Press "Enter" to skip to content

Millət, milli ideya, milli ideologiya anlayışlarının mahiyyəti barədə

«Burak»,1994, 400 s.

Milli ideologiya vətəndaş həmrəyliyi və ictimai ahəngdarlığı təmin edən vasitədir

Dövlətçilik tarixini öyrənən alim və tədqiqatçıların ortaq qənaəti bundan ibarətdir ki, hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da olmalıdır. İdeoloji əsasları olmayan dövlət tarixi təcrübədə çox nadir hallarda rast gəlinən bir hadisədir.

İdeoloji əsasları olmayan dövlətin uzunömürlülüyü və varisliliyi də həmişə şübhə doğurmuşdur. Bu bir həqiqətdir ki, ideologiyası olmayan dövlətlər tarix səhnəsində müəyyən dövr ərzində funksional vahid kimi mövcud olsalar da, milli maraqları uzunmüddətli təmin edə bilməmiş və tarixin səhnəsindən silinmişlər. Bu mənada, əgər dövlətçilik və milli ideologiyadan, dövlətçilik və milli maraqlardan danışırıqsa, burada mütləq milli ideologiya olmalıdır. Çünki hər şeydən öncə, milli ideologiya vətəndaş həmrəyliyini, ümummilli həmrəyliyi və ictimai ahəngdarlığı təmin edən başlıca mənəvi substratdır. Eyni zamanda, ideologiya milli-mənəvi identikliyi də təmin edən vasitədir. Əgər ideologiya bu qədər zəruri bir vasitədirsə, onun cəmiyyətdə olmaması cəmiyyətin əsas atributlarından birinin olmaması deməkdir. Bu isə heç şübhəsiz, həmin cəmiyyətin inkişafına əngəl törətməklə, ciddi maneələr yaratmaqla cəmiyyətin üst qurumu adlandırılan və sosial sifarişindən yaranan dövlətin də uzunömürlü və varisli olmasına mənfi təsir edir.

Ona görə də, əgər milli dövlətdən danışırıqsa və milli dövləti beynəlxalq münasibətlər sisteminin əsas aktoru kimi səciyyələndirirksə, eyni zamanda, milli dövləti milli iradənin təmsilçisi kimi təqdim ediriksə, milli dövləti hər bir xalqın, yaxud millətin siyasi təşkilatlanması kimi görürüksə, mütləq milli ideologiyanı da dediyimiz institutlaşmanı təmin edən vasitə kimi görməliyik. Əks təqdirdə, dövlətin yaşaması sadəcə olaraq, mümkün deyil. Ona görə də, tarixən qurulan bütün dövlətlər, ilk növbədə, ideologiya axtarışında olublar.

Milli ideologiya milli intibahı təmin edir

Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlində baş verən proseslər zamanı Sovet imperiyasının iqtisadi-siyasi əsasları ilə bərabər, ideoloji dayaqları da çökdü. Ona görə də, həmin dövrdə postsovet məkanında meydana çıxan milli aktorlar yaşamaları üçün hər nə qədər iqtisadi, milli, intellektual əsaslar axtarışına başladılarsa, bir o qədər də ideoloji axtarışlar etməyə başladılar. Çünki xalq intuitiv olaraq, siyasətçilər isə şüurlu olaraq başa düşürdülər ki, əgər milli aktorun mövcud inzibati-siyasi sərhədləri içərisində hegemon bir birləşdirici ideoloji vasitə olmasa, milli coğrafiyanın, yaxud milli siyasi-inzibati sərhədlərin qorunması olduqca çətin olacaq. Buna görə də, məhz o dövrdə hər bir xalq öz tarixi dəyərlərinə söykənməklə, eyni zamanda, müasir ictimai, siyasi, əxlaqi, mənəvi gerçəklikləri nəzərə almaqla yeni ideologiya axtarışına başladı. Bu ideologiyanı tez tapanlar mənəvi-siyasi böhrandan tez çıxdılar, ideologiya axtarışında uzun müddət ayrı-ayrı istiqamətlərə yönələn, bəzən tərəddüdlərlə üzləşən dövlətlər isə mənəvi-siyasi böhrandan daha gec çıxdılar.

Hesab edirik ki, digər postsovet respublikaları kimi Azərbaycan da bu mərhələni keçdi, öz milli ideologiyasını yaratdı. Yaranmış milli ideologiya Azərbaycanın milli dövlət maraqlarını təmin etməklə bərabər, həm də milli həmrəyliyi təmin edərək ictimai ahəngdarlığı qoruyan mexanizmə çevrildi. Yalnız bundan sonra Azərbaycan müxtəlif növ etnik, siyasi, korporativ, qrup mənafelərindən xilas olmağı bacardı və ümummilli ideologiyanı, azərbaycançılıq ideologiyasını mənimsəyərək inkişaf mərhələsinə qədəm qoymağı bacardı.

Bəs milli ideologiya nədir.

