Press "Enter" to skip to content

Vətəndaşlar ƏDV-ni necə geri ala bilər? Qaydalar açıqlandı – VİDEO

1 Yanvar , 2019 12:30

Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarılacaq

Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarılacaq Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən başlayaraq fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq.

1 Yanvar , 2019 12:30

https://static.report.az/photo/e6fd0364-f3ed-4d1b-970b-1d30cd7e5ea5.jpg

Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən başlayaraq fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq. “Report” xəbər verir ki, fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir. Bildirilir ki, ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Belə ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği,gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu (Quick Reponse Code) olmalıdır. Həmçinin, 102-ci maddəyə edilən dəyişikliklə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır. Bundan başqa, 106-cı maddəyə edilən dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçriilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır.

Vətəndaşlar ƏDV-ni necə geri ala bilər? – Qaydalar açıqlandı – VİDEO

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Elçin Məmmədov açıqlama verib.

BAKU.WS müsahibəni təqdim edir:

– ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib?
– Bu sahədə görülən işlər çərçivəsində texniki və hüquqi məsələlərin həlli tamamlanmaq üzrədir.

Artıq müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı prosesə cəlb ediləcək müvəkkil bank müəyyən edilib – bu, “Kapital Bank”dır.

Həmçinin alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalın (www.edvgerial.az) hazırlanması ilə bağlı işlər başa çatdırılıb və ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır.

Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.

– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?

– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir.

Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.

Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

– Geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?

– İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır.

Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Layihənin maliyyə partnyoru olaraq “Kapital Bank” ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir.

Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Nəğd Pul Krediti

Nəğd pul krediti ilə şəxsi ehtiyaclarınızı aşağı faiz dərəcələri ilə sürətli şəkildə qarşılayın. Kapital Bankın təklif etdiyi cibinizə uyğun hissə-hissə ödəmə imkanından yararlanın.

30 000 AZN-dək Kredit məbləği
59 ayadək Kredit müddəti
13%-dən İllik faiz dərəcəsi

Krediti onlayn dərhal əldə edin!

Gündəlik Tələbat Krediti üçün şərtlər

  • Krediti Kapital Bank və ya digər bankdan əmək haqqı/təqaüd alan şəxslər əldə edə bilər
  • Yaş həddi: 18-70
  • Staj tələbi: son iş yerində staj – minimum 3 ay, ümumi iş stajı – 6 ay. Təqaüdçülər üzrə belə bir tələb yoxdur;
  • Xüsusi hallarda zamin tələb edilə bilər
  • Digər banklarda krediti olanlara da kredit verilə bilər
  • Rəsmi gəliri olan şəxslər

Kapital Bank tərəfindən fiziki şəxslər üçün nəzərdə tutulan münasib faizli nəğd pul krediti bütün şəxsi ehtiyaclarınızı asan şəkildə qarşılamağınıza imkan tanıyır. Sizə geniş istifadə imkanı tanıyan nəğd kredit məhsulu minimal sənədləşmə tələbləri ilə rahatlıqla kredit əldə etməyinizə şərait yaradır. Kapital Bank və ya digər bankdan əmək haqqı və ya təqaüd alan şəxslərin 59 ayadək əldə edə biləcəyi kredit üçün illik faiz dərəcəsi 15%-dən başlayır. Rəsmi gəlirə sahib şəxslər üçün nəzərdə tutulan negd pul kreditinə digər banklarda krediti olan şəxslər də müraciət edə bilər. 30 000 manat dəyərindəki negd kredit məhsulunu əldə etmək üçün xüsusi hallar istisna olmaqla zamin tələb olunmur. Negd pul krediti sadəcə şəxsiyyət vəsiqənizin FİN kodu və mobil nömrənizi daxil edərək online şəkildə əldə edə bilərsiniz. Online müraciəti tamamladıqdan sonra müraciətin təsdiqi üçün filiala yaxınlaşmağınıza ehtiyac yoxdur. Təsdiqləmə prosesi üçün Kapital Bankın təklif etdiyi yerində təsdiqləmə və ya videozəng xidmətlərindən istifadə edə bilərsiniz. Yerində təsdiqləmə, təsdiq üçün kredit mütəxəssisinin müştərinin evi və ya iş yerinə yaxınlaşaraq müraciətin rəsmiləşdirilməsi ilə həyata keçirilir.

Kapital Bank

  • Bank haqqında
  • İnsan resursları
  • Xidmət şəbəkəsi
  • Birbank
  • Xəbərlər
  • Təklif və şikayətlər

Məhsullar

Çevik keçidlər

  • Birbank kartı sifariş et
  • Kredit sifariş et
  • Debet kart sifariş et
  • Onlayn ödənişlər

Digər

Birbank tətbiqini yükləmək üçün
QR-kodu oxudun.

  • Google Play Mobil tətbiqi yüklə
  • App Store Mobil tətbiqi yüklə
  • App Gallery Mobil tətbiqi yüklə

© 2023 «Kapital Bank» ASC. Bütün hüquqlar qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.