Muasir azerbaycan edebiyyati i cild
Çün batar cisminə təndə hər tük, olmuş bir tikən.
Muasir azerbaycan edebiyyati i cild
Orta dövr Azərbaycan ədəbiyyat
(XIII əsrdən XVI əsrə qədər)
XIII-XVI əsrlərdə baş verən tarixi –siyasi hadisələrin axarı anadilli ədəbiyyatımızın inkişafına, doğma dilimizdə kamil sənət əsərlərinin meydana gəlməsi üçün münbit zəmin yaratdı. Doğma dilimizin rəvac tapdığı bu dövrdə yazıb–yaratmış Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, kimi görkəmli şairlərin əsərlərində cəmiyətdə baş verən hadisələrə münasibət, fəal həyat mövqeyi, mənəvi-əxlaqi dəyərlərlə bağlı düşüncələr öz əksini tapmışdır. Tənqidi ruhu ilə seçilən, cəmiyyətdəki haqsızlıqlara, insan hüquqlarının tapdalamasına etirazı ifadə edən əsərlər dərin humanist mahiyyətə malikdir.
Orta əsrlər ədəbiyyatında humanizm, xeyirxahlıq, insana inam, şərə qarşı mübarizənin zəruriliyi motivləri geniş yer tuturdu. Klassik sənətkarların yaradıcılığında bəşəri ideyalar, elmin, biliyin yüksək dəyərləndirilməsi, cahilliyin, nadanlığın, eqoizmin mənfi cəhətlər kimi tənqidi, ibrətamiz həyat hadisələri, insan taleyi, xalq mənafeyinin müdafiəsi kimi məsələlər öz əksini tapırdı. Həmin əsərlər məzmun, ideya baxımından xəlqi səciyyəlidir, xalqın ideallarını, həyatın reallıqlarına münasibətdə sənətkarın vətəndaş mövqeyini ifadə edirdi.
XIII-XVI əsrlərdə dünyəvi məzmunlu poeziyanın inkişafı ilə yanaşı, sufiliyin, onun panteist qolunun ideyaları – humanizm, kamil insan problemi ədəbiyyatın, bədii fikrin mərkəzinə gətirir, cahillik, mənsəbpərəstlik, acgözlük, müftəxorluğa nifrət aşılanırdı. Sufi panteizmdə insana müqəddəs varlıq kimi yanaşılır, Allah, insan, kainat vəhdətdə götürülür, eyniləşdirilirdi.Sufi poeziya özünə məxsus məcazlar sistemindən, poetik-fəlsəfi mənalardan istifadə edərək ictimai zülm və haqsızlığa motivlərinə geniş yer verir, insanın mənəvi inkişafında , kamilləşməsində, həqiqət mərtəbəsinə yüksəlməsində söz sənətinin rolu yüksək qiymətləndirilirdi.
Anadilli şeirin ilk nümunələrini yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilindəki şeirlərini Həsənoğlu, farsca şeirlərini “Puri-Həsən” (pur- farsca oğul deməkdir) təxəllüsü ilə yazmışdır. Sağlığında istedadlı sənətkar kimi şöhrət qazanmış şairin əsərləri başqa ölkələrdə də geniş yayılması barədə məlumatlar vardır. “Apardı könlümü bir xoş qəmər üz , canfəza dilbər” qəzəlində n aşağıdakı beytdə şair əsərlərinin Misirdə yüksək dəyərləndirildiyindən bəhs edir:
Şəha şirin sözün qılır Misir bir zaman kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər
Əsərdə sufi “badə”, “məst”, “sürahi”, “qül-qül” rəmzlərindən istifadə, sevgilisinin surətinin (ilahi surətin) əzələdn can içində yazılması fikri lirik qəhrəmanın hislərinin ilahi məhəbbət səciyyəsi daşıdığını göstərir:
Başımdam getmədi hərgiz, səninlə içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Qəzəlin lirik qəhrəmanın sevgilisinə bəslədiyi saf məhəbbət hisləri, onun gözəlliyinə heyranlığı tərənnüm olunmuşdur. Sadiqlik , məhıbbətdə sabitqədəmli olmaq nəcib insana xas olan məziyyət kimi dəyərləndirilir:
Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.
