Press "Enter" to skip to content

Sahibkar məktəbli” müsabiqəsinə layihələrin qəbulu davam edir

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Mart 2016 Cuma

Layihə nədir və necə yazılır?

Paylaşıldı 12:43 by Leyla Bayramova
Layih ə haqqında məlumat verməklə nümunə
«Layih ə» ərəb sözü olub, hər hansı sənədin, qərarın, prosesin əvvəlcədən

yazılmı s təxmini mətninin mənasını özündə ehtiva edir: Məsələn, qərar layihəsi, nizamnamə layihəsi, müqavilə layihəsi. Layihə basqa bir məna da dasıyır. Tikiləcək, qurulacaq, yaradılacaq bir seyin əvvəlcədən düsünülüb hazırlanmıs, islənmis proyekti də layihə adlanır. Məsələn, tikintinin layihəsi, körpünün layihəsi, diplom isinin layihəsi və s.

Paylaşıldı Hüquqi və rəsmi işgüzar sənədlər

21 yorum:

Dərman bitkiləri haqqında layihə Yanıtla Sil
Get ozun yaz, gorum ne yazassan, cmo. Sil
yardıma ehtiyacı olan usaqların oxumaga həvəsi olması ucun layhe
Yanıtla Sil
Dur hoppan Sil
Dur s****de g*******x
Sil

Imkani olmayan aile usaqlarini hazirliga gondere bilmirler, savadsiz valideyn usaqlarini hazirlasdira bilmirler , onlar ucun bir muessise acib, orta nekteb den muellimeler yardim edib ders kecsin. Yanıtla Sil

İstiyirem ki,elil usaqlarin islemesi ucun muesseler acilsin Yanıtla Sil

Men sosiyal lahiye hazırlanan istiyirem

Salam mən ədəbiyyat dərində çətinlik çəkirəm . Kömək edə bilərsiz?
Yanıtla Sil
Uzaqdan təhsil üçün xüsusi bir layihə Yanıtla Sil
Layihə yoxsa lahiyə Yanıtla Sil
Layihe yazilibda gormursen? Sil
Layihə yoxsa lahiyə Yanıtla Sil
Layihə yoxsa lahiyə Yanıtla Sil

Mende layihe yaratmaq isteyirem cox onemlidir amma ne haqqinda oldugunu demek istemirem. Layihemi nece yarada bilerem? Hara muraciet etmeliyem? Xahis edirem yol gosterin Yanıtla Sil

Layihenizin meğzindən aslıdır hara müraciet edeceyiniz ve layihe planlanı ile tanış olun o zaman bileceksiniz nece yazılır Sil

Layihələrin yazılma qaydaları

1. LAYİHƏNİN ADI: Bu hissədə layihənin adı tam şəkildə yazılmalıdır.

2. PROBLEMİN QOYULUŞU: Həll etmək istədiyiniz problem haqqında

məlumat verilməli, problemin necə müəyyən edildiyi göstərilməlidir. Nə üçün bu problemin həllinin zəruri hesab edildiyi məsələsi də ətraflı izah olunmalıdır.

3. LAYİHƏNİN TƏSVİRİ: Bu hissədə layihə haqqında ətraflı və geniş məlumatlar verilərək təsvir edilməlidir.

4. LAYİHƏNİN ÜNVANLANDIĞI QRUP: Müsabiqəçi layihəni ünvanladığı qrupu necə təyin etdiyi, həmin qrupun təxmini neçə nəfərdən ibarət olduğu və harada məskunlaşdıqları haqqında ətraflı şəkildə məlumat verməlidir.

5. LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏ MÜDDƏTİ: Layihənin başlanma və bitmə tarixləri dəqiq göstərilməlidir.

6. LAYİHƏNİN MƏQSƏDİ: Layihənin dəqiq məqsədi göstərilməlidir.

7. GÖZLƏNİLƏN NƏTİCƏLƏR: Layihənin həyata keçirilməsində iştirakçıların nə əldə edəcəkləri qeyd edilməlidir.

8. FƏALİYYƏT NÖVLƏRİ: Layihənin həyata keçirilməsində görüləcək işlər, bundan başqa layihənin ünvanlandığı qrupun layihənin həyata keçirilməsində rolunun nədən ibarət olduğu göstərilməlidir.

9. İCRA PLANI: Xronoloji ardıcıllıqla cədvəldə layihənin həyata keçirilməsi üçün fəaliyyəti, onun icra vaxtı və icraçıları göstərilməlidir.

