Press "Enter" to skip to content

Optika v molekulyar fizika kafedras Bak Dvlt Universiteti

Kafedra ilə əlaqə Tel. : (99412) 539 05 07 E-mail: [email protected] az Ünvan: Akademik Zahid Xəlilov küçəsi 23, BDU, Əsas bina, Fizika fakültəsi, Bakı ş. , AZ 1148, Azərbaycan

aliyesalimova

Qocayev Niftalı Mehralı oğlu 1936-cı il oktyabrın 18-də Qərbi Azərbaycanın Qazax qəzasının Dilican nahiyyəsinin Salah kəndində doğulmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Yalnız əla qiymətlərlə oxuduğuna nümunəvi davranışına görə 3-5 kurslarda Özəl Təqaudə layiq görülmüş, 1958-ci ildə fizika fakültəsinin nəzəri fizika ixtisasını fərqlənmə(qırmızı) diplomu ilə bitirmişdir. Universiteti fərqlənmə diplomu ilə bitirməsi və tələbəlik dövründə elmi-tədqiqat işləri sahəsindəki fəaliyyəti (tələbə ikən Kiev Dövlət Universitetində kəçirilən Bəynəlxalq elmi konfransda məruzə ilə çıxıs edərək tərifnaməyə layiq görülmüşdür) nəzərə alınaraq N.M.Qocayev BDU-da saxlanılmışdır. Bir il laborant vəzifəsində işlədikdən sonra Sankt-Peterburq şəhərində o zamanki Sovətlər Ittifaqı Elmlər Akademiyasının aspiranturasına qəbul olunaraq akademik M.V.Volkenşteynin elmi rəhbərliyi ilə o zamanlar üçün nadir olan molekulyar biofizika sahasində elmi fəaliyyətini davam etdirmişdir. 1962-cı ildə mövzusu üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almış və məzunu olduğu Bakı Dövlət Universitetinə qayıdaraq bu günə qədər həmin universitetdə öz hərtərəfli fəaliyyətini (1962-müəllim, 1963-1964 baş müəllim, 1964-1979 dosent, 1979-dan professor) etdirir. 1967-cı ildə N.M.Qocayevin bilavasitə fəaliyyəti nəticəsində Bakı Dövlət Universiteti nəzdində yaradılmış və N.M.Qocayev həmin fakultənin ilk dekanı vəzifəsinə təyin olunmuşdur. 1968-ci ildə müsabiqə yolu ilə BDU-nun müdir vəzifəsinə seçilmiş və bununla əlaqədar 1969-cu ildə öz xahişi ilə dekan vəzifəsindən azad edilmişdir. Prof.N.M.Qocayev 16 il (1968-1984-cu illərdə) rəhbərlik edərək elmi pedaqoji kadrlar hazırlanması işində dərslik və monoqrafiyalar yazmaq və tədris sahələrində önəmli müvəffəqiyyətlər qazanmışdır. O, ilk dəfə 1977-ci və 1980-ci illərdə olmuş və müvafiq medallarla təltif olunmuşdur. Prof.N.M.Qocayev məzun olduğu ildən indiyədək fasiləsiz işlədiyi Bakı Dövlət Universitetidə hələ 1959-cu ildən tədqiqata başladığı sahəsində məktəb yaratmış. Həmin məktəbin daha səmərəli elmi fəaliyyət göstərməsi üçün 1980-ci keçmiş SSRI Ali Təhsil Nazirliyinin tövsiyyəsi və SSKI Nazirlər Sovəti yanında Elm və Təhsil Komitəsinin xüsusi qərarı ilə laboratoriyanın açılmasına nail olmuş və o vaxtdan bu günə qədər həmin laboratoriyanın müdiri vəzifəsində çalışır. Prof.N.M.Qocayev 4 istiqamətdə səmərəli elmi-pedaqoji fəaliyyət göstərmişdir: elmi-tədqiqat işləri və yüksək ixtisaslı elmi kadrların(magistr və elm namizədi) hazırlanması, dərsliklər və monoqrafiyaların yazılması , dərsliklərin və elmi ədəbiyyatın xarici dillərdən Azərbaycan və Türk dillərinə tərcüməsi , pedaqoji fəaliyyət. Sadalanan bütün sahələrdə prof.N.M.Qocayevin xüsusi