Orta əsrlərdə muğam
Muğam — Azərbaycan xalqının bədii yaradıcılığının zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə gəlib çatmış unikal sənət nümunəsi, Şərq xalqlarının şifahi ənənəli professional musiqisi (ənənəvi musiqi) sistemində özünəməxsus janrdır.
Dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyov Yaxın və Orta Şərq xalqlarının 14-cü əsrdə inkişafın zirvə nöqtəsinə çatmış musiqi mədəniyyətini 12 sütunlu və 6 bürclü (qülləli) bir binaya bənzədir. 14-cü əsrin sonuna yaxın baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu binanın divarları çatlayaraq, uçub dağılmış və Üzeyir bəyin təbirincə desək, Şərq xalqlarından hər biri bu musiqi binasının qiymətli parçalarından istifadə edərək, özünün yeni musiqi barigahını tikmişdir. Üzeyir Hacıbəyovun qeyd etdiyi 12 klassik muğam Şərq xalqlarının ümumi yaradıcılığının bəhrəsi olmuşdur. Azərbaycan muğamları məhz orta əsrin bu 12 muğamı əsasında təşəkkül tapıb inkişaf etmişdir.
Muğamın yaranması haqda müxtəlif fərziyyələr var. Bəzi alimlərin fikrincə, muğam melodiyalarının meydana gəlməsi orta əsr poeziyası ilə bağlı olmuş və şeirlərin sözlərinin uzadılaraq oxunması muğam reçitasiyasının yaranmasını şərtləndirmişdir. Digər tədqiqatçıların fikrincə, reçitativ üslublu muğam melodiyalarının meydana gəlməsində Quran mətnlərinin uzadılaraq avazla oxunmasının mühüm rolu olmuşdur. Tarixən ilkin olaraq vokal, daha sonra instrumental muğamın meydana gəlməsi şübhəsizdir.
Muğam
Muğam — Azərbaycan xalqının bədii yaradıcılığının zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə gəlib çatmış unikal sənət nümunəsi, Şərq xalqlarının şifahi ənənəli professional musiqisi (ənənəvi musiqi) sistemində özünəməxsus janrdır.
Dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyov Yaxın və Orta Şərq xalqlarının 14-cü əsrdə inkişafın zirvə nöqtəsinə çatmış musiqi mədəniyyətini 12 sütunlu və 6 bürclü (qülləli) bir binaya bənzədir. 14-cü əsrin sonuna yaxın baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu binanın divarları çatlayaraq, uçub dağılmış və Üzeyir bəyin təbirincə desək, Şərq xalqlarından hər biri bu musiqi binasının qiymətli parçalarından istifadə edərək, özünün yeni musiqi barigahını tikmişdir. Üzeyir Hacıbəyovun qeyd etdiyi 12 klassik muğam Şərq xalqlarının ümumi yaradıcılığının bəhrəsi olmuşdur. Azərbaycan muğamları məhz orta əsrin bu 12 muğamı əsasında təşəkkül tapıb inkişaf etmişdir.
Muğamın yaranması haqda müxtəlif fərziyyələr var. Bəzi alimlərin fikrincə, muğam melodiyalarının meydana gəlməsi orta əsr poeziyası ilə bağlı olmuş və şeirlərin sözlərinin uzadılaraq oxunması muğam reçitasiyasının yaranmasını şərtləndirmişdir. Digər tədqiqatçıların fikrincə, reçitativ üslublu muğam melodiyalarının meydana gəlməsində Quran mətnlərinin uzadılaraq avazla oxunmasının mühüm rolu olmuşdur. Tarixən ilkin olaraq vokal, daha sonra instrumental muğamın meydana gəlməsi şübhəsizdir.
Muğamlar — xalq çalğı alətlərinin (tar, kamança) müşayiəti ilə xanəndə tərəfindən, yaxud musiqi alətlərinin birində ifa olunan çoxhissəli kompozisiyalardır. Muğam kanonikləşdirilmiş incəsənət növlərinə aiddir və burada klassik kanon ilə improvizasiya üzvi vəhdət təşkil edir. Muğamdakı improvizasiya ciddi normalaşdırılmışdır və ifaçı bu improvizasiyanı yalnız müəyyən qanunlar çərçivəsində edə bilər. Muğamlardan hər birinin əsasını müəyyən bir lad (məqam, modus) təşkil edir. Muğamdakı şöbə və guşə adlanan bölmələr bunun əsasını təşkil edən ladın müəyyən pillələri ətrafında gəzişmələrdən ibarət melodiyalardan yaranır. Şöbə və guşələrin növbələşməsi müəyyən ladın qanunauyğunluqlarına tabe olduğuna görə ifa zamanı bunların ardıcıllığı pozulmamalıdır. Muğamın hər şöbəsi ladın getdikcə daha yüksək pilləsi ətrafında gəzişdiyinə görə muğamdakı inkişaf dramaturgiyasının ibtidaidən aliyə doğru olduğunu görürük; bu inkişaf maye adlanan nöqtədən başlayaraq muğamın zilinə, kulminasiyasınadək davam edir. Kulminasiyadan sonra sürətli «enmə» mərhələsi və əvvəlki nöqtədə — mayedə yekunlaşma baş verir.