Qəzəlin sənətkarlıq xüsusiyyətləri müəllifin yetkin şair olduğunu göstərir. Qəzəlin hər misrasının sonunda işlədilən sözün ikinci misranın əvvəlində sual-cavab şəklində təkrarı orijinal bədii üsul kimi diqqəti cəlb edir. Əsərdə “xoş qəmərüz”, “apardı könlümü”, “başımdan getmədi,” “mən ölsəm” kimi xalq danışıq dilinə xas olan ifadələr əsərin dilində axıcılığı, məzmunun daha asan qavranılmasını təmin edir.
Hökmdar və şair kimi şöhrət qazanmış Qazi Bürhanəddinin (1314-1398) yaradıcılığını ingilis şərqşünası E.Braun türk ədəbiyyatında dünyəvi poeziyanın ilk örnəyi kimi dəyərləndirir. Şairin ana dilində “Divan”ı həmin dövrdə Azərbaycan dilinin yüksək bədii səviyyəyə çatdığını göstərir. “Divan”a daxil edilmiş şeirlərdə məhəbbət və qəhrəmanlığın tərənnümü, şairin humanist, fəlsəfi düşüncələri öz əksini tapmışdır. Şair sırf türk poetik janrlarından olan tuyuğları “Divan”a daxil etməsi də də mühüm poetik yenilik idi.
Qazi Bürhanəddinin tuyuğlarında üzünü elin igid oğullarına tutur, dünyada onların tayı-bərabəri olmadığını, hətta günəşin də öz cövlanında belə cəsurları görmədiyini söyləyir. Belə ərənlər meydanında deyilən hər söz hərb meydanında sübut edilməli, əsl igid döyüş meydanında bəlli olmalıdır. Şair belə bahadırlardan iftixarla danışır, onların mərdliyini yüksək insani məziyyət kimi dəyərləndirir:
Gün necə ki, cövl edir cövlanında,
Görməmiş siz tək cəvan dövranında.
Ərənlər cərgəsində deyilən söz,
Yerinə yetmək gərək meydanında.
Lirik qəhrəmanı düşmənin sayca çoxluğu, qüvvəsi qayğılandırmır. Çünki o, elə aslandır ki, adını eşidəndə düşmən qorxudan titrəyəcəkdir. Şairin poeziyasında qeyrət, namus, yaxşı ad xalqımızın uzun illərin sınağından çıxmış mənəvi dəyərləri kimi təsdiq və təbliğ edilir. Mənasız, ali məqsədsiz əməllər yox, xalq işinə sədaqət, haqq yolunda vuruşmaq, yeri gəlsə, baş qoymaq əsl hünər sayılır.
Seyl axar hələ bu dəm yaşum bənüm,
Yürəgüm qanıyladır aşum bənüm.
Qeyrət üçün bir quşax quşanalum,
Anın üçün gedərsə başum bənüm.
Şairin bahadırlıq tuyuğlarında həyat və ölüm haqqında düşüncələri dini – fəlsəfi məzmun daşıyır. Tuyuğlarda lirik qəhrəman dünyada ölümdən qorxmadığını bəyan edir, “insana canı Allah əmanət vermişdir, onun izni olmadan insanın canını heç kim ala bilməz” fikri ilə yaşayır:
Qorxmazam bu dünyada heç kişidən,
Canumun əmanəti Allahadur.
Tuyuğlarda atalar sözünü xatırladan ifadələr geniş yer tutur: “Hər zaman bir yigidin dövranıdur”, “Əldə beş barmağı kim görmüşdür”, ” Mərd olan yerdə labüd namərdi var”, “Yola çıxanın işin Allah bilür”, “Məhəkə tutmayınca kim nə bilə, Safimüdür, yaxud qatıxlumı zər”, “Ömür ilə əcəl həmkasədür”, “Aləmdə min qarğaya bir sapan bəs”, “Təngri saxlasun anı yaman gözdən” və s. Ədibin “Yemək-içmək, yaxşılıx günün görən ər günündə gər dönə namərd ola” aforistik misraları “Dost dar günündə sınanar” atalar sözünü xatırladır.