10. BÜDCƏ: Büdcəni aydın şəkildə, ayrı-ayrı bəndlərdə göstərin. Sizin təşkilat və ya başqa donorlar tərəfindən ödənilməsi nəzərdə tutulan xərcləri qeyd edin. Büdcə “Excel” formatda tərtib edilməlidir.

11. LAYİHƏNİN DAVAMLILIĞI: Layihə başa çatdıqdan sonra layihənin təsiri qeyd edilməli və layihənin davamlılığına təsir edən amillər göstərilməlidir.

12. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATI: Layihə başa çatdıqdan sonra onun qiymətləndirilməsinin keçirilməsi vacibdir. Müsabiqəni maliyyələşdirən sektora layihənin nəticələri haqqında ətraflı arayış, mühasibatlıq uçotu sektoruna isə maliyyə hesabatı təqdim edilməlidir.

13. TƏŞKİLATINIZ HAQQINDA MƏLUMAT: Bu hissədə indiyədək həyata keçirilmiş layihələrin (büdcə və donorlar göstərilməklə) siyahısı, tərəfdaşlar, təşkilatın üzvləri, yerli bölmələri və digər maraq doğura biləcək məlumatlar qeyd edilməlidir.

14. LAYİHƏNİN İCRAÇILARI: İcraçılar haqqında aşağıdakı məlumatlar təqdim edilməlidir:

– tərcümeyi hal, təhsili, şəxsiyyəti təsdiq edən sənədin surəti, ali təhsili varsa diplomun surəti, layihənin həyata keçirilməsində və təşkilatda onun vəzifəsi.

Məlumatların doğruluğuna zəmanət verən təşkilat sədrinin adı, soyadı və atasının adı.

İMZA: Tarix: “___”_____________ 20__-ci il

“Sahibkar məktəbli” müsabiqəsinə layihələrin qəbulu davam edir

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə hibrid (onlayn və canlı) formatda keçirilən “Sahibkar məktəbli” müsabiqəsinə layihələrin qəbulu davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

İştirakçılar müsabiqəyə iki yaş (10-13, 14-16) qrupu üzrə fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində qatıla bilərlər.

Müsabiqə üçün biznes layihələri 5 nominasiya üzrə qəbul olunur:

-İnternet sahibkarlığı (satış);

-Sosial, ictimai sahədə sahibkarlıq;

-Yeni masaüstü və onlayn oyunlar;

-Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar;

-Resursların təkrar emalı – yeni məhsulların dizaynı və istehsalı.

Müsabiqədə hər iştirakçı yalnız 1 nominasiya üzrə iştirak edə bilər və yalnız 1 biznes layihə təqdim edə bilər. Seçilmiş nominasiya üzrə təqdim olunacaq işlər kənar şəxslərin müdaxiləsi olmadan iştirakçının özü tərəfindən hazırlanmalıdır.

Müsabiqə 6 mərhələ üzrə keçirilir.

I mərhələ – 1-20 oktyabr. Müsabiqəyə qeydiyyat üçün iştirakçılar ərizələrini [email protected] ünvanına göndərməlidir.

II mərhələ – 25-29 oktyabr. Startapların və sahibkarlığın fəaliyyəti, mentorluq anlayışı ilə bağlı onlayn mühazirələr kursu. Oktyabrın 30-31-də “Necə müraciət etmək olar” və “Çıxış nitqi üçün necə hazırlaşmalı vebinarları.

III mərhələ – 10-30 noyabr. Mentorluq. İdeyalar üzərində komanda işi, mütəxəssislərlə birlikdə bir layihə təqdimatının hazırlanması.

IV mərhələ – 1-15 dekabr. Layihələr və təqdimatlar olan əsas ərizələrin toplanması, ərizələrin təhlili, layihələrin qısa siyahısının formalaşdırılması.

V mərhələ – 20-29 dekabr. Uşaqların startap layihələrinin təqdimatlarının keçirilməsi və izdiham platformasına (crowdfunding) daxil olmaq üçün finalçıların müəyyənləşdirilməsi.

VI mərhələ – 30 dekabr. Qalib layihələrin müəyyənləşdirilməsi.

Müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

İştirakçılar müsabiqə ilə bağlı ətraflı məlumatı Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin feysbuk səhifəsindən və ya + 994 12 492 57 67, +994 55 518 00 94 telefon nömrələri vasitəsilə əldə edə bilərlər.

Layihələrin təhlili

Mədəniyyət təşkilatları və yaradıcılıq müəssisələri olduqca tez-tez hansı əməliyyat modelləri çərçivəsində fəaliyyət göstərdiklərini müəyyən edən zaman problemlə üzləşirlər. Üç müxtəlif model haqqında danışmaq mümkündür. Bunlardan birincisi layihələrə əsaslanır.