Muğamda fazalarla gedən bu inkişafı tədqiqatçılar çox zaman müxtəlif emosional vəziyyətlərdən, əhval-ruhiyyələrdən keçərək zirvəyə ucalması, «ekstatik vəziyyətə çatan ruhun inkişafı, yüksəlişi» (S.Bağırova), «etiraf yolu, həqiqətin ekstatik dərk olunması yolu» (G.Abdullazadə) kimi səciyyələndirirlər. Muğam fəlsəfəsinin sufilik, yəni müxtəlif dərviş təriqətləri və s. ideyalar məcrasında təşəkkül tapıb inkişaf etməsi fikri (G.Abdullazadə) geniş yayılmışdır. Muğama aid olan bütün şöbə, guşə, təsnif, rəng və s. bölmələrin məntiqi qayda üzrə düzülüşündən yaranan böyük kompozisiyalar — dəstgahlar Azərbaycanın şifahi ənənəli professional musiqi sənətinin klassik formasıdır. Muğamların mətni klassik Şərq poeziya janrı olan qəzəllərdən ibarətdir ki, bu janr müstəsna olaraq əruz vəzninə əsaslanır. Muğamlar ən çox Nizami, Füzuli, Vaqif, Seyid Əzim Şirvani, Natəvan, Əliağa Vahid kimi şairlərin qəzəllərinə oxunur.
Muğamı yaşadan, bu klassik sənəti nəsildən nəsilə ötürən və inkişaf etdirərək təkmilləşdirənlər — ifaçılar — xanəndə və sazəndələrdir. Muğamın görkəmli ifaçıları olan yaradıcı sənətkarlar müəyyən qanunlar çərçivəsində muğam kompazisiyalarına yeni nəfəs gətirmiş, məzmununu zənginləşdirmişlər. Xanəndə və sazəndə sənətinin inkişafı nəticəsində 19-20-ci əsrlərdə Azərbaycanın muğam sənəti özünün zirvə nöqtəsinə çatmışdır. 19-cu əsrdə Azərbaycanın muğam sənətkarlarının şöhrəti nəinki bütün Qafqazda, həmçinin Türkiyədə, İranda, Orta Asiyada geniş yayılmışdı. Muğam sənətinin inkişafı nəticəsində Azərbaycanın bir sıra yerlərində, o cümlədən Qarabağda, Şirvanda, Bakıda ifaçılıq məktəbləri meydana gəlmişdir.
19-cu əsrdə Şuşada Xarrat Qulunun yaratdığı xanəndəlik məktəbini misal göstərmək olar ki, Azərbaycanın bir çox görkəmli ifaçıları — Hacı Hüsü, Məşədi İsi, Əbdülbağı Zülalov (Bülbülcan), Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, tarzən Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) bu məktəbin yetirmələri olmuşlar. Muğam ifaçılığının inkişafında bu məktəblərlə yanaşı Şuşada, Bakıda və Şamaxıda fəaliyyət göstərən «məclislərin» — şair və musiqiçilərin çıxış və sənət haqda söhbətləri, qızğın diskussiyalarla keçən yığıncaqlarının müstəsna rolu olmuşdur. Azərbaycana səfər edən fransız yazıçısı Aleksandr Düma özünün «Qafqaza səyahət»ində belə məclislərdən biri haqqında təəssüratlarını qələmə almışdır.
Əsrlərdən bəri zəngin mədəni ənənələri ilə şöhrət qazanmış Qarabağ torpağı sənətkarlar, şair və yazıçılar, musiqiçilər yurdu kimi Azərbaycandan çox uzaqlarda tanınmış, Qarabağın tacı sayılan Şuşa şəhəri isə «Şərqin konservatoriyası» adlandırılmışdır. Qarabağ muğam ifaçılığı məktəbinin ən görkəmli nümayəndələri içərisində yuxarıda adlarını çəkdiyimiz sənətkarlarla yanaşı Seyid Şuşinski, Məcid Behbudov, Məşədi Cəmil Əmirov, Zülfü Adıgözəlov, İslam Abdullayev, Xan Şuşinski kimi görkəmli musiqiçilər, 20-ci əsrin ikinci yarısında Sara Qədimova, Arif Babayev kimi xanəndələr, Qurban Pirimov, Məşədi Zeynal kimi tarzənlər olmuşdur.
