kompüteri qalan digər kompüterlərlə bilavasitə birləşir. Sadəliyinə baxmayaraq, bu topologiya böyük və qeyri-effektivdir. Çünki hər bir kompüter şəbəkənin qalan digər kompüterləri ilə birləşmək üçün çoxlu sayda kommunukasiya portuna malik olmalıdır.

Halqavari topologiya. Bütün kompüterlər ardıcıl bir halqada birləşirlər və serverin funksiyaları şəbəkənin bütün kompüterləri arasında paylanır. Bilavasitə informasiya mübadiləsi ancaq iki qonşu kompüter arasında baş verir.

Halqavari topologiyanın üstülükləri aşağıdakılardır:

  1. Məlumatın ötürülməsi çox effektivdir, çünki bir birinin ardınca bir neçə məlumat göndərmək olar. Yəni kompüter birinci məlumatı göndərdikdən sonra onun ünvana çatmasını gözləmədən növbəti məlumatı göndərə bilər.
  2. Şəbəkənin ölçüsü böyük ola bilər, yəni siqnalın gücləndirilməsi üçün xüsusi qurğu istifadə etmədən kompüterlər bir-birilə böyük məsafədə qoşula bilərlər.

Bu topologiyanın çatışmazlıqları:

  1. Şəbəkənin aşağı etibarlı olması, çünki hər hansı bir kompüterin dayanması bütün şəbəkənin dayanmasına gətirib çıxarır
  2. Yeni kliyentin (kompüterin) qoşulması üçün şəbəkənin işini dayandırmaq lazımdır.
  3. Kliyentlərin (kompüterlərin) sayı artdıqca şəbəkənin sürəti aşağı düşür, çünki bütün informasiya hər bir kompüterdən keçir və onların imkanları məhduddur.
  4. Şəbəkənin ümumi məhsuldarlığı ən yavaş işləyən kompüterin məhsuldarlığı ilə müəyyən edilir.

Ulduzvari topologiya hər bir kompüterin ayrı xətlə bilavasitə ümumi mərkəzi qovşağın (konsentratorun, təkrarlayıcının və ya habın) ayrı-ayrı portuna qoşulan zaman yaranır. Bu qovşağın funksiyasına hər hansı bir kompüter tərəfindən göndərilən informasiyanın bir və ya digər bütün kompüterlərə ötürülməsi daxildir. Həmçinin mərkəzi qovşaq qismində mərkəzi kompüter (server) istifadə oluna bilər. Server məlumatların ötürülmə marşrutunu təmin edir, periferiya qurğularını qoşur və bütün şəbəkə üçün verilənlərin mərkəzləşdirilmiş saxlancı rolunu oynayır. Bu topologiyanın üstünlükləri:

  1. Şəbəkə yüsəksürətlidir, çünki şəbəkənin ümumi məhsuldarlığı ancaq mərkəzi qovşağın məhsuldarlığından asılıdır
  2. Şəbəkədə ötürülən verilənlər “toqquşmur”, çünki verilənlər kompüterlər və server arasında ayrı-ayrı kanallar vasitəsi ötürülür.
  1. Aşağı etibarlılıq, çünki bütün şəbəkənin etibarlılığı mərkəzi qovşağın etibarlılığı ilə müəyyən edilir. Əgər mərkəzi kompüter sıradan çıxarsa, onda bütün şəbəkənin işi dayanar.
  2. Kompüterlərin şəbəkəyə qoşulması baha başa gəlir, çünki mərkəzi qovşaqdan kompüterə ayrı xətt çəkmək lazımdır.

Ağacvari topologiya. Şəbəkədə bir neçə konsentrator istifadə olunur və kompüterlər bir biri ilə iyerarxiya üzrə ulduzvari şəkildə birləşir (şək. 6). Bu şəbəkəyə qoşulmiş istənilən kompüter server ola bilər. Hal-hazırda həm lokal, həm də qlobal şəbəkələrdə ən geniş yayılmış şəbəkə topologiyasıdır.

Ümumi şin topologiyası. Mərkəzi element qismində passiv koaksial kabel iştrak edir və kompüterlər bu kabelə qoşulur (şək. 7). Onun sonlarında terminator qoşulmalıdır. Ötürülən informasiya kabel vasitəsilə yayılır və bu kabelə qoşulmuş bütün kompüterlər üçün əlçatandır. Ümumi şin topologiyalı şəbəkənin ən geniş yayılmış növü Ethernet şəbəkəsidir (informasiyanı ötürmə sürəti 10–100 Mbit/san). Ümumi şin topologiyasının üstünlükləri:

  1. İşçi stansiyalarını bir-birindən asılı olmayaraq qoşmaq olar, yəni, yeni kompüterin qoşulması zamanı informasiyanın ötürülməsini dayandırmağa ehtiyac yoxdur.
  2. Belə topologiyalı şəbəkələrin qurulması ucuz başa gəlir, çünki yeni kompüterlərin qoşulması zamanı yeni xətlərin çəkilməsinə ehtiyac yoxdur.
  3. Şəbəkə yüksək etibarlılığa malikdir, çünki şəbəkənin iş qabiliyyəti ayrı-ayrı kompüterlərin iş qabiliyyətindən asılı deyil.

