Press "Enter" to skip to content

Azərbaycan universitetlərində təhsil haqları – SİYAHI – CƏDVƏL

2 beynəlxalq proqram üzrə pullu təhsil:

Ümumi müddəalar Magistratura səviyyəsinin 060405 Sənayenin təşkili və idarə edilməsi

1.1. Magistratura səviyyəsinin 060405 – Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə Təhsii Proqramı «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı», «Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydaları»nın tələblərinə, «Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı»na və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.

1.2. Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasmda fəaliyyət göstərən ali təhsil müəssisələri 060405 – Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə magistr hazırlığını bu Təhsil Proqramı ilə həyata keçirir.

1.3. Strukturda istifadə olunan işarələr: ÜK – ümummədəni kompetensiyalar PK – peşə kompetensiyaları

  1. 060405 – Sənayenin təşkili və idarə edilməsi ixtisasnın xarakteristikası

2.1. Təhsil Proqramının mənimsənilməsinin normativ müddəti və məzunlara verilən elmi-ixtisas dərəcəsi:

– Layihənin idarə olunması

– Innovasiya strategiyasının işlənməsi

– Investisiyanın iqtisadi qiymətləndirilməsi

– Müəssisənin iqtisadiyyatı

3. Məzunım ixtisas xarakteristikası və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

  • özünün intellektual, ümümmədəni və peşə hazırlığı səviyyəsini təkmilləşdirib inkişaf etdirmək (UK-1);
  • kütləvi və elmi natiqlik vərdişlərinə yiyələnmok (ÜK-2);
  • digər sahələrin mütəxəssisləri, elmi nümayəndələri ilə ünsiyyət qurmaq(ÜK-3);
  • işgüzarlıq, peşəkarlıq, ünsiyyət vasitəsi kimi Azərbaycan və xarici dillərdən sərbəst istifadə etmə (UK-4);
  • təşkilati-idarəetmə qərarlarını qəbul edib, onun nəticələrini müəyyonləşdirmək vo buna görə məsuliyyət daşımaq (UK-5);
  • müasir proqram təminatlarmdan sənayenin təşkili və idarə edilməsi problemlərinin həllində istifadə etmək (ÜK-6);
  • kollektivdə işləmək qabiliyyəti (ÜK-7);
  • digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq qabiliyyəti (ÜK-8);
  • fəal sosial mobillik (ÜK-9);
  • beynəlxalq arenada işləmək qabiliyyəti (ÜK-10).
  • sənaye, onun sahələri, firma və müəssisələrin istehsal və kommersiya fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi ilə bağlı təhlil metodlarına malik olmaq (PK-1);
  • elmi araşdırmaların proqram və planlarının tərtibi, elmi – tədqiqat işinin yerinə yetirilməsi üçün fərdi və müştərək icraçılar üçün konkret tapşınqlar paketi işləyib hazırlamaq (PK-2);
  • sənayenin təşkili və idarə edilməsi, firma və müəssisolərin fəaliyyətinə dair elmi – tədqiqat işlərinin aparılmasının düzgün mexanizmini müəyyənləşdirmək, alınan elmi və praktiki nəticələri ümumiləşdirmək, yekun hesabatı tərtib edə bilmək (PK- 3);
  • məqsədli və elmi cəhətdən əsaslandıra bilmək (PK-4);
  • tədqiq olunacaq mövzuya dair statistik və faktiki məlumatların toplanılması, sistemləşdirilməsi, təhlil olunması (müqayisələr aparılması) üçün araşdırmanın metodlarını və üsullarını düzgün seçə bilmək (PK-5);
  • sənayenin təşkili və idarə edilməsinin müasir iqtisadi problemlərini aşkar edə bilmək, onların tədqiq edilmə ardıcıllığını müəyyən etmək və tədqiqat işini təşkil etmək, səriştəli olmaq (PK-6);
  • bütünlükdə sənaye və onun subyektləri üzrə elmi – texniki tərəqqi və innovasiyanın istiqamətlərini müəyyən etmək məqsədilə araşdırmalar aparmaq (PK-7);
  • elmi – tədqiqat mövzularının işlənilməsi prosesində işin elmilik və mötəbərlilik səviyyəsini yüksəltmək məqsədilə ekonometrikanın metodlarından, xüsusilə də iqtisadi – statistik metodlardan geniş istifadə edə bilmək (PK-8);
  • bütövlükdə sənayedə və onun ayrı-ayrı sahələrində investisiya qoyuluşlarının effektivliyinin qiymətləndirilməsində, optimal variantın seçilməsində riskin dərəcəsini azaltmaq üçün dəqiq iqtisadi – riyazi üsulu tapa bilmək (PK-9);
  • elmi – tədqiqat işində statistik və faktiki materialları düzgün qruplaşdırmaq, müqayisəli təhlillər aparmaq, nəticələr çıxarmaq, strateji və taktiki xarakterli qərarlar verə bilmək (PK -10);

