SƏUDİYYƏ VƏ İRAN MÜHARİBƏYƏ BAŞLAYIRLAR! – “Vəziyyət daha da təhlükəli hal alacaq”
– Diplomatik sözlü müharibə, qaynar münaqişəyə çevrilə bilərmi?
Səudiyyə Ərəbistanı
Adı Səudid sülaləsinin adından götürülmüşdür. Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasının 3-də 2 hissəsini, habelə Qırmızı dənizdə və iran körfəzində bir neçə adaları əhatə edir. Öz dövlət quruluşuna görə mütləq monarxiyadır. 1932-ci ildən rəsmən müstəqil dövlətdir. Əhalisinin sayı 26 mln nəfərdir. Əhalinin 90 % -ni ərəblər təşkil edir. Ölkə əhalisinin əksəriyyəti kəndlilərdir. Ərəbistanın qərbində Hicaz əyalətində ilk orta əsrlər dövründə Məkkə və Mədinə kimi iri ticarət mərkəzləri meydana çıxmışdır. Hicaz vilayəti müsəlmanların zehnində islam dininin beşiyi olaraq qalır. Odur ki, hər iki şəhər müqəddəs şəhər sayılır. XX əsrin əvvəllərində İngiltərə, Türkiyə arasındakı ziddiyyətlərdən istifadə edən mili azadlıq hərəkatının başçısı Əmir ibn Səid yeni bir vahabi dövləti yaratmışdır. Səudilər əsrin 20-ci illərində Yəmən müstəsna olmaqla bütün ərəblərin yarısını öz nəzarəti altına aldılar. Onlar güclü mərkəzləşdirmə siyasƏti yeridirdilər. 1932-ci ildə Ərəb Səudiyyə Krallığının yaranması elan olundu.
Hazırda ölkə əhalisinin yarıdan çoxunu bədəvilər, yəni köçəri kəndli maldarlar- təşkil edirdilər. Dövlət dili ərəb dilidir. Başqa ərəb ölkələrindən fərqli olaraq, buradakı ərəb dili klassik ərəb dili əsasında təşəkkül tapmışdır. Ona görə də ədəbi dillə danışıq dili arasında əsaslə fərq nəzərə çarpmır. Ərəbistan ərəbləri İbn-Əbdül Vahabın adını daşıyan vahabilik təriqətinə – Tövhid adlanan təkallahlığa etiqad edirdilər. Tövhidin ardıcılları özlərini müvəhhid adlandırırdılar. Bu təriqət ən çox Səudiyyə Ərəbistanında sünnülüyün xüsusi bir qolu kimi XYIII əsrdə təsdiqini tapmış və Həcd vilayətində mili azadlıq hərəkatının əsas idialoqiyasına çevrilmişdir. Onlar allardan başqa heç bir müqədəsi, hətta peyğəmbəri də qəbul etmirdilər. Ərəblərin arasında Əl-Xasa vilayətində bir qədər şiələr Hicaz və Asir vilayətində isə sünnü təriqəti saxlanılır. İslam dininin müqədəs və qədim vətəni kimi hər il Məkkə və Mədinə şəhərlərinə bir mln-dan artıq zəvvarlar Həccə ziyarətə gəlirlər. Səudiyyə Ərəbistanının paytaxtı 1902-ci ildən Ər-Riad şəhəridir.