Ümumi şin topologiyasının çatışmazlıqları:

  1. Verilənlərin ötürülməsi sürətinin aşağı olması, çünki bütün informasiya bir kanal (şin) vasitəsilə ötürülür.
  2. Şəbəkənin sürəti qoşulmuş kompüterlərin sayından asılıdır, Şəbəkəyə qoşulmuş kompüterlərin sayı nə qədər çox olarsa, informasiyanın bir kompüterdən digər kompüterə ötürülməsi aşağı sürətlə baş verir.
  3. Təhlükəsizliyi aşağıdır, çünki hər bir kompüterdəki informasiya istənilən digər kompüterdən əlyetən ola bilər.

Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkilinə görə şəbəkələr bölünür:

  • Eyniranqlı şəbəkələrə;
  • Ayrılmış serverli şəbəkələrə.

Eyniranqlı şəbəkələrdə bütün kompüterlər eyni prioritetə malikdirlər. Hər bir kompüterdə Microsoft Windows əməliyyat sisteminin istənilən versiyası qurulur. Hər bir istifadəçi öz kompüterinin resurslarına digər istifadəçilərin girişinə icazənin verilməsi qərarını özü qəbul edir. Bu şəbəkənin ən sadə variantıdır. Eyniranqlı şəbəkənin qurulması üçün kompüterlərin kabel vasitəsilə birləşdirilməsi və əməliyyat sisteminin (məsələn, Windows XP Professional) qurulması kifayətdir.

Ayrılmış serverli şəbəkələrə

Ayrılmış serverli şəbəkədə serverin və işçi stansiyaların resursları serverdən mərkəzləşdirilmiş şəkildə idarə olunur. Belə şəbəkələrin yaradılması üçün hər hansı bir kompüterdə server əməliyyat sistemi, məsələn, Windows Server 2003 qurulmalı və tənzimlənməlidir. Bu serverdə istifadəçilərin qeydiyyatı üçün baza yaradılır və resursların və istifadəçilərin kateqoriyaları müəyyən edilir. Kliyent kompüterində əməliyyat sistemi (məsələn, Windows XP Professional) qurulur. Şəbəkəyə qoşulan zaman hər bir istifadəşi serverdə qeydiyyatdan keçir və bundan sonra ümumi şəbəkə resursuna giriş əldə edir. Çox zaman ayrılmış server yalnız müəyyən bir funksiyanı (rolu) yerinə yetirir, məsələn: Fayl-serveri faylların saxlanmasına xidmət edir;

  • Çap serveri printerləri ümumi istifadəyə təqdim edir;
  • Tətbiqlər serveri istifadəçilərin şəbəkə tətbiqlərilə işini təmin edir;
  • Web-server verilənlərə ümumi girişi təmin edir;
  • Elektron poçt serveri istifadəçilərin poçt qutusunu saxlayır və şəbəkədə poçtun çatdırılmasını təmin edir və s.

Ötürmə mühitinə görə şəbəkələr naqillinaqilsiz şəbəkələrə bölünürlər.

Naqilsiz şəbəkələr-kabel sisteminin çəkilməsi məqsədəuyğun olmayan, çətin və ya mümkün olmayan yerlərdə istifadə olunur. Bu zaman şəbəkə informasiyanın ötürülməsi qismində radio-dalğaları istifadə edən adapterlərin köməyi ilə reallaşdırılır.

İnformasiyanın ötürülmə sürətinə görə şəbəkələr aşağısürətli (10 Mbit/san qədər), ortasürətli (100 Mbit/san qədər) və yüksəksürətli (100 Mbit/san çox) şəbəkələrə bölünür.

Ölçüsünə görə şəbəkələr qlobal, lokal, və şəhər (regional) şəbəkələrə bölünür:

  1. Qlobal şəbəkələr (ing. Wide Area Network, WAN )
  2. Lokal şəbəkələr (ing. Local Area Network, LAN )
  3. Şəhər (regional) şəbəkələr (ing. Metropolitan Area Network, MAN )

Qlobal kompüter şəbəkələri Qlobal kompüter şəbəkələri — bir-birlərindən çoğrafi uzaq (Yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server.

Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məsələn, RinNet şəbəkəsində informasiya ehtiyatı Rusiyanın mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi paylanmış şəkildə həyata keçirilir.

Ən böyük qlobal kompüter şəbəkəsi internet kompüter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur.

Lokal kompüter şəbəkələri

Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur. Lokal şəbəkələr ən geniş yayılmış şəbəkə növüdür.

Korporativ şəbəkə

Korporativ şəbəkə — lokal şəbəkəyə aid olub, hər hansı təşkilat daxilindəki kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Nəzərə almaq lazımdır ki, təşkilata aid binalar müxtəlif şəhərlərdə yerləşə bilərlər.

Şəhər (regional) şəbəkəsi Şəhər (regional) şəbəkəsi (MAN — Metropolitan Area Network) — böyük şəhərin informasiya tələbatını təmin edən şəbəkədir. Şəhər şəbəkəsi rəqəmsal verilənlərin, səsin ötürülməsini dəstəkləyə və kabel televiziyasına malik ola bilər.

Xüsusiyyətlər

Kompüter şəbəkəsi elektrik mühəndisliyi, elektronika mühəndisliyi, telekommunikasiya, kompüter elmləri, informasiya texnologiyaları və ya kompüter mühəndisliyi şöbəsi hesab edilə bilər, çünki müvafiq fənlərin nəzəri və praktiki tətbiqinə əsaslanır.

Kompüter şəbəkəsi istifadəçilərə müxtəlif vasitələrlə effektiv və asanlıqla ünsiyyət qurmağa imkan verən kişilərarası ünsiyyəti asanlaşdırır: e-poçt, anlık mesajlaşma, onlayn chat, telefon, video telefon zəngləri və video konferans. Şəbəkə şəbəkə və hesablama resurslarının paylaşılmasına imkan verir. İstifadəçilər paylaşılan şəbəkə printerində sənəd yazmağı və paylaşılan saxlama cihazının istifadəsi kimi ağda olan qurğularla təmin olunan resurslardan istifadə edə və istifadə edə bilərlər. Şəbəkə, səlahiyyətli istifadəçilərə ağdakı digər kompüterlərdə saxlanılan məlumatlara giriş imkanı verən faylları, məlumatları və digər məlumat növlərinin paylaşılmasına imkan verir. Distributed computing vəzifələri yerinə yetirmək üçün ağda hesablama resurslarından istifadə edir.

Şəbəkə ilə əlaqəli qurğularda kompüter virusları və ya kompüter qurdları yerləşdirmək və ya bu qurğular şəbəkəyə daxil olmağın qarşısını almaq üçün təhlükəsizlik hackerları tərəfindən kompüter şəbəkəsi istifadə edilə bilər.

Kommutasiya üsulları

Kommutasiya dedikdə, bir neçə alternativ marşrutlara malik olan şəbəkələrdə, iki qovşaq arasında informasiya mübadiləsinin həyata keçirilməsi üçün verilənlərin ötürülməsi istiqamətinin seçilməsi və təşkili texnologiyası başa düşülür. Kommutasiyanın üç müxtəlif sxemi mövcuddur:

  • kanalların kommutasiyası (circuit switching);
  • paketlərin kommutasiyası (packet switching);
  • məlumatların kommutasiyası (message switching).

Kanalların kommutasiyası verilənlərin iki qovşaq arasında birbaşa ötürülməsi üçün ayrı-ayrı kanal hissələrinin ardıcıl birləşdirilməsi nəticəsində fiziki kanalın yaradılmasını nəzərdə tutur. Müxtəlif kanallar öz aralarında xüsusi aparatların — kommutatorların vasitəsi ilə birləşirlər.

Paketlərin kommutasiyası zamanı şəbəkə istifadəçilərinin göndərdiyi bütün məlumatlar ilkin qovşaqda nisbətən kiçik hissələrə paketlərə bölünür. Adətən paketlər dəyişən uzunluğa (46 – 1500 bayt) malik ola bilər. Şəbəkədə paketlər müstəqil informasiya blokları kimi ötürülür. Şəbəkə kommutatorları sonuncu qovşaqlardan paketləri qəbul edir və ünvan məlumatlarının əsasında lazımi ünvana göndərir.

Məlumatların kommutasiyası dedikdə vahid verilənlər blokunun kompüter şəbəkəsində hər bir tranzit kompüterin diskində müvəqqəti buferləşdirilməsi ilə ötürülməsi kimi başa düşülur. Paketdən fərqli olaraq məlumat ixtiyari uzunluğa malik olur və onun ölçüsü texnoloji nöqteyi-nəzərdən deyil, məhz məlumatı təşkil edən informasiyanın məzmunu ilə (mətn sənədi, fayl, elektron məktub) müəyyən olunur. Tranzit kompüterlər öz aralarında həm paket kommutasiyalı, həm də kanal kommutasiyalı şəbəkələrin köməyi ilə birləşə bilərlər.