Bütövlükdə isə əgər ideologiya nədir, yaxud milli ideologiya nədir sualına cavab axtarsaq, deyə bilərik ki, ideologiya sosial qrupların və ya bütün cəmiyyətin mənafelərini ehtiva və müdafiə edən, sosial reallığı bu mənafelər prizmasından ifadə edən və əməli fəaliyyət direktivləri, oriyentasiyaları olan nəzəriyyələr, ideyalar və məlumatlar sistemi kimi müəyyənləşdirilir. Milli ideologiya öz funksiyalarına görə milli həmrəylik və milli bütövlüyü təmin edən, mənəvi müstəvidə ahəngdarlığın davamlılığına xidmət edən ümummilli baxışlar sistemidir. Bunu başa düşmək üçün ideologiyaların nəzəri, empirik surətdə təsbit edilmiş funksiyalarına nəzər yetirmək kifayətdir. Siyasi ideologiyaların ilk funksiyası yönləndirmədir. Bu funksiya müxtəlif sahələrdə, bütövlükdə cəmiyyətdə insan fəaliyyətinin mənəvi əsaslarını və istiqamətlərini müəyyənləşdirir. Yönləndirmə funksiyası müəyyən resurslarla təmin olunmuş subyektlərin fəaliyyət və baxışlar oriyentasiyasını müəyyən edən fundamental mənəvi faktor qismində çıxış edir.

İdeologiyaların növbəti funksiyası səfərbəredici funksiyadır və siyasi fəaliyyətin ideoloji motiv və stimulu qismində çıxış edir. Məhz bu funksiyanın fonunda müəyyən edilmiş siyasi ideoloji məqsədlərin təmin edilməsi naminə resurslar və subyektlər vahid mərkəzdə cəmləşdirilir, məqsədyönlü fəaliyyətə səfərbər edilir. İdeologiyaların inteqrativ funksiyası isə ümumi maraqlar və baxışlar sisteminin üstün tutulması və fərdlərin fəaliyyətlərinin ümumi maraqlar kontekstində stimullaşdırılmasıdır. Eyni zamanda, ideologiyanın başqa bir səciyyəvi xüsusiyyəti birləşdirici vasitə olmasıdır. Milli ideologiya fərdləri, qrupları bir mərkəzdə birləşdirə bilir, milli həmrəyliyin təmin olunması işinə birinci dərəcədə yardım göstərir.
Beləliklə, əgər milli ideologiyanın, yaxud qısaca olaraq ideologiyanın cəmiyyətdə rolunu xarakterizə etməyə çalışsaq, deyə bilərik ki, ideologiya səfərbəredici, maarifləndirici, tərbiyəedici, inteqrativ, adaptiv, kommunikativ səciyyə daşıyan əsas mənəvi substratdır.

Azərbaycanda ideoloji axtarışlar dövrü çoxdan başa çatıb

Əgər belədirsə və milli ideologiya Azərbaycanda azərbaycançılıq adı altında bərqərar olubsa, bu gün bizə milli ideologiya lazımdırmı sualını vermək nə qədər doğrudur? Hesab edirik ki, bu müstəqil Azərbaycanın 20 illik tarixinin birinci 5 illiyində verilməsi lazım olan sual idi. O dövrdə doğrudan da bu sual bir problem kimi Azərbaycan cəmiyyətində dururdu, sonrakı mərhələdə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qısa müddətdə həll edildi. Bəziləri bu gün “milli ideologiya lazımdırmı” sualını verməklə, cəmiyyətdə yeni diskussiya, axtarış, yeni istiqamətlənmə meyilləri axtarmağa çalışırlar. Hesab edirik ki, bu, Azərbaycanın içərisində olduğu indiki beynəlxalq şərtlər və daxili münasibətlər müstəvisində həm aktual deyil, həm də heç lazım da deyil. Çünki milli maraqlar və dövlətçilik maraqları ilə bağlı yuxarıda sadaladığımız əsaslar bizim milli ideologiyamızı təmin etmişdir. Ona görə də, yenidən ideologiya axtarışına çıxmaq bir növ geriyə qayıtmaq deməkdir. Hesab edirik ki, bu gün Azərbaycan irəliyə doğru getməlidir, onun geriyə getməyə vaxtı yoxdur. Ancaq əlbəttə ki, bəzi hallarda ayrı-ayrı adamlar tərəfindən ideologiyalı cəmiyyət tənqid edilir, yaxud ideologiyanın lazım olub-olmaması sual kimi qoyulur. Hesab edirik ki, bu, milli maraqlar baxımından zərərli, dövlətçilik mənafeyi baxımından isə təhlükəli bir sualdır. Əgər biz ideologiyanı dövlətçiliyi təmin edən əsas vasitələrdən, mənəvi substratlardan biri kimi təqdim ediriksə onda milli ideologiyadan imtina etməklə bağlı olan çağırışlar məntiq edibarilə, əslində dövlətçilik maraqlarına zidd olan çağırışlar kimi qiymətləndirilə, səciyyələndirilə bilər.

