Press "Enter" to skip to content

Orfoepiya lüğəti 2013

270
39. Kəlbəliyev Ə. Azərbaycan dili dərslərində şagirdlərin nitq etiketlərin-
dən düzgün istifadə bacarığının aşılanması imkanları. Bakı, 2002.
40. Quliyev S., Hüseynov T. Gəncliyin davranış və nəzarət dəyərləri. Bakı,
1997.
41. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, “Maarif”, 1985.ğ
42. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, 2003.
43. Məmmədov İ. Ekran, efir və dilimiz. Bakı, 1989.
44. Məmmədov N., Axundov A. Dilçiliyə giriş. Bakı, 1966.
45. Məhərrəmli Q. Televiziya dili (avtoreferat), Bakı, 2004.
46. Müasir Azərbaycan dili, II hissə, Bakı, 1980.
47. Muradov B. Nitq mədənityyəti. Bakı, 2007.
48. Mustafayeva Q. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 2010.
49. Nəsrəddin T. “Əxlaqi-Nasiri”. Bakı, 1989.
50. Nitq mədəniyyəti məsələləri. Bakı, 1969
51. Şirəliyev M.Ş. Müasir Azərbaycan dili orfoepiyasının əsasları. “Elm”,
1970.
52. Stanislavski. Mənim səhnə həyatım. Bakı, 1963.
53. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı,
“Maarif”, 1966.
54. Səməd Vurğun. Əsərləri, V cild, Bakı, 1972.
55. Rüstəmov F. Pedaqogika tarixi., Bakı, 2010.

Nadġr abdullayev

TERMĠNLƏR LÜĞƏTĠ

bəlağət – gözəl, aydın danışma qabiliyyəti, natiqlik haqqında elm,
danışıq etikası insanların bir-biri ilə münasibətlərini
tənzim edən danışıq normaları.
daxili nitq – səslənməyən, danışanın özü ilə əlaqələnən, səssiz, lal nitq.
dialoq – (yunanca dialoqos) – iki adamın nitqi.
diskussiya – latın mənşəli “diskussiya” (diskussio) sözü olub
“araşdırmaq”, “təhlil etmək”, “tədqiqat aparmaq”
deməkdir.
evfemizm – yaxşı danışmaq, hər hansı bir sərt mənanı yumşaltmaq,
münasib olmayan söz və ifadə əvəzinə yumşaq, nəzakətli
söz və ifadələr işlətmək. Məs.: “Məni başa düşmədiniz”
əvəzinə “Deyəsən, fikrimi sizə çatdıra bilmədim” və s.
“yox” əvəzinə “xeyr”, “düz deyil” əvəzinə “həqiqətə
uyğun deyildir” işlətmək və s.
evfuizm – həddindən artıq dəbdəbəli, təmtəraqlı nitq.
emosional rəng – danışanın hissləri və iradəsi ilə bağlı olub sözlərə,
ifadələrə əlavə olunan məna çaları, incə məna fərqi.
etiket – ritual (fransız) (etiquette) nitq etikası – qəbul olunmuş
danışıq formaları.
elmi-bəlağət-natiqlik – fikri gözəl, səlis ifadə etmək haqqında elm
elmi-bəyan – ritorika, bəlağər elmi; elmi nitq mədəniyyəti – elmi
əsərlərin, mətnin, danışığın dinləyici və oxucuya zehni
və estetik təsiri.
genetik nitq – əl və bədən hərəkəti vasitəsilə yaranan ünsiyyət,
kommunikativ aktın bir hissəsi.
fəsahət – gözəl, aydın danışıq qabiliyyəti
xitabət – natiqlik sənətindən bəhs edən bir şöbə