Şəbəkə protokolları

Protokol — Şəbəkə vasitəsi ilə ötürülən informasiyanın standartlaşdırılması üçün şəbəkə protokolları işlənmişdir. Protokol kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün qaydalar və razılaşma toplusudur. Müəyyən protokol əsasında yaradılmış paket müəyyən formata malikdir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:

  • İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi.
  • İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməam təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü və s.

Kompüter şəbəkələrində aşağıdakı protokollardan istifadə edilir:

OSI modeli

1983-cü ildə Beynalxalq Standartlaşma Təşkilatı (ISO) tərəfindən açıq sistemlərin qarşılıqlı əlaqəsinin modeli yaradılmışdır. Bu model OSI (Open System Interconnection — Açıq sistemləin qarşılıqlı əlaqəsi) adlandırılmışdır və müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. OSI modelində aşağıdakı səviyyələr vardır:

  • Fiziki səviyyə (Physical layer) – 1-ci və ən aşağı səviyyədir. Bu səviyyə fiziki əlaqə kanallarında informasiyanın (bitlərin) elektrik, optik və ya radiosiqnal şəklində ötürülməsini təmin edir. Bu səviyyədə siqnalların səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir.
  • Kanal səviyyəsi (Data Link layer) – 2-ci səviyyədir və şəbəkələrin fiziki səviyyədə qarşılıqlı əlaqəsinin təmin edilməsinə xidmət edir və baş verə biləcək səhvlərə nəzarət edir. Fiziki səviyyədən alınmış verilənlər kadrlarda (frame) yerləşdirilir, bütövlüyü və səhvləri yoxlanılır və şəbəkə səviyyəsinə göndərilir.
  • Şəbəkə səviyyəsi (Network layer) – 3-cü səviyyədir və verilənlərin ötürülməsi yollarının (marşrutlarının) müəyyən edilməsi üçün təyin edilmişdir. Məntiqi ünvanların və adların fiziki ünvanlara çevrilməsinə, qısa marşrutların müəyyən edilməsinə, şəbəkədəki nasazlıqların və tıxacların izlənilməsinə cavabdehdir.
  • Nəqliyyat səviyyəsi (Transport layer) – 4-cü səviyyədir və verilənlərin səhvsiz, itkisiz, təkrar edilmədən və göndərilmiş ardıcıllıqla ünvana çatdırılması üçün təyin edilmişdir. Bu zaman ötürülən verilənlərin tipi əhəmiyyət kəsb etmir, sadəcə bu səviyyə ötürmə mexanizmi təqdim edir.
  • Seans səviyyəsi (Session layer) — 5-cı səviyyədir və əlaqə seansının təmin edilməsinə cavabdehdir və tətbiqlərin uzun müddət öz aralarında qarşılıqlı əlaqədə olamalarına imkan verir. Bu səviyyə seansın yaradılmasını və sona çatdırılmasını, informasiya mübadiləsini, sinxronlaşdırmanı, verilənlərin ötürülməsi hüququnun müəyyən edilməsini və tətbiqlərin aktiv olmadıqları müddətdə seansın saxlanmasını idarə edir.
  • Təqdimetmə səviyyəsi (Presentation layer) — 6-cı səviyyədir və informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsi ilə informasiya bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə aydın şəkildə təqdim edilir. Təqdimetmə səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötürülən informasiyanın çevrilmə (şirifləmə, sıxılma) üsullarını müəyyən edir.
  • Tətbiqi səviyyə (Application layer) – 7-cı ən yüksək səviyyədir, şəbəkə və istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. Bu səviyyə istifadəçi tətbiqlərinin (user applications) şəbəkə xidmətlərinə girişinə icazə verir.
  1. AMEA İnformasiya Texnologiyaları İnstitutu, “İnformatika mühazirələri”, Ramiz Şıxəliyev
  2. Uendel Odom. Компьютерные сети. Первый шаг, Moskva, “Вильямс”, 2005.
  3. В.Г. Олифер, Н.А. Олифер. Компьютерные сети. Принципы, технологии, протоколы / — СПБ: Питер. 2001–672 с.
  4. Вычислительные системы, сети и телекоммуникации. Пятибратов и др. – ФИС, 1998
  5. М. Кульгин. Технологии корпоративных сетей. Энциклопедия – СПБ: Питер. 2000 – 704
  6. А.В. Фролов, Г.В. Фролов. Глобальные сети компьютеров. – М.: ДИАЛОГ – МИФИ. 1996 – 288 с.
  7. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Comments are closed, but trackbacks and pingbacks are open.