Şamaxıda yetişmiş muğam sənətkarları içərisində Mirzə Məhəmmədhəsən, Mehdi, Əbdül Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Hümayi kimi tarzənlər olmuşdur. Bakı məclisinin rəhbəri olan görkəmli musiqiçi Məşədi Məlik Mansurovun İçərişəhərdəki evində toplaşan musiqiçilər içərisində İrandan, Qarabağdan, Şirvandan gələn muğam biliciləri də iştirak edirdi. Məşədi Məlikin oğlanları Mirzə Mansur və Məşədi Süleyman tarzən olmuşlar. Bakı məktəbinin yetişdirmələri arasında tarzən Mirzə Fərəc, Ağa Səid oğlu Ağabala və Seyid Mirbabayev kimi xanəndələri, 20-ci əsrin ortalarında tarzənlərdən Bəhram Mansurovu, Əhməd Bakıxanovu, ifaçılardan Hacıbaba Hüseynovu, bir qədər sonra Əlibaba Məmmədovu qeyd etməliyik. Xanəndə və sazəndələrdən bilik, bacarıq, zövq, böyük emosional və fiziki qüvvə tələb edən dəstgahlar əvvəllər kişi xanəndələr tərəfindən oxunmuşsa, 20-ci əsrdə Həqiqət Rzayeva, Yavər Kələntərli, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Fatma Mehrəliyeva, Zeynəb Xanlarova kimi qadın xanəndələr də mahir dəstgah ifaçıları kimi tanınmışlar.
Muğam sənətinin inkişafında yeni mərhələ olan 20-ci əsr həm də Azərbaycan muğamının yeni bədii sistemə daxil olması ilə səciyyələnir. Bir tərəfdən bu janr əvvəlki dövrlərdə olduğu kimi, muğam sənətkarlarının yaradıcılığında yaşayaraq, təkmilləşməkdə davam edir; digər tərəfdən isə milli musiqimizdə yaranmış yeni istiqamət — bəstəkar yaradıcılığı muğamın yeni müstəviyə çıxarılmasını şərtləndirir. Muğamın bəstəkar yaradıcılığına təsiri, buradakı rolundan danışarkən belə bir maraqlı halla qarşılaşırıq ki, ənənənin özü nəinki yeniliyə mane olmur, əksinə, bu yeniləşməyə təkan verir. 20-ci əsrdə dahi Üzeyir Hacıbəyov — Avropa ənənəsinə əsaslanan bəstəkar yaradıcılığının təməlini qoymuşdur. Və muğamın yeni musiqi sisteminə, daha doğrusu, yeni bədii sistemə daxil olması, əsrlərdən bəri Avropa musiqisi məcrasında yaranıb inkişaf edən janrlarla sintezləşdirilməsi də Üzeyir Hacıbəyovdan başlanır.
Bəstəkarın ilk əsəri — bütün müsəlman Şərqində ilk opera olan «Leyli və Məcnun»un musiqisi bütünlüklə muğamlardan ibarət idi. Bundan sonra milli bəstəkalıq məktəbimizin nümayəndələri içərisində elə bir sənətkar olmayıb ki, muğamdan bəhrələnməsin, hansı bir müstəvidə isə muğama əsaslanmasın. Məhz Azərbaycan musiqisində Şərqin ənənəvi professional musiqi sənəti ilə Avropanın professional musiqi yaradıcılığının sintezi baş tutmuş və bu qovuşuq zəminində tamamilə yeni bir üslub yaranmışdır. Muğamın Avropa simfonizmi ilə qovuşuğundan yeni janr — simfonik muğam janrı meydana gəlmişdir — bunun yaradıcısı Fikrət Əmirov idi («Şur», «Kürd-Ovşarı», «Gülüstan-Bayatı Şiraz»). İlk dəfə xor muğamını yaradan Cahangir Cahangirov olmuşdur («Azad» operası). Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Firəngiz Əlizadə kimi bəstəkarların yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə, aleatorika və sonoristika ilə, «yeni musiqi»ni səciyyələndirən vasitələrlə üzvi vəhdətdə qovuşur. Azərbaycan bəstəkarları muğam prinsiplərini estrada musiqisinə (Tofiq Quliyev), caz sənətinə (Vaqif Mustafazadə) gətirirlər. Bir sözlə, muğam tamamilə yeni bədii sistemlərə daxil olur.
20-ci əsrdə Azərbaycan musiqisinin parlaq simalarından olan Vaqif Mustafazadə muğam və caz sənətini çarpazlaşdırmış, Azərbaycan cazının özünəməxsusluğunu şərtləndirmişdir. Müəyyən, reqlamentləşdirilmiş qurumlar çərçivəsində melodik modellərin variant şəklində inkişafında improvizə amilinin olması muğam ilə caz arasında bir körpü salınmasını asanlaşdırmışdır. Ümumiyyətlə, 20-ci əsrin ortalarından başlayaraq Qərb dünyasında əvvəllər onun üçün yalnız uzaqdan seyr edilə biləcək bir ekzotik musiqi aləmi olan muğam tipli ənənəvi musiqi növlərinin mahiyyətinə varmaq meyli güclənməyə başlamışdır.