Ərəbistan zəif inkişaf etmiş əkinçilik və maldarlıq ölkəsi olsa da, neft kimi xammal istehsalı geniş yayılmışdır. Dövlət gəlirinin 85 %-ni neft istehsalı ilə bağlıdır. Hal-hazırda da ölkənin ixracatı neft və neft məhsulları ilə bağlıdır. Başlıca kənd təsərrüfatı bitkiləri xurma, buğda,ARPA, qarğıdalı və darıdır. Bədəvilər əsasən dəvəçiliklə məşğul olurdular. Köçəri bədəvilər yerə çalınmış ağac payalarının üstünə keçi dərilərindən toxunan qara çadır salınmış alaçıqlarda yaşayırlar. Köçərilərin geyimi topuğa qədər uzanan şalvarlardan, şalvarın balaqlarını tam örtən köynəkdən və arxalıqdan ibarətdir. Soyuq havada üst geyimi olan əba geyirlər. Oturaq əkinçilərin yaşayış evləri düzən çaylarda, palçıqdan, çiy kərpicdən və həsirdən, dağlıq ərazilərdə yonulmamış təbii daşdan tikilirdi. Burada patriarxal feodal qaydalar və dini ənənələr hələ də saxlanılırdı. Qonaqpərvərlik hər bir ərəb ailəsinin ən ilkin adət normasıdır. Ailə forması monoqamdır. Nisbətən poliqamiya da vardır. Əhali 100 % müsəlmandır. Şəhər əhalisinin maddi və mənəvi mədəniyyətində Avropa elementləri son dövrlərdə getdikcə üstünlük təşkil etməyə başlamışdır. Ölkədə dini ənənələr hələ də saxlanılmaqdadır. Məhəmməd Peyğəmbərin nəslindən olanlar ölkədə şərif adlandırılırlar. Bunlar habelə vahabilərin nəslindən olanlar böyük nüfuz sahibləridir. Sənətkarlara alçaq nəzərlərlə baxılır. Birinə sənətkar övladı dedikdə, bu təhqir kimi qəbul edilirdi.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
- Teqlər:
- Səudiyyə Ərəbistanı
SƏUDİYYƏ VƏ İRAN MÜHARİBƏYƏ BAŞLAYIRLAR! – “Vəziyyət daha da təhlükəli hal alacaq”
Münaqişələr zamanı digər tərəfin məmurlarının ölkədən çıxarılmasında təəccüblü heç nə yoxdur, amma analitiklərin fikirlərinə görə, tanınmış şiə ilahiyyatçısının edamından sonra Səudiyyə Ərəbistanın İran ilə diplomatik münasibətlərini kəsməsi, irəlidə daha ciddi problemlərin yaşanacağından xəbər verir.
“London iqtisadiyyat və politologiya məktəbi”ndən (The London Scool of Economics and Political Sciens) olan analitik Favaz Cerces belə hesab edir ki, Səudiyyə Ərəbistanı və İran arasındakı diplomatik əlaqələrin kəsilməsi çox asanlıqla nəzarətdən çıxa bilər.
– Diplomatik sözlü müharibə, qaynar münaqişəyə çevrilə bilərmi?
F.Cercesin sözlərinə görə, bu cür ixtilaflar Səudiyyə Ərəbistanı İranla münasibətləri kəsməyə qərar verməmişdən əvvəl də baş vermişdi. Cerces əlavə olaraq deyib: ”Onların münaqişəsi artıq uzun müddətdir ki, ərəb küçələrində gedir. Bu iki dövlət Suriyada, İraqda, Yəməndə, Bəhreyndə və Livanda bir-birlərinə qarşı durublar. İndi söhbət vəziyyətin nə qədər kəskinləşəcəyindən, dərinləşəcəyindən gedir. Fars körfəzinin iki güclü dövləti – sünnü Səudiyyə Ərəbistanı və şiə İran arasındakı münasibət təhlükəli həddə gəlib çatıb. Onlar arasında sözlü müharibə qızışıb. Yaxın bir neçə həftələrdə vəziyyətin daha təhlükəli hal alacağı gözlənilir”.
– Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərin gərginləşməsinin səbəbi nədir?
Bu dövlətlərin bir-biri ilə ümumi dil tapa bilməməklərində yeni və təəccüblü heç nə yoxdur. Hələ 2011-ci ildə Cənubi Florida Universitetinin professoru Möhsün Milani öz məqaləsində yazırdı: “İran və Səudiyyə Ərəbistanı nə təbii müttəfiq, nə təbii rəqibdirlər. Onlar neft hasil edən ölkələr kimi müvafiq surətdə özlərini şiə və sünnü islamının müdafiəçiləri sayan və bir-biriləriylə uzun müddət rəqabət aparan təbii düşmənlərdir”.
