Press "Enter" to skip to content

Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişikliklər layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib. “Report”un verdiyi xəbərə görə, dəyişiklik Mülki Məcəllənin “Hüquqi şəxs tərəfindən aiddiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası” adlanan 49.1-ci maddəsinin müddəalarına uyğunlaşdırılması məqsədi daşıyır.

“Sığorta fəaliyyəti haqqında” qanuna dəyişikliklər təsdiqlənib

Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişikliklər layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib. “Report”un verdiyi xəbərə görə, dəyişiklik Mülki Məcəllənin “Hüquqi şəxs tərəfindən aiddiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası” adlanan 49.1-ci maddəsinin müddəalarına uyğunlaşdırılması məqsədi daşıyır.

Belə ki, aidiyyəti şəxslərlə bağlanmasına icazə verilən əqdlərə əlavə tələbləri nəzərdə tutan 70-ci maddəyə əlavə edilib.

Bildirilib ki, sığortaçı ona aiddiyəti olan şəxslə bu qanunda nəzərdə tutulmuş əqdləri yalnız aiddiyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5%-ni və daha çox hissəini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə sığortaçı tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarı olduqda bağlaya bilər.

Həmçinin, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin sığortaçının nizamnaməsi ilə səhmdarların ümumi yığıncağına və ya İdarə Heyətinə həvalə edildiyi hallar istisna olmaqla, Direktorlar Şurasının qərarı olduqda əqd bağlanmasına icazə verilir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11) aşağıdakı dəyişikliklər edilsin:
1.1. fəsillərin nömrələrində “I” rəqəmi “1-ci”, “II” rəqəmi “2-ci”, “III” rəqəmi “3-cü”, “IV” rəqəmi “4-cü”, “V” rəqəmi “5-ci”, “VI” rəqəmi “6-cı”, “VII” rəqəmi “7-ci”, “VIII” rəqəmi “8-ci”, “IX” rəqəmi “9-cu”, “X” rəqəmi “10-cu”, “XI” rəqəmi “11-ci”, “XII” rəqəmi “12-ci”, “XIII” rəqəmi “13-cü”, “XIV” rəqəmi “14-cü”, “XV” rəqəmi “15-ci” sözləri ilə əvəz edilsin.
1.2. 1.1.1-ci, 19.2.1-ci, 29.1.15-ci, 37.2.4-cü, 41.2-ci, 110.1.1-ci və 123.1-ci maddələrdə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin.
1.3. 29.1.5-ci, 41.1-ci, 77.3-cü və 95.2-ci maddələrdə “qanunvericiliyə” sözü “qanuna” sözü ilə əvəz edilsin.
1.4. 1-ci maddə üzrə:
1.4.1. 1.1.3-cü maddədə “qanunvericiliklə” sözü “icbari sığorta qanunlarında” sözləri ilə əvəz edilsin;
1.4.2. 1.1.6-cı maddədə “qanunvericiliyinə” sözü “qanunlarına” sözü ilə əvəz edilsin;
1.4.3. 1.1.7-ci maddədən birinci halda “sığorta və ya” sözləri çıxarılsın, “olan” sözündən sonra vergül işarəsi qoyulsun;
1.4.4. 1.1.12-ci maddədən “sığorta qanunvericiliyinə uyğun olaraq,” sözləri çıxarılsın, “sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada hazırlanan” sözləri “bu Qanunun 16.5-ci maddəsinə uyğun olaraq sığorta nəzarəti orqanı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və bu Qanunun tələbləri nəzərə alınmaqla qəbul edilən” sözləri ilə əvəz edilsin;
1.4.5. 1.1.14-cü maddədə “sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində” sözləri “könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə” sözləri ilə əvəz edilsin;
1.4.6. 1.1.15-ci maddədə “qanunvericilik, yaxud müqavilə” sözləri “icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi” sözləri ilə əvəz edilsin;
1.4.7. 1.1.19-cu maddədə “qanunvericiliyə və ya” sözləri “icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə” sözləri ilə əvəz edilsin;
1.4.8. 1.1.20-ci maddədə “qanunvericiliyə” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna, icbari sığorta qanunlarına” sözləri ilə əvəz edilsin;
1.4.9. 1.1.21-ci maddədə “qanunvericiliyə, həmçinin” sözləri “icbari sığorta qanunlarına və ya” sözləri ilə əvəz edilsin;
1.4.10. 1.1.25-ci maddədə “qanunvericiliyə” sözü “bu Qanuna” sözləri ilə əvəz edilsin;
1.4.11. 1.1.31-ci maddədə “qanunvericiliyinə müvafiq olaraq təsis edilən” sözləri “hüdudlarında yaradılmış” sözləri ilə əvəz edilsin;
1.4.12. 1.1.34-cü və 1.1.35-ci maddələrdə “qanunvericiliyinə” sözü “qanunlarına” sözü ilə əvəz edilsin;
1.4.13. 1.1.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.43-cü maddə əlavə edilsin:
“1.1.43. maliyyə sahəsi – bu Qanunun məqsədləri üçün bank, sığorta, qiymətli kağızlar sektorları və pensiya fondları.”.
1.5. 2-ci maddə üzrə:
1.5.1. 2.1-ci maddədə “qanunvericiliyindən” sözü “qanunlarından” sözü ilə əvəz edilsin;
1.5.2. 2.2-ci maddədə “sığorta bazarının tənzimlənməsi üzrə sığorta qanunvericiliyinə müvafiq olan” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, bu Qanunda və icbari sığorta qanunlarında nəzərdə tutulan hallarda sığorta bazarının tənzimlənməsi üzrə” sözləri ilə əvəz edilsin.
1.6. 3-cü maddə üzrə:
1.6.1. 3.2-ci maddədə “sığorta qanunvericiliyi” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və icbari sığorta qanunları” sözləri ilə əvəz edilsin;
1.6.2. 3.3-cü maddədə “Qanuna uyğun olaraq başqa hal tətbiq edilmirsə” sözləri “Qanunun 16.5-ci maddəsini nəzərə almaqla” sözləri ilə əvəz edilsin;
1.6.3. 3.4-cü maddədən “Qanunvericiliklə müəyyən edilmiş hallar istisna edilməklə, icbari” sözləri “İcbari” sözü ilə əvəz edilsin.
1.7. 4.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“4.1. “Sığorta” və “təkrarsığorta” sözlərinin, onlardan törəmiş digər sözlərin, habelə onların digər dillərdəki tərcüməsinin (onların işlədildiyi mətndən həmin sözün müvafiq olaraq sığorta, təkrarsığorta və ya sığorta vasitəçiliyi fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallardan başqa), “sığorta brokeri” və “sığorta agenti” sözlərinin, həmçinin onların digər dillərdəki tərcüməsinin isə hər bir halda qeyd olunan fəaliyyət növləri ilə əsas fəaliyyət növü kimi məşğul olmayan şəxslərin öz adında istifadə etməsi qadağandır.”.
1.8. 5-ci maddə üzrə:
1.8.1. 5.2-ci maddədə “, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və sığorta qanunvericiliyində peşəkar iştirakçı kimi nəzərdə tutulmuş başqa şəxslər” sözləri “və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;
1.8.2. 5.3-cü maddədə “, faydalanan şəxslər və sığorta qanunvericiliyində nəzərdə tutulmuş başqa şəxslər” sözləri “və faydalanan şəxslər” sözləri ilə əvəz edilsin.
1.9. 6-cı maddə üzrə:
1.9.1. 6.2.2-ci maddədə “tərəfinə” sözündən sonra “, habelə təkrarsığorta müqaviləsinin bağlanmasında vasitəçilik edən sığorta brokerinə” sözləri əlavə edilsin;
1.9.2. 6.2.5-ci maddədə “orqana” sözündən sonra “, habelə sığorta nəzarəti orqanının səyyar yoxlama apardığı müddət ərzində müvafiq yoxlayıcılara” sözləri əlavə edilsin;
1.9.3. 6.2.6-cı maddədə “üzrə” sözündən sonra “bu Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla sığorta əməliyyatlarına cəlb edilmiş” sözləri əlavə edilsin və “sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta əməliyyatlarına cəlb olunmuş” sözləri çıxarılsın;
1.9.4. 6.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.2.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta növləri üzrə İcbari Sığorta Bürosuna;”;
1.9.5. 6.3-cü maddədə “müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.
1.10. 7-ci maddə üzrə:
1.10.1. 7.3-cü maddə ləğv edilsin;
1.10.2. 7.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“7.4. Bu Qanunun 7.1-ci və 7.2-ci maddələrinə əməl etməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”.