Demokratiyanı ideologiya kimi təqdim etmək cəmiyyəti ideologiyasızlaşdırmaqdır

Bəzi hallarda milli ideologiyanın yerinə demokratiya, hüquqi dövlət, azadlıq kimi anlayışları milli ideologiya kimi təqdim etməyə çalışırlar. Əlbəttə ki, bu, yeni bir baxış və müstəqil fikir deyil. Bu, zaman-zaman imperialist mərkəzlərin ayrı-ayrı cəmiyyətlərdə anarxist demokratiya, yaxud ziddiyyətli demokratiya qurmaq və beləliklə də, həmin cəmiyyətləri istismar etmək məqsədilə ortaya atdıqları imperialist düşüncə ünsürüdür. Demokratiya heç vaxt milli ideologiya ola bilməz. Demokratiya milli məqsəd ola bilər, milli dəyər ola bilər. Azadlıq məqsəd ola bilər, ideologiya ola bilməz. Ona görə də, imperialist mərkəzlər inkişafda olan dövlətlərə məhz bu dəyərləri ideologiya kimi təqdim etməklə, bir növ həmin dövlətləri ideologiyasızlaşdırlar. Məqsəd isə aydındır, onlar da bilirlər ki, ideologiyasız dövlət ola bilməz. Müasir imperializmin əsas məqsədlərindən biri də ekspansiya obyekti kimi gördüyü ölkələri lidersizləşdirmək, ideologiyasızlaşdırmaq və nəhayət, dövlətsizləşdirməkdir.

Ona görə də, məhz bu gün Azərbaycan Respublikasının Prezidentinin də qeyd etdiyi kimi, bizim üç düşmənimizdən biri olan müstəmləkəçi ölkələr Azərbaycanda milli həmrəyliyi və ictimai ahəngdarlığı təmin edən milli ideologiyamıza hücumlar təşkil etmək cəhdləri göstərir. Məqsəd də bəllidir. Hesab edirik ki, bu gün Azərbaycan cəmiyyətində belə müzakirələrin açılması və məhz qeyri-peşəkarların və siyasi ambisiyası olanların bu müzakirələri başlaması müstəmləkəçi dövlətlərin maraqlarına xidmət edir.

Təəssüf ki, qeyri-professionallar nə ideologiyanı, nə onun cəmiyyətdəki yerini, rolunu, nə onun funksional, eyni zamanda, mənəvi tərəflərini düzgün izah edə bilmirlər. Beləliklə də, ziddiyyətli fikirlərlə ictimai çaşqınlıq yaradırlar. Əgər bu gün Azərbaycanda hüquqi dövlət qurulursa və bu hüquqi dövlətin əsaslarını ümummilli həmrəylik təşkil edirsə və bu bəzi adamlar tərəfindən etiraf olunursa, onda belə bir sual vermək olar: Bəs ümummilli həmrəyliyi təmin edən vasitə nədir? Heç şübhəsiz, bunu bir cavabı var: milli ideologiya. Belə olan halda, onda niyə milli ideologiyaya hücum edirik? Ona görə də, bir məsələni müzakirəyə çıxaran zaman, yaxud hər hansı məsələ barəsində ümummilli kontekstdə dialoqa girmək arzusunda olan zaman ilk növbədə, problemi mənimsəmək lazımdır ki, təqdim etdiyiniz fikirlər sizin özünüzü təkzib etməsin, ziddiyyətli olmasın.

İdeologiyasızlaşdırmaq, dövlətsizləşdirməkdir

Azərbaycanın bu gün ideologiyasız, lidersiz cəmiyyətə sürüklənməsi, əslində, Azərbaycanın dövlətsizləşdirilməsinə hədəflənən addımlardır ki, bu da əsla milli və dövlətçilik maraqlarımızla üst-üstə düşə bilməz.

Ümumiyyətlə, ideologiyalar bir sıra səciyyəvi xüsusiyyətlərinə görə, müxtəlif qruplarda təsnifatlandırılırlar. İdeologiyalar sosial mənafeyə münasibətinə görə mütərəqqi, mühafizəkar, mürtəce, liberal, radikal, millətçi və beynəlmiləl olur. Sosial bazasına görə, milli, sinfi, qrup və irqi olur, daxili strukturuna görə isə dini, dünyəvi, rasional, irrasional, universal və s. olur. İdeologiyalar nüfuz dairələrinə görə isə milli və ümumbəşəri olur.

Azərbaycançılıq ideologiyası sosial bazasına görə ümummilli, daxili strukturuna görə rasional və universaldır

Hesab edirik ki, əgər bu gün Azərbaycanda təntənə etmiş milli ideologiyanı xarakterizə etməyə çalışsaq, bu ideologiya nüfuz dairəsinə görə milli və ümumbəşəridir, daxili strukturuna görə, dünyəvi, rasional və universaldır, sosial bazasına görə millidir, sosial mənafeyə görə mütərəqqi, mühafizəkar və liberaldır. Əgər bu prinsipləri siyasi, ideoloji cərəyanlarla identifikasiya etməyə çalışsaq, görərik ki, müasir Azərbaycanın milli ideologiyası kimi səciyyələndirilən azərbaycançılıq ideologiyası neokonservativ ideologiyadır. Bu gün inkişaf edən bütün cəmiyyətlərdə demək olar ki, aparıcı ideologiya neokonservativizmdir. Qərb cəmiyyətlərində inkişafın əsasında duran məhz bu ideologiyadır. Neokonservativizm irrasional qərbçilik deyil, irrasional milliyyətçilik də deyil. Nəzərə alsaq ki, neokonservativizmin əsasında liberalizm və konservatizm dayanır, bu ikisinin cəmi neokonservativizmi yaradır. Liberalizm adət-ənənələrə, vərdişlərə münasibətdə tam müstəqil olan, öz müqəddəratını və fəaliyyətini müstəqil surətdə müəyyənləşdirməklə xarakterizə edilən fəaliyyət və düşüncə tərzi kimi səciyyələndirilir. Ümumilikdə isə liberalizmi səciyyələndirən doktrina və konsepsiyaların mərkəzində fərdin azadlığı ideyası durur. Bu ideoloji cərəyanın əsas struktur elementləri və prinsipləri müxtəlif xarakterli nəzəriyyə və konsepsiyalarda zaman-zaman öz əksini tapmışdır. Hesab edirik ki, indiki şəraitdə Azərbaycanda nəzəriyyəçi olmayan, ümumiyyətlə, bu problemdən anlayışı olmayan adamların yenidən ideoloji məsələlərlə bağlı müzakirə açması o qədər də doğru deyil. Konservatizmin əsasında isə cəmiyyətdə ənənəvi təsisatların mövcudluğuna və fəaliyyətinə geniş şəraitin yaradılması durur. Bundan başqa, ictimai ahəngdarlığın və nizamın təmin olunması üçün həyata keçirilən dəyişikliklər və s. durur.