Şərq xalqlarının ənənəvi musiqisinin unikal janrları, o cümlədən Azərbaycan muğamının qorunub saxlanması son onilliklərdə ümumdünya miqyasında diqqət mərkəzinə gətirilmişdir. Bu sənət növlərinin müasir elmin nailiyyətləri səviyyəsində tədqiqi və inkişaf etdirilməsilə bağlı problemlər dünyanın ən nüfuzlu musiqiçiləri və alimlərinin qarşılıqlı əməkdaşlığı və fikir mübadiləsi zərurətini yaratmış, 20-ci əsrin 70-ci illərindən başlayaraq keçirilən mötəbər simpozium və konfranslarda müzakirə edilmişdir.
Bu gün Azərbaycanın muğam sənətinin inkişafı yolunda dövlət səviyyəsində aparılan böyük işlər, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi sayəsində həyata keçirilən muğam layihələri, 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin şifahi ənənəli mənəvi şedevrləri siyahısına daxil edilməsi bu unikal sənət növünün misilsiz bədii dəyərə malik olduğunu, beynəlxalq miqyasda mədəniyyətlərarası əhəmiyyətini bir daha təsdiq edir.
Şəhla HƏSƏNOVA,əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının professoru
MUĞAM OXU
Gəl, ey xoşavaz, məclisi şad et, muğam oxu,
söz əhli olan yerdə bir ad et, muğam oxu.
Tanrı dərgahında nə xoş duadı musiqi,
ruhu burda olanları yad et, muğam oxu.
Sal Məcnunu səhralara, Fərhadı dağlara,
çək nalə, bəlayi-eşqdən dad et, muğam oxu.
Öldür Leylini şaqraq səsin zənguləsində,
Fərhad üçün Şirintək fəryad et, muğam oxu.
Hər hıçqırtından qan-yaşlı bir nəşə boylansın,
könülləri yandırıb abad et, muğam oxu.
Bir incə sənətdir ki, anlayar onu hər kəs,
bu sirri-Xudaya etiqad et, muğam oxu.
Fəxrəddintək nə çoxdur musiqi cəfakeşi,
bu əhli-ürfanlara imdad et, muğam oxu.
Şeirin müəllifi: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
- Teqlər:
- muğam
- , Azərbaycan musiqisi
- , mugam haqqinda
Mugam
Muğam Şərgin ən qədim musiqi janrlarından olduğu üçün daima dünya musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olmuşdur. Qədim və orta əsr şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. Bu mənada muğamın bir janr kimi tədqiqatı orta əsrlərdən başlayaraq bu günə qədər aktual problem olaraq musiqişünasların araşdırdığı əsas mövzu kontekstinə daxil olmuşdur. Əl-Kindi, Əl-Münəccim, Əl-Farabi, İbn-Sina, Qş Şirazı, Əl-Əmuli və onlarca görkəmli alimlərin ayrı-ayrı dövrlərdə muğam janrına dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər yazması janrın daima aktual mövzu orbitində olmasına dəlil verir. Muğam janrı Şərq xajqlarının mədəni həyatında,onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində dərin izlər buraxmışdır. Muğamların dərin etimad qazanması aşağıdakı inkişaf istiqamətləri ilə sıx bağlı olmuşdur:
– Muğamların geniş xalq kütləsi arasında nüfuz qazanması.
– Bu sənətin professional ifaçılar tərəfindən qədim və orta əsrlərdə saraylarda, geniş xalq kütləsi arasında inkişaf etdirilməsi.
– Muğamların poeziya ilə sıx əlaqədə ifa olunması və yaşadılması.
Muğamlar müxtəlif hadisələrdə əlaqədar yarandığı üşün onların emosional təsir dairəsi də rəngarəng və bir-birindən fərqlidir. Türklərin,ərəblərin, Romalıların, Hindlilərin, Gilanlıların, Kürdlərin, eləcə də ayrı-ayrı şəxslərin-elm adamların, şahların, vəzir və vəkillərin şairlərin, dərvişlərin və s. arasında böyük nüfuza malik olamasına şəksiz dəlildir. Vokal-instrumental və instrumental muğamların professional ifaçılar tərəfindən yaşadılması, eyni zamanda onların insan psixalogiyasına, mənəviyyatına güclü təsir etməsi faktları muğam janrının kamil və yüksək inkişaf səviyyəsini göstərir.