1.11. 9-cu maddə üzrə:
1.11.1. 9.6-cı maddədə “Təkrarsığortaçının” sözü “Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçının” sözləri ilə əvəz edilsin;
1.11.2. 9.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“9.7. Əhəmiyyətli nəzarətin dövlətə məxsus olmadığı sığortaçının adında “Azərbaycan”, “dövlət”, “milli”, “mərkəzi”, “büdcə” və “respublika” sözlərindən istifadə edilməsi qadağandır.”.
1.12. 10-cu maddə üzrə:
1.12.1. 10.2-ci maddədən “sığorta fəaliyyətinə və ya” sözləri çıxarılsın;
1.12.2. aşağıdakı məzmunda 10.3-1-ci maddə əlavə edilsin:
“10.3–1. Kommersiya məqsədli beynəlxalq dəniz və hava daşımaları ilə, həmçinin kosmik uçuşlar, daşımalar və qurğularla (peyklər də daxil olmaqla) əlaqəli sığorta riskləri (daşınan yüklər, yükləri daşıyan nəqliyyat vasitələri və bunlarla bağlı hər hansı mülki məsuliyyət də daxil olmaqla) xarici sığortaçılar tərəfindən sığortalana bilər.”;
1.12.3. 10.5-ci maddədə “sığortalanmasında və ya təkrarsığortalanmasında” sözləri “sığorta və ya təkrarsığorta etdirilməsində” sözləri ilə əvəz edilsin;
1.12.4. 10.6-cı maddənin birinci cümləsində “təkrarsığortalaya” sözü “təkrarsığorta etdirə” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “həmçinin” sözündən sonra “xarici sığortaçılarda təkrarsığorta etdirmə zamanı” sözləri əlavə edilsin;
1.12.5. 10.8-ci maddədə “Qanunvericilikdə” sözü “Qanunda” sözü ilə əvəz edilsin;
1.12.6. 10.10-cu maddədə “sığortaçılar və sığorta brokerləri tərəfindən” sözləri “sığorta əməliyyatları üzrə” sözləri ilə əvəz edilsin;
1.12.7. aşağıdakı məzmunda 10.11-ci maddə əlavə edilsin:
“10.11. Hər bir sığortaçı öz fəaliyyəti, habelə göstərdiyi sığorta xidmətləri barədə məlumatların elektron qaydada yayılması, şikayət və müraciətlərin bu qaydada qəbul edilməsi üçün rəsmi internet səhifəsinə, həmçinin bağladığı sığorta və təkrarsığorta müqavilələrinə aid məlumatların elektron qaydada daxil edilməsi, emal olunması və saxlanılmasına imkan verən elektron informasiya sisteminə malik olmalıdır. Sığortaçıların rəsmi internet səhifəsi və elektron informasiya sistemi ilə bağlı minimum tələblər sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.”.
1.13. 11-ci maddə üzrə:
1.13.1. 11.1-ci maddədə “və” sözü “, bu Qanunun 11.4-cü maddəsində müəyyən edilmiş halda isə həmçinin” sözləri ilə əvəz edilsin;
1.13.2. 11.2-ci maddə (11.2.1-11.2.6-cı maddələr istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:
“11.2. Sığortaçı və təkrarsığortaçı əsas fəaliyyətlərindən başqa, yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:”;
1.13.3. 11.3-cü maddədə “Təkrarsığortaçılar” sözü “Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçılar” sözləri ilə əvəz edilsin;
1.13.4. 11.4-cü maddədə “fəaliyyətini” sözündən sonra “bu Qanuna uyğun olaraq təkrarsığorta fəaliyyətinə alınmış ayrıca lisenziya əsasında” sözləri əlavə edilsin;
1.13.5. aşağıdakı məzmunda 11.4–1-ci maddə əlavə edilsin:
“11.4–1. İcbari sığorta növünü həyata keçirməyə icazəsi olmayan sığortaçı həmin növ üzrə təkrarsığorta fəaliyyəti göstərə bilməz.”.
1.14. 12.2-ci maddədə “müvafiq qanunvericiliyə” sözləri “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.
1.15. 14-cü maddə üzrə:
1.15.1. 14.3.1.1-ci maddədə “, yaxud xəstəlik” sözləri çıxarılsın, “ümumi hallarla, yaxud peşəsi ilə bağlı” sözləri “ümumi, yaxud peşə” sözləri ilə əvəz edilsin, “sağlamlığına” sözündən əvvəl “bədbəxt hadisə nəticəsində” sözləri əlavə edilsin, “və xəstəlik” sözləri çıxarılsın;
1.15.2. aşağıdakı məzmunda 14.3.1.2–1-ci və 14.3.2.6–1–14.3.2.6–3-cü maddələr əlavə edilsin:
“14.3.1.2–1. sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı xəstələnməsi, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığının pozulması ilə əlaqədar zəruri olan tibbi xərclərin, habelə sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan səfər sığortası;
14.3.2.6–1. digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi ilə əlaqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan titul sığortası;
14.3.2.6–2. yanğın, təbii fəlakətlər, xəstəliklər, ziyanvericilərin yayılması və hücumu nəticəsində kənd təsərrüfatı bitkilərinin və (və ya məhsullarının) tam və ya qismən məhv olması ilə əlaqədar sığorta olunanın əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kənd təsərrüfatı bitkilərinin sığortası;
14.3.2.6–3. yanğın, təbii fəlakətlər, ziyanvericilərin yayılması və hücumu, yoluxucu xəstəliklər nəticəsində kənd təsərrüfatına aid edilən heyvanların və quşların, dovşanların, arı ailələrinin, xəz dərili vəhşi heyvanların məhv olması ilə əlaqədar sığorta olunanın əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kənd təsərrüfatı heyvanlarının sığortası;”;
1.15.3. 14.3.2.7-ci maddədə “14.3.2.6-cı” sözləri “14.3.2.6-3-cü” sözləri ilə əvəz edilsin;
1.15.4. 14.3.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.3.4.2. ipoteka qoyanın (borclunun) ipoteka saxlayan (kreditor) qarşısındakı ipoteka müqaviləsində nəzərdə tutulan borc öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan ipoteka sığortası;”;
1.15.5. aşağıdakı məzmunda 14.3.6-cı maddə əlavə edilsin:
“14.3.6. Gələcəkdə ortaya çıxan mübahisələr nəticəsində hüquqi müdafiə, məsləhət, danışıqların aparılması və bununla əlaqədar digər hüquqi xidmətlərin əldə edilməsi ilə bağlı, həmçinin istintaq, məhkəmə, arbitraj və digər bu kimi icraatların keçirilməsi zamanı ortaya çıxan xərclərin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hüquqi xərclərin sığortası.”.
1.16. 15.2-ci maddə ləğv edilsin.
1.17. 16-cı maddə üzrə:
1.17.1. maddənin adında “növü” sözündən sonra “və sığorta qaydaları” sözləri əlavə edilsin;
1.17.2. 16.4-cü maddədə “sığorta qanunvericiliyi” sözləri “icbari sığorta qanunları” sözləri ilə əvəz edilsin;
1.17.3. 16.5-ci maddədə “qəbul edə bilər” sözləri “müvafiq icra hakimiyyəti orqanının tapşırığı əsasında qəbul edir” sözləri ilə əvəz edilsin.
1.18. aşağıdakı məzmunda 17–1-ci maddə əlavə edilsin:
“Maddə 17–1. Sığorta müqavilələrinin elektron sənəd formasında bağlanması
17–1.1. Sığortaçı sığorta müqavilələrini yalnız aşağıdakı imkanlar mövcud olduqda elektron sənəd formasında bağlaya bilər:
17–1.1.1. sığorta etdirən şəxs sığorta müqaviləsini bağlamazdan əvvəl sığorta qaydalarının elektron versiyası ilə, o cümlədən bu qaydalarla təminat verilən risklərin birini və ya bir neçəsini elektron qaydada seçməklə təklif olunan sığorta şərtləri (sığorta haqqı, sığorta məbləği, azadolma məbləği, güzəştlər) ilə tanış olmaq və onu çap etdirmək imkanına malik olmalıdır;
17–1.1.2. sığorta müqaviləsini bağladıqdan sonra, sığortalı həmin müqavilənin qüvvədə olduğu və bu Qanunun 123.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində istənilən vaxt onun elektron versiyasına çıxış imkanına, eyni zamanda onu çap etdirmək və müvafiq elektron poçt ünvanına yönləndirmək imkanına malik olmalıdır.
17–1.2. Sığortaçının rəsmi internet səhifəsində bu Qanunun 17–1.1-ci maddəsində nəzərdə tutulan imkanlar mövcud olmadıqda, sığorta nəzarəti orqanı sığorta müqavilələrinin elektron sənəd formasında bağlanmasının dayandırılması barədə əsaslandırılmış təqdimatı həmin sığortaçıya verir.”.