260
nitq aktı – müəyyən məqsədlə danışan və dinləyənin ünsiyyəti
şəklində nitq parçası
nitqin emosionallığı – nitqin dinləyicinin emosiyalarına təsir etməklə
onda müəyyən hisslər oyada bilməsi qabiliyyəti
nitq parçası – daxili formaya malik olan, struktur-semantik cəhətdən
vəhdət təşkil edən nitq parçası. Məsələn, cümlə, abzas
nitqin sürəti – müəyyən zaman ərzində nitqin sürəti. Yavaş, adi, sürətli
nitq. Bütün hallarda sözlərin tam və aydın tələffüzü
başlıca göstəricidir.
nitq texnikası – üç cəhət nəzərdə tutulur: tənəffüs, səs və tələffüz.
nitq təqtisi – ifadənin ritmik – intonasiya vasitəsilə ayrıla bilən ən
kiçik mənalı hissəsi.
intellektual nitq – informasiyanın verilməsi məqsədilə məntiqə əsaslanan
nitq.
interpretasiya – izahetmə
inversiya – ifadəliliyi yaratmaq, üslubi effekti artırmaq məqsədilə
cümlənin qəbul olunmuş işlək sırasının pozulması
iyerarxiya – nitq etiketində yaş və vəzifə üstünlüyü. Məs.: yaş və
vəzifəcə özündən böyüklərə “sən” əvəzinə “siz” deyə
mürqaciət olunması
jarqon – hər hansı bir məqsədlə fikrin başqalarından gizlədilməsi
üçün adamların yaratdıqları uydurma süni dil
kommunikasiya – ünsiyyət, ümumi, şərikli ünsiyyət
məam – məna, üslubiyyat, ritorika.
orfoepiya – dilçiliyin ədəbi tələffüzü öyrənən və müəyyənləşdirən
bölməsi
polemika – yunan mənşəli söz (polemikos) olub hər hansı bir
sahədə (siyasət, din, fəlsəfə, incəsənət və s.) söz və
fikir çəkişməsi

261
poliloq – (yunanca polu – çox, loqos – nitq) – söhbətdə iştirak
edən çox adamın nitqi, mükaliməsi
replika – dialoq iştirakçılarının hər birinin qısa nitqi
ritor – (yunanca thetor), orator, Qədim Yunanıstan və Romada
natiq mənasını verən söz
ritorika – natiqlik elmi, sənəti haqqında nəzəriyyə, fəsahətli və
bəlağətli nitq, bəyan
ritorik fiqurlar – anafora, antiteza, inversiya, ritorik sual, təkrar, ritorik
xitab, epifora və s.
spontan – təbii nitq, təşkil olunmamış, bədahətən
süxəndan – söz ustası, gözəl danışan
suxənvər – dil vahidlərinin köməyi ilə müəyyən məlumatı bildirmə,
xəbər vermə
ziyalı nitqi – yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya
işçiləri, jurnalistlər və bədii qiraət ustalarının nitqi,
danışığı
Ģəhri-bəyan – izah, aydınlaşdırma, anlaşma, açıq söyləmə
tavtologiya – (uyunanca tavto – həmin, özü, loqos – soz) cümlədə
eyni və mənaca yaxın olan sözlərin təkrarlanmasından
yaranan artıqlıq. Məs.: atəşkəsi kəsmək, geyimi geymək,
tamaşaya tamaşa etmək, başlamağa başlamaq və s.

262
Söz haqqında atalar sözləri

Abır istəsən çox demə, sağlamlıq istəsən çox yemə.
Adam var ki, dindirərsən can deyər.
Adam var ki, dindirməsən yaxşıdır.
Allaha doğru sözdən qiymətli bir qədəqə yoxdur.
Ayaq büdrəməsi dil büdrəməsindən yaxşıdır.
Bir ağızdan çıxan söz yüz ağıza yayılır.
Dadlı söz dost qazandırar, acı söz düşmən.
Dadlı söz can arzusu, dadsiz söz baş ağrısı.
Damcı daşa dəyər, söz başa.
Danışmaq gümüş olsa, danışmamaq qızıldır.
Danışan dağı aşar, danışmayan yolu çaşar.
Doğru söz acı olar.
Doğru söz qılıncdan itidir.
Doğru danışanın atı yüyürək olar.
Dil var bal gətirir, dil var bəla.
Dil gətirəni el gətirər.
Insan ölər, söz qalar.
Iki dinlə bir söylə.
Dil ürəyin açarıdır.
Kişi sözü üzə deyər.
Sözü ağzında bişir, sonra çıxar.
Qaba söz, qaba hərəkətdən pisdir.
Sözü at, yiyəsi götürər.
Sözü bişir, sonra düşür.
Söz bir olsa dağ yerindən oynayar.
Söz böyüyün, su kiçiyin.
Sözün doğrusunu zarafatda deyərlər.
Sözünü bilməyən ağız başa toxmaq vurdurar.