Pedaqoji fəaliyyət üzrə:

  • təhsil müəssisələrində sənayenin təşkili və idarə edilməsi, firma və müəssisələrin iqtisadiyyatı, innovasiya strategiyasınm işlənməsi, investisiyanın iqtisadi qiymətləndirilməsi, istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi fənlərini tədris edə bilmək (PK-11);
  • tədris proqramlarını, tədris – metodiki vəsaitləri və tədris – təqvim planlarını işləyib hazırlamaq (PK -12);
  • tədris, təlim və ya digər üsullarla öz biliklərini başqasına ötürə bilməyə (PK-13);
  • hazırlanmış layihələrin reallaşdırılması üçün zərari olan konkret tapşırıqları, onların həyata keçirilməsi mexanizmini müvafiq normativ-hüquqi və qanunvericilik aktlanna uyğunlaşdırmaqla metodiki göstərişlərin hazırlanmasına rəhbərlik edə bilmək (PK -14);
  • hazırlanmış layihə və proqramlann reallaşdırılması üçün konkret tələblər hazırlamaq (PK -15);
  • hazırlanmış layihələrin iqtisadi və sosial səmərəliliyini hesablamaq və qiymətləndirə bilmək (PK -16);
  • firmaların, müəssisə və təşkilatların fəaliyyət planlarını, onların rüblük və illik hesabatlarının işlənilib hazırlanmasına rəhbərlik edə bilmək (PK -17);

Təşkilati inzibatçılıq fəaliyyəti iizrə:

