Press "Enter" to skip to content

Dövlət qulluqçularına aylıq əlavə haqqın müəyyənləşdirilməsi qaydası dəyişib

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 28 yanvar tarixli 665 nömrəli, “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 27 iyul tarixli 432 nömrəli, “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin ikinci cümləsində, 22.7-ci maddəsinin birinci cümləsində, 22.7-2-ci maddəsində, 28.5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsinin ikinci cümləsində, 28.8-1-ci maddəsində, 28.11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 28.12-ci maddəsinin üçüncü hissəsində, 28-1.3-cü maddəsində, 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsində, 29.4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir;

1.3. həmin Qanunun 29.3-cü maddəsinin birinci hissəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həyata keçirirlər;

1.4. həmin Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində (ikinci halda) və 29.3-cü maddəsinin birinci və ikinci hissələrinin birinci cümlələrində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, onlara bərabər tutulan orqanlar (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) həyata keçirirlər;

1.5. həmin Qanunun 5.2-ci maddəsinin ikinci cümləsində və 22.7-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.6. həmin Qanunun 22.7-2-ci maddəsində, 28.5-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 28.12-ci maddəsinin üçüncü hissəsində, 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.7. həmin Qanunun 28.5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;

1.8. həmin Qanunun 28.8-1-ci maddəsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri nəzərdə tutulur;

1.9. həmin Qanunun 28-1.3-cü maddəsində və 28.11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;

1.10. həmin Qanunun 29.4-cü maddəsinin ikinci hissəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. həmin Qanunun 28.12-ci maddəsinin üçüncü hissəsinə və 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsinə uyğun olaraq, inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin siyahısını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-1.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmununu üç ay müddətində müəyyən etsin.

5. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq müsahibədə iştirak etmək üçün ödənişin məbləğini üç ay müddətində müəyyən etsin.

6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1-ci və 3.2-1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin ikinci cümləsində, 12.2-ci maddəsinin ikinci cümləsində, 15-1.3-cü, 15-2.3-cü maddələrində, 17.4-3-cü maddəsinin ikinci cümləsində, 17.5-ci maddəsində, 22.7-ci maddəsinin birinci cümləsində, 22.7-2-ci, 23.4-cü, 25.4-cü maddələrində, 27.3-cü maddəsinin ikinci cümləsində, 28.2-ci maddəsinin birinci hissəsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.4-cü maddəsinin ikinci hissəsində, 28.5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsinin ikinci cümləsində, 28.6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində və üçüncü hissəsində, 28.7-ci maddəsinin altıncı və səkkizinci cümlələrində, 28.8-1-ci maddəsində, 28.11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 28.12-ci maddəsinin üçüncü hissəsində, 28.13-cü maddəsinin birinci cümləsində, 28-1.1-ci, 28-1.3-cü maddələrində, 29.2-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsində, 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsində, 29.4-cü maddəsinin birinci və ikinci hissələrində, 29.6-cı, 29.7-ci, 29.12-ci (ikinci halda) və 30-1.13-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

“3.2-1. həmin Qanunun 22.7-2-ci maddəsində, 28.5-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 28.12-ci maddəsinin üçüncü hissəsində, 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsində və 30-1.13-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

6.2. 3.1-1-ci bəndə “Qanunun” sözündən sonra “5.2-ci maddəsinin ikinci cümləsində,” sözləri və “17.4-3-cü maddəsinin ikinci cümləsində” sözlərindən sonra “və 22.7-ci maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin;

6.3. 3.2-ci bənddən “, 28.5-ci maddəsinin üçüncü cümləsində” sözləri çıxarılsın;

6.4. 3.21-ci bənddə “29.4-cü maddəsinin birinci hissəsində və” sözləri “29.4-cü maddəsinin birinci və ikinci hissələrində,” sözləri ilə əvəz edilsin;

6.5. aşağıdakı məzmunda 3.21-1-ci və 3.22-1 – 3.22-4-cü bəndlər əlavə edilsin:

“3.21-1. həmin Qanunun 28-1.3-cü maddəsində və 28.11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;”;

“3.22-1. həmin Qanunun 28.5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;

3.22-2. həmin Qanunun 28.8-1-ci maddəsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri nəzərdə tutulur;

3.22-3. həmin Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir;

3.22-4. həmin Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində (ikinci halda) və 29.3-cü maddəsinin birinci və ikinci hissələrinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, onlara bərabər tutulan orqanlar (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) həyata keçirirlər;”;

6.6. 3.23-cü bəndə “28.12-ci maddəsinin” sözlərindən sonra “birinci hissəsinin” sözləri və “birinci cümlələrində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin.

7. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 48; 2003, № 8, maddə 441; 2004, № 8, maddə 613; 2005, № 3, maddə 172; 2009, № 6, maddə 419; 2021, № 3, maddə 223) aşağıdakı dəyişikliklər edilsin:

7.1. adında və 1-ci hissədə “əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları” sözləri “aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası” sözləri ilə əvəz edilsin;

7.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları” üzrə:

7.2.1. adında “əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları” sözləri “aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası” sözləri ilə əvəz edilsin;

7.2.2. 1-ci hissədə “Qaydalar” sözü “Qayda” sözü ilə, “Qanununa” sözü “Qanununun 22.7-ci maddəsinə” sözləri ilə əvəz olunsun və həmin hissəyə “əlavə haqqın” sözlərindən əvvəl “aylıq” sözü əlavə edilsin;

7.2.3. 2-ci və 4-cü hissələrdə “xidmətin ikinci ilindən” sözləri “daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan” sözləri ilə əvəz edilsin;

7.2.4. 7-ci hissənin ikinci bəndində “Bu bənddə” sözləri “Bu hissədə və 7-1-ci hissədə” sözləri ilə əvəz edilsin;

7.2.5. aşağıdakı məzmunda 7-1-ci hissə əlavə edilsin:

“7-1. Dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.”;

7.2.6. 11-ci hissə aşağıdakı redaksiyada verilsin:

“11. Bu Qaydanın 7-ci və 9-cu hissələrinin tətbiqi ilə əlaqədar yaranmış mübahisələri Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həll edir.”.

8. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 iyul tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 596; 2012, № 12, maddə 1243) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”nın 1-ci hissəsində “birinci – beşinci” sözləri “1–5-ci” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1096, № 12 (I kitab), maddə 2337; 2019, № 7, maddə 1234) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.1-ci bənddə “birinci – beşinci” sözləri “1–5-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən “(bundan sonra – vakant vəzifə)” sözləri çıxarılsın;

9.2. 1.4.1-ci yarımbənddə “sertifikatı” sözü “dövlət qulluğu sertifikatı” sözləri ilə əvəz edilsin;

9.3. 1.4.2-ci yarımbəndə “dövlət qulluqçularının” sözlərindən sonra “, habelə Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin” sözləri əlavə edilsin;

9.4. 1.4.3-cü yarımbəndə “çalışmış” sözündən sonra “, eləcə də Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış” sözləri əlavə edilsin;

9.5. 1.4.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.4.4-cü yarımbənd əlavə edilsin:

“1.4.4. vakant vəzifə – tutulması üçün müsahibə, ümumi müsahibə və ya daxili müsahibə keçirilməsi nəzərdə tutulan, Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq müəyyən edilən müvafiq dövlət qulluğu vəzifələri.”;

9.6. 2.2-ci bəndə “yolu ilə” sözlərindən sonra “(Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələr istisna olmaqla)” sözləri əlavə edilsin;

9.7. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulması ilə bağlı müsahibə zamanı müsahibə komissiyasının tərkibinə yalnız həmin dövlət orqanının nümayəndələri daxil edilir.”;

9.8. 5.10-cu bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə (vəzifənin tutulması şərtləri uyğun olan) olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə Mərkəz tərəfindən təqdim olunurlar.”;

9.9. 6.1-ci bəndə “inzibati qaydada” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2021-ci il

Dövlət qulluqçularına aylıq əlavə haqqın müəyyənləşdirilməsi qaydası dəyişib

Prezident İlham Əliyevin imzaladı fərmanla “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti də nəzərə alınacaq.

Eyni zamanda fərmana əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət də dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınacaq. İndiyə qədər dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən sadəcə ödənişli məzuniyyət dövrləri nəzərə alınırdı.

Şərhlər

miri 2022-12-22 14:36:58

Dövlət qulluğu adalanan iş ilə məşgul olanlar hamımızın övladlarını (eləcə də onların) oxudub-tərbiyyə edənlərdən, hamımızın saglamlıq keşiyində duranlardan (eləcə də onların) . nə üstünlüyü var? Bir fikirləşin, müəllim adını mənimsəyənlər. Bu qədər olmaz axı.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 48; 2003, № 8, maddə 441; 2004, № 8, maddə 613; 2005, № 3, maddə 172; 2009, № 6, maddə 419; 2021, № 3, maddə 223, № 7, maddə 732) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:

“ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti;”;

2. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət .”.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2022-ci il

Comments are closed, but trackbacks and pingbacks are open.