263
Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
Söz danışıqdan keçər.
Söz həyatın bəzəyidir.
Söz çeynəyən çox, söz deyən az.
Söz götürənin, yer oturanındır.
Söz insanın vuran əlidir.
Söz qılıncdan da itidir.
Söz var gələr keçər, söz var dələr keçər.
Söz var ki, dağa çıxarar, söz var ki, dağdan endirər.
Söz həyatın bəzəyidir.
Söz odur ki, haqqa vara.
Söz sözün dayağıdır.
Sözü məqamında deyərlər.
Söz vaxtına çəkər.
Söz sözü çəkər, arşın bezi.
Sözü bişir, sonra düşür.
Sözün zahiri zərif, batini lətif olmalıdır.
Sözün yaxşısı baldan şirindir.
Söyləyən olma, dinləyən ol.
Yer var danışarlar, yer var sözü udarlar.
Sözü sğöylə alana, qulağında qalana.
Söz var iş bitirər, söz var baş itirər.
Söz var el içində, söz var ev içində.
Sözü sözdən alarlar.
Sözün qədəmi yeyin olar.
Söz həm məlhəmdir, həm də yara.
Ürəkdən çıxan söz ürəyə gedər.

264
Dil, nitq, söz haqqında görkəmli Ģəxsiyyətlərin
fikirlərindən seçmələr

Müxtəlif səciyyəli insanların ürəyinə nüfuz etməyi bacarmayan, onları
həyəcana gətirən və ya sakitləşdirməyin səbəblərini bilməyənlər öz nitqləri ilə
arzu etdikləri məqsədə çata bilməzlər (Siseron).

Ədibin əsası sözdür. Gözəl söz söyləməsini bilən şərəfə çatar (Ədib
Əhməd Yüknəki).
Ürək bulud, sözüm inci, könülsə bir dərya
Dilim bu gövhərə çarçı, zəmanə isə bəha
Əbül-Üla Gəncəvi

Dilim qılınc, oxum isə səhər vaxtı çəkdiyim ah,
Sındıraram səflərini olsa da yüz eylə ləşkər.
Mücirəddin Beyləqani

Sözün kəsər və kəskinliyi qılıncA sirayət edərək onu itiləşdirmiş,
materialını saflaşdırmışdır (Xətib Təbrizi).

İztirab çəkən könüllər sözdən aram tutur.
Qətran Təbrizi

Bəzən dil sıyrılmış qılınca bənzər,
Ayıq ol, başını bədəndən üzər.
Xəqani

Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə?
Nizami

265
Artıq söz danışma, başı ağrıdar,
Hər deyilən sözə çıxma özündən,
Ötən bülbül olma məclisdə gəl sən.
Marağalı Əvhədi

Bu babda gərçi paz çoxdur,
Söz qapusu xatirə açuqdur.
Liykən qüləlüm muna qənaət,
Ta rəf olə işvəyi-şəfaət.
Məsihi

Bənd olmuşam şirin-şirin sözünə,
Sözləri qənd, ağızları piyalə,
Tutilər lal olur şirin dilindən.
Vaqif

Acı sözdən öz dilini dişlərsən.
Saib Təbrizi

Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəm bilin ki, bu
qanunlar sizin üçün müqəddəsdir (Bialo).

Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda
ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Ana dili, təbiəti ona heç
bir təbiətçinin izah edə bilmədiyi bir şəkildə izah edir; o, uşağı onu əhatə edən
adamların xarakteri ilə, içərisində yaşadığı cəmiyyətlə, onun tarixi ilə heç bir
tarixçinin tanış edə bilməyəcəyi bir tərzdə tanış edir; o, uşağı xalq poeziyasına heç
bir bədiiyyatçının edə bilməyəcəyi bir tərzdə daxil edir; nəhayət, o, elə məntiqi
anlayışlar və fəlsəfi görüşlər verir ki, əlbəttə, bunu heç bir filosof uşağa verə
bilməz (K.D.Uşinski).