Və nəhayət neokonservatizm (oxu, azərbaycançılıq) bilinməyənə yox, bilinənə, təcrübədə təsdiq edilməyənə deyil, sınaqdan keçmişə, ehtimal olunana deyil, mövcud olana, uzağa deyil, yaxına, bol olana deyil, kifayət edənə, utopikə deyil reallığa üstünlük verir. Bu mənada Azərbaycanda mövcud olan azərbaycançılıq ideologiyası və neokonservativizm Azərbaycanın milli və dövlət maraqlarına cavab verən, Azərbaycan cəmiyyətində bərqərar olmuş, kök salmış bir dəyər kimi mənimsənilmiş ideologiyadır. Hesab edirik ki, belə olan halda, yenidən ideologiya axtarışına çıxmaq yersizdir.

Hikmət Babaoğlu
“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru
Trend

Millət, milli ideya, milli ideologiya anlayışlarının mahiyyəti barədə

MİLLƏT, MİLLİ İDEYA, MİLLİ İDEOLOGİYANIN MAHİYYƏTİ BARƏDƏ  Faiq ƏLƏKBƏROV AMEA FSHİ-nin b.e.i. fəlsəfə doktoru Günümüzdə «milli ideologiya» və bu terminə yaxın olan anlayışlarla-etnos, millət, xalq, milli mentalitet, milli ideya və b. ilə bağlı elmi, fəlsəfi-siyasi ədəbiyyatda konkret, dəqiqləşdirilmiş kateqorial təriflərə rast gəlmək mümkün deyil. Şübhəsiz, problemin öyrənilməsi «milli ideologiya» anlayışının tam açılması və həlli yolunda başlıca amillərdən biridir. Ümumiyyətlə, Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikrində milli ideologiya probleminin məzmununu açmaq üçün, ilk növbədə aşağıdakı anlayışların izahı verilməlidir: 1. Etnos, milliyyət, millət və xalq; 2. Milli mənəvi dəyər və milli mentalitet; 3. Milli özünüdərk və milli ideya; 4. İdeologiya və milli ideologiya. Qeyd edək ki, orta əsrlərdə İslam Şərqi ölkələrində «millət» sözü dini mənada, ümumilikdə müsəlman əhalisinə, ya da hər hansı məzhəbə, təriqətə, eləcə də dini icmaya və cəmiyyətə aid olunmuşdur. Belə ki, «Ərəb və fars sözləri lüğəti» kitabında ərəb dilindəki «millət» sözünün üç izahı var: 1. Əhali, xalq; 2. Təriqət, məzhəb; 3. Dini icma və yaxud cəmiyyət [2, s.387]. Avropada isə «millət» termini çağdaş anlamda 1830-cu ildən sonra işlədilməyə başlanmışdır. Bu vaxta qədər Avropa ölkələrində «millət» yalnız cəmiyyətin yuxarı təbəqəsinə-aristokratlara, kübarlara, eləcə də sonralar tacir birliklərinə və tələbələrə aid edilmişdir. Yalnız XVII-XVIII əsrlərdə «millət» və «xalq» sözü müəyyən mənada bir-birindən fərqləndirilmiş, «millət»-əhalinin şüurlu və fəal hissəsini, «xalq»-isə siyasi və sosial baxımdan passiv, ətalətli kütləni ifadə etmişdir. XIX əsrin ortalarında meydana çıxmış marksizm təliminin banilərinə-K. Marks və F. Engelsə görə, millət kapitalizmin məhsuludur və gələcəkdə-kommunizmdə öz yerini ictimailəşmiş bəşəriyyətə verəcək və beləliklə də tarix səhnəsindən silinəcəkdir. Eyni zamanda onların fikrincə, millət insanların tarixən əmələ gələn sabit birliyi olub, onun varlığı üçün ümumi bir ərazinin və dilin olması vacibdir. Marks və Engels qeyd edirdilər ki, «indiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi siniflər tarixi olmuşdur» [7, s.37]. Marksizmə görə, əvvəlcə qaxı qohumluğuna əsaslanan qəbilələr, sonralar məhsuldar qüvvələrin inkişafı nəticəsində qəbilələrdən tayfalar və tayfa ittifaqları yaranmışdır. Sinifli cəmiyyətin yaranmasıyla «dil qohumluğuna malik tayfalardan xalqlar əmələ gəlməyə başlayır. Lakin xalq hələ millət deyildir. Xalqlar dil və mənşə etibarilə bir-birinə yaxın olan və ərazi ümumiliyinə malik tayfaların birliydir» [1, s.6]. Marksizmin davamı kimi yaranan marksizm-leninizm cərəyanı da «millət»ə təxminən Marks və Engelsin mövqeyindən yanaşmışdır. Marksizm-leninizmə görə, millət-cəmiyyətin feodal dağınıqlığının I aradan qaldırılması və kapitalist iqtisadi əlaqələri əsasında siyasi mərkəzləşmənin gücləndirilməsi dövründə yeni sosial tarixi hadisə kimi yaranmışdır. Bu təlimin əsas ideoloqlarından olan V.