XIII yüzillikdə yazılmış, kamil sənət əsəri olan “Dastani-Əhməd Hərami” məsnəvisi quruluşca müxtəlif hadisələrin təsvir olunduğu məclislərdən ibarətdir. Əsərdə nağıl və dastanlar üçün səciyyəvi olan məzmun və forma xüsusiyyətləri diqqəti cəlb edir. Əsərin baş qəhrəmanı adından da göründüyü kimi quldurluqla məşğul olan, həyatda şər qüvvələri təmsil edən Əhməd Həramidir. Əhməd Həraminin başlıca düşməni Bağdad sultanının qızı mübarizliyi, igidliyi ilə seçilən Güləndamdır. Güləndam Bağdad sultanının xəzinəsini oğurlamağa cəhd edən Əhməd Həramini yaralayır, doqquz yoldaşını öldürür, xəzinəni ələ keçirməyə imkan vermir. Beləliklə, o, özünə Əhməd Hərami kimi qisas almaq arzusu ilə alışıb-yanan, təhlükəli bir düşmən qazanır. Bu hadisədən sonra Güləndam üçün çətin günlər başlayır. Şahzadə Güləfruxa ərə gedən Güləndam Şirazda böyük bir sarayda yaşayır. Qırx igid və iki arslan gecə-gündüz onun keşiyini çəksə də, Güləndam bilir ki, hiyləgər və kinli Əhməd Hərami harada olsa, onu axtarıb tapacaq, öldürməyincə sakitləşməyəcəkdir. Lakin Əhməd Hərami onun yaşadığı sarayı tapıb igidləri və arslanları öldürsə də, özü Güləndam tərəfindən öıdürülür.
Əsərdə Güləndamın keçirdiyi həyəcanlar, doğmalarından ayrılıq həsrəti, zəmanədən şikayəti “Yalvarış” adlı şeirdə təsirli bir dillə ifadə olunur:
Görün imdi bana netdi zamanə,
Əlimi aldı uş, atdı yabanə.
Nədir bunca bənə cövrü cəfalar,
Məgər qəhr üçün bəslədi anə.
Suçum nədir, cəb netdim, nə qıldım,
Qara bağrım bənim qərq oldu qanə.
Hənuz dəxi qızıl gül qönçəsindən
Açılmadan nə tez döndü xəzanə.
Cəfa imiş bu dünyanın vəfası
Ki, bin yaxşı işi dəyməz yamanə.
Görün bu çərxi-gərduni ki, bəni
Sapana qoyuban atdı yabanə.
XV-XVI əsrlərdə yaşayıb –yaratmış qüdrətli sənətkarlardan olan Həbibi Göyçayın Bərgüşad kəndində anadan olub. Uşaq yaşlarından çobanlıq edən Həbibinin hazırcavablığı, iti ağlı Ağqoyunlu hökmdarı Sultan Yəqubun diqqətini cəlb etmiş, saraya gətirilərək burada təlim-tərbiyə almışdır. Burada şair kimi ad-san qazanan Həbibi Ağqoyunlu hakimiyyətinin süqutundan sonra Şah İsmayıl Xətayinin sarayına dəvət olunmuşdur. Ş.İ.Xətayi onun istedadını, şeirlərini yüksək dəyərləndirərək saraydakı şairlərin başçısı kimi “Məliküş-şüəra” (şairlərin məliki) adlandırmışdır.
1514-cü ildə baş vermiş Çaldıran döyüşündən sonra Həbibi Türkiyədə yaşamış, burada elm, mərifət sahibi, aiqanə şeirlər yazan istedadlı şair kimi nüfuz qazanmışdır. Həbibinin mükəmməl “Divan”ı haqqında məlumatlar olsa da, ədəbiyyatımız üçün böyük hadisə ola biləcək bu şeirlər toplusu tapılmamışdır. Şairin “Tövhidnamə” sində , peyğəmbərə həsr etdiyi “Ya Nəbi” nətində dini görüşləri, Allaha və Məhəmməd peyğəmbərə məhəbbəti böyük sənətkarlıqla ifadə olunb. Şairin yaradıcılığında həm ilahi, həm də dünyəvi məhəbbətin tərənnümünə həsr olunmuş şeirlər mühüm yer tutur.
Sufiyanə şeirlərində şair bütün hikmətlərin, gözəlliklərin, sevginin Allahın neməti, onun varlığının nişanəsi olduğunu söyləyir. Şair məhəbbət mövzusunda əsərlərində lirik qəhrəmanın həqiqət mərtəbəsinə çatmaq, kamillik, vəhdət məqamına yetişmək istəyindən söz açır. “Xərəbat, “Edəlim” şeirlərində mey, saqi, cam, xərəbat kimi rəmzi məna daşıyan sufi terminlərindən istifadə edərək insanı mənəvi saflığa, azad olmağa, kamilləşməyə dəvət edir.
Dünyəvi məhəbbəti, gözəlliyi tərənnüm edən şeirlərində şair lirik qəhrəmanın sevmək-sevilmək arzusuna, həyəcanlarına, sevinc və kədərinə insanın təbii hiss, duyğularının ifadəsi kimi yanaşır:
Düşdü şəbnəm bağə, gəl ta gük nisar etsün sana,
Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.