xidməti olmuşdur . O, məzunu olduğu Bakı Dövlət Universitetinin fizika , biologiya, kimya fakultələrində ümumi fizikanın müxtəlif bölmələri və ixtisas kursları üzrə yüksək səviyyəli mühazirələr oxumuş, tələbələrin kurs və diplom işlərinə rəhbərlik etmişdir . Əsasən Avropa , Amerika və Rusiyada nəşr olunan mötəbər elmi jurnallarda dərc olunmuş 255 elmi məqalənin , 8 monoqrafiyanin , 9 dərslik və dərs vəsaitinin müəllifidir . Bunlar içərisində keçmiş SSRI -nin Ali Təhsil Nazirliyi tərəfindən Ittifaq Universitetləri üçün dərs vəsaiti olaraq təsdiq olunaraq Moskva şəhərində nəşriyyatı tərəfindən çap olunmuş kitabını və Sankt -Peterburq şəhərində bir qrup alimlərlə , akademik M.Volkenşteyn və başqaları ilə birlikdə ingilis dilində nəşr etdirdiyi monoqrafiyanı xüsusi qeyd etmək lazımdır . Prof.N.M.Qocayevin qardaş Türkiyə universitetləri üçün yazaraq Ərzurumda nəşr etdirdiyi 2 dərslik və 2 monoqrafiya Türkiyəli tələbələr tərəfindən sevilərək oxunan kitablardır . Prof.N.M.Qocayevin elmi rəhbərliyi ilə 20 aspirant və dissertant namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi adına layiq görülmuüşdür. Onların içərisində Misir və Iraq vətəndaşları da var. Prof.N.M.Qocayevin təşəbbüsü ilə 1997 -ci ildə yaradılmıs Azərbaycan Biofizika Cəmiyyəti özünün ilk konfransında onu Cəmiyyətin Prezidenti seçmişdir və bu günədək həmin vəzifədə müvəffəqiyyətlə çalışır . Qocayev 2001-ci ildən etibarən əvəzçilik yolu ilə Qafqaz universitetində Elmi işlər və xarici əlaqələr üzrə prorektor vəzifəsində işləyir. Prof.N.M.Qocayev 1980-1984-cü illərdə Azərbaycan Rəspulikasi Ali Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-Metodik Şuranı Fizika və Astronomiya Seksiyasının sədri ,1967-1994 -cu illərdə Azərbaycan Rəspublikasi cəmiyyətinin Fizika Seksiyasının üzvü olmuş , 1989-1993 -cu illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri vəzifəsində işləmişdir .1993-1998 -ci illərdə Türkiyədə -Ərzurum Atatürk və İstanbul universitetlərində profəssor vəzifəsində çalişaraq mühüm elmi-pedaqoji fəaliyyət göstərmişdir . Həmin dövrdə yerli alimlərlə yaxın əməkdaşlıq edərək maraqlı elmi-tədqiqat işləri aparmış , dissertasiya işlərinin müdafiə şuralarının sədri və üzvü olmuşdur . Birgə elmi işlər Türkiyə Dövlət Planlama Təşkilatı tərəfindən mühüm elmi -tədqiqat işi olaraq qəbul olunduğundan həmin təşkilatın maliyyə dəstəyi ilə yerinə yetirilmiş , alınan nəticələr Journ Moləkular Structurə kimi moötəbər elmi jurnalda və digər jurnallarda çap olunmuşdur . Prof.N.M.Qocayev Türkiyə universitetlərinin tələbələri üçün 4 dərslik (molekulyar fizika, optika, molekulun quruluşu1-ci və 2-ci cild) yazmış , molekulyar fizika və optikanı ilk dəfə olaraq Ərzurum və Atatürk Universitetində tədris etməklə yanaşı özündən sonra bu fənnlərin tədrisi üçün kadrlar hazırlığına da əmək sərf etmişdir. Hazırda Istanbul Universitetinin kafedrası ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında elmi -tədqiqat işlərini davam etdirir. Prof.N.M.Qocayev 255 məqalənin müəllifidir.