1.19. 18-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“18.0. Aşağıdakılardan başqa hər bir şəxs, bu Qanunun tələbləri nəzərə alınmaqla sığortaçının təsisçisi və ya səhmdarı ola bilərlər:
18.0.1. vətəndaşlığı olmayan şəxslər;
18.0.2. siyasi partiyalar;
18.0.3. qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar);
18.0.4. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları istisna olmaqla, digər beynəlxalq təşkilatlar.”.
1.20. 19-cu maddə üzrə:
1.20.1. 19.1-ci maddədə “Azərbaycan Respublikasının vətəndaşı” sözləri “Fiziki şəxs” sözləri ilə əvəz edilsin;
1.20.2. 19.2-ci maddədə “Yerli hüquqi” sözləri “Hüquqi” sözü ilə əvəz edilsin;
1.20.3. 19.2.2-ci maddədə “öz icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu” sözləri “yerli hüquqi şəxslərin icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu, xarici hüquqi şəxslərin isə beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və Azərbaycan Respublikasının müvafiq kredit reytinqindən aşağı olmayan reytinqə malik olması” sözləri ilə əvəz edilsin;
1.20.4. 19.3-cü maddə ləğv edilsin.
1.21. 20-ci maddə üzrə:
1.21.1. maddənin adında “sığortaçılara” sözü “kapitala” sözü ilə, 20.1-ci maddədə “xarici sığortaçıların” sözləri “xarici kapital” sözləri ilə əvəz edilsin;
1.21.2. aşağıdakı məzmunda 20.1–1-ci və 20.1–2-ci maddələr əlavə edilsin:
“20.1–1. Sığortaçının nizamnamə kapitalında bir xarici fiziki şəxsin payı səhmlərin 10 faizindən, xarici fiziki şəxslərə məxsus payların ümumi həcmi 30 faizindən çox ola bilməz.
20.1–2. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları, xarici sığortaçılar, həmçinin xarici institusional investorlar (bank və kredit təşkilatları, pensiya fondları, investisiya fondları) istisna olmaqla, digər xarici hüquqi şəxslərin sığortaçının nizamnamə kapitalındakı ümumi payı səhmlərin 50 faizindən az olmalıdır.”.
1.22. 22-ci maddə üzrə:
1.22.1. 22.2-ci maddədə “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilsin;
1.22.2. 22.3-cü maddədə “ala bilər” sözləri “almalıdır” sözü ilə əvəz edilsin.
1.23. 23-cü maddə üzrə:
1.23.1. 23.1-ci maddədə “sığortaçı” sözü “hüquqi şəxs” sözü ilə əvəz edilsin;
1.23.2. 23.1.1-ci və 23.1.2-ci maddələrdə “yerli hüquqi şəxsə və ya xarici sığortaçıya” sözləri “yerli və ya xarici hüquqi şəxsdə” sözləri ilə əvəz edilsin;
1.23.3. 23.1.3-cü maddədə “yerli hüquqi şəxsin və ya xarici sığortaçının” sözləri “yerli və ya xarici hüquqi şəxsin” sözləri ilə əvəz edilsin;
1.23.4. 23.1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“23.1.4. yerli və ya xarici hüquqi şəxsdə əhəmiyyətli nəzarətə malik olan şəxsin həmin hüquqi şəxsin nizamnamə kapitalındakı payının əhəmiyyətli nəzarətin itirilməsi ilə nəticələnən miqdarda azalması;”;
1.23.5. 23.2-ci maddədə “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilsin.
1.24. 27.2-ci maddədə “, lakin maliyyə ili bitdikdən sonra 2 aydan gec olmayan müddətdə” sözləri çıxarılsın.
1.25. 28-ci maddə üzrə:
1.25.1. 28.4-cü maddənin birinci cümləsində “onun” sözü “şuranın” sözü ilə əvəz edilsin;
1.25.2. 28.5.1-ci maddədə “digər” sözündən əvvəl “bir sığortaçının digərində əhəmiyyətli nəzarətə və ya mühüm iştirak payına malik olduğu və ya sığortaçıların hər birinin səhmlərinin 50 faizi və ya daha çox hissəsi eyni səhmdarlara məxsus olduğu hallar istisna olmaqla,” sözləri əlavə edilsin.
1.26. 29-cu maddə üzrə:
1.26.1. 29.1.7-ci maddədə “Səhmdarların Ümumi Yığıncağı tərəfindən” sözləri çıxarılsın;
1.26.2. 29.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“29.3. Sığortaçının məsul aktuarisini onun Direktorlar Şurası təyin etməlidir.”.
1.27. 31.3-cü maddənin birinci və ikinci cümlələrində “şəxsdə” sözü “şəxsin icra orqanında” sözləri ilə əvəz edilsin, ikinci cümlədə “Səhmdarların Ümumi Yığıncağının qərarı ilə” sözləri çıxarılsın.
1.28. 33.1.7-ci maddədə “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsində” sözləri ilə əvəz edilsin.
1.29. 37-ci maddə üzrə:
1.29.1. 37.1-ci maddədə “aktuarisi” sözündən əvvəl “məsul” sözü əlavə edilsin;
1.29.2. 37.2.2.1-ci, 37.2.2.2-ci, 37.2.2.3-cü və 37.2.2.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“37.2.2.1. Direktorlar Şurasının sədri – sığorta sektorunda, həmçinin sığorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 3 il və ya digər maliyyə sahəsində ən azı 5 il, üzvləri – sığorta sektorunda, həmçinin sığorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində ən azı 4 il;
37.2.2.2. İdarə Heyətinin sədri – sığorta sektorunda, həmçinin sığorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 3 il və ya digər maliyyə sahəsində ən azı 4 il, üzvləri – sığorta sektorunda, həmçinin sığorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində ən azı 3 il;
37.2.2.3. Təftiş Komissiyasının üzvləri, habelə daxili audit xidmətinin rəhbəri – sığorta sektorunda, həmçinin sığorta tənzimləməsi və nəzarəti sahəsində və ya audit sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində, habelə maliyyə menecmenti, mühasibatlıqla bağlı vəzifələrdə ən azı 3 il;
37.2.2.4. baş mühasib – sığorta sektorunda mühasib kimi ən azı 1 il və ya digər maliyyə sahəsində baş mühasib kimi ən azı 2 il, digər sahələrdə isə baş mühasib kimi ən azı 4 il;”;
1.29.3. aşağıdakı məzmunda 37.2.2.5-ci maddə əlavə edilsin:
“37.2.2.5. məsul aktuari – aktuari kimi ən azı 1 il;”;
1.29.4. 37.2.3-cü maddənin birinci və ikinci cümlələrindən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın;
1.29.5. 37.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“37.2.5. Səhmdarların Ümumi Yığıncağı istisna edilməklə, sığortaçının bir idarəetmə orqanının üzvü digər idarəetmə orqanının üzvü vəzifəsini, baş mühasibi və məsul aktuarisi sığortaçının Təftiş Komissiyasının üzvü vəzifəsini, daxili audit xidmətinin rəhbəri isə sığortaçıda digər hər hansı vəzifəni tuta bilməz;”;
1.29.6. 37.3-cü maddədə “müvəqqəti icra edən” sözləri “60 gündən artıq müddətə müvəqqəti icra etməsi nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;
1.29.7. 37.5-ci maddədə “üzvlərinə” sözündən sonra “və məsul aktuariyə” sözləri əlavə edilsin;
1.29.8. aşağıdakı məzmunda 37.6-cı maddə əlavə edilsin:
“37.6. Bu Qanunun 37-ci maddəsində müəyyən edilmiş müvafiq sahədə və ya sektorda iş təcrübəsinə aid tələblər həmin sahədəki və ya sektordakı əsas fəaliyyətin həyata keçirilməsi ilə bağlı vəzifələrdəki iş təcrübəsini nəzərdə tutur.”.
1.30. 38-ci maddə üzrə:
1.30.1. 38.1-ci maddənin birinci cümləsində “orqanının razılığı əsasında” sözləri “orqanını məlumatlandırmaqla” sözləri ilə əvəz edilsin;
1.30.2. 38.2-ci maddə ləğv edilsin;
1.30.3. 38.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“38.3. Sığortaçı rəhbər işçisini vəzifəyə təyin edir və bu barədə 3 gün müddətində sığorta nəzarəti orqanına məlumat (rəhbər işçinin bu Qanunun 37.2-ci maddəsində müəyyən edilmiş tələblərə cavab verməsini təsdiqləyən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri ilə birlikdə) göndərir. Sığorta nəzarəti orqanı bu Qanunun 37.2-ci maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə sığortaçıya bu barədə təqdimat verir.”
1.30.4. 38.5-ci maddədə “verə bilər” sözləri “verir” sözü ilə əvəz edilsin;