Layihə yönümlü adlanan təşkilatlar mövcuddur. Çox vaxt xüsusilə kiçik təşkilatlar, mədəniyyət təşkilatları bir neçə layihə ilə çalışırlar. Odur ki, onlar qrant verənlərdən və ya sponsorlardan maliyyələşdirmə əldə etməyə çalışır, daha sonra layihəni icra edir, təhvil verir, sonra başqa mənbə axtarırlar. Yaxud bir neçə belə layihəni paralel olaraq eyni zamanda idarə edə bilərlər. Beləliklə, bu, layihə yönümlü təşkilatların səciyyəvi formasıdır.

Bundan əlavə, ikinci növ təşkilatlar da mövcuddur. Daha çox məhsula istiqamətlənmiş təşkilatlar, məhsul və ya xidmətlər. Bu, sizin reklam agentliyiniz və ya kino istehsalat şirkətiniz ola bilər və ya bunlar teatr istehsalat şirkətləri – məhsul təqdim edənlər ola bilərlər. Onlar bir-birinin ardınca filmlər çəkir, reklam istehsalı üçün xidmət təmin edirlər. Yaxud, deyək ki, hətta modelyerlər. Onlar kolleksiya hazırlayırlar və bu hər yarım ildə bir dəfə bazara yeni kolleksiyasının çıxması gözlənən bir məhsuldur. Onların satmaq üçün müəyyən qədər məhsulları olur. Yaxud satmaq üçün xidmətləri. Onlar bazarda fəaliyyət göstərirlər, onların bu məhsul və ya xidmətlərin təqdim edilməsi üçün yaradılmış və təşkil olunmuş biznes prosesləri var.

Mədəniyyət təşkilatları və yaradıcılıq müəssisələrinin istifadə edə biləcəyi üçüncü növ fəaliyyət də mövcuddur. Burada qarışıq istifadə, yəni bazarda satış üçün daha yaxşı məhsulların və xidmətlərin olması və eyni zamanda bəzi layihələrin idarə edilməsi nəzərdə tutulur. Əslində, yenə də teatr istehsalat şirkətlərini yada sala bilərsiniz. Onların müştəriləri üçün şəhərdə teatrda müntəzəm olaraq səhnəyə qoyduqları tamaşaları olur və eyni zamanda onlar yeni tamaşanın planlaşdırılması və hazırlanması üçün layihə üzərində çalışırlar. Deməli, bu onların idarə etdiyi layihədir.

Beləliklə, layihə nədir? Gəlin təkrar edək və ya xatırlayaq. Layihə məhdud müddətli, resursların məhdud olduğu və açıq əməli nəticələri olan fəaliyyətlər toplusudur. Və onlar təkrar olunan deyil, deməli bu fəaliyyətlər bir növ birdəfəlik istifadə üçündür. Layihələr bənzər ola, bir-birini xatırlada bilər, lakin adətən hər bir layihə unikal olur.

Digər tərəfdən xidmət və məhsul əsasən eyni və ya cüzi dəyişdirilmiş olur və onları təkrar-təkrar satın ala bilərsiniz. Yaxud təkrar-təkrar sata bilərsiniz.

Beləliklə, təşkilatların bu üç müxtəlif rejim arasında üzləşdikləri çətinliklər nələrdir? Layihə yönümlü təşkilatlar çox vaxt məhsul və xidmətlərə keçməklə bağlı çətinliklərlə üzləşirlər. Beləliklə, layihə təqdim etmək üçün pul vəsaitinin ardınca qaçırsınız: bir layihə, sonra başqası və başqası. Lakin bu halda təkrar-təkrar sata biləcəyiniz bir xidmət və ya məhsula sahib olmursunuz.

Digər tərəfdən biz məhsul və layihələrin satışı ilə məşğul olan təşkilatlara, yaxud xüsusilə şirkətlərə, yaradıcılıq müəssisələrinə nəzər salsaq, onlar layihələrə ehtiyac duyduqları həqiqətinə çox vaxt etinasızlıqla yanaşırlar. Çünki onlar daxili proseslərini, deyək ki, internet səhifələrini yeniləmək istədikdə, onların həyata keçirəcəkləri layihə birdəfəlik olacaq. Deməli, onlar başqa, bir qədər fərqli çətinliklə üzləşirlər.

Bu çətinlikləri necə aşmalı? Burada nə tövsiyə edilə bilər? İndi məhz bunu araşdıracağıq.