  • sənayenin və onun ayrı-ayrı sahələrinin, habelə təşkilatların, firma və müəssisələrin qısa və uzunmüddətli iqtisadi inkişaf strategiyasının işlənilib hazırlanmasına rəhbərlik etmək (PK -18);
  • müxtəlif təşkilati – hüquqi və təşkilati – iqtisadi formalı firma və müəssisələrin iqtisadyönümlü inzibati – idarə, şöbə və bölmələrinə rəhbərlik etmək (PK -19);
  • sənayenin və onun ayrı-ayrı sahələrinin, habelə təşkilatların, firma və müəssisələrin təsdiq edilmiş istehsal proqramlarının reallaşdırılması prosesini idarə edə bilmək (PK – 20);
  • sənayenin və onun ayrı-ayrı sahələrində, firma və müəssisələrdə iqtisadi və normativ-hüquqi qanunvericilik aktlarına riayət etmək, qanunların pozulması hallarına qarşı barışmaz mövqe nümayiş etdirmək (PK – 21);
  • peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyə(PK-22);
  • müvafiq fəaliyyət və metodları təklif etmək və planlaşdırmağa, onların qısa və uzunmüddətli nəticələrini təhlil etməyə (PK-23);
  • fəaliyyət və ya təhsil sahəsi ilo bağlı problemləri yaradıcı şəkildə müəyyənləşdirmək və ortaya qoya bilməyə, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilməyə (PK-24);
  • fəaliyyət və təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçmək və onlardan istifadə edə bilməyə, həmçinin potensial nəticələri müəyyənləşdirmək və ya qiymətləndirə bilməyə (PK-25);
  • fəaliyyət və təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı şəxsi davramşlarını tənqidi şəkildə qiymətləndirməyə (PK-26);
  • fəaliyyət və təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan və bir xarici dildə şifahi və yazılı olaraq təqdim etmək və əsaslandırmağa, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak edə bilməyə (PK-27);
  • innovativ yanaşma tələb edən mürəkkəb və gözlənilməz şəraitlərdə müstəqil şəkildə fəaliyyət göstərməyə (PK-28);
  • təşkilat və ya qrupların strateji fəaliyyəti ilə bağlı məsuliyyət daşımağa (PK-29);
  • mürəkkəb şəraitlərdə etik qaydalara uyğun şəkildə davrana bilməyə, şəxsi davramşların etik aspektləri, imkanları, məhdudiyyət və sosial rolunu anlamağa, fəaliyyət və təhsil sahəsi ilə bağlı məsələlərdə əsaslandmlmış qiymətləndirmə aparmağa (PK-30);
  • davamlı təlim və peşəkar inkişafia bağlı şəxsi və digoıiərinin ehtiyaclarmı qiymətləndirməyə, həmçinin müstəqil təhsil üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilməyə (PK-31).
  • elmi-tədqiqat;
  • pedaqoji;
  • layihə-iqtisadi;
  • analitik;
  • təşkilati-inzibatçılıq və s.
  • sənayedə və onun ayrı-ayrı sahələrində, təşkilatlarda, firma və müəssisələrdə aktual iqtisadi və idarəetmə problemlərinin aşkar olunaraq tədqiq edilməsi;
  • elmi araşdırmaların iş planı və proqramlarının tərtibi və icra edilməsi;
  • elırıi şöbələr və ayrı-ayrı icraçılar üçün müvafiq tapşırıqlann hazırlanması;
  • tədqiqatların aparılması məqsədi ilə məlumatlarm hazırlanması və işlənilməsi;
  • elmi – tədqiqat işinin aparılması və real nəticələrin ümumiiəşdirilməsi üsullarının və metodlarınm müəyyənləşdirilməsi;
  • elmi – tədqiqat mövzusu ilə bağlı məlumatlarm toplanılması, sistemləşdirilməsi və təhlili;
  • sənaye, onun təşkili və idarə edilməsi, habelə firma və müəssisələrin iqtisadiy-yatı fənlərini təhsil müəssisələrində (mühazirə oxumaq, seminar aparmaq) tədris etmək;
  • tədris proqramlarının və tədris – metodiki vəsaitlərin hazırlanması;
  • sənaye müəssisələrinin və istehsal firmalarmın məhsul satışı bazarlarının genişləndirilməsi imkanlannm araşdırılması və qiymətləndirilməsi;
  • müəssisə və istehsal firmalarınm təsərrüfat-kommersiya fəaliyyətini xarakterizə edən iqtisadi göstəricilərin təhlili;
  • təhlil məqsədilə müvafiq hesablamaların aparılması, qəbul olunmuş idarəetmə qərarlarının əsaslandınlması məqsədilə iqtisadi informasiyanm toplanılması və qiymətləndirilməsi;
  • istehsal və maliyyə resurslarından səmərəli istifadə səviyyəsinin qiymətləndi-rilməsi.
  • bütövlükdə sənayenin və onun ayrı-ayrı sahələrinin, təşkilatların, firma və müəssisələrin cari və perspektiv iqtisadi inkişaf strategiyasının işlənilib hazırlanmasma rəhbərlik etmək bacarığı;
  • təşkilati – iqtisadi və təşkilati-hüquqi formalı müəssisə və istehsal firmalarınm iqtisad yönümlü şöbə və bölmələrini idarə edə bilmək;
  • «sifariş zənbili» əsasmda tərtib və təsdiq olunmuş istehsal proqramının reallaşdırılması prosesini təşkil etmək;
  • müəssisə və istehsal firmalarında material resurslarmdan yaradılan istehsal ehtiyatlarının normativinin gözlənilməsi məqsədilə həyata keçirilən nəzarət işini idarə edə bilmək bacarığı.

4.2.Təhsilin məzmununa qoyulan minimum tələblər

□ İxtisas üzrə fənn bölmələri. fənlərin kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.