266
İnsanlar nəyi hiss edir və başa düşürlərsə, onu ifadə edirlər, onlar yalnız
özləri yaxşı başa düşmədiklərini ifadə etməkdə söz tapa bilmirlər (V.Q.Belinski).

Nəyi dumanlı təsəvvür edirsənsə, onu dumanlı da ifadə edirsən. İfadələrin
qeyri-dəqiqliyi və dolaşıqlığı yalnız fuikirlərin dolaşıqlığını tədsiq edir
(N.Q.Çernışevski).

İnsanın şərəfinin bir dəlili də nitqidir (H.B.Zərdabi).

Danışdığı sözün qiymətini bilə,
Məcazi danışa, məcazi gülə
Kəlməsindən ləl, lövhər süzülə
Tamam sözü müəmmalı gərəkdir.
Aşıq Ələsgər

Cəbhədə qılınca, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır
(M.S.Ordubadi).

Gəlib gedər yaxşılar da, yaman da
Qu tükündə, saman üstə yatan da
Aşıq Alı, nə qazandın cahanda,
Səndən qalan qatar-qatar söz oldu.
Aşıq Alı

Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan
Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan.
S.Vurğun

Dil könüllər fəth edən
Böyük insan gücüdür.

267
Dili qiymətdən salar
Ucuz söz, hiylə, böhtan,
Elə saxla dilini,
Nə dil səndən utansın,
Nə sən dildən utan.
R.Rza

Söz qiymətli daşlar kimidir. Bu daşları yaxşı yonub cilalandırıb ən şərəfli
sarayların mərmər divarlarını bəzəmək üçün işlədirlər (M.İbrahimov).

268
ƏDƏBĠYYAT
Azərbaycan dilində

1.
Abdullayev
A.S.
Azərbaycan
dilinin
tədrisi
tarixinə
dair.
“Azərtədrisnəşr”, Bakı, 1958.
2. Abdullayev A.S. Müəllimin nitq mədəniyyəti. Bakı, “Maarif”, 1960.
3. Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı, “Maarif”,
1981.
4. Abdullayev N.Ə. Ədəbi tələffüz təliminin metodikası. Bakı, “Maarif”,
1966.
5. Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı, 1985.
6. Abdullayev N.Ə., Məmmədov Z.T. Nitq mədəniyyəti məsələləri. Bakı,
1998.
7. Abdullayev N.Ə., Məmmədov Z.T. Müəllimin nitq mədəniyyəti. Bakı,
2002.
8. Abdullayev N.Ə., Məmmədov Z.T. Orfoqrafiya- orfoepiya lüğəti. Bakı,
2004.
9. Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti. Bakı, 2012.
10. Abdullayev N.Ə., Tahirov Q.İ. Düzgün yazı təliminin bəzi məsələləri.
Bakı, 2004.
11. Abdullazadə N., Xalıqov F. Azərbaycan dili. Bakı, 2006.
12. Adilov M.N. və b. İzahlı dilçilik terminləri. Bakı, “Maarif”, 1989.
13. Axundov A. Ümumi dilçilik. Bakı, 1973.
14. Ağayev F. Azərbaycan dilinin intonasiyası. Bakı, 1978.
15. Azərbaycan dilinin orfoepiya sözlüyü. Bakı, “Elm”, 1982.
16. Azərbaycan dilinin izahlı lüğəti, III cild, Bakı, “Elm”, 1983.
17. Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı, 1988.
18. Dəmirçizadə Ə.A. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı, 1969.
19. Dəmirçizadə Ə.A. Müasir Azərbaycan dili. Bakı, “Maarif”, 1984.