Beləliklə, təşkilatların məhsul və layihələri ilə bağlı kifayət qədər tez-tez rastlaşdıqları birinci çətinlik bu ikisini bir-birindən fərqləndirməkdir. Layihənin yuxarıda qeyd edilən tərifini başa düşdüyünüzdən əmin olun. Yəni bu, məhdud müddətli, resursların məhdud olduğu və açıq əməli nəticələri olan fəaliyyətlər toplusudur. Buna görə də, hazırda həyata keçirdiyiniz layihə kimi qəbul edilə biləcək işlərinizi təsvir edin. Yenə də məhsulunuz və xidmətiniz varsa, yəqin ki, hansının məhsul, hansının xidmət olduğunu bilirsiniz. Lakin bəzi təşkilatlar, xüsusi ilə layihə yönümlü olanlar, başa düşməyə bilərsiniz, amma siz faktiki olaraq xidmət göstərirsiniz.

Deyək ki, mədəniyyət tədbirləri üçün proqramın təşkilində yardım almaq üçün bir neçə sponsor sizə yaxınlaşır. Bunun layihə olduğunu düşünə bilərsiniz, lakin əslində, musiqi fəaliyyətləri və ya onlara aid tədbirlər üçün kuratorluq xidmətləri üçün müraciət edən müştəriləriniz, sponsorlarınız üçün xidmət göstərirsiniz. Beləliklə, hansı məhsul və xidmətləri indiyə kimi təqdim etdiyinizi, yaxud müəssisə daxilində hansı layihələrinizin olduğunu, hansı layihələri həyata keçirdiyinizi və idarə etdiyinizi başa düşdüyünüzdən əmin olub. Məhsul və xidmətlərinizi, layihələrinizi təsvir edin.

Mədəniyyət təşkilatlarının və yaradıcı müəssisələrin qarşılaşdığı ikinci çətinlik layihələrin həddən artıq çox olmasıdır. Ora-bura qaçırsınız, orada bir layihə, burada bir layihə, kiçik layihə, böyük layihə. sonra hansısa məqamda işlər dözülməz hal alır, bir-birinə qarışır, çünki bütün həmkarlarınız eyni zamanda layihə rəhbəri olsalar belə, kimin hansı layihəyə cavabdeh olduğunu bilmirsiniz.

Bəs bu qarışıqlığın öhdəsindən necə gəlməli? Gözəl bir anlayış mövcuddur – layihə portfeli. Bütün layihələrinizi toplayır və onları portfeldə sistemləşdirirsiniz. Hansı layihələrin daxili layihələr – təşkilati potensialınızı təkmilləşdirmək, sadə şəkildə desək, əməliyyatlarınızın daha yaxşı olmasını təmin etmək məqsədilə öz resurslarınız hesabına yerinə yetirdiyiniz layihələr olduğunu təyin edin. Odur ki, öz veb-səhifənizi yaradın və ya ofisinizi yenidən təşkil edin. Belə ki, bu işlərin yerinə yetirilməsi üçün üç ay vaxt və çox resurs sərf edilə bilər.

Bundan əlavə, qrantlar, sponsorlar, yaxud auditoriyadan gələn gəlirlər, eləcə də bütün bunların qarışığı şəklində – müxtəlif maliyyə modelləri ola bilər – xarici mənbələrdən maliyyələşən xarici layihələriniz də ola bilər.

Bəs bu layihələr hansılardır? Onlar böyükdür, yoxsa kiçik? Ancaq bütün bunları ayırd etsəniz, daha sonra öz təşkilati strategiyanızla müqayisə edə bilərsiniz. Bunun üçün strateji idarəetmə haqqında başqa bir onlayn kurs mövcuddur. Məlum ola bilər ki, portfelinizdə olduqca çox daxili layihəniz olduğu halda, kifayət qədər xarici layihə yoxdur. Yaxud da, faktiki olaraq, bütün xarici layihələriniz strategiyanızda təyin etdiyiniz və istifadə etdiyiniz dəyər zəncirindəki əlaqənizdən kənardadır. Birdən olduqca çox qeyri-münasib layihənizin olduğunu, faktiki olaraq, layihələrinizdən az bir hissəsinə daxili inkişaf üçün ehtiyacınız olduğunu görə bilərsiniz. Məlum ola bilər ki, həddindən çox xarici mənbədən maliyyələşən layihə var və kifayət qədər daxili layihə yoxdur. Təbii ki, “kifayət qədər” nisbi anlayışdır, ancaq layihə portfelinin idarə edilməsi üçün bu texnikanın tətbiq edilməsi təşkilatınızı idarə etmək üçün yaxşı yoldur.