Necə dinlənsin Həbibi sənsiz , ey əndamı gül.
Çün batar cisminə təndə hər tük, olmuş bir tikən.
Dirili Qurbaninin təravəti və səmimiliyi ilə seçilən, real həyat hadisələrinin təsiri ilə yaranan qoşma və gəraylılarında insan və təbət gözəllikləri sənətkarlıqla tərənnüm edilmişdir. Sənətkarın “Bənövşə” qoşmasında təbiətin gözəlliyindən vəcdə gələn insanın real duyğuları əks etdirilmişdir.
Qurbani irsinin tədqiqatçısı Q.Kazımov yazır:”Qurbani insanı, insanın daxili, ruhi aləmini, təbiətin gözəlliklərini dərindən duymuş, yüksək şair istedadının gücü ilə onları ustalıqla mənalandıra bilmişdir. Təbiətin gözəl guşəsində doğulan Qurbaninin təsvir etdiyi sevgili obrazı – Pəri bu təbiətin özü qədər saf, gözəl, təravətli, zərif və sevimlidir. Qurbani Pərisi bahar nəsimi kimi xoş, dağ çiçəkləri kimi ətirlidir. Onun qəlbində kədər də var, dodaqlarında təbəssüm də. Küsməyi də var, barışmağı da. Təbiətin və gözəlin həmahəng, əlaqəli, müqayisəli təsviri Qurbani şeirinin ən mühüm keyfiyyətidir. Bu müqayisədə təbiət, əfsunlu bir aləmə çevrilir.
Şairin lirik poeziyasında sevgili ğz yerişi, duruşu, geyimi, hərəkətləri, boy-buxunu, ədaları ilə canlı və təbii insandır, real el gözəlidir:
Sallana-sallana gələn Salatın,
Gəl belə sallanma, göz dəyər sənə.
Dəstələ, zülflərin yerə dəyməsin.
Yollar qubarlanar, toz dəyər sənə.
(Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. I cild. Bakı, 2004, s.535, 537)
Həbibinin istər klassik Şərq şeiri, istərsə də xalq şeiri üslubunda yazılmış əsərləri anadilli ədəbiyyatımızın parlaq səhifələrindən birini təşkil edir. O, dilimizin zəngin bədii təsvir və ifadə imkanlarından məharətlə istifadə edərək yazdığı şeirlərləhəm öz dövründə yaşayıb-yaratmış şairlərə, həm də özündən sonrakı ədəbiyyatımıza təsir göstərmişdir.
XIII-XVI yüzilliklər Azərbaycan ədəbi və fəlsəfi fikrinin ən böyük nümayəndələri, mütəfəkkir şairlər İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətayi yaradıcılığı anadilli ədəbiyyatımızın zirvəsini təşkil etməklə istər öz dövrlərində, istərsə də sonrakı mərhələlərdə söz sənətimizin inkişafına güclü təsir göstərdi.
Ənvər Məmmədxanlı
Ənvər Qafar oğlu Məmmədxanlı ( 15 [28] fevral 1913 , Göyçay , Bakı quberniyası – 19 dekabr 1990 ( 1990-12-19 ) , Bakı ) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq yazıçısı (1987).
Mündəricat
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır (1926-1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləmişdir (1931-1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-1938) [1] , “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl Ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943-1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışmışdır (1944-1946). Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur (1946-1964).
Yaradıcılığı
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. “Şərqin səhəri” ([bədii ədəbiyyatın]) tematikasında,növ və janrında,üslubunda,həyatı inikas formasında bir sıra yeni,əsaslı dəyişikliklər əmələ gəldi. Dinc quruculuq illərində ədəbiyyatımızın əsas qəhrəmanı olan qurucu,yaradıcı insan öz yerini Vətəni yadelli işğalçıardan müdafiə edən qəhrəman döyüşçüyə verdi. Onun müharibə illərində qələmə aldığı hekayələrdə,ümumən,o dövr publisistikamızda olduğu kimi,zamanın,günün təxirəsalınmaz tələbləri,adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapırdı. [2] Ədibin üslubunda təmkinli hekayəçiliklə,mübariz,döyüşkən,odlu publisistika vəhdət təşkil edirdi: “Qərb cəbhəsindən məktub”, “Analar yollara çıxdılar”, “Yeni ilin hökmü”, “Silahlı dağlar”, “Qanlı möhür”, “Buz heykəl”, “Haralısan əsgər qardaş?”, “Ananın ölümü”, “Ulduz” (1947), “Od içində” (1951) pyesləri və “Şirvan gözəli” (1957) lirik komediyası tamaşaya qoyulmuşdur. “Şirvan gözəli” Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdür. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.
Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr etmişdir. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. İki dəfə “Şərəf nişanı” (1946-1949), “Qırmızı Əmək bayrağı” (1980-1983) və “İkinci dünya müharibəsi” (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunmuşdur.
1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.
- Burulğan. Bakı: Azərnəşr, 1934, 119 səh.
- Bakı gecələri (hekayələr). Bakı: Azərnəşr, 1936, 214 səh.
- Ayna (kinossenari). Bakı: Uşaqgəncnəşr, 1939, 85 səh.
- Qərbə atəş. Bakı: Azərnəşr, 1943, 74 səh.
- Analar və yollar. Bakı: Azərnəşr, 1943, 126 səh.
- Dirilik çeşməsi. Bakı: Azərnəşr, 1944, 260 səh.
- 25 bahar (oçerk). Təbriz, 1945, 30 səh.
- And. Bakı: Azərnəşr, 1947, 319 səh.
- Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1954, 128 səh.
- Balaca Nərgiz. Bakı: Uşaqgəncnəşr, 1955, 52 səh.
- Hekayələr. Bakı: Azərnəşr, 1956, 185 səh.
- Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 489 səh.
- Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 1985, 232 səh.
- Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 1985, 323 səh.
- Qızıl qönçələr. Bakı: Gənclik, 1988, 88 səh.l
- Buz heykəl. Bakı: 1944
Tərcümələri
- M.Qorki. Özgə qapılarında. Bakı: Gənclik, 1981, 380 səh.
- M.Qorki. Uşaqlıq. Bakı: Gənclik, 1982, 240 səh.
Filmoqrafiya
- Babək (film, 1979)
- Bəxtiyar (film, 1942)
- Cazibə qüvvəsi (film, 1964)
- Fətəli xan (film, 1947)
- İntizar (film, 1969)
- İran Azərbaycanının paytaxtında (film, 1945)
- Leyli və Məcnun (film, 1961)
- Sovqat (film, 1942)
İstinadlar
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- ↑ Müasir azərbaycan ədəbiyyatı,I cild,s.330-331,Bakı\2007
- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Müasir Azərbaycan ədəbiyyatı. İki cilddə, I cild, Bakı:BDU nəşri, 2007,502 s.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 874
- Karvan dayanmadı
- HƏYATI AĞRIYAN ƏNVƏR MƏMMƏDXANLI
- Oralarda kimlər var: Ənvər Məmmədxanlı-100
- Babək haqqında sonuncu roman
Avqust 03, 2021
Ən son məqalələr
Rəşid Şəfəq
Rəşid Əliyev
Rəşid Ələkbərov
Rəşid Əsgərxanov
Rəşid xan Qaplanov
Rəşid Abdullayev
Rəşid Abdullayev (idmançı)
Rəşid Atamalıbəyov
Rəşid Ağamalıyev
Rəşid Baxşəliyev
Ən çox oxunan
Falunqun
Faludə
Falçı qadın (Karavacco)
Famaqusta
Famenin şəhristanı
ənvər, məmmədxanlı, ənvər, qafar, oğlu, məmmədxanlı, fevral, 1913, göyçay, bakı, quberniyası, dekabr, 1990, 1990, bakı, azərbaycan, yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938, ildən, azərbaycan, yazıçılar, birliyinin, üzvü, azərbaycanfilm, kino. Enver Qafar oglu Memmedxanli 15 28 fevral 1913 Goycay Baki quberniyasi 19 dekabr 1990 1990 12 19 Baki Azerbaycan yazicisi nasir kinodramaturq ssenarist tercumeci 1938 ci ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Azerbaycanfilm kinostudiyasinin ssenari redaksiya heyetinin bas redaktoru 1946 1964 Azerbaycan SSR emekdar incesenet xadimi 1963 Azerbaycan SSR xalq yazicisi 1987 Enver MemmedxanliEnver Qafar oglu MemmedxanliDogum tarixi 28 fevral 1913Dogum yeri Goycay Baki quberniyasi Rusiya ImperiyasiVefat tarixi 19 dekabr 1990 77 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri xiyabanVetendasligi AzerbaycanMilliyyeti azerbaycanliFealiyyeti yazici incesenet xadimi sairFealiyyet illeri 1942 1979Eserlerinin dili azerbaycancaMukafatlari 1987 Mundericat 1 Heyati 2 Yaradiciligi 3 Eserleri 4 Tercumeleri 5 Filmoqrafiya 6 Istinadlar 7 MenbeHeyati RedakteEnver Memmedxanli 1913 cu il fevralin 28 de Goycay seherinde dogulmusdur Burada ibtidai mektebi bitirdikden sonra Bakida N Nerimanov adina Senaye texnikomunda tehsil almisdir 1926 1931 Sonra Bakida mexaniki zavodda energetika ve