Optika v molekulyar fizika kafedras Bak Dvlt Universiteti

Fakültənin Kafedraları 1. Ümumi fizika 2. Optika və molekulayr fizika 3. Maddə quruluşu 4. Yarımkeçiricilər fizikası 5. Nəzəri fizika 6. Bərk cisimlər fizikası 7. Nanomaterialların kimyavi fizikası 8. Astrofizika 9. Fiziki elektronika

Optika və Molekulayar Fizika Kafedrası Kafedranın tarixi Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrası 1954 -cü ildə yaradılmışdır. Fəaliyyət göstərdiyi müddətdə kafedrada elmi-tədqiqat işləri aparılmış, elmlər doktorları və elmlər namizədləri hazırlanmışdır. Respublika və beynəlxalq statuslu jurnallarda elmi məqalə dərc edilmiş. Ümumi fizika kursu, polimerlər fizikası, biofizika, metalyarımkeciriçi kontaktları üzrə dərsliklər, dərs vəsaitləri və monoqrafiyalar yazılmışdır.

Kafedranın Yaradıcıları və Rəhbərləri Mehdi Sadıq oğlu Əliyev – 1907 -ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, yeni yaradılmış Azərbaycan Pedaqoji İnstitutda 1931 -1935 illərdə dekan vəzifəsində çalışmış və sonra isə elmi-pedaqoji fəaliyyətini ADU-da davam etdirmişdir. 1944 -cü ildə ADU-nin fizika-riyaziyyat fakültəsinə dekan vəzifəsinə seçilmiş. M. Əliyev 1952 -ci ildə ADU-nun prorektoru kimi daha məsul və daha şərəfli vəzifəyə təyin edilmişdir. 1962 -ci ildə Azərbaycan Pedaqoji İnstituta rektor təyin edilmişdir. 1965 -ci ildə M. Əliyev ADU-nun rektoru təyin edilmiş və bu vəzifəni 1970 -ci ilə kimi böyük uğurla icra etmişdir. Məmməd Abbas oğlu Abdullayev 1903 -сü ildə Qazax rayonunun Daşkəsəmən kəndində anadan olmuşdur. Məmməd müəllim riyaziyyat-fizika elmləri alimlik dərəcəsi almış ilk azərbaycan fiziklərindəndir. ADU-nun(indiki BDU) 1940 -1960 -ci illərdə ən görkəmli müəllimlərdən olmuşdur. Məmməd Abbas oğlu Abdullayev 1972 -ci ildə vəfat etmişdir.

Kafedranın yaradıcıları və rəhbərləri Məmməd Əli Ugurlu oğlu Həşimzadə 1906 -cı ildə Qəbələ rayonunun Zərəqən kəndində anadan olmuşdur. 1930 -cu ildə ADU-nin məzunu olmuşdur. 1933 -1936 -cı illərdə Az. Dövlət Tibb İnst-nun fizika kafedrasının assistenti olmuşdur. 1949 -cu namizədlik dissertasiyasını müdafiə etmişdir. Görkəmli alim Nəsrəddin Tusinin elmi əsərlərinin tərcüməsini aparırdı. 1952 -1959 -cu illərdə Pedaqoji İnstitutda fizika kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1961 -1975 -ci illərdə ADU-nun kafedranın dosenti, 1975 -ci ildən ömrünün son gününə qədər (1980) “Astrofizika” kafedrasında çalışmışdır. Mədət Həsən oğlu Sərdarlı (1912 -1988) – Qasım İsmayılov rayonunun Şəfəq kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Gəncə Pedoqoji texnikumuna daxil olmuşdu. 1931 -ci ildən orta məktəbdə müəllim, dərs hissə müdiri, sonra isə direktor (1931 -1935) işləmişdi. ADU-nun fizika-riyaziyyat fakültəsini bitirmiş (1940), həmin ildən kafedranın asistenti, sonra dosenti olmuşdur. Bir müddət Fizika fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Əbilova Tamilla Səttar qızı 1937 -ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirmiş, ADU-nun fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1960 -cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. Eyni zamanda musiqi təhsili də almışdır. “Neftkimya problemləri” elmi-tədqiqat institutunda işləmişdir. Sonra BDU-nun fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasında keçmişdir. Moskvada prof. L. M. Qribovun rəhbərliyi öz dissertasiya işini müdafiə etmişdir. “Molekulyar fizika” fənnindən, “Molekulların rəqsi” ixtisas kursundan mühazirələr aparmış, “molekulyar spektroskopiya” laboratoriyasının yaranmasında yaxından iştirak etmişdir. Onun rəhbərliyi altında bir sıra namizədlik dissertasiyası müdafiə edilmişdir. O, 2004 -cü ildə vəfat etmişdir.