Bu bölməyə daxil olan fənlərin öyrənilməsi nəticəsində tələbə

-müasir iqtisad elminin əldə etdiyi nailiyyətləri sistemləşdirilmiş şəkildə şərh etməyi,

-yeni iqtisadi sistemlərin transformasiya prosesinin qanunauyğunluqlarını və metodoloji prinsiplərini,

-mikro və makro iqtisadi problem və modellərin sistemli şəkildə şərhini,

-qlobal qeyri-sabitlik şəraitində iqtisadi artımın və təhlükəsizliyin qorunması siyasəti-ni,

-işgüzar tsiklin idarə olunmasını, uzunmüddətli iqtisadi artımm sürətləndirilməsi yollannı;

-iqtisad elminin və iqtisadiyyatın fəlsəfi-metodoloji aspektdən dəyəıiəndirilməsini,

-mövcud nəzəri və metodoloji problemlərin konseptual qiymətləndirilməsini,

-müxtəlif yanaş-malarm müqayisəli təhlili və nəzəri ümumiləşdirilmələrin aparılması metodikasını,

-iqtisadiyyatm sistemli yaranış keyfiyyətində ictimai həyatın digər sfera və sahələri ilə inteqrativ bağlılığının fəlsəfi interpretasiyasını;

-sənayenin inkişaf səviyyəsinin mövcud vəziyyətini,

-çatrşmazhqlannı və perspektiv-lərini;

-sahənin iqtisadi problemlərini əhatə edən elmi-tədqiqatlarm əsas nəticələrini;

-sənayenin sahə quruluşu və ərazi üzrə təşkilinin müasir vəziyyətini,

– təkmilləşdirilməsi istiqamətlərini və bunun gözlənilən iqtisadi və sosial nəticələrini;

-sənayenin modernləşdirilməsi, restrukturizasiyası, qeyri-neft sektorunun inkişaf etdirilməsi imkanları və bu imkanlarm

-sənayenin inkişafında onun istehsal infrastrukturunun, müəssisə və firmaların xidmət sferalarmın rolu və əhəmiyyətini;

-sənaye müəssisələrinin regionların iqtisadi və sosial inkişafı, əhalinin lüzumsuz miqrasiyasmın məhdudlaşdırılması məsələlərini;

-sənayenin perspektiv inkişaf proqnozlannın reallaşdınlmasmda investisiya layihələrinin işlənilməsi problemlərini,

-investisiya fəaliyyəti, innovasiya siyasətinin prioritet istiqamətlərini.
bacarmahdır:

-riskin və qeyri-müəyyənliyin iqtisadi mahiyyəti, oyunlar nəzəriyyəsinin məzmununu izah etməyi,

-alternativ strategiyanın müəy-yənləşdirilməsini,

-gəlirlərin bölgüsü və yoxsulluğa qarşı mübarizənin istiqamətləri,

-qeyri-bərabərliyı törədən səbəblər, amillər və mənbələri aşkar etməyi,

-makroiqtisadiyyatın əsas prinsipləri, dövlətin iqtisadi siyasəti və onun xarici ticarətin və milli iqtisadiyyatın inkişafına olan təsirini müəyyənləşdirməyi;

-iqtisadi proses və hadisələrin konseptual məzmununu tam və dolğun şəkildə üzə çırxarmağı,

-konseptual yanılmalara yol verilməməyi,

– aparılan tədqiqatlarm fəlsəfi metodoloji yönümünü, o cümlədən

problemlərin tədqiqat metodlan və şərhi üsullarını müəyyən etməyi,

– onların inkişaf təməyyülləri və perspektivləri haqqmda əsaslandınlmış biliklər sistemini formalaşdırmağı;

-firma, müəssisə və sənaye sferasına aid digər subyektlərin təsərrüfat fəaliyyətinin nəticələrinin obyektiv qiymətləndirilməsi üçün müasir metodikanın tətbiqini;

-sahənin və ona daxil olan subyektlərin fəaliyyətinin qiymətləndirilməsi əsasında verilən qərarlarm doğruluğunu;

-sahəyə aid təsərrüfat subyektlərinin iqtisadi məsələ-lərinin həlli üçün proqram təminatından istifadəni;

-sənaye və onun sahələrində iqtisadi proses və meyllərin öyrənilməsi və

-makro və mikro səviyyələrdə mövcud iqtisadi proseslərin proqnozlaşdırılmasını.
yiyələnməlidir:

– sənaye,onun sahələri, firma və müəs-sisələrdə praktiki fəaliyyət vərdişlərinə; -sənayenin iqtisadi problemlərinin elmi -cəhətdən araşdınlması metodo-logiyasına;