elektriklesdirme idaresinde texnik Azerbaycan Neft Institutu nezdinde olan elmi tedqiqat institutunda texnik elektrik islemisdir 1931 1934 Eyni zamanda Azerbaycan Neft Institutunda iki il qiyabi tehsil almisdir Azernesrin bedii sobesinde redaktor ve tercumeci 1934 1936 Moskvada Ali Kinematoqrafiya Institutunda mudavim 1936 1938 1 Azerbaycanfilm kinostudiyasinda ssenari sobesinin reisi 1941 1942 Ikinci dunya muharibesi dovrunde cenub qerb cebhesinde Qizil Ordu cebhe qezetinin Azerbaycan redaksiyasinin xususi muxbiri olmusdur Sonra redaksiya ile birlikde Stalinqrada gonderilmisdir 1942 ci ilin axirlarinda bir qrup Azerbaycan yazicisi ile Simali Qafqaz cebhesinde 416 ci diviziyada olmusdur Bakida Azerbaycan Radio Verilisleri Komitesinde redaktor kimi calismisdir 1943 1944 Yeniden Zaqafqaziya cebhesine oradan Irana herbi xidmete gonderilmisdir Tebrizde nesr olunan Veten yolunda ordu qezeti redaksiyasida xususi muxbir kimi calismisdir 1944 1946 Ordudan terxis edilenden sonra Azerbaycanfilm kinostudiyasinin ssenari redaksiya heyetinin bas redaktoru olmusdur 1946 1964 Yaradiciligi RedakteEdebi fealiyyete 1930 cu illerden baslamisdir Boyuk Veten muharibesinin baslamasi ile elaqedar olaraq Eserleri kecmis SSRI ve xarici olke xalqlarinin dillerine tercume olunmusdur Serqin seheri bedii edebiyyatin tematikasinda nov ve janrinda uslubunda heyati inikas formasinda bir sira yeni esasli deyisiklikler emele geldi Dinc quruculuq illerinde edebiyyatimizin esas qehremani olan qurucu yaradici insan oz yerini Veteni yadelli isgalciardan mudafie eden qehreman doyuscuye verdi Onun muharibe illerinde qeleme aldigi hekayelerde umumen o dovr publisistikamizda oldugu kimi zamanin gunun texiresalinmaz telebleri adamlarimizin muqeddes vezifesi canli boyalarla oz eksini tapirdi 2 Edibin uslubunda temkinli hekayecilikle mubariz doyusken odlu publisistika vehdet teskil edirdi Qerb cebhesinden mektub Analar yollara cixdilar Yeni ilin hokmu Silahli daglar Qanli mohur Buz heykel Haralisan esger qardas Ananin olumu Ulduz 1947 Od icinde 1951 pyesleri ve Sirvan gozeli 1957 lirik komediyasi tamasaya qoyulmusdur Sirvan gozeli Zaqafqaziya teatr baharinda birinci dereceli diploma layiq gorulmusdur 1957 ci ilde onun Akademik Dram Teatrinda tamasaya qoyulan Serqin seheri eseri SSRI Dovlet mukafatina layiq gorulub Amma mukafat alanlarin siyahisinda muellifin adi olmayib Enver Memmedxanli Avropa ve rus klassik yazicilarindan tercumeler etmisdir Kuba 1967 Turkiye 1968 Ispaniyada 1980 Sovet numayende heyeti terkibinde seferde olmusdur Iki defe Seref nisani 1946 1949 Qirmizi Emek bayragi 1980 1983 ve Ikinci dunya muharibesi ikinci dereceli ordenleri doyus medallari ile teltif olunmusdur 1990 ci il dekabrin 19 da Bakida vefat etmisdir Fexri xiyabanda defn olunmusdur Eserleri RedakteBurulgan Baki Azernesr 1934 119 seh Baki geceleri hekayeler Baki Azernesr 1936 214 seh Ayna kinossenari Baki Usaqgencnesr 1939 85 seh Qerbe ates Baki Azernesr 1943 74 seh Analar ve yollar Baki Azernesr 1943 126 seh Dirilik cesmesi Baki Azernesr 1944 260 seh 25 bahar ocerk Tebriz 1945 30 seh And Baki Azernesr 1947 319 seh Hekayeler Baki Usaqgencnesr 1954 128 seh Balaca Nergiz Baki Usaqgencnesr 1955 52 seh Hekayeler Baki Azernesr 1956 185 seh Secilmis eserleri Baki Azernesr 1960 489 seh Secilmis eserleri iki cildde I cild Baki Yazici 1985 232 seh Secilmis eserleri iki cildde II cild Baki Yazici 1985 323 seh Qizil qonceler Baki Genclik 1988 88 seh l Buz heykel Baki 1944Tercumeleri RedakteM Qorki Ozge qapilarinda Baki Genclik 1981 380 seh M Qorki Usaqliq Baki Genclik 1982 240 seh Filmoqrafiya RedakteBabek film 1979 Bextiyar