İ. Leninə görə, millətlərin əmələ gəlməsi uzun sürən tarixi bir proses olmuşdur ki, bu proses məhz feodalizmin dağıldığı, kapitalizmin yarandığı dövrdə baş vermişdir [6, s.159]. XX əsrdə marksizm-leninizm ideoloqlarının «etnos», «milliyyət», «millət», «xalq» və b. Anlayışları ilə bağlı bəlli müddəalarına daha dolğun və tutarlı cavabı Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixində ilk dəfə, Azərbaycan-türk ideoloqu Məhəmməd Əmin Rəsulzadə vermişdir. Ona görə qədimdə «ümmət» ilə «millət» arasında fərq olmayıbsa, hazırda bu fərqi görmək və bu anlayışları bir-birindən fərqləndirmək lazımdır: O, dili millətin varlığının əsas amili kimi verir: «Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsl bunun üçündür ki, təmsil (assimilyasiyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər» [13, s.476]. Ona görə, milliyyəti və milləti yalnız dil deyil, soykök, mədəniyyət, adət və əxlaq, tarixi ənənələr və b. amillər də ifadə edir: «Milli mədəniyyət və yaxud millət dil birliyi, adət və əxlaq birliyi, ənənati-tarixiyyə və nəhayət, etiqadati-diniyyə birliklərinin məcmuyundan mütəşəkkil bir məhsuldur» [13, 468]. Sonralar Rəsulzadə Qərb alimləri Madzi və Durkheymin fikirlərini təhlil edərək millət və milliyyət anlayışların bir qədər də dəqiqləşdirir: «Millət anlamını ifadə üçün dilimizdə iki söz vardır: Milliyyət və Millət. Bunlardan birincisi lisani, dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edir. İkincisi, isə bu topluluqdan doğan ümumi bir iradəni anladır» [12, s.17]. Qeyd edək ki, M.Ə. Rəsulzadə «millət», «milliyyət», «etnos», «dil», «din» və b. anlayışların tərifini verərkən ustadı saydığı, XIX əsrin böyük Azərbaycan-türk ziyalısı, filosofu Şeyx Cəmaləddin Əfqaniyə dəfələrlə müraciət etmişdir. O yazır ki, qohumluq və yaxınlıq dairəsi genişlənəndə ailə vəhdəti aradan qalxır, onun yerinə çoxlu ailələrin və insanların cəmindən ibarət olan qəbilə vəhdəti meydana gəlir. Əfqani də millətin varlığında dil birliyini ən vacib amil saymışdır: «Əgər dil birliyi olmasa, milli vəhdətin həqiqi mahiyyəti və həyat gücü ola bilməz» [5, s. 187]. Onun fikrincə, insanları bir-birinə bağlayan iki vacib şeydən biri dil birliyi (milli vəhdət) isə, digəri din  Məqalə fəl.e.d., prof. Ə.Abasov tərəfindən çapa məsləhət bilinib.

İntellektual-Elektron Kitabxananın təqdimatında

201. Sidqi Məmməd Tağı. Əsərləri. Bakı,Çaşıoğlu, 2004, 279 s.

. Süleymanova Sevda. Azərbaycanda ictimai-siyasi hərəkat

(XIX əsrin sonu, XX əsrin əvvəlləri). Bakı: Azərbaycan Dövlət

Kitab Palatası, 1999, 419 s.

202. Sovet hakimiyyəti uğrunda alovlu mübariz Məşədi Əzizbəyov.

Nitqlər, sənədlər və materiallar. Bakı, Azərnəşr, 1976, 291 səh.

203. Svyatoçovski T. Rusiya və Azərbaycan: sərhədyanı bölgə

keçid dövründə. Bakı: «Xəzər Universiteti nəşriyyatı», 2000, 373

204. Şahtaxtlı Məhəmmədağa. Seçilmiş əsərləri. Bakı: «Çaşıoğlu»,

205. Şaiq Abdulla. Seçilmiş əsərləri. Üç cilddə. II cild. Bakı, 2005,

206. Şeyxzamanlı Nağı. Azərbaycan istiqlal mücadiləsi xatirələri.

Bakı, «Azərbaycan» nəşriyyatı, 1997. – 176 səh.

. Şeyxzamanlı Nağı. Xatirələrim. Bakı, «Vətən», 2004. – 192

207. Şəmsizadə Nizaməddin. Azərbaycan ideologiyası. Bakı:

«Sabah», 1996, 103 s.