Kafedranın yaradıcıları və rəhbərləri Adil Umud oğlu Mahmudov 23. 02. 1937 -ci ildə Ucar rayonunun Quləbənd kəndində anadan olmuşdur. 1959 -cu ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsi fərqlənmə diplomu ilə bitirmişdir. 1966 -cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1990 -cı ildə Moskvanın Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1985 -1990 -cı illərdə “Optika və molekulyar fizika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 05. 09. 2009 -cu ildə vəfat etmişdir. Faiq Abduləvvəl oğlu Əhmədov 16. 10. 1940 -cı ildə Şəki şəhərində anadan olmuşdur. 1957 -1962 -ci illərdə BDU-nun fizika-riyaziyyat fakültəsində təhsil alib. 1962 -1965 -ci illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olub. 1966 -cı ildə fizika- riyaziyyat elmləri namizədi adını almışdır. 1992 -ci ildə Rusiya Federasiyasının Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1994 -2011 -ci ilədək “Optika və molekulyar fizika” kafedrasının professoru, kafedra müdiri vəzifəsində çalışmışdır. 1997 -ci ildən -ömrünün sonunadək BDU-nun Appelyasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.

Kafedranın yaradıcıları və rəhbərləri Niftalı Mehralı oğlu Qocayev-1936 -cı il 18 oktyabrda Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953 -cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. 1958 -ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin “Nəzəri fizika kafedrası”-nı bitirmişdir. 1968 – 1984 -cü illərdə “Optika və molekulyar fizika” kafedrasının müdiri olmuşdur. 1979 -cu ildə professor adını qazanıb. 2003 -cü ildə elmlər doktorluq dissertasiyasını müdafiə edib. Rasim Qara oğlu Məmmədov 01. 06. 1950 – Ermənistan Respublikasının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1967 – orta məktəbi “Qızıl medal”la bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə qəbul olub. 1971 -1972 – Moskva İdarəetmə Problemləri İnstitutunda təhsilini davam. 1976 -1979 – BDU-nun Radiofizika ixtisası üzrə aspiranturasında oxuyub. BDU Elmi Şurasının üzvüdür, “Bakı Universiteti Xəbərləri” jurnalının redaksiya heyyətinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.

Kafedra Rəhbəri Qasımova Rəna Cümşüd qızı Ø “Optika və molekulyar fizika” kafedrasının müdiri vəzifəsini icra edir ; Ø Fizika fakültəsinin professoru; Ø Fizika fakültəsinin Elmi Şurasının Elmi katibi; Ø Fizika fakültəsinin Elm və magistratura üzrə dekan müavini; Ø AAK-nın Fizika üzrə Ekspert Şurasının üzvü; Ø Beynəlxalq konfransların eksperti; Ø Amerika Optic Cəmiyyətinin (OSA) üzvü.

Kafedranın strukturu Kafedrada fəaliyyət göstərən laboratoriyalar: v Mexanika; v. Molekulyar fizika; v. Optika. Kafedra əməkdaşları: Hazırda kafedrada 15 nəfər professormüəllim heyəti, 10 nəfər yardımçı heyət çalışır: v 4 nəfər professor-müəllim heyəti elmlər doktoru, professor; v 10 nəfəri elmlər namizədi, dosent; v 1 nəfəri baş müəllimdir; v 2 laboratoriya müdirindən; v 5 baş laborantdan ; v 3 laborantdan v və 1 dissertandan ibarətdir.