Favaz Cercesin sözlərinə görə, Səudiyyə Ərəbistanı və İran, aralarındakı gərginlik artdıqca özlərini zərərçəkən qismində göstərmək istəyirlər. O bildirib: ”Biz burada təkcə vəziyyətin hansı tərəfdən necə yozulması ilə deyil, Səudiyyə Ərəbistanı ilə İran arasında dolayı yolla gedən müharibənin – soyuq müharibənin şahidiyik. Bu müharibə geosiyasətlə bağlıdır”.
– Nəyə görə vəziyyət məhz indi pisləşdi?
Hər şeyin birdən-birə qızışmasının səbəbi tanınmış şiə ilahiyyatçısı Nimr ən-Nimranın və ittiham olunan digərlərinin Səudiyyə Ərəbistanında edam olunması ilə bağlıdır. Bu hadisədən dərhal sonra Tehrandakı etirazçılar Səudiyyə Ərəbistanın səfirliyinə “Molotov kokteyli” atıblar. Nəticədə səfirlik binası yanıb. İranın dini rəhbəri ayətulla Əli Xamaneyi isə müqəddəs intiqama çağırıb.
CNN-in analitiki və məsul redaktoru Quartz Bobbi Qoşun fikrinə görə, İranın səs-küylü reaksiya nümayiş etdirməsindən və ali dini rəhbərin ilahi qəzəbə çağırmasından sonra diplomatik münasibətlərin kəsilməsi qaçılmaz idi. Lakin anlitiklərə görə, əgər İran və Səudiyyə Ərəbistanındakı vəziyyəti diqqətə alsaq, onda bu ölkələrin rəqabətin nə üçün qızışdırılmasında maraqlı omaları aydınlaşar.
“Eurasia Group” konsaltinq firmasının prezidenti Yan Bremmer burada hər iki ölkənin daxili siyasi səbəblərinin də müəyyən rol oynadığını irəli sürərək deyir: ”Onların qarşılıqlı ittihamlardan və hücumlardan çəkinməsi mümkün deyil. Hazırda Səudiyyə Ərəbistanı düşən neft qiymətlərinin yaratdığı çətinliklərin və kimin növbəti kral olması ilə bağlı meydana gələn daxili problemin öhdəsindən gəlməyə çalışır. İran isə həm islahatçıların və həm də bu yaxında nüvə proqramı ilə əlaqədar bağlanmış müqavilədə Qərbin önə çıxan fəaliyyətlərinin qarşısını almaq istəyir. Hər iki ölkənin rəhbərliyi çox yaxşı anlayır ki, milli hisslərin qızışdırılması, onların dövlət daxilindəki nüfuzlarını möhkəmləndirəcək. Yaranmış ümumi vəziyyət isə indiki münaqişəni hədsiz dərəcədə təhlükəli edir”.
– Yaxın günlərdə bizi nələr gözləyir?
Analitiklərin fikrinə görə, qəzəbli bəlağət yaxın günlərdə səngiməyəcək.
Favaz Cerces indiki vəziyyətin bütün regiona əhəmiyyətli dərəcədə təsir edəcəyini bildirir: “Ümid edirdik ki, yaxın bir neçə ay ərzində Suriya münaqişəsinin diplomatik yolla həllinə nail olacağıq. Artıq bunun baş tuta biləcəyini unudun. Biz həmçinin Yəməndəki problemin də diplomatik həllini gözləyirdik. Bunu da unudun. İndi iki ən güclü islam dövləti Yaxın Şərqin düz ortasında, birbaşa olmasa da, dolayı yolla müharibəyə başlayırlar. Ona görə də, biz bu qarşıdurmanın gərginləşməsinə çox ciddi yanaşmalıyıq”. (CNN)
Səudiyyə Ərəbistanı-İran qarşıdurmasının 4 ŞİFRƏSİ: MÜHARİBƏ QAPIDA
Səudiyyə Ərəbistanında baş verənlərdə 4 hadisə diqqət çəkdi. Birinci: Livanın baş naziri Saad əl-Haririnin “təhdid edilirəm” deyərək istefa verməsi və Ər-Riyada sığınması. İkinci: əl-Haririnin istefa verdiyi gün Yəməndə İranın dəstəklədiyi husilərin Ər-Riyada uzaq mənzilli raketlə hücumu. Üçüncü: Səudiyyədə korrupsiya əməliyyatının başlanması. Dördüncü: Trampın “Səudi Aramco” neft şirkətinin hissələrinin Nyu-York birjasında satın almaq üçün hərəkətə keçməsi.