269
20. Əfəndizadə Ə.R. Azərbaycan ədəbi tələffüzü haqqında. “Azərbaycan
dili və ədəbiyyat tədrisi” (metodik məqalələr toplusu), IV buraxılış,
Bakı, 1955.
21. Əfəndizadə Ə. Azərbaycan dili orfoqrafiyası təliminin elmi əsasları.
“Maarif”, 1968.
22. Əfəndizadə Ə.R. Tələffüzün müxtəlif üslubları haqqında. “Azərbaycan
dili və ədəbiyyat tədrisi” (metodik məqalələr toplusu), II buraxılış, Bakı,
1966.
23. Əfəndizadə Ə. Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı, 1983.
24. Əfəndiyeva T. Azərbaycan dilinin bədii ifadə vasitələri. Bakı, “Elm”,
1973.
25. Əhmədov Ş. Mühazirəçilik məharəti, natiqlik sənəti. Bakı, “Gənclik”,
1985.
26. Əhmədov Ş. Mühqazirəçinin nitqi. Bakı, 1975.
27. Əhmədov B. Sadə cümlənin tədrisi prosesində nitq inkiçafı üzrə
aparılan işlər. Bakı, “Azərtədrisnəşr”, 1964.
28. Əhmədov Ə. Azərbaycan dili tədrisinin bəzi məsələləri. Bakı, 2007.
29. Əliyev V. Heydər Əliyevin dil siyasəti. Bakı, 2003.
30. Əliyev K. Natiqlik sənəti. Bakı, 1994.
31. Əliyev K. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2001.
32. Əliyeva S. Azərbaycanda məhkəmə sənədlərinin dili (avtoreferat), Bakı,
2002.
33. Əsgərov M. Bədii qiraət, Bakı, 1973.
34.Xəlilov H. Diplomatiya mədəniyyəti və natiqlik sənətinin kateqoriyaları.
Bakı, 1994.
35. Xudiyev N. Zamanın axarı ilə. Bakı, 2004.
36.Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili. Bakı, “Elm”, 1998.
37. Həsənov H. Nitq mədədəniyyəti və üslibiyyatın əsasları. Bakı, 1999.
38. Hüseynov R. Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və
pedaqoji fikrin inkişafı (avtoreferat), Bakı, 2007.

270
39. Kəlbəliyev Ə. Azərbaycan dili dərslərində şagirdlərin nitq etiketlərin-
dən düzgün istifadə bacarığının aşılanması imkanları. Bakı, 2002.
40. Quliyev S., Hüseynov T. Gəncliyin davranış və nəzarət dəyərləri. Bakı,
1997.
41. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, “Maarif”, 1985.ğ
42. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, 2003.
43. Məmmədov İ. Ekran, efir və dilimiz. Bakı, 1989.
44. Məmmədov N., Axundov A. Dilçiliyə giriş. Bakı, 1966.
45. Məhərrəmli Q. Televiziya dili (avtoreferat), Bakı, 2004.
46. Müasir Azərbaycan dili, II hissə, Bakı, 1980.
47. Muradov B. Nitq mədənityyəti. Bakı, 2007.
48. Mustafayeva Q. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 2010.
49. Nəsrəddin T. “Əxlaqi-Nasiri”. Bakı, 1989.
50. Nitq mədəniyyəti məsələləri. Bakı, 1969
51. Şirəliyev M.Ş. Müasir Azərbaycan dili orfoepiyasının əsasları. “Elm”,
1970.
52. Stanislavski. Mənim səhnə həyatım. Bakı, 1963.
53. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı,
“Maarif”, 1966.
54. Səməd Vurğun. Əsərləri, V cild, Bakı, 1972.
55. Rüstəmov F. Pedaqogika tarixi., Bakı, 2010.

Rus dilində
56. Актульные проблемы культуры речи. М., «Hаука», 1970.
57. Артумов В.А. Kультура рeчи. М., «Знание», 1966.
58. Бенджамен Спок. Разговор с матерью. Изд-во «Политическая
литература», М., 1991.
59. Дейл Карнеги. Как завоевать друзей и оказывать влияние на
людей. Баку, «Ишыг», 1992

271
60. Мунсик. Способы передачи логического ударения в письменном
речи. Русский язык в школе. М., 1972, № 4.
61. Об ораторском искусстве. М., 1958.
62. Проблемы культуры речи. М., 1970.
63. Пустовалов П.С., Санкевич М.Р. Устная речь. М., 1987.
64. Цицерон. Три такта об ораторском искаусстве. М., 1972.
65. Щерба Л.И. Избранные работы по русскому языку. М., 1957.