film 1942 Cazibe quvvesi film 1964 Feteli xan film 1947 Intizar film 1969 Iran Azerbaycaninin paytaxtinda film 1945 Leyli ve Mecnun film 1961 Sovqat film 1942 Istinadlar Redakte Azerbajdzhanskoj SSR kinematografiya Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 12 Muasir azerbaycan edebiyyati I cild s 330 331 Baki 2007Menbe RedakteSemseddin Abbasov Sovet Azerbaycaninin kinosu Kommunist 1958 29 avqust Azad E Kinostudiyada bir gun Reportaj Edebiyyat ve incesenet 1964 13 iyun Xamis Muradov Kinofabrikden baslanan yol Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 4 Muasir Azerbaycan edebiyyati Iki cildde I cild Baki BDU nesri 2007 502 s Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 874 Karvan dayanmadi HEYATI AGRIYAN ENVER MEMMEDXANLI Oralarda kimler var Enver Memmedxanli 100 Babek haqqinda sonuncu romanMenbe https az wikipedia org w index php title Enver Memmedxanli amp oldid 5906752, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Muasir azerbaycan edebiyyati i cild
Azərbaycan ədəbiyyatı – Azərbaycanlı şair və yazıçıların Azərbaycan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Orta dövr
XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altında Azərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan şair və sənətkarların sayının get-gedə artdığını görürük. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.
Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi, İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir.
Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. Hümam Təbrizinin “Dəhnamə” (“On məktub”) poeması, fars dilində “Divan”ı məlumdur. O öz yaradıcılığında sələfi Nizami Gəncəvi sənətindən xeyli bəhrələnmiş, onu xoş sözlərlə yad etmişdir.
Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir. Fəlsəfi suallar və cavablar şəklində yazılmış bu əsərdə dövrün mütərəqqi dünyagörüşlü ziyalılarını və qabaqcıl elm xadimlərini düşündürən bir çox elmi-ictimai problemlər qoyulmuş və mütəfəkkir şairin bilik dairəsində onlara cavab vermək cəhdi edilmişdir.
XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin yüzilin sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmalıdır. Bütün bu əsərlər epik poeziyamızın sonrakı inkişafında müəyyən rol oynamışlar. Bu dövr ədəbiyyatının ümumi inkişaf yoluna nəzər saldıqda XIII-XVI əsrləri vahid ədəbi proses kimi alıb öyrənmək lazım gəlir. Bu zaman kəsiyində anadilli ədəbiyyat sayca və sanbalca get-gedə güclənir və farsdilli poeziyanı üstələyirdisə də, fars dilində yazıb-yaratmaq ənənəsi hələ ədəbi şəxsiyyətlərin müəyyən bir qismini əhatə edirdi.
Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri – Nəsirəddin Tusi (1201-1274), Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onların çapında əsərlər yaratmağa çalışırdılar. “Əxlaqi-Nasiri” kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi.
Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı “Mehr və Müştəri” poemasında Nizaminin “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır.
XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin “Divan”ında Həsənoğlu və Şeyx Səfiyaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır, bir çox yeni, təravətli poetik obrazlar və ifadələr sabitləşir, gələcək sənətkar nəsillərinin istifadəsinə verilir. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunur.
Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatır. Bu böyük şairin əsərləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında dünyəviliyə və humanizmə, demokratizmə doğru iri bir addım kimi nəzərə çarpır. İmadəddin Nəsimi – böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmışdır.