208. Şəmsizadə N. Azərbaycançılıq. Bakı, «Nurlar» NPM, 2006,

209. Şükürov Ağyar. Etnos, millət və millətçilik. Bakı: «Təknur»,

www.elmler.net

Virtual İnternet R

Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

210. Tağıyev Əlikram. Milli ideya və milli ideologiya: Problemlər

və onların şərhi. Bakı: Təbib, 2000, 188 s.

211. Tağıyev Ə., Mustafayev A.X., Balayev M.A. Azərbaycanda

milli hərəkat ideyalarının yaranması və tarixi təkamülü (XIX sonu –

XX əsrin əvvəlləri). Bakı: ADPU-nun nəşriyyatı. 1994, 83 s.

212. Talıbzadə Kamal. XX əsr Azərbaycan tənqidi. Bakı, Azərnəşr,

213. Tağıyev Ə.M., Şükürov M.A. İki əsrin qovşağında

Azərbaycan: milli və millətlərarası problemlərin həlli yolunda.

Bakı: «Adioğlu» nəşriyyatı, 2004, 194 s.

214. Topçubaşov Əli Mərdan. Paris məktubları, Bakı, Azərnəşr,

.Topçubaşı. Ə.M. Azərbaycan Cümhuriyyətinin yaradılması.

Bakı, «Təknur», 2013, 55 səh.

215. Türkel Yadigar. Politologiya. Bakı: Təknur, 2008, 478 s.

216. Türkel Y. İnsan, təbiət, cəmiyyət münasibətləri. Biososial və

fəlsəfi aspektlər. Bakı, «İşıq», 1998, 160 səh.

. Türkiyə tarixi məsələləri. Bakı, «Elm», 1972, 190 səh.

. «Türküstan» qəzeti, №68 (280) 23-29 dekabr 2012-ci il.

217. Ümummilli Lider Heydər Əlirzaoğlu Əliyevin irsi və milli

ideolgiyanın formalaşması məsələləri. Bakı, «Elm və təhsil», 2010.

. Ümummilli Lider Heydər Əlirzaoğlu Əliyevin irsi və milli

ideolgiyanın formalaşması məsələləri. Bakı, «ADPU-nun mətbəəsi

. Ubeydullin Ə. Əsərləri. Bakı, Şərq-Qərb, 2010, 328 s.

218. Vahabzadə Bəxtiyar. Seçilmiş əsərləri. İki cilddə. I cild.

Bakı,«Öndər», 2004, 328 s.

219. Vahabzadə B. Seçilmiş əsərləri.İki cilddə.II cild.Bakı,

«Öndər», 2004, 320 s.

. Vahabzadə B. Ədəbi düşüncələr (məqalələr toplusu). Bakı,

www.elmler.net

Virtual İnternet R

Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

220. Vəliyev (Baharlı) Məhəmməd Həsən. Azərbaycan (Fiziki-

coğrafi, etnoqrafik və iqtisadi oçerk). – Bakı, «Azərbaycan»

Nəşriyyatı, 1993, 192 s.

221. Vəliyeva Sona. Azərbaycançılıq milli ideologiya və ədəbi-

estetik təlim kimi. Bakı, «Azərbaycan Universiteti» nəş., 2002, 140

222. Vəzirov Nəcəf. Əsərləri.Bakı,«Şərq-Qərb»,2005, 304 s.

223. Vəzirov Xasay. Azərbaycan bolşevik mətbuatı sovet

hakimiyyətinin qələbəsi uğrunda mübarizədə. Bakı, Azərnəşr, 1961,

Vazeh M.Ş. Nəğmələr. Bakı, «Şərq-Qərb», 2004, 96 səh.

224. Vurğun Səməd. Əsərləri. 6 cilddə. 1 cild. Bakı, Azərnəşr,

. Vurğun Səməd. Əsərləri. 6 cilddə. 3 cild. Bakı, Azərnəşr,

. Vurğun Səməd. Əsərləri. Seçilmiş əsərləri. Beş cilddə. III

cild. Bakı, «Şərq-Qərb», 2005, 424 səh.

225. Vurğun Səməd. Əsərləri. 6 cilddə. 5 cild. Bakı, Elm, 1972, 426

. Vurğun Səməd. Əsərləri. Seçilmiş əsərləri. Beş cilddə. IV

cild. Bakı, «Şərq-Qərb», 2005, 400 səh.

M.Ə.Rəsulzadə. Bakı: 2001, 154 s.

227. Yaqublu N. Türkiyənin azərbaycanlılara müstəqillik

mücadiləsində dəstəyi (Sovetlər dönəmi: 1920-1991-ci illər). Bakı,

228. Yaqublu N. Əbdürrəhman Fətəlibəyli-Düdənginski. Bakı,

«Abşeron-Nəşr», 2009, 232 s.

229. Yaqublu N.Azərbaycan mühacirət irsi. Bakı, Elm və Təhsil,

230. Yaqublu N. Məmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991,

www.elmler.net

Virtual İnternet R

Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

231. Yaqublu N. Müsavat partiyasının tarixi. Bakı, Adiloğlu, 2012,

. Yusifov Mübariz. Dövlətçilik və dil. Bakı, «Nurlan», 2004. –

232. Zeynallı Hənəfi. Seçilmiş əsərləri.Bakı,Yazıçı,1982, 319 s.

233. Zəkyev Ə.K. Bəhmənyarın fəlsəfi görüşləri. Bakı, Qızıl Şərq,

Türkiyə türk dili

234. Ağaoğlu A. Türk alemi. İslamiyet ve türklük//İstanbul, «Türk

. Aküzüm Feyzi. M.E.Resulzadeye göre çeşidli cebheleriyle

Azerbaycan istiqlal mücadilesi. Ankara, 1977

235. Arvasi Əhmed S. Türk-İslam ülküsü. 2-ci cild. İstanbul,

«Burak»,1994, 400 s.

