Press "Enter" to skip to content

Mingəçevir Sənaye Parkı haqqında

İş yerləri 750 nəfər

Şəhər haqqında

Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Ərazisi 130 kv.km-dir. Əhalisi 01.06.2021-ci il tarixə rəsmi qeydiyyatda 106430 nəfərdir.
Hazırda ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri inkişaf etmişdir.
Şəhər ərazisində 40-a yaxın sənaye müəssisəsi, o cümlədən iki böyük elektrik stansiyası – “Azərbaycan İstilik Elektrik Stansiyası” və “Mingəçevir SES silsiləsi” MMC-lər, 1 ali məktəb – Mingəçevir Dövlət Universiteti, 2 orta-ixtisas məktəb – Mingəçevir Tibb və Turizm Kollecləri, 1 peşə və 22 ümumtəhsil orta məktəbi, 2 məktəbdənkənar və 22 məktəbəqədər təlim tərbiyə müəssisələri, 6 səhiyyə və 27 mədəniyyət müəssisələri, o cümlədən, Mingəçevir Dövlət Dram Teatrı, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi, «Mingəçevir», «Mingəçevir işıqları» qəzetləri və digər müəssisələr fəaliyyət göstərir.

Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Mingəçevir şəhərindən 4 nəfər, Malik Hamil oğlu Əsədov, Ruslan Həmid oğlu Muradov, Dilqəm Heydər oğlu Nağıyev, Rəşad Akif oğlu Mirabov torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər.

Mingəçevir şəhərinin yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini əks etdirən

Mingəçevir Sənaye Parkı haqqında

Mingəçevir Sənaye Parkı “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli 1077 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Mingəçevir Sənaye Parkının yaradılmasında məqsəd

  • Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
  • Sahibkarlığın dəstəklənməsi;
  • Müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkil edilməsi;
  • Əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

İş yerləri 750 nəfər

İnvestisiya həcmi 93,5 milyon ABŞ dolları

Ərazi 26 hektar

Prioritet fəaliyyət istiqamətləri

  • müxtəlif növ paltar və geyim ləvazimatlarının (trikotajdan başqa) istehsalı;
  • trikotaj parçaların istehsalı;
  • palto, yarımpalto, bürüncəklər (çiyinlik), plaşlar, gödəkcələr (o cümlədən xizək gödəkcələri) və digər trikotaj məmulatlarının istehsalı;
  • bitki mənşəli toxuculuq lifləri, xam kətan, kətan parça, kağız iplik, kağız iplikdən parçalar və s. istehsalı;
  • yun, zərif və ya qaba heyvan tükündən parçaların istehsalı;
  • xüsusi parçaların, taftinqli (baftalı) toxuculuq materiallarının (krujevalar, qobelenlər, bəzək materialları, tikmələr və s.) istehsalı;
  • keçə, kəndir, ip və digər toxunmamış materialların istehsalı;
  • pambıq lifinin və ya pambıq lifi tullantılarının emalı;
  • pambıq ipliyi və digər pambıq parçaların istehsalı;
  • kimyəvi sapların və toxuculuq materiallarının istehsalı;
  • kimyəvi liflər, sintetik və ya süni liflərin istehsalı;
  • texniki təyinatlı toxuculuq məmulatlarının istehsalı;
  • toxuculuq materiallarından divar örtüklərinin istehsalı;
  • xalçalar və digər toxunma döşəmə örtüklərinin istehsalı;
  • keçə xalçalar və digər tekstil döşəmə örtüklərinin istehsalı;
  • baş geyimləri və onların hissələrinin istehsalı;
  • müxtəlif növ ayaqqabıların və onların hissələrinin istehsalı;
  • mebel istehsalında istifadə etmək üçün müxtəlif növ (dəri, parça və s.) üzlüklərin hazırlanması;
  • digər toxuculuq materialları və məmulatlarının istehsalı və emalı.

Mingəçevir şəhəri haqqında

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmış, 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Ərazisi 130 kvadrat kilometrdir. Yerli əhali 99717 nəfər (01.01.2013-cü il), məcburi köçkün 20324 nəfər (5444 ailə), qaçqın 3379 nəfər (705 ailə).

Bakı şəhərindən 323 km məsafədə yerləşir. “Bakı-Tbilisi” dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km və Qəbələ rayonunda 90 km məsafələrdə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunlugu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 km², orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5-7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir.

Mingəçevir şəhərinin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 3.9 dərəcə, iyul ayında 27.8 dərəcədir. İllik yağıntı 418 mm.

Hazırda ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri inkişaf etmişdir.

Mingəçevir şəhərində Politexnik İnstitut, Azərbaycan Müəllimlər İnstitutunun filialı, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci, 22 ümumtəhsil məktəbi, 21 uşaq bağçası, Mərkəzi şəhər xəstəxanası, “Ana və uşaq” Müalisə Sağlamlıq Mərkəzi, Rayonlararası Doğum evi, sahələr üzrə müxtəlif dispanserlər, Dövlət Dram Teatrı, Rəsm qalereyası, Tarix diyarşünaslıq muzeyi, 16 kitabxana, 3 musiqi məktbi, 6 klub və digər elm, mədəniyyət və sosial obyektlər fəaliyyət göstərir.

Baxılıb: 2762

Comments are closed, but trackbacks and pingbacks are open.