1.30.5. aşağıdakı məzmunda 38.6-cı maddə əlavə edilsin:
“38.6. Sığortaçı məsul aktuarisi ilə bağladığı əmək müqaviləsinə yalnız sığorta nəzarəti orqanına əsaslandırılmış müraciət etməklə, bu orqanın razılığı əsasında xitam verə bilər.”.
1.31. 39-cu maddədə “Respublikasında xarici fiziki şəxslərin işə qəbul edilməsini tənzimləyən müvafiq qanunvericiliyin” sözləri “Respublikası Əmək Məcəlləsinin 13-cü maddəsinin” sözləri ilə əvəz edilsin.
1.32. 42-ci maddə üzrə:
1.32.1. 42.1.2.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“42.1.2.1. fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, yaşadığı yer, hüquqi şəxs olduqda – adı və olduğu yer.”;
1.32.2. 42.1.2.3-cü maddədə “iş” sözündən əvvəl “fiziki şəxs olduqda -” sözləri əlavə edilsin.
1.33. 43-cü maddə üzrə:
1.33.1. 43.3-cü maddə ləğv edilsin;
1.33.2. 43.4.1-ci maddədə “qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər” sözləri ilə əvəz edilsin.
1.34. 44-cü maddə üzrə:
1.34.1. 44.1.2-ci maddədə “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılsın;
1.34.2. 44.1.3.1-ci və 44.1.3.2-ci maddələrində “qaydasında” sözündən sonra “və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;
1.34.3. 44.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“44.2. Maliyyə, vergi və hüquq-mühafizə orqanları sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalında mühüm iştirak payını əldə etməyi nəzərdə tutan fiziki şəxs olan təsisçi və ya səhmdar, hüquqi şəxs olan təsisçinin və ya səhmdarın rəhbər işçiləri barədə sığorta nəzarəti orqanının tələb etdiyi məlumatları 10 gün müddətində verməyə borcludurlar.”;
1.34.4. 44.3-cü maddə ləğv edilsin.
1.35. 45.2-ci maddədə “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilsin.
1.36. 48.1-ci maddədə “götürə bilər” sözləri “götürür” sözü ilə əvəz edilsin.
1.37. 49-cu maddədə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi şəxslərin” sözləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.
1.38. 50.1.2-ci, 50.1.3-cü, 50.1.4-cü, 50.1.6-cı, 57.2.3-cü, 60.2.2-ci, 60.2.3-cü, 84.1.1.2-ci, 84.1.2.1-ci, 84.1.2.2-ci və 122.2-ci maddələrdə “qaydasında” sözündən sonra “və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin.
1.39. 51-ci maddə üzrə:
1.39.1. 51.2-ci maddədə “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilsin;
1.39.2. 51.3-cü maddədə “qanunvericiliklə” sözü “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;
1.39.3. 51.4-cü maddədə “bank sənədi” sözləri “sənəd” sözü ilə əvəz edilsin;
1.39.4. aşağıdakı məzmunda 51.7-ci maddə əlavə edilsin:
“51.7. Lisenziya aldıqdan 6 ay müddətində sığortaçı rəsmi internet səhifəsinin yerləşdirilmiş olduğu ünvan barədə məlumatı sığorta nəzarəti orqanına təqdim etməlidir.”.
1.40. 53-cü maddə üzrə:
1.40.1. 53.1.4.1-ci maddədə “sığortaçıya” sözü “sığorta fəaliyyətinə” sözləri ilə əvəz edilsin;
1.40.2. 53.1.4.2-ci maddədə “təkrarsığortaçıya” sözü “təkrarsığorta fəaliyyətinə” sözləri ilə əvəz edilsin;
1.41. 57-ci maddə üzrə:
1.41.1. 57.1-ci maddədə “və (və ya)” sözləri “və ya” sözləri ilə əvəz edilsin;
1.41.2. 57.4-cü maddədə “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilsin;
1.41.3. 57.6-cı maddədə “bank sənədi” sözləri “sənəd” sözü ilə əvəz edilsin.
1.42. aşağıdakı məzmunda 58.3-cü maddə əlavə edilsin:
“58.3. Lisenziyanın ləğvinin nəticələri ilə bağlı bu Qanunun 108.1-ci, 108.2-ci, 108.4-cü və 108.5-ci maddələrində müəyyən edilmiş tələblər müddətsiz lisenziyanın verilməsindən imtinanın hüquqi nəticələrinə də tətbiq edilir.”.
1.43. 66.2-ci və 68.2-ci maddələr ləğv edilsin.
1.44. 69.1.1-ci maddədə “sığortaçının öz üzərinə götürdüyü risklərin təkrarsığortalanması” sözləri “sığortaçı ilə təkrarsığorta müqaviləsinin bağlanması” sözləri ilə əvəz edilsin.
1.45. 70.1.2-ci maddədə “əlaqəli” sözündən əvvəl “bu Qanunun 69.1.1-ci maddəsində nəzərdə tutulmuş əqdlər istisna olmaqla,” sözləri əlavə edilsin.
1.46. 72-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“72.1. Sığortaçının (təkrarsığortaçının) lisenziyası məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya ləğv edildikdə, aidiyyəti olan sığortalının (təkrarsığortalının) razılığı, habelə sığorta nəzarəti orqanının yazılı razılığı əsasında sığortaçı (təkrarsığortaçı) bağladığı sığorta (təkrarsığorta) müqavilələrini tam və ya qismən digər sığortaçıya (təkrarsığortaçıya) ötürə bilər.
72.2. Sığortaçı (təkrarsığortaçı) sığorta (təkrarsığorta) müqavilələrinin digər sığortaçıya (təkrarsığortaçıya) ötürmək barədə qərar qəbul etdiyi tarixdən 3 iş günü müddətində həmin müqavilələrin aid olduğu sığortalıya (təkrarsığortalıya), onun yaşayış yerinə (hüquqi şəxsin olduğu yerə) və mobil rabitə vasitəsilə yazılı bildiriş göndərməklə, alınması təsdiq edilən qaydada məlumat verməlidir.
72.3. Sığortalının (təkrarsığortalının) ona aid müqavilənin ötürülməsi barədə bu Qanunun 72.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlandırma üsulları ilə göndərilən sonuncu məlumatı aldığı tarixdən 7 iş günü müddətində həmin müqavilənin ötürülməsinə etiraz etməməsi, buna razılıq kimi qiymətləndirilir.
72.4. Bu Qanunun 72.3-cü maddəsində göstərilən müddətdə sığortalı (təkrarsığortalı) özünə aid olan müqavilənin başqa sığortaçıya (təkrarsığortaçıya) ötürülməsinə dair etirazını bildirdikdə, həmin müqavilə sığortalının (təkrarsığortalının) istəyi ilə onun özünün razılığa gəldiyi sığortaçıya (təkrarsığortaçıya) ötürülür və ya müqaviləyə xitam verilir.
72.5. Bu Qanunun 72.4-cü maddəsində nəzərdə tutulduğu halda sığorta (təkrarsığorta) müqaviləsinə xitam verilərkən həmin müqavilə üzrə sığorta (təkrarsığorta) haqları tam məbləğdə sığortalıya (təkrarsığortalıya) qaytarılır.
72.6. Sığorta nəzarəti orqanı sığorta (təkrarsığorta) müqavilələrinin digər sığortaçıya (təkrarsığortaçıya) ötürülməsinə aşağıdakı hallarda razılıq vermir:
72.6.1. ötürülən sığorta (təkrarsığorta) müqavilələri üzrə sığortalıların (təkrarsığortalıların), sığortaolunanların və faydalanan şəxslərin mənafeləri adekvat olaraq nəzərə alınmadıqda;
72.6.2. sığorta (təkrarsığorta) müqavilələri ötürülən sığortaçının (təkrarsığortaçının) müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziyası və ya ötürülən sığorta (bu Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş halda, həmçinin təkrarsığorta) müqavilələrinin aid olduğu sığorta növü üzrə müvafiq icazəsi olmadıqda;
72.6.3 təkrarsığorta müqavilələri ötürülən xarici təkrarsığortaçının öz ölkəsinin qanunları ilə nəzərdə tutulmuş müvafiq lisenziyası olmadıqda.”.
1.47. 9-cu fəslin adında “maliyyə hesabatları” sözləri “hesabatlılığı” sözü ilə əvəz edilsin.
1.48. 74.4-cü maddədə “il” sözü “ildən artıq müddət” sözləri ilə əvəz edilsin.
1.49. 77-ci maddə üzrə:
1.49.1. 77.1-ci və 77.6-cı maddələr ləğv edilsin;
1.49.2. 77.5-ci maddədə “müəyyənləşdirə bilər” sözləri “müəyyənləşdirir” sözü ilə əvəz edilsin;
1.49.3. 77.7-ci maddədə “qanunvericiliyə” sözü “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə, “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilsin.
1.50. 78-ci maddə üzrə:
1.50.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 78. Sığortaçının sığorta nəzarəti orqanına təqdim etdiyi
hesabatlar və məlumatlar”;