Orta əsr Şərq xalqları musiqisinin əsas aparıcı amili kimi muğam janrının sirlərinin üzə çıxarılması, onların yaranma tarixinin və elmi-nəzəri əsaslarının araşdırılması aktual problem olaraq qalmışdır. Bu sahədə saysız-hesabsız məqalələrin,fundomental əsərlərin,not kitablarının, səs yazılarının olmasına baxmayaraq muğam janrı hələ də mükəmməl sürətdə öyrənilməmişdir. Muğamlar elmi məxəzlərdə Sasanilər dövrünə qədər işlənsə də orta əsrlərdə muğam janrı haqda olan əsərlərdə muğamların tarixi xüsusi tədqiqat obyektinə çevrilməmişdir. Məhz bu janrın öyrənilməsi sahəsində mövcud çatışmamazlıqlar, vacib problemlər, araşdırıcıların zəmin yaratmışdır.
Dünya alimləri muğamların geniş təhlilində əsas yeri ərəb, türk məkamlarına və İran dəstgahına verməmişlər. Elmi-nəzəri təhlillər göstərir ki, əksər tədqiqatlar mono-kultur, yəni məhdud bir region çərçivəsində aparıldığı üçün bir tərəfli mahiyyət daşımışdır. Ona görə də bir ölkə daxilində araşdırılan muğam janrı müəyyən spesifik cəhətlərin, problemlərin, milli ifaçılıq ənənələrinin öyrənilməsi ilə nəticələnmişdir. Muğamların geniş,qlobal şəkildə araşdırılması bir çox faktların və elmi-nəzəri məsələlərin köıgədə qalmasına gətirib çıxarmışdır.
Kitabda muğam janrı qlobal və regional şəkildə araşdırılır, onun problemləri tarixi nəzəri aspektdən işıqlandırılır, qarşıya qoyulmuş aktual məsələlərin həlli öz şərhini tapır.
1 MUĞAM, MAKAM, MAKOM VƏ YA MƏQAM ELMİ NƏZƏRİ KONSEPSİYASININ AÇIMI
Muğam sənəti Şərq, Asiya və bir sıra avropa əraziıərində yerləşən xalqların məişətində geniş yayılaraq onların musiqi yaradıcılığında unikal sınıy nəvü kimi son dərəcə güclü psixoloji-emosional təsir gücünə malik olan musiqi janrıdır. O, eyni zamanda ifaçının ustalığından və məharətindən asılı olaraq həcmcə və formaca asanlıqla dəyisilə bilən, dialektə, qəzəlin metroritmik quruluşuna, məzmununa görə bu və ya digər müxtəlif milli çalarları əzündə əks etdirən orijinal bir sənət nümunəsidir ki, bir sıra xalqların mədəni inkişafında çox böyük, əvəzolunmaz yer tutub. Muğam sənətinin məhz bu spesifik cəhətləri onu Şərq xalqlarına sevdirmiş və doğmalaşdırmışdır. Ona görə də bu musiqi janrından söhbət düşəndə haqlı olaraq Azərbaycan, türk, fars, ərəb,uyğur,özbək və s xalqları muğamın onların doğma musiqi sənət nümunəsi olmasını iddia edirlər. Muğam sənət növünün genezisinin, modelinin öyrənilməsinə bütün dünya mütəxəssisləri tərəfindən çox böyük diqqət yetirilir. Onu da etiraf edək ki, artıq bir çox ölkələrdə, xüsusilə İranda, Azərbaycanda,Türkiyədə, keçmiş Sovet İttifaqında, avropa və Ərəb ölkələrində, Amerikada bu sahədə taninmış alimlər yetişmişdir. Lakin muğamın bir musiqi janrı kimi harada, kim tərəfindən, nə vaxt yaranması, onun quruluşu, modeli haqqında əsaslı bir söz deyilməmişdir. Muğam sənətinin tarixi haqqında əsasən İran, sonra isə digər ölkələrin alimləri onun Sasanidlər dövründə böyük əhəmiyyət kəsbb etdiyini, geniş inkişaf tapdığı qeyd etmişlər.Bundan başqa muğam sənətinin soy kökü barədə elmə başqa faktlar məlum deyil. Tanınmış ərəb musiqişünası H.H.Tuma yazır ki,makamı (muğam və s.İ. R.) müəyyənləşdirmək ötrü üç ərazi boyu türk, İran, ərəb zonalarında onun daxili strukturunu bu ərazilərin mədəniyyəti üçün müştərək olan elementləri, cəhətləri öyrənmək lazımdır.Muğam sənətini öyrənmək üçün ilk növbədə aşağıdakı cəhətlərə xüsusi diqqət yetirmək lazımdır:
1. Muğam (makam) sənətinin quruluş modeli,lad və melodik xüsusiyyətləri öyrənilməlidir.
2. Muğam sənəti başqa musiqi sənət növləri, həminən başqa xalqlarda mövcud olan anoloji sənət nümunələri ilə qarşılıqlı sürət öyrənilib təhlil edilmılidir.