Mexanika tədris laboratoriyası İşlərin siyahısı Burulma rəqsləri vasitəsilə sürüşmə modulunun təyini Ballistik rəqqas vasitəsilə mərminin uçma sürətinin təyini Çarxın ətalət momentinin təyini Maksvel rəqqasının hərəkətinin öyrənilməsi Elastik yayın uzanması zamanı görülən işin və sərtlik əmsalının təyini Döyünən rəqslərin periodunun və Puasson əmsalının təyini Hərəkət miqdarı momentinin öyrənilməsi Məcburi rəqslərin öyrənilməsi

Mexanika tədris laboratoriyası İşlərin siyahısı Mayelərin cisimlərin sıxlığının piknometr və hidrostatik çəki üsulu ilə təyini Həlqənin ətalət momentinin burulma rəqsləri vasitəsilə təyini Aşırılan rəqqas vasitəsilə ağırlıq qüvvəsi təcilinin təyini Dartılmada və əyilmədə Yunq modulunun təyini Noniusların öyrənilməsi Dəqiq çəki qaydaları Atvud maşınında düşmə qanunlarının öyrənilməsi Riyazi və saniyə rəqqası vasitəsilə ağırlıq qüvvəsi təcilinin təyini Bərk cisimlərin ətalət momentinin trifilyar asqı üsulu ilə təyini Bərk cisimlərin sıxlığının piknometr və hidrostatik çəki üsulu ilə təyini

Molekulyar fizika tədris laboratoriyası İşlərin siyahısı Mayelərin daxili sürtünmə əmsalının Stoks üsulu ilə təyini Mayelərin həcmi genişlənmə əmsalının Dülonq-Pti üsulu ilə təyini Mayelərin daxili sürtünmə əmsalının Ostvald viskozimetri vasitəsilə təyini Bərk cisimlərin xətti genişlənmə əmsalının təyini Mayelərin xüsusi istilik tutumunun elektrik kalorimetri vasitəsilə təyini Bərk cisimlərin xüsusi istilik tutumunun kalorimetr vasitəsilə təyini

Molekulyar fizika tədris laboratoriyası İşlərin siyahısı Səthi gərilmə əmsalının katetometr vasitəsilə təyini Səthi gərilmə əmsalının kompensasiya üsulu ilə təyini Universal qaz sabitinin təyini Səthi gərilmə əmsalının damcı üsulu təyini Qazların xüsusi istilik tutumları nisbətinin Kleman-Dezorma üsulu ilə təyini

Molekulyar fizika tədris laboratoriyası

Optika tədris laboratoriyası İşlərin siyahısı Difraksiya qəfəsi vasitəsilə lazer şüasının dalğa uzunluğunun təyini Eyni qalınlığın interferensiya zolaqlarının müşahidəsi və interferensiya tərtibinin təyini İşığın dalğa uzunluğunun difraksiya qəfəsi vasitəsilə optik skamyada təyini İşığın maneələrdən difraksiyası (bir yarıqdan, iki yarıqdan və dairəvi deşikdən) Polyarimetr vasitəsilə şəkərin xüsusi firlanma bucağının təyini İşığın dalğa uzunluğunun və difraksiya qəfəsi sabitinin spektrometr vasitəsilə təyini Lazer şüasının dalğa uzunluğunun Frenel biprizması vasitəsilə təyini Fotoelementin həssaslığının təyini və tərs kvadratlar qanununu yoxlanılması

Optika tədris laboratoriyası İşlərin siyahısı Monoxromatik işıq dalğası uzunluğunu iki yarıqdan alınan interferensiyaya görə təyini(Yunq təcrübəsi) Közərmə lampasının işıq şiddətinin fotometr vasitəsilə təyini Şüşə prizmanın dispersiyasının qoniometr vasitəsilə təyini Linzaların xətalarının təyini Toplayıcı və səpici linzaların baş fokus məsafələrininin təyini Baxış borusunun böyütməsinin təyini Şüşənin sındırma əmsalının mikroskop vasitəsilə təyini Prizma maddəsinin sındırma əmsalının spektrometr vasitəsilə təyini

Optika tədris laboratoriyası

Əməkdaşlar Professor-müəllim heyəti: Ø Qasımova Rəna Gümşüd qızı – f. r. e. d. , professor, kafedra müdiri vəzifəsini icra edir ØƏliyeva İradə Nürəddin qızı – b. e. d. , professor, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor ØQocayev Niftalı Mehralı oğlu – f. r. e. d. , professor ØMəmmədov Rasim Qara oğlu – f. r. e. d. , professor