1.50.2. 78.2-ci maddədən “qanunvericiliklə nəzərdə tutulmuş” sözləri çıxarılsın, “habelə” sözündən sonra “bu Qanunun 78.7-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin;
1.50.3. 78.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“78.3. Sığortaçılar illik hesabatları bu Qanunun 78.8-ci maddəsində nəzərdə tutulmuş hesabatların dərc olunduğu qəzetlərin nüsxələri ilə birlikdə maliyyə ili başa çatdıqdan 90 gün müddətində, rüblük hesabatları müvafiq rüb başa çatdıqdan 20 gün müddətində, aylıq hesabatları isə müvafiq ay başa çatdıqdan 10 gün müddətində sığorta nəzarəti orqanına təqdim etməlidirlər.”;
1.50.4. aşağıdakı məzmunda 78.3–1-ci maddə əlavə edilsin:
“78.3-1. Sığortaçının rüblük hesabatlarına bu Qanunun 81–6-cı maddəsində nəzərdə tutulmuş aktuari rəyi əlavə edilir.”;
1.50.5. 78.6-cı maddədə “habelə” sözündən sonra “rəhbər işçilərin vəzifədən kənarlaşdırılması, işdən çıxarılması və ya daimi fəaliyyət göstərən orqanının yerləşdiyi ünvanının dəyişməsi barədə müvafiq qərar qəbul edildiyi tarixdən 3 iş günü müddətində,” sözləri, “7” rəqəmindən əvvəl “isə” sözü əlavə edilsin.
1.51. 80.2-ci maddədən “qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri çıxarılsın.
1.52. 81-ci maddə üzrə:
1.52.1. 81.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“81.1. Sığorta ehtiyatları sığortaçının sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığorta ödənişlərinin həyata keçirilməsi üçün öhdəliklərinin məcmusuna uyğun olaraq formalaşdırılan fondlardır.”;
1.52.2. 81.3-cü maddədə “sığortası üzrə” sözlərindən sonra “aktuari tərəfindən hesablanmış məbləğdə” sözləri əlavə edilsin;
1.52.3. 81.6.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 81.6.4-cü və 81.6.5-ci maddələr əlavə edilsin:
“81.6.4. sabitləşdirici ehtiyat;
81.6.5. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsində müəyyən edilmiş şərti öhdəliklər ehtiyatı.”;
1.52.4. 81.7-ci maddədə “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilsin;
1.52.5. aşağıdakı məzmunda 81.9-cu maddə əlavə edilsin:
“81.9. Sığorta ehtiyatlarının aktuari tərəfindən hesablanmış məbləği həmin ehtiyatların bu Qanunun 81.8-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq hesablanmış məbləğindən az ola bilməz.”.
1.53. aşağıdakı məzmunda 10–1-ci fəsil əlavə edilsin:

“10–1-ci fəsil
Aktuari fəaliyyəti

Maddə 81-1. Aktuari fəaliyyətinin məqsədi

81-1.0. Aktuari fəaliyyətinin məqsədi sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin bu Qanunla tələb olunan səviyyəsinin təmin olunması məqsədilə aşağıdakıların müəyyən edilməsi üçün müvafiq hesablamaların aparılmasıdır:
81-1.0.1. sığorta tarifləri;
81-1.0.2. tələb olunan kapitalın məbləği;
81-1.0.3. məcmu kapitalın məbləği;
81-1.0.4. sığortaçının öz vəsaitinin məbləği;
81-1.0.5. sığorta ehtiyatlarının məbləği;
81-1.0.6. zərərlilik dərəcəsi;
81-1.0.7. sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutum.

Maddə 81-2. Aktuari fəaliyyətinin istiqamətləri

81-2.1. Aktuari fəaliyyəti aşağıdakı xidmətlərin göstərilməsini də özündə birləşdirir:
81-2.1.1. sığorta ehtiyatlarının formalaşdırılması metodları və mənbələri ilə bağlı məsləhətlər və tövsiyələrin verilməsi;
81-2.1.2. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələlər üzrə xidmətlərin göstərilməsi;
81-2.1.3. sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
81-2.1.4. bu Qanunda müəyyən edilmiş sığorta siniflərinin təsnifatına müvafiq olaraq sığorta risklərinin tədqiq edilməsi və sistemləşdirilməsi;
81-2.1.5. sığortaçının könüllü sığorta növləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
81-2.1.6. həyatın yığım sığortası müqavilələri üzrə sığorta olunanlara verilən borcların son həddinin müəyyən olunması;
81-2.1.7. aktuar hesablamalar üzrə məsləhət xidmətləri.
81-2.2. Sığorta nəzarəti orqanı aktuar hesablamaların aparılmasına dair təlimat müəyyən edir.
81-2.3. Aktuari fəaliyyətinin həyata keçirilməsinə aid olan xidmətlər (bundan sonra – aktuari xidmətləri) sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir.