272
MÜNDƏRĠCAT

GiriĢ
I fəsil. NĠTQ MƏDƏNĠYYƏTĠNĠN TƏDQĠQĠ,
ĠNKĠġAFI VƏ TƏBLĠĞĠ HAQQINDA

II fəsil. MƏDƏNĠ NĠTQƏ VERĠLƏN BAġLICA
TƏLƏBLƏR

Nitqin aydınlığı
Nitqin yığcamlığı
Nitqin təmizliyi
Nitqin düzgünlüyü
Nitqin zənginliyi
Nitqin sadəliyi
Nitqin orijinallığı
Nitqin münasibliyi
Nitqin rabitəliliyi

III fəsil. NĠTQĠN ĠFADƏLĠLĠYĠ
Nitqin intonasiyası
Vurğu. Söz vurğusu
Məntiqi vurğu
Nitq fasiləsi
Nitqin melodikliyi
Sintaktik quruluşların tələffüz qaydaları

IV fəsil. NĠTQĠN NÖVLƏRĠ VƏ FORMALARI
1.
Dil və nitq
2.
Dialoji nitq
3.
Monoloji nitq
4.
Mühazirə
5.
Məruzə
6.
Çıxış
7.
İctimai-siyasi nitq
8.
Məhkəmə natiqliyi
9.
Akademik natiqlik
10.
İctimai-məişət natiqliyi

273
V fəsil. ƏDƏBĠ DĠL, ONUN NORMALARI
1. Fonetik normalar
2. Leksik normalar
3. Qrammatik normalar
4. Orfoqrafiya qaydaları
5. Orfoepik qaydalar

VI fəsil. NĠTQĠN ÜSLUBLARI
1. Fonetikanin üslubla bağlı məsələləri
2. Morfologiyanın üslubla bağlı məsələləri
3. Sintaksisin üslubla bağlı məsələləri
4 Funksional üslublar

VII fəsil. NĠTQĠN ETĠK MƏSƏLƏLƏRĠ
Müraciət formalarından düzgün istifadə olunması
Sualetmə. Söhbətəqoşulma
Cavabvermə
Nitqi dinləmək. Nitqdinləmə bacarığına yiyələnmək
Şad və ya bəd xəbərin çatdırılması
Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək,
mühakimə yürütmək tərzi
Nitqin etik qaydalarına əməl etmək
Təvazökarlıq mədəni nitqin başlıca şərtlərindəndir
Diskussiya mədəniyyəti
Mədəni nitqin etiketləri

VIII fəsil. NATĠQĠN NĠTQ MƏDƏNĠYYƏTĠ
BARƏDƏ BƏZĠ TÖVSĠYƏLƏR

Terminlər lüğəti
Ədəbiyyat

274
Nadir Əziz oğlu Abdullayev. 1935-ci ildə Göyçay rayonunun Qazaman
kəndində anadan olmuşdur. Göyçay Pedaqoji Texnikumunu (1950-54), Azərbay-
can Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix-filologiya fakültəsini
(1954-59) bitirmişdir. 1965-ci ildə institutun Azərbaycan dili və onun tədrisi
metodikası kafedrasında müəllimlik fəaliyyətinə başlamış, hal-hazırda həmin
kafedrada professor vəzifəsində çalışır. “Əməkdar müəllim”dir.
N.Abdullayev ictimai fəaliyyətlə də məşğuldur. Azərbaycanda Miqrant və
Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, “Голос
Карабаха” qəzetinin (rus və ingilis dilində) təsisçisidir.
N.Abdullayev Azərbaycan dili, onun tədrisinə dair yazmış olduğu elmi-
metodik və publisistik məqalənin, bir çox dərslik, dərs vəsaitinin müəllifidir.
Onun nəşr etdirdiyi dərslik və dərs vəsaiti aşağıdakılardır:
1. Orfoepiya təliminin metodikasına dair göstəriĢlər (1974);
Morfologiya tədrisində ədəbi tələffüz üzrə aparılan iĢlər (1974); Ədəbi
tələffüz və informasiyanın mənimsədilməsində texniki vasitələrdən istifadə
(1977); Orfoepik çalıĢmalar (1980); Ədəbi tələffüz təliminin metodikası
(1986); Mühazirəçinin nitq mədəniyyəti (1988); Azərbaycan dili və ədəbiyyat
tədrisində texniki vasitələrdən istifadə (H.Balıyevlı birgə) (1988); Azərbaycan
dili təlimində ifadəli nitq üzrə aparılan iĢlər (Z.Məmmədovla birgə) (1996);
Ədəbi tələffüz üzrə çalıĢmalar (1998); Linqvistik təhlil nümunələri
(C.Cəfərovla birlikdə) (1999); Qrammatik təhlil nümunələri (C.Cəfərovla
birlikdə) (2000); Azərbaycan dili fənni üzrə testlər (2000); Düzgün yazı
təliminin bəzi məsələləri (2003); Müəllimin nitq mədəniyyəti (Z.Məmmədovla
birgə) (2003); Orfoqrafiya-orfoepiya lüğəti (Z.Məmmədovla birgə) (2003);
Azərbaycan dilinin morfologiyası (C.Cəfərovla birgə) (2004); Orfoqrafiya və
orfoepiya təlimi məsələləri (2008); Азербайджанские язык (A.Abdullayev və
M.Əsgərovla birgə) (2008); Nitq mədəniyyətinin əsasları (Z.Məmmədovla
birgə) (2008); Azərbaycan dili, IX sinif, dərslik (V.Qurbanovla birgə) (2009);
Butalı xalça (hekayələr toplusu) (2011); Azərbaycan dilinin müxtəsər
orfoepiya lüğəti (2013).