Əməkdaşlar Professor-müəllim heyəti: Useynova Saida Mahmud qızı – f. r. e. n. , dosent Hacıyev Zahid İsmayıl oğlu – f. r. e. n. , dosent Abbasova Gültəkin Cümşüd qızı – f. r. e. n. , dosent Əliyev Rəşid Eyyub oğlu – f. r. e. n. , dosent Paşayev Bəxtiyar Gülmalı oğlu – f. r. e. n. , dosent Hacıyeva Lala Sabir – qızı – f. r. e. n. , dosent Əliyev Ehtiram Zeyni oğlu – f. r. e. n. , dosent

Əməkdaşlar Professor-müəllim heyəti: Hənifəyeva Nigar Əli qızı – f. r. e. n. , müəllim Bağırov Rafiq Mikayıl oğlu – f. r. e. n. , müəllim Qədimova Fəridə Ələkbər qızı- baş müəllim Əliyev Lətif Paşa oğlu – f. r. e. n. , müəllim

Yardımçı heyət 1. Emin-zadə Ülviyyə Ağabala qızı, lab. müdürü 2. Bədəlova Yaxşıxanum Ağazəki qızı, lab. müdürü 3. Suleymanova Nəzakət Tofiq qızı, baş laborant 4. İsmayılova Tərifə İsmayıl qızı, baş laborant 5. Hacıyeva Şəhla Nəbi qızı, baş laborant 6. Kərimova Samirə Xalid qızı, baş laborant 7. Yaqubova Xatirə Oruc qızı, baş laborant 8. Şərifova Validə Həmid qızı, laborant 9. Məmmədova Vüsalə Calali qızı, laborant 10. Əmrahova Aynur Heydərqulu qızı, laborant

Kafedranın doktorantları və dissertantları: Elmlər doktoru proqramı ilə: Abbasova Gültəkin Cümşüd qızı – f. r. e. n. , dosent Paşayev Bəxtiyar Gülmalı oğlu – f. r. e. n. , dosent Fəlsəfə doktoru proqramı ilə: 1. Hacıyeva Şəhla Nəbi qızı 2. Məmmədova Vüsalə Calali qızı 3. Əmrahova Aynur Heydərqulu qızı 4. Şamilova Şəhla Asəf qızı

Tədris olunan fənnlər • SƏTH FİZİKASI • MOLEKULYAR BİRLƏŞMƏLƏRİN İSTİLİK EÇİRMƏSİ • MEXANİKA • MOLEKULLARIN QURULUŞU VƏ MOLEKULYAR QÜVVƏLƏRİN TƏBİƏTİ • MAKROMOLEKULLARIN QURULUŞU VƏ XASSƏLƏRİ • MOLEKULYAR FİZİKASI MAGİSTRATUR A PİLLƏSİ BAKALAVR PİLLƏSİ • OPTİKA • ÇOXATOMLU MOLEKULLARIN RƏQS SPEKTRİNİN NƏZƏRİYYƏSİ VƏ HESABLAMA ÜSULU • MOLEKULYAR AKUSTIKA • MOLEKULYAR QÜVVƏLƏRİN KVANT NƏZƏRİYYƏSİ • MÜRƏKKƏB MOLEKULLARIN NƏZƏRİ KONFORMASİYA TƏHLİLİ ÜSULU • MOLEKUL FİZİKASI • MAKROMOLEKUL MƏHLULUNUN ÖZLÜLÜK NƏZƏRİYYƏSİNİN ƏSASLARI • NMR VƏ EPR ÜSULLARI İLƏ MOLEKULUN QURULUŞUNUN VƏ XASSƏLƏRİNİN ÖYRƏNİLMƏSİ

Başqa fakültələrdə tədris olunan fənnlər Biologiya fakültəsi Ümumi fizika– əsas kurs Kimya fakültəsi Optikaəsas kurs