Maddə 81-3. Aktuari şəhadətnaməsi

81-3.1. Aktuari fəaliyyəti ilə sığorta nəzarəti orqanının verdiyi müvafiq şəhadətnaməyə (bundan sonra – “aktuari şəhadətnaməsi”) malik olan şəxslər məşğul ola bilər.
81-3.2. Aktuari şəhadətnaməsi verilməsi üçün keçirilən attestasiyaya vətəndaş qüsursuzluğu və ali təhsili olan şəxslər buraxılır.
81-3.3. Aktuari şəhadətnaməsi sığorta nəzarəti orqanında müvafiq attestasiyadan keçmiş şəxslərə attestasiyanın keçirildiyi tarixdən 10 iş günü ərzində 5 il müddətinə verilir.
81-3.4. Aktuari şəhadətnaməsinin müddəti bitdikdə, aktuari yeni şəhadətnamə almaq üçün sığorta nəzarəti orqanında yenidən attestasiyadan keçməlidir.
81-3.5. Aktuari şəhadətnaməsi verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
81-3.6. Aktuari şəhadətnaməsinin forması və doldurulması qaydası sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 81-4. Aktuarilərin reyestri

81-4.1. Bu Qanunun 81-3.3-cü maddəsində nəzərdə tutulan attestasiyadan keçmiş şəxslər attestasiyanın keçirildiyi tarixdən 5 iş günü müddətində bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulan aktuarilərin reyestrinə daxil edilir.
81-4.2. Aktuari aşağıdakı hallarda sığorta nəzarəti orqanı tərəfindən aktuarilərin reyestrindən çıxarılır:
81-4.2.1. aktuari şəhadətnaməsinin müddəti bitdikdə;
81-4.2.2. məsul aktuari bir il ərzində iki dəfə bu Qanunun 81-7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edildikdə;
81-4.2.3. vətəndaş qüsursuzluğunu aradan qaldıran hal baş verdikdə;
81-4.2.4. öldükdə.
81-4.3. Bu Qanunun 81-4.2.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, aktuarilərin reyestrindən çıxarılmış şəxsin aktuari şəhadətnaməsi reyestrdən çıxarıldığı tarixdən ləğv edilmiş hesab olunur.
81-4.4. Bu Qanunun 81-4.2.2-ci maddəsinə əsasən reyestrdən çıxarılmış şəxs yenidən aktuari şəhadətnaməsi almaq üçün reyestrdən çıxarıldığı tarixdən ən azı bir il sonra sığorta nəzarəti orqanına müraciət edə bilər.

Maddə 81-5. Sığortaçının məsul aktuarisi

81-5.1. Sığortaçının məsul aktuarisi, bu Qanunun 37-ci maddəsində sığortaçının rəhbər işçiləri üçün nəzərdə tutulmuş ümumi tələblərlə yanaşı aşağıdakı tələblərə də cavab verməlidir:
81-5.1.1. bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulan aktuarilərin reyestrinə daxil olmalıdır;
81-5.1.2. sığortaçıda digər vəzifə tutmamalıdır.
81-5.2. Məsul aktuari aşağıdakılara görə sığortaçı və sığorta nəzarəti orqanı qarşısında öhdəlik daşıyır:
81-5.2.1. maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlamaq;
81-5.2.2. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilən hallar barədə sığortaçının İdarə Heyətini və Direktorlar Şurasını xəbərdar etmək;
81-5.2.3. sığortaçının idarəetmə orqanları tərəfindən bu Qanunun 81-5.2.2-ci maddəsində göstərilən halların aradan qaldırılması istiqamətində tədbirlər görülmədikdə, bu barədə sığorta nəzarəti orqanına yazılı məlumat vermək.
81-5.3. Məsul aktuari yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan sənədləri və məlumatları sorğu əsasında dövlət orqanlarından və digər təşkilatlardan almaq hüququna malikdir.

Maddə 81-6. Aktuari rəyi

81-6.1. Bu Qanunun 81-1.0-cı maddəsində nəzərdə tutulan hesablamaların nəticəsi üzrə rəy – aktuari rəyi sığortaçının məsul aktuarisi tərəfindən təsdiqlənməlidir.
81-6.2. Sığortaçı aktuari rəyinin tərtib edilməsi üçün öz fəaliyyəti ilə bağlı tələb olunan bütün sənəd və məlumatları məsul aktuariyə təqdim etməlidir.
81-6.3. Aktuari rəyi aşağıdakı tələblərə riayət olunmaqla tərtib edilir:
81-6.3.1. metodik vəsaitlərin və aktuar fərziyyələrin düzgün seçilməsi və aktuar hesablamaların düzgün aparılması;
81-6.3.2. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı mövcud vəziyyəti tam əhatə etməklə onun düzgün qiymətləndirilməsi;
81-6.3.3. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin yaxşılaşdırılmasına dair lazımi tövsiyələrin verilməsi.
81-6.4. Aktuari rəyinin hazırlanması zamanı istifadə olunmuş metodoloji vəsaitlər, modelləşdirmə prinsipləri barədə məlumat və aktuar fərziyyələri həmin rəyə əlavə olunur.
81-6.5. Sığortaçı aktuari rəyinin tərtib edilməsi üçün öz fəaliyyəti ilə bağlı tələb olunan hər hansı sənədi və ya məlumatı verməkdən imtina etdikdə, yaxud sığortaçının belə sənəd və ya məlumatı gizlətməsini məsul aktuarinin bildiyi və ya bilməli olduğu halda, o, bu barədə sığorta nəzarəti orqanına yazılı məlumat verməlidir.
81-6.6. Aktuari rəyi üç nüsxədə tərtib edilməklə, məsul aktuari tərəfindən təsdiqləndiyi tarixdən 3 iş günü müddətində sığortaçıya və sığorta nəzarəti orqanına təqdim edilməlidir.
81-6.7. Aktuari rəyinin hazırlanmasında istifadə olunmuş metodoloji vəsaitlər, modelləşdirmə prinsipləri və aktuar fərziyyələri barədə məlumat həmin rəyin sığorta nəzarəti orqanına təqdim olunan nüsxəsinə əlavə edilir.