Burada üçüncü çətinlik meydana çıxır. Bu çətinlik layihələrdən məhsul və xidmətlərə keçməklə əlaqədardır. Söhbət layihə yönümlü təşkilatların çox sayda layihəyə sahib olduğu, ancaq onların, faktiki olaraq, bazara çıxmaq, özlərini göstərə biləcəkləri bazarda yeni məhsul və ya xidmətləri satışa çıxarmaq haqqında heç bir məlumatlarının olmadığı vəziyyətdən gedir. Ola bilər ki, potensial müştərilər bir neçə halda onlara yaxınlaşmış olsun.

Mədəniyyət təşkilatı haqqında düşünək. Misal çəkək. Biz Ukraynada festival təşkilatçısıyıq; Beş ildir ki, xaricdə etnik musiqidən istifadə edilən möhtəşəm festivallar təşkil edirik. Tanınmış brendik və bu cür brendlər, faktiki olaraq, Ukraynada kifayət qədər çoxdur. Onlar sponsorlara yaxınlaşır, qrantlar alırlar və festivalların keçirilməsi üçün maliyyə əldə etmək məqsədilə bu proses hər il təkrar olunur. Təşkilat sponsor təkliflərinin hazırlanması və ya qrant üçün ərizələrin yazılması zamanı musiqi sənayesi üçün kuratorluq xidmətini inkişaf etdirmək məqsədilə müəyyən element daxil edə, insanlar, vaxt üçün ehtiyat büdcə ayıra bilər. Demək istədiyim ondan ibarətdir ki, onlar etnik musiqi sahəsində fəaliyyət göstərən bütün musiqiçiləri tanıyır. Onlar bütün müqavilələrə sahibdir, möhtəşəm şounun necə təşkil edilməli olduğunu bilirlər. Və bunu xidmət kimi satmağı bacarırlar. Onlar öz xidmətlərini korporativ tədbirlər keçirən şirkətlərə, yaxud bu bloku əhatə edəcək digər festival iştirakçılarına və ya daha böyük festivala təklif edə bilər. Eyni zamanda kuratorluq xidməti də təklif edə bilərlər, ancaq onlardan rəqəm göstərmək tələb edilir (Bu xidmətin qiyməti nə qədərdir?), onlar xidməti, onun operativ iş prosesini təsvir etməlidir. Yaxud da onlar yeni və perspektivli musiqiçiləri distributorlar, studiyalar qarşısında təmsil etməyi, onların agent və ya prodüserləri kimi xidmət göstərməyi təklif etdikləri tamamilə fərqli modeldən istifadə edə bilər. Ola bilər ki, bu dəyər zəncirində boşluq olduğu üçün ora keçmək istəsinlər, ancaq yenə də agent olmağın nə demək olduğunu, agentlik fəaliyyəti üçün nə qədər qiymət təyin etmək lazım gəldiyini, hansı studiya ilə işləmək lazım olduğunu təyin etmək üçün vaxt tələb olunur. Bu, əməlli-başlı işdir.

Odur ki, bu festival təşkilatçısı niyə də festival təşkil edərkən bu xidməti inkişaf etdirmək, sınaqdan keçirmək üçün büdcəyə müəyyən məbləğ əlavə etməsin. Bu halda festivalı keçirdikdən sonra onun potensial müştərilərinə təklif edə biləcəyi əlavə bir xidməti olacaq.

Faktiki olaraq, qrant təşkilatları və proqramları, hətta sponsorlar da bunu layihə yönümlü təşkilatların maliyyə baxımından dayanıqlılıq elementi kimi qiymətləndirdikləri üçün bəyənirlər. Çünki, bir layihədən digərinə keçərkən. Bunu edə bilərsiniz. Çox sayda təşkilat illərlə bu cür işləyir, ancaq müəyyən mərhələdə insanların gəlib almaq üçün müraciət etdiyi, qiymətlərini bildirdiyiniz, insanların danışıq apararaq aldığı hazır xidmət və məhsullarınızın olduğu, eyni zamanda layihələrinizi yerinə yetirməyə də davam etdiyiniz bu stabil modelə keçmək yaxşıdır.

Beləliklə, mədəniyyət təşkilatları və yaradıcı müəssisələrin layihə və məhsullarla işləyərkən qarşılaşdığı çətinlikləri nəzərdən keçirdik və layihə portfelinə yanaşmaq, məhsul və xidmətləri layihələrdən ayırmaq, eləcə də layihələri xidmət və məhsullara çevirməklə əlaqədar bir neçə tövsiyə və üsula nəzər saldıq.

  • Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
  • Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma

Comments are closed, but trackbacks and pingbacks are open.