. Aslan Yasin. Azerbaycan tam bağımsızlık yolunda. Ankara,

236. Bayar C. Atatürkün metodolojisi və günümüz.İstanbul,

Kervan, 1978, 157 s.

237. Düzdağ E.M. Türkiyede islam ve irkçılık meselesi.

. Cəfəroğlu Əhməd. Azərbaycan Cümhuriyyəti// Ankara,

«Mücahit» dərgisi, №31-32, 1960-cı il, iyul-avqust

238. Erzurumlu Kenan. Türklüye baxış. İstanbul, 2006, 294 s.

. Qaraca Əhməd. Kommunist-Rus imperializminin yeni

taktikaları// Ankara, «Azərbaycan» dərgisi, №218, 1976-cı il

239. Gökalp Z. Türkleşmek, islamlaşmak, muasirleşmek. İstanbul,

. Göygöl Çingiz. Mühafizəsi lazım gələn milli ruh// Ankara,

«Mücahit» dərgisi, №9, 1957-ci il, iyun

240. İhsan İ. Rusyada birinci müslüman Kongresi tutanakları.

Ankara: 1990, 518 s.

. Təkinər Süleyman. Tarix boyunca kommunistvari fikir və

hərəkatlar//Ankara, «Birləşik Qafqasiya» məc., 1963, №6 (23).

www.elmler.net

Virtual İnternet R

Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

241. Mehmetzade M.B. Azerbaycan dövleti// «Odlu Yurt» jur,

İstanbul, 1931, №3(28).

242. Mehmetzade M.B. Sovyet Azerbaycanda Türk dilinin

ruslaşdırma ve imha siyaseti hakkında. Kurtuluş, Berlin, 1936, №20

243. Mehmetzade M. B. Azerbaycan Misaqi-Millisi. Ankara, 2002,

244. Resulzade M.E. Milli tesanüd. Ankara, 1978, 143 s.

245. Resulzade M.E.Hatıralar ve Kafkasya.İstanbul,2011,208 s.

. Resulzade M.E. Şefibeycilik. İstanbul, 1934, 136 seh.

246. Yazıçı N. Milli tarih şuuru və büyük türk devleti. Ankara,

«Ocak», 1984, 160 s.

247. Yurtsever A. Sabirin Azerbaycan edebiyatındakı yeri. Ankara,

. Yurtsevər Abdülvahab. Sovet istismarçılığı// Ankara,

«Azərbaycan» dərgisi, №10-11, 1956-cı il yanvar-fevral

248. Yılmaz Meşkure. Tarixi, siyasi ve kültürel yönleriyle Türklerin

dünyası ve Türkiyenin dış türkler politikası. Ankara, Kripto, 2010,

. Yeniçəri Ö. Milli Bilinç nasıl kırılır? Ankara, Kripto, 2009,

249. Gökdemir A. Düşüncə tarihimizden portreler. İstanbul,

«Bayrak», 2005, 359 s.

. Ünal Cəmil. Yenidən doğuş// «Azərbaycan» kültür dərgisi,

№271, 1990-cı il, yanvar-fevral

Rus dilində

250. Агайев А. Положенийе мусулманских народов //

«Каспий», 1903 гг. 14 нойабр №246, 21 нойабр №251, 29

нойабр №256, 10 декабр №264, 13 декабр №267, 17 декабр

№272, 24 декабр №276.

251. Агайев А. Панисламизм, его характер и направление.

«Каспий» газ., 1900 гг. 14 апрел №81, 22 апрел №87

www.elmler.net

Virtual İnternet R

Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

252. Балаев А. Азербайджанские тюрки: процессы

формиоравния нации и национальной идентичности на рубеже

XIX-XX вв. Баку, Ганун, 2010, 328 стр.

253. Балаев А. Азербайджанское национальное-

демократическое движение в 1917-1920 гг., Баку: Элм, 1990,

254. Балаев А. Этноязыковые процессы в Азербайджане в XIX-

XX вв. Баку, 2005.

255. Гасанова Э.Ю.Идеология буржазного национализм в

Турции (1908-1914 г.г.). Баку, 1966

256. Геюшев З.Б. Философская мысль в советском

Азербайджане. Баку, Элм, 1979.

257. Кулизаде З. Концептуальные проблемы исследования

социокультурного развития (конец XX – начало XXI вв.). ч.II.

Баку: «Текнур», 2009, 398 с.

258. Нариманов Н. Ответ некоторым товарищам. «Бакинский

рабочий» газ., 15 ийун, 1922 год.

259. Нариманов Н. Избранные произведения. Том 2. Баку, 1989.

260. Свйатоховский Т. Руский Азярбайджан 1905-1920 гг.