Kafedranın Elmi Əlaqələri Rusiya v. Moskva Fiziki-Texniki İnstitutu; v. Moskva Fizika Mühəndisləri İnstitutu; v. M. V. Lomonosov adına Moskva Dövlət Universiteti; v. Samara Dövlət Universiteti; v. REA-nın Fizika İnstitutunun Samara filialı; v. REA-nın Sibir şöbəsi, Lazer Fizikası İnstitutu; vİrkutsk Dövlət Universiteti; v. Tomsk Dövlət Universiteti; v. REA-nın Uzaqşərq şöbəsi, Vladivostok Ukrayna v. UEA-nın Fizika İnstitutu Özbəkistan v. Daşkənd Dövlət Aviasiya İnstitutu

Kafedranın Elmi Əlaqələri Moldova v. MEA-nın Nanotexnologiya İnstutu Amerika Birləşmiş Ştatları v. Arizona ştatı v. Texas ştatı Fransa v. Parij

Kafedranın Elmi Əlaqələri İran v. Buşer Sinqapur Qazaxstan

Kafedranın Elmi Əlaqələri Azərbaycan v. Azərbaycan Texniki Universiteti; v. Azərbaycan Tibb Universiteti; v. Azərbaycan Memarlıq və İnşaat Universiteti; v. Azərbaycan Dövlət Neft Akademiyası; v. MEA Fizika İnstitutu; v. MEA Fiziologiya İnstitutu; v. MEA Geologiya İnstitutu. Gürcüstan v. Gürcüstan Texniki Universiteti İngiltərə v. Oksford, Azad Universiteti

Kafedra ilə əlaqə Tel. : (99412) 539 05 07 E-mail: [email protected] az Ünvan: Akademik Zahid Xəlilov küçəsi 23, BDU, Əsas bina, Fizika fakültəsi, Bakı ş. , AZ 1148, Azərbaycan

Kitablar

İnternetdə Azərbaycan dilində olan elmi kitabları tapmaq bəzən çətin olur. Düşündüm ki, bütün əldə etdiyim kitabları bir səhifədə yerləşdirim. Səhifə daim yenilənəcək. Kimdə siyahıda olmayan kitabın elektron versiyası varsa, xahiş edirəm, mənə göndərsin, burada yerləşdirək.

Ümumi fizika kursu

  • Mexanika, Niftalı Qocayev, Bakı Dövlət Universiteti 2005 [.rar]
  • Mexanika, Niftalı Qocayev, Qafqaz Universiteti, 2011 [.pdf]
  • Mexanika və molekulyar fizika, Faiq Əhmədov, Bakı Dövlət Universiteti, 2006 [.rar]
  • Molekulyar fizika, Niftal; Qocayev, Qafqaz Universiteti, 2008 [.pdf]
  • Atom fizikası, Hacıyev S.A., Məmmədov M.Ş [.pdf]
  • Atom fizikası, Məsimov E.Ə., Mürsəlov T.Ə., 2002 [.pdf]
  • Radiofizika, Bakı Dövlət Universiteti , 2008 [.pdf]

Nəzəri fizika kursu

  • Kvant mexanikası, Abdulla Muxtarov, 1999 [.pdf]

Share this:

Bunu bəyən:

Bəyən Yüklənir.

“ Kitablar ” üçün 5 cavab

Salam mümkündürsə Molekulyar fizika, Niftal; Qocayev, Qafqaz Universiteti, 2008 [.pdf] bu kitabı mənim mailimə göndərin. yaqubovperviz7@gmail.com

Röyal nezerov | İyun 10, 2019 tarixində, saat 12:47
Xais edirem molekulyar fizikani menim de email unvanima gonderin
Salam. mumkunse Molekulyar fizika kitabini bana da gonderirmisiniz?

Salam Zəhmət olmasa bu kitabı mənə göndərərdiniz taapa bilmədim heç cür.
Molekulyar fizika, Niftal; Qocayev ttemurzada@mail.ru

Süleyman Məmmədov | Yanvar 6, 2023 tarixində, saat 21:49
Salam. Kitabların adlarında keçid etməmisiz. Keçid edin ki rahat yükləmək olsun. Təşəkkürlər.

Bir cavab yazın

“Çox güman, maraqlı olacaq az bir şey danışa bilərəm, madam seçilmiş sahədən az şey bilirəm, amma bildiklərimlə bölüşəcəm.”
Takeşi Kitano

Comments are closed, but trackbacks and pingbacks are open.