Press "Enter" to skip to content

Standartlasdirma ve sertifikasiya

Cevirsozluk.com aracılığıyla yapılan tüm çeviri verileri toplanmaktadır. Toplanan veriler herkese açık, anonim olarak paylaşılır. Dolayısıyla Çevir Sözlük kullanarak yapacağınız çevirilerde kişisel bilgi ve verilerinizin yer almaması gerektiğini hatırlatırız.

ÇevirSözlük.com | Türkçe – Azerice cümle çeviri nedir?

Türkçe dilinden Azerice diline (google translate aracılığıyla) hızlı cümle ya da kelime çeviri yapmanıza yardımcı olan bir sözlük sistemidir. Dünya dilleri arasında yapılacak olan cümle ve kelime çevirilerinizi kolaylaştırır. ÇevirSözlük.com Dünya’da en yaygın olarak kullanılan bir çok dili içinde barındırmaktadır. Bu diller arasında herhangi bir ücret ödemeden ve sınırlama olmaksızın istediğiniz cümle ya da kelime çevirilerinizi hızlı bir şekilde yapmanız mümkündür.

Kullanım ve Gizlilik

Cevirsozluk.com aracılığıyla yapılan tüm çeviri verileri toplanmaktadır. Toplanan veriler herkese açık, anonim olarak paylaşılır. Dolayısıyla Çevir Sözlük kullanarak yapacağınız çevirilerde kişisel bilgi ve verilerinizin yer almaması gerektiğini hatırlatırız.

Cevirsozluk.com kullanıcılarının çevirilerinden oluşturulan içerikte argo, küfür vb. uygun olmayan öğeler bulunabilir. Oluşturulan çeviriler her yaş ve kesimden insanlar için uygun olamayabileceğinden dolayı, rahatsızlık duyulan hallerde siteminizin kullanılmamasını öneriyoruz. Kullanıcılarımızın çevirilerle eklediği içeriklerde telif hakkı ya da kişiliğe hakaret vb. öğeler bulunuyorsa site yönetimiyle iletişime geçilmesi halinde gerekli düzenlemeler yapılacaktır.

Standartlasdirma ve sertifikasiya

Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) 1947-ci ildə yaradılmış, müstəqil, beynəlxalq qeyri-dövlət və qeyri-kommersiya təşkilatıdır. Dünyanın 164 milli standartlaşdırma orqanı təşkilatda təmsil olunur. İSO-nun əsas funksiyası könüllü, consensus əsaslı, bazar yönümlü beynəlxalq standartların işlənib hazırlanmasından ibarətdir.

İSO standartları məhsul və xidmətlərin təhlükəsizliyinin, etibarlılığının və keyfiyyətinin qarantıdır. Onlar biznes üçün strateji alət olmaqla istehsal xərclərini minimuma endirməklə, resurslardan daha qənaətlə və səmərəli istifadə etməklə və ətraf mühitə daha az zərər verməklə istehsal qabiliyyətinin artırılması və rəqabətqabiliyyətli xidmət təklif olunmasına imkan verir. Bu da öz növbəsində yeni bazarlara çıxış şansı, dünyada ədalətli və azad ticarətin təşviqi və ticarətdə texniki maneələrin aradan qaldırılması ilə bütün ölkələr üçün barəbər iqtisadi inkişaf imkanlarının qazanılması deməkdir. Bugünə qədər İSO tərəfindən 22447 beynəlxalq standart işlənib hazırlanmışdır.

İSO elektrotexniki və elektronika sahəsində beynəlxalq standartları işləyib hazırlayan Beynəlxalq Elektrotexniki Kommisiya (IEC), telekommunikasiya sahəsində standartların müəllifi Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) ilə birlikdə “Dünya Standartlar Kooperasiyasını”- WSC (World Standards Cooperation) təşkil edir.

İSO-nun əsas icraçı orqanları aşağıdakılardır:

– İSO Baş Assambleyası üzv ölkələrin milli standartlaşdırma orqanlarının və digər əməkdaşlıq etdiyi təşkilatların nümayəndələrinin iştirakı ilə ildə 1 dəfə iclasını (Annual Meeting) keçirir.

– İSO Şurası təşkilatın daimi orqanı olub 20 üzv ölkənin nümayəndələri və xüsusi komitənin üzvlərindən ibarətdir.

– İSO Katibliyi təşkilatın cari işlərlə bağlı fəaliyyətini həyata keçirir.

İSO-nun aşağıdakı xüsusi komitələri fəaliyyət göstərir:

– Prezident Komitəsi– İSO Şurasının məşvərətçi orqanı olub, Baş Assambleyanın qərarlarının icrasına nəzarəti həyata keçirir.

– Texniki İdarəetmə Bürosu (TMB)–Texniki Komitələrin fəaliyyətinə ümumi nəzarəti həyata keçirməklə digər texniki və təşkilatı məsələlərin həlli ilə məşğul olur. Hazırda iqtisadiyyatın bütün sferaları üzrə İSO-nun 250 Texniki Komitəsi fəaliyyət göstərir.

– CASCO –Uyğunluğun qiymətləndirilməsi Komitəsi

– COPOLCO–İstehlakçılarla bağlı siyasət Komitəsi;

– DEVCO –İnkişaf etməkdə olan ölkələr Komitəsi;

– Council Standing Committees –Maliyyə və strateji məsələlər üzrə Daimi Komitələr;

– Ad hoc Advisory Committees – Xüsusi məşvərətçi qruplar.

İSO-nun mənzil qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

Azərbaycan Respublikası İSO-da 7 iyul 2003-cü il tarixindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (2003-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) vasitəsilə tam hüquqlu üzv olaraq təmsil olunur.

Eyni zamanda yerli ekspertlərimiz İSO-nun 14 Texniki Komitəsində müşahidəçi və tam hüquqlu üzv olaraq iştirak edir.

Azərbaycan Standartlaşdırma İnstitutu 2017-ci ilin dekabr ayından İSO-nun tam hüquqlu üzvüdür.

Comments are closed, but trackbacks and pingbacks are open.