3. Muğam sənətinin genezisi,adlanır soy kökünün mənası təhlil olunmalıdır.
4. Muğam sənəti şərq musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi öyrənilməlidir.
5. Muğam-məqam konsepsiyasıöz təhlilini tapmalıdır.
6. Muğam sənəti ərazi baxımında, tarixi hadisələrin xronologiyalaşdırılması zəmində,dövrü etaplara, mərhələlərlə öyrənilməlidir.
Digər yalnış bir nəzəriyyə də tədqiqatçı alimlər arasında geniş yayılmışdır. Bu hər şeydən əvvəl muğam sənətinin ərəb-fars musiqi sisteminə əsaslanması nəzəriyyəsidir. Qərb, Rus və Şərq ölkələrinin alimləri orta əsr musiqi traktatlarının əksəriyyətinin ərəb, fars dilinində yazıldığını gördükdə,bu əsərləri bütövlükdə mexaniki olaraq əarəb və fars musiqisinə şamil etmişlər. Ona görə də əksər tədqiqatçılar arasında belə bir fikir yaranmışdır ki, bütün xalqlarda mövcud olan muğam sənəti ğrəb və fars musiqi sisteminə əsaslanır. Bu fikrin yalnış olması və Azərbaycanda bizim eranın VI əsrındə Ərdəbildə muğamların çalınıb oxunması sübut etdi ki, muğam sənəti ərəb ölkələrində yayılmamışdan əvvəl İranda, Azərbaycanda mövcud olmuşdur.
Uzun illərdir ki, istər qərb, istərsə də Şərq elmində bir sözün mənasını araşdırarkən nədənsə o saat ərəb-fars dilləri lüğətinə müraciət olunur və qarşıya qoyulan suala məhz bu mənbələrdə izah axtarılır. Qeyd edək ki, məqam sözü elmi mənbələrə VII əsrlərdən sonra daxil olmuşdur. Digər tərəfdən, VI əsrdə, hətta ondan qabaqkı dövrlərdə İranda,Sasanilər hakimiyyəti vaxtında böyük mədəniyyət olmuşdur.
Iran tədqiqatçıları verdiyi məlumata görə sasanilər dövründə muğamlar dösgah formasında ifa olunardı. Tarixi sənədlərdən məlumdur ki, Ərəb İslam dilinin yaratdıqdan sonra Şərq-Asiya ölkələrinə yürüşlər edərkən öz dinlərini bu ölkələrə yayırdılar kimi, onların mədəni nailiyyətlərini də əks edib ğz ölkələrində yaymağa başladılar. Tanınmış ərəb musiqişunası H.h.Tuma bu xüsusda yazır ki, ərəblərin musiqi həyatı və musiqğ praktikası haqqönda ən qədim məlumatlar b.e VI əsrə-islam dövründən 100-150 il əvvələ təsadüf edir. Bu misalın özü sübut edir ki, soy kök etibarı ilə Ərəb musiqi mədəniyyəti İslamdan sonra formalaşıb inkişaf etmişdir. Bu mənada ərəblər İranda 300 nəfər. Sonrakı dövrlərdə də 200-ə yaxın ustad sənətkarları: ifaçıları, xanəndələri, rəqqasları öz ölkələrinə aparmışlar. Bunların içərisində Azərbaycan-türk musiqiçiləri də olmuşdur. Əl-Məsudinin verdiyi məlumata görə İslam dövründən əvvəl Ərəbistanda tanınmış şair və musiqiçi olan nadir bir əl-Xəris əl Kəldə(622-ci öldürül). İraqdan xosrov Pərvizin(590-6280 yanına gəlmiş və onun sarayında ud çalmağı və oxumağı öyrənmişdir. Sonra isə o, Məkkəyə qayıdaraq mənsud olduğu əhalini də bu sənətə öyrətmişdir.
VII əsrindən qabaq və sonra Ərəb ölkələrinə yayılan İran mədəniyyəti içərisində muğam sənəti də mövcud olmuşdur. Hətta, Ərəb ölkəsində yaşayıb yaradan, mənşecə iranlı olan istedadlı musiqiçi İbn Şırin “avaz” musiqi sənət növünün yaradıcısı kimi sənətsevərlər arasında böyük hörmətlə qarşılanardı. İslam dövründən qat-qat əvvəl İran ərazisində intişar tapmış muğam sənətini bir neçə əsr sonra(makam) ərəb adı ilə adlandırılması özü göstərir ki, muğam sənətinin genezisi ərəb dünyası ilə yox, məhz İran ərazisi ilə bağlı olmuşdur. Sözsüz ki, İranda muğamların öz adı mövcud olmuş, sonradan isə ərəblər onu qəbul etmişlər.Müəyyən dövr keçdikdə bu ad onların dillərinin,dialektlərinin qanunauyğunluqları zəmində dəyişilmiş və bu günkü məqam, makam şəklində bizə gəlib çatmışdır. Bu mənada muğamın məqamın məqam məfhumundan yox, başqa bir sözün etimoloji əsasında yarandığı ehyimalı meydana çıxır.