261. Заманова Э. Эстетическая мысль в Азербайджане в XIX –

начале XX века. Баку, «Текнур», 2011. – стр. 256

. Заманова Э. Эстетика азербайджанского романтизма XX

века. Баку, Текнур, 2007. 170 стр.

262. Гумбольт В. Избранные труды по языкознанию. Москва:

Прогресс,1984, 397 с.

263. Гумилев Л.Н. Этногенез и биосфера земли. Москва,

264. Дашдамиров А. Идеологические проблемы, межкавказские

отношения. Баку: ИОПИИ. 2001, 87 с.

265. Дашдамиров А. Национальная идея и этничность

(Азербайджанская идея в этнокультурном интерьере). Москва,

www.elmler.net

Virtual İnternet R

Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

266. Жданов Н.В. Исламская концепция миропорядка. Москва,

267. Кулиев Г.Менталитет:проблема дефиниции и

268. Кулиев Г. Научная стратегия малых стран (Поиски

Азербайджанской модели). Баку: «Сяда». 2007, 152 стр.

269. Тойнби А. Постижение истории. Москва: 1996, 605с.

270. Тойнби А. Цивилизация перед судом истории. Москва,

Прогресс. 1996, 256с.

271. Фукуяма Ф. Великий разрыв. Москва: 2003, 361с.

272. Хабермас Ю. Демократия, Разум, Нравственность.

Москва: Наука. 1992, 175 с.

273. Хантингтон С. Столкновение цивилизаций. Москва: АСТ,

274. Хатами С.М. Традиция и мысль. Москва, 2001, 288с.

275. Хюбнер К. Нация: от забвения к возрожению. Москва,

Канон, 2001, 400с.

276. Шпенглер О. Закат Европы. Т.1-2. Москва: 1998, 225с.

277. Мангейм К. Идеология и утопия. Москва: 1991. 320с.

идеология. Баку, 1995.

279. Исмаилов Э. Власть и народ. Послевоенный сталинизм в

Азербайджане: 1945-1953 гг. Баку, 2003.

280. Геллнер Э. Нация и национализм. Москва: Академия,

281. Исаев М.И. Современная концепция Кавказа:

Этнокультурный аспект//Московское Эхо Кавказа.Москва.

282. История азербайджанской философии, т.1. – Баку: Элм,

2002. 360 стр. ( редактор I тома д.ф.н. З.А.Кулизаде).

283. Мамедова Ф. Кавказская Албания и албаны. Баку, ЦИКА.

www.elmler.net

Virtual İnternet R

Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

284. Алекперли Ферид. Азербайджанские тюрки – история и

современность. «Зеркало», 15.08.2009.

285. Алекперли Ф. Нацию творит язык.

286. Алекперли Ф. Парадигмы азербайджанского

www.elmler.net

Virtual İnternet R

Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

Faiq Qəzənfər oğlu Ələkbərov 1977-ci il aprelin 12-də

Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olub.

1994-cü ildə M.Ə.Rəsulzad adına Bakı Dövlət Universitetinin

Sosial elmlər və psixologiya fakültəsinə daxil olub və 1998-ci

ildə fəlsəfə peşə istiqaməti üzrə bakalavr elmi dərəcəsi alıb.

1999-2001-ci illərdə BDU-nun magistraturasinda elmi

təhsilini davam etdirərək fəlsəfə tarixi üzrə magistr elmi

dərəcəsi əldə edib. 2001-2004-cü illərdə AMEA Fəlsəfə və

Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranti olub.

2005-ci ildə “ХХ əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi

fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu”

mövzusunda dissertasiya işini müdafiə edərək fəlsəfə doktoru

alimlik dərəcəsi alıb. 2013-cü ildə isə dosent (prof.assisent)

elmi adına layiq görülüb.

1997-2004-cü illərdə “Çağ”, “Millət”, “Zaman”, “525-ci

qəzet”, “Üç nöqtə” və digər qəzetlərdə jurnalist kimi fəaliyyət

göstərib. Hazırda da bir sıra qəzet (“Türküstan”, “Cəmiyyət və

din”, “Vətəndaş Həmrəyliyi” vəb.) və saytlarda (modern.az,

bao.az, turansesi.com vəb.) elmi-publisistik, fəlsəfi-ideoloji

məqalələr yazır. Milli ideologiya (azərbaycançılıq, türkçülük,

islamçılıq, modernləşmə və b.), milli ideya, milli kimlik, milli

şüur və s. sahələr üzrə araşdırmalar aparır.

Hazirda AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun

“Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin böyük elmi işçisidir.

Eyni zamanda, 2003-cü ildən bir sira universitetlərdə (ADPU,

Elm və Təhsil Mərkəzi “Təfəkkür” və b.) müəllim kimi

pedaqoji fəaliyyət də göstərir.

İki monoqrafiya (“Məhəmməd Əmin Rəsulzadənin

dünyagörüşü”, Bakı-2007; “Milli ideologiya probleminə

tarixi-fəlsəfi baxış” (I hissə), Bakı- 2011), “Milli ideologiya

www.elmler.net

Virtual İnternet R

Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

probleminə tarixi-fəlsəfi baxış” (II hissə), Bakı- 2014), bir

dərslik (“İdarəetmə nəzəriyyəsi”-həmmüəllif) və 40-dan çox

elmi məqalənin müəllifidir.

Evlidir, iki övladı var.

Comments are closed, but trackbacks and pingbacks are open.