Orfoepiya lüğəti 2013

Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlandıqdan sonra sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğətinin tərtib olunması da nəzərdə tutulur.

Unikal.org xəbər verir ki, bunu trend-ə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli deyib.

Onun sözlərinə görə, orfoepiya lüğətinin hazırlanması üçün ilk olaraq prinsiplər müəyyənləşdirilməlidir.

İ.Məmmədli əlavə edib ki, yeni orfoepiya lüğətinin hazırlanması ilə bağlı əsas mübahisəli məsələlərdən biri bəzi sözlərin düzgün tələffüz formasının iki variantlı olmasıdır: “Bəzi sözlərin iki variantlı tələffüz olunması mübahisə doğurur. Yəni sözün sonunda gələn “k səsi ” x-™ , yoxsa “y kimi deyilməlidir? Məsələn, “gözəllik sözü “gözəllix-™ kimi tələffüz edildikdə oradakı “x-™ səsi deyil, “y”-ya yaxın olandır. Bəzi şivələrdə həmin səs “y, bəzi şivələrdə isə “x-™ kimi səslənir. “Mələk”, “külək”, “ürək”, “çörək” sözlərindəki sonuncu “k səsi Bakıda, eləcə də şimal zonasında “y kimi, amma Qarabağ zonasında “mələx-™”, “ürəx-™”, “çörəx-™” və s. kimi tələffüz edilir. Yeni lüğətin ləngimə səbəbi də elə bu iki variantlıqdır. Ona görə də bu məsələ mübahisəlidir. Bir qrup deyir ki, bu variant, başqa bir qrup deyir ki, digər variant düzgündür. Mütəxəssislər bunu razılaşdırmalıdırlar. Akademik Məmmədağa Şirəliyev “kömək”, “ürək”, “fələk” və s. kimi sözlərdə sonda “y olmasını irəli sürüb. Amma akademik Əbdüləzəl Dəmirçizadə isə “x-™ -yə üstünlük verirdi.

İ.Məmmədli qeyd edib ki, sonuncu “Orfoepiya sözlüyü 1983-cü ildə ümumxalq Azərbaycan dilinə əsaslanaraq hazırlanıb: “Həmin lüğətdə belə iki variantlı sözlərin hər iki tələffüz forması düzgün forma kimi göstərilib. İndi çap edilən məktəbli lüğətlərində də bu sözlər iki variantlı göstərilməli idi. Lakin hazırda məktəblərdə istifadə edilən belə lüğətlər kommersiya məqsədilə hazırlanıb və burada iki variantlılıq prinsipi gözlənilməyib.

Professor əlavə edib ki, düzgün tələffüz forması iki variantlı göstərilən sözlərdən hansı variantın seçilməsi zamanı Azərbaycan xalqının daha çox hansı varianta üstünlük verdiyi, ziyalıların nitqində necə işlənildiyi müəyyənləşdirilməlidir.

Onun sözlərinə görə, yeni orfoepiya lüğəti hazırlanarkən bu fərqliliklər mütləq nəzərə alınacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.