2 MUĞAM SƏNƏTİNİN ETNİK SOY KÖKÜ
Tanınmış tədqiqatçıların F. Karomatov və Y. Elsner belə hesab edilər ki, makam termini musiqi traktatlarında ilk dəfə XIV əsrdə Əl-Şirazinin (ölüm tarixi 1311) əsərində işlədilmişdir. Bu terminin daha qədim olması ehtimalı da onların məqaləsində öz əksini tapmışdır. Daha sonra Səfiəddin əl-Urməvinin “Kitab əl ədvar” (“Dövrlər haqqında kitab”) əsərinə istinadə bu iki alim yazır ki, musiqiçilər bir qrup musiqi dövrlərinin şədd (cəm halda şüdüd), digərlərini isə avaz adlandırırlar. Elə musiqi dövrləri də mövcud idi ki, onların xüsusi adı olmadığından mürəkkəbad adlandırırdılar.
Bizim eradan çox-çox qabaq və sonrakı dövrlərdə İran ərazisində əsas etibarı ilə cəmiyyətin sayına görə əksəriyyət təşkil edən iki xalq-Azərbaycan türklərinin və Pars-farslarının geniş fəaliyyətləri olmuşdur. İstər ölkənin idarə olunmasında, istərsə də mədəniyyətin inkişaf etdirilməsində bu iki xalqın öhdəsində daha çox məsuliyyət düşmüşdür. Tarixi sənədlərə müraciət etsək gərərik ki, Əhəmənilər, Sasanilər və ondan qabaq Manna, Midiya və Şumer dəvrlərində böyük musiqi mədəniyyəti olmuşdur. Bir çox tarixi mənbələr, o cümlədən “Avesta” da verilən məlumatlara görə Ariyalılar İran ərazisində Orta Asiyadan gəlmiş və orada yerli əhali ilə qarışmışdır.
Tarixi sənədlər göstərir ki, Şərqdə çox böyük,nüfuzlu bir dini təlimin banisi və “Avesta”nın müəllifi Zərdüşt özü Muğtayfaların nümayəndəsi olmuşdur. Ərəb müəlliflərindən Bələzuri Zərdüştün Urmiyə şəhərindən, İbn Xordadbəy Zərdüşt şəhərindən (Cənubi Azərbaycan Neriz ilə Səlməs şəhərlərinin yaxınlığında) olduğunu göstərmişlər. İran mənbələrində qeyd olunur ki, Zərdüşt kahinləri əsasən Muğlardan ibarət idi və onlar xalq arasında, xüsusilə saraylarda böyük nüfuza malik olmuşlar. Qədimdə İran şahları tacqoyma mərasimləri zamanı Mədənidən piyada Azərgəşəsb atəşgedəsinə gələrmişlər. Muğlar İranın kim tərəfindən idarə olunmasından asılı olmayaraq bütün ölkədə, həmçinin şərqdə böyük təsir dairəsinə malik olmuşlar. İyirmi bir hissəli “Avesta” əsərinin IV hissəsi kosmoqonik səciyyə daşımış, V hissə isə astronomiyadan bəhs etmişdir. Eyni zamanda muğların musiqi ilə də məşqul olması qeyd olunur. Məntiqi baxımdan buradan belə bir fikir meydana çıxır ki, orta əsr traktatlarında musiqinin kosmoqonik izahı, yəni ayrı-ayrı muğamların ulduzlarla və diğər planetlərlə üzvü əlaqədə verilməsi hələ bu dövrdə geniş tətbiq olunurmuş. İlk mənbə kimi musiqinin kosmoqonik izahlı öz kökünü qədim Şumerlilərdən b.e. əvvəl III minillikdən götürməsi elmə məlumdur.
B.S. Vinoqradov qeyd edir ki, Zaks Kurta istina edərək yazır ki, bu sənədləri hərtərəfli və dəqiq araşdıran musiqişünaslar belə bir qənaətə gəlirlər ki, “ən qədim mütəşəkkil və sistemləşdirilmiş musiqi nümunələrinə şimerlilər və misirlilər malikdilər. Bizim eradan əvvəl III minillikdə yazılmış şumer mətnləri ənənəvi musiqinin olmasının tam sübut edir. Zaks Kurt isə qeyd edir ki, b.e əvvəl II-III min il qabaq qədim Şərqdə stabil natural oktava, kvarta, kvinta struktur elementlərini müəyyənləşdirən pentatonika və yeddi pilləli ladlar işlədilirdi. Qeyd etdiyimiz faktlardan belə bir real məntiq irəli gəlir ki, Muğların Muğanda çalıb oxuduqları şifahi ənənəvi prşəkar musiqi, havalar öz soy köklərini inkişaf etmiş, formalaşmış, real zəmin əsasında məhz Şumer mədəniyyətindən alır. Şumer mədəniyyətinin də türk tayfalarıilə bağlı olması haqqında çoxlu mənbələr var. Hətta, Şumer dilində olan “arpa”, “saman”, “su”, “qarış” “qanun”, “un”, “tanrı” və s. bu kimi 60-a yaxın sözün məhz Azərbaycan-türk tayfalarının dili ilə bağlı olmasını bir çox tədqiqatçı alimlər sübut etmişlər.