Maddə 81-7. Məsul aktuarinin məsuliyyəti

Məsul aktuari aktuari rəyinin bu Qanunun 81-6.3-cü maddəsində nəzərdə tutulan tələblərə sığortaçının ona təqdim etdiyi sənədlərin və məlumatların imkan verdiyi həddə əməl olunmamasına, 81-5.2.3-cü və 81-6.5-ci maddəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsinə, həmçinin aktuari rəyini vaxtında təqdim etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.”.
1.54. 82-ci maddə üzrə:
1.54.1. 82.2-ci maddəsinin ikinci cümləsində “Sığorta” sözü “Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta” sözləri ilə əvəz edilsin;
1.54.2. 82.4-cü maddədə “komissiya və ya” sözləri “komisyon” sözü ilə əvəz edilsin;
1.54.3. 82.8-ci maddə ləğv edilsin;
1.55. 83-cü maddə üzrə:
1.55.1. 83.1-ci maddənin ikinci cümləsində “müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin;
1.55.2. 83.2.1-ci maddədə “21” rəqəmləri “19” rəqəmləri ilə əvəz edilsin;
1.55.3. 83.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“83.2.4. vətəndaş qüsursuzluğu;”;
1.55.4. 83.3-cü maddədə “bir şəxs fiziki şəxs kimi sığorta agenti lisenziyasına malik olmalıdır” sözləri “iki şəxs bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq sığorta nəzarəti orqanında attestasiyadan keçməlidir” sözləri ilə əvəz edilsin;
1.55.5. 83.4-cü maddədə “fiziki şəxs kimi həmin lisenziyaya malik olmalıdır” sözləri “bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq sığorta nəzarəti orqanında attestasiyadan keçməlidir” sözləri ilə əvəz edilsin.
1.56. 84-cü maddə üzrə:
1.56.1. 84.1.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“84.1.1.1. şəxsiyyət vəsiqəsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;”;
1.56.2. 84.1.1.2-ci maddədən “bu Qanunun 84.3-cü maddəsi nəzərə alınmaqla,” sözləri çıxarılsın;
1.56.3. 84.3-cü maddə ləğv edilsin.
1.57. 85-ci maddə üzrə:
1.57.1. 85.1-ci maddədə “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilsin;
1.57.2. 85.2-ci maddədə “85.1-ci” sözlərindən əvvəl “həmin müraciət əsasında 83.2.4-cü maddəsinin tələbinə uyğunluğu təsdiq edən 121-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışdan, həmçinin” sözləri əlavə edilsin;
1.57.3. 85.3-cü maddədə “qanunvericiliklə” sözü “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.
1.58. 86.1-ci maddədə “bank sənədi” sözləri “sənəd” sözü ilə əvəz edilsin.
1.59. 88-ci maddə üzrə:
1.59.1. maddənin adında “brokerinə” sözü “vasitəçilərinə” sözü ilə əvəz edilsin;
1.59.2. 88.2-ci maddənin birinci cümləsində “təkrarsığortalanması” sözü “təkrarsığorta etdirilməsi” sözləri ilə əvəz edilsin;
1.59.3. aşağıdakı məzmunda 88.3-cü maddə əlavə edilsin:
“88.3. Fiziki şəxs sığorta vasitəçisi, habelə bu Qanunun 83.3-cü və 83.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər sığorta nəzarəti orqanında attestasiyadan keçdiyi tarixdən hesablanmaqla 3 ildə bir dəfə həmin orqanda attestasiyadan keçməlidir.”.
1.60. 89.1.2.1-ci və 89.1.2.2-ci maddələrdə “sığorta brokeri” sözləri “müvafiq sığorta vasitəçiliyi” sözləri ilə əvəz edilsin.
1.61. 90.5-ci maddədə “Hüquqi” sözü “Əhəmiyyətli nəzarətin dövlətə məxsus olmadığı hüquqi” sözləri ilə əvəz edilsin, “qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur” sözləri “istifadə edilməsi qadağandır” sözləri ilə əvəz edilsin.
1.62. 91-ci maddə üzrə:
1.62.1. 91.2-ci maddədə “rəhbər işçisinin ali təhsili” sözləri “rəhbər işçisi ali təhsilə, həmçinin vətəndaş qüsursuzluğuna malik” sözləri ilə əvəz edilsin;
1.62.2. 91.4-cü maddə ləğv edilsin.
1.63. 92.5-ci maddədə “verə bilər” sözləri “verməlidir” sözü ilə əvəz edilsin.
1.64. 93-cü maddə üzrə:
1.64.1. 93.1-ci maddədə “brokerlərinə” sözündən sonra “və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə” sözləri əlavə edilsin;
1.64.2. 93.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“93.2. Hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələb olunmur.”;
1.64.3. aşağıdakı məzmunda 93.2-2-ci və 93.2-3-cü maddələr əlavə edilsin:
“93.2-2. Hüquqi şəxs sığorta agenti bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçisi barədə hər maliyyə ilinin sonunda sığorta nəzarəti orqanına yazılı məlumat verməlidir.
93.2-3. Fiziki şəxs sığorta agenti fəaliyyəti barədə rüblük hesabatı sığorta nəzarəti orqanının müəyyən etdiyi formada həmin orqana təqdim etməlidir.”;
1.64.4. 93.3-cü maddə ləğv edilsin.
1.65. 95.3-cü maddənin birinci cümləsində “təkrarsığortaçıların” sözü “sığortaçıların” sözü ilə əvəz edilsin, “brokerlərinin,” sözündən sonra “onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin,” sözləri əlavə edilsin.
1.66. 96-cı maddə üzrə:
1.66.1. maddənin adı aşağıdakı redaksiyasında verilsin:
“Maddə 96. Sığorta haqlarından sığorta sektorunda dövlət tənzimləməsi və nəzarətinə ayırmalar”;
1.66.2. 96.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“96.1. Sığortaçı maliyyə ilinin hər rübü üzrə daxil olan sığorta haqlarının və xaricdən aldığı təkrarsığorta haqlarının 0,3 faizini həmin rüb başa çatdıqdan sonrakı 20 gün ərzində sığorta nəzarəti orqanının müvafiq hesabına köçürür.”;
1.66.3. 96.2-ci maddədə “96.1.2” rəqəmləri “96.1” rəqəmləri ilə, “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;
1.66.4. 96.2.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 96.2.5-ci maddə əlavə edilsin:
“96.2.5. sığortaçıların ictimai birliklərinə, həmçinin bu Qanunun 96.2.4-cü maddəsində nəzərdə tutulmuş işləri həyata keçirən digər qeyri-hökumət təşkilatlarına maliyyə yardımının göstərilməsi və qrantların verilməsi.”;
1.66.5. 96.3-cü maddə ləğv edilsin.
1.67. 97.3-cü maddədə “aparıla bilər” sözləri “aparılır” sözü ilə əvəz edilsin.
1.68. 99.2-ci maddədə “uzadıla bilər” sözləri “uzadılır” sözü ilə əvəz edilsin.
1.69. 100.2-ci maddədə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.
1.70. 102-ci maddə üzrə:
1.70.1. 102.1-ci maddədə “sığortaçıların” sözündən sonra “, aktuarilərin” sözü əlavə edilsin;
1.70.2. 102.2-ci maddədə “sığortaçılardan” sözündən sonra “, aktuarilərdən” sözü, “vasitəçilərindən” sözündən sonra “onlara aid olan hallarla bağlı müvafiq olaraq” sözləri əlavə edilsin, “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;
1.70.3. 102.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“102.2.7. ödənilməsindən qanuni əsas olmadan imtina edilmiş sığorta ödənişinin həyata keçirilməsini;”;
1.70.4. aşağıdakı məzmunda 102.2.8–1-ci və 102.2.8–2-ci maddələr əlavə edilsin:
“102.2.8–1. sığortaçının rəhbər işçisi vəzifəsini icra edən səlahiyyətli şəxsin bu Qanunda müəyyən edilmiş qaydada təyin edilməsini;
102.2.8–2. sığortaçının rəsmi internet səhifəsinin və elektron informasiya sisteminin mövcudluğunun, həmçinin onların sığorta nəzarəti orqanının müəyyən etdiyi minimum tələblərə uyğunluğunun təmin edilməsini;”;
1.70.5. 102.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“102.4. Bu Qanunun 102.1-ci maddəsinə uyğun olaraq aşkar edilmiş hallardan asılı olaraq, sığorta nəzarəti orqanının müvafiq təqdimatı bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birini və ya bir neçəsini əhatə etməlidir.”;
1.70.6. 102.6-cı maddədə “qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada” sözləri “müqaviləsinə uyğun olaraq” sözləri ilə, “verə bilər” sözləri “verməlidir” sözü ilə əvəz edilsin;
1.70.7. 102.7-ci maddənin birinci cümləsində “Sığorta” sözü “Sığorta fəaliyyətinə nəzarət çərçivəsində, sığorta” sözləri ilə, ikinci cümləsində “qanunvericiliklə nəzərdə tutulmuş” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.
1.71. 103-cü maddə üzrə:
1.71.1. 103.1-ci maddədən “bu Qanunda və inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla” sözləri çıxarılsın, “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;
1.71.2. 103.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“103.1.1. sığortaçını, sığorta vasitəçisini, həmçinin onların rəhbər işçilərini, aktuariləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək;”;
1.71.3. 103.3-cü maddə ləğv edilsin.
1.72. 105-ci maddə üzrə:
1.72.1. 105.1-ci maddədə “məhdudlaşdırıla bilər” sözləri “məhdudlaşdırılır” sözü ilə əvəz edilsin;
1.72.2. 105.1.2.1-ci maddədə “qanunvericiliyə” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və bu Qanuna” sözləri ilə əvəz edilsin;
1.72.3. 105.1.2.2-ci maddədə “müvafiq qanunvericiliyə” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və icbari sığorta qanunlarına” sözləri ilə, “icbari sığorta növləri üzrə qanunvericiliklə” sözləri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində” sözləri ilə əvəz edilsin;
1.72.4. 105.1.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“105.1.2.3. sığorta ödənişləri icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada verilmirsə.”;
1.72.5. 105.4-cü maddədə “sığorta qanunvericiliyində” sözləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində” sözləri ilə əvəz edilsin.
1.73. 106-cı maddə üzrə:
1.73.1. 106.1-ci maddədə “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz edilsin;
1.73.2. 106.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.8–106.1-10-cu maddələr əlavə edilsin:
“106.1.8. sığortaçının məcmu kapitalının onun tələb olunan kapitalından az olması;
106.1.9. lisenziya sahibinə iki il ərzində eyni hal üzrə iki dəfədən artıq bu Qanun əsasında təqdimat verilməsi;
106.1.10. sığorta vasitəçisinin bu Qanunun 88.3-cü və 93.2-3-cü maddələrinin tələblərinə riayət etməməsi.”;
1.73.3. 106.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“106.2. Lisenziyanın qüvvəsinin dayandırılması sığortaçıların sığortaçı qismində yeni sığorta müqavilələri və ya təkrarsığortaçı qismində yeni təkrarsığorta müqavilələri bağlamasını, habelə qüvvədə olan belə müqavilələrin müddətini uzatmasını, onlara müvafiq olaraq sığorta və ya təkrarsığorta risklərinin həcminin artmasına və ya təminatının genişləndirilməsinə səbəb olan əlavə və dəyişikliklərin edilməsini, sığorta vasitəçilərinin isə sığorta əməliyyatları ilə bağlı vasitəçilik fəaliyyəti ilə məşğul olmasını qadağan edir.”.
1.74. 107-ci maddə üzrə:
1.74.1. 107.1-ci maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;
1.74.2. 107.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 107.1.7-ci və 107.1.8-ci maddələr əlavə edilsin:
“107.1.7. bu Qanunun 6.2-ci maddəsinin tələbinə riayət olunmadıqda;
107.1.8. fiziki şəxs olan lisenziya sahibinin vətəndaş qüsursuzluğunu aradan qaldıran hal yarandıqda.”.
1.75. 108-ci maddə üzrə:
1.75.1. 108.5-ci maddədə “Qanunvericiliklə” sözü “Qanunla” sözü ilə əvəz edilsin;
1.75.2. 108.7-ci maddənin birinci cümləsində “sığortaçının,” sözündən sonra “hüquqi şəxs olan” sözləri əlavə edilsin;
1.75.3. 108.8-ci maddənin birinci cümləsində “Sığortaçının,” sözündən sonra “hüquqi şəxs olan” sözləri əlavə edilsin, “107.1.6-cı” sözləri “107.1.7-ci” sözləri ilə əvəz edilsin, ikinci cümləsindən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın.
1.76. 109-cü maddə üzrə:
1.76.1. 109.1-ci maddədə “107.1.6-cı” sözləri “107.1.7-ci” sözləri ilə əvəz edilsin;
1.76.2. 109.2.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“109.2.1. müvəqqəti inzibatçı ali təhsilə, sığortaçının İdarə Heyətinin üzvü üçün bu Qanunla müəyyənləşdirilmiş iş təcrübəsinə, habelə vətəndaş qüsursuzluğuna malik olmalıdır;”.
1.77. 110-cu maddə üzrə:
1.77.1. 110.1.3-cü maddədə “qanunvericiliklə” sözü “bu Qanunun 78-ci maddəsində” sözləri ilə əvəz edilsin;
1.77.2. 110.1.5-ci maddədən “qanunvericilikdən” sözü “qanundan” sözü ilə əvəz edilsin.
1.78. 112-ci maddə üzrə:
1.78.1. 112.1-ci maddədə “mülki qanunvericiliyə” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə” sözləri ilə əvəz edilsin;
1.78.2. 112.1.2-ci maddədə “107.1.6-cı” sözləri “107.1.7-ci” sözləri ilə əvəz edilsin;
1.78.3. 112.2-ci maddə ləğv edilsin.
1.79. 113.5-ci maddə ləğv edilsin.
1.80. 114.1-ci maddədə “verə bilər” sözləri “verməlidir” sözü ilə əvəz edilsin.
1.81. 115.4-cü maddədə “müvafiq qanunvericiliyə” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin.
1.82. 116.1-ci maddədən “müvafiq qanunvericiliyə uyğun olaraq” sözləri çıxarılsın.
1.83. 118-ci maddə üzrə:
1.83.1. 118.1-ci maddədə “başlana bilər” sözləri “başlanır” sözü ilə əvəz edilsin;
1.83.2. 118.3-cü maddədən “qanunvericiliklə müəyyən edilmiş qaydada,” sözləri çıxarılsın.
1.84. 119-cu maddə üzrə:
1.84.1. 119.1-ci maddədən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın;
1.84.2. aşağıdakı məzmunda 119.1.4-1-ci maddə əlavə edilsin:
“119.1.4-1. beşinci növbədə sığortaçının əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri;”;
1.84.3. 119.1.5-ci maddədə “beşinci” sözü “altıncı”, 119.1.6-cı maddədə “altıncı” sözü “yeddinci”, 119.1.7-ci maddədə “yeddinci” sözü “səkkizinci” sözü ilə əvəz edilsin;
1.84.4. 119.1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“119.1.8. doqquzuncu növbədə digər qalan kreditorlarla hesablaşmalar.”;
1.84.5. 119.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“119.2. Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir.”;
1.84.6. 119.5-ci maddədə “qanunvericiliyə” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə” sözləri ilə əvəz edilsin.
1.85. 120.1-ci maddədə “fəaliyyətindən” sözündən sonra “inzibati qaydada və” sözləri əlavə edilsin.
1.86. 122.1-ci maddənin birinci cümləsində “edildikdə, həftədə bir dəfə olmaqla 1 ay ərzində” sözləri “edildiyi tarixdən 1 ay ərzində bu barədə həftədə bir dəfə olmaqla” sözləri ilə əvəz edilsin.
1.87. 123.2-ci maddədə “qanunvericilikdə” sözü “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində” sözləri ilə əvəz edilsin.
1.88. 124-cü maddə üzrə:
1.88.1. 124.1-ci maddədə “qanunvericiliklə müəyyən edilmiş” sözləri “Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin;
1.88.2. 124.2-ci maddədə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.
1.89. 125-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Digər icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növləri üzrə işlərin aparılması xərclərinə ayırmaların miqdarı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq müəyyən edilir.”.
Maddə 2. Müəyyən edilsin ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7-ci, 10.2-ci və 11.4-cü maddələrində təkrarsığorta fəaliyyətinə ayrıca lisenziya alınması ilə bağlı nəzərdə tutulmuş müddəa 2014-cü il martın 1-dən, 10.11-ci maddəsinin birinci cümləsində, 17-1.2-ci, 51.7-ci və 102.2.8-2-ci maddələrində rəsmi internet səhifəsi ilə bağlı nəzərdə tutulmuş müddəalar 2014-cü il iyulun 1-dən, 10.11-ci maddəsinin birinci cümləsində və 102.2.8-2-ci maddəsində elektron informasiya sistemi ilə bağlı nəzərdə tutulmuş müddəalar, həmçinin 37.1-ci, 37.2.5-ci və 37.5-ci maddələrində (məsul aktuariyə aid hissədə), 29.3-cü, 37.2.2.5-ci, 38.6-cı, 78.3-1-ci maddələrində və 10–1-ci fəslində nəzərdə tutulmuş müddəalar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2013-cü il.

Comments are closed, but trackbacks and pingbacks are open.