-müstəqil elmi-tədqiqat işi aparmaq vərdişlərinə;

-müasir vasitələrin tətbiqi ilə sahədəki iqtisadi proseslərin makro və mikro modelləşdirmə vərdişlərinə;

Sənayenin təşkili və idarə edilməsinin müasir

problemləri
MİF-B02

Tədqiqat metodları
MİF – B03

Azərbaycan universitetlərində təhsil haqları – SİYAHI – CƏDVƏL

Azərbaycanda qəbul imtahanları yaxınlaşdıqca, ali məktəb seçimləri başlayır. Ali məktəb seçimində isə təhsil haqqı bəzən həlledici rol oynayır.

Day.Az-ın məlumatına görə, Fins.az bu mövzunun əhalinin böyük hissəsi üçün əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdəki təhsil haqlarını açıqlayır:

Dillər Universiteti

Fakültələr üzrə illik təhsil haqqı 1 – 2,5 min manat arasında dəyişir.

Ən yüksək təhsil haqqı olan fakültələr

Regionşünaslıq – 2,5 min manat

Beynəlxalq münasibətlər – 2,5 min manat

İngilis dili müəllimliyi – 2,5 min manat

İngilis dili filologiyası – 2,5 min manat

İngilis dili tərcümə – 2,5 min manat

Ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardır – 1000 manat.

Texniki Universiteti

Menecment fakültəsi – 1600 manat,

Avtomatika fakültəsi – 1600 manat,

Maşınqayırma fakültəsi- 1500 manatdır.

Qafqaz Universitetində

Təhsil haqları tələbələrin topladıqları ballara uyğun müəyyən edilir. İxtisas seçimində Qafqaz Universitetini 1-ci seçim edənlərə 10% güzəşt edilir.

Qafqaz Universiteti 2016-2017-ci tədris ili bakalavr səviyyəsi üzrə qəbul ixtisasları

toplanmış bala görə ödəniş və güzəştlər (manatla)

QEYD:1) Ixtisas seçimində Qafqaz Universitetini 1-ci seçim edənlərə 10% güzəşt edilir.

Dövlət İdarəçilik Akademiyası

Kompüter elmləri- 2000 manat

Politologiya – 2500 manat

Siyasi Elmlər- 2500 manat

Beynəlxalq münasibətlər -2500 manat

Hüquqşünaslıq – 2500 manat

Dövlət və bələdiyyə idarəetməsi – 2500 manat

Menecment- – 2500 manat

İqtisadiyyat – 2500 manat

Neft və Sənaye Universiteti

Kompüter elmləri ixtisası -1800 manat

Kompüter mühəndisliyi ixtisası – 1800 manat

İnformatika texnologiyası ixtisası – 1800 manat

Sənayenin təşkili və idarə olunması ixtisası – 1800 manat

Dünya iqtisadiyyatı – 1800 manat

2 beynəlxalq proqram üzrə pullu təhsil:

ABŞ-ın Corciya Universiteti və Almaniyanın Zigen universitetinə hazırlıq üzrə aparılan ixtisaslar -1800 manat

Digər ixtisaslarda isə təhsil haqqı 1600 manatdır.

Xəzər Universiteti

Humanitar və sosial elmlər – 2500 manat

İqtisadiyyat – 4000 manat

Təhsil – 3500 manat

Mühəndislik – 3500 manat

Göstərilən ixtisaslar üzrə magistr təhsili isə 3000 manatdır.

Tibb Universiteti

Müalicə işi fakültəsi – 3000 manat

Əczaçılıq fakültəsi – 2000 manat

Stomotologiya – 3000 manat

Tibbi profilaktika – 2000 manat

Turizm və Menecment Universiteti

Qida məhsulları mühəndisliyi -2500 manat

Turizm və otelçilik – 3000 manat

Regionşünaslıq – 2500 manat

Beynəlxalq münasibətlər – 2500 manat

Menecment – 3000 manat

Marketinq – 3000 manat

Maliyyə – 3000 manat

Biznesin idarə edilməsi – 2800 manat

Nəqliyyat servisi – 2500 manat

Tərcümə – 3000 manat

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması – 2500 manat

Sosial iş – 2500 manat

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.