Şairin istifadə etdiyi hürufizm ideyaları yalnız zahiri bir qabıq rolunu oynadığından, bu gün həmin qabıqdan çıxarılmış Nəsimi əsərləri öz dərin humanist məzmunu, insana olan hörmət və məhəbbət hisslərinin zənginliyi ilə çağdaş oxucunu heyran edir. Öz əsərlərini xüsusi şifrlənmiş bir dillə yazan başqa hürufilərdən, ilk növbədə isə mürşüdü Fəzlullah Nəimidən fərqli olaraq, Nəsimi zülm və zorakılığa qarşı öz etirazını açıq ana dilində yazaraq sadə insanlara çatdırmaq, onlarda qeyri-insani hərəkətlərə qarşı nifrət oyatmaq, etriaz dalğasını gücləndirmək məqsədi güdürdü.
Məhəmməd Füzulininanadan olmasının 500 illiyinə həsr edilmiş poçt markası
Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Bu dövrdə ölkə ərazisində müstəqil Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması ədəbi həyatda da müəyyən canlanmaya, anadilli şeirin istər mövzu, istərsə də obraz baxımından inkişafına səbəb olur. Xəlili, Hamidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasım Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri 1436-1467) adını xüsusi qeyd etmək lazımdır. Sələfi Qazi Bürhanəddin kimi o da qanlı döyüşlər arasında fürsət tapıb özü ilə gəzdirdyi qələm-davatı qılınc-qalxanla əvəz etmiş, gözəl bir divan bağlamağa nail olmuşdur. Qazi Bürhanəddin kimi onun da taleyi faciəli olmuş, öz soydaşları olan türklər – Ağqoyunlu türk dövlətinin nümayəndələri tərəfindən amansız döyüşlərdə qətlə yetirilmişdir.
XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri Nemətullah Kişvəridir. Kişvəri əsasən Nəvai təsiri ilə lirik şeirlər yazmış, ancaq bu sahədə Azərbaycan poeziya məktəbinə məxsus orijinal poetik üslub nümayiş etdirməyə nail olmuşdur. Xüsusən şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur. O, Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış, kiçik müasiri, Ağqoyunlu sarayının məliküşşüərası Həbibi ilə tanış olmuşdur.
Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır. Füzulinin özü Həbibi şeirindən təsirlənmiş və onun bədii təsvir vasitələri baxımından gözəl bir qəzəlinə təxmis yazmışdır.
XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin “Gülşəni-şüəra” (“Şairlər gülşəni”), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” (“Seçilmişlər məclisi”) təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsndə oynadığı böyük rolu inkar etmək olmaz.
XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Lakin Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına və bütün gözəlliyi ilə gözlər qarşısında canlanmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlarımız yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı – böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.
Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də Azərbaycan ədəbiyyatının ana dilində inkişafında müstəsna rol oynamışdır. Xətainin böyük ədəbi irsi həm lirik növün müxtəlif janrlarında, həm də məsnəvi-poema janrında yazılmış əsərləri əhatə etməkdədir.
Poeziyada elmiliyə və çoxqatlı poetik fiqurlar işlətməyə böyük əhəmiyyət verən Füzulidən fərqli olaraq, Xətai daha çox sadə xalq dilində əsərlər yazmağa üstünlük vermiş, hətta xalq şeiri üslubunda qoşma, gəraylı, varsağı, bayatı kimi, klassik poeziya üçün ikinci dərəcəli sayılan poetik örnəklər də yaratmışdır. Şairin qələmə aldığı “Dəhnamə” (“On məktub”) poeması bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Poemada Aşiqin Məşuqəyə göndərdiyi on məktub epik-lirik təhkiyə vasitəsilə təsvir edilir. Mətnin içərisində verilmiş qəzəllər isə qəhrəmanların ovqatını çox incəliklə açıqlamağa xidmət göstərir.
Klassik Azərbaycan ədəbiyyatı öz əbədiyaşarılığını hər bir tarixi kəsimdə, hər bir mədəni-ictimai nəsil üçün yeni rakursda təzahür etməsi ilə gerçəkləşdirir. Bu baxımdan hər bir keçid dövrünün formalaşdırdığı nəslin öz Nizamisi, öz Füzulisi, öz Vaqifi olur və bunlar keçmiş nəsillərin gördüyü Nizamidən, Füzulidən, Vaqifdən fərqlənir; yeni ədəbi-estetik, ictimai-ideoloji funksiyaların daşıyıcılarına çevrilir.
Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan, Özbəkistan, Türkmənistanda Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.
Comments are closed, but trackbacks and pingbacks are open.