Muğam dəstgahının şəbə və güşələrinin ayrı-ayrı havalardan ibarət olması nəzəriyyəsi də diqqət yetirək. Sənədlərdən məlum olduğu kimi Xosrov Pərvizin sarayında Barbəd 100 ahəng bəstələmişdir. Bu ahənglərin, havaları 30-u haqqında Nizami Gəncəvi, Firdovsi və başqaları geniş məlumat verir.
Muğamlar müəyyən hadisələrlə əlaqədar yaranıb. Bunlardan: Şah xətai, Xosrovanə, Bayatı-Qacar şahıarın şəninə, Novruze-Kuçek, Novruze-Xara, Sale-Novruz, Novruz-rəvəndə Novruz bayramı ilə əlaqədar, bayatı-Əcəm (Əcəm qədimdə iranlılara deyilirdi . Bayat isə türk tayfalarıdır ki, Cənubi Azərbaycanda yaşayırlar-İ.R.) Bayatı-Kürd, ovşarı (həm ərazi adıdır, həm də Əfşar türkdilli tayfalarıdır), Bayatı-İsfahan, Bayatı-Şiraz, Şüştər, Şəhər adları İraq, Azərbaycan ölkə adı və s. ilə əıaqədar yaranmışdır. Göstərilən misallar sübut edir ki, muğamlar ayrı-ayrı hadisələrlə əlagədar yaranmış müxtəlif havalardan ibarət olub, mənşəcə professional musiqi sənət nümunəsidir. Yuxarıdakı misallar bir daha göstərir ki, Muğan ərazisi ilə əlaqədar Muğan havalarının yaranması da tam qanuna uyğundur.
Muğamların emosional təsiri baxımından Nizami Gəncəvinin yuxarıdakı şerini təhlil etsək, yəni “Mən binəvanı o hava ilə əzizlə və havanı daha da qızdırır, həmçin, Müğənni. O qədim havanı cal, Mənə bu dastanı yazmaqda kömək et” misralarına diqqət yetirsək görəcəyik ki, sözün əsl mənasında qeyd edilən bütün parametlər muğamın muğan havası olmasına dəlilverir. Əgər bütün deyilənləri bir əsas kimi götürsək nəticə etibarı ilə deməliyik ki, Muğam. Mukam, Makam, Makom kök etibarı ilə eynidir o, öz soy kökünü muqların sənnətindən muğandan götürür.
Muğam sənəti sinkretik bir sənət növüdür. Bura başqa musiqi janrlarının melodiyaları, metro-ritmik xüsusiyyətləri tarixin müxtəlif mərhələrində daxil olmuş və bu sənət növünü daha da zənginləşdirmişdir. İstər İran Dəstgahlarını, istər Azərbaycan muğamlarını, istərsə də digər xalqlarda məvcud olan bu sənət nümunələrini qarşılıqlı sürətdə təhlil etsək görərik ki, muğam janrının musiqi materialında aşıq sənət nümunələri şoxdur. Həm melodik baxımdan. Həm lad, metro-ritmik xüsusiyyətlər, həm də adlara görə aşıq yaradıcılığına xas çoxluğu ümdə cəhətlər muğamlara sirayət etmişdir. Məs.: “Keşiş-oğlu”, “Qaraçı” (Qəraçə) “Ovşarı”, “Heratı”, “Koroğlu” və s. bu kimi adların muğam sənətində mövcud olması buna gözəl sübutdur.
Aşıq sənət növünə gəldikdə isə mübaliğə etmədən deyə bilərik ki, bu sənət tarixən türk xalqlarından geniş yayılmış və indı də öz hegemon mövgeyini bu xalqların musiqi yaradıcılığına saxlayır. Göstərilən bu dəlil sübut edir ki, muğam sənətinin tarixi kökü türk tayfalarının kökü ilə söx bağlıdır. Dünyanın bir çox arxeolaq və şərqşunas alimləri də öz əsərlərində b.e. əvvəl VI-III minillikdən bəri bir dövrü götürsək İranın Urmiyə gölünün ətrafında qədimlərdə ən böyük mədəniyyət olmasını etiraf etmişdilər. Bu baxımdan bizim irəli sürdüyümüz yeni elmi nəzəri konsepsiyası özünü doğruldur.
Comments are closed, but trackbacks and pingbacks are open.