Publika.az xəbər verir ki, türkiyəli siyasi yazar Taha Dağlı baş verənləri şərh edib.
BİRİNCİ: əl-Haririnin atası Refik Hariri Livanın keçmiş baş naziri olub. 2005-ci ildə Beyrutda sui-qəsd nəticəsində öldürüldü. Haririyə sui-qəsd edən İsrail, yoxsa İran-Hizbullah-Suriya üçlüyü idimi? Bu, sual cavabsız qalıb. Sonda günah Suriyanın üzərinə qaldı və Suriya Livandakı hərbçilərini ölkədən çıxartdı. Saad əl-Hariri BMT araşdırmasının nəticələrinə istinadən 2011-ci ildə “Atamı Hizbullah öldürdü” deyərək, Livanın baş nazir postundan istefa etmişdi. Bu gün yenə “atam kimi məni də öldürəcəklər, təhdid altındayam” deyərək istefa verdi.
İstefadan bir həftə öncə İranın dini lideri Xameneinin xüsusi nümayəndəsi Əli Vilayəti Beyrutda Saad əl-Hariri ilə görüşdüyü və ona “sənin də sonun atan kimi olacaq” dediyi iddia edilir. Səudiyyə Ərəbistanı İranın Hizbullah üzərindən əl-Haririyə təhdidini Tehrana qarşı “kozır” olaraq istifadə edir. Hariri ailəsi əvvəldən Səudiyyəyə yaxın olub və daim Hizbulahla münaqişə yaşayıb.
İKİNCİ: Yəməndəki husilər Səudiyyə Ərəbistanı ilə 2,5 ildir müharibə aparır. Husilərin Ər-Riyada atdığı uzaq mənzilli raket İran istehsalıdır. Səudiyyə husilərin raketi İranın təlimatı ilə atdığını iddia edir.
ÜÇÜNCÜ: Səudiyyə Ərəbistanında saray müharibəsi gedir. 11 şahzadənin həbs olunması və mülklərinin ələ keçirilməsi birinci vəliəhd Məhəmməd bin Səlmanın bütün rəqiblərinin sıradan çıxarılması deməkdir. Yeni kral bin Səlman olacaq. Onun atasının ölümündən sonra deyil, sağlamlıq problemlərinə görə taxtdan enməsi ilə kral olacağı gözlənilir.
DÖRDÜNCÜ: “Saudi Aramco” Səudiyyənin milli neft şirkətidir. Tramp bu şirkətin Nyu-York birjasındakı səhmlərini ələ keçirməyi planlaşdırır. Ehtimal olunur ki, Ər-Riyadın təcili pula ehtiyacı var, şahzadələrin həbs olunaraq, mülklərinin əlindən alınmasının səbəbi də budur.
Kim qazanacaq?: Bu prosesin nəticəsində qazanan tərəf ABŞ və İsrail olacaq. Səudiyyənin İranla qarşıdurması İsrailin marağındadır. Amerika isə maddi qazanc əldə edəcək.
Böhranı idarə edən kimdir?: Səudiyyədə baş verənləri idarə edənlərdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Bu ölkə də ABŞ-la birgə hərəkət edir. BƏƏ-nin vəliəhd bin Salmanın üzərində böyük təsirə malik olduğu deyilir. Bin Salmanın məhz BƏƏ tərəfindən taxta çıxarılmağa hazırlandığı haqda informasiyalar var idi. Şahzadələrə qarşı son əməliyyat da bu prosesin sonuncu mərhələsi hesab olunur.
Müharibə olacaqmı?: Səudiyyə Ərəbistanı və İran müharibəyə doğru gedir. Yəməndə döyüş uzun zamandır aparılır. İndi Livanda İran-Səudiyyə döyüşü başlaya bilər.
Asif Nərimanlı
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Comments are closed, but trackbacks and pingbacks are open.